Meyvə VƏ toxumlarina göRƏ BİTKİ NÖVLƏRİNİn qeyri ƏNƏNƏVİ TƏYİnat üsullari



Yüklə 0.56 Mb.
Pdf просмотр
səhifə1/5
tarix22.05.2017
ölçüsü0.56 Mb.
  1   2   3   4   5

M.R. QURBANOV 

 

MEYVƏ VƏ TOXUMLARINA GÖRƏ BİTKİ  

NÖVLƏRİNİN QEYRİ - ƏNƏNƏVİ 

TƏYİNAT ÜSULLARI 

 

(METODİK VƏSAİT) 

 

 

 



 

 

 

 



 



 

M.R. QURBANOV 

 

 

MEYVƏ VƏ TOXUMLARINA GÖRƏ BİTKİ  

NÖVLƏRİNİN QEYRİ - ƏNƏNƏVİ 

TƏYİNAT ÜSULLARI 

 

(METODİK VƏSAİT) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2010 

 

 



 

 

Redaktor:   biologiya elmləri namizədi, 



             dosent V.S.Fərzəliyev 

 

 



M.R.Qurbanov 

Meyvə  və  toxumlarina  görə  bitki  növlərinin  qeyri-ənənəvi 

təyinat üsullari, Bakı, «Elm», 2010 –  60 s. 

 

 



 

Kitabçada  göyrüş  növlərinin  timsalında  bitkilərin  meyvə 

və  toxumlarının  qeyri-ənənəvi  üsulla  növ  mənsubiyyətinin 

təyinat  ardıcıllığı  öz  əksini  tapmışdır.  Vəsaitdə  göyrüş 

növlərinin 

meyvə 


və 

toxumlarının 

biomorfoloji 

xüsusiyyətləri,  onların  dixotomik,  rəqəmsal  və  hərfli- 

rəqəmsal politomik təyinat açarları verilmişdir. 

Kitabça  botaniklər,  sistematiklər,  nəbatat  bağları  işçiləri, 

biomüxtəliflik  üzrə  geniş  ixtisaslı  bioloqlar,  bioloji,  tibbi 

ekspertiza,  paleokarpoloji,  geoloji  və  arxeloji  tədqiqatlarla 

məşğul  olan  mütəxəssislər,  bioloji  fakultələrin  müəllim  və 

tələbələri və b. üçün nəzərdə tutulmuşdur. 

 

 

 



 

 

 



 

© 

Elm, 2010 



 



Giriş 

 

Introduksiya  zamanı  bitkilərin  məkan  daxilindəki 



yerdəyişməsi,  onların  biologiyasında  və  konkret  həyat 

tərzində  müəyyən  morfo-  fizioloji  dəyişkinliklərin  meydana 

gəlməsinə 

səbəb 


olur. 

Bitki 


fərdlərinin 

generativ 

orqanlarında  baş  verən  dəyişkənliklər  konkret  fərdin  və 

gələcəkdə isə onun təmsil olunduğu növün müqəddəratı üçün 

həlledici  rol  oynaya  bilir.  Odur  ki,  coğrafi  yerdəyişmə 

zamanı 


bitkilərin 

meyvə 


və 

toxumlarının 

biomorfologiyasında  baş  verən  dəyişkənliklərin  və  sabit 

əlamətlərin  öyrənilməsi,  onların  mühafizə  olunaraq 

saxlanılmasına, çoxaldılmasına, geniş ərazilərdə yayılmasına 

və yaxud da əkilib- becərilməsinə, həmçinin onlardan sənaye 

miqyasında səmərəli surətdə istifadə olunmasına dair mühüm 

nəzəri  və əməli zəmin yaradır. 

Bitkilərin  növ  mənsubiyyətinin  təyinatı  adətən  bütov 

canlı  bitkilər  və  ya  da  onlardan  götürülmüş  herbarilər 

üzərində  aparılır.  Lakin  bir  çox  hallarda,  o  cümlədən  elmi 

araşdırılmalarda,  toxum  stansiyalarında,  laboratoriyalarında 

və  təsərüffatlarında  aparılan  işlərdə  bioloji  və  tibbi 

ekspertizalarda, 

paleokarpoloji, 

geoloji 


və 

arxeloji 

tədqiqatlarda  və  s.  digər  bu  kimi  elmi  və  əməli  tədbirlərdə 

tədqiqatçının  və  ya  digər  mütəxəssisin  sərancamında, 

taksonomik  təyinat  aparmaq  üçün  bitkinin  özünün  və 

herbarisinin  deyil,  yalnız  meyvə  və  yaxud  da  toxum 

nümunələri olur. Təbii  ki, belə hallarda bitki  növünün təyin 

edilməsi  müşkül  hala  çevrilir.  Odur  ki,  meyvə  və 

toxumlarına  görə  bitkilərin  növ  mənsubiyyətinin  təyin 

edilməsi  məsələsi  mühüm  aktuallıq  kəsb  edir.  Bu  baxımdan 

meyvə  toxumlarına  görə  bitki  növlərinin  qeyri-ənənəvi 

təyinat  üsullarının  işlənib-hazırlanmasına  böyük  zərurət 

yaranır.  Bununla  bağlı  olaraq  tərəfimizdən  meyvə  və 


 

toxumlarına  görə  bitkilərin  növ  mənsubiyyətinin  təyin 



edilməsi  üçün  qeyri-ənənəvi  hərfli-rəqəmsal  politomik 

təyinat  üsulu  işlənib  hazırlanmışdır.  Bu  üsul  karpoloji 

informasiyaların  kompyüter,  mobil telefon  və digər elektron 

vasitələrində işlənilməsi və bitki növlərinin qısa bir zamanda 

kifayətedici  dəqiqlik  və  yüksək  çevikliklə  təyin  edilməsinə 

xidmət  etməklə  yanaşı,  mübahisəli  növlərin  obyektiv 

diaqnostikası üçün də, həm nəzəri və həm də əməli baxımdan 

əhəmiyyətlidir. 

Verilmiş  metodik  vəsaitdə  göyrüş  (Fraxinus  L.

növlərinin timsalında bitkilərin meyvə və toxumlarının qeyri- 

ənənəvi  üsulla  növ  mənsubiyyətinin  təyinat  ardıcıllığı  öz 

əksini  tapmışdır.  Bu  vəsaitdə  göyrüş  növlərinin  meyvə  və 

toxumlarının biomorfoloji xüsusiyyətləri, onların dixotomik, 

rəqəmsal  və  hərfli-rəqəmsal  politomik  təyinat  açarları  da 

verilmişdir.   

Metodik  vəsaitin  tərtibatında  göstərdikləri  köməkliyə 

görə b.e.n., dosent V.S. Fərzəliyevə, A.A. Şərifovaya və F.S. 

Seyfullayevə dərin təşəkkürlərimi bildirirəm! 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Meyvə və toxumlarina görə bitki növlərinin  



qeyri-ənənəvi təyinat üsulları 

 

Bitkilərin  məkandakı  yerdəyişməsi,  onların  istər  yerli 



floradan  və  istərsə  də  Yer  kürəsinin  digər  botaniki-coğrafi 

bölgələrindən 

olmalarına 

baxmayaraq, 

fərdlərin 

biologiyasında 

müəyyən 

dəyişkənliklərin 

meydana 

gəlməsinə  səbəb  olur.  Bu  dəyişkənliklər  heç  də  həmişə  arzu 

olunan  istiqamətdə  və  dərəcədə  olmur.  Bitkilər  mənsub 

olduqları  növün  genetik  konstitutsiyasının  nəzarəti  altında 

keyfiyyət  və  kəmiyyət  baxımından  müxtəlif  dərəcədə 

dəyişkənliyə  uğrayırlar.  Belə  dəyişkənliklər    bitkinin 

vegetativ  orqanlarında  baş  verdikdə  növ  üçün  bir  o  qədər 

təhlükəli  deyildir.  Belə  ki,  bu  qəbildən  olan  dəyişkənliklər 

fərdin genotipi ilə tənzimləndiyindən arzu  olunmaz əyintilər 

zaman  etibarı  ilə  itir  və  normal  vəziyyət  bərpa  oluna  bilir. 

Generativ orqanlarda baş verən hər hansı bir dəyişkənlik isə 

fərdin və gələcəkdə isə növün müqəddaratı üçün həlledici rol 

oynaya  bilər.    Odur  ki,  bitkilərin  meyvə  və  toxumlarının 

biomorfologiyasındakı 

dəyişkənliklərin 

və 


sabit 

quruluşlarının öyrənilməsi onların növ mənsubiyyətinin təyin 

edilməsinə, 

mühafizə 

olunaraq 

saxlanılmasına, 

çoxaldılmasına,  geniş  ərazilərdə  yayılmasına  və  yaxud 

əkilib-becərilməsinə,  həmçinin  onlardan  sənaye  miqyasında 

istifadə  olunmasına  dair  mühüm  nəzəri  və  əməli  zəmin 

yaradır.  Verilmiş  işin  əsas  məqsədi  introduksiya  olunmuş 

bitkilərin 

meyvə 


və 

toxumlarının 

biomorfoloji 

xüsusiyyətlərinin  öyrənilməsindən  və onların  təyin  və təsnif 

edilməsi  üçün  təyinat  açarlarının  tərtib  edilməsindən 

ibarətdir.  Metodik  vəsait  göyrüş  növlərinin  timsalında 

verildiyindən  aparılmış  tədqiqatların  obyektini  Abşerona 

introduksiya  edilərək  ex  situ  şəraitində  əkilib-becərilən  21 

növ  göyrüş  fərdlərindən  yığılmış  meyvə  və  toxumlar  təşkil 


 

etmişdir.  Tədqiqatlar  aparılarkən  bioloji  və  rentgenoloji  



metodlardan istifadə edilmişdir. Öyrənilən göyrüş növlərinin 

ayrı-ayrı  fərdlərindən  yığılmış  meyvə  və  toxumlar  texniki 

işləmədən  keçirilmiş  və  laboratoriya  şəraitində  morfoloji 

cəhətdən  təhlil  edilmişdir.  Meyvələrin  və  toxumların 

bütövlükdəki  və  onların  struktur  hissələrinin  ayrılıqdakı 

ölçüləri  MBS-9  mikroskopunun  mikrometrindən  və 

millimetrlik  xətkeşdən  istifadə  edilməklə  ölçülmüşdür.  

Meyvələr    təsvir  edilərkən,  onların  forması,  ölçüləri  yəni 

uzunluğu, eni və yaxud diametri, qalınlığı (uzunluğu X eni X 

qalınlığı),  səthinin  strukturu,  rəngi,  sütuncuqlu  və  kasacıqlı 

olub-olmaması,  saplağın  uzunluğu  və  diametri,  bütövlükdə 

meyvənin və ayrılıqda qanadın ölçüsünün onların hər birinin 

öz eninə və toxumun uzunluğuna olan nisbəti, qanadın enmə 

dərəcəsi  kimi  mühüm  diaqnostik  əhəmiyyətli  əlamətlərə 

diqqət  yetirilmişdir.  Toxumların  morfologiyası  öyrənilərkən 

onların  forması  təsvir  edilmiş,  uzunluğu  (L

t

),  eni  (və  ya 



diametri, D

t

) və qalınlığı (H



t

) ölçülmüş, səthinin quruluşu və 

rəngi  nəzərə  alınmış,  uzunluğunun  eninə  (L

t

/D



t

),  qanadın 

uzunluğuna (L

t

/L



q

) və meyvənin ümumi uzunluğuna (L

t

/L

qm



olan  nisbəti  müəyyən  edilmiş,  alınan  qismət,  yəni  L

t

/L

qm



0,29-0,39 olarkən xeyli qısa, 0,40-0,49 olduqda qısa və 0,50-

0,56  olduğu  hallarda  isə  toxumun  uzunluğu  meyvənin 

uzunluğunun  yarısına  bərabər  (0,50-0,51)  və  yaxud 

yarısından  uzun  (0,52-0,56)  kimi  qiymətləndirilmiş  və 

həmçinin  toxumun  daxili  strukturu  rentgenoqrafiya  metodu 

[18]  ilə  incələnmişdir.  Meyvə  və  toxumlarının  morfoloji 

təsviri  verilərkən  mövcud  cüzi  ədəbiyyat  məlumatları 

ümumiləşdirilmişdir.  Təyinat  açarları  tərtib  edilərkən  isə 

şəxsi  tədqiqatlarımızdan  alınan  nəticələrdən  istifadə 

olunmuşdur.  Meyvə  və  toxumlarına  görə  göyrüş  növlərinin 

təyin  edilməsi  üçün  dixotomik  təyinat  açarları  məlum 

klassiki qaydalar üzrə [5],  qeyri-ənənəvi rəqəmsal politomik  


 

və  hərfli-rəqəmsal  politomik  təyinat  açarları  tərtib  edilərkən 



isə  qismən  B.E.Balkovskiyin    [9]  kodları  nəzərə  alınmaqla, 

əsasən 


şəxsi 

tədqiqatlarımızın 

nəticələrindən 

və 


işləmələrimizdən istifadə edilmişdir [3, 4]. Təyinat prosesini 

daha çevik və dəqiqliklə yerinə yetirmək üçün NOKİA-6170 

mobil 

telefonuna 



uyğun 

xüsusi 


proqram 

işlənib 


hazırlanmışdır.   

 

Təsnifat  baxımından  Fraxinus  L.  –  göyrüş  (vən, 



dəndə,  dişbudaq)  zeytunkimilər  –  Oleaceae  Hoffmgg.  et 

Link  fəsiləsindəndir.  Bu  cinsin  70-ə  yaxın  növünün  Yerin 

Şimal yarımkürəsinin əsasən mülayim qurşağında, bəzən isə 

subtropik 

və 

tropik  bölgələrində  yayıldığı  halda, 



Azərbaycanın  yabanı  florasında  isə  onun  yalnız  4  növünə 

rast  gəlinir    [2,17,  21].  Göyrüşün  25  növü  və  5  forması 

Abşeron yarımadasına introduksiya edilmişdir [17]. Hazırda, 

onların  17  növü  və  5  formamüxtəlifliyi  AMEA  Mərkəzi 

Nəbatat  Bağının  kolleksiyasında  saxlanılır  [2].  Göyrüş  ilk 

dəfə  olaraq  1753-cü  ildə  K.Linney  [29]  tərəfindən  təsvir 

edilmiş,  XX  əsrin  əvvəllərində  isə  alman  alimi 

A.Lingelsheim [27,28] bu cinsi filogenetik nöqteyi-nəzərdən 

tədqiq edərək onu 2 seksiya və 7 yarımseksiyaya bölmüşdür. 

Şimali Amerikada əkilib-becərilən  ağac və kolların təsvirini 

verən A.Rehder [32] göyrüş üçün Lingelsheim sistemini əsas 

götürmüşdür.  Keçmiş  SSRİ  florasının  XVIII  cildi  üçün 

göyrüş  növlərini  işləyən  V.N.Vasilyev  [11]  Lingelsheim 

sistemindəki  seksiyaları  yarımcins,  yarımseksiyaları  isə 

seksiya  kimi  təsnif  etmişdir.  Çox  cildli  ―SSRİ-nin  ağac  və 

kolları‖  külliyatının  V  cildi  üçün  göyrüş  növlərini  işləyən 

A.Q.Qolovaç [12] Vasilyev sistemini əsas götürmüşdür. İran 

florasındakı  göyrüş  növlərinin  təsnif  və  təsvirini  verən 

K.H.Rexinqer  [31]  bu  cinsi  2  seksiya  və  3  yarımseksiyaya 

ayırır.  L.E.Karpati  [30]  isə  Avropa  göyrüşlərinin  seksiya, 

yarımseksiya  və  seriyalara  bölür.  S.K.Çerepanov  ―SSRİ 


 

florasına  (I-XXX  c.)  əlavələr  və  dəyişkənliklərin  məcmuu‖ 



kitabında  göyrüşün  2  yarımcinsə  və  2  seksiyaya 

bölündüyünü qeyd edir [24]. Göyrüşün Azərbaycanın yabanı 

florasında bitən və introduksiya edilərək mədəni halda əkilib-

becərilən  25  növü  və  5  formamüxtəlifliyi  tərəfimizdən  2 

yarımcinsə  (Ornus  və  Fraxinus)    və  5  seksiyaya  (Ornus, 

Ornaster,  Sciadanthus,  Melioides,  Fraxinus  və  yaxud 

Bumelioides) ayrılmışdır [17]. 

 

Bütün  bitkilərdə  olduğu  kimi  göyrüş  növlərinin  də 



taksonomik təyinatı bütöv bitkilər və ya onlardan götürülmüş 

herbarilər  üzərində  aparılır.  Lakin  bir  çox  hallarda  (elmi 

araşdırmalarda, toxum stansiyalarında və laboratoriyalarında, 

səpin 


işlərində, 

tibbi 


və 

bioloji 


ekspertizalarda, 

paleokarpoloji  və  geoloji  tədqiqatlarda  və  s.  sahələrdə) 

tədqiqatçının  və  ya  digər  mütəxəssisin  sərəncamında  bitki 

növünün təyinatı üçün bütöv bitki və ya onun herbarisi deyil, 

yalnız  meyvə  nümunələri  olur.  Təbii  ki,  belə  hallarda  bitki 

növünün  təyin  edilməsi  müşkül  hala  çevrilir.  Odur  ki, 

meyvələrinə  görə  bitkilərin  növ  mənsubiyyətinin  təyin 

edilməsi  məsələsi  mühüm  aktuallıq  kəsb  edir.  Bununla 

yanaşı qeyd etmək lazımdır  ki, heç də hər zaman  və hər bir 

tədqiqatçının  və  ya  digər  mütəxəssisin  sərəncamında 

bitkilərin  karpologiyasına  dair  kifayətedici  qədər  lazımi 

ədəbiyyat  məlumatları  olmur.  Mövcud  elmi  ədəbiyyat 

[8,13,16] səhifələrində bəzi cinslərin  meyvələrinə görə təyin 

edilmə  açarları  vardır.  Bir  neçə  növ  göyrüş  meyvələrinin 

yığcam  təsvirinə  rast  gəlinməsinə  [6,11,12,15,17,23, 

27,28,32]  baxmayaraq, bu cinsin əksər növlərinin meyvələri 

isə  ətraflı  təsvir  edilməmişdir  və  meyvələrə  görə  onların 

təyinat  açarı  bu  günə  kimi  də  tərtib  olunmamış  olaraq 

qalmaqdadır.  Ona 

görə  də  tərəfimizdən  aparılan 

tədqiqatlardan alınmış nəticələr əsasında göyrüşün cins daxili 

seksiyaları  və  seksiya  daxilində  isə  növlər  üzrə  meyvələrin 



 

10 


morfoloji  əlamətləri  geniş  təsvir  edilmiş,  diaqnostik 

əhəmiyyətli məlumatlar isə cədvəl halına salınmışdır (cəd. 1, 

2). 

 

Ümumiyyətlə,  göyrüş  növlərinin  meyvəsi  açılmayan 



qanadmeyvədir,  toxumu  isə  fındıqcadır.  Qanadmeyvə 

təkyuvalıdır,  əksərən təktoxumlu, bəzən isə 2-3 toxumlu ola 

bilir.  Forma  etibarı  ilə  qanadmeyvələr  neştərvarı,  uzunsov-

neştərvarı, 

uzunsov-əksinəneştərvarı, 

uzunsov-


əksinəyumurtavarı,  dar-əksinəyumurtavarı,  dar  və  ya 

uzunsov-ellipsvarı,  dar  və  ya  uzunsov-belvarı  və  yaxud 

xətvarı-uzunsovdurlar.  Səthi  şırımlıdır;  təpədən  dəyirmi, 

oyuqlu,  küt,  kəsik  və  ya  sivridir.  Növdən  asılı  olaraq 

kasacıqlı  və  dişiciyin  sütuncuğunu  (və  ya  ağızcığını) 

saxlayandır,  bəzən  isə  onlardan  yalnız  birini  saxlayandır. 

Saplaqlıdır. 

 

Saplağın 



uzunluğu 

meyvənin 

növ 

mənsubiyyətindən  asılı  olaraq  fərqlidir,  diametri  isə  cinsə 



məxsus  əlamət  olduğundan  bütün  tədqiq  etdiyimiz  növlərin 

meyvələrində  0,34  mm  təşkil  edir.  Qanadı  dar,  uzunsov  və 

nazikdir, fındıqcığın yuxarısına (1/3 hissəsinə), ortasına (1/2 

hissəsnə),  əsasına  yaxın  (2/3  hissəsinə)  və  ya  əsasına  kimi 

enəndir,  çox  vaxtı  düz,  bəzən  isə    cüzi  qövsvarı  və  ya 

spiralvarı (1-2 dövrə) burulandır, tək-tək hallarda 3-4 tillidir; 

rəngi  açıq-qonuru,  qonuru,  açıq-qəhvəyi,  qəhvəyi,  çirkli-

qəhvəyi,  qırmızımtıl  və  ya  sarıdır.  Fındıqcığı  silindirvarı, 

milvarı,  neştərvarı  və  yastı  formalarda  müşahidə  olunur. 

Göyrüş növləri meyvələrinin ətraflı təsvirindən əvvəl, onların 

dixotomik    təyinat  açarının  verilməsi  elmi,  məntiqi  və  həm 

də əməli baxımdan daha məqsədəuyğundur. 

 


 

Cədvəl 1.    

  

Göyrüş növləri meyvələrinin diaqnostik əlamətlərinin göstəriciləri 

 

 

 



 

   Сексийа вя  

    нювцн ады  

 

U



zunl

uğu,


 m

m

 



Eni,

 m

m



 

Q

al



ınl

ığı


, m

m

 



S

ət

hi



 

R

əngi



 

Süt


unc

uq 


 ya


 

ağı


zc

ığı


va

rl



ığı

 +



yoxl

uğu


 -

K



as

ac

ığı



va

rl



ığı

+



yoxl


uğu



Q

ana


uz



unl

uğu


mm

 



S

apl


ağı

uz



unl

uğu


mm

 









10 

Сексийа - Ornus  

 

1. Fraxinus ornus L. 

23,63*

 

5,36 



2,38 

Dayaz şırımlı 

Açıq qonuru, 

qonuru 


19,12 



4,68 

21,42-25,84 

4,76-5,95 

4,25-5,10 



2. F. bungeana DC. 

25,93 


3,83 

2,04 


Dayaz şırımlı 

Qonuru 


qırmızımtıl 



19,98 

3,83 


23,97-27,88 

3,40-4,25 

3,40-4,25 

Сексийа- Ornaster 

 

3.F.rhynchophylla 

Hance 

27,46 


7,23 

1,70 


Dərin şırımlı 

Açıq 


qəhvəyi 



27,46 

4,51 


26,86-28,05 

6,80-7,65 

4,25-4,76 

Сексийа - Melioides 

 

4.F.americana L. 

39,95 

7,06 


1,36 

Dərin şırımlı 

Sarı 





32,34 

7,65 


36,55-43,35 

6,46-7,65 

5,95-9,35 


5.F.biltmoreana 

Beadle 

41,23 

6,12 


1,53 

Dərin şırımlı 

Açıq 

qəhvəyi 


31,76 



6,38 

39,95-42,50 

5,95-6,29 

5,95-6,80 



6.F.tomentosa 

Michx. 

36,55 

8,16 


1,53 

Dayaz şırımlı 

Açıq 

qonuru 


+ ; - 

30,10 



6,38 

31,45-41,65 

7,14-9,18 

5,10-7,65 



7.F.pennsylvanica  

 Marsh. 

42,50 


4,68 

1,36 


Dərin şırımlı 

Açıq 


qəhvəyi 



35,95 

3,83 


40,80-44,20 

3,40-5,95 

3,40-4,25 

8.F.lanceolata 

Borkh. 


34,00 

5,10 


1,87 

Dayaz şırımlı

 

Açıq 


qəhvəyi, 

sarı 


+ ; - 

28,05 



4,68 

30,60-37,40 

4,76-5,44 

4,25-5,10 



9.F.velutina Torr. 

19,98 


3,83 

1,70 


Dayaz şırımlı

 

Açıq 



qonuru 

+ ; - 


15,73 


4,68 

18,70-21,25 

3,40-4,25 

4,25-5,10 



10.F.toumeyi Britt. 

28,48 


4,08 

1,70 


Dərin şırımlı 

Açıq 


qonuru, 

qonuru 


20,09 



4,85 

25,50-31,45 

3,91-4,25 

3,74-5,95 



11.F.oregona Nutt. 

31,54 


5,70 

1,53 


Dayaz şırımlı 

Açıq 


qəhvəyi 

qəhvəyi 


+ ; - 

27,37 



6,63 

26,52-36,55 

5,10-6,29 

5,95-7,31 



Сексийа - Fraxinus  

və йа Bumeloides

   

 

12.F.quadrangulata 



  Michx. 

 

32,81 



 

9,52 


2,55 

Dərin şırımlı

 

Açıq 


qəhvəyi, 

qonuru 


32,81 



 

7,23 


 

27,20-38,42

 

8,50-10,54 



6,80-7,65 

13. F.excelsior L. 

35,28 


7,65 

1,53 


Dərin şırımlı

 

Çirkli-qəh-



yi, qəhvəyi, 

açıq qonuru 



35,28 



6,63 

34,00-36,55 

6,80-8,50 

6,46-6,80 



 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə