Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   2   3   4   5   6   7   8   9   ...   27
Avropa-med -metodiki-vesait

Rus dilində 

11. Культурология (сост.А.А.Радугин). М.,1999 

12.  Культурология.  Краткий  тематический  словарь.  Ростов  –  на-Дону. 

2001 


13. Нестерева. Культурология. Задачи по курсу 

14. Матье М. Искусство Древнего Египта. М., 1970 

15. Мен А. История религин. В 7 тт. М., 1991 

 



 

7

2. İbtidai icma dövrü mədəniyyəti 



 

Arxeoloqlar  qədim  insanların  hazırladıqları  müxtəlif  alətlər  əsasən  ibtidai 

dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə müəyyənləşdirirlər.  

Daş  dövrü  qədim  (paleolit),  orta  (mezolit)  və  yeni  (neolit)  daş  dövrü  kimi 

mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon 

ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta 

və  yuxarı  (və  ya  son)  paleolitə  bölünür.  Daş  dövrü  mis  və  tunc  dövrü  ilə  əvəz 

olunur ki, sonuncu b.e.ə.III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə.I minilliyin 

ə

vvəli) dəmir dövrü başlanır.  



İ

btidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, 

minillər  ərzində  öz  dolanışığını  üç  yolla:  yığıcılıq,  ovçuluq  və  balıqçılıqla  təmin 

etmişdir.  

İ

btidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın “Qədim cəmiyyət” 



adlı  tədqiqatında  öz  əksini  tapmışdır.  Aparılan  tədqiqatlar  bir  daha  sübut  edir  ki, 

insan  təkcə  təbiətin  tərkib  hissəsi  olmamış,  o  həm  də  incəsənət  vasitəsilə  özünü 

formalaşdırmış və kamilləşdirmişdir. Bunu sübut edən bir çox dəlillər mövcuddur. 

Xüsusilə,  dünya  arxeologiya  elminin  mütəxəssisləri  bu  haqda  yetərincə  misallar 

göstərmək  iqtidarındadırlar.  1836-cı  ildə  Şaffoda  (Vyana  departamenti)  məşhur 

arxeoloq  Eduard  Larte  tərəfindən  xüsusi  rəsimlərlə  cizgilənmiş  lövhəciklərin 

tapıntısı bu sahədə ən dəyərli nümunələrindəndir. O həm də La Madlendə (Fransa) 

mamont təsvirini də tapmışdır.  

Son  paleolitdə  əldə  edilən  musiqi  alətləri  xüsusi  maraq  doğurur.  Çernovitsk 

vilayətində  Dnestrin  sağ  sahilində  Moldova  düşərgələrindəki  qazıntılar  zamanı 

arxeoloq  A.P.Çernış  son  paleolitin  ortasına  aid  olan  mədəni  təbəqədə  şimal 

maralının buynuzundan hazırlanmış 21 sm uzunluğunda fleyta tapmışdır.  

İ

btidai incəsənətin əsas sahəsini ornament təşkil edir. Paleolit dövründə o çox 



geniş  tətbiq  olunmuşdur.  Hələ  XIX  əsrdə  Mezin  paleolit  düşərgəsində  (Ukrayna) 

daş  və  sümük  alətləri  üzərində  həndəsi  ornamentlər  aşkar  etmişdir.  Həndəsi 




 

8

naxışlar qolbaq və digər müxtəlif fiqurlar üzərində öz təcəssümünü tapmışdır. Bu 



cür ornamentlər əyri xətt və cizgilərdən ibarətdir.  

Abstarkt  naxışlarla  ibtidai  rəssamlar  təbiəti  əks  etdirmiş,  onun  surətini 

yaratmışlar.  

Bir  çox  tədqiqatçılar  belə  güman  edirlər  ki,  yuxarı  paleolit  incəsənəti  təkcə 

sənətdən ibarət deyil, o həm də ibtidai insaların dini-magik görüşlərini əks etdirir.  

Neolit və  tunc  dövründə  ornament  daha da  çiçəklənməyə  başlayır.  Buradakı 

təsvirlər  mürəkkəb  anlayışları  ifadə  edir.  Dekorativ-tətbiqi  sənətin  və  bir  çox 

növləri – keramika və metalın yenidən işlənməsi formalaşmağa başlayır.  

Tunc dövründən başlayaraq yırtıcı heyvan tədricən aradan çıxmağa başlayır. 

Hər yerdə quru həndəsi sxemlər vüsət tapır. Məsələn, Azərbaycan, Dağıstan, Orta 

və  Mərkəzi  Asiya  dağlarında  keçi  profilləri  üstünlük  təşkil  edir.  İnsanlar 

petroqliflərin  (petroqlif  –  yunan  sözü  olub,  petros  –  daş,  glirhe  –  kəsmə,  qaya 

təsvirləri) yaradılmasına daha az səy göstərirlər.  

B.e.ə.  III  minilliyə,  tunc  dövrünün  erkən  çağına  aid  olan  Şimali  Qafqaz 

mədəniyyəti  Maykop  adını  almışdır.  Bu  ad  məşhur  Maykop  kurqanı  abidəsinə 

uyğun  adlandırılmışdır.  Maykop  mədəniyyəti  Taman  yarımadısının  şimal-

qərbindən Dağıstanın cənub şərqinə qədər yayılmışdır.  

İ

btidai  cəmiyyətin  sonlarına  doğru  bədii  peşələr  və  sənətlər  geniş  vüsət 



tapmağa başlayır: bürüncdən, qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanır.  

İ

btidai  dövrün  sonlarına  yaxın  memarlığın  yeni-yeni  növləri  –  qalalar 



yaranmağa  başlayır.  Bu  cür  tikililər  kobud  surətdə  cilalanmış  nəhəng  daşlardan 

hazırlanır. Belələrinə Avropanın bir çox yerlərində və Qafqazda rast gəlmək olur.  

İ

btidai  mədəniyyətə  aid  əsas  məqamlardan  biri  də  dini  təsəvvür  və 



dünyagörüşdür. Bunlar əsasən animizm magiya, fetişizm, totemizm, erotik ayinlər, 

dəfn ayinləridir.  

Müasir  dinlərdə  də  fetişizm  geniş  yayılmışdır:  məsələn,  xristianlarda 

ikonalara etiqad belələrindəndir.  

Etiqadın digər bir növü isə canlı və ağaclara olan sitayişdir ki, buna totemizm 

deyilir (Totem – şimali hindularda “əcdad, soy” deməkdir).  




 

9

Totemizmin  irsi,  fratrial  (yunanca  –  qardaşlıq),  qrup,  cinsi  və  fərdi  növləri 



vardır.  Tədqiqatçıların  əksəriyyətinin  fikrincə,  fratrilər  daha  qədim  hesab  edilir. 

Fratrilər  (icmanın  bir  neçə  qruplara  bölünməsi)  daha  kiçik  nəslin  qruplara 

bölünməsini nəzərdə tutur.  

İ

btidai  dövr  incəsənəti  dünya  mədəniyyətinin  gələcək  inkişafı  üçün  baza 



olmaqla  Qədim  Misir,  Şumer,  İran,  Hindistan,  Çin  incəsənətinin  təşəkkülündə 

ə

həmiyyətli dərəcədə rol oynamışdır.  



 

 


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin