__________________Milli Kitabxana__________________
49
elm və texnikanın tərəqqiyə maddi-texniki bazanın yaranması kimi
baxır. Müasir sənaye və kənd təsərrüfatı həmişəkindən daha çox elm
və texnikanın inkişafından asılıdır.
Hər bir müəllimin keyfiyyətli işi, yüksək bilik səviyyəsinə malik
dərin mühakimə aparmağı, biliklərini istehsalatın müxtəlif sahələrində
müvəffəqiyyətlə tətbiq etməyi bacaran gənclər yetişdirməkdir. Bu
məsul vəzifənin yerinə yetirilməsində təbiət elmlərinin əlaqəli şəkildə
öyrədilməsi probleminin həlli xüsusi rol oynayır.
II FƏSİL
ORTA MƏKTƏB KURSUNDA BİOFİZİKİ
TƏHSİLİN TƏKMİLLƏŞDİRİLMƏSİ
PROBLEMLƏRİ
§ 1. BİOFİZİKANIN İNKİŞAF TARİXİ
Biofizika ilk dəfə biologiya və fizikanın ümumi məsələlərini
öyrənən bir elm sahəsi kimi meydana gəlmişdir. Adətən, bu elmin
yaranma tarixini XVIII əsrin axırlarında iki məşhur italyan alimi
Qalvani və Volta arasında gedən, həm də uzun müddət davam edən
mübahisənin tarixi ilə bağlayırlar. Qalvani elektrikin ancaq canlı
orqanizmlərdə, Volta isə cansız təbiətdə əmələ gəldiyini iddia edirdi.
Lakin elmin sonrakı inkişafı göstərdi ki, elektrik həm canlı
orqanizmlərdə, həm də cansız təbiətdə yaranır. Beləliklə, bu tarixi
mübahisədə iştirak edən tərəflərin hər ikisi qalib gəldi. İndi elmə
çoxdan məlumdur ki, sinir lifi oyanmış haldadırsa, yəni ondan
mərkəzi sinir sisteminə siqnal verilirsə, bu, bilavasitə elektrik
cərəyanının keçməsilə əlaqədardır və bu cərəyanı xüsusi cihazların
köməyi ilə qeyd etmək olar. Həmin cə-
__________________Milli Kitabxana__________________
50
rəyanın gərginliyi indi voltlarla ölçülür. Voltanın kəşf etdiyi
cərəyandan isə indi cib fənəri batareyalarında istifadə edilir və onlara
qalvanik elementlər adı verilmişdir. Göründüyü kimi, sonrakı nəsillər
hər iki alimin adını əbədiləşdirməklə mübahisəyə obyektiv yekun
vurmuşdur.
Biofizikanın yaranma tarixinin bu qədər qədim hesab edilməsinə
baxmayaraq, o əsasən Böyük Vətən müharibəsindən sonra sürətlə
inkişaf etməyə başlamışdır. Hazırda biofizika elminin məşğul olduğu
məsələlər o qədər çoxalmışdır ki, onun indiki məzmunu heç əvvəlki
adına belə uyğun gəlmir. Biofizika indi özünü biologiya elmlərinin
inkişafına təkan verən hərəkətverici qüvvə kimi aparır. Müasir
biologiya molekulyar səviyyədə tədqiqat işi aparır. 1950-ci illərin
əvvəllərində biologiyada mühüm və böyük gələcəyi olan dəyişikliklər
baş verdi. Mühüm kəşflər və bununla əlaqədar olaraq aparılan nəzəri
ümumiləşmələr həyat haqqındakı elmə münasibətin kökündən
dəyişməsinə, bir sıra yeni elm sahələrinin yaranmasına və xüsusilə,
molekulyar biologiya və molekulyar genetikanın sürətlə inkişafına
səbəb oldu. Fiziki və fiziki-kimyəvi metodlar, təsəvvürlər, fikirlər
nəzəri və eksperimental biologiyaya nüfuz edərək biofizika və
biokimyanın inkişafını daha da sürətləndirmək üçün əlverişli şərait
yaratdı. Fiziklər, riyaziyyatçılar və kimyaçılar bioloji problemlərin
həllində fəal iştirak etdilər.
Bu, biologiyanın yeni mərhələdə inkişafı üçün böyük təkan idi.
Ikinci mühüm təkan, kənd təsərrüfatı, təbabət və bioloji sənayenin
tələblərilə əlaqədar olaraq yarandı. Sənaye miqyasında vitaminlər,
fermentlər, antibiotiklər, amin turşuları və zülallar əlınmasına olan
ehtiyac bioloji sənayenin sürətlə inkişaf etməsini tələb edirdi.
Biofizika institutu indi biofizika sahəsində aparılan tədqiqat işlərində,
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzrə əməkdaşlıq edən bütün
sosialist ölkələri üçün koordinasiya mərkəzi hesab olunur. İnteqrasiya
proqramının həyata keçirilməsində yüz elmi tədqiqat müəssisəsi və
kafedralar iştirak edir ki, bunlardan 19 -u ancaq
|