Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   ...   16   17   18   19   20   21   22   23   24
FARZALIYEV-MAG (1)

NƏTİCƏ 
1. İqtisadi fəaliyyəti əks etdirən ən iri məlumat fondundan (resurslarından) biri 
statistik vahidlərin dövlət registridir. Bu registr təsərrüfat subyektləri haqqında 
məlumat əldə etmək üçün açıq sistemdir və məlumatların təhlükəsizliyi prinsipinə 
əsaslanır. Onun tərkibinə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq 
bütün təsərrüfat vahidləri daxildir. 
2. Statistik registr ölkə ərazisində iqtisadi siyahıyaalma da daxil olmaqla statistik 
müşahidələrin təşkili üçün əsas götürülür. Statistik registrə hüquqi şəxslərin və fərdi 
sahibkarların dövlət qeydiyyatı, hüquqi şəxsin filialları, nümAyəndəlikləri, digər 
xüsusi bölmələri, onların yerli vahidləri, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən 
fərdi sahibkarlar (fiziki şəxslər) haqqında məlumatlar daxil edilir. 
3. Seçmə metodunun təcrübədə tətbiqi şərtləndirən əsas səbəbələrə aiddir: 
-məlumatların toplanmasına yönəldilən xərclərin (seçmənin formalaşdırılması və 
planlaşdırılması xərcləri də daxildir) nisbətən böyük olmaması, 
-nəticələrin əldə edilməsi operativliyi, 
-nəticələrin yüksək etibarlılığı. 
4. Seçmə tədqiqatının problemlərinə aşağıdakıları aid etmək olar: 
- ümumi məcmunun sərhədinin müəyyən edilməsi; 
- müşahidənin proqramının və təlimatının işlənib hazırlanması, 
- seçmənin aparılmasının əsaslarının müəyyən edilməsi (ümumi məcmu 
vahidlərinin siyahısı, onların yerləşdirilməsi haqqında məlumat və s.), 
- xətanın yol verilən həcminin və seçmənin həcminin müəyyən edilməsi, 
- seçmə müşahidəsinin növünün müəyyən edilməsi, 
- müşahidənin aparılması müddətinin müəyyən edilməsi, 
- seçmə müşahidəsini aparmaq üçün kadrlara təlabatın müəyyən edilməsi və 
onların hazırlanması, 
- seçmə məlumatlarının dəqiqliyinin və etibarlılığının qiymətləndirilməsi və 
onların ümumi məcmuya yayılması qaydalarının müəyyən edilməsi. 


75 
5. Seçmə tədqiqatında əsas məsələlərdən biri də seçmə müşahidəsinin keyfiy-
ətidir. Seçmənin keyfiyyətini izləmək üçün bir sıra göstəricilərdən istifadə edilir. 
Seçmənin keyfiyyətinin ən mühüm göstəricisi standart xətadır və o aşağıdakı düsturla 
hesablanır: 
n
S
e
2
σ
=
Burada, 
2
σ
- seçmənin dispersiyasını, 
n

seçilmiş vahidlərin sayını göstərir. 
Seçmənin dispersiyası aşağıdakı düsturla hesablanır: 
(
)
n
y
y
deff
n
i
m
i

=


=
1
2
2
σ
Burada, 
i
y

i

ci ev təsərrüfatının əlamətinin kəmiyyətini, 
m
y

ev təsərrüfatları üçün əlamətin orta qiymətini, 
deff

seçmə layihəsinin səmərəsini göstərir. 
Seçmə müşahidəsinin keyfiyyəti standart xətanın limitindən (
LSE
), nisbi standart 
xətadan (
RSE
) və variasiya əmsalından (
CV
) asılı olaraq müəyyən olunur.
Standart xətanın limiti (aşağı və yuxarı hədləri) aşağıdakı düsturla tapılır. 
e
S
t
LSE

=
Həmin ifadədən istifadə etməklə orta kəmiyyətin aşağı (
L
y
) və yuxarı (
U
y

qiymətləri tapılır. 
LSE
y
Y
m
L

=
;
LSE
y
Y
m
U
+
=
Beləliklə, seçmə metodu iqtisadi-statistik tədqiqatlarda geniş tətbiq imkanlarına 
malik olsada, onun təşkiliknin və aparılması mexanizminin, keyfiyyətinin qiymətlən-
dirilməsinin, həmçinin nəticələrinin ümumi məcmuya yaılması metodikasının daimi 
təkmilləşdirməyə ehtiyacı vardır. 
6. Ev təsərrüfatlarının gəlirləri müxtəlif mənbələrdən formalaşır. Ev təsər-
rüfatlarının hər nəfərinə düşən aylıq gəlirlərinin mühüm tərkib hissəsindən biri kimi 
əmək gəlirləri 2005-ci illə müqayisədə 2014-cü ildə 3.6 dəfə, 2013-cü ilə nisbətən isə 
7.1% artmışdır. 2005-2014-cü illərdə əmək gəlirlərinin orta illik dəyişmə tempi 
104.5% təşkil emişdir. 


76 
Müqayisə edilən uyğun dövrdə aylıq gəlirlərinin tərkib hissəsi kimi çıxış edən sosial 
transferlər 2005 - ci ilə nisbətən 2014 - cü ildə 4.9 dəfə, 2013-cü illə müqayisədə 
2014 - cü ildə 6.1% artmışdır. 2005-2014-cü illərdə sosial transferlərin həcmi ildə 
orta hesabla 5.1% artmışdır. 
Təhlil edilən dövrdə bütün növ satışdan daxil olan gəlirlərin məbləğində davamlı 
artım müşahidə olunur. Belə ki, 2005-ci ilə nisbətən 2014-cü ildə bütün növ satışdan 
daxil olan gəlirlər təxminən 2.6 dəfə, 2013-cü illə müqayisədə isə 2.7% artmışdır. 
2011-2014-cü illərdə bütün növ satışdan daxtil olan gəlirlərin artımı ildə orta hesabla 
1.7% təşkil etmişdir. Bu dövrdə müşahidə edilən əsas meyl əmək gəlirlərinin və 
sosial transferlərin payının artması, kənd təsərrüfatı məhsullarının və s. satışdan 
gəlirlərin və digər pul gəlirlərinin xüsusi çəkisinin azalmasıdır. Belə ki, 2005-cı ildə 
əmək gəlirləri ev təsərrüfatlarının aylıq ümumi gəlirlərinin 53.6%-ni təşkil etmişsə, 
2010-cu ildə 59.8%, 2011-ci ildə 58.2%, 2012-ci ildə 58.0%, 2013-cü ildə 58.6%, 
2014-cü ildə isə 59.1% olmuşdur. 
7. 2011-cı ilə nisbətən 2014-cü ildə əhalinin adambaşına orta aylıq gəlirlərinin 
bölgü sırasının statistik xarakteristikasında mühüm dəyişikliklər baş vermişdlir. Belə
ki, müqayisə edilən dövrdə modal gəlir 62.2% və mediana gəlir isə 35.4% artmışdır 
ki, bu da arzuolunan meyldir. Bunların fonunda müqayisə edilən dövrdə kvartil 
kənarlaşmanın 634.1% artması, 2011-cı illə müqayisədə 2014 - cü ildə birinci və 
üçüncü kvartillər arasındakı fərqin yüksəldiyini göstərir. Araşdırma kvartil 
variasiyanın nisbi göstəricisinin, yəni üçüncü və birinci kvartillər arasındakı fərqin 
medianada tutduğu çəki 16.7%-dən 23.2% - ə yüksəldiyini göstərir ki, bu da 
arzuolunan meyl deyildir. Digər tərəfdən də 2011 - cı ilə nisbətən 2014 - cü ildə 
birinci və onuncu desil göstəricilərin nisbəti kimi çıxış edən desil əmsalın səviyyəsi 
də artmışdır. Bu da əhalinin adambaşına orta aylıq gəlirlərinin bölgüsündəki fərqlərdə 
аrtımın olduğunu deməyə əsas verir. Başqa sözlə desək, hesablanmış göstəricilərin 
nəticələri müqayisə edilən dövrdə əhalinin pul gəlirlərinin bölgüsündəki qeyri-
bərabərliyin qismən də olsa artdığını göstərir. Bu da ölkənin sosial-iqtisadi həyatında 
aparıla dəyişikliklərin təsirinin nəticəsidir. Odur ki, sosial siyasətin növbəti 
mərhələsində bunun nəzərə alınması vacibdir. 


77 
İ

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin