Şəkil 1Rəqabətqabiliyyətli firmanın
məhsuluna təleb əyrisi
Məhsulunun hər vahidini cari bazar qiymətinə satmaqla firma özünün məhsulun qiyməti məbləğində satışdan əldə olunan pulun orta məbləğini (orta gəlir) və PQ həcmində satışdan əldə olunan pulun ümumi məbləğini (ümumi gəlir) təmin edir.
Şəkil 19.4-də
göstərilir ki, rəqabətqabiliyyətlifirmanm ümumi gəliri koordinatların başlanğıcından keçən düz xətlə qrafık şəkildə verilmişdir.
Orta gəlirin qrafik tesvirinə gəldikdə isə, o, firma məhsuluna orta tələb əyrisi ilə tam üst-üstə düşür, çünki hər bir məhsulun satışın-dan orta gəlir cari bazar qiymətinə bərabərdir.
Daha bir məhsulun satılması nəticəsində ümumi gəlir müəyyən vahid qədər artacaq ki, bu da son hədd gəliri adlanır.