VARLILIQ VƏ YOXSULLUQ HAQQINDASƏDİNİN MÜDDƏİ
İLƏ MÜBAHİSƏSİ.
Zahirdə dərvişə oxşayan, lakin batində dərviş olmayan bir
adamın bir məclisdə oturub nalayiq–nalayiq danışdığını, şikayət
dəftərini açıb varlıları məzəmmət etdiyini gördüm, sözü o yerə
çatdıriışdı ki, deyirdi: yoxsulların qüdrət əli bağlanmış, varlıların isə
səxavət ayaqları sınmışdır.
Beyt
Kərəmi olanın dirəmi yoxdur,
Dirəmi olanın kərəmi yoxdur.
Böyüklərin neməti ilə böyüdüyüm üçün bu söz mənə ağır gəldi.
Dedim: – Dostum, varlılar yoxsulların xəzinəsi, zahidlərin dəfi-
nəsi, zəvvarların pənahgahı, səyyahların və qonaqlarıi mehmannava-
zıdırlar.
207
Onlar
başqalarının rahatlığı üçün ağır yükə qatlaşar, xidmətçiləri
və qulluqçuları yeyib doyduqdan sonra özləri təama əl atarlar, artıq
qalanlarını dul qadınlara, qohum–qardaşa, qonum–qonşuya paylarlar.
Şer
Dövlətlidə hər şey vardır, vəqf, nəzir, qonaqlıq,
Zəkat, fitrə, iltifat, qurbanlıq bir də ehsan.
Yazıq sənin nəyin var, tay olasan onlara,
İki rükət namazın, onu da ağ qılırsan.
Səxavət və ibadətə gəldikdə isə, o da dövlətlilər üçün tez
müyəssər olar, çünki xüms–zəkat vermək üçün var–dövlət onlarda,
razü–niyaz etmək üçün təmiz paltar və boş vaxt onlardadır. Agıllı
adamlar bilirlər ki, ziyarətin gücü ləziz yeməklərdə, ibadətin duzu
təmiz geyməklərdədir. Boş mədədə nə qüvvət, boş əldə nə mürüvvət,
yalın ayaqda nə seyr, ac qarında nə xeyir ola bilər?!
Şer
Gecəni narahat yatar o kəs ki,
Sabahın xərcindən çəkir xəcalət.
Qarınca yay vaxtı çalışıb yığar,
Ki qışda yaşasın asudə, rahat.
Aydındır ki, aclıq ilə rahatlıq, oxsulluq ilə şadlıq bir yerə sığa
bilməz. Biri axşam yeməyi yeyib şam namazı qılır, biri:, «allah mənə
axşam yeməyi yetir» – deyə üzüquylu yıxılır. Bunları necə bir–birinə
bənzətmək olar?!
Beyt
Dövlətli edirkən haqta ibadət,
Acın qəlbi çəkir çörəyə həsrət.
Əlbəttə ki, varlıların ibadəti tez qəbul edilər, çünki onların hər
şeyi hazır, qəlbi rahat, ürəkləri asudədir; nə fikirləri dağınıq, nə
xəyalları pərakəndədir. Varlıların məişəti xoş keçdiyindən onlar
208
ibadəti də təmənnasız edirlər. Ərəb deyər: – «Allah, məni ağır
yoxsulluqdan, mərdümazar qonşuluqdan özün saxla!». Hədisdə
deyilib ki, «Yoxsulluq hər iki dünyada üzü qaralıqdır».
Dedi:
–Eşitməmisənmi peyğəmbər
əleyhissəlam buyurubdur:
«Yoxsulluq mənim fəxrimdir». Dedim: – Sus, peyğəmbər əleyhissə-
lamin işarəsi o adamlara aiddir ki, onlar qənaətə qane olub, özlərini
qəza oxuna qurban verirlər, bunların haqqında deyilmişdir ki, dərviş
paltarı keyib, sədəqə ilə alver edirlər.
Şer
İçi boş təbil tək ey hay–küy salan,
Əlində nəyin var çıxarkən yola
Kişisən xalqdan tamahını kəs,
Təsbihi çevirmə boş sağa–sola.
Mərifətsiz dərviş o qədər deyinər ki, axırda küfr deməyə başlar.
Odur deyiblər ki, «Yoxsulluq aparıb axırda dinsizliyə çıxarar». Lütü
yoxdan geyindirmək mümkün olmaz, biz hara, dövlətlilər hara, verən
əl ilə diləyən əlin nə müqayisəsi?! Görmürsənmi xudavəndi-aləm
Quranda behişt əhlinin nemətlərindən danışarkən deyir ki, «Onların
ruzusu hazırdır». Onu da bilməlisən ki, dolanacaq hayında olan əxlaq
qayğısına qala bilməz, onun rahatlığı ruzi üzüyünün arxasında olar.
Beyt
Hər susuz yatarkən yuxuda bişək,
Bütün kainatı çeşmə görəcək.
Mən bu sözləri deyirdim ki, dərvişin səbr kasası daşdı, özünü
saxlaya bilməyib iti dilini işə saldı, qılınc çəkdi, qalxan qaldırdı,
fəsahət atını səfahət meydanııda çapdırıb mənim üsqümə hücuma
keçdi və dedi:
–Sən varlıları o qədər təriflədin, onlar haqqında o qədər cəfən-
giyat danışdın, güman etmək olar ki, onlar hər bir dərdin dərmanı, ya
da nemət karıdırlar. Halbuki onlar lovğa, xudpəsənd, dövlətmənd,
xalqdan qaçan, mal–nemət düşgünü, rütbə–sərvət vurğunu olan bir
209
ovuc adamlardır ki, onlar aqızlarını xeyrə açmaz, xoş nəzərlə heç
kəsə baxmazlar. Onlar yoxsulları başıboş axmaq hesab edirlər, alim-
ləri gözüac, gəda təbiətli qələmə verirlər. Dövlətlərinin zahiri
şöhrətinə, rütbələrinin xəyalı hörmətinə arxalanaraq hamıdan
yuxarıda oturar, özlərini hamıdan yuxarı tutarlar. Başqalarına baş
əyib birinci salam verməyi özlərinə ar bilərlər. Onlar bilmirlər ki,
ağıllı adamlar deyiblər: «Kimin səxavəti az, sərvəti çoxdursa, o
zahirdə varlı, əslində isə yoxsuldur»
Beyt
Bir hünərsiz dövlətilə rişxənd etsə alimə
Onu eşşək quşqunundan daha alçaq zənn elə.
Dedim: – Bunları çox da məzəmmət etmə, kərəm sahibidirlər.
Dedi: – Səhv edirsən, dirəm aşiqidirlər. Nə olsun ki, yağmurlu
buluddurlar, yağmırlar; nurlu günəş mənbəyidirlər, işıq saçmırlar;
nemət atına miniblər, lakin çapmırlar; allah xeyrinə bir qədəm atmaz,
başa qaxmadan, üzə vurmadan bir dirəm verməzlər. Əzab–əziyyətlə
mal toplayar, acgözlüklə qoruyub saxlar, sonra isə həsrətlə qoyub
gedərlər.
Hüşyar adamlar deyiblər: «Xəsisin malı o vaxt torpaqdan çıxar
ki, özü torpağa gedər».
Beyt
Birisi zəhmətlə toplayar nemət
Başqası xərcləyər çəkmədən zəhmət.
Dedim: – Sən ona görə nemət sahiblərini xəsis adlandırırsan ki,
özün gözüacsan, yoxsa gözütox adamlara xəsis ilə səxavətli eyni
görünər. Qızılı məhək daşı tanıyar, xəsisi dilənçi. Cavab verdi: – Mən
bunu təcrübədən bilirəm, onlar qapılarında elə kobud, qaba,
tərbiyəsiz, güclü, mərhəmətsiz adamlar saxlayırlar ki, onlar qapıya
yanaşan düz adamların döşündən vurub geri qaytarsınlar, mehtərəm
adamlara hörmətsizlik edib yola salsınlar, fəqir-füqəranı döyüb bayı-
ra atsınlar və desinlər: – «Rədd olun, evdə adam yoxdur». Hər halda
belə deməkdə səhv etmirlər.
210
Beyt
Bir evdə ki yoxdur ağ ıl, himmət, tədbir, xoş rəftar,
«Bu evdə bir adam yoxdur» desən əgər yeri var.
Dedim: – Çünki borc istəyənlərin əlindən cana gəliblər, dilənçi-
lərin dilindən fəğana. Adam ın ağl ına batm ır ki, səhralar ın qumu dürr
olsa da, gədalar ın gözü doysun.
Beyt
Tamahkar ın gözü dünyada doymaz,
Necə ki, şəbnəmlə bir quyu dolmaz.
Harada
çətinlik çəkmiş, ac ıl ıq dadm ış adama rast gəlirsən, görür-
sən ki, özünü oda, suya vurur, təhlükəli işlərə əl at ır, nəticəsindən
qorxmur, halala, harama fərq qoymur.
Şer
Bir itin baş ına dəysə bir kəsək?
Sevinib kəsəyi sümük zənn edər.
İki şəxs çiynində meyit aparsa,
Tüfeyli pay bilib ard ınca gedər.
Varl ılara gəldikdə isə allah ın mərhəmət nəzəri onlar ın üzərindən
əskik olmaz, halal ı harama qar ışd ırmağa qoymaz. Fərz edək ki, mən
bunlar ı sənə söyləməmiş, fikirlərimi sübut üçün dəlil gətirməmişəm.
Lakin xahiş edirəm düzünü deyəsən, heç görübsənmi yoxsulluqdan
səvay özgə bir səbəbə görə bir adam ın qolu dal ına bağlans ın, bir
köməksiz, yaz ıq həbsə al ıns ın, bir məsum qaz ın ismət pərdəsi
y ırt ıls ın, ya birinin əli biləyindən vurulsun??!! Çox zaman şir ürəkli
mərd adamlar ehtiyac üzündən lağ ımlarda ələ keçir, ayaqlar ı
s Dostları ilə paylaş: |