Mikroiqtisadi səviyyədə infrastruktur Giriş


Sosial-iqtisadi həyatda strukturun və infrastrukturun ümumi səciyyəsi



Yüklə 28,77 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü28,77 Kb.
#34891
1   2   3   4   5   6   7
Mikroiqtisadi səviyyədə infrastruktur

Sosial-iqtisadi həyatda strukturun və infrastrukturun ümumi səciyyəsi

Sosial iqtisadi sistem bəşər tarixi boyu daim tərəqqidədir. Elmi və praktiki baxımdan sosial-iqtisadi sistem «bölmə», «sahə», «kompleks sahə», «yarımsahə», «dairə (sfera)», «struktur», «infrastruktur» və s. ilə formalaşir. Onlar bir-biri ilə üzvü əlaqəlidirlər və həm də daşıdıqları məna yüklərinə görə bu və ya digər dərəcədə fərqlənirlər. Onlara belə yanaşma sosial-iqtisadi həyatda reallığı «tam» və «dəqiq» dərk etmək, gerçəklik vəziyyətini aydın etmək, tərəqqiyə düzgün istiqamət vermək, onu az-çox səhih proqnozlaşdırmaq üçün gərəklidir. İnfrastrukturların təhlilini aparmaq və səciyyələndirmək üçün yuxarıda adı çəkilən həmin komponentlərdən istifadə olunur. Bölmə (sektor) anlayışı altında müvafiq sosial-iqtisadi vahidlərin birləşmələri nəzərdə tutulur. Bu ən çox mülkiyyətin formaları ilə müəyyən edilir (dövlət, xüsusi, özəl, kooperativ, səhmdar və s.). Sahə isə eyni sosial-iqtisadi məzmuna malik olan və oxşar vəzifə yerinə yetirən müəssisələrin, təşkilatların məcmusunu ifadə edən struktur nəzərdə tutulur. Bu, ictimai əmək bölgüsünün nəticəsi ilə birbaşa bağlıdır. Dairə (sektor) eynicinsli qruplardır. Xalq təsərrüfatının (o cümlədən infrastrukturların) təsnifatı ilk növbədə sahə anlayışı ilə bağlıdır. «Sahə» iri, ümumi bölgünü təmsil edir. Məsələn, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət, meşə təsərrüfatı sahələri və s. «Struktur» anlayışı daha geniş mənada işlənir. O, təkcə istehsal sahələrinin diferensiası ilə deyil və həm də bütünlükdə sosial-iqtisadi sistemdə özünü ifadə və təzahür etdirir. Onun əhatəliyi və kəmiyyətcə geniş miqyaslılığı ilə adları yuxarıda çəkilən anlayışların hamısından əsasən seçilir.

Qeyd etmək lazımdır ki,struktur və infrastruktur anlayışları tutumları (adları) baxımından müxtəlif səslənsələr də daşıdıqları məna yüklərində mühüm müxtəliflik olsa da eynilikləri də az deyildir. Hər bir sosial-iqtisadi və ya iqtisadi struktur müvafiq bütöv vahid sistemin tərkibində özünəməxsus yer tutur. «Struktur» anlayışı altında qaydaya düşmüş, təşəkkül tapmış yarım sistemlər, gerçəkliyi ifadə edən müxtəlif çeşidli hallar başa düşülür. «Struktur» elmi mənada həmin bütöv sistemin daxili təşkili (təşkilatı) formasını və onu əmələ gətirən komponentlərin spesifik düzülüşünü, qarşılıqlı əlaqəsini, qarşılıqlı təsirini ifadə edir. Lakin ümumiyyətlə struktur elmi ədəbiyyatda cəmiyyət miqyasında, yaxud burada əsas yer tutan sosial-iqtisadi sistemdə onların qarşılıqlı əlaqələrinin hissələri və məcmusu ilə əlaqədar olaraq daha geniş mənada da işlədilir. İnfrastruktur sahələr özləri də ümumən sosial-iqtisadi həyatın, xalq təsərrüfatının sahə strukturu kimi qəbul olunur. Sosial-qtisadi sistemlə birbaşa bağlı olan struktur və infrastruktur sahələrin hər ikisi bütöv bir sistemin tərkib hissəsidir. Onların eyniliklərindən aşağıdakıları göstərmək olar:

- hər ikisi ictimai əmək bölgüsünün nəticələridir və bununla bilavasitə bağlıdırlar;

- hər ikisi diferensiasiyalaşmış istiqamətlər, ixtisaslaşmalar kimi fəaliyyət göstərirlər;

- hər ikisində tərkib hissələr bir-biri ilə sıx əlaqəlidir və bu əlaqələr özünün davamlılığı ilə səciyyələnir;

- hər ikisində müəyyən mənada müstəqillik mövcuddur;

- hər ikisi cəmiyyətin normal inkişafı üçün zəruridir və insanların ictimai və fərdi tələbatlarının ödənilməsinə xidmət edir;

- hər ikisi daim təkmilləşməyə meyillidir. Bu təkmilləşmələr və dəyişmələr elmi-texniki tərəqqi ilə əlaqəli olur, onun təsiri ilə baş verir;

- hər ikisində səciyyələnən spesifik cəhətlər onları eyni xarakterli (xassəli) edir. Bu da ondan ibarətdir ki, bəzi ixtisaslaşmış, diferensiasiyalaşmış sahələr bir halda struktur sahə kimi, digər halda infrastruktur sahə kimi fəaliyyət göstərir.

Məsələn, rabitə, maddi-texniki təchizat, elektroenergetika və s. bir halda makroiqtisadiyyatın xalq təsərrüfatının struktur sahələri kimi, digər halda infrastruktur sahə kimi dəyərləndirilir. Birinci halda bunlara xidmət sahələri kimi baxılır, ikinci halda əksinə, onlar özləri xidmət edən qurumlara, infrasitrukturlara malik olduqları üçün infrastruktur sahə olmaqdan çıxırlar. Deməli, başqa sözlə bunlar ikili xassəyə malikdirlər.


Yüklə 28,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin