226
Xəstəliyin patogenezində soyuqlama
və orqanizmin müqaviməti-
nin aşağı düşməsinin xüsusi rolu vardır. Həmçinin sidik ifrazının
çətinləşməsi, bədəndəki hormonal pozğunluqlar, kiçik çanaq üzvlə-
rində durğunluq və s. xəstəliyin təhrikedici faktorları sırasına aiddir.
Bəzi xəstəliklər, prostatın xoşxassəli hiperplaziyası, sidiklik daşı,
divertikulu sistitə səbəb ola bilər.
Klinika. Kəskin sistit tez-tez ağrılı siyimə, sidik kisəsi nahiyəsin-
də ağrılar, piuriya və terminal hematuriya kimi əlamətlərlə təzahür
edir. Ağrının
intensivliyi, siyimə aktlarının tezliyi iltihabi prosesin
intensivliyindən asılıdır. Xəstələr hər 20-30 dəqiqədən bir siyiyirlər,
akt çox ağrılı olur və axırda bir neçə damcı qan da görünür. Qasıq
arxası ağrı siyimə aktı arası dövrdə və sidik kisəsinin palpasiyası za-
manı da müşahidə olunur. Ağrı nəticəsində detruzorun tonusunun
yüksəlməsi baş verir və bu zaman sidik kisəsində yığılan kiçik miq-
darda sidik belə imperativ siyimə aktına səbəb olur. Siyimə zamanı
sidik iltihablanmış sidik kisəsi boynundan keçdikdə güclü ağrı yarat-
dığı üçün uşaqlar siyimə aktını təxirə salırlar və hətta oğlanlarda si-
diyin kəskin tutulması da meydana çıxa bilər.
Sidikdə çoxlu
miqdarda leykositlər, eritrositlər, bakteriyalar və si-
dik kisəsi epitelisi olduğu üçün onun rəngi bulanır. Az hallarda xəs-
tələrdə bədən hərarəti yüksəlir, amma böyrəklərin iltihabi prosesə
qoşulması (pielonefrit) üşütmə və yüksək hərarətə səbəb olur.
Gedişi. Adətən kəskin sistitin gedişi yaxşı nəticələnir. 7-10 gün
müalicədən sonra xəstəliyin əlamətləri sönməyə başlayır, xəstənin
vəziyyəti yaxşılaşır.
Xroniki sistit müstəqil xəstəlik kimi prinsip etibarilə yoxdur,
çünki
əksər hallarda o, ikincili olaraq sidik-ifrazat sisteminin xəstəlikləri (si-
dik kisəsi daşı, divertivulu, şişi, prostatın xoşxassəli hiperplaziyası, uret-
ranın strukturası, sidik kisəsi boynu sklerozu, pielonefrit və s.) zamanı
meydana çıxır. Ona görə də uzun davam edən sistitlərdə yuxarıda qeyd
olunan xəstəliklər, yaxud da spesifik iltihabi proseslər haqda (vərəm,
trixomonad invaziyası, şistosomoz və s.) düşünmək lazımdır.
227
Diaqnostika. Kəskin sistitin diaqnostikası ağrı, dizuriya, piuriya, ter-
minal hematuriya simptomlarına əsasən qoyulur. Əlləmə zamanı xəstə
qasıqüstü sahədə ağrı hiss edir. Sidiyin müayinəsi zamanı orta porsiya
sidikdə leykositlərin çoxluğu aşkarlanır. Kəskin sistit zamanı sistosko-
piya əks göstəriş sayılır, çünki bu çox ağrılı olur və ağırlaşma verə bilər.
Xroniki sistitdə sistoskopik müayinə diaqnozun qoyulmasında
mühüm
rol oynayır. Bu zaman sidik kisəsi selik qişasında baş verən dəyişiklik-
lər qiymətləndirilir, sistitin nəticəsi aşkarlanır. Ultrasəs müayinəsi və
rentgenoloji müayinələr bütün sidik-ifrazat sisteminin vəziyyətini qiy-
mətləndirməyə imkan verir.
Müalicə. Xəstəyə yataq rejimi tövsiyə olunur. Kəskin və qıcıqlandırıcı
yeməklərdən imtina edilir. Qəbul olunan mayenin miqdarı artırılır (qələvi
mineral sular, şirələr, gün ərzində 2 litrdən çox). Xəstələr sidik kisəsi na-
hiyəsinə isitqac qoyduqda, yaxud isti vannadan sonra rahatlıq tapırlar.
Xəstələrə 3-4 gün ərzində iltihab əleyhinə dərmanlar verilir.
Adətən nitro-
furanlardan (furadonin, furagin 0,1, gündə 3 dəfə), sulfanilamidlər (etazol
0,5, gündə 6 dəfə), 5 NOK 0,1, gündə 4 dəfə, antibiotiklər (levomitsetin
0,5, gündə 4 dəfə, oletetrin 0,25, gündə 4 dəfə) təyin olunur. Son illər
ftorxinolon qrupu preparatları geniş istifadə olunur (norfloksasin 400 mq,
gündə 2 dəfə, 7-10 gün) və s. Amma residivin qarşısını almaq üçün ən azı
3 həftə ərzində uroseptiklərdən istifadə olunmalıdır. Kəskin dövrdə sidik
kisəsinin instilillasiyası əks göstəriş sayılır.
Xroniki sistitdə əsas etibarı ilə sistiti yaradan faktoru aradan qaldır-
maq lazımdır (sidik kisəsi daşı, divertikulu və s.). Antibakterial prepa-
ratlarla yanaşı sidik kisəsi instillasiya olunur – gümüş nitrat (0,25- 0,5%
- 20-40 ml) və ya kollarqol (1-3% - 20-40 ml), yaxud da sidik kisəsi
nahiyəsinə antibakterial preparatlarla diatermiya, elektroforez aparılır.
Dostları ilə paylaş: