Mir Rəhim Vilai (birinci fəsil)


Milli Azadlıq Hərəkatının İnkişafı və Demokratik Mətbuat



Yüklə 303,08 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix01.01.2022
ölçüsü303,08 Kb.
#50294
1   2
vilai d1L

Milli Azadlıq Hərəkatının İnkişafı və Demokratik Mətbuat 

 

Azərbaycan Demokrat Firqəsi özünün məramını, məqsədini, qərar və göstərişlərini vaxtlı vaxtında 



kütlələrə çatdırmaqdan ötrü, habelə bütün xalq kütlələrini öz bayrağı altında birləşdirib qəti mübarizəyə 

aparmaq üçün xalqın başa düşəcəyi bir dildə mətbuat nəşr etməyi qərara aldı. 

Proletariatın dahi müəllimi V. İ. Lenin «Nədən başlamalı?» adlı məqaləsində siyasi qəzetin əhəmiyyəti 

haqqında yazmışdır: «...bizə hökmən siyasi qəzet lazımdır. Siyasi orqan olmasa, qarşımıza qoyduğumuz 

vəzifə, yəni siyasi narazılıq və protest ünsürlərinin hamısını bir yerə toplamaq, bunların vasitəsi ilə 

proletariatın inqilabi hərəkatını canlandırmaq vəzifəsi əsla yerinə yetirilə bilməz»

1



V. İ. Leninin həmin müddəasını əldə rəhbər tutan Azərbaycan Demokrat Firqəsi: yarandığı gündən iki 



gün sonra, yəni 1945 ci il sentyabrın 5dən etibarən Azərbaycan dilində «Azərbaycan» adlı qəzet nəşr etməyə 

başladı. 

1. «Azərbaycan» qəzetinin 1—82 ci nömrəyə qədər müdiri Ə. Şəbüstəri, 

2. 83— 151 ci nömrəyə qədər müdiri Əhməd Musəvi; 

3. 152—246 cı nömrəyə qədər müdir və redaktoru Fəthi Xoşkənabı. 

4. 247—4 (293) cü nömrəyə qədər müdir və redaktoru İsmail Şəms; 

5. 5 (294)—82 (371) ci nömrəyə qədər redaktoru Fəthi Xoşkənabi.  

Qəzet Azərbaycan Demokrat Firqəsinin orqanı olaraq təhririyyə heyəti vasitəsi ilə nəşr olunurdu. Dörd 

nömrəyə qədər həftədə iki dəfə, iki səhifədən, 5 ci nömrədən gündəlik nəşr olunmuşdur. 45 ci nömrədən 

etibarən 4 səhifədən ibarət 5 min nüsxə, sonralar isə 7 min tirajla çap edilmişdir. 

Azərbaycan xalqının son yarım əsrlik inqilabi hərəkatının zəmini üzərində yaranmış Azərbaycan 

Demokrat Firqəsi Azərbaycan xalqının əsas həyati tələblərini özünün mübarizə şüarları qərar verərək həmin 

siyasi, iqtisadi və mədəni tələbləri «Azərbaycan» qəzeti vasitəsi ilə də həyata keçirməyə. müvəffəq 

olmuşdur. 

«Azərbaycan» qəzeti zəhmətkeşlərin coşğun inqilabi qüdrətinə arxalanaraq geniş xalq kütlələrini 

firqənin şüarlarını həyata keçirmək uğrunda, xalq hakimiyyəti uğrunda qəti mübarizəyə qaldırdı. 

Qəzetin keçdiyi bütün şanlı mübarizə yolu Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət uğrunda 

apardığı tarixi mübarizəsi ilə sıx surətdə bağlı olmuşdur. 

Bunu iftixarla qeyd etmək lazımdır ki, 1945 1946 cı illərdə Azərbaycanda demokratik hərəkatın inkişafı 

dövründə «Azərbaycan» qəzeti bu mübarizənin bayraqdarı kimi çıxış etmiş və doğma Azərbaycan dilində 

çıxan bütün demokratik mətbuata istiqamət vermişdir. 

Kütlələri vahid təşkilatda birləşdirərək milli azadlıq uğrunda mübarizəyə qaldırmaqda demokratik 

mətbuat Azərbaycan Demokrat Firqəsinin əlində möhkəm və etibarlı silah olmuşdur. 

V. İ. Lenin mətbuatın vəzifələri haqqında danışarkən demişdir: «Qəzet yalnız kollektiv təbliğatçı və 

kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır» 

2



Demokratik mətbuat sırasında «Azərbaycan» qəzeti həqiqətən təbliğatçı və təşviqatçı olmaqla bərabər, 

firqənin proqramını və qarşısında duran aktual gündəlik məsələləri həyata keçirməkdə kollektiv təşkilatçılıq 




www.achiq.info

  

 



rolunu da ifa etmişdir. 

Azərbaycan Demokrat Firqəsinin 1945 ci il 12 şəhrivər (3 sentyabr) tarixli müraciətnaməsində 

Azərbaycan xalqının istək və arzusu belə ifadə edilmişdir: 

«Azərbaycan torpağında dörd milyon yarımdan çox bir xalq yaşayır, onlar özlərinin qomiyyətlərini 

təşxis vermişlər, özlərinə məxsus dilləri və ayrı bir adab və rüsumları vardır. Bu xalq deyir ki, biz istəyirik 

ki, İranın istiqlaliyyətini və tamamiyyətini hifz etməklə bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və 

azad olaq».

3

 

Azərbaycan Demokrat Firqəsi sinfi tərkibindən asılı olmayaraq, bütün xalqı müqəddəs azadlıq 



mübarizəsində iştirak etməyə çağırırdı. 

Müraciətnamədə 12 maddədən ibarət şüar irəli sürülmüşdü. Orada deyilir: 

İranın istiqlaliyyət və tamamiyyətini gözləməklə bərabər Azərbaycan xalqına azadlıq verilməlidir ki, 

Azərbaycanın abadlaşması, maarif və mədəniyyətinin tərəqqisi üçün ümumi məmləkətin adilanə qanunlarını 

gözləməklə bərabər öz müqəddəratını təyin etsin. Bu fikri həyata keçirmək üçün çox tezliklə əyalət və 

vilayət əncümənlərini seçib işə başlamalıdır

4



Azərbaycan Demokrat Firqəsinin qarşısında sənayenin, daxili və xarici ticarətin genişlənməsi, şəhərlərin 



abadlaşması, işsizliyin aradan qaldırılması, kəndli ehtiyaclarının təmin edilməsi, habelə dövlət torpaqlarının 

və Azərbaycanı tərk edib qaçan mülkədarların torpaqlarının (əgər onlar tezliklə Azərbaycana qayıtmasalar) 

qeyd şərtsiz kəndlilərin ixtiyarına verilməsi kimi təxirəsalınmaz vəzifələr dururdu. 

Azərbaycan Demokrat Firqəsinin məqsədlərindən biri də bu idi ki, ibtidai məktəblərdə üçüncü sinfə 

qədər dərslər Azərbaycan dilində aparılmalı, üçüncü sinifdən yuxarı Fars dili və Azərbaycan dili ilə yanaşı 

tədris edilməli, milli universitet təşkil olunsun. 

Müraciətnamədə Azərbaycandan alınan vergilərin yarısından çoxunun Azərbaycanın öz ehtiyaclarına 

sərf edilməsi və qeyri müstəqim vergilərin ləğv olunması və başqa tələblər irəli sürülür. 

Firqənin 3 sentyabr tarixli müraciətnaməsində irəli sürülən məsələlər xalqın ürək sözləri olub, onun 

uzun illərdən bəri uğrunda mübarizə apardığı məqsəd və ideyasını özündə yığcam şəkildə təcəssüm etdirirdi. 

Məhz buna görə də o, Azərbaycanın şəhər və kəndlərində geniş xalq kütlələri tərəfindən böyük sevinclə 

qarşılandı. Bu münasibətlə də «Azərbaycan» qəzetinə yüzlərlə təbrik məktubları göndərildi. Qəzet bu haqda 

yazır: 

«Minlərlə azərbaycanlı Azərbaycan şəhərlərində müraciətnamə yapışdırılmış divarların qabağında 

toplanıb ürək döyüntüsü ilə onu axıra qədər oxudu, düşündü, alqışladı. Bu vasitə ilə səadət və azadlıq üçün 

yol açıldığını hiss etdi. Bu isti istiqbal və hərarətli təvəccöh göstərdi ki, tutduğumuz yol düz və intixab 

etdiyimiz hədəf doğrudur»

5



«Azərbaycan» qəzetinin səhifələrində müraciətnamənin bütün yerlərdə: təşkilatlarda, müəssisə və 

idarələrdə, fabrik və zavodlarda oxunub bəyənildiyini nümayiş etdirən məktublar dərc edilmişdir. 

Bu zaman Azərbaycanda .Hizb Tudeyi İranın (İran Xalq Partiyası) Azərbaycan əyaləti təşkilatı fəaliyyət 

göstərirdi. 1945 ci ilin sentyabr ayının 7 də Təbriz şəhərində Hizb Tudeyi İranın Azərbaycan təşkilatının 

geniş əyalət konfransı çağırıldı. Konfrans firqənin müraciətnaməsini müzakirə edərək, onun Azərbaycan 

xalqının inqilabi yaradıcılıq qüvvəsinə daha düzgün yanaşdığını, Azərbaycanın siyasi, iqtisadi və mədəni 

inkişafı üçün düzgün və əməli yollar müəyyən etdiyini yekdilliklə bəyəndi və alqışladı. Konfrans müzakirə 

etdiyi məsələ barədə müvafiq qərar qəbul etdi. 

«Azərbaycan» qəzeti konfransın bu qərarına böyük əhəmiyyət verərək, «Güc birlikdə dir» adlı baş 



www.achiq.info

  

 



məqaləsində yazır ki, konfrans müraciətnaməni və firqəmizin təşkili xəbərini böyük şadlıqla qarşılayıb 

Azərbaycan xalqının səadətini onun şüarlarında gördüyü üçün firqəmizlə birləşməyi qərara almışdır. Bu, 

xalqımızın birliyi və azadlığı yolunda böyük bir addımdır. 

1945 ci il sentyabr ayının 17 də Azərbaycan fəhlə və zəhmətkeşlərinin həmkarlar ittifaqı da firqənin 

siyasi rəhbərliyini qəbul etdi. Bu, yeni yaradılan firqənin gücünü qat qat artırdı. «Azərbaycan» qəzeti 

«Firqəmizin tarixi işi» adlı baş məqaləsində firqə sıralarının gündən günə artdığını göstərərək belə yazırdı: 

«Bu günə qədər Təbrizdə və ətraf şəhərlərdə on mindən artıq müxtəlif təbəqələrdən firqəmizin 

üzvlüyünə qəbul edilənlər olmuşdur. Buna əlli mindən artıq bizə mülhəq olmaq istəyən Hizb Tudeyi İran 

üzvlərini əlavə etdikdə, geniş və böyük bir cəmiyyətin ətrafımıza toplandığını görəcəyik»

6



Firqədə hələlik proqram və nizamnamənin olmamasına baxmayaraq, ona üzv olmaq istəyənlər 



müraciətnamədə irəli sürülmüş şüarları qəbul etməklə firqə sırasına daxil olurdular. 

«Azərbaycan» qəzeti firqənin yaradılması uğrunda böyük təşkilatçılıq işi aparırdı. Qeyd etmək lazımdır 

ki, firqə hələ tam etibarı ilə yaranmamış dı. Beləliklə də, «Qarşımızda duran ən mühüm vəzifə firqəmizin 

rəhbərliyi altında milli azadlıq mübarizəsinə hazır olduğunu isbat edən xalq kütlələrini təşkil etməkdən 

ibarət idi. Bu da ancaq möhkəm intizamlı və ciddi təşkilata malik ola bilən bir firqənin rəhbərliyi sayəsində 

mümkün ola bilərdi»

7



Müraciətnamənin nəşrindən sonra Azərbaycanın bütün şəhər və kəndlərində firqə təşkilatı fəaliyyətə 



başladı. Muəssislər heyəti tərəfindən şəhər və kəndlərə nümayəndələr göndərildi. 

Bu məqsədlə müraciətnamənin nəşrindən sonra şəhrivər ayının 22 də (sentyabrın 13 də) keçirilmiş firqə 

banilərinin ümumi iclasında on bir nəfərdən ibarət bir müəssislər komitəsi və komitənin sədrliyinə S. C. 

Pişəvəri seçildi. 

Azərbaycan xalqının öz doğma firqəsinə və azadlıq hərəkatına olan sonsuz əlaqəsi belə 

qiymətləndirilmişdir: 

«İki kiçik daxmadan artıq olmayan «Xavərno» qəzetinin keçmiş idarəsi beş milyonluq bir xalqa 

rəhbərlik edən bir firqənin təsisinə kifayət edərdi. Bu, inanılmaz bir iş olsa da, həqiqətən bu heyrətamiz bir 

fəaliyyət bizə az bir zamanda Azərbaycanın bütün kənd və şəhərlərində firqənin komitə və şöbələrini 

yaratmağa imkan verdi. Onu da qeyd etmək lazımdır ki, çox yerdə bizim nümayəndələrimiz ayaq basmadan 

daha əvvəl xalqın öz təşəbbüsü ilə firqə təşkilatları meydana çıxıb həmin 12 şəhrivər şüarları üzərində 

fəaliyyətə başlamışdı. Hətta bəzi kəndlərdə kəndlilərin hamısı istisnasız olaraq, firqə sıralarına keçmək üçün 

nümayəndələr seçib Təbrizə göndərməyə başladılar»

8



Bütün bunlar Azərbaycan xalqının milli qurtuluş uğrunda mübarizəyə hazır olduğunu göstərir və sübut 

edir ki, 1945—1946 cı illərdə Azərbaycan xalqının milli azadlıq hərəkatı öz məqsədi, mütəşəkkilliyi, 

möhkəm intizamlılığı cəhətdən keçmiş inqilabi hərəkatlardan qat qat üstün olmuşdur. 

Firqənin fəaliyyəti 1945 ci il. avqust ayının 1dən başlamışdır. Gizli fəaliyyət dövrü hesab olunan bir ay 

müddətində (avqust ayının 1dən sentyabr ayının 3 nə qədər) biz fövqəladə ehtiyatla işləməli, 

müxalifətçilərin əllərinə bəhanə verməməli idik. Qabaqcadan, zəmin hazırlamadan leqal işə keçmək 

müvəffəqiyyətsizliklə nəticələnə bilərdi. 

1945 ci il sentyabr ayının 3dən həmin ilin noyabr ayının 20 ə qədər olan dövrdə Azərbaycan Demokrat 

Firqəsi xalq kütlələrinin mübarizəsini təşkil edir, ilk partiya təşkilatlarını yaradır və onu möhkəmlətmək işi 

ilə məşğul olurdu. 

V. İ. Lenin «Nədən başlamalı?» adlı əsərində göstərmişdir: «...indi bu saat bizim şüarımız «hücuma 

keçmək» şüarından ibarət ola bilməz... partiyamızın əsil vəzifəsi bütün mövcud qüvvələri dərhal hücuma 




www.achiq.info

  

 



keçməyə çağırmaqdan ibarət ola bilməz, bütün qüvvələri birləşdirə bilən və hərəkata yalnız sözdə deyil, işdə 

də rəhbərlik edə bilən, yəni... hər cür partlayışa yardım etməyə həmişə hazır olan və bunlardan istifadə 

edərək qəti döyüş üçün yararlı... inqilabi təşkilat yaratmağa çağırmaqdan ibarət olmalıdır»

9



V. İ. Leninin məlum göstərişini əldə rəhbər tutan firqə, düşmənləri sayıq salmamaq üçün hərəkatın 



əvvəllərində, hətta mitinq və küçə nümayişlərini də məsləhət görmürdü, çünki qüvvələri toplamadan düşmən 

qüvvələri üzərinə hücum etmək olmazdı. 

Azərbaycan Demokrat Firqəsinin təşkili və onun müraciətnaməsinin xalq kütlələri içərisində göstərdiyi 

müsbət təsir İran irticasına və daxili düşmənlərə böyük bir zərbə oldu. «Azərbaycan» qəzeti bu haqda 

yazmışdır: Müraciətnaməmiz ətrafda olduqca dərin təsir buraxmışdır. Düşmənlərimiz, xüsusilə Tehranda 

İran xalqlarını ayaqları altına alan müstəbid ünsürlər onu oxuyub. titrəməyə başlamışlar. 

«Azərbaycan» qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadədildə izah edir 

və işıqlandırırdı. Qəzet «Firqəmiz işə başladı» adlı baş məqaləsində kütlələrə xəbərlər yayaraq düşmənlərin 

əleyhimizə qalxdıqlarını göstərir və xalqı mübarizəyə çağıraraq yazırdı ki, Azərbaycan xalqının daxili və 

xarici düşmənləri firqəmizin meydana çıxması ilə yarasalar günəşdən qorxan kimi qorxuya düşüb ziddimizə 

qalxacaqlar. Qəzetimiz bu xain ünsürlərlə şiddətli mübarizə apardığına görə, oxucular üçün fövqəladə 

surətdə maraqlı olacaqdır. Bu qanlı vuruşmalarda biz hökmən qalib çıxmalıyıq, çünki yolumuz doğru və 

məqsədimiz müqəddəsdir

10



«Azərbaycan» qəzeti bütün xalqı, o cümlədən erməniləri, assoriləri və kürdləri, habelə, sinfi fərqləri 

nəzərə almadan, iyirmi illik istibdad dövründə zülm və əsarətə məruz qalmış kütlələri Azərbaycan Demokrat 

firqəsinin ətrafında sıx birləşməyə, mübarizə aparmağa və fəaliyyət göstərməyə çağırırdı. Qəzet bu haqda öz 

fikrini ifadə edərək yazmışdır ki, biz milli azadlığı təmin etmək üçün hər kəsdən fədakarlıq tələb edirik. 

Malik, rəiyyət, ərbab, fəhlə — hamı Azərbaycanın tərəqqi və səadəti yolunda fədakarlıqlar göstərməlidir. 

Qəzet xalqı var qüvvəsi ilə milli azadlıq uğrunda düşmənlərə qarşı amansız mübarizə aparmağa çağırır 

və mübarizənin əhəmiyyətini kütlələrə dərindən izah edirdi. Qəzet göstərirdi ki, kim azadlıq və tərəqqiyə 

müxalifət edərsə, o, millətimizin qəddar düşmənidir. Onunla amansız mübarizə aparmalıyıq. 

«Azərbaycan» qəzeti İran xalqlarının azadlıq hərəkatını boğmaq üçün imperialistlərin əli ilə yeni bir 

hökumətin iş başına gətirilməsini qabaqcadan kütlələrə xəbər verir və onları mübarizəyə çağıraraq yazırdı ki, 

Seyid Ziya və onun tərəfdarları mister Bevin və mister İdenin sözlərini eynən təkrar etməkdədirlər. Onlar 

İranda qüdrətli bir irtica dövləti yaratmaq və dövlətin noxtasını London siyasətçilərinin əlinə tapşırmaq 

niyyətindədirlər. Təzə, müasir bir İran Hitleri vücuda gətirməyə çalışırlar.  

Qəzet Tehranın böyük addımlarla irticaya tərəf getməsini xatırladır, məclis və dövlətin xain ünsürlərdən 

təşkil edilməsini göstərməklə bərabər Yunanıstanda monarxist ünsürlərin Yunan vətənpərvərlərinə tutduqları 

qanlı divanlar kimi, İran dövlətinin də Azərbaycan və İran xalqlarına vəhşicəsinə divan tutacağını 

qabaqcadan xəbər verərək deyirdi ki, Tehran böyük addımlarla irticaya tərəf getməkdədir. Başımıza Yunan 

xalqının oyununu gətirmək fikrindədirlər. Məclis, dövlət və mətbuat satılmış xain adamların əlinə 

düşmüşdür. Bunlar vurub, yıxıb, dağıdıb öz siyasətlərini yeritmək istəyirlər. 

Bu zaman İranın dövlət başında Sədr dururdu O, ölkədə zahiri demokratiyanı belə aradan qaldırmaq 

üçün imperialistlərin əli ilə demokratik qüvvələrə qarşı hücuma keçir, xain ünsürlərin və satqın 

mətbuatçıların fəaliyyətinə şərait yaradır, demokratik təşkilatlar və demokratik mətbuat vəhşicəsinə dağıdılır 

və tar mar edilirdi. 

Qəzet quduzlaşmış İran dövlətinin irticaçı mahiyyətini geniş xalq kütlələri arasında ifşa edir, 

Azərbaycan xalqının ən mühüm məsələləri ətrafında diqqəti cəlb edərək İranın vəhdətini pozmadan 

Azərbaycan üçün milli istiqlaliyyət tələbini irəli sürürdü. «Azərbaycan» qəzeti özünün 8 sentyabr 1945 ci il 

tarixli 3 cü nömrəsinin «Əyalət əncüməni» adlı məqaləsində göstərir ki, əyalət əncüməni bizim qanuni 

haqqımızdır. Azərbaycanlılar onu silah gücü və qurbanlar bahasına qazanmışlar. Bu günə qədər müstəbidlər, 




www.achiq.info

  

 



məşrutə hökumətini öz əllərində alət edənlər və azadlıq düşmənləri bizim bu haqqımızı aradan qaldırmağa 

müvəffəq olmüşdular. İndi dünya dəyişib demokratiya və azadlıq cəbhəsi qalib çıxmış, irtica və istibdad 

qüvvəsi məhv olmağa məhkum edilmişdir. Ona görə biz fürsətdən istifadə edib haqqımızı öz gücümüzlə 

almalıyıq. 

Qəzet əncümənlər təşkilinin Azərbaycan və eləcə də İran xalqlarının həyatı üçün böyük siyasi 

əhəmiyyətə malik olduğunu göstərərək yazırdı ki, Azərbaycan əyalət əncüməninin böyük siyasi mənası 

vardır. Bu əncümən Tehran və İranın ayrı ayrı şəhərlərində baş qaldırmış irticaya və ziddi demokratik 

cərəyanına möhkəm bir yumruq və dişsındırıcı cavab olacaqdır. 

Azərbaycan əyalət əncüməni tək Azərbaycan məsələsinin həlli deyil, bütün azadlıq məsələsinin həlli 

deməkdir. 

Tehranda irtica ünsürləri və silahlı jandarm qüvvələri azğınlaşaraq demokratik təşkilatları işğal edir, 

demokratik mətbuatı bağlayır və zəhmətkeşlərin küçə nümayişlərini amansız surətdə dağıdır, demokratik 

təşkilatların başçılarını həbs edirdilər. 

Belə bir irticai vəziyyəti Tehran qəzetləri də etiraf edirdilər. «Dünən səhər Nizami fərmandarının 

jandarm məmurları, Hizb Tudeyi İranın klubuna və həmkarlar ittifaqının yerləşdiyi yerə soxularaq imarəti və 

oralara gəlib gedən yolları işğal edib həmin təşkilatların tablolarını çıxarmışlar. 

Ümumiyyətlə Hizb Tudə və fəhlələrin həmkarlar ittifaqı üzvlərindən 50 nəfərə yaxın həbs etmişlər»

11



Ölkədə hökm sürən və gündən günə şiddətlənən irticanın azğınlığına qarşı hər yerdə etiraz səsləri 



artmağa başlayır. 

Elə bu vaxt Londonda beş böyük dövlətin xarici işlər nazirlərinin konfransı keçirilirdi. 

Tehranda hərbi hökumət tərəfindən onlarca demokratik qəzetlər bağlanmışdı. Bu zaman demokratik 

qəzetlərin nəşri qadağan edilmişdi. Belə bir vəziyyətlə əlaqədar olaraq 26 nəfər qəzet müdirinin imzası ilə 

London konfransına ölkədə demokratik qüvvələrə qarşı çıxış edən İran dövlətinin yeritdiyi irticai siyasəti 

ifşa edən bir teleqram göndərildi. 

Teleqramda deyilirdi: «İranda iyirmi ildən bəri ölkəni soyan və Alman İtalyan faşistləri ilə əməkdaşlıq 

edən diktatura hakimiyyətinin nümayəndələri bu gün Birləşmiş Millətlərin Nizamnamə prinsipləri ilə 

hesablaşmayaraq süngü gücü ilə İran xalqını söz və mətbuat azadlığından məhrum etmişlər. Onlar qəzetləri 

bağlayır, müdirlərini həbs edirlər»

12

. Teleqramda daha sonra göstərilir ki, xalqın iradəsi əleyhinə olaraq 



zorla tətbiq edilən bu rejimi hifz etmək üçün azadlıq və demokratiyanı ləğv etmək təşəbbüslərinə əl atılır. 

Teleqramı imzalayanlar yazırlar: «Biz ictimaiyyət adından qəti olaraq bu cür vəziyyətə etiraz edirik və rəsmi 

olaraq bəyan edirik ki, söz, yığıncaq və şəxsi əmniyyət azadlığından tamamilə məhrum edilmişik. Bu 

həlledici günlərdə sizi ölkədəki həqiqi vəziyyətlə tanış etməyi lazım bilirik. İranda demokratiya və 

azadlıqdan heç bir iz qalmadığını və bu vəziyyətlə əlaqədar olaraq xalqın ümumi qəzəbini sizin nəzərinizə 

çatdırmağı zəruri hesab edirik»

13



Azərbaycan xalqının istək və arzuları, uğrunda mübarizə apardığı müqəddəs məqsədi, İran dövlətinin 



ölkəni uçuruma aparması, fəlakət və bədbəxtliklərin səbəbləri, İran xalqlarının demokratiya və azadlıq 

tələbləri demokratik qəzetlərin səhifələrində getdikcə daha parlaq surətdə öz inikasını tapırdı. 

Azərbaycan həmişə İran inqilabının beşiyi və İran azadixahlarının möhkəm arxası olmuşdur. 

İran irticasının azğınlaşdığı belə bir zamanda Azərbaycan xalqı İran azadixahlarının köməyinə qalxaraq, 

özünün kəskin silahı olan mətbuat vasitəsi ilə düşmənləri ifşa etməklə öz mübariz səsini ucaldır və 

yorulmadan milli azadlıq uğrundakı mübarizəni davam etdirirdi. 




www.achiq.info

  

 



«Azərbaycan» qəzeti milli azadlıq uğrunda mübarizədə xalq kütlələrini möhkəm bir təşkilatda 

birləşdirmək yolunda təşkilatçılıq işini ardıcıllıqla həyata keçirmək yolunda çalışaraq, özünün «Siyasi 

firqələrin iffəti» adlı baş məqaləsində yazır ki, bizim böyük və ağır vəzifəmiz bu camaatı təşkil etmək və 

onun iradə və qüdrətini ciddi surətdə xalq azadlığı yolunda işə salmaqdan ibarətdir. 

Firqə ilk gündən etibarən firqə təşkilatının sağlamlığına, üzvlərinin möhkəm və səbatlı olmasına 

çalışmış, düşmənlərin və yaramaz ünsürlərin firqə sıralarına soxulmalarına qarşı sayıq olmağın zəruriliyini 

demokratik mətbuatın qarşısında təxirəsalınmaz və vacib bir məsələ kimi qoymuşdur. «Azərbaycan» qəzeti 

bu münasibətlə özünün 16 sentyabr tarixli 21 ci nömrəsində yazır ki, adamların zahiri sizi aldatmasın, başını 

saxlamaq istəyən düşmənləri, bəli deyən adamları əvvəldən firqəyə soxulmağa qoymayın. Biz heç kəsi zorla 

firqəyə yazdırmaq fikrində deyilik. Xalqın hüsn rəğbəti və əlaqəsi bizə kifayət edər. Fəqət kəndlər və 

şəhərlərdən sel kimi axıb gələn camaata bel bağlamalıyıq. 

Firqə mətbuatında firqə təşkilatlarının möhkəm adamların əllərinə tapşırılması göstərilərək deyilirdi ki: 

«Firqənin əsas səngərləri gərək düzgün, düşüncəli və sağlam fikirli adamların əlinə tapşırılsın».

14

 

Firqə üzvlərinin kəmiyyətcə deyil, keyfiyyətcə möhkəm və intizamlı olması firqə mətbuatının əsas 



diqqət mərkəzində dururdu. «Təşkilatımız qoy ədədcə böyük olmasın, amma intizam və istehkamca qüvvətli 

olmalıdır»

15

 

«Azərbaycan» qəzeti firqə qurultayının çağırılması işində təbliğatçılıq və təşkilatçılıq rolunu bacarıqla 



yerinə yetirirdi. 

Bu münasibətlə qəzetin nömrələrində «Firqəmizin birinci konqresi münasibəti ilə», «Firqə oyuncaq 

deyildir», «Azərbaycan xalqı öz tarixi vəzifəsini unutmaz», «Birinci konqresimiz», «Muxtariyyət məsələsi 

və əncümən əyaləti», «Firqə konqresi xalqımızın ləyaqətini isbat etdi», «Məramnaməmiz» və s. bu kimi baş 

məqalələr firqənin əsas məqsədini geniş kütlələrə aydın bir dildə izah və şərh edirdi. 

Firqə qurultayının müzakirə və təsdiqinə verilmiş proqramda torpaq məsələsi, maarif və mədəniyyətin 

tərəqqisi, Azərbaycanın sənayeləşdirilməsi, habelə ticarətin düzgün yola salınması, gündən günə artmaqda 

olan işsizliyin qarşısının alınması, Azərbaycan xalqının öz müqəddəratına sahib olması, İranın istiqlal və 

azadlığının qorunması kimi mühüm siyasi məsələlər ətrafında əməli tədbirlər və mübarizə yolları 

göstərilmişdi. 

Qəzet «Firqəmizin birinci konqresi münasibəti ilə» adlı məqalədə firqənin proqramının hazırlanmasında 

bütün xalq kütlələrini səfərbərliyə alır, xalqı öz fikirlərini deməyə çağırırdı. 

1945 ci il oktyabr ayının 2 də Təbriz şəhərində Azərbaycanın şəhər və vilayətlərinin müxtəlif sinif və 

təbəqələrini təmsil edən və Azərbaycan Demokrat Firqəsinin təşkilatlarından seçilmiş 237 nümayəndənin 

iştirakı ilə firqənin birinci qurultayı keçirildi. Qurultayda 40 nəfər məşvərətçi səslə və 17 nəfər qonaq sifəti 

ilə iştirak edirdi. 

Qurultayın tərkibində fəhlə, kəndli, ziyalı və sənətkarlarla birlikdə xırda maliklər və xırda ticarət 

adamları da var idi. 

Qurultayda İran azadlığı uğrunda mübarizə aparmış məşhur adlı sanlı azadixahlar iştirak edirdilər. 

Bunlardan Qiyami, Kəbiri, Nurulla Yekani və s göstərmək olar. 

«Azərbaycan» qəzeti öz səhifələrində ardıcıl olaraq firqə qurultayının gedişini, nümayəndələrin 

çıxışlarını və orada müzakirə olunan məsələlərin məzmununu vaxtlı vaxtında kütlələrə çatdırırdı. Firqənin 

həyatında böyük əhəmiyyətə malik olan bu tarixi qurultayın qəbul etdiyi 48 maddədən ibarət böyük 

proqramda ictimai, siyasi, iqtisadi, mədəni maarif məsələləri qeyd olunmuşdu. Milli muxtariyyət, dil 

azadlığı və torpaq məsələsinin firqə qurultayında çox hərarətlə müzakirə edilməsi qurultayın nə qədər böyük 

bir əhəmiyyətə malik olduğunu göstərdi. 




www.achiq.info

  

 



Qurultayın təşkili münasibəti ilə firqə təşkilatlarından, həmkarlar ittifaqından, müəssisə və idarələrdən, 

xalqın müxtəlif sinif və təbəqələrindən, habelə İranın müxtəlif şəhərlərindən yüzlərlə azadixahların təbrik 

teleqramları göndərilmişdi ki, bütün bunlar da oktyabr ayının 20 ə qədər qəzetin nömrələrində çap edilmişdi. 

Qurultayın müzakirəsində milli muxtariyyət və torpaq məsələsi mühüm yer tuturdu. 

V. İ. Lenin göstərmişdir ki: «hər bir inqilabın ən başlıca məsələsi, şübhəsiz, dövlət hakimiyyəti 

məsələsidir. Hakimiyyətin hansı sinif əlində olması hər şeyi həll edir... Hakimiyyət məsələsi üzərindən nə 

yan keçmək, nə də bunu arxa sıraya köçürmək olmaz...»

16

 

Azərbaycan Demokrat Firqəsinin və milli azadlıq hərəkatının qarşısında duran əsas məsələ 



Azərbaycanda xalq hakimiyyəti yaratmaq məsələsi idi. 

Məhz buna görə də Azərbaycan Demokrat Firqəsinin Birinci qurultayının qəbul etdiyi proqramda 

inqilabın əsas məsələsi olan siyasi hakimiyyət məsələsi tam aydınlığı ilə öz əksini tapmışdır. Bu haqda firqə 

proqramının 4 cü maddəsində deyilir ki, məmləkətin siyasi tənəzzülünə səbəb xalqı zülmət və cəhalətdə 

saxlayan müstəbidlər hakimiyyəti ciddi surətdə məhv edilməlidir və bir daha diktatorluğa yol 

verilməməlidir. 

Demokratik hakimiyyət məsələsi haqqında proqramın 6 cı maddəsində deyilir: «xalqın ümumi rəy 

verməsi yolu ilə məmləkətin dərdlərini qanan və onun yaralarını sağaltmaq istəyən və buna qadir olan həqiqi 

xalq demokratik dövləti yaradılmalıdır»

17



Azərbaycan Demokrat Firqəsi ölkədə xalq hakimiyyəti qurmaq uğrunda mübarizədə fəhlə kəndli 

sinfinin hegemonluğunu həyata keçirmək və bu siniflərin ittifaqının möhkəmləndirilməsi yolunda böyük səy 

göstərirdi. 

Firqə proqramında fəhlələrin hüquqları tam parlaqlığı ilə ifadə olunmuşdu. 

Fəhlələrin vəziyyətini yaxşılaşdırmaq məqsəd» ilə proqramda bu maddələr qeyd olunmuşdu: 

a)-bütün ölkədə 8 saatlıq iş günü təyin edilməli və izafi işə mütənasib əlavə muzd verilməlidir; 

b)-fəhlə, qulluqçu və mütəxəssislər üçün ictimai bimə (sığorta) qanunu yaradılıb həyata keçirilməlidir; 

v)-tezliklə xüsusi zəhmət qanunu yaradılmalıdır; 

d)-bütün fəhlələrin, işçilərin hüquqları hifz olunmaq şərti ilə onlara həftədə bir gün istirahət günü, 

azadlıq günləri, milli bayramlarda istirahət və ildə bir ay mürəxxəslik (məzuniyyət) verilməlidir

18



Proqramda, həmçinin zəhmətkeşlərin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, işsizliyi aradan qaldırmaq 



məqsədi ilə ölkədə yeni fabrik, zavod, habelə ağır sənayenin yaradılması zərurəti və onun yolları 

göstərilmişdi. 

Azərbaycan Demokrat Firqəsi Azərbaycan xalqının ehtiyac və tələblərindən danışdıqda və onun milli 

xüsusiyyətlərini nəzərə aldıqda belə onu İranın daxilində bilmiş və həmişə olduğu kimi, İranın 

istiqlaliyyətini müdafiə etmişdir. Bu haqda Azərbaycan Demokrat Firqəsinin proqramının birinci 

maddəsində deyilir ki, Azərbaycan Demokrat Firqəsi İranın təmamiyyət və istiqlaliyyətini müdafiə etməklə 

bərabər, Azərbaycanın milli və yerli xüsusiyyətlərini nəzərə alaraq onun iqtisadi siyasi və mədəni tərəqqisini 

sürətləndirmək məqsədi ilə tezliklə əyalət və şəhər əncümənləri seçkilərinə başlamağı tələb edir. 

Azərbaycan Demokrat Firqəsi dahi Leninin xalqların öz müqəddəratını təyin etmək haqqındakı 

müddəasını dövrün ən vacib məsələsi hesab edərək, Azərbaycan xalqının siyasi, iqtisadi və mədəni maarif 

sahəsindəki muxtariyyətinin təmin edilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdu. Bu haqda 

proqramda göstərilir ki: 




www.achiq.info

  

 



10 

«İran məmləkətinin daxilində yaşayan hər bir millətin daxili muxtariyyət və öz müqəddəratını təyin 

etmək hüququ, əyalət və vilayət əncümənləri vasitəsi ilə təmin edilməlidir»

19



Proqramda qeyd olunmuş siyasi hərəkət xəttinə uyğun olaraq, Azərbaycan Demokrat Firqəsi 

müstəmləkəçilərin təcavüzkarlığına və daxili irticaya qarşı mübarizədə fəhlələrin, kəndlilərin, şəhər xırda 

burjuaziyasının və digər vətənpərvər demokratik qüvvələrin vahid cəbhəsini təşkil etdi. 

Öz nəzəri və əməli fəaliyyətində marksizm leninizm təlimini rəhbər tutan və proletar beynəlmiləlçiliyi 

prinsiplərinə sadiq olan Azərbaycan Demokrat Firqəsinin proqramında ölkənin bütün zəhmətkeşlərinin 

imperializm və feodalizm əsarətindən azad edilməsi, İran istiqlaliyyətinin təmin olunması, bütün İranda 

demokratik üsulu idarənin yaradılması kimi mühüm məsələlər qeyd olunmuşdu: «İranda həqiqi azadlıq, 

istiqlal və demokrat üsulu idarə yaratmaq Azərbaycan xalqının ali hədəfidir»

20



Qəzet qurultayın əhəmiyyəti haqqında yazmışdır ki, iki gün ərzində proqram kimi əsas bir məsələnin 



həlli isbat edir ki, bizim konqresimiz Mərkəzi parlament adlanan məclisdən fəaliyyət və yaradıcılıq cəhətdən 

təsəvvürə gəlməz bir məsafədə irəli düşmüşdür. 

Birinci qurultay firqənin proqram və nizamnaməsini qəbul etməklə bərabər firqənin mərkəzi komitəsini 

və mərkəzi təftiş komissiyasını da seçdi. 

Beləliklə, Azərbaycanda vahid və siyasi bir firqə yaranmış oldu, bütün Azərbaycanda vahid bir milli 

cəbhə yaradıldı. 

Qeyd etmək lazımdır ki, Azərbaycanda konfranslar, yığıncaqlar çox olurdu. Lakin belə bir ixtiyarata, 

tam və müstəqil səlahiyyətə malik olan qurultay keçirilməmişdi. 

Bunların hamısı «əyalət naminə təşkil olunduqlarından ciddi təsmimlər tuta bilməməyə məcbur 

olmuşdular. Çünki əsas və prinsipial məsələləri həll etmək əyaləti konfransların səlahiyyətindən xaric idi, 

halbuki bizim konqresimiz tamamilə sərbəst və əsas məsələləri müzakirə və həll etmək üçün ən ali bir 

mərkəz hesab olunurdu»

21



Qəbul olunmuş proqram və qərarları nəzərə alsaq, qurultay sadəcə yığıncaq olmayıb, «bu gün dost və 



düşmənlərimizin təsdiqi ilə bütün dünyada səs salan böyük hərəkatımızın nəqşə və tədbirlərini təhiyyə 

etməklə, doğrudan da hərbi və inqilabi bir ərkani hərb işini görmüş oldu. Bu cəhətdən deyə bilərik ki, 

konqresin sona çatması ilə milli hərəkatımız başlanıb müntəzəm surətdə xalqı təşkilat halına almağa 

müvəffəq oldu»

22



«Azərbaycan» qəzeti firqənin proqram və nizamnaməsini izah etməklə kifayətlənmirdi. Qəzet eyni 



zamanda bütün firqə üzvlərini  və xalq kütlələrini firqənin şüarlarını, qurultayın qərarlarını yerinə yetirmək 

uğrunda mübarizəyə qaldırırdı. 

«Azərbaycan» qəzeti günün ən vacib və mühüm məsələlərini öz səhifələrində əks etdirməklə xalqı və 

firqə üzvlərini siyasi və nəzəri cəhətcə silahlandırırdı. Qəzet sadədildə, kütlələrin başa düşdüyü, xalqın 

doğma dilində yazdığı üçün də geniş zəhmətkeş kütlələri tərəfindən rəğbətlə oxunur, onun sözləri isə 

firqənin rəsmi tapşırığı kimi qəbul edilirdi. 

N. S. Xruşşov mətbuatın əhəmiyyətini, onun başlıca ideya silahı olduğunu göstərərək demişdir: «...Silah 

olmadan ordu vuruşa bilmədiyi kimi, mətbuat qədər kəskin və mübariz bir silah olmadan partiya öz ideoloji 

işini müvəffəqiyyətlə apara bilməz»

23



«Azərbaycan» qəzeti də milli azadlıq və demokratiya uğrunda daxili irtica qüvvələrinə və 

imperialistlərə qarşı mübarizədə firqənin ən etibarlı və möhkəm ideya silahı idi. 

«Azərbaycan» qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdir. Bunlardan Firidun 



www.achiq.info

  

 



11 

İbrahimi, M. Turabi, h. Xoşkənabi, İsmail Şəms, Q. Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. 

göstərmək olar. Firqənin sədri Pişəvəri «Azərbaycan» qəzetinin və ana dilində nəşr edilən mətbuatın 

təşkilatçısı olmuşdur. «Azərbaycan» qəzetində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin 

qələmi ilə yazılmışdır. O, «Azərbaycan» qəzetinə yaxından rəhbərlik etmişdir. 

S. Pişəvəri qəzetin fəaliyyətini qiymətləndirərək demişdir: «Azərbaycan» qəzeti mənim nəzərimdə 

mübarizə silahı olduğu qədər firqə və xalq işinin də aynası olmuşdur. 

Qəzet xalq kütlələri ilə öz doğma dilində danışır və özünün geniş müxbir şəbəkələri vasitəsi ilə onlarla 

sıx əlaqə saxlayırdı. Xalq kütlələri qəzet vasitəsi ilə demokratların məqsədini düşünürdü, Firqənin işləri, 

fəaliyyəti bu qəzet vasitəsi ilə geniş kütlələrə çatdırılırdı. 

Hər bir oxucu Azərbaycanda, İranda və dünyada cərəyan edən tarixi hadisələrin ən gözəl ifadəsini 

«Azərbaycan» qəzetinin səhifələrində görüb oxuya bilər. 

«Azərbaycan» qəzeti milli azadlıq uğrunda, işıqlı gələcək uğrunda mübarizə aparan kütlələrin avanqardı 

olan vahid partiyanın yaradılması yolunda ciddi səy göstərmişdir. Qəzet demokratik qüvvələrin təşkilində və 

onları vahid partiya yaradılması işinə cəlb etməkdə, partiyanın məqsəd və vəzifələrini kütlələrə çatdırmaqda, 

kütlələrin inqilabi şüurunun və siyasi inkişaf səviyyəsinin artmasında böyük təşkilatçılıq və təbliğatçılıq rolu 

oynamışdır. 

Azərbaycan xalqının arzu və istəklərini, onun milli azadlıq tələblərini həyata keçirmək uğrunda böyük 

mübarizə yolu keçmiş olan «Azərbaycan» qəzeti azadlıq və demokratiya işinə xidmət edən qabaqcıl 

medyaların tərənnümçüsü və təbliğatçısı olmuşdur. O, Azərbaycan Demokrat Firqəsinin hər gün fəhlə sinfi 

ilə, geniş xalq kütlələri ilə danışandili, son dərəcə qüvvətli bir silahı olmuşdur. 

Azərbaycan Demokrat Firqəsinin xalq səadəti yolunda, Azərbaycanın tərəqqisi yolunda nə qədər 

fədakarlıq göstərib, nə kimi tədbirlər keçirdiyini, xalqın bu firqə ətrafında toplanmış namuslu oğullarının 

necə kəskin və şərəfli mübarizə apardığını işıqlandıran «Azərbaycan» jurnalı yazır ki: «Azərbaycan 

Demokrat Firqəsinin naşiri əfkarı «Azərbaycan» qəzetinin səhifələri azadlıqla istibdad, istiqlaliyyətlə 

məhkumiyyət, ədalətlə zülm, tərəqqi ilə irtica arasında gedən amansız mübarizənin gərgin səhnələrini 

gözlərimizin qarşısında canlandırır»

24



Azərbaycan xalqının 1945—1946 cı illərin milli azadlıq hərəkatı dövründə dil məsələsi çox ciddi və 

kəskin bir şəkildə irəli sürülmüşdü. Demək olar ki, bu məsələ Azərbaycan xalqının bundan əvvəlki inqilabi 

mübarizə hərəkatı dövrlərində heç bir zaman 1945—1946 cı ildə olduğu qədər vüsət və kütləvi xarakter 

almamışdı. 

Çoxmillətli ölkə olan İranda Azərbaycan xalqı hamıdan artıq imperialistlərin və İranın irticaçı hakim 

dairələrinin yeritdikləri sonsuz milli zülm siyasətinə və təzyiqinə məruz qalmışdır. İyirmi illik istibdad üsuli 

idarəsi dövründə və sonrakı illərdə də Azərbaycanın bollu sərvəti İranın irticaçı dövləti tərəfindən qarət 

edilmiş, onun doğma dili qadağan olunmuş, bu xalqın parlaq tarixi. milliyyəti, zəngin mədəniyyəti inkar 

edilərək zorla Farslaşdırma siyasəti aparılmışdır. 

İranın irticaçı hakim dairələri özlərinin mənfur niyyətlərinə nail olmaq üçün Azərbaycanın qədim şəhər, 

kənd, dağ və çaylarının da bir neçəsinin adlarını dəyişdirmişlər. Məsələn, Urmiyə şəhərini— Rizaiyyə, 

Salmas şəhərini — Şahpur, Acıçayı — Təlxrud və s. adlandırmışlar. 

İranın hakim millətçiləri və irticaçı hakim dairələri İran mədəniyyəti, İran dili və İran milləti adı altında 

çıxış edərək, İranda yaşayan Azərbaycanlı, Kürd, Türkmən, Ərəb və s. xalqların dillərini, mədəniyyətini, 

milli varlığını həyasızcasına inkar. edir və onları İran mədəniyyətinin və İran tarixinin bir hissəsi kimi 

qələmə verərək iddia edirlər ki: 

«...Millətimiz dünya mədəniyyətinin məşəldarı olduğu bir vaxtda bizim azərbaycanlı həmvətənlərimizin 



www.achiq.info

  

 



12 

öz sair həmvətənlərindən ayrıca ədəbiyyatı və tarixi olmamışdır. Yəni tarixin bütün dövrlərində onların 

məhəlli dilləri də olmamışdır, əksinə, onların və əcdadlarının milli və tarixi dili Farsı olmuşdur»

25



Buradan İran dövlətinin Azərbaycanlı, Kürd, Türkmən Ərəb və başqa xalqlara qarşı Fars millətçiliyi 

siyasəti yeritdiyi açıq və aydın surətdə görünür. 

Vladimir İliç Lenin demişdir: 

«Kim millətlərin və dillərin hüquq bərabərliyini qəbul və müdafiə etmirsə, hər cür milli zülmə və ya 

hüquq bərabərsizliyinə qarşı mübarizə etmirsə, o, marksist deyildir, o hətta demokrat da deyildir»

26



Azərbaycan Demokrat Firqəsi və onun mübariz mətbuatı yarandığı gündən marksizm leninizm 

mövqeyində duraraq düşmənlərin bütün yalan, əsası olmayan, dəfələrlə deyilib çeynənmiş müddəalarından 

daşı daş üstə qoymamış, onu darmadağın etmişdir. 

Bu münasibətlə qəzet özünün «Dözülməz cinayət». adlı məqaləsində yazmışdır ki, Azərbaycan milləti 

dünyanın ən qədim və mədəni xalqlarından biridir. Azərbaycanın üç min ildən artıq parlaq tarixi vardır. 

Onun bütün dünya ədəbiyyatında görkəmli yer tutan şairləri var, belə böyük bir xalqın özünə layiq tarixi, 

milliyyəti, dili və ictimai xüsusiyyəti vardır. Bu dil, ana dilimiz, hacı Mirzə Həsən Rüşdiyyənin dediyi kimi, 

Azərbaycan dilidir. Bu dil beş milyondan artıq nüfuzu olan qəhrəman, mübariz və azadixah bir xalqın 

dilidir. 

İranın irticaçı hökumətinin və hakim sinfin Azərbaycan xalqının doğma dilini qadağan etməsinə qarşı 

üsyankar səsini ucaldan qəzet bunu «dözülməz cinayət» adlandırır və qeyd edir ki, Hitlerçilər və 

Mussolininlər hökuməti demokratik qüvvələrin qarşısında diz çöküb məhv olduğu zamanda, Tehran 

mürtəceləri hələ də bizim milli və tarixi varlığımızı inkar edərək məktəblərdə yüz minlərlə azərbaycanlı 

balalarının dilini kəsirlər. Onun Şeyx Məhəmməd Xiyabanidən yadigar qalan əziz gövhərini tapdalayırlar. 

Azərbaycan dili tarix boyu xalqımızın yadelli işğalçılara qarşı apardığı mübarizədə öz həyatiliyini və 

sabitliyini saxlamışdır. 

Azərbaycan xalqının ən görkəmli yazıçı, şair və ədibləri öz gözəl əsərlərini Azərbaycan dilində 

yazmışlar. Dünyanın bir sıra klassik yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunması bu dilin 

lüğət fondunun nə qədər zəngin və geniş olduğunu isbat edir. 

Azərbaycanın monqol istilasından sonra «türkləşdirildiyi» haqqında irticai ünsürlərin boşboğazlıqları da 

çoxdan çağırılmış bayatıdır. 

İranın məşhur azadixahlarından biri olan Mükərrəm Turabi Azərbaycan dilinin monqollar tərəfindən 

yarandığını iddia edən mürtəcelərə, onların mətbuat cızma qaraçılarına belə cavab vermişdir: 

«Azərbaycanlılara monqolların güclə öz dillərini təhmil etdiklərini iddia edənlər çox nadan adamlardır. 

Monqollar yüz ildən artıq Azərbaycanda hakimiyyət sürə bilmədikləri halda öz dillərini bizə təhmil 

etmişlərsə, əcəba altı yüz ildən ziyadə hökumət edən Farslar nə üçün bu dili dəyişdirməyə müvəffəq 

olmamışlar? Bu isbat edir ki, dili zor və ya ayrı ayrı vasitələrlə dəyişdirmək olmaz. Dilimizin müxalifləri bu 

puç iddiaları ilə Azərbaycanın mədə niyyətini boğmaq, bu vasitə ilə xalqımızı cəhalətdə saxlamağa can 

atırlar»

27



Dilin əhəmiyyəti haqqında böyük rus pedaqoqu Uşinski demişdir ki, bütün xalq, onun bütün vətəni onun 

dilində canlanır. 

Hər bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan ölər və 

ondan bir nişan da qalmaz. 

Geniş xalq kütlələri ilə sıx bağlı olan «Azərbaycan» qəzeti Azərbaycan dilinin xalq üçün zəruriliyini və 



www.achiq.info

  

 



13 

həyatiliyini inandırıcı surətdə ifadə edərək yazmışdır ki, dünyada hər şeydən şirin, sevimli, cazibədar ana 

dilidir. Hər hansı millətin azad ana dili olmazsa, o millət məhv olar, çünki ana dili olmayan millətin maarifi 

və ədəbiyyatı olmaz. Maarifi olmayan bir millətə isə yabançı ellər qəyyum və yaxud ağa olub, onu qul 

halında saxlayar. Düşmənlərin boş iddialarına baxmayaraq dilimiz çox geniş və zəngin bir dildir. Onun rişəsi 

xalqımızın qanında və ürəyindədir. Biz onu ana südü kimi əmib vətənimizin ruhnəvaz havası ilə tənəffüs 

etmişik, onu təhqir edənlər bizim həqiqi düşmənlərimizdir. 

Lenin müstəmləkə və asılı ölkə xalqlarının milli azadlıq mübarizəsinin vəzifələrindən danışarkən 

göstərmişdir ki, məzlum xalqların öz tarixini, ana dilini və milli mədəniyyətini müstəmləkəçilərin 

hücumundan müdafiə edib, xalqın özünə qaytarmaq milli azadlıq hərəkatının qarşısında duran mühüm 

vəzifələrdən biridir. 

Məhz bu cəhətdən də «Azərbaycan» qəzeti öz fəaliyyətinin əsas istiqamətini Azərbaycan xalqının milli 

mədəniyyətini, dilini qorumaq uğrunda müstəmləkəçilərə və İran irticaçılarına qarşı mübarizəyə çevirmişdir. 

Qəzet haqlı olaraq yazır: «Dil məsələsi məmləkətin vəhdətini pozmur, bəlkə, əksinə olaraq, onu daha da 

qüvvətləndirir. 

Azərbaycanın milli xüsusiyyəti İran istiqlaliyyətinin əleyhinə olan bir şey deyildir. Biz Azərbaycan və 

İran istiqlaliyyətinin əleyhinə bir iş görməmişik. Zülm zəncirini qırmaq İran istiqlalının əleyhinə deyildir. 

S. Pişəvəri Azərbaycan dilinin düşmənlərinə aşağıdakı cümlələrlə öldürücü cavab verərək göstərmişdir 

ki, dilin rişəsi anaların sinəsindən, xalqın adab və ənənəsi ocaqlar başından qalxır. Nə qədər ki, analar diridir 

və ocaqlar yanmaqdadır, bu xalqın dilini, adab və ənənəsini əvəz etmək mümkün deyildir. 

Məhz buna görə də heç təsadüfi deyildir ki, Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında 

hərarətlə müzakirə olunan və müdafiə edilən məsələlərdən biri də Azərbaycan dili məsələsi olmuşdur. Qəzet 

özünün «Məramnaməmiz» adlı baş məqaləsində yazır ki, qurultayımız məramnamə kimi əsas və mühüm 

məsələləri öz ana dilində müzakirə etdi və göstərdi ki, dilimiz şer və ədəbi dil olduğu kimi, siyasi ictimai və 

dövləti məsələləri həll etməkdə də artıq dərəcədə yararlı bir dildir. 

Azərbaycan xalqının səsinə, onun haqq işinə və irəli sürdüyü demokratik prinsiplərə, dünyanın 

mütərəqqi xalqları kimi, İranın demokratik dairələri, azadixah partiyaları və mətbuatı da tərəfdar çıxaraq, 

həmin ideya və fikirləri rəğbətlə qarşılamışlar. 

Hizb Tudeyi İranın Mərkəzi Komitəsinin bu münasibətlə nəşr etdiyi bəyannaməsində Azərbaycan dili 

haqqında belə deyilir: 

«...Bu elə bir dil deyildir ki, onu indiki nəsil və yaxud hazırkı partiyalar və cəmiyyətlər ixtira etmiş 

olsunlar, bəlkə qərinələrdir ki, neçə milyon cəmiyyət bu dildə danışır»

28



Tehranda nəşr edilmiş «Keyhan» qəzeti 1945 ci il yanvar tarixli 863 cü nömrəsində «Pişəvəriyə 



peyğam» adlı məqaləsində həyasızcasına yazır ki, siz Azərbaycan dilindən və milliyyətindən əl çəksəniz, bir 

Kiçik xan, bir Səttar xan və bir Xiyabani ola bilərsiniz. 

Buradan göründüyü kimi, imperialistləri və onların nökərləri olan İran dövlətini, İran irticaçı ünsürlərini 

hər şeydən artıq əsəbiləşdirən, onları yalan və böhtan deməyə məcbur edən, həddindən artıq narahat edən bir 

həqiqət varsa, o da Azərbaycan Demokrat Firqəsinin proqramında öz əksini tapmış milli muxtariyyət. xalqın 

siyasi hakimiyyəti və s. məsələlərdir ki, bütün bunlar da Azərbaycanda inqilabi hərəkatın qələbə çalması ilə 

həyata keçirildi. 

İranın irticaçı hakim dairələri və onların buyruqlarını yerinə yetirən satqın mətbuat yeni bir böhtana əl 

ataraq Azərbaycan dilini Fars dilinin şöbəsi adlandırmaqla qəzetlərinin səhifələrində çoxlu hay küy 

qaldırdılar. Lakin düşmənlərin bu böhtanları da əvvəlki kimi məğlubiyyətə uğradı. 




www.achiq.info

  

 



14 

S. Pişəvəri düşmənlərin bu böhtanlarına da məntiqi sözləri ilə belə cavab vermişdir: 

Azərbaycan dili Fars dilinin şöbəsi deyil, xüsusi bir dildir. Bu dili danmaq həqiqəti danmaq kimidir. 

Bizim hərəkatımızın milli xüsusiyyətindən biri dil məsələsi idi. Bizim hərəkatımız dil vasitəsi ilə dünyada 

nüfuz və şöhrətə malik ola bildi və dünyaya göstərdi ki, beş milyonluq. bir xalq var ki, o, öz dilində yazıb 

oxuyur. 


Akademik Mirzə İbrahimov «Ana dili» adlı əsərində sübut edərək yazır ki: «... Əsarət altına düşmüş heç 

bir xalq öz milli varlığının və dilinin məhv edilməsinə razı olmamışdır. Belə xalqlar siyasi istiqlaliyyət və 

dövlətdən məhrum olduqları halda belə, ölüm dirim mübarizəsindən əl çəkməmiş, öz milli varlıq, milli 

mədəniyyət və ana dillərinin saxlanmasına və tərəqqisinə səy etmişlər. Beləliklə ta qədim zamanlardan bəri 

ana dili hər xalqın həyat və azadəlik mübarizəsində misilsiz bir silah olmuşdur»

29



«Azad millət» qəzeti ana dili haqqında belə yazmışdır: «Azərbaycan xalqının ana dili təzyiqlər altında 

olubdur. Lakin o, heç vaxt aradan getməyib, bəlkə kül altından od kimi közərib işıqlanmışdır»

30



Azərbaycan millətinin dili. Vətən dilidir. 



Bu dil Həsənoğluların, Nəsimilərin, Məhəmməd Füzulilərin, Vaqiflərin yadigar qoyub getdikləri doğma 

Azərbaycan dilidir. 

Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Möcüz, Mirzə Ələkbər Sabir, C. Cabbarlı və 

başqaları öz ölməz əsərlərini doğma Azərbaycan dilində yazıb yaratmışlar. 

Sovet Azərbaycanında Azərbaycan xalqı öz dövlətini yaratmış, formaca milli, məzmunca sosialist 

mədəniyyətini, ana dilini yüksək dərəcədə inkişaf etdirmişdir. Azərbaycan dilində bütün müasir elmlərə dair 

dərs kitabları və elmi tədqiqat əsərləri yaradılmışdır. Azərbaycan dilində yüzlərlə yazıb yaradan alim və 

yazıçılar yetişmişdir; 18 ildir ki, Azərbaycanda Elmlər Akademiyası yaradılmışdır. Bunu qeyd etmək 

kifayətdir ki, marksizm leninizm klassiklərinin, filosof, alim, şair və yazıçılarının əsərləri Azərbaycan dilinə 

tərcümə edilmişdir. 

«Azərbaycan» qəzeti həqiqətən Azərbaycan xalqının milli mədəniyyətini, onun keçmiş və hazırkı 

inqilabi mübarizə tarixini öz səhifələrində işıqlandıran, onu demokratik və azadlıqsevər mədəni bir millət 

kimi dünyaya tanıtdıran xitabət kürsüsü olmuşdur. Məhz buna görə də Azərbaycan xalqı imperializmə, 

daxili irtica qüvvələrinə və satqın mətbuatçılara qarşı barışmaz mübarizə aparan «Azərbaycan» qəzetini 

özünün doğma mətbuatı, danışan dili, haqq və ədalət carçısı hesab etmiş və edir. 

S. Pişəvəri «Azərbaycan» qəzetini yüksək qiymətləndirərək demişdir: «Azərbaycan» qəzeti firqəmizin 

dili və milli azadlıq hərəkatımızın atəşin silahı olduğu üçün, onun qızıl səhifələri mübarizəmizin şanlı 

səhifələrini təşkil etməkdədir, 

Xalqla qırılmaz əlaqə və kütlələrin yaradıcılıq qüvvələrinə, inqilabi əzminə möhkəm inam Azərbaycan 

Demokrat Firqəsinin qüdrət mənbəyini təşkil etmişdir. O, mübarizədə bunu əsas tutmuşdur ki, həyatın bütün 

nemətlərini yaradan və tarixin əsil yaradıcıları fəhlələr və kəndlilərdir. 

«Azərbaycan» qəzeti xalq kütlələrini ölkənin siyasi, iqtisadi və dünyada cərəyan edən beynəlxalq 

vəziyyətlə yaxından tanış etməklə bərabər, firqənin hərəkət xəttinin düzgünlüyünü onlara inandırıcı surətdə 

başa salırdı. 

Azərbaycanda genişlənməkdə olan milli azadlıq hərəkatını boğmaq məqsədi ilə satqın İran dövlətinin 

başçısı Sədr yeni bir hiyləyə əl atdı. 

O, ömrü boyu İran xalqlarına və ölkənin istiqlaliyyətinə xəyanət etmiş məşhur imperialist casusu Seyid 

Mehdi Fərruxi fövqəladə ixtiyaratla Azərbaycana vali təyin etməyə çalışdı. 




www.achiq.info

  

 



15 

Lakin Azərbaycan xalqı imperialistlərin və İran dövlətinin belə bir xəyanətini hələ Şeyx Məhəmməd 

Xiyabaninin rəhbərlik etdiyi milli azadlıq hərəkatı dövründə gözləri ilə görmüş və şahidi olmuşdur. 

Azərbaycan Demokrat Firqəsi bu xalqın əldə etmiş olduğu inqilabi təcrübələrinə arxalanaraq 

düşmənlərin belə bir xəyanətini vaxtında ifşa etdi. Bu münasibətlə Təbriz şəhərində ümumi yığıncaqlar 

keçirildi. Azərbaycan xalqı həmin yığıncaqlarda yekdilliklə qəbul etdiyi qətnamə vasitəsi ilə İran dövlətinin 

və imperialistlərin yeni fitnəkarlığını və alçaq hərəkətini pislədi və Fərruxinin Azərbaycana vali təyin 

olunub gəlməsinə qarşı özünün qəti etirazını bildirdi. Elə bu vaxt Azərbaycanın demokratik mətbuatı 

kütlələri sayıq olmağa çağıraraq, düşmənlərin Azərbaycanda böyük bir fitnə yaratmaq fikrində olduğunu 

göstərərək, İran irticasına xalqın adından xəbərdarlıq edərək yazırdı ki, belə bir xəyanətin var qüvvə ilə 

qarşısını almaq bizim milli və vicdani vəzifəmizdir. Sözünə davam edən qəzet yazır: 

«Qoy olsun, Azərbaycan azadixahları bir daha imtahan verməyə hazırdırlar. Lakin bütün dünya 

bilməlidir ki, bu qanlı səhnəni açan nalayiq və yaramaz ünsürlərdən təşkil tapmış Tehran hökuməti və on 

dördüncü məclis başçılarıdır»

31



Qəzet «Çağırılmamış qonaqlar bilməlidirlər» adlı baş məqaləsində bu haqda Azərbaycan xalqının 



Tehran irticasına cavabını belə ifadə etmişdir: 

«Unutmasınlar ki, Azərbaycan İsfahan, Yəzd və Kirmana bənzəməz. Xalq azadlığa əlaqəmənddir, 

yonca yeyib aldığı qanun əsasını hifz edəcək, məşrutənin pozulmasına yol verməyəcəkdir»

32



Sözünə davam edən qəzet Tehran hökumətinə xalqın adından deyir ki, qələm azadlığına, vicdan və 

əqidə azadlığına, ictimai və cəmiyyət azadlığına toxunmaq olmaz. O, xalqın namusudur. Buna əl atanların 

əlləri kəsilər və özləri məhv olarlar. 

İran böyük bir məmləkətdir. Onun təbii sərvəti on beş milyonluq deyil, əlli, bəlkə yüz milyonluq bir 

əhalinin həyatını təmin edə bilər. 

Lakin Tehranın başçıları vilayət və əyalət əhalisi üçün haqq həyat qail deyillər. Onlar özlərini əşrəf 

məxluqat hesab edirlər. 

Belə bir hal İran dövləti ilə xalq kütlələri arasında böyük uçurumun və barışmaz ziddiyyətin mövcud 

olduğunu bir daha isbat edir. 

«Dövlətin qüdrəti xalqın ona olan meyl və rəğbətindən asılıdır. Xalqa əsaslanmayan bir hökumət 

dahilərdən belə təşkil olunarsa, yaşaya bilməz, yaşasa da məmləkəti və milləti fəlakətə düçar etməkdən. 

başqa bir nəticəyə yetişməyə qadir olmaz»

33



Zor və süngüyə arxalanan İran dövlətinin uzun zaman davam gətirməyib, xalq kütlələrinin mübarizəsi 



nəticəsində alt üst ediləcəyini «Azərbaycan» qəzeti qabaqcadan xəbər verərək yazırdı: xalqın məhəbbəti və 

əlaqəsi olmadan xalqın düşməni sayılan bir hökumət tez gec rüsvayçılıqla yıxılmağa məruz qalar. Bu, 

ictimai və təbii bir qanundur. 

Qəzet xalq kütlələrinin dövlətin işlərində yaxından iştirak etməsinin zəruriliyini və onun İran xalqları 

üçün əhəmiyyətini qeyd edərək göstərir ki, biz bunların hamısını düşünüb nəzərə alaraq, xalqın hökumət 

işlərinə yaxınlaşdırılmasını irəli sürüb milli bir dövlətin əncümənlər vasitəsi ilə yaranmasını tələb edirik. 

Lakin İran dövləti Azərbaycan xalqının haqq sözünə və qanuni tələblərinə qulaq asmır, silah gücü ilə 

xalqın azadlıq səsini boğmağa çalışırdı. 

İran dövlətinin və irticai dairələrin siyasətini ifşa edən «İqdam» qəzeti yazır: 

Əgər ölkənin hər bir məqamı yalnız İranı nəzərdə tutsaydı və ölkənin bütün məsələlərində haqq, ədalət, 

intizam və məsləhətin ziddinə getməsəydi, Azərbaycanın işi bu yerə çatmazdı. İndi etiraf edirlər ki, 



www.achiq.info

  

 



16 

Azərbaycan İranın başıdır. Dünən İranın başını daşla əzirdilər. Azərbaycan xalqın nalə və fəryadları bir yerə 

çatmırdı. 

Bəs bu gün nə üçün Azərbaycan xalqını ox, qalxan və süngünün hədəfi etmək istəyirlər

34



Jandarmlar və irticai ünsürlər açıqdan açığa demokratik qüvvələrə qarşı hücuma keçdilər. 



«Azərbaycan» qəzeti irtica ünsürlərinə xəbərdarlıq edərək göstərirdi ki, iyirminci əsrdə xalqın malına, 

canına və namusuna təcavüz etmək olmaz. Dağ basmaq və şallaq altında öldürmək, ağız tikmək, dodaq 

kəsmək zamanı keçmişdir. Jandarmlar unutmasınlar ki, firqə üzvünü təhqir etmək, firqə binasına yaxın 

düşmək olmaz. 

Qəzet ölkədə hərcmərclik yaradan, xalqların qanını axıdan İran dövlətinin yeritdiyi siyasəti ifşa edərək 

deyir: Qoy bütün dünya bilsin ki, Asiyayi despotizm (istibdad) ruhu ilə ruhlanan mərkəzi hökumət 

məmləkəti sülh və əmin amanlıq yolu ilə idarə etməyə qadir deyildir. Qoy bütün dünya bilsin ki, Azərbaycan 

xalqı bu cinayətkar dövlətin qara siyasəti nəticəsində nə qədər bəlalar çəkmiş və nə səbəbə özünü idarə 

etmək üçün çarə axtarmağa başlamışdır

35



Ərdəbil nümayəndəsi Lənkərani İran məclisində çıxış edərək Azərbaycan xalqının haqlı tələblərini 

müdafiə etmiş və demişdir: 

«Siz ləcbazlıq edir, açıqdan açığa İrana xəyanət edirsiniz. Siz Azərbaycanın istədiklərini vermək və 

haqq sözlərini eşitmək əvəzində, oraya top, fişəng və sərnizə göndərirsiniz»

36



Kirmanşahda nəşr edilən «Bistun» qəzeti Azərbaycan Demokrat Firqəsinin proqramını və burada irəli 



sürülən ictimai, siyasi, iqtisadi məsələlərin düzgün olduğunu təsdiq edir və Azərbaycan xalqının haqlı 

tələblərini müdafiə edərək yazır: «Azərbaycan» deyir: xalqın və ölkənin müqəddəratını gərək xalq özü 

müəyyən etsin. Azərbaycan xalqı zəhmət çəkdiyi halda onun öz mənafeyinə uyğun olan hər bir ictimai 

islahat keçirməkdə haqqı olmalıdır. Azərbaycanlı öz doğma dilində yazıb oxumaqda azad olmalıdır. 

Azərbaycan xalqının çəkdiyi zəhmətlərin nəticəsi paytaxtda ali qəsr və binaların tikilməsinə sərf 

edilməməlidir. Bütün bu tələblər muxtariyyətin mənasıdır ki, tam aydınlığı ilə firqə məramnaməsində öz 

əksini tapmışdır. Azərbaycan uca səslə deyir ki, İran xalqları milli hökumət tələb edirlər və 

müstəmləkəçilərin qulaqlarına çatdırırlar ki, nə tək Azərbaycan, bəlkə bütün İran hürriyət istəyir»

37



Tehranda nəşr edilən «Fərman» qəzeti Azərbaycan Demokrat Firqəsinin yaranması zərurətini irticai İran 



dövlətlərinin Azərbaycan xalqına etdiyi zülm və təzyiqin nəticəsi kimi qiymətləndirərək yazır ki, biz təşxis 

vermişik ki, Demokrat Firqəsi Azərbaycan xalqının sevdiyi və böyük əlaqə bəslədiyi bir milli firqədir ki, 

İran irticasının zülm və təzyiqi nəticəsində meydana gəlmişdir. Biz inanırıq ki, Azərbaycan xalqının tələbləri 

haqlıdır. Biz hökmən bilirik ki, onlar da bizim kimi Azərbaycanı İranın ayrılmaz hissəsi hesab edirlər və İran 

xalqlarının birgə köməyi ilə bu əsarətə son qoyacaq və İranı imperialistlərin nökərləri olan irticaçıların 

əlindən nicat verəcəklər

38



Azərbaycan xalqının bu haqlı tələblərini nəinki İranın demokratik mətbuatı, hətta dünyanın sülhsevər və 



vətənpərvər xalqları da ürəkdən alqışlayıb təsdiq etdilər. Fransa Kommunist Partiyasının və Fransa xalqının 

sevimli rəhbərlərindən Marsel Kaşen bu münasibətlə «Hümanite» qəzetində yazmışdır: Azərbaycanlılar 

Tehran hökumətinin onlara təhmil etdiyi tamamilə feodal qəyyumçuluğundan əzab çəkirlər. Həmçinin 

onların milli ənənələrinə hörmət edilməsini arzu etmələri təbii deyilmi? 

Azərbaycanlılar istəyirlər ki, onlara İranın daxilində muxtariyyət verilsin, iqtisadi və maarif proqramları 

geniş həyata keçirilsin

39



Lakin məclisdə xalqın həqiqi nümayəndələrinin yerlərini tutmuş xain ünsürlər hay küy salaraq dövlətə 



təzyiq göstərməklə, onu Azərbaycan xalqının haqlı tələblərini və xalqın demokratik hərəkatını boğub aradan 


www.achiq.info

  

 



17 

aparmağa təhrik edirdilər. 

«Azərbaycan» qəzeti irticai ünsürlərin qaldırdıqları hay küyün səbəbini belə izah edir: 

«Onların dad fəryadı təbiidir, çünki süd verən Azərbaycan adlı inəkləri artıq onlara süd vermək istəmir. 

Südünü öz əziz balasına sərf etmək istəyir»

40

  



Lakin Azərbaycan xalqı irticanın bütün vəhşiliyinə, əzab və işgəncələrinə dözərək doğma firqəsinin 

bayrağı altında, onun şüarlarını həyata keçirmək uğrunda mübarizəsini ardıcıllıqla davam etdirirdi. 

Bir tərəfdən, Azərbaycan Demokrat Firqəsinin qüdrəti, digər tərəfdən, Azərbaycan və İran xalqlarının 

milli istiqlaliyyət uğrunda demokratik hərəkatın əzəmətli gücü ölkədə birtərəfli siyasət yeridən Sədr 

hökumətinin əsasını sarsıtdı və nəticədə İranın irticaçı dövlət kabineti süqut etdi. Beləliklə, Fərruxinin 

Təbrizə gəlmək məsələsinin puça çıxması, firqənin gündəlik işlərdə irəliləməsi Tehran mühitində şiddətli 

qorxu yaratdı. Nəticədə əl ayağını itirmiş məclis mürtəceləri Sədri iş başından kənar etdilər. 

Tehranın Demokratik mətbuatı Azərbaycan xalqının haqlı tələblərini müdafiə edir və İran dövlətinin 

irticai mahiyyətini və yeritdiyi xalqa zidd siyasətini kəskin surətdə pisləyirdi. 

Tehranda nəşr olunmuş «Ərəs» qəzeti yazır: 

Gözləyirlər ki, Azərbaycan xalqı hökumət orqanlarının törətdiyi saysız hesabsız cinayətlərinin əvəzində 

sükut edib desin: Biz qolu bağlı quluq, bizi nə qədər istəsəniz təhqir edin, sağın, kef çəkin, bizim üçün isə 

xərabəliklər kifayətdir

41



Tehranda nəşr edilən «Nicati İran» qəzeti öz məqalələrində İran dövlətinə sübut edib göstərir ki: 

«Azərbaycanda Demokrat Firqəsinin təşkili sizin işlərinizin əks sədasıdır, yaramaz iş xoşa gəlməyən nəticə 

verər. Bu xoşa gəlməyən işlər sizin kimi sillə vuranların zövqündən doğur. Sillə yeyənlər sona qədər 

dözməyəcəklər. Bunu bilməlisiniz ki, sillə vurmağın sillə yeməyi də vardır»

42



Həmin qəzet sonra yazır: 



«Azərbaycanda Demokrat Firqəsinin təşkil edilməsi İran xalqının həqiqi məşrutəni bərpa etmək, İranın 

azadlığını, istiqlaliyyətini, bütövlüyünü əldə etmək üçün başlanmış hərəkatın bir dalğasıdır»

43



Qəzet başqa bir nömrəsində Tehranın Azərbaycanı parçalayıb, soyub, qarət etdiyini göstərərək yazır: 



«Pantehranizm Azərbaycana tamamilə süpürgə çəkmiş və orada işə yarayacaq bir şey qoymamışdır. Xalq 

yaşamaq istəyir. Şəhərdə yaşamaq üçün səhiyyə, məktəb, institut, universitet və minlərlə digər şeylər 

lazımdır ki, bunların da heç biri Azərbaycanda yoxdur. Orada vəziyyət belədir. Bəlkə min dəfə bundan da 

pisdir. Demokratların əsas qanuna uyğun olaraq əyaləti və vilayəti əncümənlərin təşkil edilməsi tələbləri 

qanunsuz və yersiz deyildir»

44

 



Tehranda nəşr edilən «Müzəffər» qəzeti isə Azərbaycan xalqının etirazının səbəbini İran dövlətinin illər 

boyu istibdad üsuli idarəsinin və onun yeritdiyi milli zülm siyasətinin nəticəsi bilib yazmışdır ki, iyirmiillik 

irticai siyasətin Azərbaycana bir şey vermədiyi bir yana dursun, Azərbaycanda nə varsa, hamısını bu xalqın 

və bu yurdun sərvətini, məhsulunu da əlindən almışdır

45



Azərbaycan xalqının dözülməz və ağır vəziyyətini qəzet belə təsvir edir: 



«Dövlətin təzyiqi və yoxsulluq elə bir dərəcədə artmışdır ki, yüz, minlərlə azərbaycanlı bir tikə çörək 

qazanmaq üçün öz doğma yurdunu, ailəsini, evini və uşağını tərk edib iş axtarmaq üçün İranın başqa 

şəhərlərinə getməyə məcbur olurdu. Siz bu gün belə lüt, ayaqyalın minlərlə azərbaycanlı balalarının 

Tehranın küçələrində və divarlar dibində yatdıqlarını görərsiniz»

46



Müəllif məqaləsində irəli sürdüyü mühakimədən məntiqi nəticə çıxararaq son sözünü belə ifadə edir: 




www.achiq.info

  

 



18 

«heç kim azərbaycanlıların istedadını, qabiliyyətini və çalışqanlığını inkar edə bilməz. Bütün bu istedad və 

qabiliyyətin qarşısında Azərbaycanın özünün nəyi vardır? heç nəyi»

47



Azərbaycan xalqı bütün bu məhrumiyyətlərə mərdliklə sinə gərərək, müstəmləkə zəncirini qırmaq 

uğrunda, demokratiya və azadlıq yolunda İran xalqları ilə birlikdə şanlı mübarizəsini ardıcıllıqla davam 

etdirir. 

«Azərbaycan» jurnalı bu bərədə yazır: 

İran Azərbaycanında yaşayan azərbaycanlıların tələbi çox aydın və sadədir. Onlar artıq hüquqsuz 

yaşamaq istəmirlər. Onlar vahid bir millət kimi ayağa qalxıb dünyanın demokratik millətlərini nümunə 

göstərib, bu millətlər kimi öz talelərinin ağası olmaq istəyirlər

48



Təbriz şəhəri həmişə Azərbaycan və İran inqilabının beşiyi olduğu üçün, Azərbaycan Demokrat Firqəsi 

yarandığı gündən Təbriz, buradakı karxana və fabriklərdə işləyən, azadlıq hərəkatının ön sıralarında gedən 

fəhlə sinfinə, habelə fəhlə sinfinin müttəfiqi olan kəndlilərə böyük əhəmiyyət vermiş və onların mənafeyi 

uğrunda çalışmışdır. Bu münasibətlə «Azərbaycan» qəzeti yazır ki, Təbriz şəhəri Azərbaycanın düşünən 

beyni və görən gözüdür. Onu ciddi mühafizə edib qorumaq lazımdır. Biz heç zaman millətimizin 

əksəriyyətini təşkil edən zəhmətkeşləri unuda bilmərik. Onların mənafeyini təmin etmək üçündür ki, biz 

milli, mütərəqqi və demokratik bir rejim yaratmaq şüarı ilə çalışırıq. Kəndlilər isə bizim dönməz üzümüz və 

bükülməz qollarımızdır. Ona yüzdə yüz inanıb bel bağlaya bilərik

49

. Sonra qəzet yazır: «Özünü yarım 



milyon riyala satan Tehran mətbuatı bilməlidir ki, İranın həqiqi sahibi onun fəhlələri, kəndlisi və 

vilayətlərdə yaşayan sair zəhmətkeşləridir. Bu qüvvələri nəzərə almayıb, onların ehtiyacını təmin etməyə 

qadir olmayan bir dövlət yaşamağa qadir ola bilməz»

50



İranın xəyanətkar 14 cü məclis nümayəndələrinin vəkalət müddəti qurtarmışdı. Yeni məclis seçkiləri 

başlanmalı idi. Bir tərəfdən də ölkədə yaranmaqda olan siyasi firqə və cəmiyyətlərin varlığı və onların 

mübarizəsi İranın irticai hakimiyyətini sarsıdırdı. İran dövləti və onun ağaları olan imperialistlər bunu yaxşı 

bilirdilər ki, belə bir şəraitdə seçki başlanarsa, azadixahlar məclisdə böyük mövqe tuta bilərlər. 

Azərbaycan Demokrat Firqəsi İran xalqlarının mənafeyini nəzərə alaraq 14 cü məclisi irticaçı bir məclis 

kimi tanıyıb, onun verdiyi qanunları etibarsız sayır, 15 ci məclis seçkilərinə başlamağı özünün milli 

vəzifələrindən biri hesab edərək, bu yolda xalqı hazırlaşmağa dəvət edirdi. 

Qəzet seçki kompaniyası münasibəti ilə geniş təbliğat işi apararaq göstərirdi ki, demokratizmin həqiqi 

mənası xalq hakimiyyətidir. 

Bu münasibətlə qəzet yazır ki, seçki fərmanını xalqımız özü verməlidir. Burada tək azərbaycanlıların 

deyil, bütün İran xalqlarının ölüm dirim məsələsi həll olunur. Ona görə biz seçkini başlamalı və onu sona 

çatdırmalıyıq. Həm də bizim firqəmiz ümumi millətin dövlət quruluşunda və qanunvericilik məclisində 

iştirak etməsini təmin etməlidir. 

Qəzet sonra yazır ki, qoy Tehran mürtəceləri xalq tərəfindən seçilən vəkillərimizi qəbul etməsinlər. 

Biz İranın ayrı ayrı yerlərində də bu işin başlanmasını ümid edirdik. Lakin, görünür, həmişə olduğu 

kimi, birinci qədəmi götürmək Azərbaycanın öhdəsinə düşmüşdür. Olsun, bu iftixarlı işi də biz başlarıq. 

Azərbaycan Demokrat Firqəsi xalqı mübarizəyə çağıraraq göstərirdi ki, siyasi qüdrət əncümənlər və 

məclis nümayəndələrinin azadixah və demokrat şəxslərdən seçilməsi ilə qazanıla bilər. Bunu heç bir firqə 

üzvü unutmamalıdır. Partiyanın bu göstərişi onun orqanında öz əksini taparaq belə ifadə edilirdi: 

«Bu gündən etibarən firqə siyasi qüvvə kəsb etmək yolunda mübarizə edir. İkinci dövrənin şüarları 

böyük mitinqlər, geniş konfranslar vasitəsi ilə əncümənlər və məclis seçkisinin mənasını xalqa anladıb onları 

bu yolda mübarizəyə hazırlamaqdan ibarətdir»

51




www.achiq.info

  

 



19 

Partiyanın belə bir mövqeyinin, xətti hərəkətinin düzgünlüyünü Pişəvəri öz əsərində belə izah etmişdir: 

«Bu günədək biz dağa doğru çıxırdıq, dağın arxasını görmədiyimiz üçün özümüzü yora bilməzdik. çünki 

çıxdığımız dağın arxasında mühlik (öldürücü — M. R. Vilayi) və ya yüksək bir dağ dəxi ola bilərdi. İndi isə 

biz dağın qülləsinə. çatmağa müvəffəq olmuşuq. Onun arxası isə gözümüzün qarşısındadır. Onu enmək üçün 

qarşıda olan müşkülatı dəxi rəf etmək qüdrətimiz vardır. Artıq dayanmaq olmaz. Xalqı mitinqlər, nümayişlər 

vasitəsi ilə başa salıb həyəcana gətirməliyik»

52



İmperialistlərin siyasi fırıldaqçılıqda Sədrdən daha mahir və qəddar olan İbrahim Həkimini İranın dövlət 

başçısı keçirməsi milli demokratik qüvvələrə qarşı hücumu qüvvətləndirmək qəsdini güdürdü. Bu zaman 

irticai qüvvələr şəhər və kəndlərdə vəhşicəsinə hücuma keçirdilər. 

Jandarm və mülkədarların Azərbaycanın şəhər və kəndlərində törətdikləri vəhşilikləri «Azərbaycan» 

qəzeti 47 ci nömrəsindən ardıcıl olaraq dərc etməyə başlayır. Soltan kəndində, kəndin mülkədarı tərəfindən 

iki yaşında məsum bir uşağın öldürülməsi, Ərdəbildə, Meşkin şəhərdə, Qoşabulaq və Xanbulaqda, Əhərdə 

jandarmların günahsız kəndliləri öldürmələri qəzetin səhifələrində əks edilmişdir. 

Jandarmların və mülkədarların zülmündən cana gəlmiş kəndlilərin qəzetə göndərdikləri şikayət 

məktublarının birində deyilir: 

«Biz kəndlilər sizdən xahiş edirik bizim dərdlərimizi, müsibətlərimizi qəzetdə yazasınız. Qoy tamam 

camaat bilsin ki, biz kəndlilərin başına bu canilər nə oyunlar gətirir və bir dəstə xan, bəylərin zülmündən ah 

naləmiz göyə dayanmışdır. Hər gün bir bəhanə ilə biz günahsız kəndliləri qarət edib arvad uşaqlarımızı əsir 

edirlər. Bu soyğunçuların zülmündən cana gəlmişik. Biz kəndlilərin əllərini əkindən, cütdən çıxarmışlar. 

Bizləri öz yerimizdən çöllərə, dağlara didərgin salmışlar. 

Aman Qasım xan və onun nökərlərinin əlindən! 

Aman Abdulla xanın və atlılarının əlindən, əl aman. 

Bir xahişimiz var. O da budur ki, təvəqqə edirik bu canilərin, bu əşrarların və bu qaniçən əmniyyələrin 

şərrini bizim başımızdan rədd edin. İmza: bir dəstə kəndli»

53



Daha bıçaq sümüyə dayanmışdı. Firqə xalq kütlələrini yeni şüarlarla qəti mübarizə aparmağa çağırırdı. 



Beləliklə, «Azərbaycan» qəzeti firqənin yeni taktikasının həyata keçirilməsi uğrunda mübarizə apararaq 

xalqı qiyama və əməli mübarizəyə çağırır. 

Firqə mətbuatı xalqa müraciət edərək göstərir ki, biz radioların və onların müxbirlərinə deyirik ki, 

buyursunlar məclis şurayi millinin və daxilə nazirliyinin dəftərlərinə baxsınlar və həm də azadixah 

qəzetlərin idarələrində Azərbaycan xalqının ərizələrini görsünlər ki, bu dörd il müddətində bu diyarın 

şəhərlərindən onlara neçə min teleqram göndərilmiş və onların bir neçəsinə də olsa cavab verilibmi? 

Qəzet çox haqlı olaraq yazır ki, bir və ya iki gün idarəmizə gəlib bu ərizələri gətirən azərbaycanlıların 

üzlərinə baxasınız, onda bizim qəlbimizin yandığı və vicdanımızın üsyan etdiyinin səbəblərini anlarsınız

54



Qəzet özünün «Karlar eşitsin və korlar da görsün» adlı baş məqaləsində İran dövlətinin Azərbaycanda 



yeritdiyi qanlı siyasətini ifşa edərək göstərir ki, Sərdərudda barbarlar dövrünün ağır vəhşiliyini andıran, 

cavan uşaqların budlarına dağ basmaq əfsanə deyil, həqiqətdir. Bu həqiqəti örtüb basdırmaq üçün İran 

dövləti «Azərbaycan» qəzetinin Tehranda yayılmasını qadağan edir və beləliklə də xalqın gözünü bağlayıb, 

qulağını kar saxlamaq istəyir. 

Lakin qəzet xalq kütlələrinin mübarizə yolunu işıqlandırır və onlarda qələbəyə olan inamı 

möhkəmləndirirdi. 

Azərbaycanın şəhərlərində xırda fabrik və zavodlar bağlanmış, minlərlə fəhlələr küçəyə atılmışdı. 



www.achiq.info

  

 



20 

Azərbaycanda iqtisadi böhran yaratmaq məqsədi ilə mürtəce tacirlər Azərbaycanın bol məhsulunu: yağ, 

taxıl, ət və başqa məhsulları Tehrana çəkib aparırdılar. İrticanın belə bir hərəkəti xalq kütlələrinin qəzəbini 

daha da artırırdı. 

Firqə ölkənin iqtisadi, siyasi vəziyyətini, düşmən sıralarında mövcud olan çaşqınlığını, inqilabi 

qüvvələrin hər an artmaqda olan fəallığını və inqilabi coşqunluğunu nəzərə alıb düşmənin hücumüna, 

jandarm, polis və dövlət məmurlarının özbaşınalığına qarşı qəti tədbirlər gördü. Bu tədbirlər sırasında 

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin 1945 ci il 7—8 noyabr tarixli plenumunun qərarı 

mühüm əhəmiyyətə malikdir. Həmin plenum ölkədə mövcud siyasi vəziyyəti diqqətlə nəzərdən keçirdikdən 

sonra fədai dəstələrinin yaradılması, 15 ci məclisə, əyalət və vilayətlərdə əncümənlərə dərhal seçkilərə 

başlanması, şəhər və kəndlərdə geniş mitinqlər keçirilməsi və s. haqqında qərar qəbul etdi. 

Demokratik hərəkat daha sürətlə inkişaf etdi. Azərbaycanın hər tərəfində mitinqlər, nümayişlər baş 

verdi. Bu izdihamlı mitinqlərdə xalq firqənin irəli sürdüyü şüarlar ətrafında müvafiq qərarlar çıxarırdılar. 

Bu münasibətlə «Azərbaycan» qəzeti «Böyük xalq yığıncaqları» adlı baş məqaləsində yazır ki, böyük 

milli hərəkat artıq başlanmış, azadlığı təmin etmək yolunda meydana qoyulan şüarların icrası gəlib 

çatmışdır. Xalq çox açıq bir surətdə əyalət və vilayət əncümənlərinin təşkilini tələb edir, qanun əsasımızın 

pozulmasına yol verməmək üçün 15 ci məclis seçkilərinin başlanmasını istəyir. İndi Azərbaycanda davam 

edən mitinq və nümayişlərin mənası budur. 

Beləliklə, demokratik hərəkat dalğası bütün Azərbaycanı bürüdü. Bu vəziyyət bütün İrana təsir göstərdi. 

Gilan, Mazandaran, Cənub neft mədənləri və Tehran hərəkətə gəldi. İranın bir çox yerlərindən demokratik 

ünsürlər Azərbaycana axıb gəlir, bəziləri fədai dəstələrinə, bəziləri firqə sıralarına daxil olurdular. 

Dövlət məmurlarının kəndlərdə törətdikləri vəhşilikləri ifşa etmək məqsədi ilə, Azərbaycan Demokrat 

Firqəsinin Azərbaycandakı demokratik dövlətlərin diplomatik məmurlarına və İran dövlətinə göndərdiyi 

1945 ci il 16 noyabr tarixli açıq məktubunu Təbrizdə çıxan demokratik mətbuat və İranın demokratik 

qəzetləri nəşr edərək beş milyonluq bir xalqın haqq səsini dünyaya çatdırdı. 

«Azərbaycan» qəzeti bu münasibətlə yazır ki, lakin özlərini Port Artur qalasının fatehi hesab edən 

jandarm rəisləri, kor tutduğunu buraxmayan kimi, əlsiz ayaqsız kəndlilərlə vəhşicəsinə rəftarlarını daha da 

şiddətləndirib, onların mal, can və namusuna təcavüz etməkdən əl götürmədilər. Nəhayət, bıçaq sümüyə 

dayanıb kəndlinin tab və tavanı kəsildi. İndi buyurub əkdikləri toxumun səmərəsini dərsinlər. Daha sonra 

qəzet yazır: «Miyanadan, Sərabdan və Marağadan gələn xəbərlərdən məlum olur ki, cana doyub vəhşətlərə 

təhəmmül edə bilməyən kəndli intiqam silahı ilə qiyam etmişdir. Qiyamçıların hədəfi cəlladların silahını alıb 

kəndlərdən qovmaqdır»

55



Bütün Azərbaycanın şəhər və kəndlərində təşkil tapan böyük mitinqlərdən seçilmiş nümayəndələr 



Təbriz şəhərinə gələrək, xalq konqresini təşkil verməyə başladılar. Çıxarılan qərarları imza edənlərin sayı 

yüz mindən artıq idi. 

Azərbaycan xalq konqresi, Azərbaycanda inqilabi əhvali ruhiyyənin mövcud olduğu tarixi bir şəraitdə, 

xalq yığıncaqlarından seçilmiş 700 nümayəndənin iştirakı ilə 1945 ci ilin noyabr ayının 20 də Təbriz 

şəhərində keçirildi. 

Nümayəndələrin arzu və təkliflərinə uyğun olaraq konqres özünü müəssisan məclisi adlandırdı və 

Azərbaycan xalqının ali hakimiyyət orqanı kimi hərəkət edəcəyini elan etdi. 

S. C. Pişəvəri beynəlxalq vəziyyəti və İranın daxili vəziyyətini geniş təhlil edərək göstərdi ki, azadlıq və 

demokratiya uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının çıxış yolu ancaq xalq üsyanındadır. 

Azərbaycan xalqı öz müqəddəratını öz əlinə almayınca milli zülm, ehtiyac və məhrumiyyət nə 

Azərbaycandan və nə də onun əməksevər, mübariz xalqından uzaq olmayacaqdır. Pişəvəri həmin tarixi 



www.achiq.info

  

 



21 

nitqində dedi ki, Azərbaycan xalqı İranın sərhədləri daxilində yaşamalıdır. Bu o demək deyildir ki, onun 

adab ənənəsi, dil və hüququ olmasın. 

Biz, məclis şurayi milliyə öz nümayəndələrimizi göndərəcəyik. İranda yaşayan başqa millətlər də bizim 

qardaşlarımızdır. Lakin bizə ixtiyar verilməlidir ki, biz öz evimizin sahibi olaq, onu istədiyimiz kimi idarə 

edək. Biz indi muxtariyyət alıb bununla da öz səadətimizi qurduqda, məmləkətimizi abad etdikdə İranın 

başqa əyalətləri də bizim bu yaxşı. işimizdən dərs alacaqlar. Bizim milli qüdrət milli qüvvəmiz olmalıdır. 

Azadlığı alarlar, onu verməzlər. Əgər bizim xalqımızın qabağına silahla çıxsalar, qoy bu milli konqres öz 

milli mahiyyətini müdafiə etmək üçün cavanların silahlı qüvvələrini yaratsın. 

Xalq konqresi məruzədə irəli sürülən bütün məsələlərə yekdilliklə tərəfdar oldu və onun əsas 

müddəalarını qərar layihəsinə daxil etdi. Xalq konqresi Azərbaycan xalqının milli istiqlaliyyət, azadlıq və 

demokratiya uğrunda beynəlxalq imperializmə, istibdad üsuli idarəsinə və daxili irtica qüvvələrinə qarşı 

apardığı inqilabi mübarizə tarixində şanlı səhifələr açdı. 

Xalq konqresi Azərbaycanda xalq hakimiyyətinin yaradılmasını, qəbul olunmuş qərarların əməli olaraq 

həyata keçirilməsini və milli məclisə seçkilərə başlamaq işini, Pişəvəri başda olmaqla, 39 nəfərdən ibarət 

seçilmiş milli heyətə tapşırdı və bu işləri müvəffəqiyyətlə yerinə yetirmək üçün ona tam ixtiyar verdi. 

Xalq konqresi Azərbaycan milli məclisinə seçkilərin keçirilməsi haqqında 46 maddədən ibarət 

demokratik seçgi nizamnaməsini təsdiq etdi. Həmin nizamnamə qadınlara kişilərlə bərabər seçib seçilmək 

hüququ verməklə yanaşı, seçkilərin tam demokratik əsasda gizli, bərabər və müstəqim aparılmasını 

tamamilə təmin edirdi. 

Qeyd etmək lazımdır ki, xalq konqresinin seçdiyi milli heyət Tehranı gözləmədən Azərbaycan xalqının 

muxtariyyətini təmin etməyi öz qarşısına əsas bir vəzifə kimi qoydu və bu sahədə bir sıra tədbirlər gördü. 

Azərbaycan xalq konqresi tərəfindən seçilmiş milli heyət faktiki olaraq Azərbaycan xalqının iradəsini təmsil 

edən müvəqqəti inqilabi hökumət idi. Məhz buna görə də, demək olar ki, 1945 ci ilin noyabr ayının 

axırlarından etibarən Azərbaycan xalqının apardığı azadlıq mübarizəsinin gedişində xüsusən bir vəziyyət, 

ikihakimiyyətlilik yaranmış oldu. Bunlardan biri İran dövlətinin Azərbaycandakı xalqa zülm edən irticai 

dövlət aparatı, digəri isə xalqın iradəsini təmsil edən və xalq konqresi tərəfindən seçilmiş inqilabi milli heyət 

idi. Bu ikihakimiyyətlilik 21 Azərə qədər (1945 ci il dekabrın 12 nə qədər) davam etdi. Bu münasibətlə 

Pişəvəri demişdir ki, xalq konqresi tərəfindən seçilmiş bu heyətə (milli heyətə — M. R. Vilayi) daşıdığı 

vəzifəyə görə müvəqqəti hökumət adı vermək olar, çünki iyirmi gün tamam Azərbaycanda xalqın əmniyyət 

və asayişini qorumaq bu heyətin ixtiyarında idi. 

Elə bu zaman Tehranın rəsmi dairələri İranın keçmiş başnaziri Bayatı Azərbaycana vali göndərib 

Azərbaycanın milli heyəti ilə danışığa girməyi ona tapşırdı. Lakin onun Azərbaycan xalqının istək və 

arzularını həll etməkdə heç bir hüququ yox idi. Müzakirələrin birinci günündən aydın oldu ki, o, vaxt 

qazanmaq və Azərbaycan xalqını aldatmağa can atır. 

Demokratik mətbuat düşmənlərin hiylələrini və çəkdikləri planlarını alt üst edərək yazırdı ki, Tehran 

hiyləgərliklə xalqımızı aldatmağ üçün bizə yaxşı bir vali göndərməyi və şirin vədlər verməyi irəli sürmüşdü. 

Bir tərəfdən, sərhəng Vərəhramlar, Pərvizilər və Zəngənələr vasitəsi ilə kənd və şəhər əhalisini əzir, döyür, 

ayaqdan salırdılar. O biri tərəfdən, mülayiməti ilə məşhur olan Hüssam Sultan Bayatı vali təyin edib ona 

tapşırırdılar ki, hərəkat başçıları ilə saziş etsin, xalqın gözündən pərdə asmaq üçün böyük islahat vədləri ilə 

işə başlasın

56



Hiylələrinin və ovuclarının açıldığını görən və xalqın şiddətli qəzəbi ilə qarşılanan Bayat biabır olaraq 

Tehrana qayıtmağa məcbur oldu. 

Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında xalq konqresinin qəbul etdiyi qərarların yerinə 

yetirilməsi ilə bir zamanda silahlı fədai dəstələri də kəndlərdə və şəhərlərdə jandarmların silahını alaraq 

onları, şəhər və kəndləri bir birinin ardınca özlərinə təslim edirdilər. 



www.achiq.info

  

 



22 

Azərbaycanın fəhlə və kəndli siniflərinin və bütün vətənpərvər milli qüvvələrin iradəsini təmsil edən 

xalq konqresi Azərbaycan milli məclisinin yaradılması tələbini belə bir tarixi ictimai zərurətə görə 

əsaslandırdı ki, imperializm və İran irticaçıları Azərbaycan xalqının qanı bahasına əldə edilmiş məşrutənin 

demokratik əsaslarının həyata keçirilməsinə, əyaləti və vilayəti əncümənlərin yaradılmasına hər vasitə ilə 

mane olmuş və bu hüquqları bərpa etmək uğrunda başlanan azadlıq hərəkatını vəhşicəsinə boğmuşlar. Məhz 

buna görə də Azərbaycan xalqı öz qüdrətinə arxalanaraq , Tehranın irticaçı hakim dairələrinin məsləhətini 

gözləmədən və onların müdaxiləsinə yol vermədən öz iradəsi ilə öz milli hakimiyyətini təmin etməlidir. 

Həm də xalq konqresi müəyyən etdi ki, Azərbaycan xalqı məşrutəyə istinad etməklə, onun demokratik 

əsaslarını müasir dövrün Tələblərinə uyğun şəkildə genişləndirərək, özünün milli muxtariyyət hüququnu 

həyata keçirmək üçün əyaləti əncümən əvəzinə Azərbaycan milli məclisinin yaradılmasını məqsədəuyğun və 

zəruri hesab edir. 

Firqə və milli heyət bütün təbəqələrin demokratik və vətənpərvər nümayəndələrini milli məclisə seçmək 

şüarını irəli sürürdü. Xalq kütlələri firqənin çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladılar. Məclis seçkiləri 

misilsiz siyasi fəallıq şəraitində keçirilirdi. Bütün firqə üzvləri və bitərəflər firqənin göstərdiyi namizədlərə 

səs verdilər, Bu o demək idi ki, firqə xalqın məhəbbət və etimadını qazandığına görə, xalq onun siyasətinə, 

onun şüarlarına səs verirdi. çünki işimiz xalq işi olduğu üçün xalqın göstərdiyi hüsn təvəccöh bizim üçün 

böyük qələbə hesab olunmalıdır. 

Möhkəm qalalar və yıxılmaz səngərlərin hamısından möhkəm xalqın ürəyidir. Ürəkləri fəth edən 

qüvvələrin müqabilində heç bir qala müqavimət edə bilməz. Firqəmiz xalqın ürəyini fəth etmişdir. Bunu 

məclis seçkilərimiz isbat etdi. 

«Xalq bizimlədir» adlı baş məqaləsi ilə qəzet Azərbaycanın milli məclisinə seçgilər haqqında yazır ki, 

milli məclisə seçkimiz xalq tərəfindən çox ciddi istiqbal olundu. İkinci gündə şəhərimizdə yeddi mindən 

artıq rəy verildi. 

Xalq öz milli iradəsini mərkəzləşdirmək üçün saatlarla seçki sandıqlarının qabağında növbəyə durur və 

seçgi bülleteni aldıqdan sonra özünü xoşbəxt hesab edib onu qoynuna qoyur, birinci məclis milli seçkisində 

şirkət etmək iftixarını övladı üçün yadigar saxlayır. 

Beləliklə, Təbriz şəhərində hesablayıcı komissiyanın nəticələri milli məclis seçkilərinin son 6 cı günü 

mətbuat səhifələrində dərc edildi, yəni Azərbaycan milli məclis seçkisi noyabr ayının 27dən başlayıb dekabr 

ayının 1 də müvəffəqiyyətlə qurtardı. Beş gün müddətində yalnız Təbriz əhalisinin 23 951 nəfəri 

Azərbaycan milli məclis vəkillərinə səs verdi. 

Bu müvəffəqiyyət düşmənlərimizə ağır bir zərbə və bütün azadixahların və Azərbaycanın səadətini, 

azadlığını istəyən xalqımızın ən fərəhli müvəffəqiyyəti idi. 

Qəzet seçkinin əhəmiyyəti və onun xalq tərəfindən hərarət və sevinclə qarşılanması haqqında yazmışdır: 

«Bu, İranın məşrutə tarixində görünməmiş bir işdir. İşimiz xalq işi olduğu üçün, xalqın göstərdiyi hüsn 

təvəccöh bizim üçün böyük fəth və müvəffəqiyyət hesab olmalıdır»

57



Milli azadlıq hərəkatı gedişində tarixi dönüş yaradan, ümumi silahlı xalq üsyanı yolu ilə siyasi 



hakimiyyəti ələ almaq taktikasını müəyyən edən firqə, xalq konqresinin seçdiyi milli heyətin səlahiyyətini 

artırdı. Ona bütün qərarları həyata keçirməkdə yaxından rəhbərlik etdi. 

Heyəti milli dövrəsi firqənin ən qızğın fəaliyyət dövrü olmuşdur. Heyəti milli öz cari işini davam 

etdirərkən firqə, bir tərəfdən milli məclis seçkisini keçirmək, digər tərəfdən də, fədai təşkilatını yaratmaqla 

məşğul idi. 

Xalq konqresinin demokratik dövlətlərə və İranın səlahiyyətli məqamlarına göndərdiyi deklarasiya istər 

daxildə və istərsə də xaricdə böyük təsir bağışladı. 



www.achiq.info

  

 



23 

Beləliklə, dünya bildi ki, Azərbaycan xalqının tələbləri haqlı və qanunidir. 

Milli məclisə seçkilərin keçirilməsi, İranın dövlət nümayəndəsi Bayatla danışıqlar aparılması, taxıl və 

başqa ərzaq məhsullarının möhtəkirlər tərəfindən Azərbaycandan çıxarılması qarşısının alınması, jandarm və 

polis idarəsi tərəfindən zindanlara salınmış günahsız kəndlilərin və zəhmətkeşlərin azad edilməsi və s. bu 

kimi inqilabi tədbirlər milli heyətin fəaliyyətinin başlıca cəhətlərini təşkil edirdi. 

Təbriz şəhəri fədai qüvvələri tərəfindən üzük qaşı kimi mühasirəyə alınmışdı. 

Azərbaycan Demokrat Firqəsi işin sülh yolu ilə„ qan tökülmədən başa çatdırılmasına, İranın Təbrizdə 

yerləşən silahlı qoşun, jandarm və polis qüvvələrini qardaş qanı tökmədən Azərbaycanın yeni inqilabi 

hökumətinə təslim olmağa çağırırdı. 

Lakin İran qoşunlarının Təbrizdəki silahlı qüvvələrinin baş komandanı general Dirəxşani hələ təslim 

olmaq istəmir, Tehrandan göstəriş və qüvvə almağa çalışırdı. 

Satqın İran dövlətinin və onun qoşun qüvvələrinin baş qərargah rəisi general Ərfəə Təbrizdəki qoşun 

qüvvələrinə radio vasitəsi ilə xalq kütlələri üzərinə atəş açmaq əmri vermişdi. 

Bütün bunlara baxmayaraq «Azərbaycan» qəzeti beş milyondan artıq xalqın son sözünü bildirərək 

yazmışdır ki, indi Azərbaycan xalqının düşünən başı və müqtədir milli hökuməti vardır. Onun qanını bu 

asanlıqla tökmək olmaz. Radio vasitəsi ilə atəş fərmanı verən Tehran və onu Azərbaycanda icra edən yalançı 

pəhləvanlar öz təkliflərini anlasınlar. Xalq intiqam çəkməkdən sərfnəzər edə bilməz. İndi Azərbaycan ayaq 

üstədir. Onu diz zökməyə vadar etmək istəyən oğlanların anaları ağlar qalar. Azərbaycanlı öz haqqını 

özünün əzm və iradəsi sayəsində almış və vücuda gətirmişdir. 

Azərbaycan xalqının, uğrunda mübarizə apardığı məqsədə nail olmaq günü yetişdi. 1945 ci il dekabr 

ayının 12 də (21 Azər) Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında fədailərin qızğın mübarizəsi və 

güclü zərbələri nəticəsində Azərbaycan xalqının milli azadlıq hərəkatı qələbə çaldı. Azərbaycanın bütün 

şəhər və kəndlərindən demokratik əsaslar üzərində seçilmiş 101 nəfər xalq elçilərinin iştirakı ilə dekabr 

ayının 12 də Təbriz şəhərində Azərbaycan milli məclisinin iclası açıldı. 

Azərbaycan milli məclisi yeni dövlət təşkil etməyi firqənin sədri Pişəvəriyə tapşırdı. Məclis, Pişəvərinin 

başçılığı ilə yeni təşkil edilmiş milli hökumətin 10 nazirinin tərkibini yekdilliklə təsdiq etdi. 

Jandarm və polis qüvvələri bir birinin ardınca. fədai dəstələrinə təslim olurdular. 

Özlərini çıxılmaz vəziyyətdə görən general Dirəxşani çox danışıqdan sonra təslim olmaq qərarına gəldi. 

Beləliklə də Azərbaycanın yeni dövlət başçısı ilə İranın Azərbaycandakı qoşun qüvvələrinin baş komandanı 

arasında təslim olmaq haqqında 7 maddədən ibarət müqavilə bağlandı. Bununla da İranın Təbrizdəki silahlı 

qoşun qüvvələri yeni yaradılmış xalq hökumətinə təslim oldu. 

Qeyd etmək lazımdır ki, Azərbaycanın bütün şəhərlərində irtica qüvvələri fədailərin qəhrəmancasına 

vuruşmaları nəticəsində məhv edildiyi və ya təslim olduqları halda, hələ Urmiyə şəhərində polkovnik 

Zəngəninin başçılığı altında İran qoşunları ilə. fədai dəstələri arasında qızğın döyüş gedirdi. Düşmənlərin 

inadlı müqavimətinə və qan tökmələrinə baxmayaraq, Azərbaycan Demokrat Firqəsi Urmiyə camaatının 

köməyinə çoxlu fədai qüvvələri göndərdi və irtica qüvvələrini darmadağın etdi. 

Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında 1945 ci il dekabr ayının 12 də Azərbaycan xalqının 

qalibiyyətlə başa çatan milli azadlıq hərəkatı ölkədəki ikihakimiyyətliliyə son qoydu. Azərbaycan xalqının 

silahlı üsyanı nəticəsində Azərbaycanda İran irticasının hökmranlığı devrildikdən sonra milli heyət öz 

səlahiyyətini Azərbaycan milli məclisinə verməklə fəaliyyətini başa çatdırdı. 

Beləliklə, bütün dünya beş milyondan artıq bir xalqın azadlıq tələb edən haqq səsini eşitdi, onda olan 




www.achiq.info

  

 



24 

tükənməz qüvvənin, inqilabi mətanət və şücaətin şahidi oldu. 

Azərbaycan milli hökuməti nəşr etdiyi deklarasiyasında göstərir ki: «Azərbaycan milli məclisinin 

seçdiyi Azərbaycan milli dövləti İranın istiqlal və tamamiyyətini hifz etməklə bərabər işə başladığını bu 

vasitə ilə bütün xalqa elan edir»

58



«Milli hökumətimiz əmniyyəti yaratdı» adlı baş məqaləsində «Azərbaycan» qəzeti Azərbaycanda milli 

azadlıq hərəkatının qələbəsini alqışlayaraq yazır: 

«Xalqımızın qüdrəti ilə Azərbaycanda milli hökumət yarandı. Vətənimizin üfüqlərindən azadlıq günəşi 

doğdu. Bununla da irticanın paslı zəncirləri parçalandı. Milyonlarla əzab içərisində çabalayan insanlar zülm 

və əsarətdən nicat tapdı. İndi .xalqımızın nəzəri Milli hökumətimizədir. 

Yaşasın Milli hökumətimiz!»

59

 

Beləliklə, «bu mübarizədə Azərbaycan öz tarixi vəzifəsini yerinə yetirərək İran xalqlarının ön 



sıralarında durdu, irtica səngərlərini darmadağın etdi, birinci dəfə olaraq milli hökumət qurdu və zəhmətkeş 

kütlə öz müqəddəratını təyin etməkdə yaradıcılıq qüdrəti göstərməyə fürsət tapdı»

60



Azərbaycanda olduğu kimi Kürdüstanda da Qazi Məhəmmədin başçılığı ilə Kürdüstan Demokrat 



Firqəsinin rəhbərliyi altında milli hökumət yarandı. 

Azərbaycanda və Kürdüstanda inqilabi hərəkatın qələbəsi və milli hökumətin təşkili İran xalqları üçün 

böyük ilham və qüdrət mənbəyi oldu. 

Hizb Tudeyi İranın Mərkəzi Komitəsinin orqanı olan «Rəhbər» qəzeti bu münasibətlə yazmışdır ki, 

Azərbaycanın rəşadətli xalqı irticai amillərin xəyanətkar siyasətinə qarşı ilk dəfə düyünlənmiş yumruqları ilə 

cavab verdi və özünün milli demokratik hərəkatını yaratmaqla başqa əyalətlərin və mərkəzin nicat tapmasına 

şərait yaratdı

61



Azərbaycan Demokrat Firqəsinin ilk firqə təşkilatlarından tutmuş Mərkəzi Komitəsinədək bütün 

təşkilatlarında milli məclis vəkilləri, dövlət aparatında və xalq qoşunları sıralarında fəaliyyət edən əsas firqə 

kadrları fəhlə kəndlilərin və mütərəqqi ziyalıların içərisindən çıxmış, inqilabi mübarizə məktəbi görmüş 

yoldaşlar idilər. 

Firqə sədri və onun müavinləri Sadıq Badəgan... başda olmaqla, yenə də Mərkəzi Komitə üzvləri birinci 

sırada mübarizə edib böyük və heyrətləndirici işlər görməkdə idilər. Bu siyasi və ictimai mübarizə sırasında 

daha artıq fəaliyyət göstərən Mərkəzi Komitə üzvlərindən Qiyami, Xəlil Azərbadəgan, Cövdət, Taqı Şahin, 

M. Çeşmazər, Rəfii, Zəfiri, Haşimniya və s. göstərmək olar ki, gecə gündüz yatmayıb mübarizədə xalq 

kütlələrini təşkil edirdilər

62



*** 

Xalq kütlələri ilə bağlı olan Azərbaycan Demokrat Firqəsi fədai dəstələrinin də təşkilatçısı və rəhbəri 

olmuşdur. 

Fədai təşkilatının yaradılması Azərbaycan xalqının tarixinin şanlı səhifələrindən birini təşkil etmişdir. 

Fədai təşkilatı çox təbii bir xalq hərəkatından doğmuşdur. 

Fədai təşkilatının yaradılması barəsində Pişəvəri «Firqə və dövlətin əsas məsələləri haqqındakı 

məruzəsində demişdir: Biz fədai təşkilatını yaratmağa başladığımız zaman milli hökuməti yaratmaq üçün 

müxtəlif təkliflər var idi. Bəzi firqə üzvləri müəyyən bir gündə qiyam edib dövlət idarələrini tutmağı, qoşun 

hissələrini silah gücü ilə darmadağın etməyi irəli sürürlər. Bəziləri isə Tehrana teleqraf vurmaq, küçə və 

xiyabanlarda nümayiş və mitinqlər təşkil etmək yolu ilə bu böyük məqsədə nail olmağı mümkün sayırdılar. 

Hətta bundan əvvəlki ümumi iclasadək bəzi firqə üzvlərimiz Mərkəzi Komitəni mühafizəkarlıqda müttəhim 



www.achiq.info

  

 



25 

edib deyirdilər: mitinq və nümayiş olmadığına görə firqə üzvləri ruhdan düşüb, məyus olmağa başlamışlar. 

Əgər tez bir zamanda nümayişlərə başlamasaq, irtica bizim təşkilatımızı tamamilə məhv edəcək və 

büsatımızı pozacaqdır. Hələ Mərkəzi Komitənin özündə bədbinlik gündən günə artır və firqə üzvlərindən bir 

qrupunun bizim kəndlini başına buraxıb onun dərdinə yetişmədiyimizi üzümüzə vurur, oyunu 

uduzduğumuzu söyləyirdilər

63



Pişəvəri daha sonra yazır: Buna razılığa baxmayaraq biz fədai dəstələrinin quruluşuna böyük ümid 



bağlayıb, işin içərisindən xəbəri olmayan firqə üzvlərinin acı sözlərini udub öz işimizi davam etdirdik. Biz o 

gün hiss etmişdik ki, xalq bizimlədir. O bizim ardımızca gedəcəkdir. Ona görə acı tənqidlər və şiddətli 

hücumlara baxmayaraq tam təmkinliklə xalqı təşkil edib, fədai dəstələrini inanılmış adamların rəhbərliyi 

altına çəkməyə çalışırdıq. Nəhayət, hərəkat xalq içərisindən başladı, bütün. ölkəni bürüyüb Tehran 

irticasının qoşun qalalarını üzük qaşı kimi mühasirəyə alıb milli qüdrətimizin qabağında diz çökməyə 

məcbur etdi

64



Azərbaycan Demokrat Firqəsi həqiqətən fədai hərəkatının ərkan hərbi vəzifəsini ləyaqətlə yerinə 



yetirmişdir. Firqəmiz kəndlərdə təbii surətdə başlanan fədai hərəkatını təşkil etməyi bir ay əvvəldən qərara 

almışdı. Bu təşkilata bilavasitə firqənin sədri Pişəvəri rəhbərlik edirdi. Firqənin ən ciddi, ən fəal kadrları 

fədai dəstələri başçılığına təyin edilmişdi

65



Milli azadlıq hərəkatının qələbəsindən sonra fədai dəstələrinin başçılarından bir qrupuna Azərbaycan 

milli məclisinin fərmanı ilə hərbi rütbə verildi. 

Bunu qeyd etmək kifayətdir ki, Təbriz fədailərini general Cəfər Kavyan, Marağa fədailərini general 

Kəbiri, Miyana və Sarab fədailərini general Qulam Danişyan, Miyandab fədailərini polkovnik Qulu Sübhi, 

Üskü fədailərini mayor Əyyub Kələntəri, Urmiyə fədailərini Azad Vətən təşkil etməyə təyin edilmişdilər

66



Bunlardan başqa, firqə fəallarından polkovnik Aram Zadikiyan, polkovnik Qulam Riza Cavidan, Fərzi 

Dehqan, Zamani, Mir Kazım, Mir Xəlil, Mir Əbülfəz Haşimi, Tizfəhm, polkovnik M. Məhəmmədvənd, 

Xəlil Azər və sair fədailərin  təşkilində fədakarlıqla çalışmışlar. 

Mərənd, Ərdəbil, Astara, Zəncan, Miyana və s. şəhərlərdə fədai və fədai başçılarının böyük xidmətləri 

olmuşdur. 

Milli azadlıq hərəkatının əsas silahlı qüvvəsi olan fədai dəstələri bütünlüklə kəndlilərdən və fəhlələrdən 

təşkil olunmuşdu. Azərbaycan Milli Məclisinin Rəyasət heyətinin qərarı ilə hərəkatda iştirak etmiş 10 

mindən çox fədai və fədai başçıları, zəhmətkeş xalq kütlələri «21 Azər» medalı ilə təltif olundular. 

Beləliklə, Azərbaycan Demokrat Firqəsi həqiqətən milli azadlıq hərəkatının bütün mərhələlərində, 

hərəkatın yüksəlişi dövründə belə xalq kütlələrini, fədai dəstələrini təşkil edib onların irtica üzərində 

qalibiyyətli hücumunu təmin etmişdir. Bu inkaredilməz həqiqətlər Azərbaycan xalqının milli azadlıq 

hərəkatının unudulmaz şanlı tarixini təşkil edir. 

 

 



www.achiq.info

  

 



26 

1. və 2. V. İ. Lenin, Əsərləri, 5 ci cild. 

3.və 4. «Qızıl səhifələr», (Azərbaycan xalqının milli azadlıq yolunda mübarizəsi tarixindən),Təbriz, 1946 cı il. 

5. «Azərbaycan» qəzeti, ikinci dövrə, no 1, 5 sentyabr 1945 ci il 

6. «Azərbaycan» qəzeti, ikinci dövrə, no 6, 18 sentyabr 1945 ci il 

7.və 8. S. C. Pişəvəri. «İran Azərbaycanında demokratik hərəkat tarixi» (əlyazmasının surəti) 1 ci hissə 1946 ci il. 

ADF nin arxivi 

9. V. İ. Lenin, Əsərləri, 5 ci cild. 

10. «Azərbaycan» qəzeti, ikinci dövrə, no 1, 5 sentyabr 1945 ci il. 

11. «Dad» qəzeti, no, 545, Tehran, 15 sentyabr 1945 ci il. 

12.və 13. «Vətən yolunda» Qızıl Əsgər qəzeti, no. 112 (315), 23 sentyabr 1945 ci il. «Tehran qəzetləri 

müdirlərinin xarici işlər nazirləri şurasına teleqramı» (Tehran, 17 sentyabr 1945 ci il. Sovet İttifaqı Mətbuat 

Nümayəndəliyi.) 

14. və 15. «Qızıl səhifələr», Təbriz, 1946 cı il. 

16. V. İ. Lenin, Əsərləri, 25 ci cild. 

17., 18., 19. Və 20. Azərbaycan Demokrat Firqəsinin məramnamə və nizamnaməsi. Təbriz, 24 oktyabr 1945 ci il. 

21. S. C. Pişəvəri. «İran Azərbaycanında demokratik hərəkat tarixi» (əlyazmasının surəti) 1 ci hissə 1946 ci il. 

ADF nin arxivi 

22. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il. 

23. N.S.Xruşşov. «Ədəbiyyat və incəsənətin xalqın həyatı ilə sıx əlaqəsı uğrunda», «Azərbaycan» jurnalı no. 9 

Bakı, 1957. 

24. «Azərbaycan» jurnalı no.3. və 4. Oktyabr və noyabr, 1945 

25. «İran ma» qəzeti, no. 452, Tehran, 12 dekabr 1945 ci il. 

26. V. İ. Lenin, Əsərləri, 20 ci cild.  

27. «Qızıl səhifələr», Təbriz, 1946 cı il. 

28. «Novruz İran» qəzeti, no. 568, Tehran, 25 sentyabr 1945 ci il. 

29. «Vətən Yolunda» günaşırı çıxan Qəzəl Əsgər qəzeti, no. 119 (122), 10 oktyabr 1945 ci il. 

30. «Azad millət» qəzeti, Təbriz, no. 54, 23 iyun 1946 cı il. 

31. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 19, 3 oktyabr 1945 ci il 

32. Yenə orada. No.31, 18 oktyabr 1945 ci il. 

33. «Qızıl səhifələr», Təbriz, 1946 cı il. 

34. «İqdam» qəzeti, no. 882, Tehran, 21 noyabr 1945 ci il. 

35. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 38, 26 oktyabr 1945 ci il. 

36. Yenə orada, no. 28, 15 oktyabr 1945 ci il. 

37. «Bistun» qəzeti, Kirmanşah, no. 147, dekabr 1945 ci il. 

38. «Fərman» qəzeti, no. 827, Tehran, 8 dekabr 1945 ci il. 

39. «Nameyi Mərdom», no. 23, Tehran, 13 yanvar  1946 cı il. 

40. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 47, 6 noyabr 1945 ci il. 

41. «Ərəs» qəzeti, no. 1334, 135, Tehran, 17 oktyabr 1945 ci il. 

42., 43., Və 44. «Nicati İran» qəzeti, no. 538, Tehran, 9 oktyabr 1945 ci il. 

45., 46., və 47. «Müzəffər» qəzeti, no. 110, Tehran, 29 oktyabr 1945 ci il. 

48. «Azərbaycan» jurnalı no.3. və 4. Oktyabr və noyabr, 1945 ci il. 

49. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 41, 30 oktyabr 1945 ci il. 

50. Yenə orada, no. 35, 23 oktyabr 1945 ci il. 

51. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 51, 11 noyabr 1945 ci il. 

52. S. C. Pişəvəri. «İran Azərbaycanında demokratik hərəkat tarixi» (əlyazmasının surəti) 1 ci hissə 1946 ci il. 

ADF nin arxivi 

53. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 56, 16 noyabr 1945 ci il. 

54. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 53, 13 noyabr 1945 ci il. 

55. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 58, 19 noyabr 1945 ci il. 

56. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il. 

57. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 69, 3 dekabr 1945 ci il. 

58. «Qızıl səhifələr», Təbriz, 1946 cı il. 

59. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 82, 20 dekabr 1945 ci il. 

60. «İran Azərbaycanı haqqında həqiyqət», azərnəşr, 1949 cu il 

61. «Rəhbər» qəzeti, no. 780, Tehran, 3 may 1946 ci il. 

62. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il. 

63., və 64. Seyid Cəfər Pişəvəri. «21 Azər», 1961 ci il. 



65., və 66. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il. 

Yüklə 303,08 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin