Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix31.01.2017
ölçüsü4,84 Mb.
#6977
1   2   3   4   5   6   7   8   9   ...   26

Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
32 
 
Kirmın dərəsində olan 28-ci diviziyanı  bütünlüklə mühasirə-
yə alırlar. Bu qısa vaxt kəsiyində Nijdenin planını əvvəlcədən 
bilən  Aslan  bəy  özünün  qurduğu  əks  plan  əsasında  hücuma 
keçir.  Səhərin  alatoranında  28-ci  ordunu  üzük  qaşı  kimi 
mühasirəyə  alan  daşnak  orudusu  gözlənilmədən  bir-neçə 
istiqamətdən    başlayan  hücumdan  pərən-pərən  düşür.    Aslan 
bəyin  özünün  başçılıq  etdiyi  dəstə  isə  mühasirənin  içindən 
keçərək birbaşa Semyonovun yanına çatır,  özünü təqdim edir 
və deyir ki,  mahasirə yarılmışdır, ardımca gəlin. Bir az əvvəl 
tam olaraq məğlubiyyətini dərk edən və ölüm xofuyla yaşayan 
Semyonov  öz  qəfil  xilaskarının  dediyi  sözləri  qeyd-şərtsiz  
qəbul edir və tabeçiliyində olan orduya Aslan bəyin əmrlərinə 
tabe olmaq əmri verir.  
Aslan bəyin əmri ilə müxtəlif istiqamətlərdən hücum edən 
dəstələr  daşnak  ordusunu  darmadağın  edir.  Bu  zaman  adı 
dillər  əzbəri  olan  igid  dəstə  komandirləri,  xalqımızın 
qəhrəman oğulları Lətif və Kərim böyük şücaət göstərirlər. Bu 
müharibədə  Aslan  bəyin  partizan  dəstəsindən  dörd  igid  də 
şəhid  olur.  Aslan  bəyin  Semyonovla  birləşən  hərbi  qüvvələri 
daşnak  generalı  Nijdenin  ordusuna  dağıdıcı  zərbələr  endirir, 
Nijde  qələbə  sevincini  yaşadığı  anlarda  gözlənilməz 
məğlubiyyətə düçar olur. Bu zaman başından yaralanan Aslan 
bəyi görən Semyonov təşviş içində qaçaraq özünü ona yetirir, 
öz əlləri ilə xilaskarının  yarasını sarıyır, böyük sevinc içində 
onu  bağrına  sıxaraq  qucaqlayır  və  üzünü  bütün  ordu 
qüvvələrinə    tərəf  tutaraq  fəxrlə  deyir:  “Budur  Zəngəzurun 
qartalı!”    
Bu hadisədən sonra Aslan bəyin fitri hərbi istedadının təsiri 
altına  düşən  Semyonov  növbəti  döyüş  planını  hazırla-mağı 
Aslan  bəydən  xahiş      edir.  Qısa  bir  vaxt  ərzində  tam  dü-
şünülmüş,  mükəmməl    döyüş  planı  hazırlanır  və  qərargahda 
təsdiq olunur.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
33 
 
33 
Yuxarıda qeyd etdiyimiz kimi, Aslan bəy öz mövqeyindən 
dönmədən  çətin də olsa ordunu dağ  yolu  ilə aparmağı  təklif 
edir.  Onun    planı  bu  dəfə  müzakirə  olunmadan    qəbul  edilir. 
Birləşmiş  hərbi  qüvvələr  Təpəsərə  qədər  irəliləyib 
yaxınlıqdakı  meşədə  gecələyirlər.    Təhlükənin  yaxınlaşdığını 
görən  quldurlar  vahiməyə  düşürlər.  Bu  ordunun  qarşısını 
kəsmək  üçün  təcili  tədbirlər  görməyə  başlayırlar.  Daşnak 
generalı Nijdenin müavini Gerasim təklif edir ki, ilk növbədə 
Aslan  bəyi  aradan  götürmək  lazımdır,  ordunun  döyüş  planını 
hazırlayan və ona bələdçilik edən odur, bu yerləri ondan yaxşı 
tanıyan  yoxdur,  bütün  kəşfiyyatı  quran  odur,  özü  də    mahir 
atıcıdır.  Aslan Sultanovun başı üçün çoxlu pul mükafatı vəd 
edilir.  Bu  murdar  niyyəti  yerinə  yetirmək  birləşmiş  ordunun 
sıralarına soxulmuş daşnaklara tapşırılır. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
34 
 
Üçüncü fəsil 
 
Qarabağın Və Zəngəzurun Fövqəladə Komissarı 
 
Gecələrin  birində  Aslan  bəy  hazırladığı  döyüş  planının 
detallarını  dəqiqləşdirmək  üçün  kəndin  ətrafını  bir  daha 
nəzərdən  keçirir,  sabahkı  günün  planını  götür-qoy  edirdi.  Bu 
zaman arxa tərəfdən iki nəfər əsgər geyimli daşnak ona “əllər 
yuxarı”  komandası  verdi.  Çox  güman  ki,  başqası      olsaydı, 
bəlkə də o an hər şeyin bitdiyini güman edər, təslim olmaqdan 
başqa  bir  şey  fikirləşə  bilməzdi.  Lakin  şərəfli  və 
mübarizələrdə  keçən  ömründə  dəfələrlə  ölümlə  üz-üzə  gələn  
Aslan bəy bu dəfə  də özünü itirmədi.  Belə vəziyyətlərdə onu 
həmişə bir an ərzində düzgün qərar qəbul etməyi və qeyri-adi 
hissetmə  qabiliyyəti  xilas  etmişdi.  Yenə  də  fənd  işlətdi, 
əllərini  qaldırıb  elə  bir  hərəkət  etdi  ki,  guya  daşnakların 
arxasından gələnlərə nəsə işarə edir ki, onları vurun. Onun bu 
hərəkətindən çaşbaş düşən daşnaklar bircə anlıq dönüb arxaya 
baxdılar  və  bu  bir  an  bəs  etdi  ki,  Aslan  bəy  onları  açdığı 
sərrast atəşlərlə yerə sərsin.  
Aslan  bəyi    əsir  tutmaq  niyyətləri  boşa  çıxan  daşnaklar 
birləşmiş  ordunun  fikirləşdiyi  kimi  Qafanda  deyil,  bir  qədər 
də  irəlidə,  Təpəsərdə  döyüşə  girməyi  qərara  aldılar. 
Əvvəlcədən  mövqelərini  möhkəmlədə  bildilər,  daşların  və  iri 
qaya  parçalarının  arxasında  gizləndilər.  Azacıq    itki  verən 
birləşmiş ordu hissələri  də öz döyüş mövqelərini tutmağa nail 
oldular.  
Aslan bəy özünü  qayalardan birinin arxasına verdi. Bura-
da  qorunmaq  rahat  olsa  da  döyüşmək  çox  çətin  idi.  İrəlidən 
iri-iri  daş-qaya    parçalarından  başqa  bir  şey  görünmürdü. 
Düşmənsə  çox  əlverişli  mövqe  tutmuş,  yaxşıca    gizlənə  bil-
mişdi. Döyüş başlanmışdı... 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
35 
 
35 
 Aslan  bəyin    bütün  diqqəti  əks  tərəfin    hərəkətlərinə 
yönəlmişdi.  Bu  zaman  mövqe  tutduğu  uzaq  məsafədən 
düşmən  ordusunun  başında  dayanaraq  müxtəlif  əl  hərəkətləri 
ilə  komandalar  verən  adam  onun  gözlərindən  yayınmadı.  
Aslan  bəy  durbinini  götürüb  həmin  adamın  hərəkətlərini 
diqqətlə izlədi və az sonra onun beşaçılanından açılan atəş səsi 
daşlarda,  qayalarda  əks-səda  verdi.  Aslan  bəyin  açdığı  atəş 
səsləri erməni ordusunu çaşqınlıq içində saxlamışdı, daşnaklar 
“keçisi  ölmüş  qoyun  sürüsü”  kimi  pərən-pərən  düşmüşdülər. 
Aslan  bəyin  yenə  uzaq  məsafədən  vuraraq  öldürdüyü    adam 
isə  Gorusun  komendantı,    daşnak  generalı  Andronikin 
köməkçisi,  qəddarlıqda  Andronikdən  də  betər  ad  çıxarmış 
daşnak  ordusunun  baş  komandanı  Sumbat  idi.  (Bu  barədə 
faktları əldə etdiyimiz arxiv sənədləri də təsdiq edir). 
 Aslan  bəyin    general  Sumbatı  uzaq  məsafədən  vurub 
öldürməyi bu döyüşün taleyini həll etdi. Bu həlledici və tarixi 
baxımdan  məsuliyyətli döyüşdə Qarabağdan Nijdeyə köməyə 
gələn  general  Dronun  da  ordusu  məhv  edildi  və  daşnaklar 
üzərində  tam  qələbə  qazanıldı.  Döyüşün  əsas  qəhrəmanları 
olan  Aslan  bəy  Sultanov,  XI  Qızıl  Ordunun  28-ci 
diviziyasının  komandanı  general  Semyonov  və  onun  alay 
komandiri  polkovnik  Çelov  mərkəz  tərəfindən  qızıl  medalla 
təltif olundular. Döyüşün və daşnak hökumətinin dağıdılması 
planının  əsas  müəllifi  olan  Aslan  bəy  Sultanovun  igidliyi  
haqqında  isə  yeni  əfsanələr  və  dastanlar  Azərbaycan  və 
erməni tərəfində yayılaraq dillər əzbəri oldu.  
Belə  ağır  və  həlledici  döyüşdən,  XI  Qızıl  Ordunun  28-ci 
diviziyasını daşnak xəyanətindən xilas etdiyindən sonra Aslan 
bəy Sultanova daha böyük etimad göstərildi. Mərkəz bu yerli 
qəhrəman  sərkərdənin 
alternativi 
olmadığını 
birmə- 
nalı qəbul etdi. Bundan sonra XI Qızıl Ordu koman-danlığının 
Azərbaycanın  o  vaxtkı  kommunist  rəhbərinə-  Azərbaycan 
İnqilab  Komitəsinin  sədri  Nəriman  Nərimanova  birbaşa 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
36 
 
diqtəsilə    kommunist  partiyasının  üzvü  olmayan  Aslan  bəy 
Sultanov  general  səlahiyyətli  bir  vəzifəyə  irəli  çəkilir.  XI 
Ordu  komandanlığı  28-ci  diviziyanı  daşnak  xəyanətindən 
məhz  Aslan  bəyin    xilas  edtiyini  bəyan  etmiş,  onun  daşnak 
hökumətinin  məhv  edilmə  hərbi  planının  birbaşa  müəllifi 
olduğunu,  Qarabagdakı  daşnakların  da  kökünü  kəs-məkdə 
onun  gücünə  arxalanmağın  qaçılmaz  olduğunu  Nəriman 
Nərimanova  anlatmış  və  onun  bu  vəzifəyə  təyin  olunmasına 
nail  olmuşdu.  Bu  təkid  və  təkliflərdən  sonra  məhz  Nəriman 
Nərimanovun  imzası  ilə  Aslan  bəy  Sultanov  Qarabağın  və 
Zəngəzurun  Fövqəladə  Komissarı  təyin  olunmuşdur.  Ona 
xüsusi mandat verilmişdi. Həmin mandatın mətni ilə sizi tanış 
etməyi özümə borc bilirəm. O zaman siz də əmin olacaqsınız 
ki,  Aslan  bəy  Sultanov  Zəngəzurda  və  Qarabağda    hansı 
səlahiyyətin  və  gücün  sahibi  olmuşdur.  Onu  da  qeyd  etmək 
lazımdır  ki,    həmin  dövrdə  belə  fövqəladə  səlahiyyətlər  hər 
kəsə  verilmirdi.  Aslan  bəyin  fitri  sərkərdəlik    bacarığı,  hərbi 
və siyasi savadı, ən əsası isə bölgədə yeganə, alternativsiz söz 
sahibi  olmağı  hər  şeyi  həll  edirdi.    Birdə  onu  qeyd  etmək 
lazımdır    ki,  Aslan  bəyin  fəaliyyətlərini  siyasiləşdirməyə 
çalışıblar. Aslan bəy bütün şüurlu həyatı boyu hərbi vəzifələr 
tutaraq  xalqının  daxildəki    və  xaricdəki  düşmənlərinə  qarşı 
amansız mübarizə aparmışdır. 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
37 
 
37 
Fövqəladə Komissarin Mandatı 
 
 
Предявитель  сего  тов.  А.Султанов  назначается 
Чрезвычайным комиссаром Карабаха и Зангезура. 
Ему  как  представителью  Центральной  власти 
Азербайджанской  Республики  предоставляются  Чре- 
вычайные  и  неограниченные  права  на  территории 
этих  уездов.  А  именно  произвадство  арестов  и 
дазнание  лич  не  зависмо  от  занимаемой  должности, 
реорганизация утреждений и тд. 
Предлагается  всем  партийным  учреждениам  и 
должносным  лицам, военным  учреждениям  беспрекос- 
ловно исполнять все распоряжения и требования тов. 
А.Султанова. 
Лица  кои  будут  учинять  противодействие  его 
распоряжениям  подлежать  немедленному  аресту  и 
преданию суду ревалюционного Трибунала. 
 
Председатель Ревком Азербайджанской Республики  
Секретарь Ревкома Аз. Республики 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
38 
 
Aslan  Sultanovun  Qarabağın  və  Zəngəzurun  fövqəladə   
komissarı təyin edilməsinin tərcüməsini sizə təqdim edirik. 
Aslan  bəy  Sultanov  Qarabağın  və  Zəngəzurun  fövqəladə 
komissarı təyin edilsin. 
Ona  Azərbaycan  Respublikası  mərkəzi  hakimiyyətinin 
nümayəndəsi  olaraq  bu  qəzaların  ərazisində    fövqəladə  və 
məhdudiyyətsiz  səlahiyyətlər  verilir.  Vəzifəsindən  və 
kimliyindən  asılı  olmayaraq  həbs  etmək  və  istintaqa  cəlb 
etmək,  eyni  zamanda  zərurət  olarsa  yeni  qurumlar  və 
təşkilatlar yaratmaq hüququ verilir. 
Bütün  partiya  təşkilatlarına,  idarə  və müəssisələrə,  hərbi 
təşkilatlara  göstəriş  verilir  ki,  Aslan  Sulatanovun  əmr  və 
göstərişlərini sözsüz olaraq yerinə yetirsinlər.  
Onun əmr və göstərişlərinə əməl etmək istəməyən hər kəs 
dərhal  həbs olunaraq hərbi tribunala verilsin. 
Aərbaycan Respublikasının İnqilab Komitəsinin sədri   
N.Nərimanov 
Azərbaycan Respublikası İnqilab Komitəsinin katibi 
 
Göründüyü  kimi  bu  mandat  vasitəsilə  Aslan  bəy  Sultano- 
vun səlahiyyətləri birbaşa mərkəzi  hökumət tərəfindən təsdiq 
edilmişdi. Onsuz da Aslan bəy Sultanova bu mandat və səla- 
hiyyətlər verilənə qədər də onun əlində xüsusi səlahiyyətlər və 
güc  vardı,  mərkəz  sadəcə  olaraq  bu  gücü  və  səlahiyyətləri 
rəsmiləşdirdi.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
39 
 
39 
**** 
Zəngəzur  kommunistlərindən  biri,  Aslan  bəy  Sultanovun 
həmyerlisi  və  həmin  dövrün  qırmızı  “qəhrəman”larından  biri 
olan   Nəzər Heydərov “Zəngəzur Dağlarında” adlı kitabın-
da  o  dövrdəki  hadisələrə  dəfələrlə  bu  və  ya  başqa  şəkildə 
toxunmuş,  Aslan  bəy  Sultanovun  Azərbaycan  Demokratik 
Respublikası  dövründə  Zəngəzur  qəzasının  qəza  mahal 
pristavı  (yəni  baş  pristavı,  bu  da  o  deməkdir  qəzanın 
tərkibinə  daxil  olan  rayonların  da  pristavları  onun 
tabeliyində  olublar),  eyni  zamanda  qəza  rəisi  Sərməstbə- 
yovun  hərbi  məsələlər    üzrə  müavini  vəzifələrində  olduğunu 
qeyd  etmişdir.    Bu  vəzifəni  tutmaq  da  o  demək  idi  ki, 
qəzadakı  pristavlardan  başqa  yerdə  qalan  bütün  hərbi 
qurumlar da onun tabeliyinə daxil olublar.  
Nəzər  Heydərov  Aslan  bəy  Sultanovun  müsavat  haki- 
miyyəti  dövründəki  fəaliyyətindən  yazaraq  onu  müsavatçı, 
bəy  oğlu,  sinfi  düşmən    damğaları  ilə  damğalasa  da,  Sovet 
hakimiyyəti dövrünün ilk quruculuq illərində Aslan bəyin yeni 
quruluşun  fəhlə-kəndli  hökuməti  olduğuna  inanmasın- 
dan,  ona  görə  də  bütün  gücünü  və  qüvvəsini  yenə  də  öz 
xalqına sərf etməsindən, onun xalqının daxildəki və xaricdəki 
düşmənlərinə  qarşı  barışmaz  mübarizə  aparmasından,  dəfə- 
lərlə real ölüm təhlükəsi ilə üz-üzə qalmasından, XI ordunun 
28-ci  diviziyasını necə xilas  etməsindən, daşnak hökumətinin 
baş komandanı general Sumbatı, general Manuku necə böyük 
məharətlə uzaq məsafələrdən atəş açaraq öldürməsindən   bir 
kəlmə də olsa söz açmır. Buradan da belə bir nəticə çıxır ki, 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
40 
 
Nəzər  Heydərov  öz  kitabında  yazdığı  kimi  hər  zaman 
hadisələrin önündə deyil, heç arxasında da getmirmiş... Bunu 
əlimizdə olan arxiv sənədləri bir daha  təsdiq edir.  
Görəsən  bütün  ömrünü  şərəfli  və  əqidəli  insanlara  qara 
yaxmağa sərf edən Nəzər Heydərov və onun əqidə qardaşları 
bu faktları - əqidəli və şərəfli ömür yolu keçən insanlar barədə 
danışmağı,  onların  etdikləri  qəhrəmanlıqları  nədən  xalqdan 
gizlətmiş, belə faktların üstündən sükutla ötüb keçmişlər? Bu  
sualların cavabını özünüz tapacaqsınız... 
Nəzər  Heydərov  kitabında  öz  uşaqlıq  və  gənclik  illəri 
barəsində  ürək  ağrısı  ilə  söz  açır,  çətin  şəraitdə  yaşadığını, 
heyvanlarla  bir  damın  altında  qaldığını  qeyd  edir,  gecələri 
səhərə  qədər  malın-heyvanın  yaş  peyininin  qoxusundan  yata 
bilmədiyini  yazır.  (N.Heydərov,  “Zəngəzur  dağlarında” 
kitabı Azərbaycan Dövlət Nəşriyyatı, 1989-ci il. səh 126). 
 Qaçılmaz  həqiqətdir  ki,  o  dövrdə  Nəzər  Heydərov  kimi 
ağır şəraitdə yaşayan minlərlə insan olub, lakin onların çox az 
bir qismi keçmişindən, yaşadığı acılardan intiqam almaq üçün 
yalnız  xəyanət  yolunu  seçib.  Nə  qədər  acınacaqlı  da  olsa  bu 
faktdır.  

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
41 
 
41 
 
Xəyanətin Başlanğıcını Təsdiq Edən İlk Sənəd 
 
Azərbaycan Respublikası Baş Milli Dövlət arxivi 
FOND:       410 
SİYAHI:        1 
İŞ:               130 
Сводка № 116 от 12-го декабря. 
ЗАНГЕЗУР.  На  съезде  ответственных    работников 
Зангезура  о  присоединении  Мусульманской  части  к 
армянской  из  общих  докладов  вытекало  следующее: 
Двухлетняя    национальная    война  истощила  Зангезур  до 
крайности.  Как  мусульманские  так  армянские  посевы 
почти  уничтожены,  крестьяне  наги  и  особенно  страдают 
ввиду  наступления ранней   зимы.   Земля  давно покрыта 
снегом,  солнца    не    видно.  Край    переполнен    беженцам 
которое  спят под открытым  небом, не имеют   ни откуда  
помощи.  Сознавая  что Красная Армия  стоит  на защите 
интересов  их  ,  крестьяне  отдают      все    что  имеют.    В 
отношении внутреннего порядка чувствуется   отсутствие 
работников:  везде  организованы    Ревком,  школ  нет    так 
как  отсутствуют    постройки,  учебники  бумаги    и  пр.  
канцелярские  принадлежности.  
Bu arxiv sənədinin tərcüməsi aşağıdakı kimidir: 
12 dekabr 1920-ci il. 
N 5564 \ 12487 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
42 
 
Azərbaycan İnqilab Komitəsinə 
MƏLUMAT 
Zəngəzur 
Zəngəzur qəzasının məsul işçilərinin Zəngəzurun müsəl- 
man ərazilərinin ermənilərə birləşdirilməsi ilə bağlı çağırıl- 
mış  qurultayındakı  nümayəndələrin  çoxsaylı  çıxışlarından 
aşağıdakı nəıticəyə gəlmək olar: Milli münaqişələr zəminin- 
də  iki  ilə  yaxın  davam  edən  müharibə    Zəngəzurdakı 
vəziyyəti  son  həddə    gətirib  çıxarıb.  Müsəlman  kəndlərində 
olduğu  kimi  erməni  kəndlərində  olan  torpaqlar  da  demək 
olar  ki,  zəbt  olunub.  Kəndlilər  qapını  kəsdirən  qışın 
gəlişindən daha çox narahatdırlar. Torpaq çoxdandır ki, qar 
altında  qalıb,  günəş  görsənmir.  Hər  tərəf  açıq  səma  altında 
gecələməli  olan,  heç  bir  yerdən  yardım  gözləməyən 
qaçqınlarla doludur. Qızıl Ordunun onlara kömək edəcəyini 
dərk  edən  kəndlilər  son  tikələrini  də  onlara  verməyə 
hazırdır.  Daxili  nizam-intizamın  bərqərar  olmasında  dövlət 
qulluqçularının  iştirakı  nəzərə  çarpmır.  Hər  yerdə  inqilab 
komitələri  təşkil  olunub.  Tikinti  işləri  getmir,  məktəblər 
yoxdur, quruculuq işləri aparılmır, dərsliklər, kağız, bir sıra 
dəftərxana ləvazimatları çatışmır.  
Azərbaycan Respublikası Baş Milli Arxiv idarəsinin 410-
cu fondu. Siyahı 1, iş 130 
Eyni  sənəd  AKP  MK-nə  göndərilmiş  və  Azərbaycan 
Respublikası Prezident  Aparatının siyasi  sənədlər arxivində 
Fond 1. Siyahı 1. İş 110 qrifi ilə saxlanılır. 
İnqilab  Komitəsinə  verilən  məlumatla  tanış  olduqda  
insanın  qanını  donduracaq  bir  fakt,  o  faktın  arxasında  isə  
məkrli  bir  niyyətin  dayandığı    diqqəti  çəkir.  Sənədlə  tanış 
olduqda  bir  fakt  insanda  ikrah  hissi  doğurur  ki,  bizim 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
43 
 
43 
Azərbaycan tərəfindən olan qurultay iştirakçıları çox primitiv 
bəhanələr  gətirməklə(guya  ki,  dərslik,  kağız,  dəftərxana 
ləvazimatları  çatışmır)  Zəngəzurun  Ermənistana  birləşdiril-
məsinin  labüd  olduğunu  bildiriblər.  Həmin  qurultayda 
çıxarılan  qərar  əslində  Azərbaycan  xalqının  kürəyinə  saplan-
mış zəhərli bir xəncər idi. Qurultayın məqsədi Türk dünyasını 
coğrafi  cəhətdən  bir-birindən  ayrı  salmaqdan  ibarət  idi. 
Qurultay nümayəndələri, Çingiz İldırımın himayə etdiyi  yerli 
xainlərlə  birlikdə  bəsit  və  gülüş    doğuran  faktları  əsas 
götürərək  Zəngəzurun  Ermənistana  verilməsini  qaçılmaz 
hesab ediblər.  
Qurultay  iştirakçılarından  biri,    o  dövrdə  fəal  kommunist-
lərdən biri olan Nəzər Heydərov sonradan yazdığı “Zəngəzur 
dağlarında”    adlı  kitabında  yazır  ki,  “  Belə  ağır  bir  şəraitdə 
Zəngəzur  qəza  partiya  təşkilatının  qurultayı  çağırıldı.  Qurul-
tay  1920-ci  ilin    ikinci  yarısında    Gorusda  açıldı.  Qurultayın 
işinə Armenak Qaragözov rəhbərlik  edirdi”. 
Arxiv  sənədləri  təsdiq  edir  ki,  Çingiz  İldırım  Zəngəzurun 
Ermənistana  verilməsində    canfəşanlıq    göstərən,    xalqına  
xəyanət  yolunu  seçən  qüvvələrə  birbaşa  rəhbərlik  edib  və 
onları bu işlərə ruhlandırıb.  
 
(Azərbaycan  Respublikası  Prezidenti  Aparatının  Siyasi 
sənədlər arxivi. Fond 1, siyahı 2, saxlama vahidi 139)
 
Bu sənədi sizə təqdim edirik: 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
44 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
45 
 
45 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
46 
 
 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Faiq Abdullayev.   Zəngəzur aslanı – Aslan bəy Sultanov
 
47 
 
47 

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin