Microsoft Word titul docx


Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ-nin



Yüklə 56 Kb.
Pdf просмотр
səhifə5/7
tarix10.06.2017
ölçüsü56 Kb.
1   2   3   4   5   6   7
    Навигация по данной странице:
  • 1985-ci ildə

Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ-nin  
1983-cü ilə olan ştat cədvəli 
 
 

106 
 
 
 
 
 

 
107 
 
 
 
 
 
 

108 
 
Həmin il “1986-1995-ci illərə Azər-
baycan SSR mədəniyyət, səhiyyə  və 
turizm inkişafının regional problemləri” 
mərhələsilə birlikdə “1986-1995-ci illərə 
Azərbaycan SSR-də mədəniyyət, səhiy-
yə  və turizmin inkişaf problemləri” işi 
tam sona yetirilmişdir.  İşdə sahələrin 
inkişafının əsas meyilləri tədqiq edilərək, 
yuxarıda göstərilən sahələrin inkişafını 
ləngidən nöqsanlar aşkar olunmuşdur.  
“1986-1995-ci və  gələcək illərə 
Azərbaycan SSR-in əmək ehtiyatlarının 
və  əhalinin təkrar istehsalının sosial-iqti-
sadi problemləri” mövzusunda tədqiqatlar 
vacib yer tuturdu. Verilmiş mövzu çərçivə-
sində demoqrafiya sektoru tərəfindən ye-
rinə yetirilən “Ailə inkişafının mükəmməl 
vəziyyəti” işi maraq doğururdu. 
Əhali sakinliyi problemləri içərisin-
də o dövrdə ailənin formalaşmasının xü-
susiyyətləri tədqiqatları xüsusi yer alırdı, belə ki, ailə demoqrafik inkişafın xüsusiyyət-
lərini özündə cəmləşdirən cəmiyyətin ilk sosial-iqtisadi özəyidir. Ölkənin inkişaf mərhə-
ləsində ailənin formalaşmasının demoqrafik xüsusiyyətləri tədqiqinin aktuallığı Sovetlər 
İttifaqında, o cümlədən Azərbaycanın sosial-iqtisadi inkişaf proqramının işlənilməsi və 
reallaşdırılması ilə  əlaqədar get-gedə yüksəlirdi. Qeyd olunmuş elmi tədqiqatın  əsas 
məqsədi 1959-1979-cu illərdə Azərbaycan SSR-də ailənin demoqrafik inkişafının təhlili 
əsasında perspektivdə ailə sayının və strukturunun proqnozlaşdırılması üçün idi. 
“Azərbaycan SSR-də gələcək üçün meşə sənayesinin kompleks inkişafı və yerləş-
dirilməsinin iqtisadi və elmi-texniki problemləri” işi üzrə  həmin il “Azərbaycan SSR-də 
yüngül sənayedə istehsalın effektivliyinin yüksəldilməsi ehtiyatları” mərhələsi hazırlan-
mışdı. İş iki fəsildən ibarət idi, birinci fəsildə 1970-1980-ci illərə və on birinci beşilliyin iki 
ilinə Azərbaycan SSR-də yüngül sənayenin inkişafının təhlili  şərh edilmişdir.  İstehsal 
məhsulu planın yerinə yetirilməsi və dinamikası dəyər və natural ifadəylə faktiki material-
lar əsasında təhlil olunmuşdur. İşdə məhsulun keyfiyyət-növ göstəricilərinə baxılmış və 
istehsalın gələcəkdə effektivliyinin yüksəldilməsinə aid nəticə və təkliflər verilmişdir. 
1983-cü ildə “1986-1995-ci və gələcək illərə məişət xidmətinin və mənzil-kommu-
nal təsərrüfatı inkişafının kompleks problemləri” işi sona yetirildi. “1986-1995-ci illərə 
məişət xidmətinin və mənzil-kommunal təsərrüfatı inkişafının regional problemləri” mər-
hələsi işlənilmişdir. Bu elmi işdə iqtisadi və inzibati rayonlar üzrə  əhalinin ənənəvi və 
proqressiv xidmət növlərinə  tələbatının ödənilməməsi səbəblərinin təhlili verilmişdir. 
Burada respublikanın iqtisadi və inzibati rayonlar arasındakı məişət xidməti müəssisə-
lərinin təmin olunma səviyyəsinə görə mövcud ərazi fərqləri göstərilməklə yanaşı, işdə 
gələcək üçün respublikanın mənzil-kommunal təsərrüfat inkişafının regional xüsusiy-

 
109 
 
 
yətləri göstəriciləri verilmişdir. Bundan başqa,  işdə respublikanın iqtisadi rayonları üzrə 
əhalinin mənzil ilə təmin olunmasında differensasiyanın azaldılması yolları və respub-
likada mənzil tikintisinin artım tempini yüksəltmək yolları göstərilmişdir. 
“Uzunmüddətli perspektivə Azərbaycan SSR yerli sənayesinin kompleks inkişafı 
və yerləşdirilməsinin iqtisadi və elmi-texniki problemləri” işi üzrə “Azərbaycan SSR yerli 
sənayesində istehsal effektivliyinin yüksəldilməsi ehtiyatları” mərhələsi yerinə yetirilmiş-
dir.Bu işdə  əldə olunmuş  əmək məhsuldarlığının artım səviyyəsi xarakterizə edilmiş, 
verilmiş göstəricinin inkişafının qabağını alan əsas faktorlar aşkar olunmuş,  əmək və 
istehsalın təşkilinin yaxşılaşdırılması,  əməyin mexanikləşdirmə  səviyyəsinin yüksəldil-
məsi, iş vaxtının itirilməsinin azaldılması, əsas və həmçinin köməkçi istehsalda əl əmə-
yinin mexanikləşdirilməsi məsələlərinə baxılmışdı. Tədqiqatda əsas istehsal fondlarının 
istifadə  vəziyyəti nəzərdən keçirilmiş, respublikada yerli sənaye məhsulunun vacib 
növlərinin buraxılışı üzrə istehsal gücündən istifadə  dərəcəsi təhlil olunmuş, 1970-
1982-ci illərdə istehsala sərf olunan vəsaitlərin strukturu təhlil olunmuş,  əmtəə isteh-
salında maya dəyərinin azaldılması yolları aşkar edilmişdir. 
1983-cü ildə institutun struktur bölmələri tərəfindən ETİ-nin dövlət planı ilə  nə-
zərdə tutulmuş problem və mövzuların işlənilməsilə birlikdə 50-yə yaxın elmi arayış, 
məruzə və bu cür materiallar hazırlanıb planlaşdırma və direktiv orqanlara, digər təş-
kilat və idarələrə təqdim olunmuşdur. 
Azərbaycan KP MK-nın tapşırığı ilə maşınqayırma və metal emaletmə sektoru 
(sektor müdiri Oleq Aleksandroviç Penejennikov) tərəfindən  “Sov. İKP-nin XXVI qu-
rultayı  və Azərbaycan Kommunist Partiyasının XXX qurultayının qərarları  əsasında 
sənayedə əməyin səmərəliliyinin inkişafının əsas istiqamətləri və vəziyyəti barədə” işi 
yerinə yetirilmişdi. 
Azərbaycan KP MK-nın tapşırığı ilə “Nəqliyyat və rabitə məsələləri” şöbəsi (şö-
bə müdiri Raqib Vəli oğlu Məmmədov) “Respublika xalq təsərrüfatında nəqliyyat vasi-
tələrinin istifadəsinin effektivliyinin yüksəldilməsi, avtomobil nəqliyyatı ilə yük daşıma-
lar zamanı  şişirdilmiş  məlumatlarla mübarizənin gücləndirilməsi və duru-yanacaq, 
sürtkü materiallarının qorunmasının təmin olunması” arayışını təqdim etdi. Həmin şö-
bə tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinə “Avtomobil yük daşımaları effektivli-
yinin yüksəldilməsi barədə” məruzə hazırlanmışdır. “Ərazi planlaşdırılmasının təkmil-
ləşdirilməsi və rayonların inkişafı məsələləri” sektoru (sektor müdiri Maksim Abramo-
viç Abramov) “Respublika dağ rayonlarının iqtisadiyyat və  mədəniyyətinin vəziyyəti 
barədə” arayış hazırlamışdır. 
Azərbaycan KP MK tapşırığı ilə respublikaarası  əlaqələr sektoru (sektor müdiri 
Rauf Mikayıl oğlu Məmmədov) tərəfindən  “Məhsulun idxalı və ixracı üzrə respublika-
nın iqtisadi əlaqələri” və “Azərbaycan SSR-in Qafqaz iqtisadi rayonunun digər respubli-
kaları ilə iqtisadi əlaqələri barədə” materiallar hazırlanmışdır. 
Azərbaycan SSR Dövlət Plan Komitəsi ETİİ-nin Elmi Şurası həmişə institutun fəa-
liyyətinin təşkili və  rəhbərliyin həyata keçirilməsi üzrə kollegial elmi-məsləhətçi orqan idi. 
Elmi  Şuranın işi  əvvəlki illərdə olduğu kimi, 1983-cü ilin planına uyğun olaraq həyata 
keçirilirdi. 1983-cü ildə institutun elmi şurasının 13 iclası keçirilmişdi, bu iclaslarda institutun 
fəaliyyətinin nəticələri, sona çatdırılmış elmi-tədqiqat işlərinin nəticələri, dissertasiya möv-
zuları üzrə dissertantların və elmi rəhbərlərin təsdiqlənməsi məsələləri, müsabiqə yolu ilə 

110 
 
elmi vəzifələrin tutulması  məsələləri üzrə mövzular müzakirə olunmuşdur.Elmi  şurada 
həmçinin Azərbaycan SSR Dövlət Plan Komitəsində institutun 1982-ci il fəaliyyətinin 
yekunlarının müzakirəsinin nəticələrinə  və 1983-cü il 19 yanvar tarixli Azərbaycan SSR 
Dövlət Plan Komitəsi kollegiyasının qərarlarını yerinə yetirmək üçün institutun kollektivinin 
vəzifələrinə  də baxılmışdır. Kollegiya institutun öz fəaliyyətini yaxşılaşdırmaq məqsədilə 
konkret tədbirlərin işlənilməsi vəzifəsini qarşıya qoyurdu. Bu tədbirlər plan işlərinin, rəhbər 
orqanların və Azərbaycan SSR Dövlət Plan Komitəsinin tapşırıqlarınınvaxtında və 
keyfiyyətli yerinə yetirilməsində nəzarətin artırılmasına yönəldilmişdi. 
Bu dövrdə ETİİ-də mühüm elmi-təşkilati məsələlərin operativ həlli məqsədilə rəh-
bərlikdə daimi fəaliyyət göstərən istehsalat müşavirəsi mövcud idi. Bu müşavirənin 
tərkibinə institutun rəhbərliyi (direktor, üç müavin, elmi katib), həmçinin ictimai təşkilatla-
rın nümayəndələri daxil idi. 1983-cü ildə səkkiz iclas keçirilmişdir. İclaslarda konkret kadr, 
təsərrüfat və digər məsələlərə  operativ şəkildə baxılmış və qərarlar qəbul edilmişdir. 
Həmin dövrdə əmək aktivliyinin yüksəldilməsi və elmi tədqiqatların vaxtında yerin-
ə yetirilməsində əsas rol gənc alimlər şurasına və institutun mütəxəssislərinə məxsus 
idi. Öz fəaliyyətində gənc alimlər şurası SSRİ Elm və Texnika Dövlət Komitəsi və SSRİ 
Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təsdiqlənmiş “Elmi-tədqiqat, konstruktor, 
layihə-konstruktor və texnoloji təşkilat, elmi şöbə və ali məktəblər barədə gənc alimlər 
şurası əsasnaməsi”ni əldə rəhbər tuturdular. Gənc Alimlər Şurasının (GAŞ) planına uy-
ğun olaraq 12 və komsomol komitəsilə birgə 2 iclas keçirilmişdir. İclasda gənc mütə-
xəssislərin keyfiyyət artımı, onların ixtisaslarının artırılması, iqtisadi nəzəriyyənin öyrə-
nilməsi, kommunist mənəviyyatı ruhunda gənclərin tərbiyəsi və elmi dünyagörüşünün 
formalaşması müzakirə edilmişdir. 
Kadr seçimi, yerləşdirilməsi və elmi kadrların tərbiyəsi məsələləri hər zaman in-
stitutun rəhbərliyinin və ictimai təşkilatların diqqət mərkəzində olmuşdur. 1983-cü ildə 
bütün elmi vəzifələr (şöbə və sektor müdirləri, böyük və kiçik elmi işçilər) “Elmi işçivə-
zifəsini tutmaq qaydaları təlimatına” uyğun olaraq müsabiqə yolu ilə təmin edilmişdir. 
Müsabiqə seçimi iqtisad elminin qarşısında duran işgüzar və əxlaqi dəyərləri, müasir 
tələblərə ixtisas səviyyəsinin uyğunluğunu nəzərə alaraq müvafiq vəzifələrin təmin 
olunmasına imkan yaratdı. Müsabiqə ilə bərabər həmin il baş iqtisadçıların attestasi-
yası keçirilmişdir. Attestasiyanın nəticələrinə görə əməkdaşların gələcək inkişafı fəa-
liyyəti qiymətləndirilmiş və tövsiyələr verilmişdir. 
1984-cü il 1 yanvar tarixinə institutun əməkdaşlarının sayı 269 nəfər idi. Onlar 45 
sektoru olan 16 şöbədə fəaliyyət göstərirdilər. İşçilərin 194 nəfəri elmi işçi, onların bir 
nəfəri iqtisad elmləri doktoru, 54 nəfəri isə elmlər namizədi idi. İnstitutun rəhbərliyi 4 nə-
fərdən ibarət idi. Həmçinin bura 14 şöbə müdiri, 28 sektor müdiri, 36 böyük elmi işçi, 43 
kiçik elmi işçi, 68 baş iqtisadçı  və iqtisadçı, 75 elmi-köməkçi və xidmətçi heyət daxil 
idi.1983-cü ildə institutun 4 əməkdaşı namizədlik dissertasiyasını müdafiə etmiş, 2 
əməkdaş isə doktorluq dissertasiyasını müzakirəyə təqdim etmişdir. 
İlin sonunda i.e.d. Vahid Cümşüd oğlu Axundovun məsul redaktorluğu ilə 10 
çap vərəqi həcmində “Azərbaycan SSR-də məqsədli kompleks proqramın işlənib ha-
zırlanması problemləri” mövzusunda elmi əsərlərin XVI cildi çapdan çıxmışdır. 
 

 
111 
 
 
 
 
 

112 
 
1984-cü ildə Sov. İKP XXVI qurultayının qərarlarına uyğun olaraq, Azərbaycan 
SSR Dövlət Plan Komitəsi yanında ETİİ kollektivinin fəaliyyəti respublika xalq təsərrü-
fatının dinamik və  səmərəli inkişafının aktual problemlərinin və  gələcək üçün Azər-
baycan SSR məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin nəzəri və praktiki mə-
sələlərinin həll edilməsinə yönəlmişdi. ETİ-nin tematik planına uyğun olaraq 1984-cü ilə 
institutun fəaliyyəti 28 mərhələli 16 tədqiqat işini nəzərdə tutan 6 kompleks problemin 
işlənilməsinə  yönəlmişdi. İnstitut 1984-cü ilə nəzərdə tutulan ETİ planını tamamilə ye-
rinə yetirmişdir. 
Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin proqram-məqsədli metodlarının planlaş-
dırılması  təcrübəsində geniş istifadəsi nəzərdə tutulan tələblərini yerinə yetirmək 
məqsədiylə ETİİ Azərbaycan SSR Dövlət Plan Komitəsinin idarə və şöbələri ilə birlik-
də xalq təsərrüfatında məqsədli proqramların formalaşması sahəsində işləri aktivləş-
dirdi. Xüsusən, Azərbaycan SSR Elmlər Akademiyası  Rəyasət Heyətinin, Azərbay-
can SSR Dövlət Plan Komitəsinin və Tikinti işləri üzrə Azərbaycan SSR Dövlət Komi-
təsinin 1984-cü il 12 iyul tarixli qərarına əsasən institut uzunmüddətli “1991-2010-cu 
illərə Azərbaycan SSR-də elmi-texniki tərəqqi” adlı kompleks proqramın işlənilməsin-
də iştirak edirdi.İnstitut “Elmi-tədqiqatların planlaşdırılması və idarə edilməsi və onla-
rın nəticələrinin 1991-2010-cu illərdə Azərbaycan SSR xalq təsərrüfatında reallaşma-
sı” işi üzrə baş təşkilat təyin olunmuşdu. Bu kompleks proqramın əsas məqsədi elmi 
proqnozlaşdırmanın elmi-texniki inkişafın planlaşdırma təcrübəsiylə  əlaqələndiril-
məsinin təmin olunması idi. 
Bununla yanaşı ETİİ “Ümumi maşınqayırmada məhsul istehsalına tətbiq edilmə 
üzrə yüksək ixtisaslaşdırılmış sənayenin yaradılması” uzunmüddətli məqsədli komp-
leks proqramın həmicraçısı olmuşdur. Baş təşkilatın (SSRİ Dəzgahqayırma Sənayesi 
Nazirliyi) əlaqələndirmə planına uyğun olaraq institut həmin il yerinə yetirilmiş “2000-
ci ilə olan dövrədək fəaliyyət göstərən müəssisə və sexlərin ixtisaslaşdırılmasının tək-
milləşdirilməsi və istehsal əlaqələrinin (sahə, sahələrarası və ərazi) yaxşılaşdırılması 
üzrə təkliflər” işini təqdim etmişdir. 
Mərkəzi koordinasiya planının bu mərhələsində ümumi maşınqayırmada tətbiq 
edilə biləcək məhsul istehsalının ixtisaslaşma və təmərküzləşmə inkişafının texniki-iq-
tisadi şərtləri tədqiq edilmişdir və ümummaşınqayırmada tətbiq edilə biləcək məhsul 
istehsal edən müəssisə  və sexlərin ixtisaslaşması  və  təmərküzləşməsinin inkişafı 
üzrə təkliflər hazırlanmışdır. 
1981-1985-ci illər üçün mühüm iqtisadi problemlər üzrə ETİ-nin dövlət planına və 
təsdiq olunmuş SSRİ Dövlət Plan Komitəsinin nəzdindəki  İETİ-nin, Məhsuldar Qüv-
vələrin Öyrənilməsi üzrə  Şura və RSFSR Dövlət Plan Komitəsinin nəzdindəki MİETİ-
nin 1981-ci il 28 iyun tarixində təsdiq edilmiş birgə tədqiqat proqramına uyğun olaraq 
institut həmin ildə “1986-1995-ci illər və uzunmüddətli perspektiv üçün yaşayış  sə-
viyyəsinin yüksəldilməsi və sosial inkişaf sahəsində kompleks məsələlərin həlli üçün 
resursların daha səmərəli istifadəsinin istiqamətləri və miqyasları” mövzusunda təd-
qiqatı bitirmişdir. Həmin mövzu üzərində iş 4 il davam etmişdir.Bu mövzu üzrə tədqiqat-
da əhalinin alıcılıq qabiliyyəti, tələbatının təminin yaxşılaşdırılması, sosial infrastruktu-
run, əhalinin rasional istehlak büdcəsinin inkişafı və s. əhatə olunmuşdur və bu məsə-

 
113 
 
 
lələr üzrə  əhalinin həyat səviyyəsinin gələcək yüksəlişinə istiqamətlənmiş  təkliflər ve-
rilmişdir. 
İnstitutun elmi fəaliyyətinin mühüm istiqaməti kütləvi istehsalın maddi və maliyyə 
aspektlərini əks etdirən regional planlaşdırmanın sahələrarası modellər sisteminin ha-
zırlanmasında iştirakı olmuşdur. Bu iş SSRİ Dövlət Plan Komitəsinin  İETİ  və SSRİ 
EA-nın MİETİ ilə birgə yerinə yetirilirdi. Azərbaycan SSR-in 1980-ci,1985-ci, 1990-cı 
illər üçün hesabat, plan və perspektiv, dəyər və natural-dəyər sahələrarası balansları 
işlənib hazırlanmışdır. 
Azərbaycan SSR-in respublikalararası iqtisadi əlaqələrinin inkişafı problemləri-
nin işlənilməsi üzrə tədqiqatlar davam edirdi. 1984-cü ildə “2000-ci il üçün Kəlbəcər 
və  Lənkəran iqtisadi rayonlarının iqtisadi inkişafının  əsas istiqamətləri” mövzusunda 
iş görülmüşdür. Bu iş Azərbaycanın KP MK Bürosunun tapşırığı ilə yerinə yetirilirdi. 
Bu tədqiqatın məqsədi respublikanın dağlıq rayonlarının gələcək sosial-iqtisadi inki-
şafının intensivləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin işlənib hazırlanması olmuş-
dur. Adı çəkilən rayonlar üzrə ayrıca hesabat hazırlanmışdır. 
Respublikanın gələcək iqtisadi və sosial inkişafının tədqiqatlarının mühüm isti-
qamətlərindən biri o zaman təbii resursların səmərəli istifadə məsələlərinin işlənilməsi 
və  ətraf mühitin mühafizəsi olmuşdur. Bu baxımdan həmin ildə institut tərəfindən 
“Respublika şəhərlərinin su qoruyan obyektlərlə təminatını yaxşılaşdırma perspektiv-
ləri” adlı iş yerinə yetirilmişdir. İş üzrə aparılmış tədqiqatlar göstərmişdir ki, respubli-
kanın şəhər və qəsəbələri, həmçinin sənaye müəssisələri  ümumşəhər və yerli təmiz-
ləmə qurğuları ilə kifayət qədər təmin olunmamışlar. Su qoruyan obyektlərin işinin sə-
mərəliliyi və keyfiyyəti tələb olunan standartlara tam cavab vermirdi. Çox vaxt təmiz-
ləmədən sonra işlənmiş çirkab sularının tərkibində normadandəfələrlə artıq zərərli 
maddələr qalırdı. 
Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin xalq təsərrüfatının palnlaşdırma və 
idarəetmə formalarının fasiləsiz təkmilləşdirilməsini nəzərdə tutan 1979-cu il 12 iyul ta-
rixli qərarına  əsəsən ETİİ  “İctimai istehsalın planlaşdırılmasının və idarəedilməsinin 
təkmilləşdirilməsi problemləri” mövzusunda tədqiqatlar aparırdı.Həmin ildə bu mövzu 
üzrə respublikanın elektrotexnika sənayesinin iri birləşmələrinin nəticələrinə görə mü-
əssisələrin müstəqilliyinin və məsuliyyətinin genişləndirilməsi üzrə iqtisadi təcrübə şə-
raitində təsərrüfat fəaliyyəti tədqiq olunan “Elektrotexnika sənaye müəssisələrinin müs-
təqilliyinin genişləndirilməsi üzrə təcrübənin aparılma gedişinin təhlili və qiymətləndiril-
məsi” adlanan iş görülmüşdür.1984-cü ildə institutun struktur bölmələri tərəfindən plan-
dan kənar direktiv və plan orqanlarına, başqa təşkilat və idarələrə respublikanın iqtisadi 
və sosial inkişafının mühüm problemlərini əks etdirən 50-dən çox elmi arayış, məlumat 
vərəqəsi və bu kimi materiallar  hazırlanıb təhvil verilmişdir. 
“Məhsuldar qüvvələrin yerləşdirilməsinin kompleks problemləri”  şöbəsi (şöbə 
müdiri Mail Səməd oğlu Rəhimov) Azərbaycan SSR Dövlət Plan Komitəsinə və Kiro-
vobad (indiki Gəncə) şəhər Partiya Komitəsinə “Kirovobad şəhərinin 1986-1990-cı il-
lər və 2000-ci il müddətinə iqtisadi və sosial inkişafının əsas istiqamətləri layihəsinə 
təkliflər” mövzusunda elmi material təqdim etmişdir. 

114 
 
“İqtisadi rayonların ərazi planlaşdırılmasının və inkişafının təkmilləşdirmə prob-
lemləri” sektoru (bölmə müdiri Zili Həmid oğlu Adıgözəlov) tərəfindən Azərbaycan KP 
MK tapşırığı ilə  “Əli-Bayramlı (indiki Şirvan)  şəhərinin 2000-ci ilə kimi sosial-iqtisadi 
planı” hazırlanmışdır. 
SSRİ Dövlət Plan Komitəsinin nəzdindəki MQÖŞ-in tapşırığı ilə  “Ətraf mühitin 
mühafizəsi” bölməsi tərəfindən (bölmə müdiri Nadir Heydər oğlu Hacıbəyov) “Yeraltı 
sərvətlərin mühafizəsi və mineral xammalın səmərəli (kompleks) istifadəsi” arayışı 
hazırlanmışdır. 
“Xalq təsərrüfatı proporsiyaları və ictimai istehsalın səmərəliliyi” bölməsi (bölmə 
müdiri Semyon İxiloviç Divilov) Azərbaycan KP MK və Bakı şəhərinin Oktyabr (indiki 
Yasamal) rayonunun RİK-nə “XII beşilliyə Bakı şəhərinin Oktyabr rayonunun sənaye 
istehsalının inkişafı  və artırılması üzrə izahat və  təkliflər məruzə”sinin hazırlanması 
adlı material təqdim etmişdir. 
Energetika bölməsi (bölmə müdiri Səidə Qurbanova) tərəfindən Ümumittifaq 
Kompleks Yanacaq Energetika Prosesləri Elmi Tədqiqat İnstitutuna “Zaqafqaziya iqti-
sadi rayonunun müttəfiq respublikalarının və ümumiyyətlə, region üçün XII beşilliyə 
və 2000-ci il perspektivinə yanacaq-enerji balanslarının işlənib hazırlanması” işi təq-
dim olunmuşdur. 
“Respublika sənayesi və  mədəni-məişət təyinatlı  məhsulların istehsalı” bölməsi 
(baş elmi işçi Təhminə Muxtar qızı Məmmədova) Dövlət Plan Komitəsi üçün “Kiçik, or-
ta və iri müəssisələrin və istehsalların səmərəli əlaqələndirilməsi xalq təsərrüfatının və 
sənayenin səmərəliliyinin yüksəldilməsi istiqamətlərindən biri kimi” mövzusunda məru-
zə hazırlamışdı. 
Azərbaycan SSR Dövlət Plan Komitəsi ETİİ-nin elmi işlər üzrə direktor müavini 
Hamlet Yəhya oğlu İsmayılov Belorusiya SSR Brest şəhərində 1984-cü il23-25 may 
tarixlərində keçirilən “Tələbatın formalaşmasının sosial problemləri və xalq istehlakı 
strukturunun təkmilləşdirilməsi” mövzusunda keçirilən Ümumittifaq elmi seminarda iş-
tirak etmişdir.  
Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 24 aprel tarixli sərəncamına əsa-
sən oktyabr ayının 1-dən 5-nə kimi Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdin-
dəki ETİİ bazasında MDU-nun əhali məskunlaşması problemlərinin öyrənilməsi üzrə 
Mərkəzi ilə birlikdə Bakı  şəhərində  “Əhali məskunlaşması  və sosial infrastrukturun 
planlaşdırılmasının təkmilləşdirilməsi” adı altında Ümumittifaq elmi konfrans keçirilmiş-
dir. Konfransda QİYŞ-ə üzv ölkələrin alimləri, həmçinin ittifaq və müttəfiq respublikala-
rın aparıcı alim və mütəxəssisləri, Dövlət Plan Komitəsinin, Dövlət Əmək Komitəsinin 
və Mərkəzi Statistika İdarəsinin işçiləri iştirak etmişlər. Konfransın işi 3 bölmə üzrə keç-
mişdir. Ümumilikdə, konfransda 20 məruzə və 150 çıxış müzakirə edilmişdir. Son iclas-
da alim və mütəxəssislərin keçirilmiş görüşlərinin məhsuldar xarakterini qeyd edən 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini, Konfransın Təşkilat 
Komitəsinin sədri Fəridə Cəfər qızı Rüstəmbəyova çıxış etmişdir. 
1984-cü ildə redaksiya kollegiyasının sədri i.e.d. Vahid Cümşüd oğlu Axundo-
vun rəhbərliyi ilə “Azərbaycan SSR-də ərazi proporsiyalarının təkmilləşdirilməsi prob-
lemləri” adlı 9,7 çap vərəqi həcmində elmi əsərlərin XVII cildi çapdan çıxmışdır. 

 
115 
 
 
 
 

116 
 
 
 
 

 
117 
 
 
1985-ci ildə ETİİ-nin kollektivi ETİ tematik planına əsasən özündə 40 elmi iş və 5 
mərhələ birləşdirən 14 mövzu üzrə  tədqiqat aparmışdır. Həmin il 6 mövzu, 11 iş  və 4 
mərhələ bitirilmişdir.ETİ planına uyğun olaraq “Mədəniyyət, səhiyyə  və kurort-turizm 
kompleksləri” bölməsi tərəfindən “Ərazi aspektində səhiyyənin inkişafının müasir vəziy-
yətinin təhlilinin” birinci mərhələsi görülmüşdür. İşdə respublikanın inzibati rayonları üzrə 
səhiyyənin maddi-texniki bazasının vəziyyəti ətraflı təsvir olunmuşdur. Elmi işin tədqiqat 
obyektləri feldşer-mamalıq məntəqələri, ambulator-poliklinika, stasionar idarələrinin tibbi 
yardım növlərinə görə baxılan səhiyyə idarələri olmuşdur.  İşdə  təqdim olunan təhlil 
səhiyyənin maddi-texniki bazasının müasir vəziyyəti, perspektivdə səhiyyənin planlaşdır-
ma və proqnozlaşdırılmasına, tibbi kadrların və idarələrin iqtisadi cəhətdən əsaslandırıl-
mış ərazi bölgülərinin və yerləşdirilməsinin aparılmasına real imkanlar verdi. 
1985-ci ildə “Azərbaycan SSR inşaatında idarəetmənin təşkilati formalarının və 
strukturlarının təkmilləşdirilməsi” işi tam başa çatdırılmışdı.  İnşaatın idarəedilməsinin 
təşkilati strukturu əlaqələndirilmiş müxtəlifliyi və çoxcəhətliliyi ilə xarakterizə olunurdu. 
İdarəetmə sistemindəki çoxcəhətlilik işdə paralelliyə və qonşu təşkilatların funksiyaları-
nın təkrarlanmasına səbəb olurdu. Bu səbəbdən idarəetmənin səmərəliliyi və keyfiyyəti 
azalırdı. Buna görə də “SSRİ-nin 1986-2000-ci illər üçün və 2000-ci ilədək müddətə iq-
tisadi və sosial inkişafının əsas istiqamətləri” layihəsində idarəetmənin təşkilati struktu-
runun təkmilləşdirməsi üzrə  ətraflı proqram nəzərdə tutulmuşdur.İdarəetmə strukturu-
nun yenidənqurulması artıq idarələrin ixtisarı ilə deyil, davamlı və yüksək texniki-iqtisa-
di göstəricilərin alınmasına səbəb olan inşaat təşkilatlarının böyüdülməsi ilə, onların 
sayının azaldılması ilə, yerinə yetirilən işlərin həcminin optimal ölçülərə çatdırılması ilə 
həyata keçirilirdi.İşdə respublikanın inşaat təşkilatlarının praktiki fəaliyyətinin hərtərəfli 
təhlili və inşaatın idarəedilməsi və təşkilatı sahəsində aparılan elmi-tədqiqatların nəticə-
lərinin əsasında inşaatın idarəedilməsinin təşkilati-struktur formalarının inkişafı və gə-
ləcəkdə  təkmilləşdirilməsi, inşaat-montaj təşkilatlarına idarəetmənin qabaqcıl formala-
rının və metodlarının tətbiqi məsələləri nəzərdən keçirilirdi. İşin sonunda respublika in-
şaatında idarəetmənin təşkilati formalarının və strukturunun gələcəkdə  təkmilləşdiril-
məsi üzrə nəticələr və təkliflər verilmişdir. 
Energetika bölməsi tərəfindən 1985-ci ildə iki elmi-tədqiqat işi hazırlanmışdır. 
Bunlardan biri “1991-2000-ci illər üçün Azərbaycan SSR yanacaq-energetika balansı-
nın variantlarının işlənib hazırlanması” idi. İşdə illər üzrə XI və XII beşilliklərə  və 
2000-ci il perspektivə yanacaq-energetika resurslarının istehlak səviyyələri dəqiqləş-
dirilmişdir. Azərbaycan SSR xalq təsərrüfatının inkişafının əsas istiqamətləri haqqın-
da məlumatlara müvafiq olaraq, XII beşilliyə və 2000-ci il pespektivinə yanacaq-ener-
getika kompleks sahələrinin inkişafının və enerji istehlakının səviyyəsinin dəqiqləşdi-
rilməsi əsasında respublikanın 1990, 1995 və 2000-ci illər üçün yanacaq-energetika 
balansının variantı işlənib hazırlanmış və bu variantın səmərəliliyinin əsaslandırılması 
və 1984-cü ildə bölmənin əvvəlki işində təqdim olunan birinci Yanacaq-Enerji Balansı 
variantı ilə müqayisəsi təqdim olunmuşdur. Aparılmış  tədqiqatların və variantların 
müqayisəsi nəticəsində respublikanın 2000-ci il perspektivinə yanacaq-energetika ba-
lansının əsas istiqamətləri müəyyən edilmişdi. 

118 
 
İkinci elmi-tədqiqat işi isə “Azərbaycan SSR-in xalq təsərrüfatında 2000-ci il 
perspektivinə yanacaq-energetika resurslarının səmərəli istifadəsinin təmin edilməsi 
üzrə texniki-iqtisadi məruzə” idi. Həmin işin məqsədi Azərbaycan SSR xalq təsərrüfatı 
sahələrində yanacaq-energetika resurslarının istifadəsinin səmərəliliyinin yüksəldil-
məsinin əsas istiqamətlərinin və tədbirlərinin işlənib hazırlanması olmuşdu. 
Tədqiqatların nəticəsində yanacaq enerji resurslarından istifadə edilməmiş qəna-
ət imkanlarının aşkarlanması  məqsədi ilə  sənayenin  əsas enerji tutumlu sahələrində 
yanacaq-energetika resurslarının müasir vəziyyəti və istifadə səviyyəsi təhlil edilmişdir. 
2000-ci il perspektivinə respublikanın xalq təsərrüfatının sahələrində enerji resursları-
nın regional və səmərəli istifadəsinin əsas istiqamətləri üzrə tövsiyələr işlənib hazırlan-
mışdır. O dövrdə aparılmış tədqiqatlar arasında “Məhsuldar qüvvələrin yerləşdirilməsi 
problemləri” şöbəsi tərəfindən “Azərbaycan SSR-in ərazi proporsiyalarının 2000-ci ilə-
dək optimallaşdırılması” elmi işinin işlənib hazırlanması mühüm yer tuturdu. 
Ərazi proporsiyalarının səmərəli formalaşması ictimai istehsalın səmərəliliyinin 
gələcəkdə yüksəlməsinin həlledici  şərtlərindən biri idi. Bu hər  şeydən  əvvəl onunla 
əsaslandırılırdı ki, ərazi proporsiyaları ümumiləşdirci iqtisadi kateqoriya kimi xalq tə-
sərrüfatının inkişafını, hər bir müttəfiq respublikanın Ümumittifaq əmək bölgüsündə 
iştirakını, məhsuldar qüvvələrin respublika daxilində yerləşdirilməsi məsələlərini hər-
tərəfli tədqiq etmək imkanı verirdi.Respublikanın xalq təsərrüfatının inkişafının müasir 
vəziyyətinin regional bölgüdə  təhlili göstərdi ki, istifadə edilməmiş xeyli ehtiyatlar və 
iqtisadi rayonların potensialının gələcəkdə yüksəldilməsi və  ərazi strukturunun tək-
milləşdirilməsi imkanları vardır.Ümumilikdə, aparılmış  tədqiqat işləri  ərazi proporsi-
yalarının təkmilləşdirilməsinə istiqamətləndirilmişdi və respublikanın sosial və iqtisadi 
inkişaf planlarında irəli sürülən təkliflərin praktikada həyata keçirilməsi, yerli resurs-
ların səmərəli istifadəsi  əsasında ictimai istehsalın effektivliyinin artırılmasına təkan 
verirdi. 
1985-ci ildə ETİİ-də elmi işçi vəzifələrinin tutulması müsabiqəsi elan olunmuş-
dur. “Elmi işçi vəzifəsini tutmaq qaydaları təlimatı”na uyğun olaraq və institutda vəzi-
fələrin tutulması müsabiqəsinin iştirakçıları tərəfindən təqdim edilən materialların ba-
xılması üzrə Elmi Şuranın qərarına əsasən direktorun 1985-ci il 10 dekabr tarixli əmri 
ilə iki müsabiqə komissiyası yaradıldı. Birinci komissiyanın sədri direktorun elmi işlər 
üzrə müavini Arif Həsən oğlu Manafov, ikinci komissiyanın sədri isə direktorun müavi-
ni Eldar Sirac oğlu Nuriyev idi. 1985-ci ilin əvvəlində institutda elmi işçi vəzifələrinin 
tutulması müsabiqəsi keçirildi. 
Həmin ildə ETİ planında nəzərdə tutulan problemlərin və işlənib hazırlanması ilə 
yanaşı institutun struktur bölmələri tərəfindən direktiv və plan orqanlarına 50-dən çox 
elmi arayış, məruzə  və digər plandan kənar iş  təqdim olunmuşdu. Onlar arasında 
aşağıdakıları xüsusi qeyd etmək olar: 
 “Azərbaycan SSR-in 1990-cı il müddətinə demoqrafik inkişafı və əmək resurs-
larının səmərəli istifadəsi” Məqsədli Kompleks Proqramının materialı Azərbaycan 
SSR Dövlət Plan Komitəsinin Kollegiyasının tapşırığı ilə hazırlanmışdır; 
 “Bakı  şəhərinin Oktyabr (indiki Yasamal) rayonunun intensivləşdirmə proqra-
mı”nın materialı Azərbaycan KP MK və Bakı şəhəri Oktyabr RİK-nə təqdim olunmuşdur; 

 
119 
 
 
 “1980-2000-ci  illər üçün respublikanın xalq təsərrüfatı sahələrinin su tutumu” 
materialı Azərbaycan SSR Nazirlər Sovetinə təqdim olunmuşdur. 
1985-ci ildə institutun əməkdaşlarının aşağıdakı monoqrafiyaları hazırlanıb çap 
olunmuşdur: 
 R.M.Cəbiyev “Təsərrüfat mexanizmi və onun təkmilləşdirilmə problemləri” – 10 ç.v.; 
 M.A. Abramov “Servisin coğrafiyası” – 15 ç. v.; 
 K.V.  Məmmədov “Azərbaycan SSR-də ailənin inkişafı” – 12 ç. v. 
İnstitutun əməkdaşları tərəfindən 70-dən çox məqalə və məruzələrin tezisləri, o 
cümlədən, onlardan 16-sı Ümumittifaq və müttəfiq respublikaların konfranslarında 
çap olunmuşdur. Monoqrafiya və dissertasiya işlərinə 15-dən çox rəy hazırlanmışdı. 
İnstitutun elmi əməkdaşlarının ixtisaslarının gələcəkdə artırılması üzrə işlər da-
vam etdirilirdi. Həmin müddət ərzində institutun elmi işçisi Rasim Fərhad oğlu Tacəd-
dinov namizədlik dissertasiyasını müdafiə etdi. Bölmə müdiri R.M. Cəbiyev doktorluq 
dissertasiyasını müzakirə etmiş və ETİİ Elmi Şurasının müsbət rəyini almışdır. Şöbə-
lərdə Eldar Hüseynqulu oğlu Məmmədovun, Rəyasət Yaqub oğlu Səlimovun və Əh-
məd Səməd oğlu Rəhimovun dissertasiya işləri müzakirə olundu. 
1985-ci ildə i.e.d. Vahid Cümşüd oğlu Axundovun məsul redaktorluğu ilə “Azər-
baycan SSR-də aqrar sənaye kompleksinin inkişafının aktual problemləri” elmi əsər-
lərinin 10 çap vərəqi həcmində XVIII cildi nəşr edilmişdir. 
1985-ci il 28-29 noyabr tarixlərində Bakı  şəhərində Azərbaycan SSR Dövlət 
Plan Komitəsi, Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan SSRElmi-Texniki 
Cəmiyyəti  Şurası, Azərbaycan SSR-in Elmi-iqtisadi Cəmiyyətin  İdarəedilməsi, Azər-
baycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ ilə birgə “Regionda elmi-texniki siya-
sətin reallaşdırılması və formalaşdırılmasının təşkilati iqtisadi problemləri” mövzusun-
da respublika elmi konfransı keçirilmişdir. 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə