110
öyrənməyə kömək edir.
Təkrarlama müsahibəsi keçilən bilikləri təkrar yolu ilə
möhkəmlətməyi nəzərdə tutur.
Müsahibə zamanı sualların düzgün qoyulması
mühüm
şərtdir. Sualın qoyuluşu müəyyən
tələblərə cavab verməlidir: a)
sual konkret və aydın olmalıdır; ümumi xarakterli sual aydın
olmur (məsələn, “S.Vurğun haqqında nə deyə bilərsən?”); b)
sual düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən
sual (məsələn, “Metallar istidən genişlənirmi?”)
tələbələri dü-
şündürmür; c) sual yığcam olmalıdır; iki və çoxmərtəbəli sual
(məsələn, “İsim nədir, o, hala və şəxsə görə necə dəyişir?”)
vermək düzgün deyildir: belə sual yaxşı yadda qalmır və ca-
vaba mənfi təsir göstərir; d) yanlış və çaşdırıcı suallar vermək
olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə dəfə böyük-
dür?”) tələbələrin təfəkkürünü
səhv yola sövq edir və müəl-
limin biliyi haqda onlarda şübhə yarada bilər.
Müsahibə metodunun
təşkilində müəyyən qaydanı gözlə-
mək lazımdır:
sual tək-tək tələbəyə yox, qrupa verilir və istə-
nilən tələbədən soruşulur. Cavab səhv və ya qeyri-dəqiq olarsa,
səhv
cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə
düzəltdirilir, cavab yenə təminedici olmasa,
müəllim özü izah
edir.
Müsahibənin bir forması da diskussiyadır.
Dostları ilə paylaş: