Nanonaqillərin yaranmasında istifadə edilən digər üsul lazer ablyasiyası
adlanır. Bu üsulu da Si nanonaqilinin alınması timsalında nəzərdən keçirək.
Güclü lazer şüasının təsiri nəticəsində Si
0,9
Fe
0,1
birləşməsi buxarlanır; Si və
Fe-dan ibarət isti sıx buxar yaranır; bu buxar bufer qazı olan arqonun atomları ilə
toqquşaraq soyuyur; Si-Fe ərintili maye nano damcısına kondensə olunur. Ərinti
soyumağa başladığı andan ondan nanonaqil əmələ gəlməyə başlayır. Nanonaqilin
böyüməsi maye damcı yox olana qədər, yəni damcının davamlı olması üçün ona
buxarlanan Si atomlarının gəlməsi kəsilənə qədər davam edir.
Nanonaqili ucundakı damcı ilə birgə soyuducuya salmaqla da, nanonaqilin
böyüməsinin qarşısını almaq mümkündür. Bu üsulla alınan nanonaqillərin diametri
3 ÷ 20 nm, uzunluğu isə 1 ÷ 30 mkm tərtibində ola bilir.
Nanosəthlət praktikada, əsasən, epitaksiya üsulu ilə alınır. Üsulun 2 növünü
ayırd edirlər:
1) Homoepitaksiya (burada həm səthin materialı, həm də altlıq identikdirlər);
2) Heteroepitaksiya (burada səthin materialı ilə altlıq müxtəlif materiallardır,
yəni qetri-cinsdilər).
47
Mürəkkəb şəraitdə işləyən qurğuların səthlərini qorumaq məqsədi ilə
işlədilən almazabənzər və keramik nanosəthlər daha çox perspektivli hesab olunur.
Bunlar içərisində xassələrinin spesifikliyi və alınma texnologiyası ilə digərlərindən
fərqlənən Lenqmür-Blocet səthlərini xüsusilə qeyd etmək lazımdır.
Əvvəlki mühazirəmizdə Lenqmür-Blocet səthləri haqqında məlumat
vermişdik. Bu səthlər bir materialdan ibarət altlıq üzərinə digər materialın
çökdürülməsi vasitəsilə alınır ki, bunun da 3 variantı mövcuddur, yəni bu proses 3
rejimdə aparılır:
1. Frank-Van-der-Merve rejimi; bu rejimdə bütöv təbəqə hissə-hissə (lay-
lay) yaradılır ki, buna ikiölçülü artım deyirlər.
2. Volmer-Veber rejimi; bu rejimdə “adacıqlar” böyüyür (üçölçülü artım).
3. Stranski-Krastanov rejimi; bu kombinə olunmuş rejimdir. Burada əvvəlcə
laylı, sonra isə “adacıqlı” artım formalaşır.
Lenqmür-Blocet texnologiyasında istifadə edilən amfifil molekulları xüsusi
(fərqli) quruluşları ilə səciyyələnirlər: molekulun bir ucu hidrofil
1
olduğu üçün
suya batmış olur, digər ucu isə hidrofob
2
olduğu üçün havada (və ya qeyri-polyar
həlledicidə) olur. Ona görə də bu cür molekullar hava-su, yağ-su sərhəddində
yerləşməyə üstünlük verir, yəni özlərini səthi-fəal maddələr kimi aparır.
Monolayların hava-su sərhəddindən bərk altlıq üzərinə çökdürülməsi prosesi
2 üsulla yerinə yetirilir. Bu üsullar içərisində ən çox yayılmış və daha geniş şəkildə
istifadə olunan üsul – şaquli çökdürülmə adlanır. Burada amfifil maddənin
monolayı hava-su sərhəddindən altlıq üzərinə şaquli aparılır.
1
Monolayları su ilə qarşılıqlı təsirə girən (suda həll olan), şişən və LB-texnologiya ilə
çökdürülən maddələr hidrofil maddələr adlanır.
2
Su ilə qarşılıqlı təsirə girməyən (suda həll olmayan), şişməyən maddələr isə hidrofob maddələr
adlanır.
|