Ekoloji audit və aparılması qaydaları
«Audit» sözü ingilis dilindən hərfı mənada tərcümədə yoxlama, mühasib
kitablarının, sənədlərinin və hesabatlarının təftişi mənasmı verir. Audit auditor
xidmətlərinin göstərilməsi üzrə sahibkarlıq fəaliyyətini özündə əks etdirir. Auditor
latın dilindən tərcümədə tədqiqatçı deməkdir. Müəyyən dövr ərzində müəssisənin
maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan şəxslər auditorlar hesab olunur.
Auditor fəaliyyəti təftiş və nəzarətlə müqayisədə daha geniş anlayışdır.
Auditorlar təkcə maliyyə göstəricilərinin etibarhlığının yoxlanılmasını həyata
keçirmir, həm də xərclərin rasionallaşdınlması və mənfəətin artırılması məqsədi ilə
tək-lifiər də hazırlayır. Bu mənada audit biznesin ekspertizasını həyata keçirir.
Audit - sahibkarlıq risklərinin, informasiya risklərinin azaldılmasına yönəldilmiş
fəaliyyət növü olub, təsərrüfat fəa-liyyətinə əlverişli şərait yaradır.
Auditorlarm başhca məqsədi - auditasiya olunan obyekt haqqmda real və dəqiq
məlumatlar əldə etməkdir. Auditorluq fəaliyyəti müstəqil nəzarət forması olub,
müstəqil ekspertizaya əsaslanır.
Beləliklə, auditor fəaliyyəti - maliyyə-iqtisadi sferada ekspert fəaliyyətidir. Ətraf
mühitə zərərli təsir vuran tullan-tdarın faktiki miqdarının təyin olunması, müəssisənin
fəaliyyətinin ekoloji ekspertizasmm müxtəlif suallarına cavab axtarmaq, audit
anlayışmın tarixən formalaşmış mahiyyətinə uyğun gəlmir. Bizim ölkəmizdə bu yeni
ə
cnəbi söz olub, bəzən «ekspertiza», «yoxlama» sözlərini sıxışdırıb, əvəz edir. Odur
ki, sözü öz yerində işlətmək, qarışıqhqdan qaçmaq və anlaşılmazlıq olmasın deyə bu
anlayışları dəqiq ayırmaq lazımdır.
Adətən, ekoloji audit aşağıdakı istiqamətlərdə həyata keçirilir: istehsal
obyektlərinin ekoloji auditi; ərazinin ekoloji auditi, ekoloji konsaltinq.
İ
stehsal obyektlərinin ekoloji auditi. Bu işdə əsas məqsəd müəssisənin ətraf
muhitin mühafızəsi üzrə norma və göstərişlərə riayət olunması, təbiəti mühafızə üzrə
tədbirlərə görə tövsiyələrin işlənib hazırlanması, həmçinin təbiətdən istifadə ilə
ə
laqədar xərclərin maya dəyərinin qiymətləndirilməsi sahəsində müəssisənin
fəaliyyətinin yoxlanılmasıdır. Eyni zamanda, istehsal obyektlərinin işinin
investisiyalaşdırılmasından əvvəlki mərhələsində, həmçinin nəzarətedici orqanlarla
mübahisəli məsələlərin həlli zamanı ekoloji audit aparılır.
Ə
razinin ekoloji auditi konkret torpaq sahəsinin təbii ehtiyat potensialının
qiymətləndirilməsinə, neqativ təbii və təbii-texnogen proseslərin aşkar olunmasına,
ə
traf mühitə texnogen təsirin səviyyəsinin qiymətləndirilməsinə və növünün müəyyən
olunmasına istiqamətlənmişdir. Bu, torpaq sahələri ilə əlaqədar əqdlərin, daşınmaz
ə
mlakla bağh əməliyyatların həyata keçirilməsi zamanı aparılır. Ətraf mühitin
komponentlə-rindən birinin vəziyyətinin qiymətləndirilməsi də ərazinin ekoloji auditi
ilə mümkündür.
Vacib olan ətraflı materiallarla əsaslandırılmış müstəqil ekspert rəyi işin
nəticəsidir.
Ekoloji konsaltinq. Böyük şəhərlərdə ətraf mühitin mühafizəsi problemi
istehsahn texnoloji aspektləri, torpaqdan istifadə məsələləri, əmlak hüquqları və s. ilə
sıx bağhdır. Odur ki, görülən işlər arasında məsləhət vermə xidmətləri mühüm yer
tutur ki, bunlara da aşağıdakılar aid ola bilər:
-
ərazidə ekoloji problemlərin mümkünlüyü haqqında rəyin verilməsi ilə
ə
laqədar torpaq sahələrinin layihədən əvvəlki təftişi;
-
mövcud olan və ya layihələşdirilən texnologiyaların ekoloji
qiymətləndirilməsi;
- müxtəlif təbiəti mühafızə tədbirlərinin səmərəliliyinin (vacibliliyinin və
kifayətliliyinin) qiymətləndirilməsi;
-
təbiəti mühafızə tədbirlərinin tətbiq olunmasının əsaslandırılması;
-
müxtəlif başlanğıc-icazəverici sənədlərin hazırlanmasında iştirak etmək.
Ekoloji auditin səmərəliliyini təmin edən prinsiplər bunlardır:
-
öyrənilən obyektin özünəməxsusluğu və ekoloji təhlükəsizlik məsələlərində
ekoloji auditorların yüksək ixtisaslılığı;
- auditasiya olunan obyektlərin rəhbərləri vo ya mülkiyyətçiləri tərəfındən
ekoloji auditor dəstəklənməsi və audit prosesində meydana çıxmış çatışmazhqlarm
aradan qaldırılması üzrə məcburi tədbirlərin görülməsi;
-
qarşılıqlı əlaqəli təbiətdən istifadə məsələlərinin öy-rənilməsinin
kompleksliliyi;
-
ekoloji auditin tapşınğınm dəqiq və birmənalı forma-laşdırılması;
-
ekoloji auditin bitkinliyinə, onun nəticələrinin səhihliyinə və yekununda
ahnmış cavabların düzgünlüyünə inamın təmin olunması.
Ekoloji auditin obyekti aşağıdakılar ola bilər:
-
ətraf mühitə təsir göstərən müəssisə və qurğular;
-
təsərrüfat
fəaliyyətli
obyektlərin
tikintisi,
yenidən
qurulması,
genişləndirilməsi, ləğv olunması layihələri;
-
təbiəti mühafizə təyinatlı xidmətlərin göstərilməsi ilə məşğul olan təşkilatlar.
Ekoloji auditin ümumi proseduru özündə aşağıdakıları birləşdirir:
-
təbiəti mühafizə üzrə qanunverici və qanun qüvvəli normativ-hüquqi aktların
yerinə yetirilməsinin analizi;
-
sənədlərin, qeydiyyat jurnallarmın və digər materialların yoxlanılması;
-
vizual müşahidə;
-
nümunələrin seçilməsi və laboratoriya analizi;
-
ərizə verən şəxsin attestasiyası.
Ekoloji audit, adətən, üç mərhələdə həyata keçirilir: Birinci mərhələdə audit
planı hazırlanır, obyektlər və komanda seçilir, iş qrafıki tutulur və s.
İ
kinci mərhələdə (əsas mərhələdə) ilkin materiallar toplanır və qiymətləndirilir,
müəssisənin işçi heyəti ilə iş aparılır, daxili sənədlərlə tanışhq həyata keçirilir. Bu
zaman anketləşdirmə üsulundan, material balansından və texniki hesablama-lardan,
müxtəlif xəritələrdən istifadə olunur.
Üçüncü mərhələdə ekoloji auditin nəticələrinə əsasən, hesabat, aşkar edilmiş
nöqsanların aradan qaldınlması üçün tövsiyələr və təklifiər hazırlamr.
Bu zaman ekoloji audit üçün hazırlanan rəy 3 hissədən ibarət olur: giriş, analitik
təhlil və yekun.
Ekoloji audit müstəqil ekoloji fəaliyyet növü kimi ekoloji pasportlaşdırma və
ekoloji sertifıkatlaşdırma ilə yanaşı paralel olaraq həyata keçirilə bilər. Bu həm də
təşkilati-hüquqi bir tədbir kimi təsərrüfat və digər fəaliyyət növlərinin ekolodi
tə-ləblərə uyğun olub-olmadığmı araşdırmaq üçün də vacibdir. Ümumiyyətlə, təbiəti
mühafızə praktikasında ekoloji audit obyektiv və müstəqil analiz və qiymətləndirmə
kimi nəzərdən keçirilir, homin fəaliyyətlərin ekoloji tələblərə cavab verməsi sahəsi
kimi qiymətləndirilir.
Deyilən bütün tövsiyə və təkliflərirt hamısının nəzərə almması tələb olunur.
Ekoloji auditin digər audit növlərindən fərqi ondadır ki, onun apanlması üçün
müəssisənin təbiəti mühafizə fəaliyyəti haqqmda böyük həcmli konkret
informasi-yanın toplanması, təhlili və sənədləşdirilməsi lazımdır. Əlavə etmək
lazımdır ki, bu sahədə sərt reqlamentə malik prosedur və standartlar yoxdur
(Ş.Göyçaylı, T.İsmayüov, 2006).
«Ətraf mühitin mühafızəsi haqqmda» Qanunun 75-ci maddəsində ekoloji audit -
təbii ehtiyatlarm istifadəsi və bərpası üzrə hesabatlarm düzgün tərtib edilməsi də
daxil olmaqla təbiətdən istifadəçi tərəfmdən ekoloji tələblərin, ətraf mühitin
mühafizəsi normalarının və qaydalarınm gözlənilməsi məqsədi ilə onların təsərrüfat
və digər fəaliyyətinin müstəqil yoxlanıl-ması kimi təsbit olunub.
Qanunda həmçinin ekoloji auditin təbiətdən istifadəçi ilə ekoloji auditor
arasmda bağlanmış müqavilə əsasında aparıldığı və qanunvericiliklə müəyyən
olunmuş hallarda onun məcburi olduğu öz əksini tapmışdır.
«İcbari ekoloji sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda
ekoloji sığorta müqaviləsi bağlanan zaman sığortalının ekoloji auditinin aparıla
bilməsi, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ekoloji auditin sığortalının
hesabma aparılması, həmçinin tərəflərdən hər hansı birinın təşəbbüsü ilə və onun
hesabına da aparılmasının mümkünlüyü təsbit olunmuşdur (maddə 7).
Ekoloji auditor - xüsusi razılığa (lisenziyaya) əsasən eko-loji auditor fəaliyyəti
göstərmək hüququna malik olan hüquqi və ya fıziki şəxslərdir.
Bu fəaliyyət ilə məşğul olmaq hüququnu almaq üçün xü-susi razılıq Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə müəyyənləşdirilmiş İcra Hakimiyyəti orqanı
tərəfındən verilir.
Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və
məsləhətlərin verilməsinə cəlb edilə bilərlər.
Ekoloji auditin obyektləri ətraf mühitin təbiət istifadəçiləri tərəfındən bütün
komponentləri (atmosfer havası, su obyektləri, bitki örtüyü, heyvanat aləmi, yerin
təki və torpaq örtüyü), ətraf mühitə zərərli təsir edən müəssisələr və fərdi fəaliyyət
nəticəsində ətraf mühitə vurulan zərərli təsir sahələridir.
Ekoloji auditorun məqsədi ekoloji təhlükəsizliyə təminat yaratmaq məqsədilə
təbiətdən istifadəçilərin fəaliyyətinin Azərbaycan Respublikasımn mövcud
qanunvericiiiyinə, ekoloji norma və standartlara uyğunluğunu müstəqil surətdə
yoxla-maq, onlara fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətinin
müəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək, köməklik göstərməkdir.
Ekoloji auditorun vəzifələri aşağıdakılardır:
-
ekoloji auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə riayət etmək;
-
auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik
üzrə keyfıyyətli həyata keçirmək;
-
yoxlanılan təsərrüfat subyektində şəxsi əmlak mənafeyi, qarşıhqlı iqtisadi və
işgüzar maraqları, əlaqələri müəyyənləşdirdikdə, müəssisə rəhbərliyindən hər hansı
bir şəxslə birbaşa qohumluq əlaqəsi olduqda, bundan əvvəl orada öz peşə fəaliyyəti
ilə bağlı xidmətlər göstərdikdə auditin apanlmasında iştirakın qeyri-mümkünlüyü
barədə dərhal sifarişciyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;
- mülkiyyət formasından asılı olmayaraq təbiətdən istifadəçilərin təbii
ehtiyatlardan istifadə və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin
auditini aparmaq;
-
ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular,
maliyyə-mühasibat üçotunun aparılması və hesabatların tərtibi, ekoloji tələblərə əməl
olunması ilə bağlı nöqsanlar haqqmda sifarişçinin rəhbərliyinə rəsmi məlumat
vermək;
-
təbiətdən istifadəçilərin tələbi ilə aparılan ekoloji audit zamanı əldə edilən
məlumatları (məhkəmə orqanlarmm tələb etdiyi hallar istisna olmaqla) məxfi
saxlamaq;
-
yoxlama zamanı alınmış və ya tərtib edilmiş sənədlərin qorunub
saxlanılmasını təmin etmək;
-
təbiətdən istifadəçilərin tələbi ilə onlara audit aparılmasına dair
qanunvericiliyin tələbləri, tərəfiərin hüquq və vəzifələri, habelə auditorun rəyində
olan irad və nəticələri əsaslandıran normativ aktlar barəsində ətrafiı məlumat vermək;
Ekoloji auditor fəaliyyəti Azərbaycan Respublikasının «Ətraf mühitin
mühafızəsi haqqında» Qammu, «Ekoloji auditor fəaliyyəti haqqında Qayda» və digər
normativ-hüquqi aktlarla tənzimlənir.
Ekoloji auditorun hüquqları aşağıdakılardır:
-
müvafıq qanunvericiliyə uyğun olaraq təbiətdən isti-fadəçilər və digər
sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq auditin forma və
metodlarını sərbəst müəyyənləşdirmək;
-
ekoloji audit aparılan təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat
fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən hüquqi şəxslərdə saxlanılan
sənədlərlə) tanış olmaq və lazım olan məlumatlar almaq;
-
ekoloji audit aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və digər
işçilərindən yazılı izahat almaq;
-
səlahiyyətli dövlət orqanlarının sifarişi ilə ekoloji auditor xidməti göstərərkən
müəyyən edilmiş nöqsan və pozuntular haqqmda onlar qarşısında məsələ qaldırmaq;
-
ekoloji auditin keçirilməsinə müqavilə əsasında baş-qa auditorları,
mütəxəssisləri cəlb etmək;
-
yoxlanılan təbiətdən istifadəçi müəssisə və təşkilat tərəfındən audit üçün
lazım olan sənədlərin təqdim edilməməsi hallannda yoxlama keçirməkdən imtina
etmək.
Ekoloji auditor fəaliyyəti aşağıdakı qaydada aparılır:
-
ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasmda bağlanılmış
müqaviləyə əsasən apardır;
-
ekoloji auditor öz işini yoxlamaq üçün tələb olunan ekoloji normativ
sənədlər, təlimatlar, yoxlanılan obyektin texniki sənədləri əsasında qurur;
-
ekoloji auditor, lazım olarsa, yoxlama prosesində ekoloji laboratoriya
xidmətindən və ya digər texniki yardımlardan istifadə edir;
-
ekoloji auditor, yoxlamanm xüsusiyyətindon asıh olaraq müəyyən sahələr
üzrə mütəxəssis tələb olunarsa, kənar təşkilatlardan ekspert dəvət edir;
-
ekoloji auditor müəssisənin gərgin ekoloji sahələrində aparılan tədbirlərin
yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə zərərli təsirin mümkün qədər
azaldılmasına nail olmahdır;
-
ekoloji auditor müəssisə rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər
verməli, bu məsləhətlər müəssisənin gələcək ekoloji siyasətində öz müsbət əksini
tapmalıdır;
-
ekoloji auditin nəticəsi auditor rəyi şəklində sifarişçiyə təqdim olunur;
-
səlahiyyətli dövlət orqanlarınm qəranna əsasən keçirilmiş yoxlamanm
nəticələrini əks etdirən ekoloji auditor rəyi Azərbaycan Respublikasının prosesual
qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur;
-
ekoloji auditor tərəfindən müqavilə üzrə yerinə yetirilmiş iş sifarişçiyə akt
ə
sasında təqdim olunmaqla rəsmiləşdirilir;
-
ekoloji auditor qanunvericiliklə müəyən olunmuş qaydada məsuliyyət
daşıyır.
Xarici auditorlar və auditor təşkilatlan ekoloji auditin apanlmasına və
məsləhətlərin verilməsinə cəlb oluna bilər.
Dostları ilə paylaş: |