Microsoft Word Yeni kitab A5-son docx


“Bəhram kişi “təvəqqəyə  mən gəlmişəm”, mümkün



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə117/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   113   114   115   116   117   118   119   120   ...   125
“Bəhram kişi “təvəqqəyə  mən gəlmişəm”, mümkün 
qədər mülayim şəkildə rica etdi: 
-İzin ver...o yazını bu oxusun.Layiqdi. 
-Olmaz. O bu yazını oxumayacaq. Heç kim bu yazını 
oxumayacaq! Mağaranın ruhu onun səsini qətiyyətlə 
kəsdi.” 
Heç kimin oxumasına icazə verilməyən bu yazılar yaddaş-
laşan tarix hadisəsidir, təbiət, tarix və insan arasında  əbədi 
mübarizənin, dartışmanın və eyni zamanda təmasın olacağını 
vəd edən yaddaş daşıyıcılarıdır.  
Paralel dünyaların mövcudluğuna, onlar arasında  əlaqənin 
fasiləsizliyinə israr etmək - roman hər ədası, gedişi ilə bu möv-
qeni üğurlayır. Müəllifin dili persanajların dili ilə paralel veri-
lir, onların gizlinlərində, iç dünyalarında saxladıqları “mən” 


 
264 
kimi təzahür edir. Məkan və zaman paralelləri, süjetdə çoxqatlı 
ekspozisiya, təbiətlə insan ahənginin birgəliyi, həyat və ölüm
gerçəklik və yuxu, mif və reallıq arasında sərhədsiz keçidlər- hər 
biri təsadüfü xarakter daşımır,  əsərdə yalnız bədii deyil, eyni 
zamanda fəlsəfi məkanı  təşkil edirlər, biri zahirdə görünəndə 
digəri gizlinin-alt qatın mövcudluq göstəricisi kimi labüdləşirlər. 
Bundan  əlavə  əsərdə paralellik yalnız tarixlər, mədəniyyətlər, 
talelər arasında yox, həm də yerlə göy arasında yaradılır (məsələn, 
yağışın yerdən göyə yağması). Hətta  əsərdə çox xəsis boyalarla 
verilən, amma qəribə  də olsa az qala hər sətirdən boy verən 
Bəhram kişinin nakam məhəbbət hekayəti belə sonda bəlli edir ki, 
o da paralelmiş, başqa bir insanın- Gülsümün həyatında, başda bir 
formada, amma eynən sızıltı  və  ağrı dolu duyğularla çulğaşmış 
şəkildə yaşanırmış. Həm də necə yaşanırmış. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin