113
Qadınlarda feoxromasitomanın aybaşı ilə əlaqəsi aşkar edilir,
bəzən hamiləlik zamanı hipertonik paroksizmlər itə bilər və hami-
ləlikdən sonra yenə meydana çıxır.
Feoxromasitoma paroksizmi zamanı leykositoz, hiperqlikemiya,
katexolaminlərin qanda konsentrasiyasının və sidikdə ekskresiya-
sının artması müşahidə olunur. Daimi hipertenziya müşahidə olunan
xəstələrdə qanda və sidikdə katexolaminlərin və onların mübadilə
məhsullarının daim yüksək olması aşkarlanır. Hipotalamik krizdən
fərqli olaraq feoxromasitoma krizindən sonra poliuriya müşahidə
edilmir. Xəstəliyin ilk əlamətindən diaqnozun qoyulmasına qədər
bəzən hətta 30 il keçə bilər, bəzən ancaq autopsiyada tapılır, çünki
belə xəstələr adətən baş beyninə qansızma ilə qəflətən tələf olurlar.
Diaqnostika. Feoxromasitomanın diaqnozunu qoymaq əksər halda
çətinliklə qarşılaşır. Əsas əlamət kimi hipertonik krizlərin baş verməsi
feoxromasitoma haqda fikirləşməyə əsas verir. Bu zaman bir neçə
saatdan bir neçə günə qədər davam edən, bradikardiya, ürəkbulanma,
qusma və yüksək AT xəstənin feoxromasitomaya görə yoxlanmasına
əsas verə bilər. Tutma zamanı leykositoz, hiperqlikemiya, qlyukozuri-
ya müşahidə olunduğu üçün qanın və sidiyin müayinəsi aparılmalı və
EÇS-in artmasına fikir vermək lazımdır. Qanda və sidikdə katexola-
minlərin səviyyəsinin artması feoxromasitomanı hipertonik krizdən
fərqləndirməyə imkan verir.
Xəstəliyin aşkar olunmasında USM, rentgenoloji müayinə üsul-
larının (icmal, venadaxili uroqrafiya, angioqrafiya), kompyuter tomoq-
rafiyası və nüvə-maqnit rezonansı üsullarının böyük əhəmiyyəti vardır.
Müalicə. Cərrahi müalicə – şişin və ya şişlərin çıxarılması yega-
nə düzgün, radikal üsul olub, tam sağalmanı təmin edir.
Dostları ilə paylaş: