Mikrobsuz həyat Mikroblar


Mikrobların inkişafı və çoxalması



Yüklə 60,08 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü60,08 Kb.
#42578
1   2   3   4   5
Mikrobsuz həyat

Mikrobların inkişafı və çoxalması. Mikroblar əlverişli mühitə düşdükdə inkişaf edir və çoxalmağa başlayır. Çoxalmadan qabaq mikrobun daxilində müəyyən dəyişikliklər gedir. Bunun nəticəsində o, bölünməyə hazırlanır, həcmi böyüyür. Mikroblar aləmi müxtəlif olduğu kimi, onların çoxalması da bir-birindən fərqlənir.
Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Onlar hər 20-30 dəqiqədən bir 8 şəklində bölünürlər. Bu sürətlə bakteriyaların artması davam edərsə, beş gündə onlar bütün su hövzələrini doldura bilər. Lakin belə hallar olmur. Çünki onların çoxalmasına həmişə əlverişli şərait yaranmır, eyni zamanda onların çoxalmasına, inkişafına mane olan amillər çoxdur. Onlar sürətlə artdıqları kimi, sürətlə də tələf olurlar. Mikrobları süni surətdə artırdıqda bir neçə dövr keçirirlər. Birinci dövrdə mühitə uyğunlaşma prosesi gedir, ikinci dövrdə həndəsi silsilə üzrə çoxalma gedir. Üçüncü dövrdə sürətlə çoxalmış mikrobların məhv olması, çoxalması, böyüməsi paralel gedir. Bu dövr bir neçə günə qədər davam edir. Dördüncü dövr qocalma və ya sürətlə məhvolma dövrü adlanır. Bu dövrdə mühitin əlverişsizliyinin artması ilə əlaqədar mikroblar məhv olmağa başlayırlar.
Bölünmədən başqa, mikroblar sporlanma, tumurcuqlanma, cinsi yolla da çoxala bilirlər. Belə ki, göbələklər tumurcuqlanma, sporlanma, həm də cinsi yolla çoxalırlar. Cinsi yolla çoxalma ibtidailərə də xasdır.
Çoxalma zamanı mikroblar bir sıra məhsullar əmələ gətirirlər ki, bunlara mikrob ifrazatı deyilir. İfrazatlar zəhərli və zəhərsiz olmaqla iki yerə bölünür. Zəhərli ifrazat toksin adlanır. Bunlara ekzo və endotoksinlər aiddir. Ekzotoksinli mikroblarda toksin xaricə çıxır ki, belə bakteriyalara toksigen bakteriyalar deyilir. Bunlara misal olaraq qanqrena, botulizm, tetanus, difteriya və skarlatina törədən mikrobları göstərmək olar.
Patogen mikrobların bir çoxu endotoksinli mikroblardır.

Bir vaxtlar alimlər belə hesab edirdilər ki, dünyada ən kiçik canlı varlıqlar birələrdir. Heç kimin ağlına gəlmirdi ki, bizimlə yanaşı, daxildə və bizim ətrafımızda “gözəgörünməz” çox böyük aləm mövcuddur. Alimlər bu qəribə aləmi mikroskopun köməyi ilə öyrəndilər. Onlar əvvəlcə müşahidələrinə inanmadılar. Sonralar inanmağa başladılar və bu aləmin nümayəndələrini mikrob, yaxud mikroorqanizmlər adlandırdılar (yunanca “mikros” – “kiçik” deməkdir). 

Mikroskop mikrobların hər birini ayrı-ayrılıqda görməyə imkan verirdi. Buradan aydın oldu ki, bütün bu canlı varlıqlar, adətən tək bir canlı hüceyrədən ibarət olsalar da, onlar formasına, xüsusiyyətlərinə, həyat tərzinə və ətraf mühitə təsirinə görə saysız-hesabsızdır. Mikrobların içərisində birhüceyrəli bitki orqanizmləri sayılan bakteriyalar əsas yer tutur. Bakteriyalar hər yerdə - havada, torpaqda, suda və quruda, bitkilərdə və heyvanlarda yaşayır. Bəzi bakteriyalar olduqca zərifdir və çox tez məhv olur. Başqaları isə qaynar və donmuş suda belə sağ qalır, müxtəlif turşuların, qələvilərin və zəhərlərin təsirinə dözür.

Adi gözlə görə bilmədiyimiz bakteriyalar həyatımıza çox güclü təsir göstərir. İnsan, yaxud heyvan orqanizminə keçərək bakteriyalar qorxulu xəstəliklər – vərəm, vəba, qarayara, manqo, yatalaq, angina, taun, ağciyər iltihabı, müxtəlif irinli yaralar, yoluxucu qan xəstəlikləri  və s. əmələ gətirir. Bakteriyaların törətdiyi xəstəlikləri saymaqla qurtarmaz. 

Faydalı bakteriyalar da var. Bunlarsız həyat çox çətin olardı. Faydalı bakteriyalar südü qatığa, kefirə, üzüm şirəsini isə spirtə, sirkəyə, şəraba çevirir. Lakin bu bakteriyaların ən əsas faydası başqadır. Axı adi südü də içmək olar, şərabsız da, hətta sirkəsiz də keçinmək mümkündür. Sən demə, faydalı bakteriyalar olmasaydı, süd də, çörək də, ət də dəfələrlə az olardı! İş burasındadır ki, heyvanların həyatı bitkilərdən asılıdır, bitkilər azot çox olan torpaqda daha yaxşı inkişaf edir. Azotu isə torpağa orada yaşayan azotsevər bakteriyalar gətirir. Hələ bu harasıdır?!...

Əgər çürüdücü bakteriyalar olmasaydı, planetimiz tədricən məhv olmuş bitki və heyvanların çürüməmiş qalıqları ilə örtülərdi. Çürüdücü bakteriyalar sayəsində həmin qalıqlar nəinki məhv olur, həm də məhv olmuş bitki və heyvanların bədənindəki bütün maddələr fasiləsiz surətdə torpağa qaytarılır. Həmin maddələr torpağa qayıdıb, bitki və heyvanların yeni nəslinin inkişafına kömək edir.

Mikroorqanizmlər çox müxtəlifdir. Bu tərif bakteriya, göbələk, archaea, protist, mikroskopik bitkiləri (yaşıl yosun adlanır) əhatə edir; və plankton, planariya və Amoeba kimi mikro heyvanlar. Bəzilərinə virusları mikroorqanizmlərə daxil etsə də, cansız sayılır. Əksər mikroorqanizmlər birhüceyrəli olmasına baxmayaraq, bunu hamı üçün ümumiləşdirmək olmur, çünki bəzi çoxhüceyrəli orqanizmlər mikroskopikdir, bəzi hüceyrəli protistlər və bakteriyalar isə Thiomargarita namibiensis kimi makroskopikdir (çılpaq gözlə görünür). Mikroorqanizmlər axan suyun olduğu biosferdə, okean dibindəki isti bulaqlarda, atmosferin üst qatlarında və yer qabığının daxili hissələrindəki süxurların dərinliklərində yaşayırlar. Mikroorqanizmlər saprotrof kimi fəaliyyət göstərdikləri üçün ekosistemlərin qida dairəsində çox vacibdirlər. Bəzi mikroorqanizmlər azot saxlaya bildikləri üçün azot dövrünün ən qiymətli hissələridir və son araşdırmalar havadakı mikroorqanizmlərin yağıntı və havanın əmələ gəlməsində təsirli ola biləcəyini göstərir.

Mikroblar həm ənənəvi qida, həm qida hazırlama metodlarında, həm də gen mühəndisliyinə əsaslanan müasir texnologiyalarda biotexnologiyada istifadə olunur. Bununla birlikdə, patogen mikroorqanizmlər zərərlidir, çünki digər orqanizmlərə daxil olub çoxalır və milyonlarla insanın, heyvanın və bitkinin ölümünə səbəb olur.



Nəticə

Bəşəriyyət hələ qədim dövrlərdən bəri bu orqanizmlərin varlığı haqqında təsəvvürə malik olmadan onların fəaliyyətindən istifadə edir. Belə ki, spirt, spirtli məhsullar, süd məhsulları, şirniyyat növləri, xəmirdən çörək-bulka kimi məhsullar hazırlayırıq. Yalnız sonralar məlum olmuşdur ki, bütün bu proseslərin baş verməsinə səbəb mikroblardır.

Təbiətdə elə bir sahə, elə bir proses yoxdur ki, orada mikroblar bilavasitə iştirak etməsinlər. Mikroblar bitki, heyvan və insan qalıqlarının parçalanmasında əsas iştirakçıdırlar.
Yüklə 60,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin