Möhtərəm tələbə: Camal Əzimov Qrup: 1608 Fənn: Multikulturalizm Müəllim



Yüklə 22,43 Kb.
səhifə3/3
tarix05.06.2023
ölçüsü22,43 Kb.
#125388
1   2   3
Faşizm Nədir - Əzimov Camal 1608

-Niyə əsəbiləşirsən ki, Fuad? Bəlkə, sözümüzdə yalan var?,- bilə-bilə daha da qıcıqlandırırdı.
-Sənə dedim ki, xəyanətkar özünsən!,- deyə bağırıb Camala tərəf getməyə çalışdı. Bu vaxt Davud qolundan tutub geriyə çəkdi: “Bozarma, ə”.
Demaqoqumuz tövrünü pozmadan nitqinə davam etdi:
-Yoldaşlar! Bilirsiniz heç? 1610 qrupu bizdən həm də üstündür. Bəli üstündür! Ona görə ki, onlarda bizdə olmayan bir birlik var. Onlar hər an bir-birlərinə arxa-dayaq olurlar. Onlarda bizdə olduğu kimi seperatçılar yoxdur!,- hamı Fuadı nəzərdə tutduğunun bilirdi. Elə Fuadın özü də. Amma artıq dinmirdi. Onsuz da, bütün qrup Camala tərəfdar çıxırdı.
- Bəli, biz hələ adi kollekviumlarda özümüzü elə aparırıq ki, guya heç tanımırıq bir-birimizi. Bu necə birlikdir, yoldaşlar? Biz hələ o alçaq 1610 qrupuna baxıb utanmalıyıq onların birlik və bərabərliyindən. Belə çətin bir zamanda aramızda belə yad fikirlilərin peyda olması nə deməkdir?
Nitqin bu yerində Fuad otaqdan çıxdı. Mübahisənin, söz güləşdirməyin mənasız olduğunu başa düşdü, yəqin.
Camal da bu yerdə fasilə verdi. Otağı süzməyə başladı ki, görsün çıxışı necə alınıb, istədiyi efekti ala bilibmi?
-Bəs yaxşı, indi nə etməliyik?,- deyə Nəzrin soruşdu.
Üzündən oxuna bilirdi ki, gücü artıq əlində hiss edir Camal. Bütün bir qrupa nə edəcəklərini diktə edəcək iqtidarda idi.
-Onların bizə etdiklərini! Biz də addım-addım onlara zərbə endirəcik, inşallah!,- bu yerdə yalandan özü-özünə güldü,- gərçi onların çoxu heç Allaha da inanmır. Özününüz görürsünüz də, necə kafir-kafir danışırlar bu Arazın mühazirələrində.
- Ə, guya bizim Fuad onlardan geri qalır?,- Davud yıxılan Fuadı bir az əzişdirməyə çalışırdı.
- Elə ordakı danışıqlarından görünür ki, Fuad bizə necə də yaddır. Fuad təfəkküründə olan alçaq adamlara bizim aramızda yer yoxdu!,- əminəm ki, Fuad sinifdən çıxmasaydı ömrü boyu bu sözü deyə bilməzdi.
-Keçək əsas məsələyə, yoldaşlar! Eşitdiyimə görə 1610 qrupundan müəllimi qıcıqlandıranlardan ikisi vaxtı ilə dostumuz Zamini haqsız yerə təkləyənlər imiş. Elə bizim də ilk həmləmiz onları cəzalandırmaq olacaq! O iki alçaq hər gün evə bir gedirlər. Bu həftənin 5-cü günü dərs çıxışında o ikisini yaxalayıb həm Zaminə vaxtı ilə etdiklərinə görə, həm də bizi saldıqları bu çıxılmaz vəziyyətə görə cəzalarını verəcik. İndi, oğlanlar! Kim mənimlədir?
İçəridən vəhşi bir səs çıxdı. Oğlanlar “mən”,”axıra kimi” deyə bağırırdılar. Yaman cuşə gəlmişdilər. Səs yatışandan sonra qrupumuzun mötədili Sezər dedi:
-Bir az, tələsmirik? Bəlkə, bir az da fikirləşək?
-Qətiyyən!,- dedi Camal,- artıq düşünməyə ehtiyac yoxdur! Qərar qəbul olunub, o alçaqlar cəzalarını alacaqlar!
Bu köpəkoğlu çox yaxşı bilirdi ki, biz bir az fikirləşsək, oturub düşünsək, bu hərəkətin necə axmaq olduğunun fərqinə vara bilərik. Vəhşi hisslərlə alınmış qərarları sonradan düşünmək olmaz, yoxsa mübarizə ruhu zəifləyər. Axı bu cür axmaq fəaliyyətlər dərin düşünülmədən həyata keçirilməlidir.
Bu yerdə müəllimin gəldiyini xəbər verdilər. Son bir söz üçün kürsüdə dikəldi və bağıra-bağıra:
-YAŞASIN 1608!!!
Yüklə 22,43 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin