Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə3/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   2   3   4   5   6   7   8   9   ...   1820
Sivil hüququ kvirit hüququ da adlandırılır. Kvirit hüququ (ius quiritium) qədim milli Roma hüququ idi. 

Bu hüququn adı Roma vətəndaşları olan qədim kvirit qəbilələrinin adı ilə bağlıdır. Kvirit hüququ yalnız Roma 

vətəndaşları olan kviritlərə şamil edilirdi. Bu hüquq sistemi sonralar sivil hüququ adını aldı. Sivil hüququ Roma 

vətəndaşlarının və şəhər-dövlətlərin (civitas) hüquqlarının milli xarakterə malik olmasını ifadə edirdi. O, qədim 

milli Roma hüququ kimi qəbul olunmuşdu.  

Roma hüququna daxil olan sistemlərdən biri xalqlar hüququ (ius gentium) adlanırdı. Sivil hüququ bu hü-

quq sisteminə qarşı qoyulurdu. Xalqlar hüququnun yaranması Roma hüququnda mühüm hadisə idi. Belə ki, si-

vil hüququ yalnız Roma vətəndaşlarına tətbiq edilirdi. Yalnız bu vətəndaşlar tam hüquqlu subyektlər hesab olu-

nurdular.  Roma  iúmasına  daxil  olmayan  insanlar  prinsip  etibarilə  hüquqsuz  sayılırdılar.  Onlar  «düşmənlər» 

(hostes) hesab olunurdular və hər hansı bir müdafiədən istifadə etmirdilər. Bu cür vəziyyət qədim iúmanın ma-

lik olduüu qapalı təsərrüfat sistemi üçün xarakterik idi. Istehsal və mübadilənin inkişafı, qonşu xarici ölkələrlə 

ticarət dövriyyəsinin genişlənməsi, əyalətlərin, iúmaların, koloniyaların və s. Roma imperiyasına birləşdirilməsi, 

Roma vətəndaşlıüının öz əvvəlki məhdud milli xarakterini itirməsi və digər amillər Roma vətəndaşları olmayanlar 

(pereqrinlər) üçün əsas hüquqların (mülkiyyət hüququnun, müqavilə baülamaq hüququnun) tanınmasını zərurətə 




 

zevirdi. Belə bir şəraitdə xalqlar hüququ (ius gentium) adlı hüquq sistemi yarandı.  



Xalqlar  hüququ  özündə  müxtəlif  normaları  birləşdirmişdi.  Onun  tərkibinə  həm  qədim  Roma  hüququndan, 

həm də başqa xalqların hüququndan, xüsusən də yunan hüququndan götürülmüş normalar daxil idi. Beləliklə, 

qədim Roma hüququ olan sivil hüququ ilə xalqlar hüququnun dualizmi (ikiliyi) yarandı. Bizim eranın birinci əs-

rində xalqlar hüququ milli Roma hüququ olan sivil hüququ üzərində, necə deyərlər, «qələbə zaldı». Ona görə ki, 

o, universal hüquq sistemi sayılırdı. Bu hüquq vətəndaşlıüından asılı olmayaraq ticarət dövriyyəsinin bütün işti-

rakzılarına şamil edilirdi. Xalqlar hüququnun təsir dairəsi pereqrin adlandırılanlar da daxil olmaqla bütün Roma 

ə

halisini  əhatə  edirdi.  Belə  ki,  bu  hüquq  sistemi  həm  Roma  vətəndaşları  arasında,  həm  pereqrinlər  arasında, 



həm  də  onların  özlərinin  arasında  əmələ  gələn  əmlak  münasibətlərini  tənzimləyirdi.  Xalqlar  hüququna  daxil 

olan normalar Roma pretorları tərəfindən Romada tətbiq olunurdu. Ona görə də həmin hüquq Roma hüququnun 

ayrıca bir sistemi hesab edilirdi.  

Roma hüququna daxil olan üçüncü hüquq sistemi pretor hüququ adlanırdı. Xüsusi xarakterli bu hüquq sis-

temi tədricən yaranmışdı. Pretor hüququnun əmələ gəlməsi iqtisadiyyatın inkişafı, qul sahiblərinin artması, iri 

torpaq sahələrinin və ticarət (və ya sələm) kapitalının quldarlar sinfinin yuxarı təbəqəsinin əlində cəmləşməsi 

ilə baülı idi. Yeni sosial-iqtisadi şərait yaranmışdı. Sivil hüququnun normaları bu yeni şəraitə uyğun gəlmirdi. 

Yeni sosial-iqtisadi şəraiti qaydaya salmaq üçün sivil hüququ kifayət etmirdi. Zəruri idi ki, sivil hüququ tamam-

lansın və ona əlavələr edilsin. Bu iş məhkəmə magistratları, xüsusən pretorlar tərəfindən yerinə yetirilirdi. Pre-

torların verdiyi ediktlər böyük əhəmiyyətə malik idi. Bunun nəticəsində pretorlar tərəfindən işlənib hazırlanan 

bir sıra institutlar yarandı. Bu institutlar müdafiənin yeni vasitələri ilə təmin olundu. Beləliklə, sivil hüququna 

paralel olaraq pretor hüququ yarandı. Pretor ediktləri bu hüququn əmələ gəlməsinin əsasını təşkil edirdi. 

Söylədiklərimizdən belə bir nəticəyə  gəlmək mümkündür ki, Roma hüququ müasir mənada və geniş məz-

munda sivil hüququna uyğun gəlmirdi. Bax, yuxarıda göstərdiyimiz üz sistemin — sivil hüququnun, xalqlar hü-

ququnun və pretor hüququnun məcmusu müasir və geniş mənada Roma mülki hüququ ilə müəyyən dərəcədə 

üst-üstə düşürdü. Göstərilən üz hüquq sistemini vahid anlayışla əhatə və ifadə etmək lazım idi. Bu məqsədlə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin