Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli 2-1-1050 saylı qərarından iddiaçı Alırzayev Əli Musa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq kollegiya



Yüklə 165.8 Kb.
Pdf просмотр
tarix27.06.2017
ölçüsü165.8 Kb.

2-1(104)-25/2016 

                                                                                              



 

                                       

 

 



                    

Qərar 

Azərbaycan Respublikası adından 

Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 

 

07 yanvar 2016-cı il                                                                                 Gəncə şəhəri 



 

Sədrlik edən və məruzəçi hakim Rüstəmov Əsədulla İbadulla oğlu, hakimlər 

Mehtiyev Fikrət Ədilşah və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə 

Osmanlı Aidə Osman qızının katibliyilə                          

         İddiaçı Alırzayev Əli  Musa  oğlunun cavabdeh Tovuz  rayon İcra Bölməsinə, 

üçüncü  şəxslər  Qasımov  Məhəmməd  Hüseyn  oğluna  və  Qasımova  Günay 

Məhəmməd  qızına  qarşı  “İcra  Haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

55-ci  maddəsinə  əsasən,  16  may  2011-ci  il  tarixli,  2(62)-433  saylı  icra  sənədinin 

Tovuz rayon Məhkəməsinə qaytarılması, onun əmək haqqından tutulmuş 396 (üç 

yüz  doxsan  altı)  manat  pulun  ona  qaytarılması  tələbinə  dair  iş  üzrə  Gəncə 

İnzibati-İqtisadi  Məhkəməsinin  21  sentyabr  2015-ci  il  tarixli  2-1-1050  saylı 

qərarından  iddiaçı  Alırzayev  Əli  Musa  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

şikayətinə baxaraq kollegiya 

 

Müəyyən etdi: 

 

Gəncə  İnzibati-İqtisadi  Məhkəməsinin  21  sentyabr  2015-ci  il  tarixli  2-1-



1050 saylı гярары иля (hakim K.Rzayev), iddia tələbi təmin edilməmişdir. 

                                           

                                              İşin halları: 

 

İddiaçı Alırzayev Əli Musa oğlu birinci instansiya məhkəməsinə iddia ərizəsi 

ilə müraciət edərək Tovuz rayon Məhkəməsinin 16 may 2011-ci il tarixli, 2072/15 

saylı  məktubundan  da  görünür  ki,  onlarda  iddiaçıya  məxsus  ümumi  dəyəri  653 

manat  olan  əmlakları  qalmışdır.  Həmin  əmlakların  özlərini  o,  05  iyun  2014-cü  il 

tarixdə Tovuz rayon Məhkəməsinin iştirakı ilə akt tərtib edilmiş və həmin əşyalar 

iddiaçı tərəfə təqdim edilmişdir, lakin iddiaçı tərəf həmin əşyaların onlara məxsus 

olmadığını  iddia  edərək,  əşyaları  götürməkdən  imtina  etmişlər.  Halbuki  həmin 

əşyalar  qətnamədə  göstərilən  əşyalarla  eynilik  təşkil  edir.  İcra  məmurları 

qanunsuz  olaraq  həmin  əşyaların  pulunu  onun  əmək  haqqına  yönəltmişlər  və 

2014-cü ildə onun əmək haqqından ümumulikdə 200 (iki yüz) manat pul tutularaq 

iddiaçılara  verilmişdir.  Onun  etirazından  sonra  həmin  tutma  dayandırılmış  və 

iddiaçı  tərəfə  bildirilmişdir  ki,  onlar  həmin  əşyaların  özü  təqdim  edildiyi  halda 

əşyaların  pulunu  tələb  edə  bilməzlər.  Hazırda  işə  yenidən  Tovuz  rayon  İcra 



 

Bölməsinin  01  may  2015-ci  il  tarixli  məktubuna  əsasən  653  manat  pulun 



onun  əmək  haqqına  yönəldilməsi,  həmin  pulun  tutularaq  iddiaçılara  verilməsi 

xahiş  edilmiş,  yenidən  onun  əmək  haqqından  196  manat  pul  tutularaq  iş  üzrə 

iddiaçılara  verilmişdir.  Onlar  da  olan  və  iddiaçılara  məxsus  əşyalar  icra 

sənədlərində birbaşa göstərilmiş, həmin əşyaları icra məmurlarına təqdim etmişlər, 

icra  məmurları  tərəfindən  akt  tərtib  edilmiş  və  tələbkar  göstərilən  əşyalardan 

imtina  etmişdir.  Belə  olan  halda  qanunvericiliyin  tələblərinə  uyğun  olaraq,  icra 

məmuru  əşyaları  ona  qaytarmalı,  icra  sənədləri  isə  Tovuz  rayon  Məhkəməsinə 

qaytarılmalı  idi,  lakin  icra  məmurları  həmin  əşyaları  ona  qaytarmamış,  həm  də 

onun  əmək  haqqından  ümumulikdə  396  manat  pul  tutularaq  tələbkarlara 

vermişlər.  Ona  görə  də  birinci  instansiya  məhkəməsinə  iddia  ərizəsi  ilə  müraciət 

edərək  “İcra  Haqqında”  Azərbaycan  Respublikası  Qanununun  55-ci  maddəsinə 

əsasən,  16  may  2011-ci  il  tarixli,  2(62)-433  saylı  icra  sənədinin  Tovuz  rayon 

Məhkəməsinə qaytarılmasına, onun əmək haqqından tutulmuş 396 (üç yüz doxsan 

altı)  manat  pulun  ona  qaytarılmasına  dair  Tovuz  Rayon  İcra  Şöbəsinin  müvafiq 

qərar  qəbul  etməsi  tələbinə  dair  iddia  ərizəsi  ilə  Gəncə  İnzibati-İqtisadi 

Məhkəməsinə  müraciət  edərək  tələbinin  təmin  olunması  barədə  qərar  qəbul 

edilməsini məhkəmədən xahiş etmişdir. 

  İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. 

  Gəncə  İnzibati-İqtisadi  Məhkəməsinin  21  sentyabr  2015-ci  il  tarixli  2-1-

1050 saylı qəрарınдан наразы галан iddiaçı Alırzayev Əli Musa oğlu apellyasiya 

şikayəti verərək qərarın ləğv və iddianın təmin edilməsini xahiş edilmişdir.   

 

Apellyasiya şikayətinin dəlilləri: 

 

Apellyasiya  şikayəti  onunla  əsaslandırılmışdır  ki,  birinci  instansiya 



məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə 

pozularaq  qanunsuz  və  əsassız  qərar  qəbul  edilmişdir.  Apellyasiya  şikayətinin 

təmin edilməsi xahiş edilmişdir. 

 

Proses iştirakçılarının izahatları: 



 

            Apellyasiya  instansiya  məhkəməsinin  iclasında  Alırzayev  Əli  Musa  oğlu 

apellyasiya  şikayətini  müdafiə  edib  təmin  edilməsini,  iş  üzrə  birinci  instansiya 

məhkəməsinin  qəbul  etdiyi  qərarın  ləğv  və  iddia  tələbinin  təmin  edilməsi  barədə 

yeni qərar qəbul edilməsini xahiş etmişdir.  

           Apellyasiya  instansiyası  məhkəməsinin  iclasında  üçüncü  şəxs  Qasımov 

Məhəmməd  Hüseyn  oğlu  apellyasiya  şikayətini  qəbul  etməyərək  rədd  edilməsini 

və iş üzrə qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.  

  İşə  baxılmanın  vaxtı  və  yeri  barədə  lazımi  qaydada  xəbərdar  edilməsinə 

baxmayaraq  Tovuz  rayon  İcra  Bölməsinin  nümayəndəsi,  üçüncü  şəxs  Qasımova 

Günay  Məhəmməd  qızı  məhkəmə  kollegiyasının  iclasına  gəlməmişlər  və 

gəlməməsinin səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakları 

olmadan baxılmasını mümkün hesab etmişdir. 

 


 



Hüquqi məsələlər: 

 

             Apellyasiya  instansiyası  məhkəməsi  apellyasiya  şikayətinin  dəlillərini  işin 



materialları  üzrə  yoxlayıb,  iş  üzrə  toplanmış  sübutları  məcmuyu  qaydada  tədqiq 

edib qiymətləndirərək, işdə iştirak edən şəxslərin izahatlarına hüquqi qiymət verib 

hesab  edir  ki,  apellyasiya  şikayəti  təmin  edilməməli,  Gəncə  İnzibati-İqtisadi 

Məhkəməsinin  21  sentyabr  2015-ci  il  tarixli  2-1-1050  saylı  qərarı  dəyişdirilmədən 

saxlanılmalıdır. 

 Belə ki, işə əlavə edilmiş Tovuz Rayon  Məhkəməsinin 16 may 2011-ci il tarixli, 

2(62)-433/2011  saylı  qətnaməsindən  görünür  ki,  iddiaçılar  Qasımov  Məhəmməd 

Hüseyn  oğlunun  və  Qasımova  Günay  Məhəmməd  qızının  cavabdehlər  Alirzayev 

Samir  Əli  oğluna  və  Alirzayev  Əli  Musa  oğluna  qarşı  “əşya  tələbinə”  dair  ilkin 

iddiasının  qismən  təmin  edilməsi,  qiyməti  390  manat  göstərilən  13  qramlıq  qızıl 

bilərziyin,  qiyməti  400  manat  göstərilən  1  ədəd  20  kq-lıq  yundan  yataq  döşəyin, 

qiyməti  650  manat  göstərilən  3  ədəd  48  kq-lıq  yundan  yataq  döşəyin,  qiyməti  70 

manat  göstərilən  1  ədəd  7  kq-lıq  yundan  lepkalı  üz,  qiyməti  150  manat  göstərilən  4 

ədəd  18  kq-lıq  yundan  yorğanın,  qiyməti  300  manat  göstərilən  4  ədəd  balıncın, 

qiyməti  160  manat  göstərilən  2  ədəd  kıçik  balıncın,  qiyməti  65  manat  göstərilən  3 

ədəd  örtük  balıncın,  qiyməti  70  manat  göstərilən  1  ədəd  mütəkkənin,  qiyməti 

göstərilməyən  6  ədəd  döşəkcənin,  qiyməti  60  manat  göstərilən  1  ədəd  iki  üzlü  qalın 

odeyalın,  qiyməti  200  manat  göstərilən  bir  ədəd  qızılı  örtüyün,  qiyməti  25  manat 

göstərilən  1  ədəd  sadə  örtüyün,  qiyməti  40  manat  göstərilən  4  ədəd  sadə  odeyalın, 

qiyməti  60  manat  göstərilən  1  ədəd  yataq  postelinin,  qiyməti  40  manat  göstərilən  1 

ədəd  göy  üzlü  yataq  postelin,  cəmi  qiyməti  6  manat  göstərilən  2  ədəd  odeyalaltının, 

qiyməti 3 manat göstərilən 1 ədəd prostinanın, qiyməti 8 manat göstərilən 2 ədəd göy 

prostinanın,  qiyməti  3  manat  göstərilən  2  ədəd  göy  rəngli  balınc  üzünün,  qiyməti  40 

manat göstərilən 1 ədəd ağ  rəngdə süfrənin, qiyməti 8 manat göstərilən 1 ədəd rəngli 

süfrənin,  qiyməti  20  manat  göstərilən  1  ədəd  əl-üz  dəsmalının,  qiyməti  3  manat 

göstərilən  2  ədəd  mətbəx  dəsmalının,  qiyməti  26  manat  göstərilən  12  ədəd  stəkan 

dəsmalından  6  ədədi,  qiyməti  70  manat  göstərilən  10  metr  tül  pərdənin,  qiyməti  4 

manat göstərilən 1 ədəd ağ prostinanın, qiyməti 300 manat göstərilən 1 ədəd merinos 

yun  gəvənin,  qiyməti  60  manat  göstərilən  1  ədəd  kiçik  2  gəvənin,  qiyməti  15  manat 

göstərilən  1  ədəd  kilimin,  qiyməti  300  manat  göstərilən  1  ədəd  «Beko»  markalı 

televizorun, qiyməti 35 manat göstərilən bir ədəd gecə lampasının, qiyməti 70 manat 

göstərilən  1  ədəd  tozsoranın,  qiyməti  35  manat  göstərilən  «Geepas»  markalı  1  ədəd 

mikserin,  qiyməti  35  manat  göstərilən  1  ədəd  suvenir  fontanın,  qiyməti  350  manat 

göstərilən  1  ədəd  stolun,  qiyməti  190  manat  göstərilən  6  ədəd  stulun,  qiyməti  160 

manat göstərilən 1 ədəd krovatın, qiyməti 100 manat göstərilən 1 ədəd gümüşü rəngli 

televizor altının, qiyməti 700 manat göstərilən 6 predmetli servisin, qiyməti 60 manat 

göstərilən  qızılı  rəngli  qrafin  və  6  ədəd  kompot  stəkanların,  qiyməti  80  manat 

göstərilən  yaşıl  rəngli  qrafin  və  6  ədəd  kompot  stəkanların,  qiyməti  40  manat 

göstərilən meyvə qabının, qiyməti 40 manat göstərilən gül qabının, qiyməti 50 manat 

göstərilən  1  ədəd  lepkalı  gül  qabının,  qiyməti  60  manat  göstərilən  6  ədəd  xrustal 

stəkanın,  qiyməti  30  manat  göstərilən  6  ədəd  xrustal  rumkanın,  qiyməti  20  manat 

göstərilən  1  ədəd  göy  meyvə  qabının,  qiyməti  30  manat  göstərilən  1  ədəd  göy  rəngli 



 

tort  qabının,  qiyməti  10  manat  göstərilən  2  ədəd  şüşə  mürəbbə  qabının,  qiyməti  15 



manat  göstərilən  göy  rəngli  qoz  qabının,  qiyməti  20  manat  göstərilən  2  ədəd  xrustal 

qənd  qabının,  qiyməti  20  manat  göstərilən  2  ədəd  konfet  qabının,  qiyməti  20  manat 

göstərilən 2 ədəd konfet qabının, qiyməti 30 manat göstərilən 6 ədəd kasanın, qiyməti 

35 manat göstərilən 6+6 ədəd çaşka-nəlbəkinin, qiyməti 20 manat göstərilən ağ rəng 6 

ədəd  boşqabın,  qiyməti  25  manat  göstərilən  6  predmetli  qızılı  rəngli  çay  servisinin, 

qiyməti  8  manat  göstərilən  adi  şüşədən  6  ədəd  sok  stəkanın,  qiyməti  8  manat 

göstərilən adi şüşədən 6 ədəd rumkanın, qiyməti 15 manat göstərilən 6 ədəd göy rəngli 

ləpə  qabının,  qiyməti  10  manat  göstərilən  6  ədəd  göy  rəngli  rozetkanın,  qiyməti  10 

manat  göstərilən  1  ədəd  göy  rəngli  meyvə  qabının,  qiyməti  60  nanat  göstərilən 

bəygəlin  şəkli  əks  olunan  6  ədəd  rumkanın,  qiyməti  6  manat  göstərilən  stol  üstü 

klyonkanın,  qiyməti  13  manat  göstərilən  6  ədədlik  qaşıq  dəstinin,  qiyməti  15  manat 

göstərilən  6  ədədlik  qaşıq  dəstinin,  qiyməti  20  manat  göstərilən  kofe  üçün  1  ədəd 

krujka-nəlbəki dəstinin, qiyməti 170 manat göstərilən 4 ədəd «Tefal» qazan və 2 ədəd 

çaynikin, qiyməti 30 manat göstərilən 5 ədəd şirəli «Tefal» qazanın, qiyməti 5 manat 

göstərilən  l  ədəd  aluminium  vedrənin,  qiyməti  38  manat  göstərilən  2  ədəd  mavi  rəng 

şirəli  vedrənin,  qiyməti  30  manat  göstərilən  2  ədəd  şirəli  çaynikin,  qiyməti  18  manat 

göstərilən  2  ədəd  kauçuk  vannanın,  qiyməti  17  manat  göstərilən  1  ədəd  iri  həcmli 

aşsüzənin,  qiyməti  25  manat  göstərilən  1  ədəd  tunc  qazanın,  qiyməti  7  manat 

göstərilən  2  ədəd  qırmızı  rəngli  camın,  qiyməti  20  manat  göstərilən  l  ədəd  böyük 

ləyənin,  qiyməti  30  manat  göstərilən  1  ədəd  böyük  emallı  ləyənin,  qiyməti  28  manat 

göstərilən  2  ədəd  metal  kauçuk  qənd  qabının,  qiyməti  3  manat  göstərilən  1  ədəd 

böyük  ələyin,  qiyməti  6  manat  göstərilən  gül  dəstinin,  qiyməti  4  manat  göstərilən 

kuklanın,  qiyməti  45  manat  göstərilən  2  ədəd  xrustal  qoz  qabının,  qiyməti  25  manat 

göstərilən şəkilin, qiyməti 12 manat göstərilən 2 ədəd göy rəngli podnosun, qiyməti 14 

manat göstərilən şüşə podnosun, qiyməti 25 manat göstərilən yaşıl çırağın, qiyməti 25 

manat  göstərilən  1  ədəd  güzgünün,  qiyməti  45  manat  göstərilən  dekorativ  palmanın, 

qiyməti  230  manat  göstərilən  1  ədəd  dəri  plaşın,  qiyməti  120  manat  göstərilən  qara 

rəngli  qadın  kostyumun,  qiyməti  50  manat  göstərilən  1  cüt  qadın  ayaqqabısının, 

qiyməti 80 manat göstərilən ağ-qara rəngli donun, qiyməti 80 manat göstərilən 1 dəst 

qadın  kostyumun,  qiyməti  3  45  manat  göstərilən  3  ədəd  vodolazkanın,  qiyməti  10 

manat  göstərilən  nişan  şərfinin,  qiyməti  11  manat  göstərilən  qırmızı  rəngli  şərfin, 

qiyməti 7 manat göstərilən mavi rəngli şərfin, qiyməti 4 manat göstərilən qalın şərfin, 

qiyməti  30  manat  göstərilən  1  ədəd  şalvarın,  qiyməti  15  manat  göstərilən  yasəmən 

rəngli  gecə  köynəyin,  qiyməti  45  manat  göstərilən  2  dəst  mavi  rəngli  gecəköynəyin, 

qiyməti  20  manat  göstərilən  1  dəst  qırmızı  rəngli  gecəköynəyi,  qiyməti  90  manat 

göstərilən  3  ədəd  yubkanın  3  ədədi,  qiyməti  50  manat  göstərilən  2  ədəd  qara  rəngli 

koftanın, qiyməti 20 manat göstərilən 2 ədəd ağ və qırmızı rəngli koftanın, qiyməti 23 

manat  göstərilən  1  ədəd  əl  çantasının,  qiyməti  25  manat  göstərilən  alçaq  dabanlı 

qadın ayaqqabısının, qiyməti 50 manat göstərilən 1 cüt qadın uzunboğaz çəkməsinin, 

qiyməti  40  manat  göstərilən  l  cüt  qadın  sabosunun,  qiyməti  20  manat  göstərilən  1 

ədəd  sumkanın,  qiyməti  40  manat  göstərilən  2  ədəd  pejama  dəstinin,  qiyməti  85 

manat  göstərilən  «İltifat»  markalı  çörək  bişirənin,  qiyməti  62  manat  göstərilən  12 

predmetli  qaşıq  dəstinin,  qiyməti  20  manat  göstərilən  göy  rəngli  meyvə  qabının  və 

qiyməti  17  manat  göstərilən  3  mərtəbəli  boşqab  olan  əşyaların,  yaxud  onların 



 

dəyərinin  Alırzayev  Samir  Əli  oğlu  və  Alırzayev  Əli  Musa  oğlundan  alınaraq 



Qasımov  Məhəmməd  Hüseyn  oğluna  və  Qasımova  Günay  Məhəmməd  qızına 

verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Alırzayev Samir Əli oğlu və 

Alırzayev  Əli  Musa  oğlundan  Qasımov  Məhəmməd  Hüseyn  oğluna  və  Qasımova 

Günay  Məhəmməd  qızına  qızına  qarşı  irəli  sürdüyü  1200  (bir  min  iki  yüz)  manat 

məbləğində pulun tələbi barədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. 

     İşdə  olan  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki  Kollegiyasının 

16  dekabr  2011-ci  il  tarixli,  2(102)-3900/2011  saylı  qərarından  görünür  ki,  iddiaçılar 

Qasımov Məhəmməd Hüseyn oğlu və Qasımova Günay Məhəmməd qızının kassasiya 

şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-752/2011 

nömrəli iş üzrə 02 avqust 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 

    İşdə  olan  05.06.2014-cü  il  tarixli  aktın  sürətindən  görünür  ki,  Tovuz  rayon 

Məhkəməsinin  16.05.2011-ci  il  tarixli  2(62)433  nömrəli  icra  vərəqəsinə  əsasən 

Alırzayev  Samir  Əli  oğlundan  və  Alrzayev  Musa  Əli  oğlundan  Qasımova  Günay 

Məhəmməd qızına məxsus cehiz əşyaları və ya dəyəri alınıb verilməsi qət  edilmiş, 08 

iyul  2011-ci  il  tarixdə  icra  sənədinin  icrası  ilə  əlaqədar  icra  tədbirləri  həyata  keçrilib 

cehiz  əşyaları  alınıb  tələbkara  qaytarılmışdır.  Lakin  qətnamə  üzrə  göstərilən 

əşyalardan  səkkiz  adda    əşyanın  tələbkarın  etibarnamə  əsasında  nümayəndəsi 

Qasımov  Məhəmməd  Hüseyn  oğlu  tərəfindən  qəbul  edilməmişdir.  Bu  günkü  tarixdə 

cavabdeh  Alrzayev  Əli  Musa  oğlu  bölməyə  dəvət  olunuş  və  qətnamədə  qeyd  olunan 

səkkiz adda əşya tələb edilmişdir. O, qətnamədə adı çəkilən əşyaları bölməyə təqdim 

etmiş lakin tələbkarın nümayəndəsi ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdən 

qətnamədə  yazılanları  üzləşdirmək  məqsədilə  həmin  əşyalara  təzədən  baxış 

keçirilmişdir.  Qətnamədə  dəqiq  adı  çəkilən  əşyalar  qətnamə  ilə  uyğun  gəlimiş  və 

tələbkar  yenidən  həmin  əşyaların  ona  məxsus  olmadığını  bildirmiş    və  bu  səbəbdən 

icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. 

İşdə  olan  Tovuz  rayon  İcra  Bölməsi  tərəfindən  Tovuz  rayon  Təhsil 

şöbəsinə  ünvanlanmış  01  may  2015-ci  il  tarixli  2072/15  nömrəli  məktubdan 

görünür  ki,  icra  sənədi  üzrə  cavabdeh  Alırzayev  Əli  Musa  oğlunun  təqaüdündən 

50 %-dən çox olmayaraq  cəni 653(altı yüz əlli üç) manat pul tutularaq Qasımova 

Günay Məhəmməd qızının xeyrinə ödənilməsi xahiş olunmuşdur. 

Apellyasiya instansiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət 

verib  belə  nəticəyə  gəlir  ki,  birinci  instansiya  məhkəməsi  iş  üzrə  müəyyən  edilmiş 

faktlardan  tərəflərin  qarşılıqlı  münasibətləri  üzrə  düzgün  nəticəyə  gəlmiş,  iddianı 

təmin  etməkdə  haqlı  olmuşdur.  Belə  ki,  iş  materiallarından  və  işin  araşdırılmış 

hallarından  görünür  ki,  Tovuz  Rayon  Məhkəməsinin  16  may  2011-ci  il  tarixli, 

2(62)-433/2011  saylı  qətnaməsindən  görünür  ki,  iddiaçılar  Qasımov  Məhəmməd 

Hüseyn  oğlunun  və  Qasımova  Günay  Məhəmməd  qızının  cavabdehlər  Alirzayev 

Samir  Əli  oğluna  və  Alirzayev  Əli  Musa  oğluna  qarşı  “əşya  tələbinə”  dair  ilkin 

iddiasının  qismən  təmin  edilməsi,  Alırzayev  Samir  Əli  oğlundan  və  Alırzayev  Əli 

Musa  oğlundan  qətnamədə  sadalanan  əmlakların  və  ya  onların  dəyərinin 

iddiaçılara verilməsi qət edilmişdir. Həmin qətnamə öz qanuni qüvvəsini almış və 

icraya yönəlmişdir. 

Tovuz  Rayon  İcra  şöbəsinin  İcra  məmurları  qətnaməni  icra  edərkən 

cavabdehlərin  təqdim  etdikləri  əmlaklar  iddiaçıya  məxsus  olmaması  məlum 



 

olmuşdur  ki,  nəticədə  iddiaçılar  həmin  əşyaları qəbul etməkdən imtina etmişlər. 



Bu barədə  05.06.2014-cü il tarixli akt tərtib etmişlər.  

Qətnamənin  icrasının  çətinlik  törətdiyindən  sonrakı  prosessual  hərəkətləri 

edərək  əmlakların  dəyərini  Əli  Alırzayevdən  tutulması  qənaətinə  gəlmişlər  və 

borcu onun aylıq gəlirinə yönəltmişlər.    

Əli  Alırzayev  birinci  instansiya  məhkəməsinə  iddia  ərizəsi  ilə  müraciət 

edərək  göstərmişdir  ki,  tələbkar  əşyaları  qəbul  etməkdən  imtina  etdikdə  həmin 

əşyalar borcluya qaytarılmalıdır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  iddia 

tələbini rədd edilməsi barədə qəbul etdiyi qərar qanuni və əsaslıdır. 

“İcra Haqqında” Azərbaycan Respubliksı Qanununun 8.1-ci icra sənədinin 

icraya  yönəldilməsi  bilavasitə  müvafiq  qərarı  çıxarmış  məhkəmənin  və  ya  digər 

orqanın vəzifəsidir. 

Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı 

vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 

Həmin  qərarda  icra  məmuru  icra  sənədində  göstərilmiş  tələblərin  borclu 

tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən 

edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu 

barədə  borcluya  bildiriş  verir.  Bildirişdə  həmin  müddət  başa  çatdıqdan  sonra 

göstərilən  tələblərin  məcburi  qaydada  icra  ediləcəyi  və  bu  Qanunla  nəzərdə 

tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin 

ondan tutulacağı göstərilir. 

 Həmin  qanun  43.1.2-ci  maddəsinə  əsasən  tələbin  borclunun  əmək 

haqqına,  pensiyasına,  təqaüdünə  və  sair  gəlirlərinə  yönəldilməsi  məcburi  icra 

tədbiridir. 

Həmin  qanunun  44.1-ci  maddəsinə  əsasən    məcburi  icra  tədbirlərinin 

tətbiqinin  əsasları  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  tərtib  olunmuş  icra 

sənədinin  icra  məmuruna  təqdim  olunması,  icra  məmuru  tərəfindən  icraata 

başlamaq  haqqında  qərarın  qəbul  edilməsi  və  könüllü  icra  üçün  icra  məmuru 

tərəfindən borcluya verilmiş müddətin keçməsi hesab edilir. 

 Məhkəmə  kollegiyası  hesab  edir  ki,  “İcra  Haqqında”  Azərbaycan 

Respublikası  Qanunun  55-ci  maddəsinin  hazırki  mübahisəyə  tətbiqi  o  halda 

mümkün  ola  bilərdi  ki,  qətnamədə  yalnız  müəyyən  konkret  əşyaların  alınıb 

tələbkara  qaytarılması  müəyyən  olunsun.  Ancaq,  icra  olunan  qətnamədə  həmin 

əşyaların mövcüd olmadığı təqdirdə onların dəyərinin alınıb tələbkara verilməsi də 

göstərilmişdir.  Ona  görə  də  İcra  məmurları  əşyaların  mövcüd  olmadığı  təqdirdə 

onların  dəyərini  borcludan,  hazırki  halda  Əli  Alırzayevdən  tutmaqda  haqlı 

olmuşdur.  

 Borcun  Əli  Alırzayevin  aylıq  gəlirinə  yönəldilməsi  isə  yuxarıda  adıçəkilən 

qanunda öz əksini tapmışdır.               

            Apellyasiya  şikayətinin  dəlili  iddianın  dəlili  ilə  eynilik  təşkil  edir  və 

kollegiyanın  yuxarıda  qeyd  olunan  hüquqi  mövqeyonə  görə  iddia  tələbi  əsassız 

olduğundan,  apellyasiya  şikayətində  isə  yeni  sübutlar  təqdim  edilmədiyindən 

təmin edilməsi üçün qanuni əsaslar yoxdur. 

 


 

 



 Azərbaycan 

Respublikası 

İnzibati-Prosessual 

Məcəlləsinin 

32.1-ci 

maddəsinə  əsasən  mübahisələndirmə  haqqında  iddia  vasitəsi  ilə  iddiaçı  inzibati 

aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 

    Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən 

tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 

Həmin  Məcəllənin  70.1-ci  maddəsinə  əsasən  inzibati  aktın  qanuna  zidd 

olduğu  və  bunun  nəticəsində  iddiaçının  hüquqlarını  pozduğu  hallarda,  məhkəmə 

həmin  inzibati  aktın  (şikayət  instansiyasına  inzibati  şikayət  verildiyi  hallarda  isə, 

habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul 

edir.  İnzibati  akt  qəbul  edilərkən  inzibati  icraatın  inzibati  orqanın  qərarına  təsir 

edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 

Beləliklə,  məhkəmə  kollegiyası  yuxarıda  şərh  olunanları  nəzərə  alıb  hesab 

edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iş üçün əhəmiyyət kəsb 

edən  halları  araşdırmış  və  maddi  və  prosessual  hüquq  normaları  düzgün  tətbiq 

etməklə  qərar  qəbul  etmişdir.  Apellyasiya  şikayətinin  dəlilləri  iş  materialları  ilə 

təkzib olunduğuna görə təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin 

qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. 

  Azərbaycan Respublikası İPM-in  32, 58, 70, 89-cu maddələri  rəhbər tutub 

məhkəmə kollegiyası 

 

Qərara aldı: 

           

            Apellyasiya şikayəti təmin edilməsin.            

            İş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli 

2-1-1050 saylı qərarı dəyişdirilmədən saxlanılsın. 

            Qərar  tam  formada  təqdim  olunduğu  gündən  1  ay  müddətində  Gəncə 

Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinə 

kassasiya şikayəti verilə bilər.  

                      Qərar  tam  formada  təqdim  edildiyi  gündən  1  ay  müddətində    kassasiya 

şikayəti verilməzsə qanuni qüvvəyə minir.  

           

             Sədrlik edən:imza var   

 

               

 

 

                 Hakimlər:imza var 

                   Düzdür: 

                    Hakim:                                                       Əsədulla Rüstəmov                                                     

 

                                                                                                              

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

      

  

                    



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə