Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə17/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   13   14   15   16   17   18   19   20   ...   1820
Ticarət (kommersiya) hüququna gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının daxili mil-

li hüquq sistemində müstəqil hüquq sahəsi kimi bu cür hüquq ayrılmadıüına və fərqlənmədiyinə görə onun xü-

susi hüquqa aid edilməsi barədə söhbət gedə bilməz. Azərbaycan Respublikasında xüsusi olaraq ticarət (kom-

mersiya) hüququnun ayrılması üçün hər hansı bir amil, sosial-siyasi, ictimai-iqtisadi, milli-tarixi və digər əsas-

lar  yoxdur.  Ölkəmizdə  xüsusi  olaraq  ayrıca  ticarət  (kommersiya)  hüququnun  yaranması  və  inkişafı  üçün  hər 

hansı bir tarixi genezis (kök, mənbə) müvcud deyil. 

Bəzi  müəlliflər  korporativ  hüququnu,  habelə  müqavilə  hüququnu  müasir  xüsusi  hüququn  növləri  hesab 

edirlər. Inkişaf etmiş xarici hüquq sistemlərində hüquqi şəxslər haqqında mülki hüquq normalarının bazası əsa-

sında,  bir  qayda  olaraq,  adətən,  kommersiya  təşkilatlarının  (hüquqi  şəxslərin  bir  növünün)  statusu  haqqında 

qayda müəyyən edirlər. Bu qaydaların məcmusu və birliyi «kompaniya hüququ» («şirkət hüququ») anlayışı 

ilə əhatə olunur. Kompaniya hüququna korporativ hüququ da deyilir. Korporativ hüququ hüququn müstəqil sa-

həsi hesab edilmir. O, qeyri-müstəqil hüquqi qurumdur. Bu hüquqi qurum ya mülki hüququn hissəsi kimi, ya da 

ticarət hüququnun hissəsi kimi xüsusi hüquqa daxil edilir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin