Мир культуры



Yüklə 53.76 Kb.
Pdf просмотр
tarix11.06.2017
ölçüsü53.76 Kb.
növüXülasə

29 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXV buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХV выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХV edition, Baku, 2013 

 

UOT 792.03  

Kəmalə Məmmədova 

Azərbaycan Dövlət Mədəniyyət və  

İncəsənət Universitetinin disertantı 

 

Ünvan: Az 1065, Bakı, İnşaatçılar pr.9

 

Email: 

kamala-mamadova@mail.ru

 

 

 

AZƏRBAYCAN TEATR MƏDƏNİYYƏTİ MAARİFÇİLİK  

HƏRƏKATI KONTEKSTİNDƏ 

 

Xülasə:  Məqalədə  teatr  mədəniyyəti  maarifçilik  hərəkatının  ən  aparıcı 

istiqamətlərindən  biri  kimi  təqdim  edilir.  Klassik  Avropa  maarifçilik  ənənələrinin 

Azərbaycan  mədəni  mühitinə  təsirlərindən  danışılır.  Azərbaycanda  cərəyan  edən  ic-

timai-siyasi  hadisələrin  maarifçilik  hərəkatı  ilə  bağlılığı  göstərilir.  Maarifçilik  prose-

sində  teatrın  böyük  ictimai  əhəmiyyəti  vurğulanır.  Azərbaycan  teatr  mədəniyyətinin 

təşəkkülü  və  inkişaf  mərhələləri  ümumi  şəkildə  təhlil  edilir.  Teatrın  Azərbaycan  Xalq 

Cümhuriyyəti, Sovet hakimiyyəti və müstəqillik dövründəki inkişafı nəzərdən keçirilir. 



Açar sözlər: maarifçilik, teatr, mədəniyyət, Azərbaycan, incəsənət.  

 

Bütün  dünyada  olduğu  kimi  Azərbaycanda  da  teatr  mədəniyyəti  maarifçilik 



hərəkatının  ən  aparıcı  istiqamətlərindən  biri  olmuşdur.  Tədqiqatçılar  tərəfindən  daha 

çox  Azərbaycanın  oyanış  dövrü  kimi  səciyyələndirilən  XIX  əsr  klassik  Avropa 

maarifçilik ənənələrinin  geniş  vüsət  almasında  mühüm rol oynamışdır ki,  burada  teatr 

mədəniyyətinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Belə ki, XIX əsrin ikinci yarısından 

başlayaraq  Azərbaycanda  cərəyan  edən  ictimai-siyasi  hadisələr  ölkədə  maarifçilik 

hərəkatının  inkişafına  güclü  təkan  verdi.  Ədəbiyyat,  mədəniyyət  və  incəsənət 

sahələrində köklü  forma  və  məzmun dəyişiklikləri  baş  verdi.  Həmin  dövr  Azərbaycan 

teatrı  üçün  də  əlamətdar  oldu.  Dahi  mütəfəkkir  Mirzə  Fətəli  Axundzadənin  ədəbiy-

yatımıza  dram  janrını  gətirməsi  xalq  teatrının  peşəkar  teatr  sənətinə  çevrilməsində 

həlledici  rol  oynadı.  Böyük  maarifçi  Həsən  bəy  Zərdabinin  və  görkəmli  yazıçı  Nəcəf 

bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran 

xanının  vəziri”  və  “Hacı  Qara”  komediyalarının  tamaşaya  qoyulması  ilə  isə 

Azərbaycan, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. 

Maarifçilik prosesində teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan 

ziyalıları Bakıda, Qubada, Şəkidə, Şuşada, Naxçıvanda, həmçinin Tiflisdə və İrəvanda 

teatr  tamaşaları  təşkil  edirdilər.  Azərbaycanın  görkəmli  ziyalıları  Nəcəf  bəy  Vəzirov, 

Əbdürrəhim  bəy  Haqverdiyev,  Nəriman  Nərimanov  və  başqaları  dövrün  mühüm 

hadisələrinin real bədii təsvirini verən pyesləri ilə teatr repertuarlarını zənginləşdirdilər. 



30 

 

Rusiyada  və  Avropada  təhsil  aldıqdan  sonra  Vətənə  qayıtmış  azərbaycanlı  gənclər 



dünya  klassiklərinin  əsərlərini  tərcümə  edərək tamaşaya  qoymaqla  teatr həvəskarlarını 

dünya  ədəbiyyatının nümunələri ilə  tanış  edir,  Azərbaycanda  milli  dəyərlərə  söykənən 

yeni tipli teatrın yaradılması işinə xidmət edirdilər (1). 

1918-ci  il  28  may  İstiqlal  Bəyannaməsi  elanı  ilə  müsəlman  Şərqində  ilk 

demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarix səhnəsinə çıxması 

həyatın  bütün  sahələrində  inkişafa  təkan  verdi.  Azərbaycan  öz  müstəqilliyini 

qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi teatr sənətimizin inkişafında 

da  mühüm  işlər  həyata  keçirildi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  pərakəndə 

fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. Azərbaycanda 

peşəkar teatr sənətinin inkişafı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı 

kimi böyük sənətkarların xalqımızın tarixi keçmişini, məruz qaldığı sarsıntıları, xeyirlə 

şərin  qarşıdurması  ilə  bağlı  fəlsəfi  düşüncələri  canlandıran  səhnə  əsərləri  ilə  böyük 

vüsət aldı. 

Azərbaycanın  işğalı  və  müstəqilliyin  itirilməsi  teatrın  inkişaf  istiqamətlərinə, 

onun  ideya-bədii  mahiyyətinə  də  təsirsiz  qalmadı.  Bununla  belə  sovet  hakimiyyəti 

illərində  Azərbaycan  teatrı  yad  ideoloji  təsirlərə  məruz  qalsa  da,  öz  milli  varlığını 

qoruyub  saxlaya  bilmiş  və  respublikanın  mədəni  həyatında  fəal  rol  oynamışdır. 

Azərbaycan  teatrının  coğrafiyası  genişlənərək  respublikanın  demək  olar  ki,  bütün 

bölgələrini  əhatə  etdi.  Azərbaycanın  bölgələrində  dövlət  teatrları  və  özfəaliyyət  teatr 

kollektivləri  yaradıcılıq  fəaliyyətləri  ilə  teatr  mədəniyyətinin  inkişafına  yardım 

göstərdilər.  

Sovet  dövründə  Azərbaycan  teatrlarında  dünya  təcrübəsində  bəhrələnmə 

tendensiyası  gücləndi.  Xüsusilə  də,  rus  dramaturqlarının  əsərlərinə  daha  çox  diqqət 

yetirildi. Bununla belə, Azərbaycan teatrlarının repertuarları dünya ədəbiyyatının gözəl 

nümunələri  ilə  yanaşı  Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Sabit  Rəhman,  Mirzə 

İbrahimov,  İlyas  Əfəndiyev  və  başqalarının  əsərləri  ilə  daha  da  zənginləşdi.  Həmin 

dövrdə  tamaşaçıların  sonsuz məhəbbət  və rəğbətini  qazanmış  Mərziyə  Davudova,  Rza 

Təhmasib,  İsmayıl  Hidayətzadə,  Kazım  Ziya,  Rza  Əfqanlı,  Mustafa  Mərdanov,  Fatma 

Qədri,  İsmayıl  Dağıstanlı,  Ağadadaş  Qurbanov,  Adil  İsgəndərov,  Ələsgər  Ələkbərov, 

Ağasadıq  Gəraybəyli,  Möhsün  Sənani,  İsmayıl  Osmanlı,  Hökümə  Qurbanova, 

Münəvvər  Kələntərli,  Lütfəli  Abdullayev,  Bəşir  Səfəroğlu,  Əliağa  Ağayev,  Əli 

Zeynalov,  Sergey  Jakuşev,  Rahil  Ginzburq,  Mehdi  Məmmədov,  Həsənağa  Salayev, 

Şəmsi  Bədəlbəyli,  Tofiq  Kazımov,  Barat  Şəkinskaya,  Leyla  Bədirbəyli,  Nəsibə 

Zeynalova  və  başqa  aktyor  və  rejissorların  adları  Azərbaycan  teatr  sənəti  tarixinə 

həmişəlik həkk olunmuşdur (1; 5). 

Azərbaycan  dramaturqlarının  ədəbi  irsini  davam  etdirən,  öz  dram  əsərləri  ilə 

milli  teatrımızın  inkişafına  xidmət  edən  görkəmli  sənətkarlarımız  öz  dramaturji 

yaradıcılıqları ilə Azərbaycan teatr səhnəsinə müxtəlif üslublar və yeniliklər gətirmişlər. 

Bu mənada M.F.Axundzadə dramaturgiyası əsasında yaranmış peşəkar teatrımız tarixin 

müxtəlif  mərhələlərində  daima  yeniləşmiş,  milli-estetik  dəyərlər  sistemimizi  yeni  janr 

və  üslublarla  mütəmadi  olaraq zənginləşdirmişdir.  Təbii  ki,  yeniləşmə  prosesi  kortəbii 

şəkildə  baş  verməmiş,  ədəbi  və  teatrşünas  tənqidinin  intellektual  nəzarəti  altında  baş 

vermişdir.  Ədalətli  tənqid  sənətin  təkamülünə  müsbət  təsir  göstərən  yeni  üslub  və 

janrları  mühafizəkar  baxışlardan  qorumuş,  onun  inkişafına  havadarlıq  etmişdir.  Cəfər 

Cəfərovun  təbirincə  desək  “Tənqidimizin  təqdirəlayiq  cəhətlərindən  birisi  budur  ki,  o, 

realizmi  təbliğ  və  təsbit  etməklə  kifayətlənmir,  onun  estetik  əsaslarını,  yaradıcılıq 

problemlərini  araşdırır  və  beləliklə  də  üslubların,  səpkilərin,  janrların  müxtəlifliyinə, 

təsvir vasitələrinin, o cümlədən şərtiliklərin əlvanlığına çalışılır” (4, s. 385). 

Qeyd  etmək  lazımdır  ki,  teatral  mədəniyyətimizin,  dramaturji  irsimizin 

araşdırılmasına,  dramaturq  və  rejissorlarımızın  yaradıcılığına  aid  bir  çox  kitablar  və 



31 

 

tədqiqat  əsərləri  yazılmışdır.  Cəfər  Cəfərov,  Əli  Sultanlı,  Yəhya  Seyidov,  Yaşar 



Qarayev,  İnqilab  Kərimov,  Mehdi  Məmmədov,  İlham  Rəhimli,  Seyfulla  Əsədullayev, 

Səidə Şahbazova, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə, Yaqub İsmayılov 

və başqa müəlliflər Azərbaycanda teatr mədəniyyətinin təşəkkülünə və inkişaf tarixinə 

dair  əsərlər  yazmış  və  maarifçilik  hərəkatında  teatr  mədəniyyətinin  rolu  və 

əhəmiyyətinə bu və ya digər məzmunda öz münasibətlərini bildirmişlər. 

Azərbaycan  dramaturqlarının  ədəbi  irsini  davam  etdirən,  öz  dram  əsərləri  ilə 

milli  teatrımızın  inkişafına  xidmət  edən  müasir  yazıçılar  teatr  mədəniyyətinə  öz 

töhfələrini  verdilər.  Bədii-ədəbi  yaradıcılıqla  müntəzəm  məşğul  olan  bu  görkəmli 

sənətkarlar özlərinin dramaturgiya yaradıcılığı ilə Azərbaycan teatr səhnəsinə yeni-yeni 

pyeslər  təqdim  etdilər.  Məhz  onların  milli  dramaturji  irsimizi  zənginləşdirən  əsərləri 

Adil  İsgəndərov,  Tofiq  Kazımov,  Azərpaşa  Nemətov,  Ağakişi  Kazımov,  Mərahim 

Fərzəlibəyov, Bəhram Osmanov kimi bir çox görkəmli rejissorların diqqətini özünə cəlb 

etdi. Bu əsərlərin səhnə təcəssümü nəticəsində milli teatrımız yeni təkamül mərhələsinə 

qədəm qoydu (1; 6, s. 542). 

Azərbaycanın  dövlət  müstəqilliyini  bərpa  etməsi  ilə  milli  teatrımızın  inkişafı 

üçün  geniş  perspektivlər  açılmışdır.  Bu  gün  teatrlar  müstəqil  dövlətimizin  qarşısında 

duran  mühüm  vəzifələrin  yerinə  yetirilməsində  yaxından  iştirak  edir.  Azərbaycan 

respublikasının  prezidenti  1998-ci  il  avqustun  27-də  “Azərbaycanda  dünyəvi  peşəkar 

teatrın  yaradılmasının  125  illiyi  haqqında  fərman  imzalamışdır  ki,  bu  fərman  teatrın 

köhnə  stereotiplərdən  xilas  olmasında  və  müasir  tələblərə  uyğun  inkişaf  etməsində 

mühüm  rol  oynamışdır.  O  cümlədən,  dövlətin  teatr  sənətinə  göstərdiyi  qayğının  bariz 

nümunəsi kimi 6 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 

təsdiq  edilmiş  “Teatr  və  teatr  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununu  və  Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  18  may  tarixli 

sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  teatrı  2009-2019-cu  illərdə”  Dövlət 

Proqramını göstərə bilərik (1; 3; 7). 

Teatr  mədəniyyətinin  perspektivlərinə  uzaqgörənliklə  diqqət  yetirilməsi  özünü 

dövlətimizin  mədəniyyət  siyasətində  də  öz  əksini  tapır.  Təbii  ki,  belə  bir  münasibətin 

bəhrəsi  göz  qabağındadır.  Dövlətin  Azərbaycan  teatrının  inkişafına  istiqamətlənmiş 

diqqətəlayiq  münasibəti  teatrlardakı  yaradıcılıq  mühitinə,  dramaturq,  rejissor  və 

aktyorların sənətkarlıq qabiliyyətlərinin üzə çıxarılmasına şərait yaratdığı kimi, həm də 

teatrşünaslıq baxımından yeni-yeni elmi tədqiqatların yazılmasına da stimul verir. 

Dünyada  qloballaşma  və  mədəni  inteqrasiyanın  geniş  vüsət  aldığı  bir  zamanda 

suveren  dövlətimiz  üçün  taleyüklü  məsələlərin  həyata  keçirilməsi  tariximizin  bir  çox 

qaranlıq  səhifələrini  açmaqla  kimliyimizi  tam  müəyyən  etməyi,  milli  köklərinə  bağlı, 

intellektual,  ruhi-mənəvi  səviyyə  və  yüksək  estetik  zövq  sahibi  olan  yeni  təfəkkürlü 

gənc  nəsil  yetişdirilməsini  zəruri  edir  ki,  bu  sahədə  teatr  mədəniyyətinin  rolu 

danılmazdır. Məhz bunu nəzərdə tutaraq ümummilli liderimiz Heydər Əliyev dönə-dönə 

xatırladırdı  ki,  “Gərək  hər  bir  insan  və  xüsusən  gənc  nəsil  müstəqilliyin  nə  qədər 

müqəddəs  olduğunu  bütün  varlığı  ilə  dərk  etsin,  onu  qorumaq  və  möhkəmləndirmək 

üçün  hər  cür  qurban  verməyə  hazır  olsun.  Bunun  üçün  isə  o,  ilk  növbədə  yüksək 

mənəviyyata  malik  olmalıdır,  xalqımızın  milli-mənəvi  dəyərləri  onun  şəxsiyyətinin 

mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının 

mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir” 

(2, s. 34). Ona görə də hər bir incəsənət əsəri, o cümlədən teatr tamaşaları bu məqsədə 

xidmət  etməli,  insanlara  yüksək  estetik  zövq  aşılamalı,  eyni  zamanda  yüksək  bədii-

estetik ifadə vasitələri ilə zəngin olan teatr tamaşaları tədqiq, təhlil və təbliğ edilməlidir. 

Bu prioritetlərin mədəniyyət siyasətimizdə əksi, qanunavericiliklə müəyyənləşdirilməsi 

və  bunun  birbaşa  dövlət  başçısının  dilindən  səslənməsi  diqqətəlayiq  bir  hal  olmaqla, 

həm də bu sahədə aparılmalı olan elmi tədqiqatların əsas konturlarını çəkir.  



32 

 

Müstəqil Azərbaycan Dövlətinin teatr mədəniyyətinə yüksək diqqət və qayğısının 



nəticəsidir  ki,  bu  gün  teatr  sənəti  sahəsində  qazanılan  uğurlar  günü-gündən  çoxalır. 

Azərbaycan teatrlarının yaradıcılıq uğurlarının əks-sədası ölkəmizin hüdudlarını aşaraq, 

çox-çox  uzaqlardan  gəlir.  Eləcə  də  milli  mədəniyyətimizin  inkişafında,  gənclərdə 

vətənpərvərlik  hisslərinin  aşılanmasında,  yüksək  əxlaqi  keyfiyyətlərin,  milli  və 

ümumbəşəri  dəyərlərin  təbliğində  müstəsna  rol  oynamış  milli  dramaturji  əsərlər 

əsasında hazırlanmış tamaşalar xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə 

öz  böyük  töhfəsini  vermiş  və  xalqın  milli  sərvətinə  çevrilmişdir.  Bütün  inkişaf 

mərhələlərində  olduğu  kimi  bu  gün  də  Azərbaycan  teatr  mədəniyyəti  məzmun  və 

mahiyyəti,  ideya-bədii,  yaradıcılıq  və  sənətkarlıq  istiqamətləri  cəhətdən  öz  maarifçilik 

funksiyasını uğurla həyata keçirməkdədir. Ona görə də demokratik vətəndaş cəmiyyəti 

quruculuğu baxımından da Azərbaycan teatrının perspektivlərinə nikbin baxa bilərik. 

 

Ədəbiyyat

 

1.



 

Azərbaycanda  dünyəvi  peşəkar  teatrın  yaradılmasının  125  illiyi  haqqında  Azərbaycan  Respublikası 

Prezidentinin fərmanı. “Xalq” qəzeti, 28 avqust 1998-ci il, № 230 (22930). 

2.

 



Azərbaycan  XXI  əsrin  və  üçüncü  minilliyin  ayrıcında.  Azərbaycan  Respublikası  Prezidenti  Heydər 

Əliyevin  yeni  əsr  və  üçüncü  minillik  münasibətilə  Azərbaycan  xalqına  müraciəti.  Bakı,  İqtisad 

Universiteti nəşriyyatı, 2001.  

3.

 



“Azərbaycan  teatrı  2009-2019-cu  illərdə”  Dövlət  Proqramı  (Azərbaycan  Respublikası  Prezidentinin 

2009-cu  il  18  may  tarixli  sərəncamı  ilə  təsdiq  edilmişdir).  “Xalq”  qəzeti,  19  may  2009-cu  il,  №  106 

(26164).  

4.

 



Cəfərov C. Əsərləri. 2 cilddə, II c., Bakı: Azərnəşr, 1968. 

5.

 



Cəfərov C.H. Azərbaycan teatrı (1873-1973). Bakı: Azərnəşr, 1974. 

6.

 



Kərimov İ.S. Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri. Bakı: Maarif, 2002. 

7.

 



Teatr  və  teatr  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  Qanunu.  “Ədəbiyyat  qəzeti”,  9  fevral 

2007-ci il, № 5 (3548). 

 

Кямаля Мамедова

 

Азербайджанская театральная культура в 

 

Резюме

 

 

В  данной  статье  театральная  культура  представляется  один,  как  из  самым  передовых 

направлений.  Речь идет о влиянии  европейского просвещения на  развитие  культуры  Азербайджана в 

годы Азербайджанской Демократической Республики, в советскей период и в годы Независимости. 



Ключевые слова: просвещение, театр, культура, Азербайджан, искусство. 

 

  



Kemale Memmedova 

Azerbaijani theatre culture  

Summary 

 

Theatre  culture is  presented as  one of the  most  leader  directions  of  the enlightenment  movement in 

the  article.  It  is  shown  Social  values  in  the  process  of  enlightenment.  In  the  article  tells  about  European 

enlightenment  influence  upon  the  development  of  Azerbaijani  culture  during  the  years  of  Azerbaijani 

Democratic Republic, in the Soviet period and the Independence years. 

Keywords: education, theatre, culture, Azerbaijan, art.  

 

 



Məqalənin redaksiyaya daxil olma tarixi: 05.03.2013 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 12.03.2013 

Məqalənin çapa qəbul olunma tarixi: 16.05.2013 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə elmlər doktoru, 

professor İlqar Hüseynov 



ADMİU

-nun Elmi Şurasının 08 iyul 2013-cü il, 9 saylı qərarı ilə çap olunur. 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə