Microsoft Word titul docx



Yüklə 56 Kb.
Pdf просмотр
səhifə4/7
tarix10.06.2017
ölçüsü56 Kb.
1   2   3   4   5   6   7
1981-ci il iqtisad elminin qarşısında duran artan vəzifələr və  tələblərə uyğun 
olaraq, Azərbaycan KP MK-nin göstərişlərindən və  tənqidi iradlarından irəli gələn, 
1981-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsiyanında ETİİ-nin kollektivi ardıcıl 
surətdə institutun elmi-təşkilati fəaliyyətinin gələcəkdə yaxşılaşdırılması, elmi araş-
dırmaların səmərəliliyinin, keyfiyyətinin və onların ideoloji nəzəri səviyyəsinin yüksəl-
dilməsi üzrə tədbirlər həyata keçirmişdir. 
1981-ci ildə ETİ-nin tematik planına uyğun olaraq, institutun fəaliyyəti 55 mərhə-
lədən ibarət və 42 araşdırma işini nəzərdə tutan, 15 əsas mövzunun işlənilməsinə is-
tiqamətləndirilmişdir. 1981-ci ildə nəzərdə tutulan ETİ-nin planına uyğun olaraq bütün 
tapşırıqlar tamamilə yerinə yetirilmiş, 35 mərhələli 13 ETİ-nin nəticələri müzakirədən 
və elmi şurada bəyənildikdən sonra Azərbaycan SSR Dövlət Plan Komitəsinə və di-
gər əlaqədar təşkilatlara əməli istifadə üçün təqdim olunmuşdur. 
 

84 
 
 
 
1980-ci ildə olduğu kimi, 1981-ci ildə 
də “Sosial inkişaf problemləri və həyat sə-
viyyəsinin yüksəldilməsi” mövzusunda 
araşdırmalar davam etdirilmişdir. Verilmiş 
problemin aktuallığını  və ETİ-nin planını 
nəzərə alaraq institut “Azərbaycan SSR 
əhalisinin rasional istehlak büdcəsinin 
işlənilib hazırlanması” mövzusunda (məsul 
icraçı:  Ə.M.Babaşov) tədqiqat işi yerinə 
yetirmişdir. Bu işin məqsədi bütün əhali, 
onun ictimai qrupları - fəhlə və qulluqçular, 
kolxozçular və həmçinin respublikanın ayrı-
ayrı iqtisadi rayonları üçün rasional istehlak 
büdcəsinin işlənilib hazırlanması idi. 
O vaxtın probleminin aktuallığını  nə-
zərə alaraq, institut ixtisaslı  və yüksəkixti-
saslı  işçilərin peşə-texniki təhsili formaları-
nın sosial-iqtisadi səmərəliliyinin elmi-texni-
ki tərəqqinin təsiri altında işçilərin  əmək 
qabiliyyətinin dəyişdirilmə  məsələlərinin tədqiqini  əks etdirən “Azərbaycan SSR xalq 
təsərrüfatının  yüksəkixtisaslı  işçi kadrı ilə  təmin olunmasının səviyyəsi və hazırlıq 
vəziyyəti” işini yerinə yetirmişdir. Tədqiqatın əsas məqsədi – işçi heyətinin öyrənilməsi 
əsasında ixtisaslı  işçilərə  əlavə  tələbatın müəyyən edilməsi və xalq təsərrüfatının 

85 
 
tələbləri nəzərə alınaraq onların hazırlığı üçün təkliflərin işlənilməsi, peşə-texniki tədris 
müəssisələri şəbəkələrinin inkişafı idi. 
1981-ci ildə  həm də institut tərəfindən “Onuncu beşillikdə Azərbaycan SSR-in 
xalq təsərrüfatında (sahələr üzrə) mütəxəssislərin hazırlığı vəziyyəti və 1981-1985-ci 
illərdə göstəricilərin dəqiqləşdirilməsi” adlı iş yerinə yetirilmişdir. Elmi hesabatda res-
publikada ali və orta ixtisas təhsilinin  əsas inkişaf istiqamətləri və onuncu beşillikdə 
baş vermiş struktur və keyfiyyət dəyişiklikləri nəzərdən keçirilmişdir. Tədqiqatda təhsil 
müəssisələrinin sahə mənsubluğundan və yerləşməsindən, müxtəlif bölmələrə qəbul 
planından asılı olaraq onların komplektləşdirilməsi məsələlərinə baxılırdı. 
Həmin dövrdə, iqtisadi inkişaf və ictimai istehsalın intensivləşdirilməsi şəraitində 
ayrı-ayrı regionların demoqrafik inkişafı böyük əhəmiyyət daşımağa başlamışdı. Bu 
problemin aktuallığını nəzərə alaraq, institut iki müstəqil elmi-tədqiqat işinin işlənilmə-
sini nəzərdə tutan “Azərbaycan SSR-də  əhali dinamikası, regional xüsusiyyətlər və 
əhalinin ölüm səbəbləri” və “Azərbaycan SSR xalq təsərrüfatında  əməyin effektivli-
yinin artırılması şərtilə əhali məşğulluğunun səmərəli formalaşması məsələləri” 1980-
1990-cı illərdə Azərbaycan SSR demoqrafik inkişafının regional problemləri  üzrə 
tədqiqatı başa çatdırdı. 
Bundan başqa, institut tərəfindən “Azərbaycan SSR əhalisinin demoqrafik inki-
şafının perspektivləri” üzrə hazırlanmış məruzə Azərbaycan SSR Dövlət Plan Komitə-
sinin kollegiyasında müzakirə edilib bəyənilmişdir. Respublikada əhalinin sayının per-
spektivliyi və əmək resurslarının müəyyənləşdirilməsi üzrə yerinə yetirilmiş işin prak-
tiki dəyərini nəzərə alaraq, həmçinin 2000-ci ilə qədər rayonların inzibati bölgüsü və 
şəhərlər nəzərə alınmaqla, Dövlət Plan Komitəsi onun dərc olunması, rayon və şəhər 
plan komissiyalarına, elmi-tədqiqat institutlarına və digər  əlaqədar idarə  və  təşki-
latlara göndərilmə imkanlarına baxılmasını tapşırmışdı. 
İnstitut tərəfindən hazırlanmış “Onuncu beşillik ərzində Azərbaycan SSR xalq tə-
sərrüfatında sahə inkişafının vacib yekunları  və 1981-1985-ci illərə olan göstəricilərin 
müəyyənləşdirilməsi” mövzusunda məruzə elmi maraq doğururdu və  təcrübəvi məna 
daşıyırdı, sənaye (müvafiq sahələrə görə: energetika, neftçıxarma, neft-qaz emal 
edən, kimya və neft-kimya, metallurgiya, maşınqayırma, metal emal etmə, tikinti mate-
riallarının sənayesi, şüşə və saxsı qablar, meşə, ağac emalı və sellüloz-kağız, yüngül, 
qida, un üyütmə, kombinə edilmiş yem və mikrobioloji), kənd təsərrüfatı,  tikinti və tikinti 
sənayesi, nəqliyyat və rabitə struktur bölmələri üzrə həyata keçirilmişdir. 
Həmin il “2000-ci ilədək Azərbaycan SSR məhsuldar qüvvələrinin inkişafı və yer-
ləşdirilməsi sxeminin işlənilməsi”, “2000-ci ilədək Azərbaycan SSR məhsuldar qüvvələ-
rinin inkişafının əsas istiqamətləri layihəsi” adlı (1990-cı ilədək olan dövr üçün institut 
tərəfindən hazırlanmış analoji işlərin davamı olan) elmi material hazırlanmışdır.  
Araşdırılmış  işdə, onuncu beşilliyin nəticələrinə uyğun olaraq, qabaqcadan on 
birinci və on ikinci beşilliklərə nəzərdə tutulan respublikanın sosial-iqtisadi inkişaf eh-
timalları dəqiqləşdirilmişdir. 
 
 
 

86 
 
Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ-nin  
1981-ci olan ştat cədvəli 
 
 

87 
 
 
 
 

88 
 
 
 
 
2000-ci ilədək olan dövrdə Azərbaycan SSR sosial-iqtisadi inkişafının əsas isti-
qamətləri hazırlıq layihəsinin başlıca məqsədlərindən biri uzunmüddətli proqnozun 
son variantında əks etdirmək üçün respublika nazirlikləri, komitələri, idarələri və təşki-
latları tərəfindən konkret təkliflərin və tövsiyələrin işlənilməsinə imkan yaratmaq idi. 
“1986-1990-cı illərdə  və uzunmüddətli perspektivdə xalq təsərrüfatı sahələrinin 
sosial-iqtisadi inkişaf problemi” mövzusu sosial, iqtisadi və təbii amillərin kompleks şə-
kildə  tədqiqatına həsr olunmuşdur, bununla yanaşı 10 əsas elmi-tədqiqat işinin işlə-
nilməsi nəzərdə tutulmuşdur. 
ETİ-nin tədqiqatları arasında, “Azərbaycan SSR-də qara metallurgiya istehsala-
tının iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları”nı xüsusi qeyd etmək lazımdır. Təhlil 
əsasında işdə, respublikada maşınqayırmanın tədarük bazası kimi qara metallurgiya 
istehsalatının müasir vəziyyəti qiymətləndirilmişdir. 
“Perspektiv üçün Azərbaycan SSR-də yığma dəmir-beton sənayesinin yerləşdi-
rilməsi və inkişafı üzrə təkliflər” elmi işində yığma dəmir-beton sənayesinin yerləşdiril-
məsi və inkişafının müasir vəziyyəti, istehsal gücünün yarımçıq istifadəsi səbəblərinin 
təhlili, fəaliyyət göstərən dəmir-beton məmulatları zavodlarının texniki səviyyəsinə 
baxılmışdı. Respublikanın perspektivə olan iqtisadi və sosial inkişafının xüsusiyyət-
lərini nəzərə alaraq əsaslı tikintinin vəzifələri müəyyənləşdirilmişdi.  İnkişaf meyilləri, 
struktur dəyişikliyi və tikintinin texniki səviyyəsi və onun  maddi-texniki bazası əsasın-
da sahənin məhsuluna perspektiv tələbat müəyyənləşdirilmiş və 2000-ci ilədək olan 

89 
 
dövrdə Azərbaycan SSR-də  yığma dəmir-beton sənayesinin inkişafı  və yerləşdiril-
məsi üzrə təkliflər verilmişdir. 
“Azərbaycan SSR-də uzunmüddətli perspektivdə kimya və neft-kimya sənayesi-
nin kompleks inkişafının iqtisadi və elmi-texniki məsələləri” adlı elmi iş 1961-1980-ci 
illərdə qüsurlar və səmərəliliyin yüksəldilməsi ehtiyatları nəzərə alınaraq Azərbaycan 
SSR kimya və neft-kimya sənayesinin inkişaf xüsusiyyətlərini xarakterizə edirdi. İşdə 
həmçinin sahənin xammal bazası, onun formalaşmasının  mənbələri nəzərdən keçi-
rilmişdir. Aparılmış  tədqiqatın nəticələrinə uyğun olaraq 2000-ci ilə  qədər uzunmüd-
dətli perspektivdə sahənin inkişafının əsas istiqamətləri müəyyən edilmişdir. 
1981-ci ildə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1979-cu il 12 iyul tarixli qə-
rarlarına uyğun olaraq institut tərəfindən “Sahələrarası regional planlaşdırma modeli 
sisteminin işlənilməsi” mövzusunda tədqiqat genişləndirilib dərinləşdirilmişdir. Tədqi-
qatın məqsədi – metodik məsələlərin təkmilləşdirilməsi və göstərici sistemi əsasında 
ictimai istehsal səmərəliliyinin yüksəldilməsi, sahələrarası və ərazi modellərinin yara-
dılması, onların balansının təmin olunması idi. Bu mövzu üzrə 1980-1985-ci illər ər-
zində dəyər ifadəsində sahələrarası balansın böyük dinamik modeli işlənilmişdir, bu 
regionun sosial-iqtisadi inkişafının fərqli hipotezalarını, texniki inkişafın variantlarını 
və ilkin mərhələdə perspektivli plan konsepsiyasının əsaslandırılmasının  qiymətlən-
dirilməsinə imkan verirdi. 
“Azərbaycan SSR xalq təsərrüfatının inkişafının ərazi  proporsiyası, sahələrara-
sı proqnozlaşdırılması modellərinin yaradılması” tədqiqat işinin əsas məqsədi - Azər-
baycan SSR xalq təsərrüfatında yaranan ərazi  proporsiyasının üzə çıxarılması, res-
publika əmək bölgüsündə hər bir iqtisadi rayonun iştirak səviyyəsinin müəyyənləşdi-
rilməsi və respublikada inkişafın sahələrarası balans metodunun köməyi ilə iqtisadi-ri-
yazi hesabların aparılması idi. 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin 1981-ci il 5 yanvar tarixli 1 saylı qərarı-
na uyğun olaraq ETİİ on birinci beşillik üçün Azərbaycan SSR nəqliyyat və sənayesin-
də ağır fiziki və əl əməyinin ixtisar edilməsi kompleks proqramı işlənmişdi. Bu tədqiqat-
da respublikanın bütün nazirlikləri və idarələri, həmçinin ittifaq əhəmiyyətli müəssisələri 
əhatə edilmişdir.Bu əsasla əl əməyindən mexaniki işə keçirilən işçilərin sayı, tədbirlərin 
həyata keçirilmə müddətləri, məqsədə çatmaq üçün sərf olunan xərclər və əldə olunan 
iqtisadi səmərə hesablanırdı. Respublikanın sənaye və nəqliyyat proqramları ayrı-ayrı-
lıqda işlənilirdi.  
1981-ci ildə institutun yaradıcı kollektivi Azərbaycan SSR-də bu il üçün ETİ-nin 
Dövlət Planı və vacib məsələlərin koordinasiya planı ilə nəzərdə tutulan məsələlərin 
və mövzuların işlənilməsi ilə birlikdə,  böyük həcmdə plandan kənar elmi xarakterli iş-
lər yerinə yetirmişdir. Həmin il struktur şöbələri tərəfindən tədqiqat nəticələrini və res-
publikanın iqtisadi və sosial inkişafının əsas problemlərini əks etdirən plandan kənar 
50-yə yaxın elmi arayış, məruzə və ona oxşar materiallar hazırlanıb direktiv və plan 
orqanlarına, digər idarə və təşkilatlara təqdim olunmuşdur. 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin kollegiyasında “Azərbaycan SSR-in 
sahələrarası  və rayonlararası balansı” (şöbə müdiri Rauf Mikayıl oğlu Məmmədov) 
adlı məruzəyə baxılmış və bütövlükdə bəyənilmişdir. Eyni zamanda planlı sahələrara-

90 
 
sı modellərin işlənməsi sahəsində gələcəkdə elmi tədqiqat işlərinin genişləndirilməsi 
və onların nəticələrindən perspektivli xalq təsərrüfatının planlaşdırılması təcrübəsində 
tam şəkildə istifadə edilməsinin vacibliyi qeyd olunmuşdur. 
Azərbaycan KP MK-nın “Respublika partiya təşkilatının heyvandarlıq və yem an-
barının gücləndirilməsi üzrə  gələcək inkişafı  məsələləri” barədə  qərarını yerinə yetir-
mək üçün kənd təsərrüfatı sahəsi və institutun aqrar-sənaye kompleksi (sektor müdiri 
İsmayıl Süleymanov) Azərbaycan SSR Dövlət Plan Komitəsinə “Respublikada hey-
vandarlığın və yem istehsalının inkişafı tədbirləri” arayışını hazırlayıb təqdim etmişdi. 
Kimya və neft-kimya sənayesi şöbəsi (sahə müdiri Arif Həsən oğlu Manafov) tə-
rəfindən Azərbaycan SSR Dövlət Plan Komitəsinə Azərbaycan SSR kimya və neftki-
mya sənayesinin istehsal müəssisələrinin tullantılarının istifadə vəziyyətini xarakterizə 
edən elmi materiallar təqdim olunmuşdur. Azərbaycan KP MK-nın göstərişi ilə ümumi 
problemlər sektoru (sektor müdiri Solmaz Əli qızı Mustafayeva) tərəfindən on birinci 
beşillikdə “Azərbaycan SSR-də  əhalinin rifah halının yüksəldilməsinin  əsas gös-
təriciləri”ni xarakterizə edən materiallar hazırlanmışdır. Bu materiallarda bu sahədə 
respublikanın nailiyyətləri və  əhalinin həyat səviyyəsinin yüksəldilməsinə istiqamət-
lənmiş tədbirlər sistemi  öz əksini tapmışdır. 
Böyük həcmdə plandan kənar elmi iş “Məhsuldar qüvvələrin yerləşdirilməsinin 
kompleks problemləri” şöbəsi (şöbə müdiri Zili Həmid oğlu Adıgözəlov) tərəfindən ye-
rinə yetirilmişdir. Azərbaycan SSR Dövlət Plan Komitəsinin göstərişi ilə 1990-cı ilə 
qədər Azərbaycan SSR-in 13respublikadaxili iqtisadi rayonunun qısa iqtisadi xarakte-
ristikası, “2001-ci ilə qədər Kəlbəcər, Kirovabad (indiki Gəncə) və Abşeron iqtisadi ra-
yonlarının məhsuldar qüvvələrinin inkişafı”, “Qazax inzibati rayonunda qeyri-məşğul 
əmək ehtiyatlarının ictimai istehsala  cəlb edilməsi barədə təkliflər” arayış və bir sıra 
digər materiallar hazırlanmışdır. 
Respublikanın Dövlət Plan Komitəsinin tapşırığı ilə “Regionlararası əlaqələr sek-
toru” (sektor müdiri Rauf Məmmədov) Azərbaycan SSR-in Dağıstan Muxtar Respubli-
kası və Gürcüstan SSR ilə iqtisadi və əmtəə əlaqələrini xarakterizə edən plandan kə-
nar elmi materiallar hazırlamışdı. 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin göstərişini yerinə yetirmək üçün “Qeyri-
istehsal sahəsinin problemi sektoru” (sektor müdiri Rüfət Məmməd oğlu Kasumov) “Ab-
şeronun  şimal sahilində xarici turistlər üçün pansionatın tikintisinin vacibliyi” barədə 
arayış və həmçinin, Azərbaycanda kurortların yerləşdirilməsi və inkişafının Baş Sxemi-
nin işlənməsi təklifini hazırladı. 
İnstitutda işçilərin yaradıcılıq təşəbbüslərinin artmasının və elmi ixtisaslarının 
yüksəldilməsinin ən vacib şərti konfrans, müşavirə və seminarların aktiv şəkildə keçi-
rilməsi idi. 1981-ci ilin may ayında SSRİ Dövlət Plan Komitəsivə Azərbaycan SSR 
Dövlət Plan Komitəsi ETİİ-nin bazasında uzunmüddətli proqramların hazırlanması və 
xarici iqtisadi əlaqələrin planlaşdırılmasının təkmilləşdirilməsi metodologiyasının işlə-
nilməsini nəzərə alaraq, Bakı  şəhərində planlaşdırma orqanlarının ekspertləri və el-
mi-tədqiqat institutlarının mütəxəssisləri ilə birgə, QİYŞ-ə üzv ölkələrin  əməkdaşlığı 
üçün vacib tədbirlərin planlaşdırılması və PHAS-ın metodik təminatı məsələləri üzrə 
müşavirə keçirdilər. 

91 
 
Müşavirədə qeyd olunmuş problemlər üzrə 1977-1980-ci illərdə  əməkdaşlığın 
nəticələri və 1981-1985-ci illərə perspektivlərə baxılıb, birgə tədqiqatların istiqamətləri 
və mövzuları müəyyənləşdirilmişdir. 
SSRİ nümayəndə heyətinin, planlaşdırma orqanlarının və Bolqarıstan Xalq Res-
publikası, Macarıstan Xalq Respublikası, Almaniya Demokratik Respublikası, Kuba 
Respublikası, Rumıniya Sosialist Respublikası, Çexoslovakiya Sovet SosialistRes-
publikası institutlarının adından müşavirənin nəticələrinə görə Azərbaycan SSR Na-
zirlər Sovetinin sədri Həsən Nemət oğlu Seyidova, Azərbaycan SSR Dövlət Plan Ko-
mitəsinin sədri Sabit Qasım oğlu Abbasəliyevə və eləcə də maraqlı müşavirənin təş-
kilinə görə təşkilat komissiyasına minnətdarlıq məktubu ünvanlanmışdı. 
1981-ci ilin oktyabr ayında institut tərəfindən “Sov.İKP-in ХХVI qurultayının qə-
rarları əsasında Azərbaycan SSR iqtisadiyyatının inkişaf problemlərinin həlli” mövzu-
sunda konfrans keçirilmişdir. Üç bölmə üzrə keçirilmiş konfransın yekununda respub-
likanın iqtisadi və sosial inkişafının planlaş-dırılmasının gələcəkdə təkmilləşdiril-məsi-
nə istiqamətləndirilmiş dəqiq tövsiyələr qəbul olunmuşdu. 
 
 

92 
 
 
 
 
 

93 
 
 
Bundan başqa, həmin il institutun 
əməkdaşları ölkənin elmi mərkəzləri tərəfin-
dən keçirilən  bir sıra konfrans, müşavirə və 
seminarlarda məruzələrlə  çıxış etmişlər. 
1981-ci ildə institutun 5 əməkdaşı namizəd-
lik dissertasiyalarını, Vahid Cümşüd oğlu 
Axundov isə doktorluq dissertasiyasını mü-
vəffəqiyyətlə müdafiə etdilər. Bundan baş-
qa 5 nəfər  əməkdaş dissertasiyalarını mü-
dafiəyə təqdim etdilər. 
1981-ci ilin ortalarında institutun di-
rektoru Fərid  Əliqulu oğlu Fərəcov Azər-
baycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini, Vahid Cümşüd oğlu 
Axundov isə ETİİ-nin direktoru vəzifəsinə təyin edilmişdi.  
1981-ci ildə ETİİ-nin strukturu 17 şöbə, 45 sektordan ibarət olmuşdur. Burada 
262 əməkdaş çalışırdı ki, bunlardan 3 nəfər doktor, 43 nəfər isə elmlər namizədi idi.  
Həmin il i.e.n. Vahid Cümşüd oğlu Axundovun məsul redaktorluğu ilə “Azərbay-
can SSR-in sənayesində onuncu beşilliyin yekunları və gələcəkdə istehsalın səmərə-
liliyinin yüksəldilməsinin əsas istiqamətləri” mövzusunda institutun elmi əsərlərinin 10 
çap vərəqi həcmində XIV cildi nəşr olunmuşdur. 
 
 
 

94 
 
 

95 
 
 

96 
 
 
 
 

97 
 
1982-ci il ölkə iqtisadiyyatının durmadan inkişafı ilə qeyd edilmişdir. Ölkənin bü-
tün zəhmətkeşləri SSR-nin 60 illik yubileyini böyük nailiyyətlərlə qarşıladılar. Bu il ETİİ-
nin fəaliyyəti perspektiv mərhələ üçün Azərbaycan SSR-də məhsuldar qüvvələrin inki-
şafı və yerləşdirilməsinin nəzəri və təcrübi problemlərinə, respublikanın xalq təsərrüfatı 
komplekslərinin dinamik və səmərəli inkişafının aktual problemlərinin işlənilməsinə isti-
qamətlənmişdir.1982-ci il üçün nəzərdə tutulan institutun elmi tədqiqat işlərinə aid plan  
tapşırıqları tam yerinə yetirilmişdir. 40 mərhələli 13 elmi tədqiqat işinin nəticələri mü-
zakirədən sonra bəyənilib  əlaqədar təşkilatlara praktiki istifadə üçün göndərilmişdir. 
SSRİ Dövlət Plan Komitəsinin 1981-ci il 29 oktyabr tarixli və Azərbaycan SSR Dövlət 
Plan Komitəsinin 1981-ci il 26 noyabr tarixli qərarlarına uyğun olaraq institutun bütün 
əsas potensialı “Azərbaycan SSR 2000-ci ilədək olan dövrdə məhsuldar qüvvələrinin 
inkişafı  və yerləşdirilməsi Sxemi”nin işlənilməsinə  cəmlənmişdir. “Azərbaycan SSR-in 
2000-ci ilədək olan dövrdə məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi Sxem”i 3 
cilddən ibarət olmuşdur. Həmin Sxem Azərbaycan SSR Dövlət Plan Komitəsində ETİİ-
nin direktoru, iqtisad elmlər doktoru Vahid Cümşüd oğlu Axundovun elmi redaktorluğu 
ilə nəşr edilmişdir. “Azərbaycan SSR-in 2000-ci ilədək olan dövrdə məhsuldar qüvvə-
lərinin inkişafı  və yerləşdirilməsi Sxem”inin “Azərbaycan SSR məhsuldar qüvvələrin 
inkişafı və yerləşdirilməsinin müasir vəziyyətinin təhlilinə (1971-1985-ci illər) həsr olu-
nan I cildi 30,3 çap vərəqi həcmində, “Azərbaycan SSR-də  məhsuldar qüvvələrin 
inkişafı  və yerləşdirilməsinin perspektivinin əsas istiqamətləri və sosial-iqtisadi ilkin 
şərtlərin kompleks qiymətləndirilməsi” adlanan II cildi 33,7 çap vərəqi həcmində  və 
“2000-ci ilədək Azərbaycan SSR-də  məhsuldar qüvvələrin inkişafı  və yerləşdirilməsi 
Sxeminə əlavələr (III cild) 29,3 çap vərəqi həcmində çap edilmişdir. 
 

98 
 
 
 
 

99 
 
 
 
 
 

100 
 
Hazırlanmış “Sxem”in birinci cildində, 70-ci illərdə  və on birinci beşillikdə respub-
likanın xalq təsərrüfatının inkişafının hərtərəfli təhlili verilmiş, respublikanın sənaye və 
xalq təsərrüfatının inkişafını sürətləndirən amillər aşkarlanmış, yaxın perspektivdə Azər-
baycan SSR iqtisadiyyatının qarşısında duran əsas problemlər müəyyənləşdirilmişdir.  
İkinci cild iki hissədən ibarət idi. Birinci hissədə, xalq təsərrüfatının dinamikasının 
perspektiv inkişaf variantının formalaşmasının başlanğıc bazası kimi Azərbaycan SSR-
in gələcək iqtisadi və sosial inkişafının əsas şərtləri tədqiq edilirdi. Bununla əlaqədar, 
perspektiv demoqrafik vəziyyət, mövcud torpaq, su, meşə, mineral-xammal, rekreasiya 
ehtiyatları  və  ətraf mühitin mühafizəsi problemləri və onlardan istifadə perspektivləri 
ətraflı  nəzərdən keçirilmişdir. İkinci hissədə, əvvəlki bölmələrdə həyata keçirilmiş təd-
qiqatlar  əsasında Azərbaycan SSR iqtisadiyyatının perspektiv inkişaf konsepsiyası 
işlənilmiş və 2000-ci ilədək respublika xalq təsərrüfatı sahələrinin dinamikasının proq-
noz variantları verilmişdir. 
Üçüncü cilddə Azərbaycan SSR-in 1970-2000-ci illər ərzində xalq təsərrüfatı in-
kişafını xarakterizə edən analitik-hesablama cədvəlləri və kartoqrafiya materialları 
göstərilmişdir. 
“Sxem”in işlənilməsində ETİİ-nin bütün struktur bölmələri fəal iştirak etmişdilər. 
Bundan başqa, “Sxem”in işlənilməsində respublika nazirliklərinin, idarələrinin, aparıcı 
elmi-tədqiqat və layihə  təşkilatlarının geniş  iştirakı  təmin olunmuşdur, materiallar res-
publikanın xalq təsərrüfatının inkişaf perspektivlərinin müəyyənləşdirilməsində istifadə 
edilmişdir. “Sxem”in işlənilməsində Azərbaycan SSR Dövlət Plan Komitəsi və SSR 
Dövlət Plan Komitəsi yanında Məhsuldar Qüvvələrin Öyrənilməsi Şurası (MQÖŞ) tərə-
findən böyük köməklik göstərilmişdir. 
Sov. İKP MK-nın və SSR Nazirlər Sovetinin 1979-cu il 12 iyul tarixli Məqsədli-
proqram metodlarının planlaşdırma təcrübəsində geniş istifadəsini nəzərdə tutan qə-
rarına uyğun olaraq 1982-ci ildə ETİİ Azərbaycan SSR Dövlət Plan Komitəsinin idarə-
ləri və  şöbələri ilə birlikdə xalq təsərrüfatının məqsədli proqramlarının formalaşması 
sahəsində işini aktivləşdirdi. 
Həmin il institut “Azərbaycan SSR-in 1986-2005-ci illərdə elmi-texniki tərəqqinin 
uzunmüddətli kompleks proqramlarının işlənilməsi”ndə iştirak edirdi. İnstitut göstərilən 
kompleks proqramın iki əsas bölməsinin baş təşkilatçısı və on mövzunun həmicraçısı 
olmuşdur ki, bu işlərin nəticələri gələcəkdə uzunmüddətli planlaşdırma və proqnozlaş-
dırma işinin əsasını qoymuşdur. Bu il Azərbaycan SSR Elmlər Akademiyasına verilmiş 
“Azərbaycan SSR xalq təsərrüfatında elmi tədqiqatların planlaşdırılması və onlardan is-
tifadə edilməsi”, “Azərbaycan SSR 20 il müddətində elmi-texniki tərəqqinin əsas istiqa-
mətləri”, “Azərbaycan SSR 20 il ərzində ərzaq kompleksi” üzrə elmi tədqiqat işləri  nə-
zərdə tutulan koordinasiya planı ilə təqdim edilmişdir.  
1982-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi tərəfindən bəyənilən 4 məq-
sədyönlü kompleks proqram “Sənayedə və nəqliyyatda ağır fiziki və əl əməyinin ixti-
sar edilməsi”, “Təbiətin mühafizəsi və Azərbaycan SSR təbii ehtiyatlarının 1981-
1985-ci illərdə və 1990-cı ilədək olan dövrdə səmərəli istifadəsi”, “Əmək ehtiyatların-
dan səmərəli istifadə”, “Məhsulun keyfiyyətinin Respublika idarəetmə sisteminin kom-
pleks proqramı” yerinə yetirilmişdir. 

101 
 
İnstitut həmçinin “Ümumi maşınqayırma məhsulu tətbiqi istehsalı üzrə yüksək ix-
tisaslaşdırılmış sənayenin yaradılması” məqsədyönlü kompleks proqramların işlənilməsi 
üzrə respublikada əsas təşkilat idi və baş  təşkilata (SSRİ  Dəzgahqayırma Sənayesi 
Nazirliyinə) koordinasiya planına uyğun olaraq cari ildə lazımi materialları təqdim etmişdi. 
1981-1985-ci illərdə vacib iqtisadi problemlər üzrə dövlət elmi-tədqiqat işləri pla-
nına  və SSRİ Dövlət Plan Komitəsi İETİ-nin, SSRİ Dövlət Plan Komitəsi MQÖŞ və 
RSFSR Dövlət Plan Komitəsinin METİİ tərəfindən 1981-ci il 28 iyunda təsdiq edilmiş 
birgə  tədqiqat proqramına uyğun olaraq institut cari ildə “1986-1995-ci illərdə sosial 
inkişaf və həyat səviyyəsinin yüksəldilməsi sahəsində kompleks vəzifələrin həlli üçün 
ehtiyatların daha səmərəli istifadəsinin miqyası və istiqamətləri” mövzusunda tədqiqat 
işlərini aparmışdır. Bu mövzu üzrə tədqiqatlarda alıcılıq qabiliyyətinə uyğun  əhalinin 
tələbatının ödənilməsinin yaxşılaşdırılması, sosial infrastrukturun inkişafı, əhalinin ra-
sional istehlak büdcəsi və s. məsələlərinə baxılmış, bu məsələlər üzrə əhalinin həyat 
səviyyəsinin yaxşılaşdırılması üçün konkret tövsiyələr verilmişdir. 
1982-ci ildə institutun elmi fəaliyyətinin  əsas istiqamətləri regional planlaşdırma-
nın sahələrarası modeli üzrə vahid sistemin işlənilməsində iştirakı ilə əlaqədar olmuş-
dur. Bu istiqamətdə tədqiqatlar xalq təsərrüfatının inkişaf dinamikasının uzunmüddətli 
planlaşdırılması  və proqnozlaşdırmasının vacib metodiki və praktiki vasitələrinə  həsr 
olunmuşdular. Həmin il Azərbaycan SSR 1990-cı, 1995-ci, 2000-ci illərə perspektiv sa-
hələrarası balansları (optimal, dinamik, statistik) işlənilmişdir, bu balanslar 2000-ci ilə-
dək olan dövrdə Azərbaycan SSR xalq təsərrüfatının inkişafının dinamikası və nisbət-
ləri proqnozlarının əsası idi. Qeyd olunan işlər SSRİ Dövlət Plan Komitəsi İETİ-yə təq-
dim edilmiş və bəyənilmişdir.  
1982-ci ildə “Yüksək keyfiyyətli xalq istehlak malları istehsalının iqtisadi stimullaş-
dırma sisteminin təkmilləşdirilməsi və effektivliyin artırılması” mövzusu və “Məhsulun 
keyfiyyətinin idarə edilməsinin işlənilməsi sistemi” işi sona çatdırılmışdır. Bu işə məhsu-
lun keyfiyyətinin idarə olunması üzrə respublikada on birinci beşillik ərzində həyata ke-
çirilən sosial-iqtisadi və texniki-təşkilati tədbirlər  daxil idi. Buraya tam tədqiq edilmiş işl-
ərdən başqa onuncu beşilliyin əvvəlindən işlənilən tədbirlər də daxil edilmişdi.   
Ümumilikdə, proqram 1976-cı ildə Ümumittifaq Elmi-Tədqiqat Standartlaşdırma 
İnstitutunun Riqa şöbəsinin işi əsasında və ona oxşar  hazırlanmışdı. Bu işdə hazırlan-
mış normativ-texniki sənədlər məhsulun attestasiya qaydalarının təkmilləşdirilməsi, bu-
raxılan məhsulun keyfiyyətinin stabilliyini təmin etmək və istehsal olunan məhsulun 
keyfiyyətinə idarə  nəzarətinin gücləndirilməsi üçün praktiki əhəmiyyət daşıyırdı. Bu iş 
baş təşkilat tərəfindən bəyənilib qəbul olunmuşdur. 
İnstitut iqtisad elminin aktual problemlərinin daha dərin və detallı şəkildə işlənmə-
si, proqnozlarının elmi əsaslandırılmasını artırmaq üçün xalq təsərrüfatının planlaşdırıl-
ması ilə bağlı bir sıra konkret elmi-tədqiqat işlərini yerinə yetirmişdir. Tədqiqatlarda el-
mi-texniki inkişafın idarə olunmasının təşkili və onun sosial-iqtisadi inkişafdakı rolunun 
qüvvətləndirilməsi, sosial inkişaf və  həyat səviyyəsi,  əhalinin və  əmək ehtiyatlarının 
təkrar istehsalı, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi, komp-
leks şəkildə şəhər və rayonların inkişafı, ərazi və aqrar-sənaye komplekslərinin  gələ-
cək inkişafı məsələləri əhatə olunmuşdur. 

102 
 
Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 sentyabr tarixli 421 saylı “Pers-
pektivdə 2000-ci ilədək Azərbaycan SSR torpaq ehtiyatlarının qorunması və səmərəli 
istifadəsi üzrə baş sxemin işlənilməsi haqqında” qərarına müvafiq olaraq institut “2000-
ci ilədək su hövzələri və beşilliklər üzrə torpaqların meliorasiyası” işinə və “Azərbaycan 
SSR-də suvarılan torpaqların su ilə təmin olunmasının artırılması üzrə tədbirlər” bölmə-
sinə tövsiyə və təkliflər hazırlamışdır. 
1982-ci ildə “1975-ci, 1980-ci, 1985-ci, 1990-cı və 2000-ci illərə respublikanın və 
rayonların (şəhər və kənd) əhalisinin sayı” mövzusunda elmi iş tamamlanmış, bu işdə  
respublikanın kənd və şəhər əhalisi nəzərə alınaraq əhali sayının dəyişilməsi və əhali-
nin keyfiyyət göstəriciləri təhlil olunmuşdur. 
1982-ci ildə institutun struktur bölmələri tərəfindən plandan kənar respublikanın 
sosial-iqtisadi inkişaf tədqiqatının nəticələrini əks etdirən 50-yə yaxın elmi arayış, mə-
ruzə vərəqələri və s. materiallar hazırlanmış və planlaşdırma, direktiv orqanlara və di-
gər təşkilatlara təqdim olunmuşdur. Azərbaycan KP MK-nın tapşırığı ilə “Xalq təsərrü-
fatı idarəetməsinin təkmilləşdirilməsi məsələləri” sektoru (sektor müdiri Süleyman Qası-
mov) Azərbaycan SSR-in “Onuncu beşillikdə, on birinci beşilliyin birinci yarısında və 
gələcək il üçün xalq təsərrüfatı sahələrinin inkişafı” işini yerinə yetirmişdir. 
“Əmək ehtiyatlarından istifadə  və  işçi kadrların hazırlanması  məsələsi”  şöbəsi 
(şöbə müdiri Cəlil Bahadur oğlu Quliyev) “Bakı şəhərində işçi kadrların hazırlanması-
nın müasir vəziyyəti” işini hazırlamışdı. Bu işdə müxtəlif sənaye sahələrinin işçi kadr-
lar ilə təmin olunma səviyyəsi aşkar olunmuş və ixtisaslı işçi kadrlara tələbat və onla-
rın hazırlığı arasında mövcud uyğunsuzluq  müəyyənləşdirilmişdi. 
İnstitutun struktur bölmələri tərəfindən Azərbaycan KP MK-ya növbəti “EHM və 
iqtisadi-riyazi metodların, idarəetmənin avtomatlaşdırılmış sistemi imkanlarından isti-
fadə”, “Kənd təsərrüfatı məhsulları üzrə Azərbaycanın iqtisadi əlaqələri”, “Texniki-pe-
şə  təhsil sistemində  işçi kadrların hazırlıqlarının təkmilləşdirilməsi tədbirləri”, “Azər-
baycan SSR maşınqayırmasında istehsal avadanlıqlarından istifadə haqqında” məru-
zələr işlənilib təqdim edilmişdir.  
Bundan başqa institut daimi olaraq daxil olan elmi hesabatlara, məruzələrə  və 
dissertasiyalara rəy verir, planlaşdırma və direktiv orqanların komissiyalarında müxtəlif  
xidməti istifadə və digər materialların hazırlanmasında iştirak edirdi. 
İşçilərin yaradıcılıq təşəbbüsünün artmasının  ən vacib şərti və onların elmi ixti-
saslarının yüksəldilməsi konfrans, iclas və seminarların keçirilməsinin aktivləşdirilməsi 
işi idi. 1982-ci ilin aprel ayında institut əsas sxemin işlənilməsi işi üzrə SSRİ Dövlət 
Plan Komitəsinin MQÖŞ, nazirliklərin və idarələrin iştirakı ilə geniş müşavirə keçirilmiş, 
uzunmüddətli iqtisadi proqnozların işlənilməsinin metodik göstərişləri və 2000-ci ilə 
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi müzakirə olunmuşdur. 
1982-ci ilin oktyabr ayında Azərbaycan KP MK katibliyinin qərarı ilə “SSRİ əmək 
ehtiyatlarının regional problemləri” məsələsi üzrə Elmi şuranın geniş iclası keçi-
rilmişdir. Şuranın işində bu problem üzrə ölkənin aparıcı alimləri və mütəxəssisləri iş-
tirak etmişdilər. 
 
 

 
103 
 
 
 
 
 
ETİİ-nin bazasında həmin ilin noyabr ayında Qarşılıqlı İqtisadi Yardım Şurasına 
(QİYŞ-ə) üzv ölkələrin “Elmi-texniki tərəqqinin idarə edilməsi problemi” üzrə iclas ke-
çirildi. Burada “Elmi-texniki tərəqqinin idarə edilməsi” birgə monoqrafiya layihəsinə 

104 
 
aid sosialist ölkələrinin mütəxəssisləri tərəfindən təqdim olunmuş materiallara baxıl-
mışdır. Azərbaycan Dövlət Plan Komitəsi yanında ETİİ həmin monoqrafiyanın bölmə-
sinin məsul həmicraçılarından biri idi. 
1982-ci il 1 dekabr tarixinə institutun strukturunda 45 sektoru birləşdirən 16 şöbə 
fəaliyyət göstərmişdir, burada çalışan 264 nəfərin 191 nəfəri elmi işçi, 2 nəfəri elmlər 
doktoru və 53 nəfəri elmlər namizədi idi. İnstitutun rəhbərliyi 4 nəfərdən ibarət idi. 
1982-ci ildə 2 nəfər namizədlik dissertasiyalarını müdafiə etmiş və 4 nəfər namizədlik 
dissertasiya işini müdafiə üçün təqdim etmişdilər. Həmin ilin sonunda redaksiya kollegi-
yasının sədri i.e.d. Vahid Cümşüd oğlu Axundovun rəhbərliyi ilə 10 çap vərəqi həcmin-
də “Azərbaycan SSR-də xalqın rifah halının yüksəldilməsinin aktual problemləri” möv-
zusunda elmi əsərlərinin XV cildi çapdan çıxmışdır. 
1983-cü il inkişaf etmiş sosialist iqtisadiyyatının inkişafının əsas mərhələsi sayılırdı. 
Azərbaycan SSR Dövlət Plan Komitəsində ETİİ-nin kollektivi iqtisad elmi qarşısında 
duran vəzifələrə və artan tələblərə uyğun olaraq institutun elmi fəaliyyətinin yaxşılaşdı-
rılması, elmi tədqiqatların effektivliyinin və keyfiyyətinin yüksəldilməsi, vaxtı çatmış əsas 
məsələlərin operativ həlli və iqtisadi inkişaf üzrə  tədbirləri ardıcıl həyata keçirirdi.ETİ 
planına uyğun olaraq həmin il institutun fəaliyyəti 5 əsas iqtisadi problemin 12 kompleks 
mövzunun işlənilməsini birləşdirən 19 işin, o cümlədən 46 mərhələnin tədqiqinə yönəl-
mişdi.İnstitut 1983-cü ilə nəzərdə tutulan bütün elmi tədqiqat işlərini tam yerinə yetirmiş-
dir. Tədqiqatların nəticələri Elmi şurada müzakirədən və bəyənildikdən sonra Dövlət Plan 
Komitəsinə və digər direktiv təşkilatlara istifadə üçün təqdim olunmuşdur. 
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi proqramının reallaşdırılmasında sosial 
siyasət iqtisadiyyatla ayrılmaz  əlaqədə  həyata keçirilirdi. Əhalinin həyat səviyyəsinin 
sosial aspektlərinin tədqiqi xalq təsərrüfatı planlarının məqsədyönlü istiqamətləndiril-
məsini təmin etmək üçün böyük əhəmiyyət kəsb edirdi.Bu problemin aktuallığını nəzə-
rə alaraq, təbiət və ictimai elmlər üzrə elmi tədqiqatların planlarına uyğun olaraq 1981-
1985-ci illərdə institut “SSRİ və müttəfiq respublikalar üzrə  əhalinin,  əhali qruplarının, 
şəhər və kənd əhalisinin normativ istehlak büdcəsi sisteminin işlənilməsi” işinin tədqi-
qatını aparırdı. Verilmiş işin mərhələlərindən biri “Əhalinin minimum maddi təminatının 
hesabat büdcəsinin işlənilməsi” (MTMB) idi (icraçılar: Solmaz Əli qızı Mustafayeva və 
Əmirxan Mehralı  oğlu Babaşov). Maddi təminatın minimum büdcəsi (MTMB) əhalinin 
fərdi gəlirləri hesabına ödənilən lazımi tələbatın minimum səviyyəsini müəyyən edən 
kompleks göstəriciləri idi. Sosial inkişafın və əhalinin həyat səviyyəsinin yüksəldilməsi-
nin planlaşdırılması təcrübəsində MTMB minimim əmək haqqının, ödənişlərin və imti-
yazların istehlakın ictimai fondundan müəyyənləşdirilməsinin əsasını təşkil edirdi. 
“1986-1995-ci illərə və uzunmüddətli perspektivə Azərbaycan SSR ictimai iaşə 
və ticarətin kompleks inkişafı problemləri” işi üzrə “1986-1995-ci illərə ictimai iaşə və 
ticarətin inkişafının regional problemləri” mərhələsi yerinə yetirilmişdir. Verilmiş  iş 
SSRİ Dövlət Plan Komitəsi MQÖŞ tərəfindən hazırlanmış proqrama uyğun olaraq hə-
yata keçirilmişdir. Bu iş 1975-1985-ci illərdə Azərbaycan SSR ictimai iaşə və ticarətin 
iqtisadi və sosial inkişafının müasir vəziyyətini, 1985-1995-ci illərə ticarətin inkişafı və 
ictimai iaşənin kompleks qiymətləndirilməsi və  əsas istiqamətlərinin təhlilini nəzərdə 
tuturdu. Respublika əhalisinin ticarət xidmətinin yaxşılaşdırılmasına və xalqın həyat 
səviyyəsinin yüksəldilməsinə səbəb olan konkret təkliflər tərtib olunmuşdur. 
 
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə