Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə15/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   11   12   13   14   15   16   17   18   ...   114
SOS KONSP 2021

İkincisi, şəxsiyyət öz tipik və fərdi cəhətlərinin vəhdətində konkret insan kimi izah edilir. Bu nöqteyi-nəzər şəxsiyyət anlayışını daha dəqiq əks etdirir.
Şəxsiyyət anlayışını fərd və fərdiyyət anlayışları ilə müqayisə etdikdə onun mahiyyətini daha aydın təsəvvür etmək olar.
«Fərd» anlayışı bəşər nəslinin hər hansı ayrıca nümayəndəsini ifadə etmək üçün işlədilir. Məlum olduğu kimi, sosial fəlsəfədə bu anlayış müəyyən sosial bütövün yeganə nümayəndəsini ifadə edir. Həmin anlayışın köməyi ilə hər bir ayrıca adamın şəxsiyyət kimi formalaşdığı sosial şəraitdən mahiyyətcə asılılığı nəzərə çarpdırılır. İnsan sosial münasibətlərin məhsulu kimi mövcud olur və fəaliyyət göstərir. Cəmiyyət sadəcə olaraq fərdi əhatə edən «mühit» deyildir, həm də onun «daxilində» yaşayan fenomendir. Təsadüfi deyildir ki, insanın fərdi davranışında bu fenomenin müxtəlif amilləri (məsələn, mədəniyyətin səviyyəsi, həyat fəaliyyətinin formaları, üsulları və s.) dərin iz buraxır. Ona görə də insan məlum cəmiyyətin yaratdığı şəraiti, imkanları nəzərə almaq məcburiyyətində qalır. Lakin bu o demək deyildir ki, fərdi mövcudluq şəraiti insanın sonrakı davranışını irəlicədən birdəfəlik və həmişəlik müəyyən edir. İnsan davranışının öz sosial-qrup vəziyyətinə müncər edilə bilməməsi, bu davranışın mövcud ilkin amillərə münasibətdə nisbi müstəqil olması, şəxsin öz fərdi siması üçün məsuliyyət daşıması, cəmiyyətin nəzərində müəyyən dəyər, məna kəsb etməsi - bütün bunlar fərd anlayışının deyil, şəxsiyyət və fərdiyyət anlayışlarının köməyi ilə qeydə alınır. İnsanlar özlərində sosial cəhətdən əhəmiyyətli keyfiyyətlər işləyib hazırlamışlar ki, bunları da ifadə etmək üçün şəxsiyyət və fərdiyyət anlayışlarından istifadə edilir. Bu iki anlayış məna etibarilə bir-birinə çox yaxındır və qarşılıqlı surətdə əlaqəlidir. Görünür məhz buna görə də həmin anlayışları çox zaman bir-birini əvəz edə bilən eynimənalı anlayışlar kimi işlədirlər. Lakin şəxsiyyət və fərdiyyət anlayışlarında müəyyən məna çalarını fərqləndirmək mümkündür. İnsan şəxsiyyətdir, çünki onun öz sosial siması vardır; insan həm də fərdiyyətdir, çünki onun xüsusi, spesifik, təkrarolunmaz xassələri mövcuddur.
Fərdiyyət nəinki müxtəlif qabiliyyətlərin təzahürüdür, həm də onların müəyyən bütövlüyüdür. Bu halda adətən qabiliyyətlərdən biri digərləri ilə müqayisədə üstün mövqe tutur, onların əlaqələndirilməsinin orijinal üsulunu müəyyən edir. Lakin fərdiyyət anlayışı bütün insan fəallığını tam həcmdə əhatə edə bilmir. Fərdiyyətin yetkinləşməsi, dolğunlaşması, ahəngdarlaşması xeyli dərəcədə şəxsiyyət strukturundan asılıdır. Fərdiyyət anlayışı insan fəaliyyətinə özünəməxsusluq və təkrarolunmazlıq, çoxcəhətlilik və ahəngdarlıq, təbiilik və sərbəstlik ölçüsü ilə yanaşdığı halda, şəxsiyyət anlayışı bu fəaliyyətdə şüurlu-iradi başlanğıcı nəzərə çarpdırır. Şəxsiyyət anlayışı ancaq ictimai münasibətlər sistemində, fərdin öz sosial rolunu necə başa düşməsi, ona necə münasibət bəsləməsi və onu yerinə yetirməsi nəzərə alınmaqla düzgün mənalandırıla bilər. Bu baxımdan fəaliyyət, şüur və şəxsiyyət problemlərini qarşılıqlı əlaqədə nəzərdən keçirən L. N. Leontyevə haqq qazandırmaq olar: «Şəxsiyyət olaraq doğulmurlar, şəxsiyyət olaraq təşəkkül tapırlar».

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin