Microsoft Word titul docx



Yüklə 56 Kb.
Pdf просмотр
səhifə6/7
tarix10.06.2017
ölçüsü56 Kb.
1   2   3   4   5   6   7
    Навигация по данной странице:
  • 1987-ci ildə

1986-cı ildə institut Azərbaycan SSR Dövlət Plan Komitəsində  təsdiq olunmuş 
plana uyğun tədqiqatlar aparmışdı.  İnstitutun tematik planına 22 mövzu, 21 iş  və           
7 mərhələ daxil idi, bundan başqa üç mövzu üzrə proqnoz yerinə yetirilirdi. Həmin ildə 
4 mövzu, 7 iş və 3 mərhələ bitirilmişdir. 
“Azərbaycan SSR-in inzibati rayonlar səviyyəsində 2000-ci ilədək məktəbəqədər 
idarələrin, ümumtəhsil məktəblərinin və səhiyyənin inkişaf və yerləşdirilmə sxeminin iş-
lənib hazırlanması” mövzusunda tədqiqatlar 1985-1986-cı illər ərzində aparılmışdı. Bu 
mövzu 3 işdən ibarət idi. “Ərazi aspektində səhiyyənin inkişafının müasir vəziyyətinin 
təhlili” işində  respublikanın bütün inzibati rayonları üzrə səhiyyənin maddi-texniki baza-
sının müasir vəziyyəti gözdən keçirilmiş və respublikada 1970-1985-ci illər üçün  səhiy-
yənin inkişaf meyillərinin təhlili verilmişdir. “Səhiyyə obyektlərinin inkişafı və yerləşdiril-
məsi sxeminin işlənib hazırlanması” işində 2000-ci ilədək respublikada bu sahənin in-
kişaf perspektivlərinin əsas istiqamətləri təsvir edilmiş, səhiyyənin maddi-texniki baza-
sının vəziyyətinin yaxşılaşdırılması, əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması yolları 
təklif olunmuşdur.  İşlənib hazırlanmış sxem səhiyyə sahəsinin  ərazi aspektində plan-
laşdırılması üçün böyük əməli əhəmiyyət kəsb edirdi. 
 

120 
 
 
 

 
121 
 
 
 
 
 
 

122 
 
“Məktəbəqədər idarələr, ümumtəhsil məktəbləri obyektlərinin inkişaf və yerləşdiril-
mə sxemi”nin işlənib hazırlanması (məsul icraçı: Eldar Hüseynqulu oğlu Məmmədov) 
işində  ərazi aspektində  məktəbəqədər uşaq idarələrinin və ümumtəhsil məktəblərinin 
inkişafının müasir vəziyyətinin təhlili verilmiş, onların respublikanın inzibati rayonları üz-
rə maddi-texniki bazasının müasir vəziyyəti nəzərdən keçirilmişdir. Tədqiqat işində 
2000-ci ilədək məktəbəqədər uşaq idarələrinin və ümumtəhsil məktəblərinin inkişafının 
əsas istiqamətləri və perspektivləri, respublikanın ayrı-ayrı yaşayış  məntəqələri üzrə 
ümumtəhsil məktəblərinin inşaası, ölçüləri müəyyən edilmişdir.  İşlənib hazırlanmış 
sxem məktəbəqədər uşaq idarələrinin və ümumtəhsil məktəblərinin yerləşdirilməsinin 
planlaşdırılması üçün böyük əməli əhəmiyyət kəsb edirdi. 
“Azərbaycan SSR-in elmi-texniki potensialının müasir vəziyyəti və istehsalda el-
mi və texniki nailiyyətlərin tətbiqinin sürətləndirilməsi üzrə  təkliflər” mövzusu 1985-
1986-cı illər  ərzində yerinə yetirilmişdi. Həmin mövzuda XI beşilliyə elmin sahə, ali 
təhsil və zavod sektorlarının inkişafının əsas göstəriciləri təhlil edilmiş və onların inki-
şafının intensivləşdirilmə imkanları müəyyən olunmuşdur. Respublikanın elmi-texniki 
potensialı, elm və texnikanın nailiyyətlərinin istehsala tətbiqi üzrə mövcud olan ehti-
yatların təhlili təqdim olunmuşdu.Tədqiqatda elmi bölmələrin ehtiyatlarının strukturu-
nun yenidən qurulmasının zəruriliyini müəyyən edən  əsas amillər olan kadr, maddi-
texniki və maliyyə resurslarının respublikanın sosial-iqtisadi inkişafının  ən aktual 
problemlərində təmərküzləşməsini təmin edən şərtlər nəzərdən keçirilmişdir.  
“Elmin sahə, ali təhsil və zavod sektorlarının Azərbaycan SSR-in xalq təsərrüfatı-
nın inkişafının intensivləşdirilməsinə  təsiri” mövzusunda tədqiqat 1986-cı il ərzində 
aparılırdı. Hesabatda bir manat xərcə illik iqtisadi səmərənin və iqtisadi səmərəliliyin di-
namik və struktur xarakteristikaları vasitəsiylə elmi bölmələr üzrə tədqiqat və işləmələ-
rin nəticələrinin, həmçinin Elmi Tədqiqat Təcrübi Konstruktor işlərinin elmi-texniki səviy-
yəsinin və  miqyaslarının qiymətləndirilməsi verilmişdir. 
1986-cı ildə bu üç mövzudan başqa elmi-tədqiqat planına uyğun olaraq 19 möv-
zu, 19 iş və 7 mərhələ üzrə də tədqiqat aparılırdı. Onlar arasında respublikanın məh-
suldar qüvvələrinin inkişafının konseptual məqsəd və vəzifələri nəzərdən keçirilmiş və 
sosial-iqtisadi inkişafın sürətini və proporsiyalarını uzunmüddətli proqnozu həyata 
keçirən “2005-ci ilədək Azərbaycan SSR məhsuldar qüvvələrinin inkişaf və yerləş-
dirilmə Sxemi” işinin ilkin təhlilinin işlənib hazırlanmasını qeyd etmək lazımdır. Burada 
həmçinin respublikanın məhsuldar qüvvələrinin  ərazi təşkilinin təkmilləşdirilməsinin 
əsas istiqamətləri verilmişdir. “Sxem” SSRİ Dövlət Plan Komitəsinin nəzdindəki 
MQÖŞ-də müzakirə olunmuş və müsbət qiymətləndirilmişdi. 
1986-cı ildə Dövlət Plan Komitəsinin göstərişi ilə daha üç mövzu yerinə yetiril-
mişdi. Onlardan biri “Azərbaycan SSR-də ştamplanmış alüminium qab istehsalının in-
kişafının  əsas istiqamətləri” elmi məruzə  həmin ildə bitirilmiş, qalan iki mövzu üzrə 
tədqiqat davam etdirilirdi. Qeyd olunan elmi məruzənin məqsədi Yerli Sənaye Nazirli-
yinin müəssisələrində  ştamplanmış alüminium qab istehsalının müasir vəziyyətinin 
tədqiqi, inkişafı və uzunmüddətli perspektivdə Azərbaycan SSR-in əlvan metallurgiya-
sının idarə edilməsinə dair təkliflərin işlənib hazırlanması idi. 

 
123 
 
 
1985-1986-cı illər ərzində institut tərəfindən iki təsərrüfat hesablı iş yerinə yetiril-
mişdir. Onlardan biri SSRİ Dövlət Tikinti Komitəsinin İnşaat Nəqliyyat Sənayesi  Elmi-
Tədqiqat Layihə İnstitutunun sifarişi ilə “Azərbaycan SSR-də 2000-ci il müddətinədək 
fasiləsiz və yeni ixtisaslaşdırılmış nəqliyyat növlərinin inkişafının və yerləşdirilməsinin 
texniki-iqtisadi əsaslandırılması” (10 min manat dəyərində) işi olmuşdur. İkinci təsər-
rüfat hesablı iş isə 1 saylı çörək kombinatının sifarişi ilə “Bir saylı çörək kombinatında 
iş yerlərinin attestasiyası” (dəyəri 6 min manat) olmuşdur. Təsərrüfat müqaviləli işlə-
rin, institut üzrə qeydiyyata alınmış mövzuların, tematik plan üzrə elmi-tədqiqat işləri-
nin yerinə yetirilməsi ilə yanaşı, institut 1986-cı ildə direktiv orqanların tapşırığı ilə 40-
dan çox plandan kənar iş yerinə yetirdi. Azərbaycan KP MK üçün “Yeni təsərrüfatçılıq 
şəraitində sahə müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi üzrə Respublika 
Məişət Xidməti Nazirliyinin təşkilatçılıq işlərinin öyrənilməsinin nəticələri haqqında”, 
“Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadi və sosial tərəqqisi”, “Azərbaycan SSR-in 
digər Zaqafqaziya respublikaları ilə iqtisadi əlaqələri” adlı materiallar hazırlanmışdır. 
Azərbaycan SSR Nazirlər Sovetinə “İnvestisiya siyasəti və əsaslı tikinti” məruzə 
bölməsinə material hazırlanmışdır. Respublikanın Dövlət Plan Komitəsinə – “1985-ci 
ildə rayonun (şəhərin, vilayətin) əmək resursları balansının tərtib edilməsi üçün meto-
dik göstərişlər”, “Yeni təsərrüfatçılıq  şəraitində “Azərməişətayaqqabı” respublika is-
tehsalat birliyinin işlərinin nəticələri haqqında” materialları hazırlanmışdır. Azərbaycan 
SSR Elmlər Akademiyasına “Azərbaycan SSR-in 2010-cu ilədək demoqrafik pers-
pektivləri”, “İqtisadi normativlərin formalaşma metodlarının təkmilləşdirilməsi üzrə 
təkliflər” və bir sıra digər materiallar təqdim olunmuşdur.1986-cı ilin aprel ayında in-
stitut Azərbaycan SSR on birinci beşillikdə mülki müdafiə problemləri üzrə tədqiqatla-
rın aparılmasının yekunu üzrə konfrans keçirmişdir. Həmin konfransın işində SSRİ 
Müdafiə Nazirliyinin baş təşkilatları, respublika nazirliklərinin və idarələrinin nümayən-
dələri iştirak etmişdilər. 1986-cı ilin noyabr ayında institut tərəfindən “Elmi-texniki tə-
rəqqinin müasir tələbləri şəraitində elmi-texniki və sosial-iqtisadi proqnozlaşdırmanın 
təkmilləşdirilməsi məsələləri” mövzusunda respublika seminarı keçirilmişdir. Semi-
narın işində institutun əməkdaşlarından başqa respublikanın müxtəlif nazirliklərinin və 
idarələrinin  nümayəndələri də iştirak etdilər. 
İnstitutun elmi zənginliyinin  əsas göstəricisi dərc olunmuş materialların həcmi 
idi. 1986-cı ildə institutun əməkdaşları tərəfindən 60 məqalə, məruzələrin tezisləri və 
s. dərc olunmuşdur. İnstitutun bir qrup əməkdaşı respublika televiziyası və radiosun-
da, həmçinin əmək kollektivlərində öz məruzələri ilə çıxış edirdilər.Bu  ildə institut tə-
rəfindən “Azərbaycan SSR-də əsaslı tikintinin problemləri” tematik elmi əsərlər toplu-
su redaksiya kollegiyasının məsul redaktoru i.e.d. Vahid Cümşüd oğlu Axundovun 
rəhbərliyi ilə 10 çap vərəqi həcmində olan XIX cildi hazırlanıb nəşr olunmuşdur. 
 

124 
 
 
 
 
1986-cı ilin sonuna institut əməkdaşlarının sayı 273 nəfərdən ibarət idi. İnstitutda 
104 elmi işçi, o cümlədən 2 elmlər doktoru  (Vahid Cümşüd oğlu Axundov və Maksim 

 
125 
 
 
Abramoviç Abramov) və 51 elmlər namizədi çalışırdı.Bu ildə institutun 4 əməkdaşı 
(Əmirxan Mehralı oğlu Babaşov, Qəhrəman İlyas oğlu Şükürov, Elman Sirəc oğlu Rüs-
təmov vəRüstəm Ağa oğlu Ağayev) iqtisad elmlər namizədi alimlik dərəcəsini almaq 
üçün təqdim etdikləri dissertasiya işlərini müdafiə etdilər. 
1987-ci ildə institut tərəfindən elmi-tədqiqat işləri Azərbaycan SSR Dövlət Plan 
Komitəsinin 1987-ci il 30 yanvar tarixli Kollegiyası tərəfindən təsdiq olunmuş  “1987-ci 
ilə Elmi-tədqiqat işləri planı”na  uyğun olaraq, həmçinin yuxarı orqanların direktiv gös-
tərişləri nəzərə alınmaqla aparılırdı.Həmin il institutda 25 mövzu, 26 iş, 12 mərhələ 
üzrə tədqiqat işi aparılırdı. Bundan başqa iki iş təsərrüfat müqaviləsi əsasında yerinə 
yetirilirdi. 1987-ci ildə 5 mövzu, 12 iş və 7 mərhələ üzərində işlər sona çatdırıldı.  
“Sahəvi planlaşdırmanın metodologiyasının təkmilləşdirilməsi” mövzusu üzrə təd-
qiqatlar 1985-1987-ci illər ərzində aparılırdı və özündə 3 mərhələni birləşdirirdi: “Plan-
laşdırmada iqtisadi normativlərin səmərəli istifadəsinin normativlərin formalaşdırılması 
metodlarının təkmilləşdirilməsi üzrə  təkliflər”, “İqtisadi normativlərin təsnifatı  və  tərkibi 
üzrə  təkliflər”. Tədqiqatın gedişində planlaşdırma və iqtisadi stimullaşdırmada norma-
tivlərin istifadəsinin səmərəliliyi, onların iqtisadi və metodik əsaslandırılması qiymətlən-
dirilmiş, on ikinci beşillikdə sahəvi xüsusiyyətlər nəzərə alınmaqla iqtisadi normativlərin 
tətbiqi sisteminin, formalaşdırılma metodlarının təcrübədə təkmilləşdirilməsi yolları mü-
əyyən edilmişdir. Aparılmış  tədqiqatda “Normativlərin planlaşdırılmasının metodologi-
yası” anlayışını müəyyən etməyə cəhd edilmiş, normativlərin planlaşdırılmasının əsas 
prinsipləri nəzərdən keçirilmiş  və  əsaslandırılmış normativlərin  qruplaşdırılması    və 
təsnifatı verilmişdir.  
“Kənd təsərrüfatı istehsalında elmi-texniki tərəqqinin iqtisadi problemləri” möv-
zusu üzrə tədqiqat 1986-1987-ci illər ərzində aparılmışdır. Bu mövzu iki işdən ibarət 
idi, onlardan biri “Elmi-texniki tərəqqi və kənd təsərrüfatı istehsalının səviyyəsinin və 
səmərəliliyinin yüksəldilməsində onun rolu” adlanırdı. Bu işdə qeyd olunurdu ki, elmi-
texniki tərəqqi kənd təssərüfatı istehsalının hərtərəfli keyfiyyət mükəmməlliyini əhatə 
edir, əkinçiliyin və heyvandarlığın bütün sahələrində mexanikləşdirmənin, avtomatlaş-
dırmanın və elektrikləşdirmənin tətbiqini nəzərdə tutur. “Kənd təsərrüfatı istehsal in-
frastrukturu sahəsində elmi-texniki tərəqqi” adlanan ikinci işdə qeyd olunurdu ki, iqti-
sadi inkişafın indiki mərhələsində  əhalinin  ərzaq məhsullarına tələbatının tam təmin 
edilməsi daha çox yetişdirilmiş məhsulun saxlanılmasından və onun itkilərinin azaldıl-
masından asılıdır. Lakin kənd təsərrüfatı  məhsullarının saxlanılması, daşınması  və 
emal edilməsi ilə  məşğul olan aqrar-sənaye kompleksinin mövcud inkişaf səviyyəsi 
ərzaq təchizatının yaxşılaşdırılması  vəzifələrinə  və  Ərzaq proqramının yerinə yetiril-
məsinə cavab vermirdi. 
“Azərbaycan SSR-də elmin təcrübi-eksperimental bazasının vəziyyəti və onun 
səmərəliliyinin yüksəldilməsi yolları” mövzusu üzrə tədqiqat işi 1986-1987-ci illər ərzin-
də aparılmışdır. Yerinə yetirilən tədqiqatın məqsədi respublikanın təcrübi-eksperimen-
tal bazasının inkişafının müasir səviyyəsinin qiymətləndirilməsindən və onun planlı və 
proporsional inkişafının təmin edilməsi üzrə tövsiyələrin tərtib edilməsindən ibarət idi. 
İşdə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq elmi  idarələrin təcrübə bazaları ilə tə-
min edilmə dərəcəsinin təhlili verilmiş, bu məsələ nəinki sahəvi, həm ərazi bölgüsündə, 

126 
 
həm də elmi bölmələr üzrə nəzərdən keçirilmişdir. Respublikanın təcrübə bazalarının 
kadr resurslarının təhlili göstərirdi ki, onların kəmiyyət və keyfiyyət tərkibi o dövrün tə-
ləblərinə uyğun gəlmirdi. Yoxlanılmış bazaların 80%-dən çoxunda nəzərə çarpacaq işçi 
çatışmazlığı qeyd olunurdu. Təcrübi-eksperimental bazaların işçilərinin keyfiyyət 
tərkibinin əhəmiyyətli təkmilləşməyə ehtiyacı vardı.  
“Azərbaycan SSR sənayesində mexanikləşdirmə  və avtomatlaşdırmada  əsas 
vasitələrdən istifadənin səmərəliliyi” mövzusu üzrə tədqiqat işi 1987-ci il ərzində apa-
rılmışdır. İşin məqsədi istehsal proseslərində mexanikləşdirilmə və avtomatlaşdırılma-
nın  əsas vasitələrindən istifadənin müasir vəziyyətinin qiymətləndirilməsi və bunun 
əsasında onlardan istifadənin səmərəliliyinin yüksəldilməsinə imkan yaradan tək-
liflərin hazırlanmasından ibarət idi. Aparılan tədqiqat göstərdi ki, respublika sənaye-
sində uzun müddət ərzində elmi-texniki tərəqqinin ayrı-ayrı istiqamətləri üzrə tədbir-
lərin tətbiqi zamanı artım sürətində xeyli fərqlər və ifrat bərabərsizliklər müşahidə 
olunmuşdur. İstifadə olunan avadanlığın modernləşdirilməsi və hesablama texnikası-
nın tətbiqi üzrə tədbirlərin kəmiyyətində mütləq azalma baş vermişdir. Avtomatlaşdır-
ma kimi belə vacib istiqamətlər üzrə artım qeyd olunmurdu. İşdə qeyd olunurdu ki, 
1958-ci ilə qədər hətta respublikanın maşınqayırma və metal emalı müəssisələrində 
bir dənə də olsun avtomatlaşdırılmış xətt quraşdırılmamışdır. İstehsalın mexanikləşdi-
rilmə  və avtomatlaşdırılma vasitələrinin  əsas artımı IX, xüsusilə X və XI beşilliklər 
dövrünə təsadüf etmişdi. 
“Azərbaycan SSR elm və elmi xidmət müəssisələrinin inkişafı  və yerləşdirilməsi 
Sxemi” mövzusu üzrə tədqiqat işi 1986-1987-ci illər ərzində yerinə yetirilmiş və “Sxem” 
ilkin layihə variantı kimi təqdim edilmişdir. “Sxem”də Azərbaycan SSR elmi-texniki po-
tensialının müasir vəziyyəti və ondan istifadənin səmərəliliyi nəzərdən keçirilmiş, mad-
di-texniki, kadr, maliyyə, məlumat və  təşkilati tərkibinin inkişafının təhlili verilmiş, res-
publikanın elmi potensialının yerləşdirilməsinin təkmilləşdirilməsinin  əsas istiqamətləri 
müəyyən edilmiş, elmi potensialın tərkibinin dinamikasının proqnoz variantı verilmiş, 
ümumilikdə respublikanın 2005-ci ilədək sahələrinin inkişafının vacib elmi-texniki prob-
lemləri müəyyən edilmişdir. 
Başa çatdırılmış 5 mövzudan başqa, 1987-ci ildə elmi-tədqiqat işinin planına uy-
ğun olaraq daha 20 mövzu, 23 iş və 11 mərhələ üzrə tədqiqatlar aparılmışdır. Onların 
arasında 1975-1990-cı illər üçün xalq təsərrüfatının ayrı-ayrı sahələrinin və  sənaye 
sahələrinin inkişafının, 2005-ci ilədək onların inkişafının əsas istiqamətlərinin, həmçinin 
2005-ci ilədək beşilliklər üzrə nazirliklərin və idarələrin materialları əsasında məhsuldar 
qüvvələrin inkişafının və yerləşdirilməsinin əsas göstəricilərinin təhlili əsasında “2005-ci 
ilədək Azərbaycan SSR məhsuldar qüvvələrinin inkişafı  və yerləşdirilməsi Sxemi”nin 
dəqiqləşdirilmiş variantının işlənib hazırlanması xüsusilə seçilirdi.  
Tematik plan üzrə işlərin, təsərrüfat müqaviləli işlərin, institut üzrə verilən əmrlə 
qeydiyyata alınmış mövzuların yerinə yetirilməsi ilə yanaşı 1987-ci ildə institut tərəfin-
dən direktiv orqanların tapşırığı üzrə 50-yə yaxın iş yerinə yetirilmişdir.   . 
1987-ci il iyun ayının sonunda i.e.d. Vahid Cümşüd oğlu Axundov institutun di-
rektoru vəzifəsindən azad edilmişdir. 1987-ci il dekabr ayının əvvəlinə qədər direktor 
vəzifəsini müvəqqəti olaraq i.e.n. Eldar Sirac oğlu Nuriyev icra etmişdir. 

 
127 
 
 
“İctimai istehsalın intensivləşdirilməsi problemləri” mövzusunda redaksiya kolle-
giyasının məsul redaktoru i.e.n. Eldar Sirac oğlu Nuriyevin rəhbərliyi ilə elmi əsərlərin 
10 çap vərəqi həcmində XX cildi nəşr edilmişdir. 
1987-ci il dekabr ayının  əvvəlində 
Azərbaycan SSR Dövlət Plan Komitəsi 
yanında ETİİ-nin direktoru vəzifəsinə 
i.e.d., professor Qorxmaz Cahangir oğlu 
İmanov təyin edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

128 
 
1988-ci ildə ETİİ-də    tədqiqatlar 3 
istiqamət üzrə aparılırdı:  
I. Sovet  iqtisadiyyatının inkişaf pers-
pektivləri. Ölkənin sosial-iqtisadi inkişa-
fının sürətləndirilməsi yolları;  
II. Sosial inkişafın əsas istiqamətləri. 
Xalqın maddi rifah halının yüksəldilməsi-
nin,  əmək və  həyat  şəraitinin yaxşı-laş-
dırılmasının problemləri və perspektiv-ləri; 
III. Sovet  cəmiyyətinin keyfiyyətcə 
dəyişdirilməsi məqsədilə sosialist istehsal 
münasibətlərinin inkişafı . 
Bu ildə 8 mövzu, 13 iş və 10 mərhə-
lə    başa çatdırılmışdır. Bundan başqa 
38.6 min manat məbləğində təsərüfat mü-
qaviləsi əsasında 3 iş yerinə yetirilmişdir. 
Azərbaycan SSR Dövlət Plan Komi-
təsinin neft-qazçıxarma  şöbəsinin tapşırığı 
ilə “Azneft” Sənaye Birliyinin yataqlarında 
layların neftverməsinin artırılmasının yeni 
metodlarının iqtisadi səmərəliliyinin təhlili” mövzusu üzrə tədqiqat işi 1988-ci il ərzində 
aparılmışdır. İşdə “Azneft” Sənaye Birliyi Neft-Qaz Hasilatı İdarəsinin (NQHİ) fəaliyyəti-
nin 1985-1987-ci illər üçün əsas texniki göstəricilərinin qısa təhlili verilmişdir. Təhlil gös-
tərdi ki, ümumilikdə  həm birliklər üzrə, həm də ayrı-ayrı NQHİ-ri üzrə  nəzərdən keçi-
rilmiş müddətdə göstəricilər pisləşmişdir, yəni neft və qaz hasilatının, ümumi məhsulun 
həcmi azalmış, 1 ton neftin dəyəri artmış, bu da əsasən respublikanın qurudakı yataq-
larının uzunmüddətli istifadəsindən və lay enerjisinin tükənməsindən irəli gəlirdi. Buna 
görə  də köhnə, çox işlənmiş yataqlarda təkrar üsulların tətbiqi kifayət qədər səmərə 
vermədiyi üçün yeni metodların tətbiq edilməsi tələb olunurdu. 
“Regionun elmi-texniki potensialının idarə edilməsinin təkmilləşdirilməsi” elmi-təd-
qiqat işi bir il yarım müddətdə aparılmışdır. İşdə tədqiqat obyekti bir tərəfdən ərazidə 
əsas kadr, maddi-texniki, maliyyə, təşkilati tərkibinə görə yerləşən elmi müəssisələrin 
inkişaf səviyyəsiylə xarakterizə olunan respublikanın  elmi potensialını, digər tərəfdən 
istehsal proseslərinin mexanikləşdirmə  və avtomatlaşdırma dərəcələrinin, texnologi-
yaların, maşın və avadanlıqların inkişaf səviyyəsini xarakterizə edən Azərbaycan SSR-
in elmi-texniki potensialı idi. Tədqiqatın məqsədi respublikanın xalq təsərrüfatının qar-
şısında duran vəzifələrin əsas tərkibinin təhlili əsasında Azərbaycan SSR elmi-texniki 
potensialının təkrar istehsalına və formalaşdırılması prosesinə məqsədyönlü təsir üzrə 
iqtisadi və təşkilati  tədbirlər kompleksinin hazırlanması idi. Vəzifələrin əsas tərkibinin 
təhlilinin nəticələri  əsasında aparılan elmi-tədqiqat işində, respublikanın elmi poten-
sialının idarə edilməsinin təkmilləşdirilməsinin əsas istiqamətləri və inkişaf prioritetləri
respublikanın elmi potensialının idarə edilməsinin iqtisadi və  təşkilati  əsaslarının tək-
milləşdirilməsi üzrə bir sıra tövsiyələr müəyyən edilmişdir. 

 
129 
 
 
“Azərbaycan SSR Aqrar Sənaye Kompleksində (ASK) kənd təsərrüfat məhsulla-
rının istehsalının artırılması ehtiyatları” mövzusu üzrə  tədqiqat işi 1988-ci il ərzində 
aparılmışdır. İşdə yüksək inkişaf etmiş kənd təsərrüfatının yaradılmasının elmi-texniki 
tərəqqinin bütün nailiyyətlərindən geniş istifadə edilməsi əsasında, gələcək intensivləş-
dirmə yolu ilə kənd təsərrüfatı istehsalının artırılması üçün bütün potensial ehtiyatlarını 
səfərbər etməklə mümkün olması göstərilirdi. Qeyd olunurdu ki, kənd təsərrüfatı məh-
sulu istehsalının inkişafı üçün torpaq sahələrinin səmərəli istifadəsi vacib rol oynayır. 
Belə ki, respublikanın  kənd təsərrüfatına yararlı torpaqlarının 4.3 mln. ha olmasına 
baxmayaraq, işlənmiş sahələr yalnız 1.8 mln ha və ya 42% kənd təsərrüfatına yararlı 
torpaqlardan ibarətdir. 
“2005-ci ilədək olan dövrdə Azərbaycan SSR inzibati rayonları səviyyəsində  mə-
dəniyyət obyektlərinin  inkişafı və yerləşdirilməsi sxeminin işlənib hazırlanması” mövzu-
su üzrə elmi-tədqiqat işi 2 mərhələdə yerinə yetirilmişdir. 1987-ci ildə birinci mərhələ  -
“2005-ci ilədək olan dövrdə respublikada kütləvi kitabxanalar şəbəkəsinin inkişafı  və 
yerləşdirilməsi” - yerinə yetirilmiş, “2005-ci ilədək olan dövrdə respublikada kino qurğu-
larının inkişafı və yerləşdirilməsi” ikinci mərhələ üzrə tədqiqat 1988-ci ildə aparılmışdır. 
1987-ci ildə aparılmış  tədqiqatın  əsas məqsədi respublikada kitabxana müəssisələri 
şəbəkəsinin vəziyyətinin öyrənilməsi və gələcək inkişaf yollarının müəyyən edilməsi idi. 
İşin ikinci mərhələsində əsasən “2005-ci ilədək olan dövrdə respublikada kino qurğu-
larının inkişafı  və yerləşdirilməsi” respublikanın kino qurğularının  əsas hissəsini təşkil 
edən Kinematoqrafiya Komitəsi üzrə kino qurğularının vəziyyəti nəzərdən keçirilmişdir. 
Kino qurğuları  şəbəkəsinin yerləşdirilməsinin təhlili  əsasında aydın olmuşdur ki, kino 
zallarının yerləşdirilməsi və tutumu regionlarda yerləşdirilmə sistemindən, planlaşdı-
rılmış strukturdan və əhalinin sayından asılıdır. 
Bu ildə institut tərəfindən həmçinin Respublika Dövlət Plan Komitəsi tərəfindən 
müzakirə edilən və bəyənilən “2005-ci ilədək olan dövrdə Azərbaycan SSR-in sosial-
iqtisadi inkişaf konsepsiyası”nın dəqiqləşdirilmiş variantı işlənib hazırlanmışdır. Daha 
sonra, 1988-ci il 4 mart tarixində konsepsiyanın bu variantına  SSRİ Dövlət Plan Ko-
mitəsində baxılmış və bəyənilmişdir.  
1988-ci ildə elmi-tədqiqat işlərinin tematik planlarının, təsərrüfat müqaviləli işlə-
rin yerinə yetirilməsi ilə yanaşı, institut direktiv orqanların tapşırığı ilə plandankənar 
40-dan artıq iş yerinə yetirmişdir. Elə həmin ildə institut tərəfindən redaksiya kollegi-
yasının məsul redaktoru i.e.d., professor Qorxmaz Cahangir oğlu İmanovun rəhbərliyi 
ilə “Azərbaycan SSR-in sosial inkişaf problemləri” elmi əsərlərin 13 çap vərəqi həc-
mində XXI cildi hazırlanmış və nəşr edilmişdir.  
Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ-yə 1987-ci ildə Qorxmaz Ca-
hangir oğlu  İmanovun yeni direktor təyin edilməsi ilə 1988-ci ildə institutun həm rəhbər-
liyində, həm də struktur bölmələrində müəyyən dəyişikliklər aparılmışdır. Belə ki, direktor 
müavini vəzifəsinə 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş  və instituta gəl-
məmişdən  əvvəl Azərbaycan SSR Elmlər Akademiyası sistemində çalışmış i.e.d. Sofiq 
Kəlbi oğlu Hüseynov təyin edilmiş, elmi katib vəzifəsinə isə i.e.n Rasim Tapdıq oğlu Həsə-
nov təyin edilmişdir. Şöbə müdirləri vəzifələrinə Rüstəm Ağa oğlu Ağayev, Rauf Mikayıl 
oğlu Məmmədov, Zemfira Məhərrəm qızı Məmmədova təyin edilmişdilər.
 

130 
 
 
 
 
 
 
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə