102
elmi-texniki və digər informasiyaya ehtiyacı yaranan bü-
tün şəxslər aid edilir. Mütəxəssislərin ixtisası və peşəsi
onların informasiya tələbatlarının tematik məzmununu
müəyyən edir. Belə ki, onların informasiya tələbatlarının
məzmununa, həmçinin, fəaliyyət göstərdikləri elm, təhsil
və ya istehsalat sahələri, iş yeri, vəzifələri və s. əhəmiy-
yətli dərəcədə təsir göstərir. İxtisas çərçivəsində mütəxəs-
sisləri onların yerinə yetirdikləri işlərin xarakterinə, tut-
duqları vəzifələrə və icra etdikləri funksiyalara görə təsnif
etmək mümkündür. Məsələn, mütəxəssisləri elmi-tədqiqat
işçilərinə – alimlərə, pedaqoji işçilərə – müəllimlərə, is-
tehsalatda çalışan təcrübi mütəxəssislərə, idarəetmə fəa-
liyyəti ilə məşğul olan inzibatçılara və s. ayırmaq olar.
İnformasiya istehlakçılarının növbəti qrupuna bilavasi-
tə istehsalat və xidmət sahələrində işləyən
mühəndis-
Dostları ilə paylaş: