96
VI fəsil
Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları
Plan:
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr.
2.
Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər.
3. Təlim metodları və onların təsnifatı.
4. Təlim metodlarının səciyyəsi və tətbiqi.
5. Təlim texnologiyaları.
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr
Ali təhsilin məzmunu dedikdə, yüksək ixtisaslı mütəxəssis
və Vətəndaş-şəxsiyyət hazırlanması məqsədi ilə təhsil müəssi-
səsində verilən bilik, bacarıq və vərdişlər sistemi başa düşülür.
Mütəxəssis hazırlığının keyfiyyəti bu problemin həllindən çox
asılıdır.
Təhsilin məzmunu müəyyən
amillərlə bağlıdır. Bu
amillər sırasına cəmiyyətin tələbi,
elmi-texniki tərəqqi, elmin
müasir səviyyəsi, peşə-ixtisas profili və s. daxildir. Həmin
amillərə əsasən ali məktəb didaktikasında
ali təhsilin məzmu-
nunun ümumi metodoloji prinsipləri müəyyən edilmişdir:
1) təhsilin məzmununun cəmiyyətin tələbatına, elmi-texniki
tərəqqinin tələblərinə uyğunluğu prinsipi. Cəmiyyət inkişaf etdik-
cə mütəxəssisə verilən tələblər də artır: təhsilin məzmunu bu tə-
ləblərə uyğun olaraq daim yeniləşdirilməli və təkmilləşdirilməli-
dir;
2) təhsilin məzmununun elmin müasir səviyyəsinə uy-
ğunluğu prinsipi;
3) təhsilin ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsi məq-
sədinə
xidmət etməsi prinsipi;
4) nəzəriyyə və təcrübənin vəhdəti prinsipi;
5) təlim informasiyalarının həcminin optimallaşdırılması
prinsipi. Tələbə təhsil illərində çox böyük həcmdə informasiya-
lara yiyələnməlidir. Bu informasiyaları təhsil illəri, kurslar, se-
mestrlər, aylar və həftələr üzrə düzgün tənzim etmək vacibdir;
97
6) təhsilin məzmununda sistemlilik prinsipi;
7) tarixilik prinsipi. Bu prinsip təhsilin məzmununa tarixi
və məntiqi aspektdən yanaşmağı, elmi nəzəriyyələri inkişaf
halında, təkamül mövqeyindən şərh etməyi nəzərdə tutur.
8) təhsilin məzmununu müəyyənləşdirərkən göstərilən
prinsiplərdən əlavə habelə seçilmiş peşə və ixtisasın
tələbləri,
peşə fəaliyyətinin modeli, peşə professioqramı, dövlət təhsil
standartları əsas götürülməlidir.
Dövlət təhsil standartları müəyyən dövr üçün (5 ildən az
olmayaraq) təhsilin məzmununa, maddi bazasına,
müəllim və
tələbələrin keyfiyyət göstəricilərinə verilən vahid dövlət tələb-
lərini əks etdirən ümumi normalar məcmusudur. Təhsil müəssi-
səsinin fəaliyyətinin qiymətləndirilməsində, akkreditasiya və at-
testasiyasında müfafiq dövlət təhsil standartları əsas götürülür.
Dövlət təhsil standartlarına görə, ümumilikdə təlimin, elə-
cə də hər bir fənnin məzmunu iki hissədən ibarətdir: a) in-
variant (dəyişməz) hissə - təhsilin özəyini təşkil edir; b) variativ
(dəyişən) hissə - cəmiyyətin tələbatlarından asılı olaraq müntə-
zəm surətdə yeniləşdirilir və təkmilləşdirilir.
Təhsilin məzmunu mürəkkəb sistem olub, öz quruluşuna
görə bir neçə komponentdən (ünsürdən) ibarətdir.
Təhsilin
məzmunun əsas komponentlərinə aşağıdakılar daxildir:
1) təbiət, cəmiyyət, təfəkkür, texnika və fəaliyyət qaydaları
haqqında
biliklər: elmi biliklərin mənimsənilməsi insan şüurunda
dünyanın düzgün elmi mənzərəsinin yaranmasını, həyata və fəa-
liyyətə düzgün metodoloji yanaşmanı təmin etməyə imkan verir;
2)
intellektual və praktik bacarıq və vərdişlər sistemi:
onlar bir çox konkret fəaliyyət növlərinin əsasını təşkil edir;
3)
yaradıcılıq təcrübəsi: belə təcrübəyə yiyələnməklə
tələbə nəzəri biliklərini yeni şəraitə təbiq edir, yeni problemlər
qoyub həll edir, problemin müxtəlif həlli yollarını
tapmaq
imkanı qazanır;
4)
münasibətlər sistemi (tərbiyəlilik): təhsilin məzmununun
bu komponenti insanın ətraf aləmə, başqalarına, özünə qiymət-
98
ləndirmə-emosional münasibətinin formalaşmasında ifadə olunur
və onun inamının, ideallarının əsasını təşkil edir. Hər hansı bilik
sahəsi və ya ideya tələbədə müsbət emosional münasibət, onun
həqiqiliyinə inam doğurmursa, bu
halda həmin biliklərin və
ideyanın tam mənimsənilməsindən danışmaq çətindir.
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə
sıx bağlı olub, birlikdə ümumi didaktik məqsədin həyata keçi-
rilməsini təmin edir. Təhsilin məzmunu bütöv təlim prosesinin
mühüm bir ünsürü olub digər ünsürlə ‒
təlimin məqsədi ilə şərt-
lənir. Optimallıq prinsipindən göründüyü kimi, təlimin məqsədi
onun məzmununu və digər komponentləri müəyyən edir. De-
məli, məqsəddən asılı olaraq məzmun dəyişir. Bəs, təlimin
(məktəbin) başlıca məqsədi nədir? Bu sualla bağlı pedaqogika
tarixində (XVIII-XIX əsrlər)
təhsilin məzmununa dair müx-
Dostları ilə paylaş: