«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları


İqtisadi  davranış  —  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  məhdud



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə2/59
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#40891
1   2   3   4   5   6   7   8   9   ...   59
mikro-cavab-az-pdf1

İqtisadi  davranış  —  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  məhdud 

resursların bölgüsü və istifadəsi barəsində qərarların qəbul olunmasının prosesidir. 

Mikroiqtisadi  təhlil  ayrı-ayrı  iqtisadi  subyektlərin  (ev  təsərrüfatlarının  və  firmaların) 

iqtisadi  davranışının  göstərilən  aspektdə  tədqiqatını  əhatə  edir. Mikroiqtisadi  təhlilin 

xüsusi  əhəmiyyəti  ondan  ibarətdir  ki,  mikrosəviyyədə  qəbul  edilən  iqtisadi  qərarlar 

kumulyativ təbiətə malikdir, yəni onlar bütün təsərrüfat sisteminə  birgə  təsir  göstərir.  Buna 

görə  mikrosəviyyədə  iqtisadi  davranışın  təhlili  iqtisadi  nəzəriyyənin  ən  mühüm  tərkib 

hissəsidir. 

İstənilən nəzəriyyənin vəzifəsi real həyatda müşahidə olunan hadisələri izah etməkdən 

ibarətdir.  Mikroiqtisadi  təhlilin  vəzifəsi  iqtisadi  davranışın  qanunauyğunluqlarını  izah 

etməkdən,  yəni  iqtisadi  agentlər  tərəfindən  qərarlar qəbul  olunmasına  (seçim edilməsinə) 

təsir  göstərən  amilləri  aşkar  etməkdən  və  anlamaqdan  ibarətdir.  Ayrılıqda  götürülmüş  hər 

bir  iqtisadi  agent  bu  seçimi  resursların  istifadəsinin  bu  və  ya  digər  variantının  məqbulluq 

meyarları  və  bu  haqda  şəxsi  təsəvvürləri  əsasında  həyata  keçirir.  Mikroiqtisadiyyatın 

vəzifəsi təsərrüfat subyektlərinin iqtisadi davranışını və hərəkətlərinin oxşarlığını müşahidə 

edərək,  onların  iqtisadi  qərarlar  qəbul  etməsinin  qanunauyğunluqlarını  aşkar  etməkdən 

ibarətdir.  Bu  qanunauyğunluqların  müəyyən  edilməsi  bir  sıra  mühüm  suallara  cavab 

tapmağa  imkan  verir:  istehlakçılar  alış  haqqında  qərarları  necə  və  hansı  amillərin təsiri 

altında  qəbul  edirlər?  Firmalar  məhsul  buraxılışının  həcmi  haqqında  qərarlar qəbul 

edərkən  nəyi  əsas  götürürlər?  İstehsal  resurslarının  yerləşdirilməsi  haqqında qərarlar necə 

qəbul edilir? 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin