Milli-mənəvi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasına təsiri İsfəndiyar Novruzlu



Yüklə 186.35 Kb.
Pdf просмотр
tarix13.06.2017
ölçüsü186.35 Kb.

“Azərbaycan məktəbi”.-2009.-№3/-S/59-65

Milli-mənəvi dəyərlərin şagird

şəxsiyyətinin formalaşmasına təsiri

İsfəndiyar Novruzlu

psixologiya elmləri doktoru

Milli-mәnәvi  dәyәrlәrin  şagird  şәxsiyyәtinin  formalaşmasına  tәsirini  müәyyәnlәşdirmәk  vә  öyrәnmәk

mәqsәdilә, ilk növbәdә dәyәrlәr haqda sosial-psixoloji nәzәriyyәlәrә bir nәzәr salmaq lazım gәlir.

Uşağın  sosiallaşma  prosesindә  bir  sıra  davranışların  qavranma  vә  mәnimsәnilmәsi  stimullaşdırma  vә

cәzalandırma  vasitәsilә  müәyyәn  olunur.  Bu  prosesdә  uşaq  hansı davranış  növünün  cәmiyyәt  tәrәfindәn  düzgün

hesab olduğunu öyrәnir. Mәsәlәn, uşaq һәг hansı neqativ aktın sәhv bir hәrәkәt olduğunu asanlıqla dәrk edә bilmәz.

Onun mahiyyәtini ancaq valideynlә ünsiyyәtdә anlaya bilәr. Çünki yalnız valideynlәr uşağa bu dәyәri öyrәdib, buna

uyğun stimullaşdırıcı davranışlarla hәmin dәyәrin formalaşmasına yardım etmәk imkanına malikdirlәr.

Müşahidәlәr göstәrmişdir ki, ailәnin nüfuzu dәyәrlәrin mәnimsәnilmәsindә әhәmiyyәtli rol oynayır. Klassik

bir  tәdqiqatda  H.Şorn, Mey  vә  Şatl  Bors  uşağın düzgün  vә  qeyri-düzgün  hәrәkәtlәr  haqqında  valideyn,  yoldaşlar,

klub  rәhbәrlәri,  dini  mәktәb  müәllimlәrlә  hansı  dәrәcәdә  һәmrәу  vә  eyni  fikirdә  olduqlarını  öyrәnmişdilәr.  Bu

mәsәlәnin  daha  dәqiq  öyrәnilmәsi  mәqsәdilә  bir  sıra  әlaqәdar  nәzәriyyәlәr  vә  tәdqiqatlara  müraciәt  etmәk  zәruri

sayılır. Çünki şagird şәxsiyyәtinin formalaşma prosesini öyrәnmәkdә bunlar әhәmiyyәtli rol oynayır.

Şprangerin  nәzәriyyәsi.  1914-cü  ildә  Şpranger  öz  tәdqiqatında  insanlarda  bir  sıra  dәyәr  vә  mәqsәdlәrin

mövcudluğunu aşkara çıxardır  ki,  bura  dәyәr  vә  mәqsәdlәrә  nail  olma  vә  hәyat  instinktlәri  dә  daxil  edilmişdi. O,

özünün  «İnsan  tiplәri;  şәxsiyyәtin  psixoloji  vә  әxlaqi  tәrәflәri»  kitabında  dәyәrlәri  belә  tәsnif  edirdi;

nәzәri-epistomoloji, estetik, iqtisadi, rәhbәrçilik.

Şpranger  bu  dәyәrlәr  vә  mәqsәdlәrdәn  danışarkәn  müxtәlif  insan  tiplәri,  o  cümlәdәn  praktiki  vә  mәzhәbi

insan  tiplәrinә  dә  işarә  edirdi.  O,  tiplәri  insanların  müәyyәn  tәbәqәsi  vә  tipi  kimi  götürmürdü.  Onun  fikrincә,  bu

tiplәr istәnilәn insanda tәrkib halında olan ideal tiplәrә daxildir.

Psixoanaliz  nәzәriyyәsi.  Əxlaq  vә  әxlaqi  dәyәrlәrә  psixoanalitik  yanaşma,  әxlaqi  vә  günah  hissi

prizmasından olmuşdur. Başqa sözlә, bu yanaşmada әxlaq, instinktlәrin vә şәxsiyyәtin әsas iki hissәsi olan «eqo» vә

«supereqo»nun formalaşması fonunda izah edilir.

Uşaq öz valideynlәri ilә hәmrәy olmağa  olan qeyri-şüuri motivlәr әsasında valideynin sosial dәyәrlәri  әks

etdirәn bir çox dәyәrlәrini öz dәyәrlәr sisteminә daxil edir. Belәliklә dә, әxlaqi vicdanın bünövrәsi qoyulmuş  olur.

Valideynlә hәmrәyliyә olan qeyri-şüuri motivlәrә malik vә ata-ananın sevgi vә diqqәtini cәlb etmәk istәyәn uşaqda

qeyd  etdiyimiz  proses  әsasәn  4-7  yaşlarında  baş  verir.  Yeniyetmәlik  dövründә  sosial  әlaqәlәrin  genişlәnmәsi,

fizioloji dәyişikliklәr vә instinktiv tәzyiqlәrin artması nәticәsindә «supereqo» müәyyәn dәyişilmә vә yenidәn tәşkilә

mәruz  qalır.  Bununla  belә,  yeniyetmәlikdә  «eqo»nun  fәaliyyәti  vә  instinktiv  tәzyiqlәrin  artmasına  baxmayaraq,

uşaqlıq  tәcrübәlәri  dәyişilmә  vә  azalmağa  mәruz  qalır.  Demәk  olar  ki,  psixoanalizm  әxlaqi  dәyәrlәrin  kökünün

sosial vә qeyri-daxili olduğunu iddia edir vә dәyәrlәrin daxilә hopması vә mәnimsәnilmәsini assimilyasiya әsasında

izah edir.

Hofmanın  nәzәriyyәsi.  Müasir  dövrün  tәdqiqatçılarından  biri  olan  Hofman  «İnformasiyanın  yerlәşmәsi»

nәzәriyyәsindә  qeyd  edir  ki,  dәyәrlәrin  mәnimsәnilmәsinin  psixoanalitik  vә  sosial  öyrәnmә  izahı  daha  da

tәkmillәşmәlidir.  Onun  fikrincә,  bir  çox  şәraitdә  yalnız  bir  әxlaqi  dәyәr  deyil,  hәm  dә  onunla  yanaşı,  bir  neçә

paradoksal motiv fәrdin ehtiyacına әsaslanan eqoist bir aktın әtrafında  yaranmış olur. Mәsәlәn, fәrd ürәyincә olan

qonaqlıqda  iştirak  etmәk  istәdiyi  vaxt  yadına  düşür  ki,  o,  öz  xәstәlәnmiş  tanışını  görmәlidir.  Ancaq  Hofmanın

zәnnicә  bir  akt  o  zaman  әxlaqi  hesab  olunur  ki,  onun  әksini  hәyata  keçirmәk  tәsәvvürü  ilә  dәyәr  vә  norma

anlayışları ortada olmuş olsun.

Hofmanın  nәzәriyyәsinin  spesifik  cәhәtlәrindәn  biri  valideynә  qaydaların  tәlimi  metodlarının  hansı tәsirә

malik olduğunu göstәrmәkdir. Valideyn, tәlim vә tәrbiyә metodları ilә uşağın bu qaydaları mәnimsәmәsi vә qәbul

etmәsi  arasında  olan  әlaqә  müxtәlif  tәdqiqatlarda  diqqәt  mәrkәzindә  olub.  Hofman  isә  tәrbiyәnin  3  metodunu

göstәrir:

1. Uşağı aktın (davranışın) gәlәcәk nәticәlәri ilә tanış edib, onu faktlarla izah etmәk.

2. Cәzalandırmaq, döymәk vә cәza ilә qorxutmağa әsaslanan tәrbiyә metodu.

3. Uşağı sevgi vә mәhәbbәtdәn mәhrum edilәcәyi ilә hәdәlәyib qorxutmağa әsaslanan metod.

Hofman  I  metodu  әn  tәsirli  vә  әlverişli  hesab  edir  ki,  burada  aktın  nәticәlәrini  müzakirә  edib,  uşağı

istiqamәtlәndirmәk vә başa salmaq әsas rol oynayır.

Alportun  nәzәriyyәsi.  Alport  vә  onun  iki  һәmkarı  Vornun  vә  Lindzenin  Şәxsiyyәtin  inandığı  vә  rәhbәr

tutduğu  dәyәrlәri  aşkara  çıxarmaq  mәqsәdilә  «dәyәrlәrin  öyrәnilmәsi»  adlı  obyektiv  özünüölçmә  anketini  tәrtib

etdilәr.  Onlar  belә  bir  tәklif  irәli  sürdülәr  ki,  bizim  şәxsi  dәyәrlәrimiz  dinamik  şәxsiyyәtin  6  göstәricisindәn  biri

olan  birgә  yaşayış  fәlsәfәsinin  әsasını  tәşkil  edir.  Alportun  fikrincә,  dәyәrlәr  hәm  dә  xüsusiyyәtlәrdir.  O  belә

düşünür ki, hәr bir şәxs müәyyәn dәrәcәdә dәyәr tiplәrinin birinә malikdir. Ancaq onların bәzisi şәxsiyyәtin әsasını


tәşkil edir.

Şprangerin  nәzәriyyәlәrinin  tәsirindә  olan  Alport  dәyәrlәri  6  sferaya  bölür.  O  da  Şpranger  kimi  dәyәrlәrә

aşağıdakı tәriflәri vermişdir:

-  Teorik-nәzәri  dәyәrlәr:  nәzәri  fәrdin  әsas  yönümü  vә  istәyi  hәqiqәtin  kәşfidir.  İnsan  bu  hәdәfi  rәhbәr

tutaraq müәyyәn epistamoloji yanaşmaya malik olub, әsasәn oxşar vә fәrqli cәhәtlәrә diqqәt yetirir. Belәliklә, insan

tәbii olaraq bir ziyalı şәxs olur. Bunlar ümumәn alim vә filosof olub, öz düşüncә vә fikirlәrini sistemlәşdirmәyә can

atırlar.

-  Ekonomik-iqtisadi  dәyәrlәr:  bu  tip  insanlar  faydalılığa  yönümlü  olurlar.  Əsasәn  fizioloji  tәlәbatdan

qaynaqlanan bu yönüm sonralar özünü praktik fәaliyyәtdә, o cümlәdәn iqtisadi fәaliyyәtdә, istehlakda, mal vә pul

toplamaqda  göstәrir.  Belә  insanlar  utilitar  olub,  әsasәn  praktik  vә  faydalı  cәhәtlәrә  diqqәt  yetirirlәr.  Mәsәlәn,

praktikada ona yardımçı ola bilmәyәn fәnnә maraq göstәrmir.

-  İctimai  dәyәrlәr:  insanlara  mәhәbbәt  vә  diqqәt  bu  cür  fәrdlәrin  әsas  xüsusiyyәtidir.  İctimai  insan  digәr

insanları hәdәf  kimi  gördüyündәn  onlara  qarşı olduqca  mehriban  vә  sirdaş  olur.  İctimai  fәrd,  siyasi  fәrdin  әksinә

olaraq sevgini insani münasibәtlәrin әsası vә yeganә forması hesab edir.

- Siyasi  dәyәrlәr:  siyasi  fәrd  gücә,  qüdrәtә  meyilli  olsa  da,  onun  fәaliyyәt  dairәsi  yalnız  siyasәt  vә  siyasi

fәaliyyәtlә mәhdudlaşmır. Bütün liderlәr hәmişә gücә meyilli olublar. Mübarizә vә rәqabәtә hәyatdakı әhәmiyyәtli

rolunu nәzәrә alan bir çox filosoflar, gücü әn әsaslı universal motiv kimi nәzәrdәn keçirmişlәr. Bir çox insanlarda

bu motiv әsas rol vә әhәmiyyәtә malikdir. Ancaq şöhrәt vә nüfuz qazanmaq üçün yalnız güc deyil, başqa dәyәrlәr

dә tәlәb olunur.

Estetik  dәyәrlәr:  bu  tip  insanlar  üçün  forma  vә  harmoniya  dominant  dәyәrdir.  Onlar  hәr  bir  tәrcümәni

simmetriya,  proporsiya  vә  gözәllik  cәhәtdәn  tәhlil  edirlәr.  Onlar  yüksәk  estetik  şüura  malik  olur,  incәsәnәt  onlar

üçün daha çox maraq kәsb edir.

Mәzhәbi dәyәrlәr: demәk olar ki, mәzhәbi fәrdlәrin әn üstün dәyәri interrasiyadır. Mәzhәbi fәrd qeyri-ateist

olsa da, dünyanın sirrini bir bütöv kimi bilmәyә can atıb, özü ilә bütöv arasında әlaqә yaratmağa  çalışır.  Bunların

bir  çoxu  adi  mistik  insanlar  olurlar.  Belә  ki,  tәcrübәlәrini  hәyat  vә  aktiv  hәyat  fәaliyyәtindә  nümayiş  etdirirlәr.

Daha  yüksәk  mistik  şәxslәr  özlәri  ilә  ali  hәqiqәt  arasında  әlaqә  yaratmağa  çalışıb,  bu  mәqsәdlә  yaşayışda  tәcrid

halında  olurlar.  Onlar  әziyyәt  çәkәrәk  Hindistan  müqәddәslәri  kimi  düşünmәk  vә  intuitiv  qavrayışlar  vasitәsilә

inteqrasiya әldә etmәyә çalışırlar.

Alport  qeyd  edir  ki,  dәyәrlәr  «mәqsәdlәrlә»  yanaşı  olaraq  hәyatın  birgәlik  fәlsәfәsinin  yaranmasında

әhәmiyyәtә malikdir. Fәrd bir çox dәyәrlәri seçә bilәr ki, bәzilәri onun şәxsi keyfiyyәtlәri ilә bağlı olur, mәsәlәn,

«işlәmәyә meyillilik». Ancaq bәzi dәyәrlәr daha geniş olub, başqa insanların dәyәrlәri ilә üst-üstә düşür, mәsәlәn,

«vәtәnpәrvәrlik».

Belә  dayanaqlı  dәyәrlәrә  malik  olmaq  sağlam  insanı  nevrozlu  insanlardan  fәrqlәndirir.  Nevrozlu  insan

demәk  olar  ki,  heç  bir  dәyәrә  bağlı deyil  vә  yaxud  ötәri  vә  natamam  dәyәrlәrә  malikdir.  Onun  dәyәrlәri  hәyatın

bütün tәrәflәrini әhatә edәcәk vә bağlayacaq qәdәr davamlı vә dayanaqlı olmur.

Milli  mәnәvi  dәyәrlәrin  şagird  şәxsiyyәtinin  formalaşmasına  tәsirindәn  danışarkәn  dәyәrlәrin  ölçülmә

metodlarını da xatırlatmaq yerinә düşәr.

Dәyәrlәrin tәdqiqi bәzi mәnbәlәrә әsasәn 1930-cu illәrdәn, digәr mәnbәlәrә әsasәn 60-cı illәrdәn  etibarәn

elmi  status  qazanaraq  sosioloqlar  vә  sosial-psixoloqların  xüsusi  fәaliyyәt  göstәrdiyi  sahәyә  çevrilmişdir.  Bu

günümüzә qәdәr sosial vә fәrdi dәyәrlәrin ölçülmәsinin bir çox üsulları vә mexanizmlәri işlәnib-hazırlanmışdır  ki,

aşağıda onların bir neçәsinә toxunacağıq:

Nizamlı müşahidә  dәyәrlәrin  bu  ölçmә  metodu  davranışının  nizamlı olaraq  müşahidәsi  ilә  mümkün  olur.

Tәbii  ki,  müşahidәçi  (tәdqiqatçı)  ilk  olaraq  dәyәrlәrin  ölçülmәsinin  ilkin  xüsusiyyәtlәrini  әks  etdirәn  müşahidә

kitabçasını formalaşdırmaqla davranışı qeydә almağa başlayır. Müşahidәnin spesifik cәhәti bundan ibarәtdir ki, bizi

fәrdin  tәbii  vә  qeyri-tәbii  davranışı ilә  qarşılaşdırır.  Müşahidәnin  әn  optimal  obyekti  azyaşlı uşaqlardırlar.  Çünki

bunlar öz davranışlarını tәfsir, tәrif vә dәyәrlәrini isә sözdә ifadә edә bilmirlәr.

Hoyks (1925) ibtidai mәktәb şagirdlәri qruplarının dәyәrlәrini ölçmәk üçün nizamlı müşahidә metodundan

istifadә edәrәk müәyyәn nailiyyәtlәr әldә etmişdir, bununla da o, bu metodun sorğu vә eksperiment metodları qәdәr

әhәmiyyәtә  malik  olduğunu  sübut  etmiş  oldu.  O  qeyd  edirdi  ki,  pәncәrәsiz  otaq  metodundan  başqa,  uşağın

davranışını onu qrup oyunlarında iştirak etdiyi zaman müşahidә etmәklә dә öyrәnmәk olar. Ancaq Hoyks bunu da

qeyd edirdi ki, daha dәqiq nәticәlәr vә informasiya әldә etmәk üçün tәkrar müşahidәlәr lazımdır. Bununla belә, indi

dәyәr vә sәrvәtlәrin ölçülmәsi üçün müşahidә metodundan çox da geniş istifadә olunmur. Bunun sәbәblәrindәn biri

müşahidә metodunun kәmiyyәt ölçüsü üçün tam yararlı olmamasıdır. Bunun içindә tәdqiqatçı başqa metodlardan, o

cümlәdәn  sorğu,  eksperiment  vә  intervyudan  istifadә  edәrәk,  rәvayәt  (validity)  vә  inam  (reliability)  şәraiti

yaradaraq dәyәrlәrin kәmiyyәt göstәricilәrindә ölçüb öyrәnmәk imkanı qazanır.

Müşahidә  metodundan  az  istifadә  edilmәsinin  başqa  bir  sәbәbi  davranışa  әsaslanaraq  öyrәnilәn  dәyәrlәr

haqqında әldә edilәn informasiyanın nә dәrәcәdә düzgün vә obyektiv olması mәsәlәsidir.

Bildiyimiz  kimi,  tәdqiqatçılar  vә  nәzәriyyәçilәr  arasında  davranışa  әsaslanaraq  öyrәnilәn  dәyәrlәr  barәdә

informasiyanın nә  dәrәcәdә  obyektiv  vә  reallıq  göstәricisi  olması haqda  fikir  ayrılığı mövcuddur.  Bәzәn  belә  bir

fikir dә sәslәnir ki, dәyәrlәr davranışı tәyin edirlәr vә fәrd öz dәyәrlәri әsasında hansısa davranışı vә hәrәkәti seçir.



Demәli, fәrdin davranışı onun dәyәrlәrinin inikasıdır.

Buna  qarşı  olaraq,  başqa  bir  fikir  dә  ondan  ibarәtdir  ki,  dәyәrlәrlә  davranış  arasındakı  әlaqә  birbaşa  vә

bilavasitә  әlaqәdә  deyil.  Bu  iki  dәyişәn  arasında  başqa  dәyişәnlәr  dә  mövcud  olur.  Başqa  sözlә,  dәyәrlәr  fәrdin

davranış vә yönümünü tәyin edir, ancaq ауrı-ауrı faktorlarda fәrdin песә davranmasında, hansı aktı hәyata keçirmәk

istәyindә  mühüm  rol  oynayır.  Fәrdi  davranış  aktının  baş  verdiyi  şәrait  vә  sosial  vәziyyәt  onun  davranışında

tәyinedici  rola  malikdir  vә  dәyәr  nәzәriyyәsinә  әsasәn  fәrdin  bu  vә  ya  digәr  dәyәrin  nәticәlәri  haqda  gözlәmәlәri

(Atkinson) onun müәyyәn davranış vә ya reaksiyalardan olan gözlәmәsini әks etdirir.

Fişbayn  vә  Ayzenqin  fikrincә  dә  davranış  elә  faktorlar  zәncirinin  nәticәsidir  ki,  bu  zәncirdә  davranışdan

әvvәlki halda onun davranışın mәqsәd vә niyyәti hesab olunur. Bu isә özlüyündә iki dәyişәnә tabedir: 1. Davranışa

yönәlmә; 2. Subyektiv norma.

Openhayn  vә  başqa  mütәfәkkirlәrin  qeyd  etdiyi  kimi,  fәrd  davranışdan  әvvәl  ona  olan  motivi  duyur.

Nizamlı  müşahidә  psixologiya  vә  sosiologiyada  dәqiq  nәticәlәrin  әldә  edilmәsinә  kömәk  edә  bilәr.  Mәsәlәn,

dәyәrlәr sferasında bu metoddan istifadә edildikdә, tәdqiqatçı iki әhәmiyyәtli sualı cavablandırmalıdır:

1) Tәdqiqatçı müәyyәn yaş dövründә hansı dәyәrlәrә diqqәt yetirir?

2) Bu dәyәrin göstәricilәri necәdir: sabit, yoxsa dәyişәndir?

Proyektiv  intervyu:  İntervyuda  әsas  mәqsәd  müәyyәn  mәnada  nәzәrdә  tutulmuş  sualları  respondentә

vermәklә, birbaşa ünsiyyәt olaraq müәyyәn informasiya almaqdır.

Psixologiyada  dәyәrlәr  vә  әxlaqi  ehkamların  ölçülmәsi  sahәsindә  interv yudan  müşahidә  vә  eksperiment

metodlarına  nisbәtdә  daha  çox  istifadә  olunur.  Bu  metod  daha  çox  uşaqlar  vә  öz  fikirlәrini  deyә  vә  ifadә  etmәyi

bacarmayan  insanların dәyәrlәrini  ölçmәk üçün  istifadә  olunur.  Bu  metodun  bir  neçә  növü  vardır.  Bunlardan  biri

uşaqdan  natamam  nağılı  davam  edib  qurtarmağı  tәlәb  etmәklә  әlaqәdardır.  Kilbeq  әxlaqi  qiymәtlәndirmәni

öyrәnәrkәn  bir  neçә  әxlaqi  ziddiyyәti  özündә  ehtiva  edәn  nağılı uşaqlara  tәklif  edir  ki,  bu  da  nağıllarda  iki  zidd

ehtiyac, yaxud iki dәyәrin toqquşması vә uşağın sәrbәst olaraq mәsәlәnin hәllini nağılın davamı olaraq danışması

ilә bağlıdır.

Bir sıra tәdqiqatçılar rәsm metodundan dәyәrlәrin ölçülmәsi üçün istifadә etmişlәr. Bu metod öz istәdiyini

demәk  iqtidarında  olmayan  (dili  pәltәk  uşaqlar),  yaxud  verilәn  sualı  yaxşı  başa  düşmәyib,  qavraya  bilmәyәn

insanların fikrini öyrәnmәyә yararlıdır. Burada uşaq öz istәdiyi rәsmi çәkmәklә öz yönüm və dәyәrlәrini aşkar etmiş

olur. Bәzәn rәsmlәr uşağa verilir, o isә rәsmlәrlә bağlı suallara cavab verir.

Bu metoda sәrf edilәn zaman vә maliyyә vәsaitinin çox olması ilә әlaqәdar olaraq sosial-psixologiyada bu

metoddan geniş istifadә olunmur.

Mәzmunun  tәhlili.  Ümumәn  tәdqiqatçılar  aydın  fikrin,  mәzmunun  kәmiyyәtcә  vә  obyektiv  sistemli  izahı

zamanı bu metoddan istifadә edirlәr. Bu metod söz vә ya yazı formasında olan cümlә vә ya mәtndәn dәyәrlәri aşkar

edir. Psixologiyada bu metod vasitәsi ilә dәyәrlәrin dәqiqlәşdirilmәsinә vә kәşfinә cәhd edilir. İlk dәfә 1948-ci ildә

alman alimi Ralf Vayt bu metoddan istifadә etmişdir. Gәnclәrin dәyәrlәrinin mәdәni müqayisәsi üçün bu metoddan

istifadә  edilmişdir.  Bu  tip  tәdqiqatlardan  biri  Amerika  vә  Misir  tәlәbәlәrinin  dәyәrlәrinin  mәdәni-müqayisәli

öyrәnilmәsi üçün doktor Kazıminin tәdqiqatı olmuşdur. Onun bu tәdqiqatı 1962-1975 - ci illәr arasında daha sürәtlә

yayılmışdır.  Kazımi tәlәbәlәrdәn  һәг  hansı mәkan  vә  yazma  müddәtini  nәzәrә  almayaraq,  insanın  yaşayış  tәrzini

kağız  üzәrindә  yazmağı  tәlәb  etmişdi  vә  onların  fikir  azadlığının  qorunması  mәqsәdi  ilә  anonimlik  tәdbirlәri

görmüşdür. Yazılan fikirlәr әn azı 6 vә әn çoxu 10 sәhifәdәn ibarәt olmalı idi.

Mәzmun  tәhlili  dәyәrlәrin  ölçülmәsi  vә  dәqiq  müәyyәn  edilmәsi  üçün  bu  çox  әlverişli  metoddur.  Bu

metodla  müәyyәn  zamanlarda  tәkrar  istifadә  nәticәsindә  fәrdlәrin  dәyәrlәrindә  vә  sәrvәt  yönümlәrindә  baş  verәn

dәyişikliklәri aşkara çıxarmaq olar.

Bir  sıra  tәdqiqatçılar  uşaq  jurnallarının  uşaqların  sosial  dәyәr  yönümlәrinә  tәsirini  ölçmәk  üçün  mәhz  bu

metoddan istifadә etmişlәr. (Misirdә 1974-1976 - cı illәr arası bu metoddan jurnalların uşaqların dәyәrlәrinә tәsiri

öyrәnilmişdi).  Mәzmun  tәhlili  metodunda  sosiologiyada  sosial-mәdәni  dәyәrlәrin  öyrәnilmәsi  vә  kütlәvi

informasiya  vasitәlәrinin  cәmiyyәtә  yönәltdiyi  әsas  ictimai  görüşlәri  öyrәnmәk  üçün  istifadә  olunur.  Bu  metod

cәmiyyәtdәki sosial öhdәliklәrin öyrәnilmәsindә әhәmiyyәtlidir.

Rakiçin  dәyәr  testi.  Dәyәrlәr  vә  dәyәr  sistemlәri  haqqında  bir  çox  tәdqiqatların  olmasına  baxmayaraq,

onların heç biri hamı tәrәfindәn razılıqla qarşılanmamışdı.  Bu istiqamәtdә Rakiçin yanaşma vә tәkliflәri  daha çox

qәbul  edilmişdi,  bunun  sәbәbi  şübhәsiz  ki,  tәdqiqatçıların  siyasi,  iqtisadi,  dini  vә  mәdәni  qrupları  bir-birindәn

ayırmağa  imkan  verәn  dәyәrlәri  kәşf  etmәlәri  ilә  әlaqәdar  olmuşdur.  Rakiçin  nәzәriyyәsinin  digәr  müsbәt  cәhәti

dәyәr  nәzәriyyәsinin  konsepsiyasını daha  düzgün  formalaşdırması ilә  әlaqәdardır.  Rakiç  dәyәrlәri  «arzu  olunan»

konseptual  sferaya  daxil  edir.  O,  tәsnif  etdiyi  dәyәrlәri  seçmәdәn  götürmüşdür.  Bu  tәsnifata  әvvәllәr  dәyәrlәrlә

bağlı Amerika vәtәndaşları vә magistr pillәsindә olan tәlәbәlәr arasında aparılan tәdqiqatların nәticәlәri, hәmçinin

Rakiçin  instrumentari  dәyәrlәri  toplayarkәn  555  kateqoriyalı  şәxsiyyәt  xüsusiyyәtlәrini  әks  etdirәn  siyahıya  vә

Andersonun  tәdqiqatındakı 1800  elementә  müraciәt  etmәsi  dә  daxildir.  Bunlar  vә  başqa  tәdqiqatlar  Rakiçin  elmi

tәdqiqatının genişliyini vә әhәmiyyәtini göstәrir.

Rakiçin  zәnnicә  «dәyәr  elә  dayanaqlı inamdır  ki,  burada  bir  davranış  forması,  şәxsi,  yaxud  sosial  varlıq

forması başqa davranışlara, başqa şәxsi, yaxud sosial varlıq formalarına nisbәtdә daha üstün mövqedәdir». Rakiçin

konsepsiyasında dәyәr sistemi dedikdә burada fәrdin bәzi dәyәrlәrinin digәr dәyәrlәrә nisbәtdә әhәmiyyәtli olduğu



başa düşülür. Başqa sözlә, Rakiç dәyәrlәr sistemi dedikdә, elә bir sabit tәşkilatı nәzәrdә tutur ki, burada bir-birinә

nisbәtәn üstün mövqedә dayanan inam vә davranış formaları ardıcıllıqla düzülmüş olur.

Rakiçin  tәrifinin  bәzi  cәhәtlәrini  qeyd  etmәk  lazımdır:  o,  dәyәrlәri  sabit  vә  dәyişilmәz  tәsәvvür  edir,

halbuki bu, belә deyil. Dәyәr müәyyәn qәdәr sabit olsa da, yaşayış müddәtindә dәyişilmә ehtimalı da var. Dәyәrlәr

sistemli  anlayışı  göstәrir  ki,  fәrd  üçün  bәzi  dәyәrlәr  digәrindәn  daha  әhәmiyyәtlidir.  Bu  düzüm  isә  onların

әhәmiyyәtini aydınlaşdıran metodlarla әlaqәdardır. Dәyәrlәr hәyat boyu dәyişә bilәrlәr vә bu dәyişiklik heç dә ötәri

xarakterli  deyil.  Rakiçә  görә  dәyәrlәr  sistemi  sabit  struktura  malik  olub,  dәyişәn  şәraitdә  öz  sabitliyini  saxlayır.

Dәyәrlәr ilә rәylәr arasında bәrabәrlik işarәsi qoyaraq bunları eyni mәnalı terminlәr kimi nәzәrdәn keçirir. Halbuki

dәyәrlәr rәylәrә nisbәtәn daha çox emosiyalarla müşayiәt olunur. Qeyd etmәliyik ki, Rakiçin müxtәlif rәylәr haqda

tәhlili ona dәyәrlәri öz yaratdığı sistemә daxil etmәyә imkan verir. Xüsusilә ona görә ki, o, dәyәrlәrin tәrk edilmiş

rәylәr, yaxud ötürülmüş rәylәr kimi tәsnif edilmәsini mümkün hesab edir.*

Yuxarıdakıları  nәzәrә  alaraq  belә  nәticәlәrә  gәlmәk  olar  ki,  әxlaqi  tәkamülü  vә  әdalәti  yalnız  dar  bir

çәrçivәdә  saxlamaq  olmaz.  Xeyirin  hәmişәyaşar  olduğuna  vә  şәr  qüvvәlәr  üzәrindә  qәlәbә  çalacağına  inam,

böyüklәrin  hörmәt  vә  ehtiramını  gözlәmәk,  sevgi  vә  mәhәbbәti  qoruyub  saxlamaq,  mәsuliyyәt  hissini  ön  plana

çәkmәk, cәsarәtli vә vәtәnpәrvәr olmaq, azadlıqsevәrlik kimi şәxsiyyәtin müsbәt keyfiyyәtlәrini uşaqlara aşılamaq

әn  vacib  psixoloji  mәsәlәdir  vә  onun  hәyata  keçirilmәsi  üçün  ailәnin,  mәktәbin  birgә  işi vacibdir  vә  daha  geniş

mәnada bunlar zamanın tәlәbidir.

İstifadə edilmiş ədəbiyyat

1.  Abbasov  Ə.  Yenilәşәn  cәmiyyәt.  Müasir  elmi  paradiqma  vә  idarәetmә  (ümumnәzәri  sinerqetik  tәhlil)

Bakı: 1998.

2. Bayramov Ə. Şәxsiyyәtin tәşәkkülünün aktual psixoloji problemlәri. Bakı: 1981.

3. Bayramov  Ə ., Əlizadә Ə. Sosial psixologiya, Bakı: 2003.

4. Bayramov  Ə ., Əlizadә Ə. Psixologiya. Bakı: 2002.

5. Mirzәyev İ.  XXI әsrin sosial psixologiyası.  (şәxsiyyәt, cәmiyyәt vә idarәetmә). Dәrs vәsaiti. Bakı: 2006.

6. Novruzlu İ. İdarәetmәnin sosial-psixoloji әsasları. Bakı: 2005.



7. Mayers D. Sosial psixologiya (rus dilindә). Sp.B. 2002.

Каталог: docs -> JURNAL
JURNAL -> Roza eyvazova
JURNAL -> Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov
JURNAL -> «Türkologiya».–2011.№1.–S. 69-75. TÜRk diLLƏRİNDƏ ortaq terminologiyanin yaradilmasi cəMİLƏ babayeva
JURNAL -> İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər
JURNAL -> Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı
JURNAL -> AZƏrbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ ƏDLİYYƏ naziRİ aslan bəy səFİKÜrdskiNİn həyati və FƏALİYYƏTİ Rauf rzayev
JURNAL -> DÜnya azərbaycanlilarinin III qurultayi: Güclü Azərbaycan üçün güclü diaspor Vüsalə Kərimova
JURNAL -> «Mədəni Maarif». 2011.№1. S. 24-26. Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər) Pikə FƏtullayeva
JURNAL -> «Q a n u n ç u lu q». 2 0 1 № S. 3 2 3 7
JURNAL -> “Qanun”. 2013.№11. S. 58-66. CİNayətkarliq haqqinda


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə