Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
Avropa-med -metodiki-vesait

Ellinizm mədəniyyəti 

Ellin mədəniyyətinin xronoloji dövrü, yuxarıda qeyd etdiyimiz kimi  

Makedoniyalı İskəndərin vəfatından sonra başlamış və Misirin Roma imperiyasına 

birləşməsinədək davam etmişdir.  

Ellin  sivilizasiyası  bədii  mədəniyyət  sahəsində  ciddi  dəyişikliklərlə 

müşayiət olunurdu. Bu, sivilizasiyanın incəsənətində klassik qaydalara və ciddiliyə 

son qoyur, bədii fəaliyyəti xeyli səviyyədə professionallaşdırırdı.  

Ellinizmin  əsas  xüsusiyyətlərindən  biri  olan  kosmopolitizm 

insanların özünü köməksiz hiss etməsinə səbəb oldu. Bu hisslər tez bir zamanda öz 

təzahürünü fəlsəfə və dində tapdı. Bu şəraitdə yunanların dinə olan məhəbbəti də 




 

18

dəyişdi. Bütün bu proseslərin praktik nəticələri incəsənətin bütün növlərində özünü 



bədii formada göstərdi.  

Ellinizm  dövründə  klassik  dövrdən  fərqli  olaraq  nəzəriyyə,  təcrübə 

və  elmi  texnika  arasındakı  fərq  aradan  götürüldü.  Bu,  xüsusilə,  Arximedin 

(b.e.ə.287-212)  yaradıcılığında  özünü  göstərdi.  O,  elmə  hidravlik  qanunun  banisi 

kimi daxil oldu ki, bu da gələcəkdə nəzəri mexanikanın əsasını təşkil etmiş oldu. 

Bunlardan  başqa,  Arximed  gələcək  texnikanın  inkişafına  təkan  verən  vintvari 

nasos,  müdafiə  qurğuları,  hərbi-döyüş  atıcı  maşınlarının  konstruksiyalarını  da 

vermişdi.  

 


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin