58
Getmə desə də
Yadın-yaxının.
Ardınca qoşdun
Göy qurşağının.
Durdun o durdu,
Qaçdın o qaçdı.
Sən yarı yolda,
O dağı aşdı.
Baxt qövsü-qüzey,
Baxan çox oldu.
Ot üstündə şeh
Vardı, yox oldu.
Günün bələni
Aşan çağiymış.
Yetməyən arzu
Göy qurşağıymış.
Nə səmir, nə səs,
Nə qövsü-qüzeh.
Ömür nəydi bəs
Ot üstündə şeh.
M.İsmayılın şerlərindəki bədbinlik, əslində mən buna bəd-
binlik də deməzdim, sadəcə həyatın faniliyi, ömrün varlıq-yox-
luq məqamı ilə bağlı düşüncələrin sirayət etdiyi ovqat-hansı ki,
M.İsmayıl bunu da özünəməxsus müdrikliklə bədii sözün
predmetinə çevirir - şəxsi kədər və ağrı notlarından, dar düşün-
cədən uzaqdır. Bu poeziyada ölüm, yoxluq həyatın sonu, sonlu-
ğudur, yaşanılan ömrün halallıq səviyyəsidir, insan nə edirsə
etsin, necə yaşayırsa yaşasın sonu yoxluğa müncərdir. Odur ki,
bu şerlərdəki həyata və ölümə ayıq-sayıq yanaşma, bədii-fəlsəfi
mühakimələr onları bədii ümumiləşdirmə səviyyəsinə qaldırır.
59
* * *
1970-80-ci illərin poeziyasında maraqlı eksprimentləri, poetik
axtarışları ilə seçilən şairlər F.Qoca, F.Sadıq, Ə.Kür, V.Bəhmənli,
Ç.Əlioğlu, Ş.Vəli və b. çağdaş poetik-bədii fikrin inkişafında da
iştirak edirlər. Bu iştirak əlbəttə ki, poeziyamızın təcrübəli nü-
mayəndələrinin yaradıcılığı vasitəsilə, artıq sabitləşmiş ifadə tərzi
vasitəsilə əyaniləşmişdir. Həyata, cəmiyyət hadisələrinə, insani
münasibətlərə yeni, fərqli baxış sistemi yaradan, onları olduğu
kimi, birbaşa təsvirə çəkməklə deyil, içindən, duyğular aləmindən
keçirdikləri kimi ifadə etməyə çalışan bu şairlərin şeirlərində yeni
poetik konstruksiyalar qurulur. Bu şeirlərdə ənənənin zəminində
yetişərək fərqli olmağa çalışmaq meyli və bu yeniliyi formadan
məzmun qatına yeritmək səriştəsi hiss olunur.
Vaqif Bəhmənlinin «Tək» silsiləsindən olan şeirlərində tək-
lik mövzusu yeni təzahür məqamına yüksələ bilir:
Əkizə də Tanrı tikir damı tək,
Hər adamın dad alıbdı tamı-tək.
Hamı təkdi bu dünyada, hamı tək!
Mən də təkəm, mən də təkəm, hamı tək…
Hər kimsənin payı ayrı camı tək,
Südü ayrı, damarının qanı tək…
Oğrun-oğrun daşıyıram canı- tək
Başlar kəsib, suçlar yığan cani tək!
V.Bəhmənlinin son dövr çap olunan «Tək», «Can», «Ölən-
də», «Güzgü», «Yaddaş» kimi şeirləri həyatın oluğ-ölüm
realiyasına köklənərək müəyyən dünyaduyumun ifadəsi kimi
səciyyələnir. Təəssüf ki, şairin bəzi şeirləri xüsusi yaradıcılıq
zərurətindən yaranmadığını sərgiləyir. «Adam-əncir», «Ağacı
hamı görür», «Qızıl güllər və qəzet» şeirləri bu qəbildəndir.
Diqqət edək:
60
Ağac görür ki,
Hamı tərpənir.
Ağac yerimir,
Amma hamı görür ki,
Ağac tərpənir…
Kim deyə bilər ki,
ağac tərləmir?
Nələr tərpənirsə
Demək tərləyir.
Şeir dilinin pozulduğu, məntiqi və poetik əsasdan məhrum
olan bu şeir parçasında maraqlı bədii tapıntının, lirik yaşamın
mövcudluğundan danışmaq mümkünsüz bir şeydir. Ümumiy-
yətlə, bu nümunə heç bir məna dəyəri ilə təhlil müstəvisinə gəl-
mir. «Nələr tərpənirsə demək tərləyir» - zənnimcə, çağdaş ədə-
biyyatımızın bu cür cılız fəlsəfəbazlığa ehtiyacı yoxdur, elə
kifayət qədər istedadlı şair Vaqif Bəhmənlinin özünün də…
Sözə həssas yanaşan, son illər poeziyamızı poetik eksperi-
mentlərlə, yeni tapıntılarla zənginləşdirən Çingiz Əlioğlunun
şerləri onun maraqlı təfəkkür sahibi olduğunu bir daha təsdiq-
ləyir. Şairin “Talıstan dağları” silsiləsindən olan şerləri, eləcə
də onlarla digər başqa şeri Ç.Əlioğlunu öz estetikasını yaradan,
sözlə incə rəftar edən şair kimi səciyyələndirir. Bu dəfə şairin
könül rübabı duyğularını aşıq şer şəkilləri üstə kökləyərək ma-
raqlı bir rədif yaradır:
Sənə yaman Ay yaraşır,
Gəzmə ayrı tay, yaraşır!
Çək əyninə göy çəməni
Çayda çimdin çay yaraşır…
Ayı doldur səhənginə…
Yağış düşür ağ rənginə.
Qədəminin ahənginə
Adam ölər, ney yaraşır!
|