Microsoft Word titul docx



Yüklə 56 Kb.
Pdf просмотр
səhifə7/7
tarix10.06.2017
ölçüsü56 Kb.
1   2   3   4   5   6   7
    Навигация по данной странице:
  • 1991-ci ildə

1989-cu ildə institut tərəfindən elmi-
tədqiqat işləri Azərbaycan SSR Dövlət Plan 
Komitəsi Kollegiyasının təsdiq etdiyi, həm-
çinin yuxarı  təşkilatların direktiv göstərişləri 
nəzərə alınmaqla 1989-cu ilə elmi-tədqiqat 
işlərinin planına uyğun aparılırdı. Bu ildə 7 
mövzu, 24 iş  və 10 mərhələ başa çatdırıl-
mışdır.  
“Neft, qaz, su, torpaq, meşə, mineral-
xammal ehtiyat növləri üzrə 1990-2010-
cuillərə SSRİ xalq təsərrüfatının təbii ehti-
yatlarla inkişafının təmin edilməsinin iqtisa-
di qiymətləndirilməsi” mövzusu üzrə  tədqi-
qat işi SSRİ Elmlər Akademiyasının sifarişi 
ilə 1986-1989-cu illər  ərzində aparılmışdı. 
İşin məqsədi təbii resursların geoloji ehtiyatlarının iqtisadi qiymətləndirilməsi və 
onlardan istifadənin iqtisadi məqsədəuyğunluğunu müəyyən etmək idi. İşdə  hər 
ehtiyat növünə xüsusi bölmə  həsr edilmişdi.Su resurslarına həsr edilmiş bölmədə 
göstərilmişdir ki, Zaqafqaziyanın ümumi su ehtiyatlarından (310 mln. kub m) daha 

132 
 
böyük hissəsi, yəni 62%-i Gürcüstan SSR-in, 28%-i Ermənistan SSR-in və yalnız 
10%-i Azərbaycan SSR-in payına düşür. 
Torpaq resursları bölməsində qeyd olunurdu ki, respublikanın torpaq fondu 
8641,5 min ha təşkil edir. Adambaşına düşən əkin torpaqları 0.21 ha-dır, kənd təsərrü-
fatına yararlı torpaqlar 0,65 ha-dır, SSRİ üzrə isə bu göstəricilər uyğun olaraq 0,88 və 
2,3 ha-ya bərabərdir. 
“Neft və qaz” bölməsində qeyd olunurdu ki, 1988-ci il 1 yanvar tarixə respublika-
nın quru yataqları üzrə A+B+C
1
 neft kateqoriyalarının geoloji və hasil edilən ehtiyat-
ları balans üzrə 41 yataqda nəzərə alınmış və uyğun olaraq, ümumilikdə, respublika 
üzrə neft ehtiyatlarının 1678,9 mln.ton və 206,0 mln ton və yaxud 63,8% və 44,7%-ni 
təşkil edir. C
ı 
kateqoriyasının geoloji və hasil edilən ehtiyatları uyğun olaraq 150,6 
mln.t. və 33,4 mln.t. təşkil edir. 
“Azərbaycan SSR-də  pərakəndə ticarətin malla təminatının təkmilləşdirilməsinin 
əsas istiqamətləri” mövzusu üzrə  tədqiqat işi 1988-1989-cu illər  ərzində aparılmışdır. 
Elmi işdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin tapşırığı üzrə yerinə yetirilmiş və 
onun nəticə və təklifləri “Respublikanın tam təsərrüfat hesabı şəraitində ticarət mexa-
nizmləri” adı altında rəhbər orqanlara təqdim edilmişdi. İşdə mal ehtiyatlarının hər növ 
üzrə  həcmi sənayedə, topdan satış bazalarında, pərakəndə  şəbəkələrdə  və yollarda 
tədqiq edilmişdi. Çoxlu miqdarda məlumatların aparılmış  təhlilinə  əsasən, müəlliflər 
respublikada pərakəndə satışın mal təminatının müasir vəziyyətinin  əslində  nə yerdə 
olduğunu üzə çıxarmağa nail oldular.İşdə xalq istehlakı mallarının pərakəndə satışının 
hər bir mal qrupları üzrə  təmin edilməsinin müasir vəziyyətinin  əsas göstəricilərinin 
aparılmış təhlili əsasında, respublikada pərakəndə satışın mal təminatının əsas istiqa-
mətlərinin təkmilləşdirilməsinə imkan verən konkret təkliflər işlənib hazırlanmışdı. 
“2005-ci ilədək olan mərhələdə Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vi-
layətinin iqtisadi və sosial inkişafının kompleks proqramı” Sov. İKP MK və SSRİ Na-
zirlər Sovetinin 1988-ci il 24 mart tarixli 371 saylı və Azərbaycanın KP MK və Azər-
baycan SSR Nazirlər Sovetinin 1988-ci il 26 aprel tarixli 160 saylı “1988-1995-ci illər-
də Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sü-
rətləndirilməsi üzrə tədbirlər haqqında” qərarlarının icrası üçün işlənib hazırlanmış, bu 
kompleks proqram vilayətin məhsuldar qüvvələrinin hərtərəfli inkişafını  nəzərdə 
tuturdu. 
Kompleks proqramın işlənib hazırlanmasında müttəfiq və sahəvi sxemlərdən, 
SSRİ və Azərbaycan SSR nazirliklərinin və idarələrinin ayrı-ayrı təkliflərindən istifadə 
olunmuşdur. “2005-ci ilədək olan mərhələdə Azərbaycan SSR DQMV-nin iqtisadi və 
sosial inkişafının kompleks proqramı”, “2005-ci ilədək olan mərhələdə Azərbaycan 
SSR-in məhsuldar qüvvələrinin inkişafı  və yerləşdirilməsi sxemi” və Azərbaycan 
SSR-də işlənib hazırlanan bir sıra digər proqramlarla sıx bağlı olmuşdur. 
“2005-ci ilədək olan mərhələdə Azərbaycan SSR əhalisinin maddi rifah halının 
və sosial inkişafının yüksəldilməsinin kompleks proqramı” üzrə  tədqiqatlar  Əmək və 
Sosial məsələlər üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Xalqın maddi rifah ha-
lının sosial inkişafı  və yüksəldilməsi kompleks proqramının  əsas müddəaları”na uy-
ğun olaraq aparılırdı. 

 
133 
 
 
İşlənib hazırlanmış kompleks proqramın məqsədi Sov. İKP MK-nın 1985-ci il ap-
rel Plenumundan sonra nəzərdə tutulan müsbət dəyişikliklərin və bununla yanaşı sosi-
al-iqtisadi inkişafda müvcud olan çatışmamazlıqların hərtərəfli təhlili əsasında respubli-
kada sosial sahədə dəyişikliklərin həyata keçirilməsi üçün vasitə və yolların əsas istiqa-
mətlərinin müəyyən edilməsindən ibarət idi.Respublikada sosial sahənin inkişafının 
perspektiv istiqamətlərinin işlənib hazırlanmasında  əsas diqqət respublikanın spesifik 
xüsusiyyətlərini nəzərə almaqla prioritet qərarlar tələb edən sosial məsələlərə yönəl-
mişdi. Bununla əlaqədar 2005-ci ilədək olan mərhələdə respublikanın sosial-mədəni və 
kommunal-məişət sahələrinin perspektiv inkişaf problemləri tədqiq edilmişdir.Elmi-təd-
qiqat işlərinin tematik plan, təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsi ilə yanaşı in-
stitut 1989-cu ildə  rəhbər orqanların tapşırığı ilə 50-dən çox plandankənar iş yerinə 
yetirmişdir. 
İnstitutun öz təşəbbüsü ilə respublikanın xalq təsərrüfatının və onun sahələrinin 
özünümaliyyələşdirmə  və özünüidarəetmə prinsiplərinə keçmə imkanlarının öyrənil-
məsi üzrə çox saylı tədqiqatlar aparılmışdır.  
İqtisadi müstəqillik üzrə konsepsiyanın müzakirəsində  iştirak edərək institutun 
aparıcı alimləri respublikanın qəzet və jurnal səhifələrində, televiziya və radiosunda 
20 dəfədən çox çıxışlar etmişdilər, ümumittifaq və respublika konfranslarında, müşa-
virələrində və dəyirmi masalarda fəal iştirak edirdilər.  
1989-cu ildə redaksiya kollegiyasının məsul redaktoru i.e.d., professor Qorxmaz 
Cahangir oğlu İmanovun elmi rəhbərliyi ilə “Azərbaycan SSR-in sosial-iqtisadi inkişafı 
problemləri” adlı elmi əsərlərin 10 ç.v. həcmində XXII cildi nəşr edilmişdir.
 
 
 
 

134 
 
 
1990-cı ildə institut 27 mövzu üzrə  tədqiqatlar aparmışdır. Bundan başqa iki iş 
təsərrüfat müqaviləsi əsasında yerinə yetirilirdi. Bu ildə 22 mövzu üzrə tədqiqat başa 
çatdırılmışdı. 
“Maddi istehsal sahələrində əmək məhsuldarlığının ən yüksək səviyyəsinə çatma 
perspektivləri” mövzusu üzrə tədqiqat işi SSRİ Dövlət Plan Komitəsi yanında İETİ-nin 
sifarişi ilə 1986-1990-cı illər ərzində yerinə yetirilmişdir. Bu mövzu çərçivəsində əmək 
məhsuldarlığının yüksəldilməsi ehtiyatlarının aşkarlanması üzrə  tədqiqatlar maddi is-
tehsal sahələrində və xüsusilə aşağıdakı sahələr üzrə aparılırdı: 
 kimya, neftkimya və neft emalı sənayesində; 
 dağ-mədən və metallurgiya sənayesində; 
 inşaat materialları sənayesində; 
 maşınqayırma sənayesində; 
 emal  sənayesində; 
 yüngül  sənayedə. 
Həmin dövrdə institutun elmi fəaliyyətində  əsas istiqamət “2010-cu ilədək olan 
dövrdə demoqrafik siyasət və Azərbaycan SSR-də əhali artımının əsas meyilləri” möv-
zusunun işlənib hazırlanmasında iştirak olmuşdur. Elmi-tədqiqat işlərinin planına əsa-
sən həmin ildə “2010-cu ilədək olan dövrdə  əhalinin dinamikasının və strukturunun 
perspektivləri” işinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 
Demoqrafik inkişafın elmi əsaslandırılmasını qabaqcadan müəyyənləşdirmək məq-
sədilə  işin bu mərhələsində  əhalinin artımının  əsas komponentləri, yəni doğum sayı, 
ölüm sayı, respublikadaxili və respublikalararası miqrasiyanın həcmləri perspektiv üçün 
işlənib hazırlanmışdır.İşlənib hazırlanmış ehtimallar əsasında 2011-ci ilədək olan dövrə 

 
135 
 
 
yaşların dəyişməsi üsulu ilə cins və yaş üzrə, o cümlədən şəhər və  kənd məskunlaşma-
ları üzrə, ümumilikdə respublika əhalisinin say proqnozu həyata keçirilmişdir.Həmçinin, 
bu mövzu çərçivəsində Azərbaycan SSR-nin Naxçıvan MSSR və DQMV-nin xüsusi əha-
li qruplarının miqrasiyasının təhlili üzrə tədqiqatlar yerinə yetirilmişdir. 
“On üçüncü beşillikdə və uzunmüddətli perspektivdə əmək resurslarının xalq tə-
sərrüfatı  tələbatı ilə tarazlaşdırılmasının təmin edilməsi problemləri” mövzusu üzrə 
tədqiqat işi 1986-1990-cı illər  ərzində aparılmışdır. Bu mövzunun sifarişçisi SSRİ 
Dövlət Plan Komitəsi yanında İETİ olmuşdur. 
Bu ildə yerinə yetirilmiş iş əvvəlki illərdəki mövzulardan öz prinsipiallığı ilə fərqlə-
nirdi. Bu fərqlər ondan ibarət idi ki, əmək resurslarının tarazlaşdırılmasının təmin edil-
məsi və məşğulluğun strukturunun formalaşma yollarının öyrənilməsi nəinki məşğullu-
ğun optimallaşdırma səviyyəsinə çatmaq məqsədindən, həm də hər şeydən əvvəl res-
publikanın 90-cı illərdə tamamilə iqtisadiyyatın idarə edilməsinin bazar mexanizmlərinə 
keçməsinin vacib olması amilindən irəli gəlirdi. Respublika şəraitində bu proses iqtisa-
diyyatda qeyri-səmərəli, zərərlə  işləyən müəssisələrin, köhnəlmiş avadanlığı olan sə-
naye müəssisələrinin üstünlük təşkil etməsi ilə xeyli mürəkkəbləşdirilmişdi.Bunu nəzərə 
alaraq işsiz əhalinin sayının yüksək  olduğu Azərbaycanda bazar iqtisadiyyatına keçid 
işsizlərin sayına necə təsir edəcəyi barədə sual maraq kəsb edirdi. 
İşdə əmək resurslarının və yeniləşdirilmiş iş yerlərinin tarazlaşdırılmasının zəru-
riliyini nəzərə almaqla, onillik müddət ərzində əhalinin məşğulluğunun optimal həddə 
çatdırılması üçün, köhnə iş yerlərinin texniki yeniləşdirilməsi və respublikada yenidən-
qurmanın işə salınması tələbatını müəyyənləşdirmək məqsədi qarşıya qoyulmuşdu. 
1990-cı ildə “Azərbaycan SSR xalq təsərrüfatında ictimai istehsalın və sahələra-
rası  əlaqələrin sahəvi strukturlarının təkmilləşdirilməsinin  əsas istiqamətləri” mövzusu 
üzrə tədqiqatlar başa çatdırıldı. Bu mövzu SSRİ Dövlət Plan Komitəsinin yanında İETİ-
nin sifarişi ilə 1986-1990-cı illər  ərzində yerinə yetirilmişdir. Bu ildə özünümaliyyələş-
dirmə  və özünüidarəetmə  şəraitində xalq təsərrüfatı strukturunun optimallaşdırılması 
üzrə iş başa çatdırılmışdır.Tədqiqatın gedişində 1995-ci ilədək olan dövrdə iqtisadi şə-
raitdə respublikanın iqtisadiyyatının inkişafının optimallaşdırılmasının hesablanmaları 
üçün baza kimi xidmət edən 1986-1990-cı illərə xüsusi diqqət verilmişdir. 
Respublikanın sosial-iqtisadi inkişafının 1986-1990-cı illərdəki nəticələrinin 
kompleks təhlili göstərirdi ki, respublika təsərrüfat və mədəni quruculuq yollarında və 
perspektiv inkişafın məqsədli quruculuğunun reallaşdırılması üçün lazımi ilkin şəraitin 
yaradılmasında müəyyən mərhələ keçmişdir. 
Bu ildə həmçinin “Azərbaycan SSR xalq təsərrüfatının müasir vəziyyətinin araş-
dırılması və məhsulun idxal və ixracı üzrə iqtisadi əlaqələrin inkişaf perspektivlərinin 
işlənib hazırlanması” mövzusu üzərində iş başa çatdırılmışdır. Mövzu 1986-1990-cı il-
lər ərzində yerinə yetirilmişdir. 
Aparılmış tədqiqat göstərirdi ki, Azərbaycan SSR ictimai əmək bölgüsünə, isteh-
salın ixtisaslaşması  və kooperasiyasına, ümumittifaq iqtisadi inteqrasiyaya daha fəal 
daxil olur. 80-ci illərin ortalarında Azərbaycanın sənaye məhsulunun təqribən yarısı 
ümumittifaq iqtisadi dövriyyə sahəsinə  və 80-dən çox xarici ölkələrə istiqamətlənirdi. 
Bununla yanaşı, Mərkəzdə dövlət idarəetmə orqanları ilə konkret problemlər üzrə təd-

136 
 
qiqat işlərinin aparılması istiqamətində sıx əlaqələrin yaradılması prosesi də  inkişaf et-
dirilirdi. Mərkəzin  əməkdaşları ekspert qismində müntəzəm olaraq Azərbaycan Res-
publikası Ali Sovetinin və icra strukturlarının işində də fəal iştirak edirdilər.  
Əmələ gələn əlaqələrdən görünür ki, respublika xalq təsərrüfatının inkişafı güclən-
dirilmiş iqtisadi əlaqələr, ixracın idxal üzərində daim artan üstünlüyü şəraitində  həyata 
keçirilir. Belə şərtlərdə həm ölkənin bütövlükdə, həm də müstəqil ittifaq ölkələrinin bazar 
münasibətlərinə keçmə ideyası Azərbaycan SSR üçün əsas iqtisadi yeniliklərdən biri idi. 
İqtisadi müstəqillik və bazar münasibətlərinə keçid şəraitində iqtisadiyyatın qeyri-
səmərəli strukturunun ləğv edilməsindən başqa regionlarla və respublikalarla məhsu-
lun ekvivalent prinsiplər üzərində ixracı üzrə qarşılıqlı və bərabər hüquqlu münasibət-
lərin inkişafından başlayıb sosial problemlərlə qurtararaq Azərbaycan üçün bir çox ağ-
rılı işləri aradan qaldırmaq üçün yeni imkanlar yaranırdı. 
“2010-cu ilədək Azərbaycan SSR-də rekreasiya obyektlərinin  şəbəkəsinin yara-
dılmasının iqtisadi problemləri” mövzusu üzrə tədqiqatlar 1989-1990-cı illər ərzində ye-
rinə yetirilirdi.Tədqiqatın məqsədi respublikada rekreasiya müəssisələrinin şəbəkəsinin 
müasir vəziyyəti və gələcək inkişaf yollarının müəyyənləşdirilməsi, onların ərazi aspek-
tində inkişaf xüsusiyyətlərinin aşkarlanması olmuşdur.Bazar iqtisadiyyatı  və idarəet-
mənin iqtisadi üsullarının rolunun artırılması şəraitində daha çox əhəmiyyətli rekreasiya 
təbiət istifadəsinin iqtisadi problemlərinin həlli vacib idi.Rekreasiya sferasının bazar 
münasibətlərinə keçidi rekreasiya xidmətləri istehsalçıları ilə istehlakçılar arasında qar-
şılıqlı maliyyə münasibətlərinin təkmilləşdirilməsinə imkan verən təsərrüfat mexaniz-
minin bir sıra zəruri elementlərinin dəqiqləşdirilməsini tələb edirdi. 
1990-cı ildə institutun əməkdaşları tərəfindən ETİ-nin tematik planı ilə nəzərdə 
tutulan, təsərrüfat müqaviləli və başqa işlərlə yanaşı  rəhbər orqanların tapşırığı ilə 
arayış, təhlil icmalı və təkliflər halında 80-dən artıq plandankənar iş yerinə yetirilmiş-
di.Həmin ildə institutda gənc alim və mütəxəssislərin “Müttəfiq respublikaların iqtisadi 
müstəqilliyi və onun həyata keçirilməsi yolları” mövzusunda respublika konfransı, 
“Müttəfiq respublikaların iqtisadi müstəqilliyi problemləri” mövzusunda elmi-praktik 
konfransı, həmçinin bazar iqtisadiyyatı və menecment üzrə beynəlxalq Azərbaycan-
Türk birgə simpoziumu keçirilmişdi. 
1990-cı ildə institutun əməkdaşları tərəfindən respublikanın rayon və şəhərlərin-
də, müəssisələrdə, əmək kollektivlərində fundamental iqtisadi qərarların, qətnamələ-
rin, tövsiyələrin və müddəaların praktiki reallaşması məsələləri üzrə, metodiki kömək-
lik göstərilməsi və radikal iqtisadi islahatların vəziyyətinin izahı üzrə əhəmiyyətli işlər 
görülmüşdür.  İnstitutun  əməkdaşları il ərzində televiziya və radioda, ümumittifaq və 
respublika konfranslarında, “Dəyirmi Masa”larda məruzələrlə, qəzet və jurnallarda 
çoxsaylı məqalələrlə çıxış edirdilər. 
1990-cı ildə Moskva şəhərində ETİİ-nin şöbə müdiri Vahid Tapdıq oğlu Novru-
zov öz doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. 
Bu il “İqtisadi müstəqillik və bazar münasibətləri şəraitində Azərbaycanın sosial-
iqtisadi inkişafı” adlanan elmi əsərlərin 10 ç.v. həcmində XXIII cildi redaksiya kollegi-
yasının məsul redaktoru Qorxmaz Cahangir oğlu İmanovun rəhbərliyi ilə çapdan çıx-
mışdır. 

 
137 
 
 
 
 
 

138 
 
Həmin ildə institutun yaranmasının 25 ili tamam oldu. Bu yubiley münasibətilə 
“Müttəfiq respublikaların iqtisadi müstəqilliyinin problemləri” elmi-praktik konfrans ke-
çirilmişdir. İki hissədən ibarət 24 ç.v. həcmində “Elmi-təcrübi konfransın materialları” 
çap edilmişdir. Elə həmin ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə institutda 
2 ixtisas üzrə iqtisad elmlər namizədi dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üz-
rə İxtisaslaşdırılmış Şura yaradıldı. 1990-cı ildə həmin Şuranın dörd iclası və institu-
tun tarixində ilk dəfə iki dissertasiya müdafiəsi keçirilmişdir. 
 
 

 
139 
 
 

140 
 
 
 
1991-ci ildə  ETİİ-nin fəaliyyəti Azərbaycan Respublikası Dövlət Plan Komitəsi 
Sədrinin 1990-cı il 26 dekabr tarixli 40 saylı əmrinə əsasən Azərbaycan Respublikası 
Dövlət Plan Komitəsində fəaliyyət göstərən şöbələrlə institutun elmi bölmələri arasında 
bağlanmış büdcə müqavilələrinə uyğun təşkil edilmişdir. Müqavilələr üzrə elmi-tədqiqat 
işlərinin mövzuları bazar münasibətlərinə keçid dövrünün əvvəlində respublikanın sosi-
al-iqtisadi inkişafının problemlərinin geniş dairəsini əhatə edirdi. Həmin il institut tərəfin-
dən 22 müqavilə bağlanmışdı. Aşağıdakı mövzular üzrə tədqiqatları aparılan bütün iş-
lər vaxtında bitirilib sifarişçilərə təqdim olunmuşdu: 
- “Bazar münasibətləri şəraitində Azərbaycan Respublikasında məhsuldar qüvvə-
lərin yerləşdirilməsi problemləri”. Bu mövzu müqavilə üzrə Respublika Dövlət Plan Ko-
mitəsinin “Məhsuldar qüvvələrin ərazi planlaşdırılması və yerləşdirilməsi” şöbəsi ilə bir-
likdə yerinə yetirilmişdir. Tədqiqatın məqsədi bazar münasibətləri şəraitində məhsuldar 
qüvvələrin yerləşdirilməsi və təkmilləşdirilməsi problemlərinin elmi cəhətdən işlənib ha-
zırlanması idi. İşdə yeni təsərrüfatçılıq  şəraitində regional siyasətin xüsusiyyətləri nə-
zərdən keçirilmişdir. Respublikadaxili regionların sosial-iqtisadi inkişafının sürətləndiril-
məsi məqsədi ilə stimullaşdırmanın müxtəlif iqtisadi metodlarının (güzəştlərin, ssudala-
rın və kreditlərin verilməsi, müəyyən müddətə müxtəlif vergilərdən azad olunma və s.) 
tətbiq edilməsi təklif edilirdi. Respublikanın, o cümlədən respublikadaxili regionlar üzrə 
ehtiyat potensialının vəziyyətinin öyrənilməsinə böyük diqqət yetirilmiş, onların xalq tə-
sərrüfatı dövriyyəsinə cəlb edilməsi dərəcələri tədqiq olunmuş, ətraf mühitin mühafizə-
sinin vəziyyəti təhlil edilmişdir. Tədqiqat işində bazar münasibətləri şəraitində şəhərlə-
rin inkişafına xüsusi yer ayrılmış, respublikanın xalq təsərrüfatı kompleksinin inkişafın-

 
141 
 
 
da və şəhər təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsində şəhərlərin yeri və rolu 
nəzərdən keçirilmişdir. 
“Bazar münasibətləri şəraitində xalq istehlakı malları istehsal edən kiçik müəssi-
sələrin inkişaf perspektivləri” (F.A.Məmmədov, T.Q.Cavadov) mövzusu üzrə  tədqiqat 
işi Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin “Xalq istehlakı malları” şöbəsi ilə 
müqavilə üzrə yerinə yetirilmişdir. Sosial gərginliyin artması, əmək və istehsal intizam-
larının aşağı olması, təsərrüfatlararası əlaqələrin pozulması, millətlərarası konfliktlərin 
əhəmiyyətli dərəcədə  dərinləşməsi öz növbəsində kiçik müəssisələrin və kooperativ-
lərin gələcək inkişafının zəruriliyini qarşıya qoymuş və iqtisadiyyatın strukturunun yeni-
dən qurulmasını tələb edirdi. Strateji məqsədlərin belə qoyuluşundan aydın olurdu ki, 
yeni iqtisadi təsərrüfatçılıq sisteminə keçid şəraitində istehsal həlqəsinin  əsası olan 
müəssisənin inkişafı xüsusi aktuallıq kəsb edir. 
Aparılmış tədqiqat göstərirdi ki, Azərbaycanın kooperativ hərəkatın inkişafında əldə 
edilmiş müəyyən uğurlarına baxmayaraq, kooperativlərin istehsal etdiyi məhsulların həcmi 
əhalinin artan tələbatına hələ  də cavab vermir, onların inkişaf səviyyəsi bir sıra keçmiş 
müttəfiq respublikalardan geri qalır. Buna görə  də perspektivdə respublikada müxtəlif 
kooperativlərin yaradılmasına və inkişafına, onların maddi-texniki bazasının möhkəmlən-
dirilməsinə və bunun əsasında kooperativlərin məhsul və xidmətlərinin reallaşdırılmasına 
və istehsalın hərtərəfli genişləndirilməsinə daha artıq diqqət yetirmək lazımdır. 
Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin “Planlaşdırma və idarəetmənin 
təsərrüfat mexanizminin təkmilləşdirilməsi”  şöbəsinin sifarişi ilə aparılan “Azərbaycan 
sənayesinin dövlətsizləşdirilməsi problemi” mövzusunun tədqiqi elmi maraq və təcrübi 
əhəmiyyət kəsb edirdi. Tədqiqat işində mövcud olan xarici və ölkə iqtisadi ədəbiyyatı-
nın öyrənilməsi və ümumiləşdirilməsi, həmçinin prinsipial planda direktiv materiallar 
əsasında mülkiyyətin dövlətsizləşdirilməsi mahiyyəti, təsərrüfatın çoxukladlılığa ke-
çidinin təmin edilməsində onun yeri və rolu, sahibkarlığın inkişafı, əməyin motivasiyası 
və s. müəyyən edilmişdir. Aparılmış təhlil əsasında sənayenin dövlətsizləşdirilməsi xü-
susiyyətləri aşkar edilmişdir. Tədqiqatın yekununda belə nəticəyə gəlinmişdir ki, nəinki 
iqtisadi, həm də sosial xarakterli ayrı-ayrı obyektiv və subyektiv səbəblərin təsiri altında 
Azərbaycan sənayesində mülkiyyətin dövlətsizləşdirilməsi prosesi digər keçmiş ittifaq 
respublikalarından daha ağrılı keçəcəkdir. Sənayenin ayrı-ayrı sahələrində dövlətsiz-
ləşdirilmə prosesinin əmələ  gəlməsinin spesifik xüsusiyyətlərinin aşkarlanması  məq-
sədilə respublikanın yüngül sənaye müəssisələri seçilmişdir. Ətraflı araşdırmadan son-
ra yüngül sənayedə dövlətsizləşdirmənin xarakteri və istiqamətləri müəyyən edilmiş, 
yüngül sənayenin mövcud müəssisələrinin bazasında səhmdar cəmiyyətinin yaradıl-
masının ümumi müddəaları hazırlanmışdır. 
1991-ci ildə bunlarla yanaşı aşağıdakı işlər də başa çatdırılmışdır: 
- “Azərbaycan Respublikasında ailənin inkişafının demoqrafik xüsusiyyətləri və 
2010-cu ilə qədər onun perspektivləri. Azərbaycan Respublikasında ailənin inkişafının 
müasir vəziyyəti” (məsul icraçılar: K.V.Məmmədov, S.V.Mirzəyeva, N.A.Mustafayeva); 
- “Yerli Şuraların bələdiyyə mülkiyyətinin formalaşdırılması və fəaliyyəti” (S.M.Qa-
sımov, A.K.Əsgərov, N.N.Hüseynova, E.İ.Emir-İlyasova); 

142 
 
- “Bazar  münasibətləri  şəraitində ASK-nın inkişaf perspektivləri” (Ş.E.Yaqubov, 
İ.K.Süleymanov, S.A.Vəliyev, A.A.Bayramova, Ş.Ş.Muxtarova); 
-  “İqtisadi müstəqillik  şəraitində Azərbaycanın xalq təsərrüfatı proporsiyalarının 
tənzimlənmə problemləri” (A.H.Hacıyev, E.M.İbrahimova); 
- “Azərbaycan Respublikasının respublikalararası iqtisadi münasibətlərində ekvi-
valentliyin nail olma yolları” (R.M.Məmmədov, A.İ. Xasayeva); 
- “Azərbaycan Respublikası üzrə istehlak səbətinə daxil olan ərzaq və qeyri-ər-
zaq mal və xidmətlərin siyahısının işlənib hazırlanması” (Ə.M.Babaşov, A.M.Tağıyev, 
T.Ş. Mirhüseynova); 
- “Azərbaycan Respublikasının elm sahəsində bazar münasibətlərinin inkişafı” 
(R.A.Ağayev, T.S.Abbasov, F.F.Ələkbərova); 
- “Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanın ehtiyaclarına uyğun olaraq 
maşınqayırma kompleksinin strukturunun təkmilləşdirilməsi” (Z.H.Kəsəmənli, A.M.Əli-
yev, S.X.Səfərov). 
1991-ci ildə institutun Elmi Şurası elmi-tədqiqat işlərinin planına  əsasən yerinə 
yetirilmiş hesabatların müzakirəsi ilə yanaşı, təşəbbüslü və plandankənar işlər üzrə 
tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunmuş 12 iclas keçirilmişdir. Elmi Şura-
nın genişləndirilmiş iclaslarına digər təşkilatların aparıcı alimləri və mütəxəssisləri dəvət 
olunmaqla “Mülkiyyət haqqında” Qanunun layihəsi və digər  əsas iqtisadi sənədlər və 
materiallar müzakirə edilmişdir. Bundan başqa Elmi Şurada elmi adların verilməsi, dis-
sertasiya mövzularının təsdiq edilməsi və dissertasiya işlərinin müzakirəsi və s. mə-
sələlərə də baxılmışdır. 
1991-ci ildə əvvəlki illərdə olduğu kimi institutun əməkdaşları tərəfindən radikal 
iqtisadi islahatların müddəalarının izahı  və metodik yardımın göstərilməsi üzrə  əhə-
miyyətli iş görülmüşdür. Həmin ildə redaksiya kollegiyasının məsul redaktoru i.e.d., 
professor Qorxmaz Cahangir oğlu  İmanovun rəhbərliyi ilə 10 ç.v. həcmində “Bazar 
münasibətlərinə keçid şəraitində Azər-baycan iqtisadiyyatının problemləri” adlı elmi 
əsərlər toplusunun XXIV cildi hazırlanmış və nəşr edilmişdir. 
Elə həmin ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə institutda 
iqtisadiyyat elminin üç vacib ixtisası üzrə yüksəkixtisaslı alim-iqtisadçıların hazırlanma-
sı hüququ olan aspirantura şöbəsi açıldı. Bu il institutun İxtisaslaşdırılmış Müdafiə Şu-
rası da öz fəaliyyətini xeyli fəallaşdırmış və İxtisaslaşdırılmış Şurada 7 namizədlik dis-
sertasiyasının müdafiəsi ilə yanaşı,  8 iclası da olmuşdur. Həmin ilin sonuna institutun 
əməkdaşlarının sayı 203 nəfər olmuş, o cümlədən 80 elmi işçidən 3-ü elmlər doktoru 
və 33-ü elmlər namizədi idi. 
1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının Ali Soveti Azərbay-
can Respublikasının dövlət müstəqilliyinin bərpası və ölkədə demokratik dövlət quru-
culuğu prinsipləri və  ənənələrinin varisliyinin təmin olunması  məqsədilə Azərbaycan 
Milli Şurasının 1918-ci il 28 mayda qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsaslanaraq 
və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan 
Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, 
222-XII nömrəli “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya 
Akt”ını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun siya-
si və iqtisadi əsaslarını təsis etmişdir.  
 

 
143 
 
 
 
 
 
 
 

144 
 
 
 
 

 
145 
 
 
 
 
 

146 
 
 
 
 

 
147 
 
 
 
 
 
 
 

148 
 
 
 
 

 
149 
 
 
 
 
 
 
 
 
 

150 
 
İİETİ əməkdaşlarının nəşr olunmuş elmi əsərləri 
 
 
 
 
 

 
151 
 
 
 
 
 
 
 
 
 

152 
 
 
 
 
 
 
 

 
153 
 
 
 
 
 
 
 

154 
 
 
 
 
 
 
 

 
155 
 
 
 
 
 
 
 
 
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə