MəluMat kİtabçası “ kİno



Yüklə 2.81 Mb.
Pdf просмотр
səhifə1/7
tarix07.07.2017
ölçüsü2.81 Mb.
  1   2   3   4   5   6   7

 

MəluMat kİtabçası

 

“ kİno 

dİaloqları”

Bu materiallardan təhsil məqsədləri üçün istifadə 

olunmasına icazə verilir. Bunu edərkən, lütfən 

Conciliation Resources-in adını çəkin və ona 

xəbər verin.



3

Mündərİcat 

1-cİ hİssə

 

“kİno dİaloqları”  

haqqında 

Giriş  


6

Dağlıq Qarabağ münaqişəsi  

7

Kino dialoqları təşəbbüsü  



Kino dialoqlarının təşkilatçıları 

Filmlər üzrə bələdçi 



11

kİno dİaloqları təşəbbüsünün İştİrakçıları 

Nailə Babayeva 

14 

Armine Martirosyan 



16

Jonathan Cohen 

17

Lusine Musaelyan 



18

Xalidə Arzumanyan 

20

Rəhim Hacılı 



21

Əvəz Həsənov 

22

Albert Voskanyan 



23

2-cİ hİssə

 

FİlMlərİn nüMayİşİnİn 

təşkılı 

Texniki aspektlər  

26

Müzakirələrin təşkili 



27

Hər filmlə bağlı müzakirə edilən suallar  

30

Kino dialoqları ilə bağlı müzakirələrin  



40 

moderatorluğuna münasibət



3-cü hİssə

 

MəluMat Mənbələrİ

Lüğət 50


Tez-tez verilən suallar  

52

Onlayn resurslar  



54

Təşkilatların siyahısı  

55 


1-cİ hİssə

kİno dİaloqları haqda

‘ GƏNCLƏRƏ ... İMKAN yARADıLıR 

Kİ, BİR-BİRLƏRİ İLƏ yeNİ DİLDƏ 

– DİNAMİK TƏsVİR DİLİNDƏ HƏM 

eMOsıONAL, HƏM DƏ DƏyİşƏN 

ANLAyİşLAR BAXıMıNDAN 

üNsİyyƏT QuRsuNLAR.


“Kino dialoqları” Dağlıq Qarabağda 

yaşayan gənc erməniləri və 

azərbaycanlıları onları bir-birindən 

ayıran münaqişə haqqında qısametrajlı 

film çəkmək məqsədilə bir araya 

gətirən unikal təşəbbüsdür. Otuzdan 

artıq gənc kinematoqrafçı layihədə 

iştirak etmişdir, minlərlə erməni və 

azərbaycanlı onların çəkdiyi filmləri 

seyr etmişdir. Bu kitabça sizə həmin 

filmləri nəzərdən keçirmək və 

müzakirələr aparmaq üçün məlumat, 

təlimat və resurslar təklif edir. Bizim 

məqsədimiz erməni və Azərbaycan 

cəmiyyətlərində qarşı tərəf, Dağlıq 

Qarabağ münaqişəsi, ermənistan və 

Azərbaycan arasında sülhün əldə 

olunmasına maneə yaradan bir sıra 

çətinliklər, habelə münaqişənin sülh 

yolu ilə həll olunması haqqında müstəqil 

debatların aparılmasını təşviq etmək və 

asanlaşdırmaqdır. 



kİtabçadan İstİFadə qaydası 

Bu məlumat kitabçası üç hissədən 

ibarətdir. birinci hissədə siz “Kino 

dialoqları” təşəbbüsü barədə ümumi 

məlumatlar əldə edə bilərsiniz. Bunda 

əlavə, filmlər haqqında ümumi məlumat 

alıb, bu filmlərin müəllifləri ilə tanış ola 

bilərsiniz. 



İkinci hissədə biz filmlər haqqında 

ictimai müzakirələr aparmaq və bu 

müzakirələrdə vasitəçilik etməyinizə 

kömək məqsədilə silsiləvi müzakirə 

mövzuları və suallar təklif etmişik. 

Burada həmçinin ermənistan və 

Azərbaycan cəmiyyətlərində filmlərin 

ilkin nümayişi zamanı “Kino dialoqları” 

ətrafında gedən müzakirələrə olan 

münasibətlər əks olunmuşdur. 

Bu məlumat kitabçası bir-birindən fərqli 

düşünən cəmiyyətlərin geniş auditoriyası 

üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən, 

sizə məsləhət görürük ki, özünüzə və 

cəmiyyətinizə uyğun gələn materialları 

və ya müzakirə etmək istədiyiniz xüsusi 

mövzuları seçəsiniz. Belə ki, filmlərə 

baxmaq və onlardan faydalanmaq üçün 

bu kitabdakı bütün resurslardan istifadə 

etməyə ehtiyac yoxdur. İkinci hissədə 

həmçinin filmlərin nümayişi üçün texniki 

məsləhətlər yer almışdır.



üçüncü hissəyə Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə həll 

olunması səyləri ilə daha çox 

maraqlanan və bu barədə ətraflı 

məlumat əldə etmək istəyən oxucular 

üçün əlavə resurslar daxil edilmişdir. 

Bura terminlərin izahlı lüğəti, onlayn 

resursların siyahısı və münaqişənin 

dinc yolla həllinə səy göstərən 

ermənistan və Azərbaycan təşkilatları, 

o cümlədən beynəlxalq təşkilatların 

kataloqu daxildir. Nəhayət, “Kino 

dialoqları” layihəsi çərçivəsində indiyə 

qədər çəkilmiş 20 filmə kitabçanın 

arxasında yerləşdirilmiş dörd DVD 

diskdə baxa bilərsiniz. 



Gİrİş 

Kİno dİaloqları



6

1980-ci illərin sonlarında, Mixail 

Qorbaçovun sovet İttifaqında islahatlar 

aparmağa cəhd etdiyi bir vaxtda Dağlıq 

Qarabağa (DQ) nəzarət uğrunda 

ermənilər və azərbaycanlılar arasında 

münaqişə başladı. Dağlıq Qarabağ sovet 

Azərbaycanının sərhədləri daxilində 

əhalisinin əksəriyyəti ermənistanla 

birləşməyə cəhd edən ermənilərdən 

ibarət bir ərazi idi. 1988-ci ilin fevral 

ayından etibarən bu uzaq sovet 

əyalətindəki mübahisə tezliklə 

kəskinləşərək əhalinin – ermənilərin 

Azərbaycandan və azərbaycanlıların 

ermənistandan qarşılıqlı olaraq kütləvi 

şəkildə qovulmasına səbəb oldu. 

Moskvanın ərazidə nəzarəti bərpa 

etmək və vasitəçilik cəhdləri nəticəsiz 

qaldı, beləliklə, Qarabağ problemi 

1991-ci ildə sovet İttifaqının çökməsinə 

böyük təkan verdi. 

ermənistan və Azərbaycan silahlı 

qüvvələri arasında baş vermiş geniş 

miqyaslı silahlı toqquşma 1994-cü ildə 

ermənistan qoşunlarının təkcə Dağlıq 

Qarabağı deyil, həmçinin muxtar vilayət 

ətrafındakı Azərbaycana məxsus 7 

rayonun (tamamilə və ya qismən) işğalı 

ilə nəticələndi. silahlı münaqişə zamanı 

25.000–dən artıq insan həlak oldu. 

ermənistan və Azərbaycana yüz 

minlərlə erməni və azərbaycanlı 

qaçqınların axınına əlavə olaraq, eyni 

sayda azərbaycanlı Dağlıq Qarabağdan 

və onun ətrafındakı rayonlardan 

məcburi köç etdi. ümumilikdə, bir 

milyondan artıq insan öz doğma 

evlərindən məhrum oldu. 

1994-cü ildə atəşkəsin əldə 

olunmasından sonra beynəlxalq 

vasitəçilərin iştirakı ilə sülh prosesi 

başladı. Bu prosesə Fransa, Rusiya və 

Amerika Birləşmiş ştatlarının rəhbərlik 

etdiyi Minsk Qrupu nəzarət edir. 1990-cı 

illərin sonlarından etibarən və 2000-ci 

illər ərzində Minsk qrupu münaqişənin 

həll olunması üçün bir neçə dəfə 

təkliflər irəli sürsə də, hər iki münaqişə 

tərəfi onları məqbul hesab etməmişdir. 

2007-ci ildən etibarən “Madrid 

Prinsipləri” kimi tanınan təkliflər paketi 

ermənistanla Azərbaycan arasında 

gedən sülh danışıqlarının əsasını təşkil 

edir. Madrid Prinsiplərində qeyd olunan 

bəzi fikirlərlə bağlı müxtəlif vaxtlarda 

tərəflər sanki razılığa gəlsələr də, 

ümumilikdə ermənistan və 

Azərbaycan arasında yekun sülh 

razılaşmasının nə vaxt əldə 

olunacağı qeyri – müəyyən olaraq 

qalır. Nəticədə, tərəflər  

arasındakı cəbhə xətti boyunca 

həm ermənilərin, həm 

azərbaycanlıların arası  

kəsilmədən ölüm xəbəri gəlir. 

dağlıq qarabağ Münaqİşəsİ 

HƏM eRMƏNİLƏRİN, 

HƏM 

AzƏRBAyCANLıLARıN 



ARAsı KƏsıLMƏDƏN 

öLüM XƏBƏRİ GƏLİR.

Ruben Manqasaryan Xatirə Fondunun 

icazəsi ilə istifadə edilmişdir. 

 1-cİ hİssə

7


kİno dİaloqları 

təşəbbüsü 

Bir-biri ilə yaxşı qaynaşmış, eləcə də rus 

dilli sovet mədəniyyətini paylaşan sadə 

erməni və azərbaycanlılar 1994-cü ildən 

sonra bü günədək davam edən “nə sülh, 

nə savaş” şəraitində aralarındakı 

əlaqəni itirdi. İndi yeni nəsil bir-birindən 

xəbərsiz böyüyür. Belə ki, əksər erməni 

və azərbaycanlı gənclərin bir-biriləri ilə 

faktiki olaraq heç vaxt görüşmək imkanı 

olmamışdır. Onlar bir-biriləri haqqında 

məlumatları əsasən öz ölkələrinin 

mediasından əldə edirlər. elektron 

media regionun əsas informasiya 

mənbəyidir və ciddi nəzarət altında 

qalmaqdadır. Bu cür mühitdə erməni və 

Azərbaycan cəmiyyətində qarşılıqlı 

soyuq münasibət və mənfi stereotiplər 

geniş vüsət almışdır. 

2006-cı ildə Böyük Britaniyanın “Barışıq 

Resursları” sülhməramlı qeyri-hökumət 

təşkilatı ermənilər və azərbaycanlılar 

arasında ünsiyyəti bərpa etmək cəhdi 

kimi “Kino dialoqları” təşəbbüsünü irəli 

sürdü. “Barışıq Resursları” bu 

təşəbbüsü birgə həyata keçirmək 

məqsədilə üç yerli media partnyoru ilə 

əməkdaşlığa başladı. Bunlar İrəvanın “n 

“İnternyus Media Dəstəyi – İnternyus 

ermənistan” (ınternews Media support, 

ınternews Armenia), Bakının “İnternyus 

Azərbaycan” İctimai Birliyi (ınternews 

Azerbaijan) və Dağlıq Qarabağın 

paytaxtında yerləşən “stepanakert 

Mətbuat Klubu” (stepanakert Press 

Club) idi. 

“Kino dialoqları”nın konsepsiyası media 

haqqında biliklərin artırılması, tərəflərin 

bir-biri ilə birbaşa ünsiyyət qurması, öz 

cəmiyyətləri haqqında geniş 

müzakirələr aparması məqsədilə filmlər 

çəkməklə gənc azərbaycanlılar və 

Qarabağ erməniləri üçün pəncərə 

yaratmaqdan ibarətdir. İştirakçılara 

kinematoqrafiya və sülh prosesinin bəzi 

mühüm aspektləri üzrə təlim keçirilir. 

“İnternyus ermənistan” və “İnternyus 

Azərbaycan”ın dəstəyi ilə onlar öz 

ideyalarını filmdə əks etdirir və peşəkar 

rejissorun köməkliyi ilə ilkin montaj 

işlərini aparırlar. Daha sonra onlar 

birlikdə filmləri izləmək və onların 

ətrafında tənqidi müzakirələr aparmaq, 

o cümlədən yekun montaj işləri üzrə 

razılığa gəlmək məqsədilə Gürcüstanın 

paytaxtı Tiflis şəhərində görüşürlər. 

Layihənin növbəti mərhələsində ən yaxşı 

filmləri nümayiş etdirmək məqsədilə biri 

2007-ci ildə (sarı üzlükdə), digəri isə 

2010-cu ildə (mavi üzlükdə) olmaqla iki 

DVD diski hazırlandı. Disklərdən 

birincisi, Londonun Müasir İncəsənətlər 

İnstitutunda (ınstitute of Contemporary 

Arts), ikincisi isə, ardıcıl olaraq 

ermənistan, Azərbaycan və Dağlıq 

Qarabağda nümayiş olundu. Filmlərdən 

bəziləri Cənubi Qafqaz və Mərkəzi 

Asiyanın regional televiziya kanallarında 

nümayiş olunub və onların hamısına 

» www.vimeo.com/channels/dtf

internet səhifəsindən baxmaq 

mümkündür. 

2010-cu ilin avqust ayından 2011-ci ilin 

noyabr ayına qədər “İnternyus 

ermənistan”, “stepanakert Mətbuat 

Klubu” və ikinci partnyor qismində 

“İnternyus Azərbaycan”la 

məsləhətləşmələr aparan Humanitar 

Araşdırmalar Cəmiyyəti (Bakı) region 

əhalisi üçün filmlərin nümayişi 

proqramını həyata keçirdi. ümumilikdə, 

bu filmlər 90 dəfədən çox nümayiş edildi 

və 2000 nəfər tərəfindən izlənildi. Hər 

bir nümayişdən sonra filmlərin mövzusu 

üzrə moderator vasitəsilə müzakirələr 

aparıldı, suallar verildi. Həmçinin 

“Barışıq Resursları” universitetlərdə, 

konfranslarda, o cümlədən London, Nyu 

york və Vaşinqtondakı diaspora 

yığıncaqlarında filmlərin nümayişini 

təşkil etdi. 2011-ci ilin oktyabr və noyabr 

aylarında stepanakert və Bakıda iki 

xüsusi film nümayişi baş tutdu. Bir neçə 

il bundan öncə filmdə baş qəhrəman 

rolunda çəkilən aktyorlar onu izləmək 

və müzakirə etmək üçün dəvət 

olunmuşdu.

Biz ümid edirik ki, bu məlumat kitabçası 

ermənistan, Azərbaycan, Dağlıq 

Qarabağ və digər cəmiyyətlərin geniş 

auditoriyası tərəfindən sözügedən 

filmləri izləmək və müzakirələr 

aparmaq üçün faydalı resurs olacaqdır. 

Kİno dİaloqları



8

“ kİno  dİaloqlarının” 

təşkİlatçıları 

“İnternyus azərbaycan” İçtimai birliyi 

1997-ci ildə yaradılmışdır və 2002-ci 

ildən müstəqil ictimai birlik kimi 

fəaliyyət göstərir. “İnternyus 

Azərbaycan” jurnalistlər və müstəqil 

media şirkətləri üçün təlimlər təşkil 

edir, onlara köməklik göstərir. Həmçinin, 

təşkilat medianın bir sıra formalarından 

istifadə etməklə müasir sosial və siyasi 

problemlərə diqqət cəlb edir. “İnternyus 

Azərbaycan” uzun müddətdir ki, film 

vasitəsilə münaqişələr haqqında 

müqayisəli öyrənmə metodunu özünün 

əsas məşğuliyyətinə çevirib. Belə ki, bu 

təşkilat “İnternyus ermənistan”la 

əməkdaşlıq edərək Kipr, Bosniya, şimali 

İrlandiya, İspaniya, Cənubi Tirol və digər 

münaqişələr haqqında film çəkmişdir. 

eyni zamanda, “İnternyus Azərbaycan” 

və “İnternyus ermənistan” Cənubi 

Qafqazda yaşayan gənclərin həyat 

hekayəsindən bəhs edən məşhur 

“uşaqlar yolayırıcında” silsilə filmləri 

hazırlamaq məqsədilə “İnternyus 

Gürcüstan”la əməkdaşlıq etmişdir. 

Təşkilatın internet saytı:

» www.internews.az

“Kino dialoqları” dörd erməni və 

azərbaycanlı təşkilatın, habelə “Barışıq 

Resursları”nın əməkdaşlığı nəticəsində 

baş tutmuşdur. 

“İnternyus Media dəstəyi” qeyri-hökumət 

təşkilatı söz azadlığının təşviqi, habelə 

yeni və innovativ yanaşmalar vasitəsilə 

azad, müstəqil və plüralist məlumatiların 

hazırlanması və yayılmasına köməklik 

göstərmək məqsədilə 1995-ci ildən 

İrəvanda fəaliyyət göstərir. “İnternyus” 

jurnalistlər üçün təlimlərin təşkilinə, 

media sahəsində təhsilə, media 

nümayəndələrinə məsləhət və hüquqi 

yardımın göstərilməsinə, yeni media 

vasitələrinin təşviqinə, o cümlədən sosial, 

siyasi və etnik münaqişələrin 

transformasiyası üçün medianın 

gücündən istifadəyə böyük diqqət ayırır. 

“İnternyus” həmçinin gənclərlə işləyərək 

onlara jurnalistika sahəsində biliklərini 

təkmilləşdirməyə və müasir media dilini 

öyrənməyə köməklik göstərir. Bununla 

yanaşı, “İnternyus” televiziya və 

multimedia proqramları, eləcə də sənədli 

filmlər hazırlayır. Təşkilatın internet saytı: 

» www.in

ternews.am

 1-cİ hİssə

9

Bu LAyİHƏ BİR çOX MƏRHƏLƏDƏN 

İBARƏT OLDuğu üçüN BöyüK 

ƏHƏMİyyƏT KƏsB eDİR.... İşTİRAKçıLAR 

öz ARALARıNDA üNsİyyƏT QuRuR 

VƏ ONLARı BİR-BİRİNDƏN AyıRAN 

PROBLeMLƏRLİ MüzAKİRƏ eDİRLƏR. 

ONLAR HƏMçİNİN yARADıCıLıQLA 

MƏşğuL OLuR VƏ MeDİANİN 

MAHİyyƏTİNİ öyRƏNİRLƏR... DAHA 

sONRA ONLAR İCTİMAİyyƏTƏ TƏQDİM 

OLuNAN MƏHsuL yARADıRLAR.

 

   NOuNeH  sARQsyAN,  “İNTeRNyus 



eRMƏNİsTAN”ıN DİReKTORu

1997-ci ildən fəaliyyət göstərən 

humanitar araşdırmalar cəmiyyəti 

(hac) vətəndaş fəallığının artırılması, 

insan hüquqlarının qorunması, o 

cümlədən məcburi köçkünlük və 

miqrasiya ilə əlaqədar yaranan bəzi 

problemlərlə məşğul olur. HAC məcburi 

köçkün cəmiyyətləri ilə sıx işləyir, onlar 

üçün müxtəlif növ təlim kursları, hüquqi 

məsləhətlər və yardım təmin edir. HAC 

həmçinin Dağlıq Qarabağ münaqişəsi 

üzrə hər iki cəmiyyətin baxışlarına 

xüsusi diqqət ayıran bir sıra media 

layihələrini həyata keçirmiş, hesabat və 

kitablar nəşr etmiş, bu barədə film 

çəkmişdir. eyni zamanda, HAC 

“Milliyyəti: İnsan” Cənubi Qafqaz sənədli 

Film Festivalının idarə heyətinin üzvü və 

təsisçilərindən biridir.

» www.humanrights-az.org



stepanakert Mətbuat klubu (sMk)  

azad və demokratik medianın müdafiəsi 

və inkişaf etdirilməsi məqsədilə 1988-ci 

ildə Dağlıq Qarabağda yaradılmışdır. 

Təşkilatın əsas fəaliyyəti jurnalistika 

üzrə təlimlərin təşkili, Cənubi Qafqaz 

jurnalistləri arasında regional 

əməkdaşlıq, media qanunvericiliyin 

təkmilləşdirilməsi, o cümlədən müstəqil 

məlumat mübadiləsi sahəsində Qarabağ 

erməniləri və azərbaycanlılar arasında 

əməkdaşlığın təşviqindən ibarətdir. 

2004-2009-cu illərdə sMK iki həftədən 

bir buraxılan müstəqil “Demo” qəzetini 

nəşr etmişdir. 2009-cu ildən etibarən 

təşkilat “The Analyticon” adlı aylıq 

analitik jurnal dərc edir.

» www.theanalyticon.com

‘ Bu LAyİHƏ HƏR İKİ XALQA 

QARşı TƏRƏFİN İNsANİ 

KeyFİyyƏTLƏRİNİ GöRMƏyƏ 

İMKAN VeRİR.’ 

 

  

ƏVƏz HƏsƏNOV, HuMANİTAR 



ARAşDıRMALAR 

CƏMİyyƏTİNİN DİReKTORu

Kİno dİaloqları

10


FİlıMlər üzrə  

bələdçİ

FİlM 1 (9:13)

 

13 ıL sONRA



Müəllif: 

elcan Məmmədov



rejissor 

Ayaz salayev



Müəllif: 

Məmmədşərif Ələkbərov 



rejissor 

elcan Məmmədov



Müəllif: 

Gülnarə Məmmədzadə 



rejissor 

elcan Məmmədov 



Müəllif: 

Mədinə Nik-Nəcat



rejissor  

Ayaz salayev



FİlM 3 (16:28) 

 

Bız NƏ 


İsTƏyİRİK?

FİlM 4 (12:19) 

 

BöCƏKyeyƏNLƏR



FİlM 2 (12:21)

 

DİRçƏLİş 

Film azərbaycanlı məcburi 

köçkünlərin yataqxana 

şəraitində gündəlik 

həyatından bəhs edir.

Filmdə müharibə dövründə 

görmə qabiliyyətini itirən bir 

azərbaycanlı veteran öz 

həyatını yenidən qurmaq 

üçün apardığı mübarizədən 

danışır.


Film gənc azərbaycanlı 

aktivistin daimi sülhün əldə 

olunması haqqında 

düşüncələrindən bəhs edir. 

Filmdə Azərbaycana məxsus 

iki kənd arasında yüz illər 

boyu davam edən ədavətdən 

və burada müxtəlif 

eyniyyətlərin 

formalaşmasından istehzalı 

şəkildə bəhs edilir. 

 1-cİ hİssə



11

 1-Cı HıssƏ



11

Müəllif 

Armine Martirosyan



rejissor  

Levon Kalantar



Müəllif 

Karine safaryan



rejissor 

Levon Kalantar



Müəllif 

Gayane Balayan



rejissor 

Levon Kalantar



Müəllif 

Alvard Grigoryan



rejissor 

Levon Kalantar



FİlM 7 (15:45)

 

HƏyATıN 


APARDıQLARı

FİlM 8 (11:02)

 

TALe QAPıNı  

BeLƏ DöyüR

FİlM 6 (15:00)

 

QOzuN MöHKƏMİ

Film biri stepanakertdə, 

digəri şuşada yaşayan iki 

Bakı ermənisinin keçmişdəki 

və köçkünlük şəraitində 

hazırkı həyatlarından danışır. 

Filmdə müharibə dövründə əsir 

düşmüş erməninin həyat 

yoldaşının evliliyə sadiq 

qalması və qoz mürəbbəsi 

bişirib satmaqla ömür 

sürməsindən danışır. 

Film Bakıdan məcburi köç 

edən yaşlı rus qadının tərk 

edilmiş Laçın rayonundakı 

acınacaqlı həyatından  

bəhs edir.

Film iflic olmuş erməni 

müharibə veteranının həyatın 

yeni mənasını kəşf etmək 

üçün dülgərliklə məşğul 

olmasından bəhs edir. 

FİlM 5 (20:07)

 

QAçQıN 


VƏTƏNDAşLığı

Müəllif  

İradə Bulayeva



rejissor 

Ayaz salayev və  

elcan Məmmədov

Müəllif 

çinarə Hüseynova



rejissor 

Ayaz salayev



Müəllif 

Vüqar səfərov 



rejissor 

Ayaz salayev



Müəllif 

Alvard Grigoryan və  

Vəfa Fərəcova

rejissor 

Vüqar səfərov və  

Levon Kalantar

FİlM 15 (7:18) 

 

DOwNLOAD


FİlM 16 (29:47)

 

DüşMƏNİM MƏNİM, 

DOsTuM MƏNİM

FİlM 14 (14:11) 

 

çADıRDAN şuşA

Filmdə 1944-cü ildə 

Gürcüstandan Mərkəzi Asiyaya 

sürgün edilmiş məshəti 

türklərinin nümayəndələri 

sürgündəki həyatları ilə bağlı 

xatirələrini danışırlar.

İldə bir dəfə may ayında 

şuşalılar öz doğma yurdlarını 

yada salmaq üçün Bakıda 

yığışırlar.

İnternetdə ermənilərlə 

müharibə oyunları oynamağa 

aludə olan bir azərbaycanlı 

yeniyetmə gerçəkliklə 

əlaqəsini itirir.

Müharibə dövründə vaxtilə 

girov və əsir düşmüş şəxslərin 

xatirələrindən, eləcə də 

onların evə qayıtmasına 

köməklik göstərən erməni 

və azərbaycanlı vasitəçilər 

barədə düşüncələrindən bəhs 

edən film.

FİlM 13 (12:22) 

 

sALAMƏLeyKüM, 

QAFQAz 

Kİno dİaloqları



12

Müəllif 

susanna saiyan



rejissor 

Levon Kalantar



Müəllif 

Vəfa Fərəcova və  

Arina Xaçikyan

rejissor 

Levon Kalantar və  

Vügar səfərov

Müəllif 

Vüqar səfərov və  

Karine safaryan

rejissor 

Levon Kalantar və  

Vügar səfərov

Müəllif 

Nəzrin şakirzadə və  

Lusine Musaelyan

rejissor  

Nəzrin şakirzadə və  

Levon Kalantar

FİlM 11 (18:29) 

 

KAMANçA-NAMƏ



FİlM 12 (21:27) 

 

eGO sTİLİNDƏ



FİlM 10 (18:52) 

 

sPeKTR


Film Dağlıq Qarabağın Vank 

kəndindəki həyatı kənddə  

hər il keçirilən ulaq yarışı 

iştirakçısının gözü ilə  

təsvir edir. 

Film biri Bakıdan, digəri 

stepanakertdən olan iki 

artistin müharibə və sülh 

haqqında düşüncələrindən 

bəhs edir. 

Filmdə azərbaycanlı və 

erməni iki usta Cənubi 

Qafqazın ən məşhur musiqi 

aləti olan kamançanın tarixi 

haqqında düşüncələri ilə 

bölüşürlər. 

Gənc erməni və 

azərbaycanlıların moda 

haqqında düşüncələrindən 

bəhs edən film. 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə