Modern kimyanin qurucusu-imam cəFƏr sadiQİN (Ə) TƏLƏBƏSİ cabiR İbn həyyan



Yüklə 83.89 Kb.
Pdf просмотр
tarix13.06.2017
ölçüsü83.89 Kb.

Kimya məktəbdə 

 

51 



 

MODERN KIMYANIN QURUCUSU-İMAM CƏFƏR SADİQİN (Ə) 

TƏLƏBƏSİ CABİR İBN HƏYYAN 

  

R.M. Rzayev, X.M. Həşimov 

Azərbaycan Dövlət İqtisad Universiteti, “Fizika və Kimya” kafedrası 

 

 

Dünyanın  dərk  olunması  prosesi  özünün  ən  yüksək  və  təmərküzləşmiş 



ifadəsini  elmdə  tapır.  Elm — təbiət, cəmiyyət və insan təfəkkürü  haqqında 

obyektiv, 

sistemli 

və 


əsaslandırılmış 

biliklərin 

əldə 

edilməsinə, 



dəqiqləşdirilməsinə  və  yayılmasına  yönəlmiş  insan  fəaliyyəti  növüdür.  Bu 

fəaliyyətin  əsasını  elmi  faktların  toplanması,  onların  daima  yenilənməsi  və 

sistemləşdirilməsi,  tənqidi  analizi  və  bu  əsasda  elmi  biliklərin  toplanması  təşkil 

edir.  Elm  təkcə  müşahidə  edilən  təbiət  və  ictimai  halları  təsvir  etmir,  həm  də 

onların  əlaqələrini  tapır  və  nəticəni  müəyyən  edə  bilir.  Təfəkkürdə  biliyin 

müxtəlif formaları kimi məskunlaşan elmi müxtəlif mənalarda: empirik və nəzəri 

biliklər sistemi, mənəvi istehsal sahəsi, praktiki fəaliyyət forması, sosial institut və 

akademik sistem kimi başa düşmək olar. 

“Elmin vətəni olmur”, – deyirlər. Düzdür, əvvəlki tarixi mərhələlərdə, elm 

hələ  bir  tam  kimi  formalaşmamış  (əslində  bu  proses  hələ  də  başa  çatmamışdır), 

ayrı-ayrı bölgələrdə lokal elm və lokal sivilizasiyalardan danışılması qanunauyğun 

haldır.  Məsələn,  “antik  elm”,  “orta  əsr  islam  elmi”,  “ingilis  elmi”,  “Veymar 

Almaniyasında elm” və s. bu kimi ifadələrdə təkcə coğrafi müəyyənlikdən deyil, 

konkret  elmi  mühit  müəyyənliyindən  bəhs  edilir.  Məkan-zaman  kontiniumu 

burada  özünü  coğrafi  və  ya  siyasi  bölgü  mənasında  yox,  tamamilə  yeni  bir 

mənada – elm fəzasında lokallaşmalar kimi göstərir. 

Tarixin bütün mərhələsində əməli işdən daha çox, zehni fəaliyyətlə məşğul 

olan, özünü və dünyanı seyr edən və anlamağa çalışan, daxili və xarici həqiqətləri 

başqalarından daha yaxşı mənimsəyən insanlar hikmət sahiblərii, müdriklər hesab 

olunublar.  Lakin,  tarixin  özündə  olduğu  kimi,  elmi  kəşflərin  və  ixtiraların 

tarixində  də  kifayət  qədər  ədalətsizliklər,  eləcə  də  təsadüflər  olmuşdur.  Və  bu 

səbəbdən hər hansı bir elmi kəşfin və ya ixtiranın ideyasını irəli sürmüş, lakin bu 

ideyanı  həyata  keçirə  bilməmiş  və  ya  müasir  dildə  desək,  bunu  patentləşdirə 

bilməmiş bir çox alimlər, mütəfəkkirlər haqsiz olaraq unudulmuş, bir sıra hallarda 

isə  öz  elmi  kəşflərinin  və  ixtiralarının  bəhrəsini  belə  görmədən  ömürlərini  başa 

vurmuşlar.  

VIII  əsrin  əvvəlləri  IX  əsrin  ortaları  İslam  mədəniyyətinin  digər 

mədəniyyətlərlə  tanış  olduğu,    münasibətlər  qurduğu  bir  dövr  olmuşdur.  Bu 

dövrdə dıgər sahələrlə yanaşı elm sahəsində də inkişaf müşahidə edilmiş, xüsusilə 


2(54)2016 

 

 



52 

tərcümə sahəsində böyük bir sıçrayış olmuşdur. Nəticədə müsəlmanlar fəlsəfə və 

digər  elm  sahələrinə  aid  antik  dövrə  məxsus  elmi  kitabları  tərcümə  etməyə 

başlamışdılar.  Məhz  bu  dövrdə  islam  alimləri  kimya,  tibb,  astronomiya, 

riyaziyyat,  fəlsəfə,  məntiq  və  başqa  elm  sahələrində  böyük  nailiyyətlər  əldə 

etməyə başlamışdılar. Belə ki, hələ VIII əsrdə Bağdad şəhərində "Beytül-hikmət" 

adlanan  elm  mərkəzi  artıq  mövcud  idi  və  dünyanın  bir  çox  yerlərindən  orada 

çalışır,  hər  dildən  kitabları  tərcümə  edərək  müsəlmanların  ixtiyarına  verirdilər. 

Xəlifənin göstərişi ilə dünyanın bir çox yerlərinə xüsusi adamlar göndərilmişdi ki, 

elmi kitabları tapıb burada cəm eləsinlər. 

Doktor  Qustav  Loben  yazır  ki,  kitab  və  kitabxanaların  Avropa  xalqları 

arasında  heç  bir  dəyəri  olmadığı  bir  dövrdə  "Beytül-hikmət"  elm  mərkəzində  4 

milyon kitab, Qahirənin "Səltənət" kitabxanasında 1 milyon, Şamdakı kitabxanada 

3  milyon  kitab  mövcud  idi.  VIII  əsrin  əvvəllərində  Əndəlus  adı  ilə  məşhur  olan 

müsəlman  İspaniyasında  ildə  80  min  kitab  hazırlanırdı.  Mustənsiriyyə  şəhərində 

800-cü ildə 300 tələbəsi və 16 ustadı olan universitet fəaliyyət göstərir ki, burada 

hər  bir  tələbə  pulsuz  yemək,  yatmaq  və  təqaüd  ilə  təmin  olunurdularlar.  XII  əsr 

alim  Bencamin  Tuvel  yazır  ki,  mən  təkcə  İskəndəriyyə  şəhərində  20  elmi 

laboratoriyaya  rast  gəldim.  həmin  dövrdə  Bağdadda,  Qahirədə,  Dəməşqdə, 

Mosulda  və  s.  Müsəlman  şəhərlərində  çoxlu  elmi  mərkəzlər,  laboratoriyalar, 

kitabxana  və  rəsədxanalar  mövcud  idi,  halbuki  Avropada  ilk  rəsədxana  400  il 

sonra, yəni XVI əsrdə Parisdə qurulmuşdur.  

Ancaq qeyd etmək lazımdır ki, bu mədəniyyət və elm mübadiləsi cəmiyyətə 

təsirsiz  ötüşməmiş,  müsəlmanlar  arasında  inkarcılığa  söykənən  bir  sıra  yeni 

cərəyanlar əmələ gəlmiş, xüsusilə fəlsəfə və məntiqin təsiri ilə bəzi batil düşüncə 

cərəyanları  və  inanclar  formalaşmışdır.  Nəticədə  islam  cəmiyyətinin  müxtəlif 

sahələrində  ortaya  çıxan  inkişaf  nəticəsində  siyasi,  sosial  və  iqtisadi  sahədə  bir 

çox  problemlərlə  qarşı-qarşıya  qalmışdır  ki,  bu  məsələlərin  hər  birini  İslam 

işığında həll etmək qaçılmaz idi. İslam alimləri daha fəal olmaq məcburiyyətində 

idilər.  Təsadüfi  deyildir  ki,  müxtəlif    fiqhi  məzhəblər  yaranmağa  başladığı  dövr 

məhz bu dövrdür və belə bir elmi, mədəni və əqidə baxımından münaqişələrin baş 

verdiyi bir mühitdə heç bir elm və mərifət sahibinin qarşı gəlmə imkanı olmayan 

bir  dini  lider,  elm  və  irfan  məqamı  kimi  özünü  İslamın  və  tövhid  əqidəsinin 

müdafiəsinə həsr etmiş insanlardan biri də İmam Cəfər əs-Sadiq əleyhissalamdır.  

Onun imamət dövrü Əməvilər xilafətinin sonuna və ilk Abbasi xəlifələrinin 

zamanına  təsadüf  edirdi.  Bu  hakimiyyət  dəyişikliyi  əslində  İmam  Sadiqin  (ə) 

fəaliyyətinə  müsbət  təsir  göstərdi.  Hər  iki  zalım  qruplaşma  hakimiyyət  uğrunda 

bir-biri  ilə  mübarizə  apardığı  üçün  Əhli-beytin  üzərindəki  nəzarət  müvəqqəti 

olaraq  zəifləmişdi.  İmam  yaranmış  imkandan  faydalanaraq,  4000  nəfərdən  artıq 

şagird  yetişdirməyə  və  onları  müsəlman  məmləkətlərinə  yaymağa  macal  tapdı. 



Kimya məktəbdə 

 

53 



 

(Şeyxüt-taifə Tusi “Rical” kitabında İmam Sadiqdən (ə) hədis rəvayət etmiş 3222 

nəfərin adını qeyd edib).  

İmam Cəfər Sadiqin  (ə)  tələbələri  sırasında kimya elminin qurucusu Cabir 

ibn  Həyyan,  kəlam  mövzusunda  30-dan  artıq  kitab  müəllifi  Hişam  ibn  Həkəm, 

“Möminüt-taq”  ləqəbli  Mühəmməd  ibn  Əli  ibn  Nöman  Bəcəli,  “Tövhidi-

Müfəzzəl”  kitabını  İmamın  diqtəsi  ilə  qələmə  almış  Müfəzzəl  ibn  Ömər  Cüfi, 

Əban  ibn  Təğlib,  Zürarə  ibn  Əyün,  qardaşları  Həmran  və  Bəkr,  Süleyman  ibn 

Mehran Əməş, Cabir ibn Yezid Cüfi, Əbu Həmzə Sümali, Cəmil ibn Dərrac kimi 

böyük alimlər vardı. İmam Sadiq (ə) öz tələbələrinin qabiliyyətinə uyğun olaraq, 

onları  müəyyən  bir  elm  sahəsində  yetişdirirdi.  Bəzi  səhabələr  Quran  qiraəti, 

bəziləri lüğət və ərəb ədəbiyyatı, bəziləri fiqh, bəziləri də kəlam sahəsində dərin 

biliyə  malik  idilər.  Çox  zaman  İmam,  onunla  elmi  mövzuda  mübahisə  etmək 

istəyən şəxslərə bu şagirdlərlə yarışmağı tövsiyə edirdi. 

lkin  orta  əsrlərdə  İslam  dünyasında  yetişən,  İmam  Cəfər  Sadiqin  (ə)  ən 

mötəbər tələbələrindən  biri də  İslam aləmində Sufi, Qərbdə Geber kimi tanınan 

istər  Şərqdə,  istərsə  də  Qərbdə  kimya  elminin  atası  adı  ilə  çağırılan  məşhur 

müsəlman alimi Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufidir (721-815). O, 

elm aləmində Cabir ibn Həyyan adı ilə tanınır.  

Onun  həyatı  haqqında  məlumat  olduqca  azdır.  Onun  təxminən  eramızın 

721-ci  ilində  Tus,  Xorasan  və  ya  Kufədə  şəhərində  anadan  olduğu  deyilir. 

Gələcəyin məşhur kimyaçı aliminin atası əslən Yəməndən idi. Cabir ibn Həyyanın 

atası Həyyan əd-Əzdi əczaçı idi və onun da kimya elmindən xəbəri vardı. Həyyan 

əd-Əzdinin  dərman  hazırlayarkən  kimyəvi  vasitələrdən  istifadə  etməsi  balaca 

Cabiri  də  çox  maraqlandırmışdı.  Onda  kimya  elminə  ilk  həvəsi  də  məhz  atası 

oyatmışdı.  Sonrakı  dövrdə  isə  Cabirin  bəxti  gətirmiş,  o,  elmlərin  bilicisi  olan 

İmam Cəfəri Sadiq (ə) kimi müəllimin yanında dərs almışdı. İmam Cəfəri Sadiq 

(ə)  həzrətləri  balaca  Cabirin  elmə  olan  böyük  həvəsini  görüb,  ona  yalnız 

müəllimlik deyil, sözün əsl mənasında, atalıq elədi və elmin qapılarını onun üzünə 

taybatay açdı. 

 Cabir  ibn  Həyyan,  kimya,  astronomiya,  riyaziyyat  elmlərini  məhz  İmam 

Cəfəri  Sadiq  (ə)  həzrətlərinin  dərslərində  öyrəndi.  İmam  Cəfəri  Sadiq  (ə) 

həzrətlərinin  sayəsində  Cabir  ibn  Həyyan  elmlərin  sirlərinə  daha  dərindən 

yiyələnərək  məşhur  alim  kimi  yetişdi.  Deyilənə  görə,  İmam  Cəfəri  Sadiq  (ə) 

həzrətləri Cabir ibn Həyyan haqqında: “O elmin bütün qapılarına açar tapacaq və 

uca  Allahın  yardımı  sayəsində  elm  xəzinəsinə  gedən  yolu  tapacaq  və  adını  elm 

sahəsinə əbədi olaraq  yazdıracaq. O, gələcəyin böyük alimi olacaq və mən onun 

öyrənmək həvəsinə aşiqəm”,-demişdi. 

Həqiqətən  də,  İmam  Cəfəri  Sadiq  (ə)  həzrətlərinin  şagirdi  onun  adını, 

şərəfini  ucaldan,  ona  layiq  olan  əsl  elm  fədaisi  kimi  yetişdi.  Cabir  ibn  Həyyan 



2(54)2016 

 

 



54 

sonralar  dönə-dönə  elmin  zirvəsinə  gedən  yolun  qapılarını  üzünə  açdığına  görə 

İmam Cəfəri Sadiq (ə) həzrətlərinin qarşısında baş əydiyini söyləmişdi. O demişdi 

ki,  İmam  Cəfəri  Sadiq  (ə)  həzrətlərinin  şagirdi  olmasaydım,  onun  yanında  dərs 

almasaydım, mən alim ola bilməzdim. 

Bir  sözlə,  Cabir  ibn  Həyyanın  bir  alim  kimi  formalaşmasında  müəllimi 

Cəfər  əs-Sadiqin  misilsiz  rolu  olmuşdur.  Onda  kimyaya  olan  sonsuz  marağı 

başlıca olaraq, məhz Cəfər əs-Sadiq oyatmışdır.         

Çoxşaxəli  elmi  biliyə  malik  olan  Cabir  ibn  Həyyan,  filosoflar  tərəfindən 

filosof, kimyaçılar tərəfindən kimyagər, təsəvvüf düşüncəsindəki kəslər tərəfindən 

sufi,  ümumiyyətlə  elmlə  məşğul  olanlar  tərəfindən  o,  dahi  bir  alim  olaraq 

səciyyələndirilmişdir. Orta əsr bəşər elminin ən böyük alimlərindən hesab edilən 

məşhur  müsəlman  alim  İbn  Haldin  kimyaçıların  kimya  elminə  “Elmi  Cabir” 

dediklərini  xüsusi  vurğulayıb  və  İslam  aləminin  onunla  fəxr  etdiyini,  qürur 

duyduğunu yazıb.  

Kimya  elmləri  sahəsində  ona  qədər  və  yaşadığı  dövrdə  Şərq  və  Qərb  elm 

dünyasında  onun  səviyyəsinə  kimsə  çıxa  bilməmişdir.  Onun  əsərləri,  yaratdığı 

elmi  irs  sonralar  Qərb  elm  dairələrində  meydana  gələn  bir  çox  elmi  görüşlərin 

təşəkkül tapmasında böyük təsirə malik oldu. Cabir ibn Həyyanın kitabları qərbli 

elm  adamları  tərəfindən  tərcümə  edilmiş  və  mənimsənilmişdir.  Onun  kimya  ilə 

əlaqədar  olan  əsərləri  stolüstü  kitab  olaraq  istifadə  edilmişdir.  Kitabu’s-Seb’un 

(Yetmiş Kitab) adlı əsəri Book of Seventy adı ilə ingiliscəyə çevrilmişdir. Cabirin 

əsərlərinin  böyük  bir  qismi  itmişdir.  Bunlardan  27  dənəsi  latınca  və  almanca 

olaraq  Nürnberq,  Frankfurt  və  Strazburqda  1473-1710  illəri  arasında  çap 

edilmişdir. Xüsusilə bu gün kimya elmində mövcud olan bir çox orijinal kəşflərin 

və  metodların  böyük  bir  hissəsinin  demək  olar  ki,  ona  aid  olduğu  və  ya  onun 

fikirlərindən qaynaqlandığı qeyd olunur.  

Kimyanın geniş tətbiq sahəsi olan kimyəvi təmizlənmə prosesi mövzusunda 

ilk  misalları  ortaya  qoyan  şəxs  məhz  Cabir  ibn  Həyyan  olmuşdur.  O,  kimyəvi 

proses  yollarından  oksidləmə,  süblimasiya,  damızdırma,  çökdürmə,  əritmə  və 

kristallaşdırmaqla əlaqədar  əməliyyatları,  elmi  tədqiqatları  tam şəkildə aça bildi. 

Kükürd ilə civənin qarışdırılması nəticəsində qırmızı bir daşın (zencefre) meydana 

gəldiyini  açıqladı.  Sirkə  ilə  asetik  turşu  əldə  etməyi  o  tapdı.  Cabir  ibn  Həyyan 

zəhər  və  zəhərli  maddələrin  strukturlarını  araşdırdı.  Bu  mövzuda  “Kitab-

əssumum”  adlı  əsərini  yazdı.  Bitkilərdən  əldə  edilən  bir  boya  ilə  dərilərin  necə 

rənglənəcəyini  və  necə  təmizlənəcəyini  müəyyən  etdi.  Alim  müxtəlif  metal  və 

polad istehsal üsullarının inkişaf etdirilməsi, dəri və bez boyalarının hazırlanması, 

kükürdlü  mürəkkəblərdən  arsenik  və  antimuan,  bitkilərdən  yağ  əldə  edilməsi, 

metalların  saflaşdırılması,  parçanın  rənglənməsi,  sukeçirməz  paltarların 

cilalanması,  manqan  dioksidin  şüşə  istehsalında  istifadə  edilməsi  və  şüşənin 

rənglənməsi kimi kəşfləri də reallaşdırdı.  


Kimya məktəbdə 

 

55 



 

İbn  Həyyan  ilk  dəfə  kimyada  (əlkimyada)  eksperimental  metodları  tətbiq 

etmiş  və  müasir  kimya  elmində  indi  də  geniş  şəkildə  istifadə  olunan  bir  sıra 

mühüm  kimyəvi  proseslərı  kəşf  etmişdir.  Bunlardan  xlorid  və  nitrat  turşularının 

sintezini,  kimyəvi  məhlulların  distillə  edilməsi  və  kristallaşma  kimi  kimyəvi 

prosesləri misal göstərmək olar. 

Cabir  ibn  Həyyan,  təbiətdəki  maddələrin  saf  olmadığını  ifadə  etmiş  və 

bunları  saflaşdıraraq  saf  elementlər  əldə  etməyə  çalışmışdır.  Onun  ilk  dəfə  əldə 

etdiyi bir çox kimyəvi mürəkkəb maddələr vardır. Bunlardan bəziləri saf kükürd 

duzları,  naşatır  (NH

4

OH),  cəhənnəm  daşı  (AgNO



3

),  kezzap  (nitrat  turşusu, 

HNO

3

), saç  yağı (sulfat  turşu, H



2

SO

4



), güherçile (hind) (KNO

3

), sirkə turşusunu 



(CH

3

COOH),  süblime  (HgCl



2

),  sülügen  (civə  oksid),  arsen  oksid,  zəy  və  xlorid 

turşusudur (HCl). 

Onun  əsərlərinin  orijinalı  olduqca  mürəkkəb  və  anlaşılmaz  qaydada 

yazılmışdır  və  çox  ehtimal  ki,  şifrələnmişdir.  Bu  şifrələri  açmaq  isə  müasir 

günümüzə  qədər  mümkün  olmamışdır.  İlk  baxışdan  İbn  Həyyanın  əsərləri 

kimyəvi  maddələrin  ərəbcə  adlarından  ibarət  düşünülmüş,  mürəkkəb  kimyəvi 

sıralama sisteminə əsaslanır. 

Bundan  əlavə,  ibn  Həyyan  təkmil-laboratoriya  şəraitində  canlıların  süni 

yolla yaradılması kimi yüksək, mütərəqqi, o dövr üçün ağlasığmaz ideyanı da irəli 

sürmüş  və  üzərində  çalışmışdır.  Müxtəlif  qaynama  temperaturu  sayəsində 

mayelərin bir-birindən fərqləndiyii ilk dəfə Cabir İbn Həyyan adlı müsəlman kəşf 

edib. O, etdiyi təcrübələrlə müasir kimyanın banisi sayılır.            

Bəzi  məlumatlara  görə,  kimyada  elementlərin  dövrü  cədvəlini  kəşf  edən 

məşhur alim Dmitri Mendeleyev də məhz Cabir ibn Həyyanın kimya sahəsindəki 

elmi  əsərlərini  dərindən  mütaliə  etmişdir.  Onun  yalnız  Cabir  ibn  Hayyanın  elmi 

əsərlərini  tədqiq  edəndən  və  dərindən  onlara  yiyələnəndən  sonra  elementlərin 

dövri cədvəlini tapmaq üçün elmi araşdırmalara başladığı ehtimal edilir.  

Cabir  ibn  Həyyanın  70  əsəri  astronomiya  elminə  həsr  edilib.  Məşhur 

müsəlman  aliminin  bu  kateqoriyaya  daxil  olan  əsərlərinin  də  əksəriyyəti  latın 

dilinə  tərcümə  olunmuş  və  Qərb  alimləri  tərəfindən  dərindən  öyrənilmişdir.  Bu 

əsərlər  arasında  “Kitab  əl-Zöhrə”  (Zöhrə  ulduzuna  dair  kitab)  mühüm  yer  tutur. 

Əsərdə  ulduzla  bağlı  günümüzdə  belə  həsəd  aparıla  biləcək  bilgilər  verilib.  Ona 

görə bu əsəri oxuyan əksər Qərb astronom alimləri məşhur alimin bu qədər geniş 

elmi  biliyə  malik  olmasına  heyrət  etməkdədirlər.  Çünki  onun  o  dövrdə  Zöhrə 

ulduzu haqqında dedikləri və elmi araşdırmalar zamanı əldə etdiyi nəticələr yalnız 

20-ci əsrdə elmi kəşflərin sayəsində təsdiqini tapdı. 

 Məşhur alimin daşlar kateqoriyasına aid olan əsərləri arasında isə “Kitab əl-

Əhcər”  (Daşlar  haqqında  kitab)  əsəri  xüsusi  yer  tutur.  O,  bu  əsərində  daşların 

xarakterini,  xüsusiyyətlərini,  onların  tərkiblərini,  hansı  məqsədlə  işlədilməsini 



2(54)2016 

 

 



56 

olduqca dəqiqliklə müəyyən edib. Onun bu sahəyə aid elmi tədqiqat əsərləri dağ-

mədən sahəsinin inkişaf etdirilməsinə yeni təkan verib və sivil mədən sənayesinin 

inkişafında önəmli baza rolunu oynayıb. 

Məşhur  alimin  daşların  xüsusiyyətlərini  olduqca  dərindən  bilməsi  onun 

elmin bütün sahələrində qeyri-adi zəkaya, istedada malik olmasından irəli gəlirdi. 

Hər  halda  bütün  elm  sahələrində  özünəməxsus  elmi  kəşflər  etmək  dünyanın  hər 

tanınmış  aliminə  nəsib  olmur.  Hər  halda  onun  elmi  zəkası  günümüzdə  belə 

müsəlman  dünyası  üçün  qürur  və  şərəf  mənbəyi  olaraq  qalmaqda  davam  edir. 

Məşhur  kimyaçı  alimin  digər  bir  kateqoriyaya  daxil  olan  elmi  əsərləri  kimyəvi 

distilləyə  dair  on  kitabıdır.  Məşhur  müsəlman  alimi  bu  əsərlərində  antik  yunan 

“əlkimyaçıları” – Pifaqor, Sokrat, Platon, Aristotel haqqında ətraflı məlumat verir. 

Eyni  zamanda  o  bu  əsərlərində  kimyəvi  distilləyə  aid  yeni  elmi  dünyagörüşünü 

ortaya qoyur. Onu kimyəvi distillə ilə bağlı gəldiyi son nəticə çox dəqiq olub və 

alimin yaradıcılığı ilə tanış olan məşhur kimyaçıları heyrətdə qoyub. 

Cabir ibn Həyyanın digər kateqoriyaya aid elmi tədqiqat əsərləri “Tarazlığa 

dair kitablar”da öz əksini tapıb. Bu əsərlər arasında Cabir ibn Həyyanın ən məşhur 

əsəri  olan  “Təbiətdə  kimyəvi  tarazlıq  nəzəriyyəsi”  xüsusi  yer  tutur.  “Təbiətdə 

kimyəvi  tarazlıq  nəzəriyyəsi”  əsəri  Allah  tərəfindən  hər  şeyin  yüksək,  olduqca 

elmi  dəqiqliklə  yaradıldığının  bir  daha  təsdiqi  hesab  edilir.  Bununla  bağlı  Cabir 

ibn Həyyan yazır ki, Allah nəinki canlıları, həm də bizi əhatə edən cansız təbiətdə 

hər  şeyi  nizamlı  və  intizamlı  yaradıb.  Onun  sözlərinə  görə,  təbiətdə  kimyəvi 

tarazlıq  olmasaydı,  burada  canlı  orqanizmlərin  mövcudluğu  da  mümkün  olmaz, 

yer üzündə həyat yaranmazdı. 

Cabir  ibn  Həyyanın  nə  qədər  böyük  bir  kimyaçı  alim  olduğunu  onun  hələ 

1200  il  bundan  əvvəl  atomun  parçalanma  xüsusiyyətinə  malik  olduğunu  və  

parçalanarkən çox böyük enerjinin yarana biləcəyini söyləməsi də bir daha sübut 

edir.  O  bununla  bağlı  yazırdı:  “Maddənin  ən  kiçik  hissəsi  olan  “cüz-əl-yətəcəz 

za”da  (atom)  çox  böyük  enerji  var.  Yunan  alimlərin  iddia  etdiyi  kimi,  bunun 

parçalanma  xüsusiyyətinin  olmadığını  deyə  bilmərik,  o  da  parçalana  bilər. 

Parçalandıqda  da  elə  bir  güc  (enerji)  meydana  gələr  ki,  Bağdadın  altını  üstünə 

çevirə bilər. Bu, Allahu-Təalanın qüdrət nişanıdır”. 

Onun  bu  dedikləri  isə  əslində  məşhur  kimyaçı  alim  tərəfindən  məhz  atom 

bombasının yaradılması kimi də qəbul edilə bilər. Bundan əlavə, məşhur kimyaçı 

alimin  atomun  parçalanmasını  uzaqgörənliklə  söyləməsi  və  ondan  dünyanın 

irəliyə aparan elmi  kəşflər üçün istifadə ediləcəyini vurğulaması  o dövrdə  İslam 

dünyasında  elmin  ən  yüksək  səviyyədə  inkişafının  parlaq  nümunəsi  hesab  edilə 

bilər. 


Eyni  zamanda  düşüncə  və  fikir  adamı  olan  Cabir  siyasi  düşüncələri  və 

fəaliyyətləriylə də məşhurlaşmış böyük bir dahidir. Onun bu günə kimi çap edilən 

elmi əsərləri aşağıdakılardır: 


Kimya məktəbdə 

 

57 



 

“Kitab-ül-Bəyan”,  “Kitab-ül-Həcər”,  “Kitab-ün-Nur”,  “Kitab-ül-İzah”, 

“Kitab-ül-Istakas-is-Salis”,  “Təfsir-ül-İstaka”,  “Kitab-üt-  Təcrid”,  “Kitab-ül-

Mülk”, “Kitab-ur-Rahmə”dir. 

Məşhur alimin nəşr edilməmiş əsərləri isə bunlardır: 

”Kitab-üş-Şəms”,  “Kitab-ül-Qəmər”,  “Kitab-ül-Heyvan”,  “Kitab-ün-Bitki”, 

“Kitab-ül-Hikmət”,  “Kitab-ül-Anasır”,  “Kitab-ül-Kiman-il-Meadin”,  “Kitab-ül-

Xilqət”, “Kitab-ül-Heyət”.  

Cabir  ibni  Həyyanın  əsas  çalışmaları  paktiki  kimya  sahəsində  olub.  O, 

xurafatdan uzaq, real  təcrübələrə əsaslanan  yeni  kimya elminin banilərindən biri 

hesab edilir. Bird aha qeyd edək ki, Avropanın cəhalət  girdabında boğulduğu bir 

əsrdə  Cabirin  elmi  fəaliyyəti  ümumdünya  əhəmiyyətə  malik  idi.  Sonralar  qərb 

alimləri onun kitablarını oxuyaraq hərtərəfli tədqiq etmiş və bir çox elmi kəşflərə 

nail olmuşlar. Cabir öz yaradıcılığı ilə qərbin elmi intibahına yol açan ən qüdrətli 

düha  sahiblərindən  biri  olmuşdur.  Elə  buna  gorədə  bəzi  müsəlman  alimlərinin 

dediyi  kimi,  orta  əsrlərdə  Cabiri  xristianlar  müsəlmanlardan  daha  yaxşı 

tanıyırdılar.  Qısa  olaraq  Viardotun  ifadəsi  ilə  desək:  “Müsəlmanların  kimya 

elmindəki xidmətləri, riyaziyyatdakı təsirlərindən heç də az deyildir.”  Sözün əsil 

mənasında bu müsəlman alimin kəşf və çalışmaları müasir kimyanın bünövrəsini 

təşkil etdi.  

Zəkası öz dövrünü qabaqlamış olan bütün dövrlərin böyük aliminin xatirəsi 

elmi bilik xiridarları üçün həmişə çox əziz tutulacaq və hörmətlə xatırlanacaqdır.

 

 

 



İstifadə  edilmiş  ədəbiyyat: 

 

1.   John  Warren  (2005).  "War  and  the 

Cultural  Heritage  of  Iraq:  a  sadly 

mismanaged  affair",  Third  World 

Quarterly,  Volume  26,  Issue  4  &  5,  p. 

815-830.  

2. 

Şaban  Döven,  "Müslüman  İlim 

Adamları", 

Yani 


Asya 

neşriyat, 

İstanbul, 2004 

.

 



3. Evid  Based  Complement  Alternat  Med, 

Aralık 2005, Vol. 2, Iss.4, s. 475-479

.

 

4. Robert  Briffault  (1938).  The  Making  of 



Humanity, p. 195.  

5. The  Independent,  London  (UK)  (095-

9467, 11 Mart 2006, s. 22.  



6. Prof.  Dr.  Mehmet  Bayraktar,  "İslam'da 

Bilim  ve  Teknoloji  Tarihi",  Türkiye 

Diyanet Vakfı Yayınlar, Ankara, 2000.  

7.  Sara  Zahidqızı,  ”Kimyanın  atası“  Cabir 

ibn Həyyan. 



8. Ə.N.Xəlilov, R.Ə.Xəlilov, Kimyəvi 

elementlərin kəşfinə, görkəmli alimlərə 

və Nizami “Xəmsə”sində qədim 

metalların əks etdirilməsinə dair. Bakı. 

Nərgiz. 2009. 170 s.


2(54)2016 

 

 



58 

Р.М.Рзаев, Х.М.Гашимов 

Основатель современной  химии  - Джабир ибн Хеййан, ученик  Имама 

Джафара Садига 

 

АННОТАЦИЯ  

В  статье говорится  о  жизни  и  научном  творчестве  Джабир  ибн  Хеййана, 

одного  из  выдающихся  учёных  средних  веков  Исламского  мира, считающимся 

основателем  современной     химии,  известным  на  Западе  под   именем  Гебер, 

названным  одним  из   родоначальником  химической  науки.Особая  роль 

в формировании  его   как   великой  личности  и  учёного  принадлежит  его учителю 

Имаму Джафар Садигу.                    

Подробно  рассказывается  о   научных  работах  известного  учёного-

химика, относящимся  к   различным  категориям,о  новых  научных  изобретениях  и 

открытиях, приобретённых научных результатах и ,о плодотворном использовании 

этих достижений учёными Западного мира, для очередной стадии развития химии. 



 

 

R.M.Rzayev, Kh.M.Hashimov 

Modern chemistry founder - Imam Jafar Sadig’s  student  

Jabir Ibn Heyyan 

 

ANNOTATION 

          The  article  is  about  the  scientist  living    in  the  middle  ages  in  the  Islamic  world, 

eminent scientist of modern chemistry , who is considered a founder of chemical science 

in the West with the name Geber, the father  named Jabir Ibn Heyyan’s life and scientific 

activities. The formation his brilliant personality and as a scientist,  the  teacher of Imam 

Jafar Sadig’s  role is highlighted especially. 

The article deals with the well-known chemist scientist’s various  scientific works, 

new  scientific  inventions  and  discoveries,  the  scientific  results,  how  used  for  the    next 

stage of chemistry development of the Western world scientists fertilization 

 

 



 

Açar sözlər: antik elm, elmi mühit, kimyəvi proses, eksperimental metodlar, 

kristallaşma, kimyəvi tarazlıq, nitrat turşusu 



 

Ключевые слова: античная наука, научная среда, химический процесс, 

экспериментальные методы, кристаллизация, химическое равновесие

азотная кислота 

 

Key words: ancient science, the scientific environment, chemical process, experimental 

methods, crystallization, chemical equilibrium, acid nitrate 



Каталог: arxiv
arxiv -> Kİmyadan bəZİ termiNLƏRİn tariXİ haqqinda (III məqalə) V. M. Abbasov, A. M. Tağıyeva, T. C. Soltanova
arxiv -> Kim oynadı, kim vurdu – 1995/96 Neftçi (Bakı) 1 2 3 4
arxiv -> Kim oynadı, kim vurdu – 1994/95 Kəpəz (Gəncə) 1 2 3 4
arxiv -> 11-33, 11-59, 11-34, 11-35, 11-36, 11-37 23 yaşlı dahi
arxiv -> ÜmumtəHSİl məKTƏBLƏRİNDƏ Kİmyanin biologiya iLƏ ƏlaqəLİ TƏDRİSİ TƏCRÜBƏSİNDƏN
arxiv -> Yeni təlim metodlari əsasinda kimyanin tədrisi təCRÜBƏsindən mürşüd Fərəcov
arxiv -> BƏDƏnin dəri öRTÜYÜNÜn kimyasi haqqinda məlumatlarin şagirdləRƏ ÖYRƏdilməsinin əHƏmiyyəTI
arxiv -> Atmosfer kimyasi və İQLİm t.Ə. Ağdamski
arxiv -> Fazalar tarazliği mövzusunun tədrisinə dair t.Ə. Ağdamski
arxiv -> I məqalə M. M. Abbasov amea neft Kimya Prosesləri İnstitutu, p e. d N. A. Güncegörü


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə