Media bəLƏDÇİSİ AÇiliş MƏrasiMİ



Yüklə 1.94 Mb.
Pdf просмотр
səhifə1/4
tarix19.07.2017
ölçüsü1.94 Mb.
  1   2   3   4

MEDİA BƏLƏDÇİSİ

AÇILIŞ MƏRASİMİ

12 may 2017-ci il

Bakı Olimpiya Stadionu



2017-ci il mayın 12-də Bakı vaxtı ilə saat 22:00-a qədər məlumatın açıqlanması qadağandır.

01

Bilik



Giriş

 

Salamlama nitqi 



2

Azərbaycana qısa nəzər 

6

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları 



Mərasimin ümumi təsviri 

Əsas məqamlar 

8

Hər bir səhnənin təsviri 



Açılış mərasimi 

12

Bizə dəstək göstərənlər



 

Çıxış edən əsas incəsənət xadimləri 

61

“Bakı 2017”-nin icraçı rəhbər işçiləri 



62

Mərasimlərin heyəti 

63 

Tərəfdaşlar və dəstək verənlər 



66

Bu media bələdçisində əks olunmuş 

məlumat 2017-ci il mayın 12-də Bakı 

vaxtı ilə saat 22:00-a qədər açıqlana 

bilməz.

Mərasim zamanı bəzi məsələlər var ki,  

biz onları auditoriya qarşısında açıqlanana 

qədər məxfi saxlamağa üstünlük veririk  

və buna görə, lütfən sürprizi əvvəlcədən 

açıqlamayın!



2017-ci il mayın 12-də Bakı vaxtı ilə saat 22:00-a qədər məlumatın açıqlanması qadağandır.

03

02



Şahzadə Abdullah 

Bin Mosaad Bin Əbdüləziz



İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti

Dünyanın hər yerindən təşrif buyurmuş dostlarımıza IV İslam 

Həmrəyliyi Oyunları münasibətilə Bakıya “Xoş gəlmisiniz” deyirəm.

İslam Həmrəyliyi İdman Federasiyası İslam aləmində anlaşmanın  

və birliyin gücləndirilməsində idmanın qüdrətindən istifadə etməkdə 

israrlıdır.

İştirakçıları və tamaşaçıları əməkdaşlıq, birlik mühitində bir araya 

gətirən idman uzunmüddətli dostluq əlaqələrinin təməlini təmin edir. 

“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarında dörd qitədən bu yarışlara 

qatılan idmançılar bütün dinləri və millətləri təmsil edən tamaşaçıları 

ilhamlandıraraq, sülh və hörmət ruhunda bir araya gələcəklər.

Mən ev sahibliyi edən gözəl ölkənin – Azərbaycanın xalqına və “Bakı 

2017”-nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım 

Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan 

idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində  

ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu 

Oyunlar “Bakı 2017”-nin təşkilatçılarının və könüllülərinin yorulmaz 

fəaliyyətinin və sadiqliyinin göstəricisidir, idmançılarımıza ustalıqlarını 

nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılacaq.

Bu möhtəşəm Olimpiya Stadionunda “Bakı 2017”-nin pərdəsini açaraq 

böyük məmnuniyyətlə Sizə qoşuluram. On günlük çox maraqlı idman 

mübarizəsi yoluna qədəm qoyan atletlərimizə böyük müvəffəqiyyətlər 

arzulamaq istəyirəm.

“Bakı 2017” İslam 

Həmrəyliyi 

Oyunlarında  

dörd qitədən bu 

yarışlara qatılan 

idmançılar  

bütün dinləri və 

millətləri təmsil 

edən tamaşaçıları 

ilhamlandıraraq, 

sülh və hörmət 

ruhunda bir araya 

gələcəklər.

Azad Rəhimov



Azərbaycan Respublikasının gənclər və idman naziri 

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin

baş icraçı direktoru 

Bu axşam Azərbaycan şərəf hissi, idmanın qüdrəti ilə son beş il ərzində 

dəyişmiş gözəl şəhərimiz Bakıda İslam aləmindən təşrif buyurmuş 

atletləri və tamaşaçıları alqışlayır.

Bu axşam keçirilən mərasim unudulmaz birlik və həmrəylik bayramı 

olacaq. Çünki Azərbaycan beynəlxalq mübadilə və əsas idman 

tədbirlərinin mərkəzi, o cümlədən bu yay Azərbaycan Qran-Pri 

yarışmasının və 2020-ci ildə UEFA-nın Avropa Futbol Çempionatının 

matçlarının keçiriləcəyi məkan kimi nüfuzunu daha da artıraraq,  

öz irsinə hörmətini ifadə edir.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları 20 aydan artıq müddət ərzində 

təfərrüatlı planlaşdırma və hazırlığın zirvə nöqtəsidir və biz minlərlə 

atleti olduqca müasir 16 idman məkanında qarşılamağa hazırıq.

Qarşıdan gələn 10 gün ərzində Siz gimnastika və güləş kimi populyar 

Olimpiya idman növlərindən tutmuş, uşu və Azərbaycan zorxanası, 

proqrama tam daxil edilmiş paratletika və paracüdo yarışlarına qədər 

idmanın 20 müxtəlif növü üzrə yarışları seyr edəcəksiniz.

Gələcəyin atletlərini məhz mükəmməlliyə və həmrəyliyə bu kimi sadiqlik 

ilhamlandıracaq. Mən dostluq yarışı və ədalətli idman kimi dəyərlərin  

 “Bakı 2017”-də həyata keçməsini səmimiyyətlə arzulayıram.



“Bakı 2017” İslam 

Həmrəyliyi 

Oyunları 20 

aydan artıq 

müddət ərzində 

təfərrüatlı 

planlaşdırma və 

hazırlığın zirvə 

nöqtəsidir və biz 

minlərlə atleti 

olduqca müasir  

16 idman 

məkanında 

qarşılamağa 

hazırıq.

2017-ci il mayın 12-də Bakı vaxtı ilə saat 22:00-a qədər məlumatın açıqlanması qadağandır.

05

04



Katrin Uqvu

Mərasimlər direktoru və icraçı prodüser

Bakıda İslam Həmrəyliyi Oyunları dünya tarixinin mühüm məqamında 

keçirilir. Bu, müəyyənlik və razılığın olmadığı, fərqlərimizin bizi 

birləşdirmək deyil, böldüyü bir vaxta təsadüf edir. Bu axşamkı 

mərasimimiz dövlətlər və xalqlar kimi bizi bir araya gətirən meyarlara 

diqqətin yönəldilməsinə xidmət edir.

Bəşəriyyətə söyləyəcəyimiz sülh hekayətinin Azərbaycanın 

mədəniyyətində və adət-ənənələrində dərin kökləri var. İslam 

sivilizasiyasının vaxtı ilə verdiyi böyük töhfələr bu gün gördüyümüz  

və etdiyimiz hər bir istiqamətdə hiss olunur. Bu, ümumi sabahımız  

üçün nikbinliklə dolu həmrəylik və ümid müjdəsidir.

Dünyanın müxtəlif yerlərindən gələn minlərlə insan bu mərasimi  

reallığa çevirmək üçün uzun aylar çalışmışlar. Mən onların hamısına 

göstərdikləri yaradıcı, işə vurğunluq və sadiqlik keyfiyyətlərinə görə 

təşəkkürümü bildirmək istəyirəm.

Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan 

Respublikasının Birinci vitse-prezidenti, “Bakı 2017” İslam Həmrəyliyi 

Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya, gənclər 

və idman naziri Azad Rəhimova ən səmimi minnətdarlığımı ifadə edirəm. 

Onların etimadı və dəstəyi olmadan bu işlərin heç biri mümkün olmazdı.

Nəhayət, Azərbaycan xalqına ən dərin minnətdarlığımı bildirirəm. Bu 

ölkə həqiqətən insan ruhunu ən yaxşı təcəssüm etdirən parlaq ulduzlar 

ölkəsidir. Ümid edirəm ki, bu axşam biz Sizin hamınızı fərəhləndirəcəyik.

Bəşəriyyətə 

söyləyəcəyimiz 

sülh hekayətinin 

Azərbaycanın 

mədəniyyətində 

və adət-

ənənələrində 

dərin kökləri  

var. İslam 

sivilizasiyasının 

vaxtı ilə verdiyi 

böyük töhfələr bu 

gün gördüyümüz 

və etdiyimiz hər 

bir istiqamətdə 

hiss olunur.

Neytan M. Rayt



Bədii rəhbər

Bu axşam “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının “Bilik” adlanan 

açılış mərasimində Sizləri görməkdən fərəh hissi duyuram.

Mərasimimizin mərkəzində bakılı kiçik qız – Mina durur. Onun dostu 

çərpələngin köməyi ilə biz Mina ilə dünyanı kəşf etmək səyahətinə 

çıxırıq. O, yol boyu özünəməxsusluğu və irsi, inancları və arzuları  

ilə tanış olur. Sonda isə onun gələcəyə ümidi bütöv və genişdir. Onun 

sevinci ilham mənbəyidir. Minanın həkayəti insanların qüdrətinin, 

birliyinin mücəssəməsidir. Onun arzusu sülh və harmoniyada daha  

yaxşı dünyanın olmasıdır.

Bu mərasimi yaratmaq, gözəl Bakı şəhərində yaşamaq və işləmək, 

Azərbaycanın zəngin mədəniyyətini, eləcə də İslam sivilizasiyasının 

möhtəşəm nailiyyətlərini öyrənmək mənim üçün böyük şərəf oldu.

Mən öz istedadı və yorulmaz fəaliyyəti sayəsində həyakətimi reallığa 

çevirən minlərlə iştirakçılara və mərasimlər heyətinə təşəkkürümü 

bildirmək istərdim. Sizin hər birinizlə işləməkdən məmnun oldum.

Artıq bir ildən çoxdur ki, mən Azərbaycan xalqının xeyirxahlığını və 

səmimiyyətini hiss edirəm, onun bu keyfiyyətləri məni ilhamlandırır. 

Ümidvaram ki, mən gözəl ölkənizin ruhunu əks etdirməyi bacardım.  

Bu axşam keçirilən mərasim Sizindir, ondan həzz alın.



Mərasimimizin 

mərkəzində bakılı 

kiçik qız – Mina 

durur. Minanın 

həkayəti 

insanların 

qüdrətinin, 

birliyinin 

mücəssəməsidir. 

Onun arzusu sülh 

və harmoniyada 

daha yaxşı 

dünyanın 

olmasıdır.

2017-ci il mayın 12-də Bakı vaxtı ilə saat 22:00-a qədər məlumatın açıqlanması qadağandır.

07

06



Azərbaycana qısa nəzər

Cənubi Qafqaz bölgəsinin ən böyük ölkəsi – 

Azərbaycan Qərbi Asiya ilə Şərqi Avropanın 

kəsişməsində yerləşir. Azərbaycanın şərq 

sahilləri dünyanın ən böyük, açıq dənizə çıxışı 

olmayan su hövzəsinə - Xəzər dənizinə qovuşur.

Zəngin təbii sərvətləri, çoxəsrlik mədəniyyəti 

və dərin kökləri olan qonaqpərvərlik diyarı – 

Azərbaycan bölgədə hər zaman mühüm rol 

oynamışdır. O, qədim tarixi imperiyaların maraq 

göstərdiyi mühüm məkan olub. Bununla belə, 

1991-ci ildə müstəqilliyini bərpa edən bu ölkə, 

həmçinin gənclər ölkəsidir, çünki əhalisinin 

40%-nin yaşı 25-dən aşağı olan insanlardır.

Azərbaycan 2000-2010-cu illərdə dünyada 

ikinci ən yüksək ÜDM artımına nail olmuş 

surətlə inkişaf edən iqtisadiyyata malikdir. Bu 

inkişaf əsasən təbii sərvətlərlə, yüksələn kənd 

təsərrüfatı və turizm sənayesi ilə şərtlənir.

Azərbaycanda 11 iqlim tipindən 9-u mövcuddur. 

Onlar yarımsəhra tipindən tutmuş dağ tundra 

iqlim tipinə qədərdir. Ən yüksək göstəricilərə 

gəldikdə, temperatur Selsi ilə müsbət 46 

dərəcədən mənfi 33 dərəcəyə qədər dəyişir.

Mətbəx xalqın tarixində, ənənələrində və 

dəyərlərində dərin köklər salmışdır. Ləziz 

xörəklərdən və kabablardan başqa, ən geniş 

yayılmış yeməklərdən biri də düyü aşıdır. 

Birliyin rəmzi olan nardan, həmçinin mətbəxdə 

istifadə olunur.

Çoxmədəniyyətli şəhər olan Bakı yarım-səhra 

torpaqlarla əhatə olunaraq, Xəzər dənizinin 

sahilində yerləşir. UNESCO-nun Dünya İrsi 

Siyahısına daxil edilmiş İçərişəhər fonunda 

hündürlüyü ilə seçilən yeni göydələnlərlə 

yanaşı, maşınla bir neçə saata şəhərdən kənara 

çıxsanız, uca Qafqaz dağlarının qoynunda 

yerləşən qədim kəndləri seyr edə bilərsiniz.



AZƏRBAYCANDA YAXIN VAXTLARDA 

KEÇİRİLMİŞ VƏ QARŞIDAN GƏLƏN  

BÖYÜK TƏDBİRLƏR 

2015-ci ildə ilk Avropa Oyunları və Dünya 



Şahmat Kuboku Bakıda keçirilmişdir. Növbəti 

ildə, Azərbaycan Dünya Şahmat Olimpiyadası, 



Arena Polo üzrə Dünya Kuboku, UEFA-nın  

17 yaşadək futbolçular arasında Avropa 

çempionatı və AGF-nin təşkilatçılığı ilə 

bədii gimnastika üzrə Dünya Kubokunun 

final mərhələsinə ev sahibliyi etmişdir. 

2017-ci ilin yayında, Azərbaycan Qran Pri 

turniri çərçivəsində artıq ikinci dəfə Bakının 

küçələrində “Formula 1”-in maşınları 

yarışacaqdır. Bu il ərzində şəhərdə həmçinin 

Qadınlar arasında Avropa Voleybol 



Çempionatı keçiriləcəkdir. 2020-ci ildə isə 

Azərbaycan Avropa Karate Çempionatına,  

o cümlədən Bakı Olimpiya Stadionunda  

UEFA-nın Avropa Çempionatının dörddəbir 

final oyunlarına və üç qrup qarşılaşmasına  

ev sahibliyi edəcək.

“Bakı 2017” İslam Həmrəyliyi Oyunları

2013-cü ilin iyulunda Bakı İslam dünyasını 

birləşdirən idmanın çox növü üzrə möhtəşəm 

tədbir – dördüncü İslam Həmrəyliyi Oyunlarını 

qəbul edəcək şəhər elan olunmuşdur.

50-dən artıq İslam ölkəsinin atleti idmanın 20 

müxtəlif növü üzrə 10 gündən artıq müddətdə 

yarışlarda öz dövlətlərini təmsil etmək üçün 

2017-ci il mayın 12-dən 22-dək bir araya 

gələcəklər. Yarışlar Bakının ən müasir 16 idman 

meydançasında 24 növ üzrə keçiriləcəkdir 

(atletika və paratletika, su idmanında suya 

tullanma, üzgüçülük, su polosu, basketbol  

3x3, boks, futbol, idman gimnastikası, bədii 

gimnastika, həndbol, cüdo və para cüdo, karate, 

atıcılıq, stolüstü tennis, taekvondo, tennis, 

voleybol, ağır atletika, yunan-roma, sərbəst  

və qadın güləşi, uşu və zorxana).

Azərbaycan Respublikasının Birinci vitse-

prezidenti Mehriban xanım Əliyevanın  

rəhbər olduğu Təşkilat Komitəsi Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyevin 

Sərəncamı ilə yaradılmışdır. 

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının 

Əməliyyat Komitəsi (AISGOC) İslam Həmrəyliyi 

İdman Federasiyası (ISSF) ilə əməkdaşlıq 

çərçivəsində bu oyunları təşkil edəcək və 

keçirəcək.

Bu yaxınlarda “Bakı 2015” Avropa Oyunlarını 

qəbul etmiş Azərbaycan hər zaman idmana 

vurğunluğu ilə seçilib. “Bakı 2017”-ə yatırdığı 

sərmayə isə 2017-ci ildə “Formula 1” Azərbaycan 

Qran Pri turniri və UEFA-nın “Avro 2020” futbol 

matçları kimi tədbirlərə gələcəkdə ev sahibliyi 

edəcək ölkəyə yeni dividentlər gətirəcək.



10

 

yarış günü



16

 

yarış yeri



20

 

idman tədbiri



24

 

idman növü



50-dən artıq

 

komanda



269

 

medal dəsti



1585

 

medal



2800

 

dörd qitədən gəlmiş 2800 idmançı



2017-ci il mayın 12-də Bakı vaxtı ilə saat 22:00-a qədər məlumatın açıqlanması qadağandır.

09

08



Mərasimin ümumi təsviri:  

əsas məqamlar





   Dördüncü İslam Həmrəyliyi Oyunlarının 

açılış mərasimi Azərbaycan və beynəlxalq 

idman ictimaiyyəti üçün növbəti tarixi 

tədbirdir. Direktor və icraçı prodüser Katrin 

Uqvunun rəhbərliyi ilə dünya şöhrətli “Betty 

Productions Ltd” tərəfindən yaradılmış və 

beynəlxalq bədii, səhnə quruluşu və texniki 

heyətlərin iştirakı ilə həyata keçirilən bu 

mərasim olduqca möhtəşəm və yaddaqalan 

olacaqdır. 





   Mərasimdə sülh və ümid haqqında universal 

hekayət təqdim edilir və orada bizim 

ətrafımızda olan hər bir şeyi yaratmış İslam 

sivilizasiyasının böyük töhfəsi qeyd olunur. 

Azərbaycanın əsrlər boyu formalaşmış 

mədəniyyətindən qaynaqlanan hekayətdə 

maraqlı bilik və ixtira səyahətinə çıxmış 

kiçik qız və onun çərpələngindən bəhs edilir. 





   Bakı Olimpiya Stadionu ən müasir proyeksiya 

sistemi ilə təchiz olunmuş böyük səhnəyə 

çevrilib.  



   Hündürlüyü 28 metr olan iki minarənin 

dizaynına gəldikdə, onların üzərində İslam 

incəsənətinə xas olan bənzərsiz həndəsi 

elementlərdən ilhamlanaraq, mərkəzi 

altıbucağı formalaşdıran bir-biri ilə bağlı 

dairələr əks olunub.

 



   Eni 85 metr, hündürlüyü 35 metr olan böyük 

ekranda olduqca real animasiyalardan tutmuş 

böyük maraq doğuran kinokadrlara qədər bir 

neçə ay ərzində tərtib edilmiş məzmunca 

zəngin videoçarxlar nümayiş etdirilir. 



   Mərasim 2200 Azərbaycan könüllüsü 

tərəfindən canlandırılır. Səhnədə 40-dan artıq 

heyvan – atlar, dəvələr və ulaqlar onlara qoşulur. 



   Bu axşamkı mərasimdə 100-dən çox dünya 

şöhrətli musiqiçi tərəfindən səsləndirilən 

musiqi ondan artıq Azərbaycan bəstəkarının, 

o cümlədən əfsanəvi Üzeyir Hacıbəyli, Fikrət 

Əmirov və Qara Qarayevin bəstələdikləri 

əsərlərdən ibarətdir. 





   Bu axşam Azərbaycanın dünya miqyaslı iki 

ifaçısı stadionda bizimlədir: muğam ustası 

Alim Qasımov və nağaraçı Natiq Şirinov. 

Tərcümeyi-hallar üçün 61-ci səhifəyə bax.





   Səhnənin quraşdırılması altı həftəyə başa gəldi, 

lakin stadionu mayın 16-20-də yüngül atletika 

yarışlarına hazırlamaq üçün həmin səhnə cəmi 

24 saat ərzində söküləcək. 





   31 ölkədən gəlmiş 5000-dən artıq insan,  

o cümlədən səhnə mütəxəssisləri, texniki 

heyət və aktyorlar qrupu “Bakı 2017”-nin 

mərasimlərini reallığa çevirməyə yardım etdi.

Faktlar

6

 

Stadionu teatra çevirən səhnənin arxa 



planını yaratmaq üçün 6 kilometr uzunluğunda 

tünd rəngli parçadan istifadə edilib.



75

 

Mərasim üçün 75 kilometr elektrik 



kabelləri və 7 meqavatlıq generator gətirilib.

130

 

Proyeksiya gücü 2,3 milyon lyumen  



olan 130 proyektor quraşdırılıb.

300-dən artıq

 

Stadionun səs 



sistemi üçün 300-dən artıq səsgücləndirici 

qoyulub və 12 kilometr uzunluğunda kabel 

çəkilib.

1000-dən artıq

 

işıq avadanlığı  



60 kilometrlik kabellərlə birləşdirilib.

3000

 

Mərasimi təşkil etmək üçün 17 



ölkədən hava, quru və dəniz yolları ilə 3000  

ton yük gətirilib.



3000-dən artıq

 

başa taxılan 



qulaqlıq aktyorlara əlaqədə olmaq imkanı 

yaradıb.


Bağlanış mərasimi

Giləvar: Bazar ertəsi, 22 may 

Ölkənin insan ayağı dəyməmiş mənzərələrindən 

irəli gələrək, bağlanış mərasimində Azərbaycan 

öz gözəlliyi ilə seçilən irsini təqdim edir, həzin 

səsi ilə qəlblərimizə sığal çəkən incə, hərarətli 

gilavarın dolaşdığı küləklər şəhəri – Bakıya 

sevinc dolu baxışlarını yönəldir. Biz sizinlə 

birlikdə idmançılarımızın böyük nailiyyətlərini 

qeyd edəcək, bu Oyunların birlik və həmrəylik 

ruhunu dünya ilə bölüşəcəyik.

Mərasimlərlə bağlı əlavə məlumat üçün 

aşağıdakı səhifəyə daxil olun baku2017.com



2017-ci il mayın 12-də Bakı vaxtı ilə saat 22:00-a qədər məlumatın açıqlanması qadağandır.

11

10



Mərasimlərin heyəti

Mərasimlər direktoru 

və icraçı prodüser 

Katrin Uqvu

Bədii rəhbər 



Neytan M. Rayt

Prodüser 



Keyt Hinçlif

Biznes və maliyyə işləri üzrə müdir 



Mark Smit

İşıq rəssamı 



Adam Baset

Kostyum rəssamı 



Tim Çapel

Musiqi direktoru 



Mayk Dikson

Hava xoreoqrafı 



Fil Heyz

Vizual məzmun direktoru 



Riçard Lindsey

Xoreoqrafiya direktoru 



Maykl Peynia

Səhnə rəssamı 



Coana Skotçer

Səs rejissoru 



Skot Vilsalen

Bilik: hər bir səhnənin təsviri

12   Geriyə sayma 

14   Salam 

16   Şanlı Vətən 

18   Xəzərdən başlayan səyahət 

20   İslam aləminin atletləri  

22   İHİF bayrağı və Oyunlar zamanı andiçmə 

24   Qoy, Oyunlar başlasın 

26   Birlik 

28   Harmoniya 

30   Özünəməxsusluq 

32   İnanc 

34   Paklıq 

36   Bilik 

50   Arzu 

52   Sevinc 

54   Ümid 

56   İlhamlandırma 

58   Sülh 

Tərcümeyi-hallar üçün  

63-65-ci səhifələrə bax.



2017-ci il mayın 12-də Bakı vaxtı ilə saat 22:00-a qədər məlumatın açıqlanması qadağandır.

13

12



Geriyə sayma

Çərpələng Bakının İçərişəhərində havaya 

qalxır. O, kiçik qız Minanın və dostlarının 

diqqətini çəkir, onlar bütün şəhər boyu 

çərpələngin arxasınca qaçaraq stadiona gəlirlər.

Biz Bakının bir sıra mühüm yerlərini seyr 

edirik: Alov Qüllələri, Qız Qalası, Filarmoniya 

Bağı, Heydər Əliyev Mərkəzi və nəhayət

Olimpiya Stadionu.

Stadionun daxilində əllərində çərpələng tutan 

uşaqlar 10-dan 1-ə geriyə saymağa başlayırlar.

Xülasə

Sonra, biz rəsmi şəxsləri alqışlayırıq:

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

Azərbaycan Respublikasının

Birinci vitse-prezidenti

“Bakı 2017” Təşkilat Komitəsinin sədri



Mehriban Əliyeva

İslam Əməkdaşlıq Təşkilatının baş katibi



D. Yusif bin Əhməd Əl-Osaymin

Mina və onun 

çərpələngi bu 

axşamın 


qəhrəmanlarıdır –  

biz onların hekayəti 

ilə tanış olacağıq.

Müddət 00:03:45

Aktyorlar

Yaşar Baxış –  

“Bakı şəhəri”.



Musiqi

Videoçarxda göstərilir 

ki, səmada uçan 

çərpələng bizi 

İçərişəhərdən 

başlayaraq Bakı 

şəhərindən stadiona 

gətirir.


Gedişat

Geriyəsayma başa 

çatdıqdan sonra biz 

rəsmi şəxsləri 

qarşılayırıq.

Stadionun daxilində 

əllərində çərpələng 

tutan uşaqlar 

mərasimin 

başlanmasına qədər 

geriyə sayırlar. 

10-dan 1-ə qədər 

saydığımız zaman  

hər uşağın arxasında 

fişəng alovlanır.

Bakı Olimpiya 

Stadionu 

Azərbaycanın  

sahəsi 9,2 kvadrat 

kilometr olan ikinci 

ən böyük gölünün – 

Böyükşorun sahilində 

yerləşir.




Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə