Microsoft Word titul docx



Yüklə 56 Kb.
Pdf просмотр
səhifə3/7
tarix10.06.2017
ölçüsü56 Kb.
1   2   3   4   5   6   7

1976-cı ildə institutun kollektivi 30 əsas ETİİ-nin işlənib hazırlanmasını  nəzərdə 
tutan 11 kompleks mövzu üzrə tədqiqatlar aparmışdı. Bu dövrdə fəaliyyət ictimai is-
tehsalın səmərəliliyinin artırılmasının metodik problemlərinin işlənib hazırlanmasına 
və regional iqtisadiyyatın inkişafı üzrə elmi təkliflərin əsaslandırılmasına istiqamətlən-
dirilmişdi. Respublikanın iqtisadi rayonlarının inkişafının kompleks səviyyəsinin qiy-
mətləndirilməsi metodlarının böyük ərazi-istehsalat, aqrar-sənaye kompleksləri və bir-
liklərinin formalaşdırılması, o cümlədən inkişafının  işlənib hazırlanması üzrə  əsas 
mərhələ başa çatdırılmışdı. 
Göstərilənlərlə yanaşı, institutun alimləri sənayedə elmi-texniki tərəqqinin planlaş-
dırılması və iqtisadi stimullaşdırılması, Azərbaycan SSR-də demoqrafik inkişafın sosial-
iqtisadi problemləri, mineral-xammal və torpaq-su ehtiyatları, maşınqayırmanın inkişafı 
və onun səmərəliliyin artırılması problemi, respublikadaxili daşınmaların optimallaşdırıl-
ması, iqtisadi rayonlar üzrə məktəb şəbəkələri və s. problemləri tədqiq edirdilər.İl ərzində 
praktiki istifadə məqsədilə Azərbaycan SSR Dövlət Plan Komitəsinin müvafiq şöbələrinə 
23 bölmə üzrə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin materialları hazırlanaraq  təqdim 
edilmişdi.Tematik planda nəzərdə tutulan mövzulardan əlavə, institut respublikanın 
direktiv və plan orqanlarının tapşırıqları əsasında, plandan əlavə elmi-tədqiqat xarakterli 
işlərin yerinə yetirilməsi istiqamətində də fəaliyyət göstərmişdir.  
Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan SSR 
Dövlət Plan Komitəsinin, Elmlər Akademiyasının, eyni zamanda SSRİ Dövlət Plan 
Komitəsinin Məhsuldar Qüvvələrin Öyrənilməsi üzrə Şuranın göstərişlərinə, qərarları-
na, əmrlərinə uyğun olaraq yerinə yetirilmiş 50-dən artıq elmi material hazırlanmışdı. 
1976-ci ildə institut işçilərinin sayı 352 nəfəri təşkil edirdi ki, onlardan da 165 nəfəri 
elmi işçi, qalan 187 nəfər isə elmi-köməkçi və xidməti heyətdən ibarət idi. İnstitutda 4 
elmlər doktoru və 51 elmlər namizədi fəaliyyət göstərirdi. Ştatda isə 20 şöbə rəisi, 23 
sektor müdiri və 3 qrup rəhbəri var idi. 

 
53 
 
1976-cı ilin iyun ayında institutun direktor vəzifəsini müvəqqəti icra edən Tofiq 
Hüseynov vəzifədən azad edildi. Direktor vəzifəsinə əvvəllər Bakı Ali Partiya Məktə-
bində kafedra müdiri işləmişi.e.d., professor Fərid Əliqulu oğlu Fərəcov təyin edildi.  
Bu il ərzində elmi müşavirələrin və konfransların keçirilməsi xətti üzrə  işlərdə 
nəzərə çarpacaq dərəcədə fəallıq müşahidə edilməyə başladı. Beləliklə, bilavasitə in-
stitutun iştirakı ilə 1976-ci ilin sentyabr ayında Qarşılıqlı  İqtisadi Yardım  Şurasına 
(QİYŞ-ə) üzv ölkələrin  əməkdaşlığı ilə “Elmi və texniki tədqiqatların idarə edilməsi, 
təşkili və onların nəticələrinin tətbiqi” mövzusunda elmi-koordinasiya şurası keçirilmiş-
di. Müşavirənin keçirilməsi işində institutun kollektivi tərəfindən yüksək səviyyəli bö-
yük təşkilati-hazırlıq işləri həyata keçirilmişdi. Elmi Koordinasiya Şurası (EKŞ) – sim-
poziumun təşkilinin yüksək səviyyəsi və məruzələrin məzmununun zənginliyi iştirak-
çıların məruzələrində də açıq şəkildə sezilirdi. Tədbirdə SSRİ-dən olan  nümayəndə-
lərlə yanaşı, Bolqarıstan Xalq Respublikasının, Kuba, Rumıniya, Polşa və Çexoslo-
vakiyanın  mütəxəssislərindən ibarət  nümayəndə heyətləri iştirak edirdilər. 
QİYŞ ölkələri mütəxəssislərinin nümayəndə heyətləri, Azərbaycan SSR Nazirlər 
Soveti sədrinin müavini, Respublika Dövlət Plan Komitəsinin sədri  İ.M.  Əsədovun 
“Sovet Azərbaycanı iqtisadiyyatının vəziyyəti və perspektivləri” və SSRİ Elmlər Aka-
demiyasının müxbir üzvü H.B. Abdullayevin “Elmi-tədqiqatların səmərəliliyi və Azər-
baycan SSR Elmlər Akademiyası sistemində onun artırılması yolları” adlı məruzələri-
ni  dinlədilər. Bundan başqa,  həmin il institut əməkdaşları Moskvanın, Leninqradın və 
SSRİ-nin başqa  şəhərlərinin elmi mərkəzləri tərəfindən keçirilən konfrans və müşa-
virələrdə məruzələrlə çıxış etmişdilər. 
 
 

 
54 
 
 
 
Bu il Fərid Əliqulu oğlu Fərəcovun re-
daktorluğu ilə institutun elmi əsərlərinin 15 
çap vərəqi həcmində IX cildi çapdan çıxmış-
dır.
 
1976-ci ildə 64 mənzilli yaşayış evi-
nin istifadəyə verilməsi ETİİ-nin kollektivi-
nin həyatında böyük hadisə oldu. Bu bina-
da institut əməkdaşlarından 40 ailə bir 
gündə yeni mənzilin orderini aldılar. Bu 
münasibətlə ziyafət də təşkil edilmişdi. 
1977-ci ildə respublikanın xalq tə-
sərrüfatının planlaşdırılmasının elmiliyinin 
gələcəkdə artırılması  vəzifəsinin həllində 
vacib rol Azərbaycan SSR Dövlət Plan Ko-
mitəsi yanında ETİİ-nin kollektivinə  məx-
sus idi. İnstitutun qarşısında perspektiv 
planların elmi əsaslandırılmasının artırıl-
ması, xalq təsərrüfatının planlaşdırılması 
və idarə edilməsi təcrübəsində daha sə-
mərəli formaların işlənib hazırlanması sahəsində elmi tədqiqatların gələcəkdə geniş-
ləndirilməsi və dərinləşdirilməsi kimi məsul vəzifələr qoyulmuşdu. 

 
55 
 
Həmin il institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılması üzrə  vəzifələrin 
həyata keçirilməsində vacib mərhələ oldu. Elmi kadrların seçilməsi, yerinə yetirilən el-
mi tədqiqatların keyfiyyətinin artırılması, elmi cəhətdən işlənib hazırlanmaların icraçıl-
arı arasında  əlaqənin möhkəmləndirilməsi üzrə lazımi təşkilati tədbirlər həyata keçi-
rilmişdi. 
İnstitutun elmi potensialı milli gəlirin təkrar istehsalı problemi üzrə Xalq təsərrü-
fatı əhəmiyyəti olan vacib tədqiqatların yerinə yetirilməsinə cəmləşmişdi (mövzu “İnki-
şaf etmiş sosialist iqtisadiyyatında proporsiyanı  təkmilləşdirmək və ictimai istehsalın 
səmərəliliyi və intensivləşdirilməsinin artırılması yolları”), ictimai istehsalın planlaşdı-
rılmasının səmərəliliyin metodiki məsələləri (mövzu “İctimai istehsalatda səmərəliliyin 
planlaşdırılması metodologiyasının təkmilləşdirilməsi”), tikintidə ictimai əməyin sə-
mərəliliyinin artırılması metodlarının və yollarının təyin edilməsi (mövzu “İctimai əmə-
yin səmərəliliyin artırılması metodları və yolları. Əmək məhsuldarlığının artırılmasına 
sosial-iqtisadi amillərin təsirinin gücləndirilməsi”). 
Həyat səviyyəsinin yüksəldilməsi və sosial inkişaf problemləri sahəsində, əmək 
haqqı  səviyyəsində regional təbəqələşmənin təhlili, xalq təsərrüfatının fəaliyyəti və 
yerləşdirilməsi sistemində həyat səviyyəsinin göstəricilərinin regional təbəqələşməsi-
nin tədqiqi üzrə (mövzu “Uzaq perspektivdə və 1981-1985-ci illərdə xalqın həyat sə-
viyyəsinin artırılması və sosial inkişaf sahəsində vəzifələrin kompleks həllinin miqyas-
ları və istiqamətləri və kurort təsərrüfatının fəaliyyətinin problemləri”) işləri yerinə ye-
tirilmişdi. 
İnstitutun nəzərə çarpacaq gücü, kadr hazırlığının və  təhsilin sosial-iqtisadi 
problemlərinin tədqiqinin işlənib hazırlanmasına – mövzu “Uzaq perspektivdə  və 
1981-1985-ci illərdə kadr hazırlığı  və  təhsilin sosial-iqtisadi problemləri”nə yönəldil-
mişdi. Bu mövzu üç elmi-tədqiqat işinin işlənib hazırlanmasını özündə birləşdirirdi: 
“İqtisadi rayonlar üzrə respublika ümumtəhsil məktəbləri şəbəkələrinin yerləşdirilmə-
sinin optimallaşdırılması”, “Elmi-texniki inqilab şəraitində ali və orta ixtisas təhsili mü-
təxəssislərinin hazırlanması  və istifadə edilməsi” və “Fəhlə sinfinin artırılması üçün 
peşə-ixtisas təhsilinin inkişafı”. 
Bu ildə  əhali sakinliyi sahəsində  “Əhalinin artımının sosial-iqtisadi problemləri” 
mövzusu üzrə Azərbaycan SSR-də doğumun dinamikasının xüsusiyyətləri və qanu-
nauyğunluqlarını üzə çıxarmağı nəzərdə tutmuş mərhələ sona çatdırıldı. 
“Uzaq perspektivdə və 1981-1985-ci illərdə SSRİ xalq təsərrüfatının inkişafının 
ümumi iqtisadi və sahələrarası problemləri” üzrə “1976-1990-cı illərdə Azərbaycan 
SSR sosial-iqtisadi inkişaf konsepsiyası” işlənib hazırlanmış  və Azərbaycan SSR 
Dövlət Plan Komitəsinə  təqdim edilmişdi, orada uzaq gələcəkdə respublika xalq tə-
sərrüfatının inkişafının daha vacib, əsas problemləri əsaslandırılmış və müəyyən edil-
mişdi. Göstərilən bu problemlər çərçivəsində, əhali məşğulluğunun strukturunun for-
malaşdırılmasının daha rasional yollarının təyin edilməsi, tikintinin və tikinti material-
ları sənayesinin istehsal fondlarının və kapital qoyuluşunun səmərəliliyinin artırılması, 
uzaq perspektivdə 1981-1985-ci illərdə  nəqliyyatın inkişafı, respublikanın yüngül və 
yeyinti sənayesi sahələrində xammal ehtiyatlarından kompleks istifadənin yaxşı-

 
56 
 
laşdırılması, Azərbaycan SSR yanacaq-enerji təsərrüfatının inkişaf qanunauyğunluq-
larının üzə çıxarılması üzrə tədqiqatlar aparılmışdı. 
Həmin ildə bütövlükdə SSRİ Dövlət Plan Komitəsinin Məhsuldar Qüvvələrin Öy-
rənilməsi üzrə Şura (MQÖŞ) və respublika Dövlət Plan Komitəsi tərəfindən bəyənil-
miş “1990-cı ilə qədər olan dövr üçün Azərbaycan SSR-in məhsuldar qüvvələrinin in-
kişafı  və yerləşdirilməsinin Baş Sxemi”nin dəqiqləşdirilmiş variantı  işlənib hazırlan-
mışdı. Göstərilən “Sxem”də respublika iqtisadiyyatında perspektiv struktur siyasətinin 
formalaşdırılması üzrə  dəqiq elmi tövsiyələr verilmiş, sosial-iqtisadi inkişafının daha 
aktual kompleks proqramları müəyyən edilmiş, onun həyata keçirilməsinin sosial tə-
rəqqini sürətləndirməyə imkan verəcəyi qeyd edilmişdi. “Sxem”in işlənib hazırlanma-
sında  əsas diqqət, xüsusilə milli gəlirin yığım və istehlak fondları arasında, ictimai 
məhsulun istehsalı və tələbatı arasında, eyni zamanda təkrar istehsalın, ictimai məh-
sulun vacib proporsiyaları arasında xalq təsərrüfatının dinamikasının tarazlığının tə-
min edilməsinə və s. xüsusi diqqət yetirilmişdi. 
Bununla yanaşı, institut tərəfindən ümumi marağı təmsil edən QİYŞ ölkələrinin 
üzvlərinin planına müvafiq olaraq elmi və texniki tədqiqatların aparılması üzrə iki 
mövzu – “Elmi-texniki tədqiqatların idarə edilməsi və onların nəticələrinin tətbiq edil-
məsi” və “Regionun elmi-texniki inkişafının idarə edilməsi sisteminin formalaşdırılma-
sı üzrə təkliflərin işlənib hazırlanması” həyata keçirilmişdi. 
“İdarəetmənin sahəvi prinsipləri  şəraitində  ərazi planlaşdırılması metodlarının 
təkmilləşdirilməsi” mövzusu əsasında iki iş:  şəhərlərin kompleks inkişafının planlaş-
dırılmasının metodlarının təkmilləşdirilməsi və ərazi istehsalat komplekslərinin forma-
laşdırılmasının məqsədli uzunmüddətli proqramlarının metodiki əsasları üzrə təkliflə-
rin işlənib hazırlanmasına həsr edilmiş tədqiqatlar başa çatdırılmışdı. 
Sahəvi və regional bölmələrdə modellər sisteminin işlənib hazırlanması, xalq tə-
sərrüfatının planlaşdırılmasında riyazi-iqtisadi modellərin qurulmasının unifikasiya 
(vahid) metodlarının işlənib hazırlanması üzrə, SSRİ Elmlər Akademiyasının Mərkəzi 
İqtisadi Riyaziyyat İnstitutu (MİRİ) ilə birlikdə aparılan tədqiqatlar institut tərəfindən 
davam etdirilirdi. Bu ildə göstərilən problem üzrə Azərbaycan SSR-də sahələrarası 
təbii-dəyər dinamik modellərinin işlənib hazırlanması  və reallaşdırılması metodikası-
nın təkmilləşdirilməsi üzrə işlər başa çatdırılmış və baş idarə tərəfindən bəyənilmişdi. 
İnstitut tərəfindən təbii ehtiyatların regional istifadəsinin planlaşdırılması və ətraf 
mühitin mühafizəsi problemi sahəsində  tədqiqat işləri yerinə yetirilmişdi.1977-ci ildə 
“Azərbaycan SSR-in Şəki-Zaqatala zonasında mineral-xammal ehtiyatlarından istifa-
dənin iqtisadi, sosial və ekoloji problemləri”, eyni zamanda “Sənaye, nəqliyyat, dağ iş-
lənmələri ilə eroziyaya uğramış  və çirklənmiş Abşeron iqtisadi rayonunun torpaqları 
və onların bərpası üzrə görülən tədbirlər” maraqlı faktiki materialların ümumiləşdiril-
məsi və Abşeronda ətraf-mühitin mühafizəsinin yaxşılaşdırılması üzrə bir sıra praktiki 
təkliflər edilmiş işlər mərhələsi başa çatdırılmışdı. 
İnstitutun Hesablama Mərkəzi 1976-1980-ci illərdə ETİİ-nin əlaqələndirmə planı-
na əsasən plan hesablamalarının avtomatlaşdırılmış sisteminin (PHAS)  işlənib hazır-
lanmasını davam etdirmiş və aşağıdakı işlər yerinə yetirilmişdi: sahəvi səviyyədə möv-

 
57 
 
cud riyazi-iqtisadi modellər seçilmiş, tədqiq və  təhlil edilmişdi.  Əsas diqqət isteh-
salsahələrinin inkişafı və yerləşdirilməsinin optimallaşdırılması modellərinə verilmişdir. 
Üç sistemaltı misalda Azərbaycan SSR-in PHAS-də göstəricilər sisteminin for-
malaşdırılması problemi tədqiq edilmişdi: 
1) sənaye (ümumi); 
2) yeyinti sənayesi; 
3) kənd təsərrüfatı. 
Bütovlükdə, 1977-ci ildə institut tərəfindən özündə 17 mövzunu və 32 işi birləş-
dirən 8 problem üzrə tədqiqatlar aparılmışdı. 
1977-ci ildə tematik plan üzrə yerinə yetirilən işlərlə yanaşı, institut direktiv və 
plan orqanlarına 30-a yaxın plandan əlavə elmi xarakterli işlər hazırlamış və  təqdim 
etmişdi, eyni zamanda Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin və Dövlət Plan Ko-
mitəsinin göstərişlərinə müvafiq olaraq bir sıra operativ elmi materiallar hazırlanmışdı. 
Zərərlə işləyən müəssisələrdə, balıq və meşə resurslarından rasional istifadə edilmə-
sində ayrı-ayrı nazirliklərin, idarələrin iştirakı olmadan təcrübi-eksperimental bazanın 
genişləndirilməsində istehsal rentabelliyinin artırılması, dövriyyə vəsaitlərinin güclən-
dirilməsi üzrə  tədbirlər işlənib hazırlanmışdı. Yuxarı orqanlara Xırdalan kənd tikinti 
kombinatında və Kirovabad (indiki Gəncə) alüminium zavodunun obyektlərinin tikinti-
sinin gedişi barədə, ayrı-ayrı müəssisələrdə və istehsalatda istehsal gücündən istifa-
dənin vəziyyəti və yaxşılaşdırılması yolları iqtisadi stimullaşdırmadan və vasitələrdən 
düzgün istifadə edilməsi üzrə  təkliflər, xalq təsərrüfatının idarə edilməsində  əməyin 
normalaşdırılması  və ödənilməsi sisteminin yaxşılaşdırılması barədə geniş arayışlar 
təqdim edilmişdir. Azərbaycan KP MK-nın tapşırığı ilə respublika maşınqayırmasında 
tədarük və təmir istehsalatı təftiş edilmiş və onun nəticələri üzrə məruzə hazırlanmış 
və təqdim edilmişdi. 
1977-ci ildə institutun elmi-təşkilati fəaliyyətində  əsas yeri onun strukturunun 
yaxşılaşdırılması üzrə konkret tədbirlərin işlənib hazırlanması tuturdu. İnstitutun struk-
turunun yenidənqurulmasının vacibliyini və mürəkkəbliyini nəzərə alaraq, hər bir 
struktur bölməsinin fəaliyyəti, elmi işlərin hazırlanmasında, praktiki reallaşdırılması 
dərəcəsində, institutun qarşısında duran vəzifələrin həllində onların töhfəsi hərtərəfli 
təhlil edilmişdi. Xalq təsərrüfatının planlaşdırılmasında və iqtisadiyyatın vacib prob-
lemlərinin həllində qüvvələrin təmərküzləşmə səviyyəsi öyrənilmiş, iqtisadi tədqiqatla-
rın aparılmasında paralellik və təkrarlama dərəcəsi üzə çıxarılmışdır.  
İnstitutun yeni strukturunun formalaşması zamanı respublika Dövlət Plan Komi-
təsinin  şöbələrinin irad və  təklifləri nəzərə alınmışdır. Struktur üzrə  təkliflərin forma-
laşmasının gedişində Müttəfiq Respublikaların Dövlət Plan Komitələrinin iqtisadiyyat 
institutlarının və ölkənin bir sıra iqtisadi mərkəzlərinin təşkilati strukturu öyrənilmiş, bir 
çox elmi tədqiqat təşkilatlarının rəhbərləri ilə yaradıcılıq mübadiləsi edilmişdi.Yeni 
struktur üzrə 1977-ci ildə institutda özündə 36 sektoru birləşdirən 12 şöbə və Hesab-
lama Mərkəzi fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, əvvəlki illə müqayisədə şö-
bələrin sayı 7 ədəd azaldılmış, lakin sektorların sayı artmışdır.  
1977-ci ildə “Sovet Azərbaycanı iqtisadiyyatının çiçəklənməsi” adlı 10 çap vərə-
qi həcmində institutun elmi əsərlərinin X cildi nəşr edilmişdir. 

 
58 
 
 
 
Azərbaycan SSR Dövlət Plan Ko-
mitəsi yanında ETİİ-nin həyatında vacib 
hadisə 1977-ci ilin oktyabrında qeyd edil-
mişdi, o zaman İnstitutun bütün struktur-
larının Zərdabi küçəsi 88
a
-da yerləşən öz 
təzə 9 mərtəbəli binalarına köçmələri xü-
susi sevinclə qarşılanmışdır. 
1978-ci ildə ETİİ-nin fəaliyyəti icti-
mai istehsalın səmərəliliyinin artırılmasının 
gələcək problemlərinin həlli və xalq təsər-
rüfatının planlaşdırılmasının meto-doloji 
problemləri, respublika xalq təsərrüfatının 
uzunmüddətli inkişafının iqtisadi və sosial 
problemləri üzrə  təkliflərin və elmi mate-
rialların hazırlanmasına yönəldilmişdi. 
Azərbaycan SSR Dövlət Plan Komitəsi kollegiyasının 1978-ci il 8 fevral tarixli 14 
saylı  qərarı ilə  təsdiq edilmiş tematik planına  əsasən ETİİ kollektivi həmin ildə elmi 
qüvvələrini, maliyyə və maddi ehtiyatlarını 17 əsas mövzunun işlənib hazırlanmasını 
nəzərdə tutan 8 kompleks problemin tədqiqi üçün cəmləşdirdi. 
“Kommunizmin maddi-texniki bazasının yaradılmasının nəzəri problemləri, inkişaf 
etmiş sosializmdə istehsal münasibətlərinin təkmilləşdirilməsi və sosial həyat tərzinin 
möhkəmləndirilməsi” üzrə 1978-ci ildə iki iş yerinə yetirilmişdi: “Azərbaycan SSR-də milli 

 
59 
 
gəlirin təkrar istehsalı”, hesabatında göstərilmişdi ki, xalq təsərrüfatının iqtisadi artımının 
və onun səmərəliliyinin vacib sintetik göstəriciləri olan milli gəlirdir.  İstehlak fondu və 
yığım fonduna ayırmalar milli gəlirin ümumi həcmindən asılıdır.  İkinci işdə “Regional 
iqtisadiyyatın xalq təsərrüfatının effektivliyi və on birinci beşillikdə onun dəyişilməsinin 
əsas meyilləri” mərhələsi yerinə yetirilmişdi. “Sənayenin material tutumlu sahələrində xa-
lis məhsulun təhlili və ölçülməsi”, orada xalis məhsulun göstəricilərinin hesablanmasının 
və təyin edilməsinin metodiki və praktiki məsələləri istehsalın son nəticələrini daha tam 
və səhih xarakterizə etmə kimi nəzərdən keçirilmişdir. “Həyat səviyyəsinin yüksəldilməsi 
və sosial inkişaf” problemi üzrə bir neçə mövzu üzərində  tədqiqatlar aparılmış  və 8 iş 
yerinə yetirilmişdi. Beləliklə, “Həyat səviyyəsinin yüksəldilməsi və sosial inkişafın regional 
problemləri” işi və “Həyat səviyyəsi göstəricilərində regional təbəqələşməyə  təsir edən 
amillərin təhlili” mərhələsi başa çatdırılmışdır. Burada həyat səviyyəsi göstəricilərinin 
regional təbəqələşməsinə təsir edən stasionar tibb və məktəbəqədər uşaq  müəssisələ-
rində, mənzil təsərrüfatında, ticarət və məişət xidməti sahələrində olan amillər hərtərəfli 
öyrənilmişdir. “Kənd yerlərinin sosial infrastrukturu və kənd təsərrüfatının intensivləşdiril-
məsi şəraitində onun inkişafının əsas istiqamətləri” adlı işdə kənd təsərrüfatı istehsalının 
aqrar-sənaye inteqrasiyası şəraitində kəndlərin sosial infrastrukturunun vacib məsələləri 
nəzərdən keçirilmişdir. 
“Azərbaycan SSR-də kurort təsərrüfatının fəaliyyətinin sosial-iqtisadi problemləri 
və kurort komplekslərinin formalaşdırılması” adlı işdə “Azərbaycan SSR-də 2000-ci ilə 
qədər olan perspektivdə kurort təsərrüfatının inkişafının sosial-iqtisadi proqnozları” 
mərhələsi yerinə yetirilmişdir. Hesabatda respublikanın kurort təsərrüfatının müasir və-
ziyyətinin təhlili verilmişdir. Respublikanın iqtisadi, iqlim, təbii ehtiyatları zəhmətkeşlərin 
istirahəti və müalicəsi məqsədi ilə istifadə edilməsi üçün təqdim edilmişdir. 
“SSRİ xalq təsərrüfatının 1981-1985-ci illərdə  və uzaq perspektivdə inkişafının 
ümumi iqtisadi və sahələrarası problemləri” üzrə problemin tədqiqatı 14 işi əhatə et-
mişdi. “Azərbaycan SSR-də maşınqayırmanın perspektiv inkişafı, yerləşdirilməsi və 
onun effetivliyinin əsas istiqamətləri” işində statistik qruplaşmalar və hesablamaların 
müqayisəli metodlarının köməyi ilə maşınqayırmanın inkişafında əsas iqtisadi göstə-
ricilərin dinamikasını xarakterizə edən ətraflı hesablamalar aparılmışdır. 
“Azərbaycan SSR kimya və neft-kimya sənayesində karbohidrogen xammalının 
istifadəsinin müasir vəziyyəti” adlı iş başa çatdırıldı. Hesabatda faktiki materiallar əsa-
sında respublikanın neft və qaz emalı zavodlarında qaz və maye karbohidrogen xam-
malı ehtiyatları müəyyən edilmiş  və Sumqayıt  şəhəri müəssisələrində onların isti-
fadəsinin təhlili verilmişdir. 
“Azərbaycan SSR pambıq-parça sənayesində istehsal gücündən istifadənin 
yaxşılaşdırılması yolları” işində həm yeni gücün işə salınması hesabına, həm də fə-
aliyyət göstərən müəssisələrin gücünün istifadəsinin səmərəliliyini artırmaq yolu ilə 
maksimum məhsul buraxılışının əldə edilməsi məsələləri nəzərdən keçirilmişdir. 
“Əhalinin məşğulluğu strukturunun rasional formalaşdırılması yolları” işi üzrə “Azər-
baycan SSR-də perspektivdə  əmək ehtiyatlarının formalaşdırılması  və respublikanın 
iqtisadi rayonlarında xalq təsərrüfatı sahələrində və əmək tətbiqi sahələri üzrə əhalinin 
məşğulluğunun müəyyən edilməsi” mərhələsi yerinə yetirilmişdir. Əmək ehtiyatlarından 

 
60 
 
daha səmərəli istifadə yollarının axtarılması o zaman elmin vacib mərhələlərindən biri 
olmuşdur. Bu hesabatda əmək tətbiq edilən sahələr və xalq təsərrüfatı sahələri üzrə, 
əmək ehtiyatlarının perspektiv məşğulluğunun işlənib hazırlanması, eyni zamanda iqti-
sadi rayonlara bölməklə beşilliklər üzrə əmək ehtiyatlarının balansları təqdim edilmişdir. 
O zaman institutun fəaliyyətində vacib olan “Xalq təsərrüfatının inkişafının ümu-
mi, iqtisadi və sahələrarası problemləri, uzaq perspektivdə  və 1981-1985-ci illərdə 
respublikanın məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi” problemi qarşıya qo-
yulmuş, tədqiqat “Bütövlükdə uzaq perspektivdə və 1981-1985-ci illərdə xalq təsərrü-
fatının, istehsal komplekslərinin, iqtisadiyyat sahələrinin inkişafının sosial-iqtisadi və 
elmi-texniki problemləri” və “Regional iqtisadiyyat və məhsuldar qüvvələrin inkişafı və 
yerləşdirilməsi problemləri” kompleks mövzular çərçivəsində həyata keçirilmişdir. 
1978-ci ildə “Azərbaycan SSR 1976-1990-cı illərədək məhsuldar qüvvələrin inki-
şafı  və yerləşdirilməsinin  əsas istiqamətləri Sxem”i hazırlanmış, Azərbaycan SSR 
Dövlət Plan Komitəsinə  təqdim edilmiş  və respublika Dövlət Plan Komitəsi, SSRİ 
Dövlət Plan Komitəsi yanında MQÖŞ  tərəfindən bəyənilmiş, 1990-cı ilə  qədər olan 
perspektivdə Azərbaycan SSR-in iqtisadi və sosial inkişafının əsas istiqamətlərinin tə-
yin edilməsində  istifadə edilmişdir. 
“Azərbaycan SSR 1976-1990-cı illərədək məhsuldar qüvvələrin inkişafı və yer-
ləşdirilməsinin  əsas istiqamətləri Sxem”i iqtisad elmləri doktoru, professor Fərid  Əli-
qulu oğlu Fərəcovun və iqtisad elmləri doktoru, professor Ziyad Əliabbas oğlu Sə-
mədzadənin elmi redaktəsi ilə nəşr edilmişdir. 
 
 

 
61 
 
 
 

 
62 
 
 
“Sxem”in ayrı-ayrı bölmələrinin yazılmasında ETİİ əməkdaşlarının əksəriyyəti, eyni 
zamanda Azərbaycan SSR Dövlət Plan Komitəsinin əməkdaşları iştirak etmişdilər. 

 
63 
 
“Sxem” ümumi həcmi 42 çap vərəqi olan 2 cilddən ibarət idi. Birinci cilddə Azər-
baycan SSR iqtisadiyyatının inkişafının müasir vəziyyətinin təhlili, onun uzunmüddətli 
perspektivdə sosial-iqtisadi konsepsiyasının əsas vəzifələri, 1976-1990-ci illərdə res-
publikanın məhsuldar qüvvələrinin sahəvi və ərazi strukturunun gələcəkdə təkmilləş-
dirilməsi barədə materiallar verilir. İkinci cilddə 1976-1990-cı illərdə respublikanın 
xalq təsərrüfatının sosial-iqtisadi inkişafının əsas parametrləri göstərilmişdir. 
1977-ci ildə  işlənilməyə başlanılmış “Təbii ehtiyatlardan səmərəli istifadə edilmə-
sinin planlaşdırılması və ətraf mühitin qorunması” problemi üzrə “Azərbaycan SSR Şəki-
Zaqatala iqtisadi rayonunda mineral-xammal ehtiyatlarından istifadənin iqtisadi, sosial 
problemləri” işi başa çatdırılmışdı. Tədqiqat işində  Şəki-Zaqatala iqtisadi rayonunun 
mineral-xammal ehtiyatları üzrə olan materialların ümumiləşdirilməsi, öyrənilməsi  əsa-
sında, xalq təsərrüfatında onların daha səmərəli istifadəsi üzrə təkliflər verilmişdir. 
1978-ci ildə “Elmin, texnikanın inkişafının ümumi nəzəri, sosial, iqtisadi və təşkilati 
əsasları” problemi üzrə “Elmi-texniki tərəqqinin idarə edilməsi, təşkili və onların nə-
ticələrinin tətbiqi” mövzusunda tədqiqatlar aparılmış, “İştirakçı ölkələrdə tapşırıq üzrə 
işlərin yerinə yetirilməsi sahəsində elmi-texniki tərəqqi (ETT) təşkilatlarının fəaliyyətində 
müqayisəli təhlil aparmaq” adlı iş yerinə yetirilmişdi. 1976-cı ildən 1978-ci ilə qədər olan 
dövr ərzində respublikanın elmi potensialının, elmi-tədqiqat, layihə-konstruktor və təcrü-
bə-sınaq işlərinin nəticələrinin xalq təsərrüfatında tətbiqinin, tədqiqatların planlaşdırıl-
masının və respublika miqyasında onları idərəetmənin, tədqiqatların koordinasiyasının 
vəziyyəti geniş  təhlil edilmiş  və  məruzə hazırlanmışdır. Burada Sovet iqtisad elminin 
inkişafında Azərbaycan alimlərinin verdiyi töhfə nəzərə çatdırılmışdır. 
Bu ildə İnstitutun Hesablama Mərkəzi 1976-1980-ci illərdə ETİ-nin əlaqələndirici 
planına uyğun olaraq Plan Hesablamalarının Avtomatlaşdırılmış Sisteminin (PHAS) II 
növbəsinin işlənib hazırlanmasını davam etdirmiş  və bu çərçivədə “Uzunmüddətli 
növbəti planın və XI beşillik üzrə xalq təsərrüfatı planının işlənib hazırlanmasında isti-
fadə etmək üçün nəzərdə tutulmuş elektron hesablama maşınları (EHM) sistemlərinin 
təhlili”, “PHAS altsistemlərinin öz aralarında və müvafiq ərazi, sahəvi idarəetmənin 
avtomatlaşdırılmış sistemi (İAS) ilə qarşılıqlı təsirinin metodiki problemləri”, “Müxtəlif 
səviyyəli PHAS-ın İAS ilə qarşılıqlı təsirinə tələbat” işləri yerinə yetirilmişdir.  
1978-ci ildə institutun kollektivi ETİ tematik planı ilə nəzərdə tutulmuş problemlər və 
mövzuların yerinə yetirilməsi ilə yanaşı, direktiv orqanların, Azərbaycan SSR Dövlət Plan 
Komitəsinin, institutun rəhbərliyinin tapşırığı üzrə plandan kənar böyük həcmli elmi 
xarakterli işlər yerinə yetirmişdi. Bütövlükdə institutda plandan kənar 38 iş hazırlanmışdı. 
Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin Sov. İKP MK-nın “XXV partiya qu-
rultayının tələbləri nəticəsində respublika sənayesində gələcəkdə əmək məhsuldarlığı-
nın artırılması üzrə tədbirlər haqqında” qərarlarını yerinə yetirmək üçün və təşkilati-tex-
niki tədbirlərin işlənib hazırlanması üzrə nazirliklərə, komitələrə, idarələrə metodiki kö-
mək göstərmək məqsədilə ETİİ mütəxəssislərinin iştirakı ilə Azərbaycan SSR Dövlət 
Plan Komitəsində əmək məhsuldarlığının sistematik artımını təmin etmək məqsədi ilə 
işçi qrupu yaradılmışdı. İnstitutda bu məsələ üzrə eyni zamanda elmi-məşvərət qrupu 
yaradılmış, nazirliklərin, komitələrin, idarələrin materiallarını ümumiləşdirmə əsasında, 
əmək məhsuldarlığı üzrə cari beşilliyin tapşırıqlarının yerinə yetirilməsinin gedişini təhlil 
etməklə onun gələcəkdə artımına istiqamətlənmiş təkliflər hazırlanmışdı. 
 

64 
 
İctimai istehsalın effektivliyi və sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasının 
ümumi problemləri şöbəsi “Azərbaycan SSR xalq təsərrüfatında orta əmək haqqının 
digər respublikalardan geridə qalma səbəbləri haqqında” geniş araşdırma aparmış və 
elmi materiallar hazırlanmışdı. Həmin materiallar Azərbaycan SSR Dövlət Plan Ko-
mitəsinin kollegiyasının iclasında müzakirə olunmuş, bəyənilmiş və dəqiq tövsiyələrlə 
Azərbaycan SSR-in Nazirlər Sovetinə təqdim edilmiş, sonra isə Azərbaycan KP MK-
nın Bürosunda müzakirə edilmişdir. 
Azərbaycan KP MK-nın tapşırığı üzrə  Məhsuldar qüvvələrin yerləşdirilməsi 
problemlərinin ümumi şöbəsinin Aqrar-sənaye kompleksi və Kənd Təsərrüfatı sektoru 
AzKTİETİ ilə birlikdə “Azmeyvətərəvəzsənaye”nin tərkibinə daxil olan kənd təsərrüfatı 
təşkilatlarının, aqrosənaye birliklərinin inkişafının müasir vəziyyəti üzrə materiallar 
ümumiləşdirilmiş və proqram tərtib edilmişdir. 
Nəqliyyat və rabitənin kompleks problemləri  şöbəsi Azərbaycan SSR Dövlət 
Plan Komitəsinin tapşırığı üzrə “Azərbaycan SSR-in xalq təsərrüfatında nəqliyyat xər-
clərinin azaldılması barədə” arayış hazırlanmış və Azərbaycan SSR Nazirlər Sovetinə 
təqdim edilmişdi. 
Rəhbərliyin göstərişi ilə Xidmət sahələri və sosial inkişaf problemləri şöbəsi tə-
rəfindən Lənkəran iqtisadi rayonunda xidmət istehsal sahələrinin müasir vəziyyəti öy-
rənilmiş, bu məsələ üzrə elmi hesabatlar hazırlanmışdı. Bundan başqa “Əhaliyə məi-
şət xidmətinin yaxşılaşdırılması və ticarətin gələcək inkişafı üzrə partiya təşkilatlarının 
fəaliyyəti” mövzusunda məruzə Azərbaycan KP MK-ya təqdim edilmişdi. Qeyd edilən 
işlər, 1978-ci ildə institutun struktur bölmələrinin yerinə yetirdiyi plandan kənar tap-
şırıqların yalnız bir hissəsini təşkil edirdi.  
İnstitut  əməkdaşları 1978-ci ildə ümumittifaq, respublika müşavirələrində, kon-
franslarda, simpoziumlarda fəal iştirak etmişdilər. 
Regional planlaşdırma problemi üzrə Sovet-Hind simpoziumunun işində “İsteh-
sal qüvvələrinin  ərazi təşkilinin planlaşdırılmasında sahələrarası metodların tətbiq 
edilməsi” mövzusunda məruzələrlə institutun direktoru Fərid Əliqulu oğlu Fərəcov və 
elmi işlər üzrə direktor müavini Vahid Cümşüd oğlu Axundov iştirak etmişdilər. 
Bakı  şəhərində keçirilən “Məskunlaşmanı  nəzərə almaqla regional demoqrafik 
proqnozlaşdırma” konfransında Demoqrafik inkişafın sosial-iqtisadi problemləri sekto-
runun müdiri Kəmaləddin Veysəl oğlu Məmmədov məruzə ilə çıxış etmişdi. Konfransın 
işində Kamal Şamil oğlu  Əmiraslanov və Mark Əli oğlu Nəcəfəliyev iştirak etmişdilər. 
Yuxarıda adı çəkilən sektorun əməkdaşı Rasim Tacəddinov “İctimai istehsalın effektivli-
yinin artırılması problemləri və sosialist iqtisadiyyatının inkişaf perspektivləri” problemi 
üzrə keçirilən elmi konfransda iştirak etmək üçün Kiyev şəhərinə ezam edilmişdir. 
Sektor müdirləri Arif Həsən oğlu Manafov və Yevgeniy İvanoviç Matveyev Bakıda 
keçirilən sosialist ölkələrinin Birinci Neft-Kimya simpoziumunda iştirak etmişdilər. Baş 
elmi işçi Esma Emir-İlyasova Moskva şəhərində Ali məktəbin ETİ tərəfindən təşkil edil-
miş “Elmi-texniki inqilab şəraitində mütəxəssislər hazırlanmasının iqtisadi problemləri” 
ümumittifaq əlaqələndirmə müşavirəsinin işində iştirak etmişdi. 
Hesablama mərkəzinin bir sıra  əməkdaşları plan hesablamalarının avtomatlaşdırıl-
mış sistemlərinin ikinci növbəsinin işlənib hazırlanması üzrə əlaqələndirmə müşavirəsinin 
işində  iştirak etmək üçün Moskva şəhərinə ezam edilmişdilər. 1978-ci ilin dekabrında 
institutun elmi əsərlərinin 10 çap vərəqi həcmində XI cildi i.e.d., professor Fərid  Əliqulu 
oğlu Fərəcov və i.e.n. Vahid Cümşüd oğlu Axundovun redaktələri ilə çap olunmuşdur. 

65 
 
 
 

66 
 
1978-ci ildə Azərbaycan SSR Dövlət 
Plan Komitəsi yanında ETİİ-nin 14 şöbəsin-
də 401 nəfər  əməkdaş çalışırdı, onlardan 
3-ü elmlər doktoru və 53-ü elmlər namizədi 
idi. 
Qeyd etmək lazımdır ki, ETİİ-nin əmək-
daşlarının sayının 1978-ci ildə 401 nəfər ol-
ması ETİİ-nin 14 illik tarixində  ən böyük rə-
qəm olmuşdur. ETİİ-nin  əməkdaşlarının sa-
yının çox olmasında,  əlbəttə  həmin vaxtda 
institutun (1977-ci ilin oktyabrından) öz inziba-
ti binasının olması faktı böyük rol oynamışdır. 
ETİİ-nin inzibati binasının tikilməsi problem-
lərinin həllində institutun1968-1974-cü illərdə 
direktoru olmuş Mədət Mustafa oğlu Allahver-
diyevin  əzmkarlığı böyük rol oynamışdı. Bu 
vətənpərvər alimin prinsipallığı  və  əzmkarlığı 
sayəsində institut 9 mərtəbəli yeni bina ilə 
təmin edilmişdir. 
 
 
 
 
 

67 
 
1979-cu ildə Azərbaycan SSR Döv-
lət Plan Komitəsi yanında ETİİ-nin fəaliy-
yəti, institut əməkdaşlarının  əməyinin ef-
fektivliyinin və yaradıcılıq fəallığının yük-
səldilməsinə, planlaşdırmanın təcrübə ilə 
əlaqəsinin möhkəmləndirilməsinə, inkişaf 
etmiş sosialist cəmiyyətinin vacib iqtisadi 
problemləri üzrə elmi tədqiqatların apa-
rılmasına təşəbbüslərin və  məsuliyyətin 
gücləndirilməsinə istiqamətləndirilmişdi. 
Respublikanın xalq təsərrüfatının 
planlaşdırılmasının və iqtisadiyyatın daha 
aktual problemlərinin tədqiqata cəlb edil-
məsi, planlaşdırmanın təcrübə ilə  əlaqə-
sinin gücləndirilməsi və onun elmi əsas-
landırılmasının artırılması üçün və insti-
tutun elmi potensialını bu istiqamətlərdə 
cəmləşdirmək məqsədi ilə tədqiqatların mövzusuna yenidən baxılmışdı. 
Respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsi və sosial-iqtisadi inkişafın 
uzunmüddətli problemləri, demoqrafiya və əmək ehtiyatları, maddi istehsal sahələrinin 
səmərəli inkişafı və xalq təsərrüfatı proporsiyalarının optimallaşdırılması, ətraf mühitin 
qorunması  və  təbii ehtiyatlardan kompleks istifadə, respublika ərazi və sahələrarası 
əlaqələrin effektivliyini artırmaq, xalq təsərrüfatının idarəetmə mexanizmini təkmilləşdir-
mək, kapital qoyuluşu, əsas fondlar, böyük şəhərlərdə tez xarab olan kənd təsərrüfatı 
məhsullarının satışını stimullaşdırmaq üzrə tədqiqatlar nəzərə çarpacaq dərəcədə ge-
nişləndirilmişdi. 
İnstitutun əsas elmi istiqamətlərinə uyğun olmayan kiçik, perspektivsiz, az aktual 
mövzularının tematik plandan çıxarılması yolu ilə tədqiqatların çox mövzululuğu aradan 
qaldırılmışdır. 
Xalq təsərrüfatının idarə edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsi, 
respublika aqrar-sənaye inteqrasiyası, buraxılan məhsulun keyfiyyəti, ictimai istehsa-
lın effektivliyinin artırılması problemlərinin tədqiqi diqqət mərkəzində olmuşdur. 
SSRİ Elmlər Akademiyası, SSRİ Nazirlər Sovetinin Elm və Texnika üzrə Dövlət 
Komitəsi və SSRİ Nazirlər Sovetinin Dövlət Plan Komitəsi tərəfindən, eyni zamanda, 
ETİ-nin  əlaqələndirmə planı ilə  təsdiq edilmiş, 1976-1980-ci illərdə ictimai və  təbiət 
elmləri üzrə elmi tədqiqatların planına müvafiq olaraq Azərbaycan SSR Dövlət Plan 
Komitəsi yanında ETİİ-də“Elmi-texniki tərəqqi və onun 2000-ci ilə  qədər olan pers-
pektiv dövr üçün sosial-iqtisadi nəticələrinin kompleks proqramı” hazırlanmış, SSRİ 
Elmlər Akademiyası və SSRİ Elm və Texnika üzrə Dövlət Komitəsi tərəfindən bəyə-
nilmiş və Moskva şəhərində nəşr edilmişdir. 
 

68 
 
 
 
 
 

69 
 
 
 
1979-cu ildə 11 əsas mövzunun, o cümlədən 43 sərbəst ETİ-nin işlənib hazırlanma-
sını nəzərdə tutan qarşılıqlı əlaqəli 5 kompleks problem üzrə tədqiqat aparılmışdır. 1979-
cu ildə  “İnkişaf etmiş sosializmdə istehsal münasibətlərinin təkmilləşdirilməsi və kom-
munizmin maddi-texniki bazasının yaradılmasının nəzəri problemləri” mövzusunun işlənib 
hazırlanması davam etdirilmişdir. Bu problemin tədqiqat işi iki kompleks mövzu çərçivə-
sində aparılmışdır. “İctimai istehsalın intensivləşdirilməsinin və effektivliyinin yüksəldilməsi 
yolları  və inkişaf etmiş sosialist iqtisadiyyatında proporsiyanı  təkmilləşdirmək” mövzusu 
üzrə hesabat ilində “Yığım fondunun dəyişilməsinin  əsas meyilləri və onun effektivliyinə 
təsir edən amillər” mərhələsi başa çatdırıldı. Tədqiqat işində yığım fondunun dəyişilməsi 
meyilləri və formalaşdırılması, proporsiyalar tədqiq edilmiş, dövriyyə vəsaitlərindən istifadə 
edilməsinin vəziyyəti və onun istehsalın effektivliyinə təsiri təhlil edilmiş, maşınqayırmada 
fond veriminin dəyişməsinin amillər üzrə təhlili aparılmışdır. 
“Həyat səviyyəsinin yüksəldilməsi və sosial sahənin inkişaf problemləri” istiqaməti 
üzrə tədqiqatların nəticələri öz əksini bir neçə kompleks mövzunun işlənməsində tap-
mışdı. 1981-1985-ci illərdə  əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial inkişaf 
sahəsində vəzifələrin həllinin əsas istiqamətlərinə həsr olunmuş kompleks elmi tədqi-
qatlar (“XI beşillikdə əhalinin həyat səviyyəsinin gələcəkdə yüksəldilməsi üzrə təkliflər”, 
“Aqrar-sənaye inteqrasiyası şəraitində əmək haqqının stimullaşdırıcı rolunun artırılma-
sında əmək məhsuldarlığının artım ehtiyatlarının üzə çıxarılması”) işlənilmişdir. 
Adları çəkilən problemlər çərçivəsində həm də kənd yerlərində infrastruktur sahə-
lərinin inkişafının planlaşdırılmasını  təkmilləşdirməkdən, böyük şəhərlərdə tez xarab 
olan kənd təsərrüfatı  məhsullarının realizəsinin stimullaşdırılmasını  təkmilləşdirmək-

70 
 
dən, Azərbaycan SSR-də kurort komplekslərinin inkişafını formalaşdırmaqdan ötrü 
təkliflərin işlənib hazırlanması ilə əlaqədar elmi-tədqiqat işləri başa çatdırılmışdır. 
1981-1985-ci illərdə və uzaq perspektivdə kadr hazırlığı və təhsilin sosial-iqtisa-
di problemləri sahəsində respublika tabeçiliyində olan nazirliklər və idarələr üzrə ali 
və orta ixtisas təhsilli mütəxəssislərə cari və perspektiv tələbatın təyin edilməsi üzrə 
sahəvi metodik göstərişlər işlənib hazırlanmışdır. 
“Texniki peşə  təhsili sistemi vasitəsi ilə Azərbaycan SSR sənayesinin ixtisaslı 
fəhlə kadrlarla təmin edilməsinin vəziyyəti və onun yaxşılaşdırılması yolları” tədqiqat 
işinin əsas məqsədi sənayenin ixtisaslı fəhlə kadrlarla təmin edilməsinin azalmaması-
na istiqamətləndirilmiş, müəssisələrə kadrların təhkim edilməsi üzrə dəqiq təkliflər iş-
lənib hazırlanmış, texniki-peşə təhsilli məzunların axıcılığının əsas səbəblərini üzə çı-
xarmaq və öyrənmək olmuşdur. 
“Əhalinin sosial-iqtisadi problemləri” mövzusu iki sərbəst elmi-tədqiqat işi üzrə 
yerinə yetirilmişdi: “Azərbaycan SSR əhalisinin inkişafının demoqrafik xüsusiyyətləri” 
və  “Əhali məşğulluğunun rasional strukturunun formalaşdırılması yolları”. Birinci iş 
üzrə “Azərbaycan SSR əhalisinin təkrar istehsalının müasir xüsusiyyətləri”ndə  əhali 
artımının dinamikası, əhalinin təbii yerdəyişməsinin formalaşdırılmasının xüsusiyyət-
ləri mərhələsi yerinə yetirilmişdir. Miqrasiya və yaşayış məntəqələrinin şəhər tipli qə-
səbələrə çevrilməsi hesabına kənd və  şəhər  əhalisi arasında nisbətin dəyişilməsi 
meyili və urbanizasiya prosesi də  tədqiq edilmiş, eyni zamanda siyahıyaalınmalar 
arasındakı dövr ərzində respublika əhalisinin cins və yaş strukturunun dəyişilməsi in-
kişafı təhlil edilmişdir. 
“Əhali məşğulluğunun milli strukturunun formalaşdırılması yolları” işi üzrə  tədqi-
qatların nəticələri praktiki əhəmiyyət kəsb etmiş və elmi maraq doğurmuşdur. Azərbay-
can SSR əhalisinin hərəkəti və onun perspektiv sayının materialları əsasında əmək eh-
tiyatlarının formalaşmasının əsas istiqamətləri  və onların xalq təsərrüfatı sahələrində 
ixtisaslı  və  əmək tətbiq edilən sahələrdə yerləşdirilməsi problemləri üzə  çıxarılmış-
dır.Göstərilən dövrdə Azərbaycan SSR Dövlət  Plan Komitəsi yanında ETİİ-nin fəaliy-
yətinin əsas istiqamətlərindən biri uzun dövr üçün Azərbaycan SSR-in məhsuldar qüv-
vələrinin inkişafı və yerləşdirilməsinin uzunmüddətli iqtisadi proqnozlarının  işlənib ha-
zırlanması olmuşdur. 
1979-cu ildə institut “1981-1985-ci illərdə SSRİ-nin iqtisadi və sosial inkişafının 
əsas istiqamətlərinin hazırlanması”,“1990-cı ilə qədər olan dövrdə SSRİ-nin iqtisadi və 
sosial inkişafının əsas istiqamətləri layihəsinin işlənib hazırlanmasının başa çatdırılma-
sı müddəti və qaydaları haqqında” Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1978-ci 
il 10 iyul tarixli 573 saylı qərarı, SSRİ Dövlət Plan Komitəsinin 1978-ci il 28 iyul tarixli 
108 saylı qərarı və Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin 1978-
ci il 8 avqust tarixli 276 saylı qərarının icrası üçün 2000-ci ilə qədər uzunmüddətli pers-
pektivdə Azərbaycan SSR-nin iqtisadiyyatının inkişafının  əsas istiqamətləri layihəsini 
işləyib hazırladı və “Sxem”in göstəricilərinin dəqiqləşdirilməsi və işin başa çatdırılması-
nı  həyata keçirdi. “1981-1985-ci illərdə  və uzaq perspektivdə 2000-ci ilə  qədər olan 
dövrdə bir sıra layihə və elmi-tədqiqat təşkilatlarının işləyib hazırladıqları araşdırmalar 
əsasında Azərbaycan SSR-in kimya və neft-kimya sənayesinin inkişafı  və yerləşdiril-

71 
 
məsi, 1961-1980-ci illərdə respublikanın kimya və neft-kimya sənayesinin inkişafına və 
yerləşdirilməsinə qiymət verilmiş, 1981-1985-ci illərdə bu sahənin inkişafı və yerləşdiril-
məsinin əsas istiqamətlərinin son variantı  işlənib hazırlanmış, bu parametrlər 1990-cı 
ilə  qədər dəqiqləşdirilmiş  və 2000-ci ilə  qədər uzaq perspektivdə sahənin inkişafı  və 
yerləşdirilməsinin ilkin variantı əvvəlcədən hazırlanmışdır. 
1979-cu ildə kənd təsərrüfatı istehsalının sahələrarası əlaqələrinin tədqiqinin əsas 
metodiki prinsipləri işlənib hazırlanmış, müttəfiq respublikalarda planlaşdırmanın tək-
milləşdirilməsinin nəzəri əsasları aşkara çıxarılmış, sahələrarası komplekslərin forma-
laşdırılmasına, sahələrarası əlaqələrin möhkəmliyinə qiymət verilmişdir. 
“Azərbaycan SSR-in regionlararası  və respublikadaxili iqtisadi əlaqələrinin proq-
nozu və  təhlili” mövzusu üzrə  tədqiqat,  əsasən, iki istiqamətdə aparılırdı (başlanğıc-
1979-cu il; son-1980-ci il): 
-  son on il ərzində regionlararası əlaqələrin sahəvi strukturunun və dinamika-
sının öyrənilməsi; 
- Azərbaycanda mövcud olan ərazi əlaqələrinin effektivliyinin müəyyən edilməsi. 
Bu tədqiqat işi 1978-ci ildə aparılan fasiləsiz yoxlanmalar yolu ilə əldə edilmiş bö-
yük həcmli material əsasında yerinə yetirilmişdir. 1979-cu ildə Azərbaycanın regionla-
rarası və respublikadaxili iqtisadi əlaqələrinin müasir vəziyyətinin dəqiq təhlili aparılmış-
dır. Respublikadaxili və maddi əlaqələri təhlilinin məqsədi həm respublikanın iqtisadi 
rayonları arasında, həm də “Azərbaycan SSR və müttəfiq respublikalar arasında idxal 
və ixrac məhsullarının sahəvi və ərazi strukturunun tədqiqi, respublika iqtisadiyyatının 
inkişafında idxal və ixracın rolunun müəyyən edilməsi olmuşdur ki, bu da xalq təsər-
rüfatının ixtisaslaşdırılma səviyyəsini və Azərbaycanın ictimai əməyinin ümumittifaq 
bölgüsündə iştirakını üzə çıxarmağa imkan verirdi. 
SSRİ Dövlət Plan Komitəsinin məktubuna və Azərbaycan SSR Dövlət Plan Komi-
təsinin qərarına müvafiq olaraq institut 1977-ci, 1980-ci, 1985-ci və 1990-cı illərdə natural 
ifadədə sahələrarası balansların işlənib hazırlanması üzrə intensiv tədqiqatlar aparırdı. 
Naturalifadədə sahələrarası balansın işlənib hazırlanmasında məqsəd vacib sa-
hələrarası əlaqələrin konkretləşdirilməsi və detallaşması yolu ilə sahələrarası model-
lərin tərtib edilməsində daha effektiv metodların yaradılması, dəyər və natural ifadədə 
xalq təsərrüfatının inkişafının  əsas göstəricilərinin hesablanmasının vahid qarşılıqlı 
əlaqəli sisteminin yaradılması idi. 
1979-cu ildə institut “Ehtiyatların perspektiv qiymətləndirilməsi və xalq təsərrüfatı-
nın təbii ehtiyatlarla təmin edilməsi, onların ətraf mühitin mühafizəsi və ehtiyatların növ-
ləri üzrə rasional istifadəsinin problemləri” kompleks mövzusu çərçivəsində “Ətraf mü-
hitin mühafizəsi və təbii ehtiyatların rasional tədqiqinin planlaşdırılması problemi”nin işl-
ənib hazırlanmasını davam etdirdi. ETİ-nin tematik planına müvafiq olaraq bu mövzu 
üzrə aşağıdakıları tədqiq etmək nəzərdə tutulurdu: 
-“Azərbaycan SSR-də termal sulardan kompleks istifadə problemləri”; 
-“Azərbaycan SSR-də su ehtiyatlarının kompleks istifadəsinin iqtisadi problem-
ləri və onun effektivliyinin yüksəldilməsi”; 
-“Azərbaycan SSR-də ətraf mühitin qorunmasının sosial-iqtisadi problemləri (su 
və hava hövzələri)”. 

72 
 
Həmin ildə birinci iş üzrə “Azərbaycan SSR-də termal sulardan istifadə etmək 
üçün ilkin şəraitdə vəziyyətin qiymətləndirilməsi” mərhələsi yerinə yetirilmişdir. Aparılan 
təhlil göstərmişdir ki, dərin termal sulardan istifadənin üstünlüyü hər şeydən əvvəl onun 
tətbiqinin texnoloji sxeminin sadə olmasından və az həcmdə  əlavə kapital qoyulu-
şundan istifadə edilməsidir. Azərbaycan SSR-də termal sular kifayət qədər geniş yayıl-
mışdır, lakin onlardan istifadə etmək son dərəcə qeyri-məqbuldur, bunun əsas səbəbi 
onların öyrənilməsinin aşağı səviyyədə olmasıdır. İkinci iş Azərbaycan SSR-in kənd tə-
sərrüfatında suya tələbatı tədqiq etməyə və onun səmərəli istifadə yollarının işlənib ha-
zırlanmasına həsr edilmişdi. 
Ətraf mühitin qorunması problemlərinin həllinin son dərəcə vacib əhəmiyyətini nə-
zərə alaraq, 1979-cu ildə ətraf mühitin keyfiyyətinin müasir vəziyyəti məsələləri tədqiq 
edilmiş  və perspektivdə Azərbaycan SSR-də  ətraf mühitin mühafizəsi üzrə konsepsi-
yaların əsas qaydaları işlənib hazırlanmışdır. 
1979-cu ildə Hesablama Mərkəzi, 1976-1985-ci illərdə layihə işlərinə və elmi-təd-
qiqat işlərinin  əlaqələndirmə planına  əsasən Azərbaycan SSR Dövlət Plan Komitəsi 
səviyyəsində birinci mərhələdə kompleks vəzifələri realizə etməyə və onların həm kə-
miyyət, həm də keyfiyyət cəhətdən gələcəkdə artırılmasına şərait yaratmağa imkan ve-
rən, ikinci növbənin plan hesablanmalarının avtomatlaşdırılmış sisteminin birinci mər-
hələsinin işlənib hazırlanmasını davam etdirmişdir. 
Metodik təminat üzrə bu işlər yerinə yetirilmişdir: Azərbaycan SSR-in PHAS 
ikinci növbəsinin layihələşdirilməsi tapşırığı üzrə  işlərin qalan hissəsi tamamlandı. 
Tapşırıq Azərbaycan SSR Dövlət Plan Komitəsinin PHAS ikinci növbəsinin onun fəa-
liyyəti zamanı təmin etməyin əsas tələblərini özündə birləşdirmişdi. 
Layihələşdirmə tapşırığında Azərbaycan SSR PHAS birinci növbəsinin qəbulu 
üzrə idarələrarası komissiyanın  əsas təklifləri və  nəticələri, eyni zamanda müttəfiq 
respublikaların və SSRİ Dövlət Plan Komitəsinin PHAS ikinci növbəsinin layihələşdi-
rilməsi məsələləri üzrə ümumittifaq müşavirələrinin tövsiyələri nəzərə alınmışdır. 
1979-cu ildə elmi-tədqiqat işləri planı ilə nəzərdə tutulmuş problem və mövzuların 
yerinə yetirilməsi ilə yanaşı, institutun fəaliyyətində plandan kənar materialların hazır-
lanması əhəmiyyətli yer tutmaqda davam edirdi. İnstitutun plandan kənar yerinə yetirdi-
yi göstəriş  və tapşırıqların miqyasını onunla təyin etmək olar ki, bu dövrdə institutun 
kollektivi Azərbaycan SSR xalq təsərrüfatının inkişafının vacib sosial-iqtisadi vəzifələri 
üzrə, yerinə yetirilən planlı və plandan kənar işlər və göstərişlərin nəticələri üzrə direk-
tiv orqanlara və Azərbaycan SSR Dövlət Plan Komitəsinə praktik istifadə üçün 60-a ya-
xın elmi arayış, informasiya vərəqəsi və təkliflər hazırlamış və təqdim etmişdir. Bu ma-
teriallar ictimai istehsalın gələcək effektivliyinin artırılması  və respublikanın sosial-iq-
tisadi inkişafı üzrə aktual problemlərin həlli üzrə tədbirlərin işlənib hazırlanmasına xid-
mət edirdi və  konkret tədqiqatlar bazasında hazırlanırdı. 
Plandan kənar işlərin böyük hissəsi ağır sənaye sahələrinin proqnozlaşdırılma-
sı, iqtisadiyyatın və xalq təsərrüfatının planlaşdırılması problemləri şöbəsi tərəfindən 
yerinə yetirilirdi (şöbə müdiri i.e.n. Sabir Səfərov). Bu işlər arasında Azərbaycan SSR 
Dövlət Plan Komitəsinin tapşırığı ilə aşağıdakı işlər yerinə yetirilmişdir: 

73 
 
-elektroenergetikada, neft-qazçıxarmada, neft emalı sənayesində, qara və əlvan 
metallurgiya, kimya və neft-kimya sənayesi və maşınqayırmada plan nizam-intizamının 
möhkəmləndirilməsi üzrə təkliflər; 
-Abşeron yarımadasında yeni quyuların qazılmasının faydalılığı haqqında arayış 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin neft-qazçıxarma sənayesi şöbəsinin tapşırı-
ğı üzrə yerinə yetirilmişdi; 
-1980-ci ilə qədər olan dövrdə Azərbaycan SSR-də məqsədli istiqamətlər üzrə möv-
cud yanacaq-enerji ehtiyatlarında kommunal-məişət ehtiyaclarına tələbatın hesablanması. 
İnstitutun struktur bölmələri tərəfindən Azərbaycan SSR Dövlət Plan Komitəsi-
nin tapşırığı ilə 1979-cu il ərzində plandan kənar 19 iş hazırlanıb verilmişdir. 
Bundan başqa, institutda əmək ehtiyatlarından səmərəli istifadə edilməsi prob-
lemlərinin tədqiq edilməsi üzrə iş davam etdirilirdi (təkrar istehsal və ixtisaslı kadr hazır-
lığının planlaşdırılmasının təkmilləşdirilməsi problemləri şöbəsi (şöbə müdiri i.e.n., b.e.i. 
Cəlil Bahadur oğlu Quliyev). Azərbaycan SSR Ali Sovetinin tapşırığı ilə Şamxor (indiki 
Şəmkir) rayonunda əmək ehtiyatlarından istifadənin vəziyyəti öyrənilmiş  və  əmək-
qabiliyyətli əhalinin, xüsusən kənd yerlərində onların məşğulluğunun hesablanmasının 
düzgün olmaması üzə  çıxarılmışdır. Tədqiqatların nəticələri belə  qərara gəlməyə 
imkan vermişdir ki, bu rayon üçün kadr axıcılığı xarakterik haldır. Təqdim edilmiş arayış 
1979-cu ilin mart ayında Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətində müzakirə 
edilmiş və müvafiq Qərar qəbul edilmişdir.  
Respublika Dövlət Plan Komitəsinin rəhbərliyinin göstərişi əsasında əsaslı tikinti 
və onun maddi-texniki bazasının inkişafı üzrə (“İqtisadiyyat və xalq təsərrüfatının plan-
laşdırılması, tikinti, tikinti-sənaye və tikinti materialları sənayesi problemləri” şöbəsi (şö-
bə müdiri Eldar Sirac oğlu Nuriyev)) materiallar hazırlanmış, yarımçıq işlər başa çat-
dırılmış və direktiv orqanlara təqdim edilmişdir. 
Xalq istehlakı mallarının artan miqyasını və onun effektivliyinin, keyfiyyətinin gə-
ləcəkdə artırılmasını nəzərə alaraq, institut tərəfindən “Xalq istehlakı malları istehsalı, 
sahələrin proqnozlaşdırılması və iqtisadiyyatın və xalq təsərrüfatının planlaşdırılması 
problemləri”  şöbəsi (şöbə müdiri Alıcan Bayraməli oğlu Abbasov) hazırlanan elmi 
materiallar yuxarı orqanlara təqdim edilmişdir: 
-1990-cı ilə qədər olan perspektivdə Azərbaycan SSR konserv və çay sənayesi 
müəssisələrinin inkişafı  və yerləşdirilməsi haqqında iş Azərbaycan SSR Dövlət  Plan 
Komitəsinin kollegiyasında 1979-cu ilin may ayında müzakirə edilmiş və bəyənilmişdir; 
-Xalq istehlakı malları istehsal edən sahələrdə istehsalın və məhsulun keyfiyyəti-
nin təşkilati-texniki səviyyəsinin artırılmasının əsas istiqamətləri. Məruzədə 1970-1979-
cu illərdə respublikanın yüngül, yeyinti, meşə, ağacemalı, yerli sənayedə istehsalın və 
məhsulun keyfiyyətinin təşkilati-texniki səviyyəsinin artırılması istiqamətləri nəzərdən 
keçirilmişdir. 
İnstitut dissertasiyaların müdafiəsində da aparıcı təşkilat kimi çıxış etmiş, avto-
referatlara rəylər verilmiş, daxil olan materiallara resenziya hazırlamışdır. Həmin il in-
stitutda elmi konfransların, simpoziumların və müşavirələrin keçirilməsinə və onlarda 
iştirak etməyə böyük diqqət verilirdi. 

74 
 
1979-cu ilin may ayında institutda regional iqtisadiyyatın effektivliyinin artırılması 
problemi üzrə respublikalararası konfrans keçirildi. Bu konfransda 11 müttəfiq res-
publikadan onlarla aparıcı alim və mütəxəssislər iştirak etmiş, eyni zamanda konfran-
sın işində SSRİ Dövlət Plan Komitəsinin ölkənin cənub rayonlarının altşöbəsinin mü-
diri Y.Q. Koçnev iştirak etmişdir.  
İnstitutun  əməkdaşları 1979-cu ilin iyununda Azərbaycan KP MK-nın qərarı ilə 
SSRİ xalq təsərrüfatının inkişafının ilk beşillik planının 50 illiyinə həsr edilmiş respublika 
elmi-praktik konfransının təşkil edilməsində və keçirilməsində fəal iştirak etmişdilər. İs-
tedadlı gəncləri üzə çıxarmaq və institutun alimlərinin gələcəkdə elmi səviyyəsini artır-
maq məqsədi ilə 1979-cu ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı 
İnstitutu (indiki Azərbaycan Dövlət  İqtisad Universiteti) ilə birlikdə institut tərəfindən 
“İctimai istehsalın effektivliyinin artırılması problemləri” üzrə konfrans keçirildi. 
Azərbaycan KP MK-nın ictimai istehsal və keyfiyyətin effektivliyinin artırılması 
problemləri üzrə keçirilən elmi konfransda “Azərbaycan SSR-də məhsulun keyfiyyəti-
nin və effektivliyinin artırılmasının bəzi məsələləri” adlı məruzə ilə institutun direktoru 
iqtisad elmləri doktoru, professor Fərid Əliqulu oğlu Fərəcov çıxış etmişdir.  
Bu ildə institut əməkdaşlarının elmi səviyyəsinin yüksəlməsini təmin etmək məq-
sədi ilə institutun aparıcı mütəxəssislərinin müttəfiq, respublikalararası və regional elmi 
müşavirələrin və konfransların işində iştirakı geniş təcrübədən keçirilirdi. Beləliklə, şöbə 
müdiri Cəlil Bahadur oğlu Quliyev və sektor müdiri Kəmaləddin Veysəl oğlu Məmmə-
dov Brest şəhərində, M.V.Lomonosov adına MDU-nun iqtisad fakültəsinin əhali sakin-
liyi problemlərinin öyrənilməsi üzrə Mərkəz tərəfindən təşkil edilmiş əhali sakinliyi prob-
lemləri üzrə seminarın işində iştirak etdilər; sektor müdiri Süleyman Mirsahib oğlu Qa-
sımov “Sosialist istehsalının idarə edilməsinin təkmilləşdirilməsinin təşkili problemləri” 
nəzəri seminarda iştirak etdi; Vaqif Hüseyn oğlu Cavadov “Xalq tələbatı malları isteh-
salının inkişafı və onuncu beşillikdə ticarətin keyfiyyətinin yaxşılaşdırılması” adlı Ümu-
mittifaq seminarda iştirak etdi; kiçik elmi işçi Eldar Hüseynqulu oğlu Məmmədov “Xalq 
təhsilinin aktual sosial-iqtisadi problemləri”nə  həsr edilmiş, ümumittifaq elmi-praktik 
konfransın işində  iştirak etdi. Kiçik elmi işçi  Əmirxan Mehralı  oğlu Babaşov SSRİ 
Dövlət Plan Komitəsi yanında İETİ-də Moskva şəhərində təşkil edilmiş, gənc alimlərin 
ümumittifaq konfransında “Müasir mərhələdə Azərbaycan SSR-də  əhalinin sosial 
qruplarının həyat səviyyəsinin yaxınlaşdırılması” adlı məruzə ilə çıxış etmişdi. 
Redaksiya-nəşriyyat işləri həmin ildə institutda Elmi təşkilati və  nəşriyyat işləri 
sektoru tərəfindən həyata keçirilirdi. Keçən 1979-cu il ərzində həmin sektor tərəfindən 
10 çap vərəqi həcmində i.e.d., professor Şamil Əliabbas oğlu Səmədzadənin redak-
torluğu ilə “Plan hesablamalarının avtomatlaşdırılmış sistemlərinin yaradılması  mə-
sələləri” mövzusunda institutun elmi əsərlərinin XII cildinin I hissəsi, i.e.d., professor 
Fərid Əliqulu oğlu Fərəcovun və i.e.n. Vahid Cümşüd oğlu Axundovun redaktorluğu 
ilə  “İctimai istehsalın səmərəliliyi və planlaşdırma” adlı elmi əsərlərinin XII cildinin II 
hissəsi çapdan çıxmışdır. 
 

75 
 
 
 

76 
 
 
 
1980-ci ildə institutun kollektivinin qar-
şısında duran vəzifələrə müvafiq olaraq, per-
spektiv sosial-iqtisadi inkişafın aktual prob-
lemlərinin idarə edilməsi və planlaşdırılma-
sının gələcəkdə təkmilləşdirilməsinin vacibliyi 
haqqında, eyni zamanda SSRİ Nazirlər So-
vetinin Elm və Texnika üzrə Dövlət Komitəsi, 
SSRİ Dövlət Plan  Komitəsi tərəfindən təsdiq 
edilmiş, Azərbaycan SSR Dövlət Plan Komi-
təsi yanında ETİİ 1976-1980-ci illərdə elmi 
tədqiqatların planını nəzərə alaraq institut 30 
mərhələnin, 48 işin və 15 əsas mövzunun iş-
lənib hazırlanmasını  nəzərdə tutan 5 komp-
leks problemin tədqiqatını aparmışdı. 1980-ci 
ildə 24 işin və 22 mərhələnin tədqiqi sona 
çatdırılmışdı. 
1980-ci ildə “Həyat səviyyəsinin yük-
səldilməsi və sosial inkişaf problemləri”nin 
tədqiqi davam etdirildi. Bu problemlərin tər-
kibində 3 kompleks mövzu işlənib hazırlandı.“Uzaq perspektivdə və 1986-1990-cı il-
lərdə  əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində sosial-iqtisadi vəzifələrin 

77 
 
kompleksi” mövzusu üzrə hesabat ilində əlaqələndirmə planına uyğun olaraq “1981-
1985-ci illərdə  əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial inkişafın regional 
problemləri” işi üzrə tədqiqatlar davam etdirildi və sona çatdırıldı. Əhalinin həyat sə-
viyyəsi, ticarət və məişət xidməti, mənzil təsərrüfatı, məktəbəqədər uşaq və stasionar 
tibbi müəssisələrə aid üç bölmə üzrə elmi materiallar hazırlanmışdır. 
“1986-1990-cı illərdə və uzaq perspektivdə ixtisaslı kadrların təkrar istehsalının so-
sial-iqtisadi problemləri” mövzusu “Respublikanın ümumtəhsil məktəbləri üzrə ali və orta 
təhsilli mütəxəssislərə perspektiv tələbatın hesablanması” adlı üç elmi-tədqiqat işi yerinə 
yetirildi. Elmi hesabatda, mütəxəssis kadrların artımının, ayrı-ayrı ixtisaslar üzrə kəmiy-
yət və keyfiyyət dəyişikliklərinin, respublikanın ümumtəhsil məktəblərinin pedoqoji kadr-
larla təmin edilməsi səviyyəsinin və s. təhlili verilmişdir.Bu mövzu üzrə, eyni zamanda 
“1981-1985-ci illərdə Azərbaycan SSR-in texniki-peşə təhsili sisteminin iqtisadi və sosial 
inkişafının kompleks planı” işi sona çatdırıldı. Həmin elmi hesabatda perspektivdə 
Azərbaycan SSR-in xalq təsərrüfatının sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə mü-
vafiq olaraq, 1981-1985-ci illərdə Azərbaycan SSR texniki-peşə təhsili sisteminin iqtisadi 
və sosial inkişafının kompleks planının layihəsi işlənib hazırlanmışdır. 
Bu il üç kompleks mövzunun 1) Perspektivdə Azərbaycan SSR-in iqtisadi inki-
şafının templəri, proporsiyaları və amilləri problemləri; 2) Uzaq perspektivdə və 1986-
1990-cı illərdə xalq təsərrüfatı sahələrinin inkişafının sosial-iqtisadi problemləri; 3) 
Uzaq perspektivdə 1981-1990-cı illərdə aqrar-sənaye komplekslərinin inkişafı və for-
malaşdırılması problemləri) tədqiqini nəzərdə tutan“Azərbaycan SSR-in xalq təsər-
rüfatının inkişafının ümumi iqtisadi və sahələrarası problemləri”  adlı tədqiqat işi  da-
vam etdirilmişdir. 
“Perspektivdə Azərbaycan SSR iqtisadi inkişafının amilləri, proporsiyaları  və 
templəri problemləri” mövzusu üzrə 1980-ci ildə əsas fondlardan istifadə edilməsi di-
namikasının və maddi istehsal sahələrində onların fayda verməsinin artırılması yolla-
rının tədqiqatı başa çatdırıldı. Elmi hesabatda maddi istehsal, eyni zamanda onun sa-
hələr üzrə bütövlükdə  əsas istehsal fondlarının hərəkəti təhlil edilmiş,  əsas istehsal 
fondlarının dinamikası verilmişdir. 
“1986-1990-cı illərdə və uzaq perspektivdə xalq təsərrüfatı sahələrinin inkişafı-
nın sosial-iqtisadi problemləri” mövzusu əsasında on bir sərbəst elmi-tədqiqat işi üzrə 
tədqiqat aparılmışdır. Maddi istehsalın və  sənayenin vacib sahələrinin inkişafı üzrə 
təqdim edilən elmi materiallar 1990-cı ilə qədər olan dövr üçün institut tərəfindən yeri-
nə yetirilmiş proqnoz işləmələrinin davamı idi. 
“1986-1990-cı illərdə  və uzaq perspektivdə Azərbaycan SSR vahid nəqliyyat 
sisteminin və rabitə vasitələrinin inkişafı” mövzusu üzrə iki sərbəst elmi-tədqiqat işi  
təqdim edilmişdi. 1980-ci ildə yük daşımalarında dəmiryol və avtomobil nəqliyyatın-
dan məqsədəuyğun istifadə sahəsinin tədqiqi başa çatdırıldı. Hesabatda Azərbaycan 
SSR-in dəmiryol və avtomobil nəqliyyatında yükdaşınmalarının müasir vəziyyəti təhlil  
edilmişdir. 
“Azərbaycan SSR inzibati rayonları üzrə rabitə şəbəkələrinin inkişafının təhlili” ad-
lı ikinci işdə Azərbaycan SSR rabitə müəssisələri şəbəkəsi təhlil edilmiş, istehsal gü-
cündən istifadə  dərəcəsi, rabitə  məhsulunun həcmi və keyfiyyəti müəyyən edilmişdir. 

78 
 
Respublika rayonlarında rabitə vasitələrinin inkişafında, eyni zamanda rabitə xidmətlə-
rində kənd əhalisinin tələbatının təmin edilməsi dərəcəsinə xüsusi diqqət yetirilmişdir. 
“Azərbaycan SSR yüngül sənayesində istehsalın ixtisaslaşdırılması və mərkəz-
ləşdirilməsinin inkişaf problemləri”nin işlənib hazırlanması sona çatmışdır. İşdə Azər-
baycan SSR yüngül sənayesində istehsalın ixtisaslaşdırılmasının dərinləşdirilməsi-
nin, mərkəzləşdirilməsinin müasir vəziyyəti tədqiq edilmiş və gələcək inkişafının əsas 
istiqamətləri göstərilmişdir. Müəssisələrdə  və istehsalat birliklərində bir sıra yüngül 
sənaye sahələrində ixtisaslaşdırmanın və mərkəzləşdirmənin xüsusiyyətləri üzə çıxa-
rılmışdır. Yüngül sənayenin ayrı-ayrı müəssisələrində istehsalatın ixtisaslaşdırılması 
işlərini nəzərə almaqla, mövcud əmək və maddi resursların optimal variantlarını mü-
əyyən etmək metodikası təklif edilmişdir. 
1980-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər  Əlirza oğlu  Əliyevin 
əzmkar təşəbbüsü ilə respublikanın kənd təsərrüfatının gələcək inkişafını hərtərəfli tə-
min etmək üçün Sov. İKP-nin və SSRİ Nazirlər Sovetinin bir sıra qərarları qəbul edil-
mişdir. Həmin qərarlara uyğun olaraq Azərbaycan KP MK-nın Plenumlarının, Azərbay-
can KP MK-nın və Azərbaycan  SSR Nazirlər Sovetinin müvafiq qərarları  qəbul edil-
mişdir. Bununla əlaqədar olaraq, o dövrdə ETİİ-də “1981-1990-cı illərdə və uzaq pers-
pektivdə Azərbaycan SSR aqrar-sənaye komplekslərinin inkişafı  və formalaşdırılması 
problemləri” mövzusu üzrə tədqiqat aparılmışdır. Tədqiqatda respublikanın kənd təsər-
rüfatı inkişafı ilə əlaqədar qarşıya  qoyulmuş vəzifələrin müvəffəqiyyətli həlli, aqrar-sə-
naye inteqrasiyası bazasında heyvandarlıq sahələrinin mərkəzləşdirilməsi, ixtisaslaşdı-
rılması, yerləşdirilməsi, inkişafı və kənd təsərrüfatının inkişafının sahələrarası problem-
ləri əhatə olunmuşdur. 
 
Həmin vaxt institutun fəaliyyətində aparıcı istiqamətlərdən biri “Regional iqtisa-
diyyat və  məhsuldar qüvvələrin yerləşdirilməsi” probleminin işlənib hazırlanması idi. 
Bu problem üzrə institut tərəfindən aşağıdakı kimi beş sərbəst elmi-tədqiqat işinin iş-
lənib hazırlanmasını nəzərdə tutan “Azərbaycan SSR məhsuldar qüvvələrinin inkişa-
fının ərazi proporsiyasının təkmilləşdirilməsi problemləri” kompleks mövzunun tədqiqi 
davam etdirilmişdi: 
-   Azərbaycan SSR məhsuldar qüvvələrinin yerləşdirilməsinin sosial-iqtisadi 
problemləri; 
-   şəhərlərin inkişafının sosial-iqtisadi problemləri və sənaye mərkəzlərinin for-
malaşdırılması; 
-   1981-1985-ci illərdə və uzaq perspektivdə Azərbaycan SSR-in Şəki-Zaqatala iq-
tisadi rayonunun müasir vəziyyətinin qiymətləndirilməsi və inkişaf perspektivləri; 
-    respublika  tabeçiliyində olan şəhərlərin sosial və iqtisadi inkişafının uzun-
müddətli planlarının işlənib hazırlanması; 
-    Azərbaycan SSR-in məhsuldar qüvvələrinin mövcud ərazi təşkilatlarının qiy-
mətləndirilməsi və 1976-2000-ci illərdə respublikanın iqtisadi rayonların inkişaf 
perspektivləri (Quba-Xaçmaz iqtisadi rayonu). 
1980-ci ildə 2000-ci ilə qədər daha dəqiq əsaslandırma ilə 1981-1985-ci illər ər-
zində Azərbaycan SSR məhsuldar qüvvələrinin inkişafı  və yerləşdirilməsinin dəqiq-
ləşdirilmiş  əsas istiqamətlərinin işlənib hazırlanması başa çatdırıldı. Bu bölmə üzrə 

79 
 
uzunmüddətli dövrdə Azərbaycan SSR məhsuldar qüvvələrinin  ərazi təşkilinin gələ-
cəkdə təkmilləşdirilməsi üzrə tövsiyələr və qaydalar təqdim edilmişdir. 
 

80 
 
 
 
 

81 
 
Neftçıxarma, qazemalı, çini-fayans, tikiş, xalça toxuculuğu və s. sahələrin və res-
publikanın iqtisadi rayonlarının inkişafı istehsalın ərazi təşkilinin əhəmiyyətli dərəcədə 
dərinləşməsinə gətirib çıxardı. 
Məhsuldar qüvvələrin  ərazi yerləşdirilməsinin planlaşdırılmasının təkmilləşdiril-
məsi və  təsərrüfatın kompleks inkişafı, yerli ərazi-istehsalat və aqrar-sənaye komp-
lekslərinin, sənaye mərkəzlərinin istehsalın formalaşdırılmasının ərazi təşkilinin proq-
ressiv formalarının reallaşması əsasında baş verdi. 
Bu il eyni zamanda “Azərbaycan SSR sənaye mərkəzlərinin formalaşdırılması-
nın və şəhərlərin inkişafının sosial-iqtisadi problemləri” işi sona çatdırıldı. İşdə ərazi-
lərdə sənaye sahələrinin formalaşdırılması məqsədi ilə şəhərlərin vəziyyətinə qiymət 
verilmişdir, müxtəlif böyüklükdə şəhərlər üzrə sosial infrastrukturun və sənaye isteh-
salının bölüşdürülməsi,  şəhər  əhalisinin regional fərqliliyi və formalaşmasının xüsu-
siyyətləri  nəzərdən keçirilmişdir. 
1981-1985-ci illərdə və uzunmüddətli dövrdə Azərbaycan SSR Şəki-Zaqatala iqti-
sadi rayonunun inkişaf perspektivləri və müasir vəziyyətinin qiymətləndirilməsi üzrə si-
farişçiyə - SSRİ Dövlət Mülki Tikinti Komitəsinin Mərkəzi Elmi Tədqiqat Layihə İnstitutu-
na şəhər tikintisi üzrə təkliflər hazırlanmış və təqdim edilmişdir.  Elmi hesabatda əhali-
nin miqrasiyası və Şəki-Zaqatala iqtisadi rayonunun xalq təsərrüfatının inkişafının və-
ziyyətinə qiymət verilmişdir. Bundan başqa təbii ehtiyatlardan istifadənin vəziyyətinə 
qiymət verilmiş,  əmək ehtiyatlarının formalaşdırılmasına sosial-iqtisadi amillərin təsiri-
nin tədqiqi, Şəki-Zaqatala iqtisadi rayonunun ictimai istehsalının effektivliyinin gələcək 
artımının təmin edilməsində onların rolu göstərilmişdir. İqtisadi rayonun mövcud kurort-
rekreasiya və maddi-xammal ehtiyatlarına xüsusi diqqət yetirilmişdir.  
SSRİ Nazirlər Sovetinin Elm və Texnika üzrə Dövlət Komitəsinin tapşırığı üzrə 
“Yüksək keyfiyyətli xalq tələbatı mallarının istehsalının iqtisadi stimullaşdırma sistemi-
nin təkmilləşdirilməsi və effektivliyinin artırılması” mövzusu 1978-ci ildə yerinə yetirildi. 
Elmi işdə, yüngül sənaye mallarının keyfiyyətinin planlaşdırılması sisteminin təkmilləş-
dirilməsi, keyfiyyətin yüksəldilməsinə müəssisə kollektivinin iqtisadi stimullaşdırma sis-
teminin təkmilləşdirilməsi üzrə təkliflər, mebel sənayesində məhsulun keyfiyyətinin və 
texniki səviyyəsinin artırılması üzrə, eyni zamanda xalq tələbatı mallarının inkişaf pers-
pektivləri üçün dəqiq tədbirlər təqdim edilmişdi. Təbii ehtiyatlardan səmərəli istifadənin 
planlaşdırılması  və  ətraf mühitin qorunması problemlərinin aktuallığını  nəzərə alaraq, 
institut 1980-ci ildə “1986-1990-cı illərdə və uzaq perspektivdə mineral-xammal ehtiyat-
larından səmərəli istifadə  və Azərbaycan SSR-də iqtisadi tarazlığı  təmin etmək üzrə 
kompleks vəzifələr” mövzusu üzrə tədqiqat aparmışdır. Bu mövzu üzrə “Kür çayı höv-
zəsinin su ehtiyatlarından səmərəli istifadə və qorunmanın vəziyyəti” mərhələsi yerinə 
yetirildi. Su ehtiyatları, onların zaman və məkan daxilində kəmiyyət dəyişiklikləri, xalq 
təsərrüfatının müxtəlif sahələrində əhalinin, həm Kür çayının bütün hövzələri üzrə, həm 
də müxtəlif sahələr, Gürcüstan (Şərqi Gürcüstan), Ermənistan və Azərbaycan üzrə 
istifadəsi haqqında materiallar təhlil edilmiş və ümumiləşdirilmişdi. İşdə vacib və əsas 
olan çayın yerüstü axınlarının çirkləndirilməsinin vəziyyəti, keyfiyyətinin və onları tö-
rədən səbəb və mənbələrin öyrənilməsi idi. Elmi hesabatda qeyd edilirdi ki, su ehtiyat-
larının müasir ehtiyatı xalq təsərrüfatının tələbatını  təmin etmək üçün hələ  də kifayət 

82 
 
deyil, suya tələbatın tam ödənilməməsi ilin yay mövsümündə, sudan istifadənin mak-
simum dövründə baş verir. 
Respublikanın sosial-iqtisadi və elmi-texniki tərəqqinin inkişaf tempinin sürətləndi-
rilməsi mərhələsində xalq təsərrüfatının idarə edilməsi probleminin işlənib hazırlanması 
mühüm əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq, institut tərəfindən “Elmi-tex-
niki tərəqqinin idarə edilməsinin təşkilinin təkmilləşdirilməsi və Azərbaycan SSR sosial-
iqtisadi inkişafında onun rolunun gücləndirilməsi” mövzusu çərçivəsində vacib elmi-
tədqiqat işləri tədqiq edilmişdir. Bu mövzu üzrə  həmin ildə 4 sərbəst elmi-tədqiqat işi 
başa çatdırılmışdı. 
“Məqsədli proqram metodu tədbiq etməklə regionda elmi-texniki tərəqqinin idarə 
edilməsinin təkmilləşdirilməsi” işi üzrə elmi hesabat sona yetirildi.Məqsədli proqram 
metodunun istifadə edilməsi əsasında respublikanın xalq təsərrüfatında faktiki mövcud 
olan xərclərin strukturu və iqtisadi şəraitdə mövcud xərclərin optimallığa keçidini təmin 
edən optimal nisbəti üzə çıxarmaq yerinə yetirilən işin əsas məqsədi olmuşdur. 
1980-ci ildə Azərbaycan SSR-in vacib iqtisadi problemləri üzrə tematik planla və 
cari ildə ETİ dövlət planı ilə nəzərdə tutulmuş problem və mövzuların işlənib hazırlan-
ması ilə yanaşı, institut plandan kənar böyük həcmli elmi xarakterli işlər yerinə yetir-
mişdir.Bu il ərzində institutun yaradıcı kollektivi tərəfindən direktiv orqanlara, Dövlət 
Plan Komitəsinə və digər əlaqədar təşkilatlara və idarələrə əməli istifadə üçün Azə-
rbaycan SSR-də təsərrüfat və mədəniyyət quruculuğunun təcrübəsi və iqtisad elminin 
əsas problemləri və onların həlli ilə bağlı yerinə yetirilmiş planlı  və plandan kənar 
işlərin nəticələrinə uyğun olaraq 50-dən çox elmi arayış, məruzə, təklif və tapşırıqlar 
hazırlanıb təqdim edilmişdi. 
Sov.İKP MK-nın 1980-ci il oktyabr Plenumunda ölkənin xalq təsərrüfatı qarşısın-
da duran kənd təsərrüfatı və ona xidmət edən sənaye sahələrinin məsələlərini üzvi su-
rətdə birləşdirə bilən əsas və məsuliyyətli məsələrdən biri də kompleks ərzaq proqra-
mının işlənilməsi idi. İnstitutun kollektivi bu vacib məsələnin həll edilməsi üçün elmi ma-
terialların hazırlanıb Azərbaycan SSR Dövlət Plan Komitəsinə təqdim olunmasında bi-
lavasitə  iştirak etmişdi. Respublikanın  ərzaqla təmin edilməsini səciyyələndirən təhlil 
cədvəlləri hazırlanmış və həmçinin əsas ərzaq növlərinə tələbatlar (istehlakın səmərəli 
normaları, onların orta-ittifaq və ittifaq normaları ilə müqayisəsi, qidanın konsepsiyası 
və s.) əsaslandırıldı. 
Həmin il əmək ehtiyatlarından səmərəli və tam istifadə məsələsi çox böyük mə-
na kəsb edirdi, SSRİ  və digər müttəfiq respublikalardan fərqli olaraq Azərbaycan 
SSR-də azad əmək ehtiyatları mövcud idi. Bununla bərabər xalq təsərrüfatının əmək 
ehtiyatlarına artan tələbatı və ixtisaslaşdırılmış kadr azlığı regionda əmək ehtiyatları-
nın istifadəsinin xüsusiyyətlərinin tədqiqində xüsusi yanaşmaya ehtiyac yaradırdı. İn-
stitut buna əsaslanaraq və Dövlət Plan Komitəsinin tapşırığını yerinə yetirmək üçün 
digər təşkilat və idarələr ilə birlikdə inzibati rayonlarda ictimai istehsalla məşğul olma-
yan əmək qabiliyyətli əhalinin sayının müəyyənləşdirilməsi üzrə sosioloji tədqiqat hə-
yata keçirdi və Dövlət Plan Komitəsi tərəfindən bəyənilmiş konkret təkliflər işlədi.  
“İstehlak malları istehsal edən, iqtisad və xalq təsərrüfatı planlaşdırma məsələ-
ləri və sahə proqnozlaşdırma” şöbəsi Azərbaycan SSR Dövlət Plan Komitəsinin tap-

83 
 
şırığı ilə son 60 ildə respublikada yüngül sənayenin inkişafını xarakterizə edən elmi 
materiallar, həmçinin xammal, istehsalat tullantıları  və yerli ehtiyatlardan istifadəni 
yaxşılaşdırma tədbirləri və vəziyyəti, “Bakpivə” təşkilatının işinin nöqsanları, istehsal 
gücündən istifadənin və malın keyfiyyətinin yaxşılaşdırma tədbirləri  barədə elmi ara-
yışlar hazırladı.  
Sosial-iqtisadi inkişaf mərhələsində tarazlaşdırılmış xalq təsərrüfatı nisbətinin 
təmin edilmə məsələsi və bunun əsasında effektiv xalq təsərrüfatı nəticələrinin əldə 
edilməsi vacib məna kəsb edirdi. Bu problemin tədqiqi idarəetmənin sahə  və  ərazi 
prinsiplərinin iqtisadi-riyazi metodlarla və modellərlə uyğunlaşdırılması iqtisad elminin 
əsas məsələlərindən biri oldu və bilavasitə Sov. İKP MK  və SSRİ Nazirlər Sovetinin 
1979-cu il 12 iyul tarixli 695 saylı qərarından irəli gəlirdi. 
Bunun nəticəsində, sahələrarası  və regionlararası  əlaqələr  şöbəsi tərəfindən 
Dövlət Plan Komitəsinin kollegiyasına müzakirə üçün “Azərbaycan SSR sahələrarası 
və rayonlararası modelləri” adlı elmi məruzə hazırlanıb təqdim edilmişdir. 
Bu dövrdə plandan kənar böyük həcmli iş nəqliyyat və rabitə kompleks məsələləri 
şöbəsi tərəfindən hazırlanmışdır (şöbə müdiri Raqib Vəli oğlu Məmmədov). Bunların 
arasında: “Azərbaycan SSR-də yükdaşımaların rasionallaşdırılması”, “Nəqliyyatın texn-
iki bazasının inkişafı və daşınma təşkilinin yaxşılaşdırılması” və “Yeni nəqliyyat növləri-
nin işlənilməsi və xalq təsərrüfatına geniş tətbiq edilməsi” işləri var idi. Adı çəkilənlər-
dən başqa, o zaman institut digər təşkilat və idarələrdən gələn elmi materiallara, dis-
sertasiyalara, avtoreferatlara və buna oxşar işlərə rəyçi kimi çıxış etmişdir. 1980-ci ildə 
institut iqtisad elmi və təcrübəsinin aktual məsələlərinə aid bir sıra konfranslar keçirdi: 
V.İ.Leninin anadan olmasının 110 illiyinə  həsr olunmuş elmi konfrans; Azərbaycan 
SSR və Azərbaycan KP-nin 60 illiyinə həsr olunmuş “Elmi-Texniki Tərəqqi və ictimai is-
tehsalın səmərəliliyi” konfransı; gənc alimlərin “İctimai istehsalın effektivliyinin yüksəldil-
məsi məsələləri”nə həsr edilmiş konfrans. 
1980-ci ildə i.e.d., professor Fərid  Əliqulu oğlu Fərəcovun məsul redaktorluğu 
ilə “Xalq təsərrüfatı proporsiyalarının balanslaşdırılması və sahələrarası əlaqələr” adlı 
10 çap vərəqi həcmində elmi əsərlərinin XIII cildi çapdan çıxmışdır.  



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə