Microsoft Word titul docx


-ci il iyulun 1-nə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında



Yüklə 56 Kb.
Pdf просмотр
səhifə2/7
tarix10.06.2017
ölçüsü56 Kb.
1   2   3   4   5   6   7

1971-ci il iyulun 1-nə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında  
ETİİ-nin strukturu 
 
  
 
  
 

 
29 
 
 

 
30 
 
  
 
 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin plan hesablamalarının avtomatlaşdı-
rılmış sisteminin yaradılması və tətbiqi məqsədilə Dövlət Plan Komitəsinin 1971-ci il 
16 dekabr tarixli 86 saylı əmri əsasında 40 nəfərə yaxın əməkdaşı olan Dövlət Plan 
Komitəsinin Hesablama Mərkəzi yaradılmış  və onun direktoru Şamil  Əliabbas oğlu 
Səmədzadə təyin edilmişdir. 
ETİİ-də əsas mövzular ilə yanaşı, Dövlət Plan Komitəsinin göstərişi, o cümlədən 
nazirlik və idarələrin tapşırığı  əsasında digər aktual mövzular üzrə böyük həcmdə 
tədqiqat və analitik təhlil işləri də yerinə yetirilirdi. Yalnız 1971-ci ildə, Dövlət Plan Ko-
mitəsinin tapşırığı ilə institut tərəfindən respublikanın elektrotexnika sənayesi müəs-
sisələrində istehsalat sahəsindən və gücündən istifadənin təhlili aparılmış və mövcud 
vəziyyət öyrənilmişdir. Azərbaycan SSR-də aqrar-sənaye kompleksləri və birliklərinin 
formalaşmasının gücləndirilməsi üçün tədbirlər hazırlanmaqla mövcud vəziyyət təhlil 
edilmişdir. 
Həmin dövrdə Azərbaycan SSR Qubadlı inzibati rayonunun iqtisadiyyatının yük-
səldilməsi üçün kompleks tədbirlərin işlənib hazırlanması üzrə materiallar hazırlanmış 
və respublikanın Nazirlər Sovetinə təqdim edilmişdir. 
Azərbaycan SSR Ali Sovetinin tapşırığı ilə institut tərəfindən respublikada gələ-
cəkdə  əmək ehtiyatlarından istifadənin yaxşılaşdırılması  və  əmək intizamının möh-
kəmləndirilməsi tədbirləri barədə dəqiq elmi  tövsiyələr hazırlanmış və təqdim edilmiş-
dir. Ümumiyyətlə, ETİİ-də aparılan hesablamalara əsasən, 1966-1971-ci illərdə ins-
titut tərəfindən işlənib hazırlanan elmi-tədqiqat işlərinin tətbiqi nəticəsində 60 milyon 
manatdan çox iqtisadi səmərə əldə edilmişdir.  

 
31 
 
1966-1971-ci illər ərzində ETİİ-də ümumi həcmi 43 çap vərəqindən yuxarı olan 
institutun elmi əsərlərinin I, II, III cildi çap olunmuşdur. 
 
 

 
32 
 
 
 

 
33 
 
 
 
 

 
34 
 
1971-ci ildə ETİİ eyni vaxtda icarəyə götürülmüş, lakin bir-birindən uzaq məsa-
fədə yerləşən iki binada yerləşirdi. Binalardan birinin köhnə, yaradıcılıq işi üçün yarar-
sız olduğu nəzərə alınaraq, 1971-ci ildə institutun yeni binasının inşasına başlanmış-
dır. 
1966-1971-ci illərdə institut əməkdaşlarının müvafiq təşkilatların təşkil etdikləri 
elmi konfranslarda, simpoziumlarda fəal iştirakları təmin olunmaqla yanaşı, həmçinin 
bu elmi-tədqiqat müəssisəsinin özündə də iqtisadiyyat elminin aktual problemləri üz-
rə konfranslar, müşavirələr keçirilmişdir. 
Sənaye sahələrinin inkişaf problemləri  şöbəsi 1966-ci ildə müəssisələrin plan-
laşdırılmasının və iqtisadi stimullaşdırılmasının yeni metoduna keçirilməsi üçün hazır-
lıq işləri aparılması üzrə məsələ barədə sənayenin ayrı-ayrı sahələrinin  nümayəndə-
ləri, nazirlik, komitə və digər aidiyyəti idarələr üçün seminar təşkil etmişdir. 
Azərbaycan SSR Nazirlər Sovetinin elmi-texniki cəmiyyətləri ilə birlikdə “Respub-
lika müəssisə və təşkilatlarının planlaşdırılmasının və iqtisadi stimullaşdırılmasının yeni 
sistemə keçirilməsi təcrübəsi və bu sahədə işlərin təkmilləşdirilməsi vəzifələri” mövzu-
sunda ümumrespublika iqtisadi konfransı keçirilmişdir. 
Dövlət və Hüquq İnstitutu tərəfindən (Moskva şəhəri 1970-ci il) keçirilən Ümum-
ittifaq iqtisadi müşavirəsinə ETİİ-dən “Müəssisələrin, birliklərin, nazirliklərin iqtisadi is-
lahat və təsərrüfat hüququ” adlı məruzə təqdim olunmuşdur. Tikinti şöbəsinin əmək-
daşları isə Azərbaycan Kommunist Partiyasının Kirovabad şəhər Partiya Komitəsi 
tərəfindən təşkil olunmuş  “İstehsalat fondlarından və gücündən istifadənin yaxşılaş-
dırılması yolları”na həsr edilmiş elmi-iqtisadi konfransda iştirak etmişdilər. 
1970-ci ildə Bakı Ali Partiya Məktəbi ilə birlikdə Azərbaycanda Sovet hakimiyyə-
tinin qurulmasına və Azərbaycan KP-nin yaranmasının 50-ci ildönümünə    həsr edil-
miş “Sovet Azərbaycanının iqtisadiyyatının inkişaf nailiyyətləri və perspektivləri” möv-
zusunda elmi sessiya keçirilmişdir. Elə  həmin ildə institutun əməkdaşları V Beynəl-
xalq iqtisadi tarix və XII Tarix elmlərinin beynəlxalq konqresində iştirak etmişlər.  
1971-ci ildə Dövlət Plan Komitəsinin ETİİ Azərbaycan Elmlər Akademiyasının 
İqtisadiyyat  İnstitutu ilə birlikdə “Azərbaycan SSR Xalq Təsərrüfatı inkişafının pers-
pektiv planlaşdırılmasının təkmilləşdirilməsi”nə həsr edilmiş elmi konfrans keçirdilər.
 
Planlaşdırmanın riyazi metodları şöbəsinin əməkdaşları Tallin şəhərində keçiri-
lən xalq təsərüfatında avtomatik idarəetmə sisteminin tətbiqi və işlənib hazırlanması-
na həsr olunmuş elmi-metodik seminarda iştirak etdilər. Demoqrafiya və əmək prob-
lemləri şöbəsi isə Daşkənd şəhərində keçirilən “Əhali sakinliyi” üzrə ümumittifaq kon-
fransına əhali sayının perspektiv hesablanmalarında urbanizasiya proseslərinin hesa-
ba alınması mövzusunda məruzə təqdim etdilər. 

 
35 
 
Zaqafqaziya məhsuldar qüvvələrinin 
öyrənilməsi üzrə Elmi Şuranın təşəbbüsü 
ilə 1971-ci ilin oktyabr ayında Gürcüstan 
SSR Suxumi şəhərində Qafqaz regionunda 
“Turizm və Kurort təsərrüfatının inkişaf 
problemləri”nə  həsr edilmiş elmi konfransa 
institut tərəfindən hazırlanmış “Azərbaycan 
SSR kurort-turizm komplekslərinin forma-
laşdırılmasının sosial-iqtisadi problemləri” 
mövzusunda məruzə  təqdim edilmişdir. 
Konfransın yekununda Azərbaycan SSR 
kurort-turizm təsərrüfatının sonrakı inkişafı 
ilə  əlaqədar institut tərəfindən hazırlanan 
tövsiyələr qəbul olunmuşdur. Yuxarıda gös-
tərilən dövrdə institut  müvafiq elmi-tədqiqat 
institutları və təşkilatlar ilə geniş əlaqə sax-
lamış, institutun əməkdaşları regional və 
ümumittifaq  əhəmiyyətli müşavirə  və kon-
franslarda aktiv iştirak etmişlər. 
ETİİ-nin fəaliyyətinin ilk dövrlərindən 
başlayaraq, ixtisaslı kadrların hazırlığına xüsusi fikir verilmişdi.  Belə ki, 1972-ci ildə 
əyani və qiyabi aspiranturada 38 nəfər elmi hazırlıq keçmişdir. Onlardan 25 nəfəri 
əyani təhsil almış, bunlardan 2 nəfəri Moskva şəhərinə ezam olunmuş, 6 nəfəri 
Moskvada baş institutlarda məqsədli təyinatla elmi hazırlıq keçmişlər. 
 

 
36 
 
 
Elmi kadr hazırlığının səmərəliliyini təmin etmək məqsədi ilə əyani və qiyabi as-
pirantlar Elmi Şuranın qərarı ilə ETİİ-nin müvafiq şöbələrinə təhkim edilmiş, bölmələ-
rin rəhbərləri aspirantlara elmi tədqiqatların aparılmasında yaxından köməklik göstə-
rirdilər. Dissertasiya işləri üzərində müvəffəqiyyətli tədqiqat işlərinin aparılması üçün 
aspirantlar hərtərəfli qayğı ilə əhatə olunmuşdular. 
İnstitutda kadrların ixtisasının artırılması üçün institut əməkdaşlarının dissertasi-
ya mövzularının təsdiq edilməsi formasından da istifadə edilmişdir. 1972-ci ildə insti-
tutda olan 24 nəfər dissertantın dissertasiya mövzuları aspirantlarda olduğu kimi dis-
sertasiya mövzularına uyğun olaraq institutun şöbələrinə təhkim olundular. 
Eyni zamanda qeyd edilməlidir ki, həmin illər institutun yüksəkixtisaslı elmi kadr-
ları (əsasən elmlər namizədləri) ali məktəblərə və ölkənin  başqa elmi-tədqiqat müəs-
sisələrinəkeçdilər. Bu onunla bağlı idi ki, birincisi, institutda əmək ödənişi ikinci kate-
qoriyaya aid idi, ikincisi isə Azərbaycan SSR Elmlər Akademiyasının və respublikanın 
digər ETİİ-lərindən fərqli olaraq burada elmi dərəcəli əməkdaşların məzuniyyət müd-
dəti 36 iş günü əvəzinə 24 iş günü idi. Bu amillər institutdan kadr axıcılığına səbəb 
olurdu.  
1972-ci ildə institutun 6 nəfər əməkdaşı iqtisad elmləri namizədi alimlik dərəcəsi 
almaq üçün dissertasiya müdafiə etmiş, 7 nəfərin işi isə müdafiəyə təqdim olunmuşdu. 
Onlardan ikisi iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmişdi. 
1972-ci il ərzində də institutun elmi əsərlərinin IV və V cildi 28,5 çap vərəqi həc-
mində nəşr edilmişdir. 
Elə həmin  ildə ETİİ-nin strukturu 15 şöbədən ibarət olmaqla əməkdaşların ümu-
mi sayı 226 nəfərə çatmışdır. 

 
37 
 
  
 
 
 
 

 
38 
 
 
 
 
 

 
39 
 
 
 
 
1973-cü ildə tematik elmi-tədqiqat 
işi planına uyğun olaraq 3 kompleks 
problem işlənib başa çatdırılmışdı. On-
ların mövzusu iqtisad elminin vacib mə-
sələlərinə aid edilirdi. Birinci problem 
uzunmüddətli dövr üçün SSRİ Xalq Tə-
sərrüfatının perspektiv inkişafının iqti-
sadi və sosial problemləri, ikinci prob-
lem xalq təsərrüfatının planlaşdırılma-
sının metodoloji problemləri, ictimai is-
tehsalatın səmərəliliyi və Planlaşdırılmış 
Hesabatların Avtomatlaşdırılmış Siste-
minin (PHAS) yaradılması,  üçüncü pro-
blem isə elmin iqtisadiyyatı idi. 
Bu dövrdə institutun elmi fəaliyyət 
istiqamətini təyin edən problemlər ara-
sında “SSRİ Xalq Təsərrüfatının uzun-
müddətli inkişafının iqtisadi və sosial 
problemləri” də əsas yer tuturdu. 
1971-ci ildən başlayaraq ETİİ-nin 
elmi tədqiqatlarının əsas istiqamətlərinə müvafiq olaraq “Uzun perspektivdə məhsul-
dar qüvvələrin inkişafı və yerləşdirilməsi Sxemi”nin işlənib hazırlanması və proqnoz-

 
40 
 
laşdırılması sahəsində institutun kifayət qədər iş təcrübəsi toplanmışdı. Bu amil nəzə-
rə alınaraq, institut tərəfindən “1976-1990-cı illərdə (daha dəqiq  əsaslandırılma ilə 
1980-ci ilə qədər olan dövrdə) Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və 
yerləşdirilməsi sxemi və uzunmüddətli iqtisadi proqnozların işlənib hazırlanması” adlı 
kompleks mövzu üzrə  intensiv tədqiqatlar aparılmışdır. 
Bu mövzunun işlənib hazırlanması, uzun müddət üçün Azərbaycan SSR-in iqtis-
adi inkişafının metodiki və metodoloji məsələlərini; elmi-texniki prosesin əsas istiqa-
mətlərini və onun sosial-iqtisadi nəticələrini; əhalinin və əmək ehtiyatlarının strukturu-
nu; əmək balansını və əmək məhsuldarlığını; ixtisaslı kadrları; təbii ehtiyatları; uzun-
müddətli inkişafın ümumi göstəricilərini; sənaye sahələrinin, tikintinin, kənd təsərrüfa-
tının, nəqliyyat və rabitənin; xidmət sahələrinin; kapital qoyuluşunun və əsas fondla-
rın,  ərazi-istehsalat komplekslərinin və s. formalaşdırılmasının kompleks inkişafı  və 
yerləşdirilməsini əhatə edən 15 böyük bölmə üzrə tədqiqatların aparılmasını nəzərdə 
tutmuşdu. 
“Xalq təsərrüfatının planlaşdırılmasının metodoloji problemləri, ictimai istehsalın 
səmərəliliyi və PHAS yaradılması” adlanan ikinci problemin işlənib hazırlanmasında 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elektron Hesablama Mərkəzinin kompleks 
işlənib hazırlanması  və  tətbiqi  əsasında, planlaşdırmada iqtisadi-riyazi metodlar və 
təşkilat texnikası, xalq təsərrüfatı planlarında optimallığı  təmin edən lazımi  şəraitin 
yaradılmasında PHAS-ın hazırlanması və işə salınması məqsədi  nəzərdə tutulurdu. 
“Elmin iqtisadiyyatı” adlanan üçüncü problemin tədqiqində əsas məqsəd iqtisadi 
strukturun hərtərəfli və kompleks tədqiqi, həmçinin elmi araşdırmanın səmərəliliyinin 
və Azərbaycan SSR-də ictimai istehsalın texniki səviyyəsinin inkişafının və onun sə-
mərəliliyinin artımında elmin rolunun yüksəldilməsinə istiqamətlənmişdi. Bu işlər is-
tehsalatda yeni elmi-texniki nailiyyətlərin və elmi tövsiyələrin işlənib hazırlanmasının 
tətbiqinə mənfi təsir göstərən əsas uyğunsuzluqların və çatışmazlıqların üzə çıxarıl-
masına köməklik göstərmişdir. 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin 1973-cü il 18 iyul tarixli K-197 saylı 
əmri ilə Norma və normativlər şöbəsi Azərbaycan SSR Dövlət Plan Komitəsinin  müs-
təqil Elmi-Tədqiqat Bürosuna çevrildi. 
1973-cü ildə institutda Dövlət planı ilə nəzərdə tutulmuş mövzuların və problem-
lərin işlənməsi ilə yanaşı, respublika təşkilatlarının direktiv planları üzrə elmi xarakterli 
plandankənar böyük həcmli işlər yerinə yetirilmişdir. 
Bütövlükdə, 1973-cü il üzrə  təyin edilmiş müddətdə 13 məlumat bülleteni və 
arayış hazırlanaraq yuxarı orqanlara təqdim edilmişdi. Dövlət Plan Komitəsinin tapşı-
rığı ilə “Azərbaycan SSR sənaye müəssisələrində və tikinti sənayesində mexanikləş-
dirmənin  əsas vasitələrinin mövcudluğu və  vəziyyəti barədə” arayış hazırlanmışdı. 
Azərbaycan KP MK-nın Sənaye və  Nəqliyyat  şöbəsinin tapşırığı ilə “Elektrotexnika 
sənayesində  və maşınqayırma zavodlarında daxili istehsalat ehtiyatlarından istifadə 
edilməsi barədə” arayış və s. hazırlanaraq təqdim edilmişdi. 
Qeyd etmək lazımdır ki, 1968-1974-cü illərdə i.e.d., professor Mədət Allahverdi-
yevin direktor olduğu müddətdə institutun elmi fəaliyyətində nəzərə çarpacaq canlan-
ma baş vermişdi. Bu dövrü elmi potensialın möhkəm təməlinin  hazırlanması ilə xa-

 
41 
 
rakterizə etmək olar. Elmi işlər üçün əlverişli şərait yaradılmışdı. Bunun da nəticəsin-
də 30 nəfərdən çox əməkdaş namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiy-
yətlə müdafiə etmək imkanı qazanmış  və ya müdafiəyə  təqdim etmişdilər. Beləliklə 
də, 1973-cü ildə 4 aspirant: R.Məmmədov, A.Talıbov, T.Səlimova, A.Axundov disser-
tasiya işlərini vaxtından əvvəl yerinə yetirmiş, 11 aspirant: N.Quliyev, M.Nəcəfəliyev, 
N.Məmmədova, T.Məmmədova, R.Qasımov, E.Məcidova, S.Abdullayev, N.Mus-
tafayev, S.Əliyeva, F.Şərifov, T.Məmmədov və 5 dissertant: S.Səmədova, Q.Əliyev, 
B.Axundov, N.Hacıyev, A.N.Əliyev sənədlərini müdafiəyə  təqdim etmiş, 2 aspirant: 
A.Tağıyev və S.Qasımlı isə müdafiə prosedurunu uğurla başa çatdırdılar. Elmi 
dərəcə almaq üçün 5 nəfər: E.Nuriyev, F.Adıgözəlov, H.Abbasov, R.Mollayev, V.Ca-
vadov dissertasiya işlərini müvafiq zaman kəsiyində yekunlaşdırmışdılar.  
1973-cü ildə ETİİ-nin Hesablama Mərkəzinin müdiri Şamil  Əliabbas oğlu Sə-
mədzadə doktorluq dissertasiyasını müdafiə etmiş, 2 nəfər əməkdaş isə İslam Şamil 
oğlu Qarayev və Şamil Yusif oğlu Xudiyev doktorluq dissertasiyalarını başa çatdırdı-
lar. Bundan başqa 6 nəfər doktorluq dissertasiyası üzərində işlərini davam etdirdilər. 
Qeyd olunan bu əməkdaşların 95%-i sonralar müdafiə etmiş elmlər namizədi və elm-
lər doktoru olmuşlar. Onların bir çoxu ETİİ-də işləməyə davam etmiş, institutun struk-
tur bölmələrində müdir vəzifəsində çalışmışlar. 1973-cü ildə institutun əməkdaşlarının 
elmi-tədqiqat işlərinin nəticəsi öz əksini institutun elmi əsərlərinin 2 hissədən ibarət 
14,5 çap vərəqi həcmində olan VI cildində tapmışdır. 
 
 
 
 

 
42 
 
 
 
1974-cü ildə ETİİ-nin kollektivi 
özündə 7 əsas mövzunu birləşdirən 3 
kompleks problem üzrə elmi-tədqiqat 
işini həyata keçirmişdi. Bu kompleks 
problemlərdən birincisi, “SSRİ Xalq Tə-
sərrüfatının inkişafının uzunmüddətli iq-
tisadi və sosial problemləri”, ikincisi, 
“Xalq təsərrüfatının planlaşdırılmasının 
metodoloji problemləri, ictimai istehsa-
latın səmərəliliyi və PHAS-ın yaradıl-
ması” və üçüncüsü “İstehsalatın idarə 
edilməsi” idi. 
Kollektivin uzunmüddətli zəngin iş 
təcrübəsi nəzərə alınaraq xalq təsərrü-
fatının proqnozlaşdırılması və onun sa-
hələri üzrə planların işlənib hazırlanma-
sını qabaqlayan ETİİ elmi-tədqiqatların 
əsas istiqamətlərinə uyğun olaraq “1976-1990-cı illərdə, daha dəqiq əsaslandırma ilə 
1980-ci ilə  qədər Azərbaycan SSR-də  məhsuldar qüvvələrin inkişafı  və yerləşdiril-
məsinin uzunmüddətli iqtisadi proqnozları  və Sxemi” adlı kompleks mövzu üzrə ke-
çirilən tədqiqatlar (1971-ci ildən başlayaraq) tematik plana daxil edilmişdi. 
“Sxem”in işlənib hazırlanması 15 əsas bölmə üzrə tədqiqatların aparılmasını nə-
zərdə tuturdu. Bunlar da üç variantdan ibarət olmaqla, respublikanın 13 iqtisadi rayo-

 
43 
 
nuna bölünməklə yerinə yetirilirdi. Problemlərin yerinə yetirilməsi və 1974-cü il üçün 
ETİ-nin Dövlət planı üzrə  nəzərdə tutulmuş mövzularla yanaşı, institutun kollektivi 
respublikanın Dövlət Plan Komitəsinin və direktiv orqanların göstərişi ilə böyük həc-
mdə plandankənar işlər yerinə yetirdilər.İnstitutun kollektivi tərəfindən respublika Döv-
lət Plan Komitəsinə  və direktiv orqanlara vacib xalq təsərrüfatı  əhəmiyyətli, yerinə 
yetirilmiş, planlı  və plandankənar işlər, göstəriş  və tapşırıqların nəticəsi üzrə hazır-
lanmış 60 elmi arayış, məlumat vərəqələri və təkliflər təqdim edilmişdi. 
 
  
 
 
1974-cü ildə elmi müşavirələr və konfranslar xətti üzrə institut tərəfindən böyük 
işlər yerinə yetirilmişdir. 1974-cü ilin oktyabr ayında Azərbaycan SSR Dövlət Plan Ko-
mitəsi yanında ETİİ və Zaqafqaziya iqtisadi rayonunda məhsuldar qüvvələrin inkişafı 
və yerləşdirilməsi üzrə SSRİ Dövlət Plan Komitəsinin Elmi Şurasının Bürosu ilə bi-
rlikdə Tbilisi şəhərində, “Perspektivdə Zaqafqaziya iqtisadi rayonunda məhsuldar 
qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas problemləri” mövzusunda elmi konfrans 
keçirilmişdi. Konfransda institutun əməkdaşları Azərbaycan SSR xalq təsərrüfatının 
inkişaf perspektivinin aktual məsələləri üzrə 7 məruzə ilə çıxış etdilər.
 
1974-cü ilin 25-26 noyabr tarixlərində Azərbaycan SSR Nazirlər Sovetinin gös-
tərişi ilə institutun kollektivi “Əmək ehtiyatlarından səmərəli istifadə problemləri” üzrə 
birinci respublika konfransını keçirdi. Konfransda Azərbaycan mütəxəssisləri ilə yana-
şı, Moskva, Leninqrad, Rusiya Federasiyasının digər  şəhərlərinin, Ukrayna, Beloru-
siya, Özbəkistan, Gürcüstan, Tacikistan və Türkmənistanın nazirlik, idarə, elmi-tədqi-
qat müəssisələri və ali məktəblərinin nümayəndələri də  çıxış etdilər. Konfransda 25 
məruzə və 60 çıxış dinlənilərək müzakirə edilmiş, əmək ehtiyatlarından səmərəli isti-

 
44 
 
fadəyə  təkan verən konkret tövsiyələr qəbul olunmuşdu. Konfransın işindəAzərbay-
can SSR Dövlət Plan Komitəsinin sədri İ.M. Əsədov iştirak etmişdi. 
 
 
 
 
 

 
45 
 
 
 
 
 
 

 
46 
 
1974-cü ildə institut rəhbərliyi  tərəfindən qəbul edilən tədbirlər nəticəsində elmi 
kadrların nəzərə çarpacaq dərəcədə keyfiyyətli artımı baş verdi. Təhsil müddətini 
1973-1974-cü illərdə başa vurmuş 11 aspirantdan 2-si işlərini vaxtından əvvəl yerinə 
yetirmiş, 4 nəfər isə dissertasiya işlərini vaxtında təqdim etmişlər. Həmin dövrdə 14 
nəfər  iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə et-
miş, 19 nəfər isə işlərini müdafiəyə təqdim etmişdilər. Bu dövrdə institutun 11 nəfər 
əməkdaşı elmlər doktoru dərəcəsi almaq üçün tədqiqatlarını davam etdirirdilər.  
1974-cü ildə institutda özündə 31 sektoru birləşdirən 16 şöbə, 14 sektorla birlik-
də 6 laboratoriyadan ibarət HM var idi. Ümumilikdə, institutun 350 nəfər əməkdaşının 
3 nəfəri elmlər doktoru, 39 nəfəri elmlər namizədi, 291 nəfəri tam ali təhsilli, qalan 59 
nəfəri isə tam ali və ya orta təhsili olmayanlar  idilər. Həmin ildə “Azərbaycan SSR-də 
ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi ehtiyatları” na həsr edilən 2 hissəli elmi 
əsərlərin VII cildi nəşr edilmişdir. 
 
 
 
 

 
47 
 
 

 
48 
 
 
 
1974-cü ilin sonunda institutun rəhbərliyində dəyişiklik baş verdi, iqtisad elmləri 
doktoru, professor Mədət Mustafa oğlu Allahverdiyev direktor vəzifəsindən azad edil-
di. İnstitutun direktor vəzifəsini müvəqqəti icra etmək direktor müavini, iqtisad elmləri 
namizədi Tofiq Həsən oğlu Hüseynova həvalə edildi. 
1975-ci ildə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiy-
yat İnstitutu kollektivinin fəaliyyəti, Azərbaycan SSR-in xalq təsərrüfatının uzunmüd-
dətli inkişafının iqtisadi və sosial problemləri üzrə təkliflərin və elmi materialların ha-
zırlanmasına, “Azərbaycan SSR-də 1976-1990-cı illər, daha dəqiq  əsaslandırma ilə 
1980-ci ilə qədər olan dövr üçün məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi Sxe-
mi”nin, eyni zamanda uzunmüddətli iqtisadi proqnozların işlənib hazırlanmasına yö-
nəldilmişdi. Bu il ərzində ETİİ-də 8 kompleks mövzu üzrə elmi-tədqiqatlar aparılmış-
dır. Elmi bölmələr tərəfindən 1975-ci il ərzində 34 əsas bölmə üzrə yerinə yetirilən 
ETİİ-nin elmi materialları istifadə məqsədilə hazırlanmış və Azərbaycan SSR Dövlət 
Plan Komitəsinə təqdim edilmişdi. 
1975-ci il üçün ETİİ-nin tematik planına əsasən yerinə yetirilməsi nəzərdə tutul-
muş problem və mövzularla yanaşı, institututun kollektivi direktiv orqanların və res-
publika Dövlət Plan Komitəsinin göstərişi ilə plandan əlavə böyük həcmli elmi xarak-
terli işlər yerinə yetirmişdir. İl ərzində Dövlət Plan Komitəsinəçox saylı elmi xarakterli 
arayışlar və məlumatlar hazırlanmışdı. Onların arasında Azərbaycan SSR-in xalq təh-
sili sistemində pedoqoji kadrlardan və ayrı-ayrı  sənaye sahələrində istehsal gücün-
dən istifadənin vəziyyəti haqqında, əmək ehtiyatlarından səmərəli istifadə problemləri 
və s. var idi.  
1975-ci il iyun ayının 24-25-də Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Təd-
qiqat İqtisadiyyat İnstitutunda Azərbaycan SSR Elmi-Texniki Cəmiyyəti Şurası, Azər-

 
49 
 
baycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat Elmi-Texniki İnformasiya və Tex-
niki Tədqiqatlar  İnstitutu ilə birlikdə  “İctimai istehsalın səmərəliliyinin yüksəldilməsi 
problemi” üzrə konfrans keçirilmişdir. 
 
 
 
 

 
50 
 
 
 
 

 
51 
 
 
 
1975-ci ildə institutun strukturu 43 
sektoru və 3 qrupu özündə birləşdirən 23 
şöbədən ibarət olmuşdur. Hesablama 
Mərkəzinin strukturu isə 6 şöbə və 14 sek-
tordan ibarət idi. İnstitutun əməkdaşlarının 
sayı 349 nəfərə çatmışdı. Onlardan elmi 
rəhbər heyəti 59, böyük elmi işçi 51, kiçik 
elmi işçilər isə 66 nəfər olmuşdu.  İnstitut-
da 2 elmlər doktoru, 45 elmlər namizədi 
çalışırdı. 
Bu ildə elmi tədqiqatların nəticələri 
üzrə müxtəlif nəşriyyatlarda və dövri mət-
buatda 100-ə yaxın elmi məqalə  və 20 
kitabça çap edilmişdi. 1975-ci il ərzində 30 
çap vərəqi həcmində çap məhsulu bura-
xılmışdı ki, bunların içərisində redaksiya 
kollegiyasının məsul redaktoru i.e.n. Tofiq 
Həsən oğlu Hüseynovun rəhbərliyi ilə ETİİ-nin 15 çap vərəqi həcmində elmi 
əsərlərinin VIII cildi, 1975-ci il üçün ETİİ elmi-tədqiqat işləri layihə planı, 1976-cı ilə 
ETİİ tematik planı  və s. materiallar var idi.Bu il institutun əməkdaşları müşavirə  və 
konfranslarda fəal iştirak edirdilər. ETİİ-nin bilavasitə  iştirakı ilə  “İctimai istehsalın 
səmərəliliyinin artırılması” üzrə elmi konfrans və “Müttəfiq respublikalarda normativ 

 
52 
 
materialların avtomatlaşdırılmış sistemlərinin (NMAS) işlənib hazırlanması təcrübəsi” 
adlı seminar-müşavirə təşkil edilmişdi. 
O zaman institutun fəaliyyətində həllini gözləyən problemlərdən ən vacibi institut 
əməkdaşlarının lazımi iş şəraiti ilə təmin olunması üçün normal inzibati bina təchizatı 
idi. Belə ki, 1975-ci ildə institutda hər nəfərə düşən iş yeri sahəsinin artmaması 
müvafiq istiqamət üzrə paradoksal vəziyyət yaratmışdı. Respublikada hər elmi işçiyə 
düşən iş yerinin sahəsinin orta təminatı 7 kv.m olduğu halda, 1975-ci ildə ETİİ-də bu 
rəqəm 3,4 kv.m-ə  qədər azalmışdı. Lakin 1971-ci ildə 1 nəfər işçiyə orta hesabla 6 
kv.m. sahə düşürdü. Elmi işçilərin sayının artması ilə müşaiyət olunan vəziyyət 
onların iş yerlərinin darısqallığına gətirib çıxarır, ETİİ-nin yerləşdiyi binalar isə (bir-
birindən nəzərə çarpacaq dərəcədə uzaq məsafədə yerləşən, elmi işlər üçün 
tamamilə yararsız olan 3 bina) təyinatına uyğun deyildi. Ona görə də bu problem tez 
zamanda öz həllini tapmalı, institutun ayrıca binası olması tələb olunurdu. Bunun da 
ən optimal yollarından biri inşasına yeni başlanmış inzibati binanın tikintisinin başa 
çatdırılması idi. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə