Microsoft Word Stom-qayda-norma


Sahələrin daxili bəzəyinə qoyulan tələblər



Yüklə 263,25 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix18.06.2022
ölçüsü263,25 Kb.
#61747
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   17
stom qayda norma

3. Sahələrin daxili bəzəyinə qoyulan tələblər 
3.1. Sahələrin daxili bəzəyində istifadə edilən bütün materiallara tətbiq edilmə sahəsinə 
uyğun olaraq sanitariya-epidemioloji rəy olmalıdırlar.
3.2. Stomatoloji kabinetlərin divarları, divarların, tavanın və döşəmənin birləşdirilmə 
bucaqları və yerləri deşiksiz hamar olmalıdırlar.
3.3. Kabinetlərdə divarları bəzəmək üçün dezinfeksiyaya davamlı olan rütubətli, aseptik 
rejimli yerlərdə istifadə etmək üçün icazə verilmiş naxış materiallarından istifadə edilir. 
Əməliyyat otaqlarının, cərrahi stomatologiya kabinetlərinin və sterilizasiya otaqlarının divarları 
bütün hündürlük boyu minalanmış plitə, yaxud bu məqsəd üçün icazə verilmiş başqa 
materiallarla bəzənilir.


3
3.4. Diş-texniki laboratoriyanın əsas sahələrinin divarları boya ilə boyanır, yaxud hamar 
səthə malik olan panellərlə üzlənir; germetik olaraq tikişlə bağlanır.
3.5. Stomatoloji kabinetlərin, əməliyyat otaqlarının, əməliyyata qədər otaqların, 
sterilizasiya otaqlarının və diş-texniki laboratoriyaların tavanları sulu emulsiya, yaxud başqa 
boyalarla boyanır. Əgər otağın normativ hündürlüyünə təsir etmirsə, onda asma tavanlardan 
istifadə etmək mümkündür. Asma tavanlar, yuyucu maddələrin və dezinfektantların təsirinə 
davamlı, hamar deşiksiz səthə malik lövhələrdən (plitələrdən) yerinə yetirilməlidir.
3.6. Stomatoloji kabinetlərdə döşəmələr, bu məqsədlər üçün icazə verilmiş materiallardan 
olan hamar örtüyə malik olmalıdır.
3.7. Stomatoloji kabinet və diş-texniki laboratoriya otaqlarında divar və döşəmə səthinin 
rəngi, selikli qişaların, dəri örtüklərinin, qanın, dişlərin (təbii və süni), plomblaşdırıcı və diş 
protezləşdirici materialların boya çalarlarının rəngini düzgün fərqləndirmək üçün mane olmayan 
neytral açıq rəngə malik olmalıdır.
3.8. Civə amalqamasından istifadə edilən stomatoloji kabinetləri bəzəyən zaman: 
- divar və tavanlar hamar, deşiksiz və bəzəksiz; civə buxarlarını möhkəm birləşmədə 
(kükürdlü civə) birləşdirmək üçün 5 % kükürd tozu əlavə edilməklə suvaqlanmış (kərpic), yaxud 
sıxılmış (silinmiş panel) və stomatoloji kabinetlər üçün icazə verilən boyalarla boyanmalıdır.
- döşəmələr rulon materiallarla döşənməli, bütün tikişlər qaynaqlanmalı, döşəmə yaşmağı 
divara və döşəməyə kip bitişməlidir. 
- amalqamla işləmək üçün masalar civə keçirməyən materialla örtülməli və kənarlarda 
yanlara malik olmalıdır. Masaların iş görülən səthində açıq yeşiklər olmamalıdır; yalnız germetik 
bağlı kapsullarda buraxılan amalqamdan istifadə etməyə icazə verilir.

Yüklə 263,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin