MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə56/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   52   53   54   55   56   57   58   59   ...   68
frazeoloji

q
əlbi bu hisslərlə dolu olur, 
ayağı yerdən üzülənlərdən çoxunun. 
B
əs azı necə? 
T
əbidir bu sual. 
Susan da müxt
əlif olur 
ağac kimi. 
... 
Arlısı, arsızı var 


          
 
 
132 
ağrın alım 
qanadlarına dönüm, 
Aer – indi 
Şığı, get!» (96, III, 346). 
 
Şeir  mətnində  sözün  yerini  dəyişməyin  mümkünsüzlüyü 
poeziya dilinin, ümumiyy
ətlə, hər bir bədii kontekstin, əsl sənət 
əsərinin özünəməxsus keyfiyyətidir. Şeirdə yerində olmayan söz 
fikir  v
ə  poetik ahəngdarlığın  vəhdətinə  xələl  gətirir  və  şeirdəki 
s
əs  və  məna  nizamını  pozur.  Bu  əlamət  şairin  poetik  təfək-
küründ
əki qüsurları ortaya qoyur. Çünki şeirdəki üslub və ifadə 
h
ərcmərcliyi,  qarışıqlıq  hər  şeydən  əvvəl  müəllif  fikrinin 
dolaşıqlığının,  bədii  mətləbin  dumanlılığının  əlamətidir.  Poetik 
m
əntiqin  aşağı  səviyyəsi  şeirdə  ideya-estetik  amilləri 
solğunlaşdırır ki, bu cür ciddi qüsurun birbaşa nəticəsi olaraq söz 
kasad
lığı  meydana  çıxır.  Söz  kasadlığı  fikir  məhdudluğuna  yol 
açır, söz sənətkarını yaradıcılıq vüsətindən məhrum edir. Əksinə, 
k
əsərli  söz  meydanı  bədii-estetik  təfəkkür  genişliyindən 
qidalanır.  Bu  baxımdan  frazeoloji  novatorluq  cəhdi  özlüyündə 
sözün cövh
ərini üzə çıxarıb fikri aydıqlıq və bədii tamlığın sinte-
zin
ə  istiqamət  alır,  sabit  birləşmələr  üzərində  aparılan  ak-
tuallaşdırmaya şair tərəfindən şüurlu nəzarəti zəruləşdirir. Çünki 
frazeoloji novatorluq v
ə onun işləkliyi şeir dilinin folklor kökünə 
bağlılığıdır. Gündəlik ünsiyyətdə, canlı danışıqda fəal olan ifadə 
t
ərzi və deyim qəlibləri kimi sənətkar tərəfindən icad edilmiş fra-
zeoloji birl
əşmələr ənənəvi frazeologizmlərin ladlarında köklənir. 
Frazeoloji  t
ərkibin  adi  bir  «qəlpəsi»  belə  əsl  sənətkar 
q
ələmində  poetik  fikir  predmetinə  şair  münasibətini  xüsusi 
r
əngdə  aşkara  çıxarır.  Orijinal  istedad  sahibi  Nüsrət 
K
əsəmənlinin «Çanaqlı bağa» şeirində bu cəhəti aydınca görmək 
mümkündür: 
 
Bir sin
ə altında bir fəhlə ürək 
B
əzən od qəzəbi oyuda bilmir. 


          
 
 
133 
İnsan «çanağından» çıxmasın gərək 
Sonra b
əyənsə də, qaydı bilmir (78, 47). 
 
Frazeoloji  birl
əşmələr  yeni  qiyafədə  şeir  dilinə  xüsusi 
naxışlar  əlavə  etdi,  təkrarlunmaz  emosional  rənglərlə  onu 
z
ənginləşdirdi. Şeirin hiss-həyəcan, emosiya tutumu, lirik ovqat 
öz 
miqyasını genişləndirdi. Aktuallaşdırma üsulu bədii qayənin 
şeriyyətinə  nail  olmağın  təzahürü  kimi,  poetikləşdirmə  vasitəsi 
kimi  özünü 
doğruldan,  estetik  zövqü  təmin  edən  ən  münasib 
b
ədii  üsul  vasitəsinə  çevrildi.  Başqa  sözlərlə  desək,  bütün 
s
əviyyələrdə  aktuallaşdırılma  ilk  növbədə  ona  görə  özünü 
doğrultdu  ki,  bu  üslubi  əməliyyat  standartlaşmış,  qəlibləşmiq 
köhn
ə  ifadə  strukturlarının  yeniləşməsi  ilə  bədii  məzmuna  da 
t
əzə məna çalarları əlavə etdi, ən əsası da mətnə xalq ruhunu və 
psi
xologiyasını həkk etməklə poetik ləyaqət səviyyəsinə qalxdı. 
Aşkar hiss olundu ki, folklor yaradıcılığı motivlərinin sönük, 
qeyri-b
ədii  şəkildə  təkrarlanmaq  vərdişləri  1960-1980-ci  illər 
ədəbi  təcrübəsində  seyrəkləşir,  bütün  hallarda  əsl  yaradıcılıq 
s
əciyyəsinə  qayıdış  güclənirdi.  Xüsusilə  60-cı  illər  ədəbi  nəsli 
yeni  söz  dem
əyə  meylləri  ilə  yaxşı  təsir  bağışlayırdılar.  Onlar 
özl
əri ilə şeirə, onun dilinə yeni ruh, yeni hava gətirir, idiomatik 
ifad
ələrin aktuallaşdırma axtarışlarını daha sürətlə qavrayırdılar. 
Bu, 
özünü 
frazeoloji 
novatorluqla 
ç
əkilən  mənzərənin 
miqyasında aşkarlayırdı. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin