|
Buraxılış işinin tərtibi qaydaları
|
səhifə | 5/15 | tarix | 25.04.2022 | ölçüsü | 56,2 Kb. | | #56249 |
| Buraxılış işlərinin tərtibi qaydaları (Metodik göstəriş) son variant[1]
Buraxılış işinin tərtibi qaydaları
1. Ümumi müddəalar
-
Buraxılış işinın mətni A4 (210 mm x 297 mm) formatında ağ kağızın bir üzündə
çap edilir.
-
Mətn Azərbaycan dilində latın əlifbası ilə Times New Roman şriftində - 14 pt
ölçüdə, sətirlərarası məsafə 1,5 interval olmaqla qara rəngdə yazılır.
-
Səhifə ölçüləri: solda 3 sm, sağda 1 sm, yuxarıda və aşağıda hər biri üçün 2 sm
olmaqla boş sahə buraxılır.
-
Səhifədə sətirlərin sayı ən azı 29, ən çoxu 31 olmalıdır.
-
Bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni tündlükdə olmalı, mətndəki
bütün məlumatlar aydın görünməlidir.
-
Buraxılış işində çapdan sonra aşkar edilmiş səhvlər və qrafik yanlışlıqların sayı hər
səhifədə 2-dən çox olmamalıdır.
-
Buraxılış işi 1,5 (30 səhifə) - 2,5 çap vərəqi (40 səhifə) (şəkillər, cədvəllər,
qrafiklər, əlavələr və ədəbiyyatın siyahısı istisna olmaqla) həcmində olmalıdır.
-
Başlıqlar mətnə simmetrik şəkildə, sətri hərflərlə (ilk baş hərf istisna olmaqla)
qalın yazılmalıdır. Başlıqlarda sözü sətirdən sətrə keçirmək, başlığın altından xətt çəkmək və ya sonunda nöqtə qoymaq olmaz.
-
Başlıqla əsas mətn arasındakı məsafə 2 interval olmalıdır.
-
Dostları ilə paylaş: |
|
|