Mir Möhsün NƏvvab


QARABAĞIN ŞUŞA ŞƏHƏRİ VƏ ƏTRAFINDA BAŞ VERƏN ERMƏNİ-



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə15/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   11   12   13   14   15   16   17   18   ...   71
kitab20111201122645312

QARABAĞIN ŞUŞA ŞƏHƏRİ VƏ ƏTRAFINDA BAŞ VERƏN ERMƏNİ-

MÜSƏLMAN İĞTİŞAŞLARI VƏ ERMƏNİLƏRİN MƏĞLUB OLMASI 

 

Ermənilər  öz  qarşılarına  qoyduğu  məqsədə  çatmaq  üçün  durmadan 

səngərlər  tikir,  müxtəlif  tədarüklər  görür,  vilayətlərdən  və  kəndlərdən  Şuşaya 

kömək gətirirdilər. Odur ki, şəhər erməni tayfası ilə dolmuşdu. 

Mən,  Mir  Möhsün  Nəvvab  evim  erməni  məhəlləsinə  qonşu  olduğuna  görə 

qarşıdan  gələn  təhlükəni  nəzərə  alaraq  şəhərin  bir  neçə  izzətli  şəxsləri  evimi 

dəyişməyi  mənə  məsləhət  bildilər.  Həmin  xahişə  binaən  bir  gecə  əyləşib  diqqətlə 

sual  etdim  ki,  bu  davada  fəth,  nüsrət  və  qələbə  biz  müsəlmanlarla  olacaq,  yoxsa 

erməni tayfası ilə? İstixarə etdikdən sonra bu növ cavab zühura gəldi: 

 

 




23 

 

Qələbə yaxın günlərdə sizinlədir. 



Bütün düşmənlər sizin ayağınızın altındadır.

3

 



 

Sonra bu beyti yazıb qazixanədə yığıncaqda söylədim. Bir para adamlara isə 

bu beyti yazıb verdim ki, cürətləri daha da artsın, ümidsizlər cəsarətə gəlsinlər. 

İkinci  dəfə  istixarə  etdim  ki,  mənim  evim  kilsəyə  yaxın  olduğundan  ona 

zərər dəyər, ya yox? Zərər dəyərsə, köçüm. Belə cavab gəldi: 

 

Baxmayaraq ki, sənin evin kilsəyə yaxındır,  



Qəm yemə, axırı xeyirlidir.

4

 



 

Bundan  sonra  Allah-təalanın  köməyinə  arxalanaraq  evimdən  köçmək 

fikrindən daşındım. Allah-təalaya dualar oxuyub onun köməyinə ümid bağladım. 

Xülasə,  seşənbə  günü  (çərşənbə  axşamı)  günortadan  sonra  camadi  üs-sani 

ayının  23-də  1323-cü  ildə  (16  avqust  1905-ci  il)  ermənilər  hücuma  başladılar. 

Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı 

Xəlifəli  qapısına,  başqa  bir  dəstə  isə  meydana  tərəf  getdilər.  Qalan  ermənilər  isə 

səngərlərə  doldular.  Köçərli  məhəlləsində  qədim  bir  tayfaya  mənsub,  gözəl  ev-

eşiyi  olan  doxsan  yaşlı  Abbas  bəy  adlı  bir  nəfər  yaşayırdı.  Köçərli  məhəlləsinə 

gedən  dəstənin  içərisində  olan  Çopur  bəyin  oğlu  və  Kolya  adlı  iki  erməni  Abbas 

bəyi çağırdılar. Abbas bəy evdən çıxanda ona dedilər ki, sən bizim qonşumuzsan, 

səninlə bizim işimiz yoxdur. Sonra isə Abbas bəyi sözə tutub tüfənglə vurdular. O 

biçarə  güllədən  al  qana  boyanıb  yıxıldı.  Ermənilər  bir  neçə  güllə  də  Abbas  bəyin 

yeganə oğluna və qardaşı oğluna vurub hər üçünü öldürdülər. Bundan sonra onlar 

evə  benzin  və  neft  töküb  odladılar.  Vurulanların  da  meyidlərinə  od  vurdular. 

Bundan sonra ermənilər  üç  gün idi  ki,  gəlin  gətirmiş Nuşirəvan adlı bir  yazığı da 

güllə  ilə  vurub  öldürdülər.  Sonra  isə  gəlinin  cehizinə  və  evə,  eləcə  də  meyidlərə 

neft töküb evlə bərabər yandırdılar. Beləliklə, onlar on beşə qədər evi mal-dövləti 

ilə yandırıb külə döndərdilər. Ev sahibləri övrət-uşaqla çıxıb qaçsalar da, onlardan 

iki-üç nəfəri şəhid oldu. 

Xəlifəli qapısına gedən erməni dəstəsi isə on evə hücum etdilər. Ev sahibləri 

xəbərsiz  olduqlarından  onların  arasında  çaşqınlıq  düşdü.  Ermənilər  bu  evləri 

gülləbaran  etdilər.  Bu  evlərin  sakinləri  qaçıb  yaxındakı  rus  kazarmasına  doldular. 

Buna  baxmayaraq,  üç  nəfər  erməni  gülləsinin  qurbanı  oldu.  Ermənilər  isə 

müsəlmanların mal-dövlətini talan edib evlərinə od vurub yandırdılar. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin