21
müasir vəziyyət». Bəli, çətin mövzudur. Bu elmi məqaləni
gərək elmi faktlar və mülahizələr üzrə tarixi təcrübə və
müasir
vəziyyət
nəzərə
alınmaqla
tam
obyektiv
yazmalıyam. Bir daha təkrar edirəm. Tam obyektiv!
Tarixçilərimiz tariximizi araşdırarkən (xüsusən sovet
dövrü tarixini) dövrün tələbinə uyğun olaraq o qədər
saxtakarlıq etmiş və açıq təhriflərə, yersiz tə’riflərə
qurşanmışlar ki...
«Sovet elminə eşq olsun!» «Bizə eşq olsun!»
şüarlarını eşitməkdən bezmişdik.
Elm və Eşq! Böyük şairimiz Məhəmməd Füzuli bu
iki istilahı bir-biri ilə müqayisə edərək məgər nahaq
yerəmi belə qənaətə gəlmişdir:
«Elm kəsbiylə rütbeyi-rif’ət
Arizuyi-məhal imiş ancaq. Eşq imiş hər nə var aləmdə, Elm bir qiylü qal imiş ancaq».