MƏDƏNİYYƏt dünyasi



Yüklə 207.22 Kb.
Pdf просмотр
tarix22.07.2017
ölçüsü207.22 Kb.

77 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVII buraxılış, Bakı, 2014 

 

МИР

 КУЛЬТУРЫ 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVII выпуск, Баку, 2014 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVII edition, Baku, 2014 

 

TƏSVİRİ  SƏNƏT 

  UOT 745/749 

 

 

 

 

İmaş

 Hacıyev 

 sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent 

AMEA Memarlıq və İncəsənət İnstitutu 

AZ 1143, Azərbaycan Respublikası, Bakı, H.Cavid pr., 31 

E-mail mii_inter@yahoo.com  

 

AZƏRBAYCAN SƏNAYE DİZAYNI: DƏRİ-AYAQQABI SƏNAYESİ 

 

Xülasə:  Təqdim  olunan  məqalədə  sənayə  dizaynın  tərkib  hissəsı  kimi  

dəri-ayaqqabı sənayəsinin inkişafı, o cümlədən onun müasir problemləri araşdı-

rılır. Müəllif hazırki dövrdə respublikada ayaqqabı istehsalı üzrə fəaliyyət  gös-

tərən müəssisələrin nümunələrini təhlil  edir.  



Açar sözlər: geyim, dəri - ayaqqabı, istehsal, özəl sektor model. 

 

İnsanı  xarici  təsirlərdən  qoruyan  paltar–geyim  nümunələri  hələ  qədim 



zamanlardan  təkamül  prosesində  müxtəlif  formalarda təkmilləşdirilmiş,  həmçi-

nin  milli-etnik  xüsusiyyətləri,  sosial  fərqləri  də  əks  etdirməklə,  maddi-mənəvi 

mədəniyyətin  ayrılmaz  tərkib  hissəsinə  çevrilmişdir.  Müxtəlif  tarixi  dövrlərdə 

insanın  geyimə  münasibəti  fərqli  olmuşdur.  Bunun  da  nəticəsində  yeni-yeni 

dəblər, onlara uyğun müxtəlif geyim nümunələri yaradılmışdır. Digər ölkələrdə 

olduğu kimi, Azərbaycanda da geyimlər xalq məişətinin ayrılmaz tərkib hissəsi 

olmaqla,  onun  sənətkarlıq  səviyyəsinin,  bədii  zövqünün,  estetik  dünyagörüşü-

nün formalaşması və inkişafında mühüm rol oynamışdır.  

Hazırkı dövrdə geyim nümunələrinin hazırlanmasının estetik keyfiyyəti, 

müasirliyi,  həmçinin  düzgün  və  zövqlü  istifadəsi  özünü  ümumi  “geyim  mədə-

niyyəti” anlayışı ilə təsdiq  etmiş, cəmiyyətin sosial-mədəni  inkişafında  mühüm 

yer almışdır.  

İlin ayrı-ayrı fəsilləri, tədbirlər, mərasimlər, o cümlədən müxtəlif fəaliy-

yət sahələri üçün istifadə edilən fərqli geyim nümunələrinin hər birinin ayrı-ay-

rılıqda tarixi inkişaf mərhələsi vardır. Bu inkişafda, əlbəttə ki, sənətkarların, di-

zaynerin, modelyerin əməyi az deyildir. Və bu geyimlər, yuxarıda qeyd edildiyi 



78 

 

kimi,  milli-etnik  və  ənənəvi  xüsusiyyətləri  özlərində  bu  və  ya  digər  səviyyədə 



qoruyub saxlamışlar.  

Hər  bir  fərdin  geyimə  olan  kompleks  tələbatını  ödəyən  nümunələrdən 

biri də ayaqqabıdır. Bu ləvazimat özü də ibtidai dövrdən indiyədək təkmilləşmə 

və  formalaşma  prosesini  keçməkdədir.  Ümumiyyətlə,  həm  keçmişdə,  həm  də 

müasir  dövrdə  ayaqqabıların  hazırlanması  zamanı  keyfiyyətlə  yanaşı,  onların 

estetik görünüşünə, daha zövqlü olmasına da diqqət yetirilir.  

Beləliklə,  müxtəlif  dövrlərdə,  emalatxana  və  artellərdə  kustar  üsulu 

əsasında  fəaliyyət  göstərən  dəri-ayaqqabı  sənayesinə  XIX  əsrin  II  yarısından 

etibarən  inkişaf  etmiş  ölkələrdə  sənaye  istehsal  metodları  tətbiq  edilməyə 

başlanmışdır.  Artıq  XX  əsrin  əvvəlləri  bu  sahə  maşın  sənayesi  istehsalına 

əsaslanan  dünya  ölkələrində  daha  da sürətlə inkişaf  etməkdə  idi. Mənbələrdəki 

məlumata  görə,  təkcə  Rusiyada  1913-cü  ildə  68  min  cüt  ayaqqabı  istehsal 

edilmişdir [1, s. 422].  Dünyanın bir çox ölkələrində olduğu kimi, keçmiş SSRİ-

də  də  dəri-ayaqqabı  sənayesi  mexanikləşdirilmiş  iri  sənaye  sahələrindən  birinə 

çevrilmişdir.  Belə  ki,  ümumittifaq  miqyasında  göstərilən  sahədə  köhnə 

müəssisələr  əsaslı  şəkildə  yenidən  qurulmuş  və  genişləndirilmiş,  yeni  dəri 

zavodları  və  ayaqqabı  fabrikləri  istifadəyə  verilmişdir.  Həmin  müəssisələrdə 

müasir  texnikanın  və  texnologiyanın  tətbiqi  sayəsində  dəri-ayaqqabı  sənaye 

sahəsi  sürətlə  inkişaf  edirdi.  Sözügedən  sahənin  davamlı  inkişafı  həm  əhalinin 

sosial-mədəni  tələbatını  ödəyir,  həm  də  ölkənin  iqtisadi  inkişafına  müəyyən 

gəlir gətirirdi.  

1940-1970-ci illər üzrə olan statistik göstəricilərə əsasən, SSRİ-də dəri-

ayaqqabı  istehsalı  digər  dünya  ölkələrində  həmin  sahə  üzrə  istehsal 

göstəricilərindən  fərqlənərək  birinci  yeri  tuturdu.  Və  təbii  ki,  bu  nailiyyətlərin 

əldə edilməsində digər müttəfiq respublikalarla yanaşı, Azərbaycanın da öz yeri 

olmuşdur.  Bu  mənada  o  dövrdə  Azərbaycan  sənaye  dizaynının  inkişaf 

istiqamətlərindən birini də dəri-ayaqqabı istehsalı təşkil edirdi.  

Artıq XX əsrin əvvəllərindən Azərbaycanda dəri-ayaqqabı üzrə istehsal 

fəaliyyəti daha mütəşəkkil şəkildə təşkil edilməyə başlanmışdır. Belə ki, həmin 

dövr  respublikanın  paytaxtı  Bakı  şəhərində  paltar  və  ayaqqabı  istehsalı  ilə 

məşğul  olan  492  müəssisə  fəaliyyət  göstərirdi.  Həmin  müəssisələrdə  1708-dən 

çox muzdlu işçi çalışırdı və orta illik gəlir 1 mln. rubldan az deyildi [3, s.21].  

Sovet  hakimiyyəti  yarandığı  illərdə  dəri-ayaqqabı  sənayesi  əsaslı 

şəkildə  təşkil  edilərək  müntəzəm  inkişafda  olmuşdur.  1930-cu  ildə  Bakıda 

sənaye  əhəmiyyətli  ilk  ayaqqabı  fabriki  istifadəyə  verilmişdir.  Sonralar  bu 

müəssisə  2  №-li  Ayaqqabı  Fabriki  kimi  fəaliyyət  göstərmişdir.  1933-cü  ildə 

Fərdi  Ayaqqabı  Tikişi  Fabriki,  1944-cü  ildə  yeni  ayaqqabı  fabriki  işə 

salınmışdır.  Həmin  müəssisə  sonralar  1  №-li  fabrik  adlandırılmışdır.  1960-cı 

ildə  Bakı  Gön-Dəri  Zavodu,  1971-ci  ildə  isə  Stepanakertdə  (Xankəndidə) 

ayaqqabı  fabriki  fəaliyyətə  başlamışdır.  1972-ci  ildə  Bakı  Ayaqqabı  İstehsalat 

Birliyi,  1973-cü  ildə  isə  Bakı  Gön-Dəri  Müəssisələri  İstehsalat  Birliyi 

yaradılmışdır  [  1,  s.  422  ].  Beləliklə,  respublikada  dəri-ayaqqabı  sənayesinin 

təşkili  istiqamətində  dövlət  səviyyəsində  aparılan  məqsədyönlü  işlər  –  yeni 

istehsal  müəssisələrinin  yaradılması,  istehsalın  müasir  avadanlıqlarla  təchiz 

edilməsi ayaqqabı sənayesini inkişaf etdirirdi. 


79 

 

Sovet  dövründə  dəri-ayaqqabı  sənayesinin  inkişaf  dinamikası  müxtəlif 



illər üzrə aşağıdakı kimi olmuşdur:  

 



1940-cı il - 2,1 mln. cüt;  

 



1960-cı il - 7,2 mln. cüt; 

 



1970-ci il - 10,7 mln. cüt;  

 



1977-ci il -15,8 mln.cüt [ yenə orada ].  

Göstəricilərdən  göründüyü  kimi,  sözügedən  sənaye  sahəsindəki  ardıcıl 

inkişaf, təbii ki, sonrakı illərdə də öz tempini qoruyub saxlaya bilmişdir.  

Beləliklə,  respublikanın  iqtisadi  vəziyyəti  yaxşılaşdıqca,  əhalinin  geyimə, 

ayaqqabıya  olan  maraq  və  tələbatları  da  artır,  bu  da  öz  növbəsində  yüngül 

sənayenin  digər  sahələri  ilə  yanaşı,  ayaqqabı  sənayesinin  də  sürətli  inkişafına 

təkan verirdi.  

O zaman  Azərbaycanda fəaliyyət  göstərən ayaqqabı fabrikləri  müxtəlif 

çeşidlərdə  qadın,  kişi,  uşaq  ayaqqabılarının  kütləvi  istehsalını  dövrün  tələbləri 

səviyyəsində təşkil edirdi. Bu sahədə aparıcı yeri, əsasən, böyük istehsal gücünə 

malik  olan  Bakı  Ayaqqabı  Fabriki  tuturdu.  Qeyd  etmək  lazımdır  ki,  istehsal 

edilən  ayaqqabıların  dizayn  həllində  ənənəvi  modellərlə  yanaşı,  dəbdə  olan 

digər  fərqli  modellərdən  də  istifadə  edilirdi.  Kifayət  qədər  rahat  və  keyfiyyətli 

olan bu ayaqqabılardan uzun müddət istifadə etmək mümkün olurdu.  

Sovet  İttifaqının  süqutundan  sonra  bir  çox  istehsal  sahələrində  olduğu 

kimi,  dəri-ayaqqabı  sənayesində  də  ciddi  problemlər  yarandı.  Və  belə  bir 

şəraitdə əhalinin geyimə olan tələbatı kimi, ayaqqabıya olan tələbatı da xaricdə 

istehsal  olunan  mallar  əsasında  ödənilirdi.  İstehsalda  yaranan  bu  boşluq 

nəticəsində  respublika  bazarlarına  kifayət  qədər  keyfiyyətsiz  (müəyyən  bir 

hissəsi  istisna  olmaqla)  və  hətta  material  tərkibinə  görə  gigiyenik  normalara 

cavab verməyən ayaqqabı nümunələri daxil olurdu. Ucuz qiymətə realizə edilən 

bu  mallar  əhalinin  alıcılıq  qabiliyyətinə  qismən  uyğun  gəlirdi.  Məlum  olduğu 

kimi, həmin dövrdə respublikada bir çox müəssisələrin fəaliyyətinin dayanması 

ilə əlaqədar olaraq yaranan işsizlik problemi əhalinin alıcılıq qabiliyyətini xeyli 

aşağı  salmışdı.  Və  bu  səbəbdən  də  xarici  ölkələrdən  gətirilən  malların,  o 

cümlədən  ayaqqabıların  böyük  əksəriyyəti  keyfiyyətsiz  xammal  tərkibli 

olmasına  və  həmçinin  forma-model  baxımından  da  beynəlxalq  standartlara 

cavab  verməməsinə  baxmayaraq,  yerli  bazarlarda  realizə  edilirdi.  Belə  bir 

şəraitdə,  keçid  dövrünün  tələblərinə  uyğun  olaraq,  yeni  müəssisələrin 

yaradılması  və  əhalinin  işsizlik  probleminin  nisbətən  həll  edilməsi  mərkəzi 

dövlət  qurumları  qarşısında  duran  əsas  vəzifələrdən  biri  idi.  Bu  səbəbdən  də 

özəl  sektorun  fəaliyyətinə,  onun  əsaslı  şəkildə  formalaşmasına  və  inkişafına 

müəyyən şərait yaradıldı.  

Beləliklə,  1990-cı  illərdə  respublikada  özəl  sektorun  fəaliyyəti  və 

inkişafı ayaqqabı istehsalına da sirayət etdi və 4 №-li Bakı Ayaqqabı Fabrikinin 

bazası əsasında 1998-ci ildə “BOT” MMC yaradıldı. 

Hal-hazırda  Azərbaycan  Respublikasında  ayaqqabı  istehsalı  sahəsində 

aparıcı  yerlərdən  birini  tutan  bu  fabrikdə  400-dən  çox  işçi  çalışır.  Yarandığı 

vaxtdan  etibarən  təkmilləşən  fabrik  respublikada  ayaqqabı  sənayesinin 

inkişafında  mühüm  rol  oynamış  və  bu  sahədə  öz  istehsal  fəaliyyətini  davamlı 

olaraq  genişləndirmişdir.  Burada  ixtisaslaşmış  dizaynerlər,  ustalar,  həmçinin 


80 

 

peşəkar və böyük təcrübəyə  malik  digər texniki işçi  heyəti  də çalışır. Müəssisə 



müxtəlif adda–hərbi, idman, fəhlə, qadın və kişi, həmçinin uşaq ayaqqabılarının 

çoxçeşidli  istehsalını  həyata  keçirir.  Ümumilikdə,  burada  350  növdən  artıq 

yüksək  keyfiyyətli  ayaqqabılar  istehsal  olunur.  Fabrik  dünya  standartları 

səviyyəsində qabaqcıl texnologiyalara cavab verən ən müasir və yüksək istehsal 

imkanlarına  malik  olan  avadanlıqlarla  təchiz  edilmişdir.  Burada  Almaniya, 

İtaliya,  Türkiyə,  Rusiya  və  Cin  istehsalı  olan  avadanlıqlar,  avtomatlaşdırılmış 

yığım  xətləri  sayəsində  istehsalda  böyük  nailiyyətlər  əldə  olunmuşdur. 

Müəssisəyə  daxil  olan  xammal-materiallar,  xüsusən  təbii  dəri  peşəkar 

mütəxəssislər tərəfindən laboratoriya şəraitində dəqiqliklə yoxlanıldıqdan, onun 

tələblərə cavab verdiyi müəyyənləşdirildikdən sonra istehsalata buraxılır.  

Artıq  uzun  illərdir  ki,  “BOT”  MMC  Azərbaycan  Respublikasının  güc 

strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalı ilə məşğuldur. 

Təbii  dəri  tərkibli  bu  ayaqqabılar  hərbçilərin,  daxili  qoşunların,  xüsusi  dövlət 

mühafizə xidmətinin, sərhəd qoşunları heyətinin sifarişi əsasında hazırlanır.  

Müəssisənin  müştəriləri  sırasında  dövlət  qurumları  ilə  yanaşı,  neft, 

tikinti  və  kənd  təsərrüfatı  sahəsində  ixtisaslaşmış  qurumlar,  həmçinin  Baku 

Coca-Cola  Bottlers  LTD,  Stonepay  Construction,  “ABS”  (Moldava)  və  digər 

şirkətlər var.  

Müəssisə  yüksək  keyfiyyətli  köməkçi  materialların  hazırlanmasında 

Rusiya, Rumıniya, Ukrayna, Bolqarıstan, Türkiyə, İtaliya, Almaniya kimi ölkə-

lərlə  əməkdaşlıq  edir. Təbii  dərinin istehlakında isə  yerli istehsal  müəssisələrin 

məhsullarına  üstünlük  verilir.  Təbii  dəri  əsasən,  “GİLAN-DƏRİ”,  “GÖN-

DƏRİ” kimi yerli müəssisələrdən alınır. 

“BOT” MMC Moldova və Gürcüstan üzrə tenderlərin  qalibi  olaraq, bu 

ölkələrə əsgər çəkmələrinin ixracatına başlamışdır.  

Müəssisənin  saytında  yerləşdirilmiş  məlumata  görə  [5],  bu  yaxınlarda 

Moldovaya 50 min cüt hərbi ayaqqabı ixrac edilmişdir. Müəssisə, eyni zamanda 

soyuq bölgələrdə, xüsusilə də Murov dağı kimi sərt iqlimli ərazilərdə əsgərlərin 

istifadəsi  üçün  su  keçirməyən  ayaqqabılar  istehsal  edir.  Bu  ayaqqabıların  alt 

hissəsi  müxtəlif  maddələr  əsasında  hazırlanan  termopoliuretan  altlığa  (ikiqat) 

malikdir.  İçərisində  istilikyaradıcı  içlik  yerləşdirilmişdir.  Müəssisədə  yeni 

modellərə  əsaslanan  əsgər  ayaqqabıları  xaricdən  gətirilmiş  xammaldan  istehsal 

olunur.  “BOT”  MMC  istehsal  etdiyi  məhsulların  keyfiyyətinə  görə  İSO-9001: 

2000 sertifikatına layiq görülmüşdür.  

Respublikada  dəri-ayaqqabı  sənayesinin  inkişafında  önəmli  yer  tutan 

“BOT” MMC-nin fəaliyyəti, eyni zamanda müasir mərhələdə sənaye dizaynının 

əsas sahələrindən birinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb 

edir. 


Hal-hazırda  respublikada  ayaqqabı  istehsalı  üzrə  məhsuldar  fəaliyyət 

göstərən  müəssisələrdən  biri  də  Bakının  Yeni  Suraxanı  qəsəbəsində  yerləşən 

“Daimoni”  MMC-dir  [6].  Bu  müəssisə  2011-ci  ildən  fəaliyyətə  başlamış  və 

istehsal  etdiyi  çoxçeşidli  nümunələrilə  həm  respublika,  həm  də  xarici  ölkə 

bazarlarında  özünü  təsdiqləyə  bilmişdir.  200  nəfərə  yaxın  işçinin  çalışdığı 

müəssisəyə  İtaliyadan  beynəlxalq  standartlara  cavab  verən  texniki  avadanlıq 

gətirilmişdir.  Elə  həmin  ölkədən  dəvət  olunmuş  mütəxəssislər  tərəfindən 


81 

 

istehsal  prosesində  texniki  avadanlıqlardan  istifadə  qaydalarınıın  öyrənilməsi 



üçün texniki-maarifləndirmə kursları təşkil edilmişdir. Müasir texnoloji proses-

də  konveyer  üsuluna  əsaslanan  istehsal  bir  neçə  mərhələdən  ibarət  olaraq- 

“Kəsim”, “Tikiş”, “Çəkməçi” sexlərində ardıcıl olaraq həyata keçirilir. Xammal 

kimi,  Türkiyə  və  İtaliyada  istehsal  edilmiş  təbii  dəridən  istifadə  edilir.  Burada 

hazırlanan  nümunələrdə çoxsaylı çeşidlər  vardır. Əsasən,  klassik  modeldə  kişi, 

eləcə  də idman ayaqqabılarının  istehsalına üstünlük  verilir. Müəssisənin respu-

blikanın  müxtəlif  bölgələrində–Qəbələ,  Xaçmaz,  Şəmkir  və  həmçinin  paytaxt 

Bakı  şəhərində  15-dən  çox  mağazası  fəaliyyət  göstərir.  Bunlarla  yanaşı,  müəs-

sisə  Dağıstana,  eləcə  də  Rusiyanın  Moskva,  Sankt-Peterburq  və  Tümen  kimi 

müxtəlif şəhərlərinə məhsul ixrac edir. 

Yuxarıda ayaqqabı  istehsalı üzrə fəaliyyətləri şərh  edilən  müəssisələrlə 

yanaşı,  Bakı,  Sumqayıt  şəhərlərindəki  müxtəlif  sexlərdə  də  sözügedən  istehsal 

istiqamətində  fəaliyyət  davam  etdirilir.  Lakin  burada  nümunələrin  çeşidləri 

nisbətən məhdud olur. Buna baxmayaraq, həm də fərdi sifarişlər əsasında hazır-

lanan  ayaqqabılarda  utilitar-funksional  baxımdan  ciddi  problemlər  yaranmır. 

Təbii  ki,  onları  estetik  keyfiyyət  baxımından  xarici  istehsala  əsaslanan  yüksək 

səviyyəli  nümunələrlə  müqayisə  etmək  düzgün  olmaz.  Lakin  təbii  dəridən 

hazırlanan  bu  ayaqqabılar  ayağın  anatomik-fizioloji  quruluşuna  uyğunluğu  (əl-

bəttə  ki,  fərdi  qaydada)  baxımından  daha  rahatdır.  Qeyd  edək  ki,  bir  çoxları 

kimi biz də son zamanlar bu xidmətdən istifadə edirik. Hər halda, ümidvarıq ki, 

həmin  ayaqqabıların  da  çeşid  nümunələri  artırılacaq,  eləcə  də  yeni-yeni 

modellərin estetik görünüşləri müştərilərin zövqünə uyğun olacaq.  

Müasir mərhələdə əhalinin ayaqqabıya olan tələbatının  daha çox xarici 

istehsala aid olan məhsullar hesabına ödənildiyi danılmazdır. Müxtəlif ölkələrdə 

istehsal  edilmiş  bu  mallar  geniş  alıcı  kütləsinin  tələbatını  ödəsə  də,  onların 

müəyyən  qismində  istifadə  zamanı  ciddi  problemlər  yaranır.  Bu  da  çox  zaman 

istehsal  müəssisəsinin  reallıqla  uzlaşmayan  “kommersiya”  maraqlarından  irəli 

gəlir. Belə ki, indiki şəraitdə ayaqqabı istehsalı ilə məşğul olan hər hansı xarici 

müəssisə, məsələn: 44, 45 ölçüdə 10 cüt ayaqqabı üçün nəzərdə tutulmuş xam-

maldan ən azı 11 cüt ayaqqabı  hazırlayır. Kəmiyyətin  artımı əlavə xammal  he-

sabına deyil, əksinə, ayaqqabının standart ölçüsü üçün nəzərdə tutulan materiala 

“sərt”  qənaət  nəticəsində  reallaşdırılır  (Türkiyənin  bəzi  firmalarının  məhsulları 

istisnalıq təşkil edir). Nəticədə, uzunmüddətli istifadə zamanı həmin ayaqqabılar 

insanların ayaqlarında müəyyən xəstəliklər yaradır [2, s. 83-84].  

Ümumiyyətlə,  müasir  istehsalın  ən  böyük  bəlası  istehlak  mallarının 

hazırlanmasında  maksimum  gəlir  məqsədinin  birmənalı  şəkildə  ön  plana  keç-

məsidir. Təklif olaraq, qeyd etmək istərdik ki, ayaqqabılarda yuxarıda şərh edi-

lən problemləri aradan qaldırılması üçün mütləq sistemli ölçü tətbiq edilməlidir. 

Belə ki, geyim nümunələrində uzunluğu (boy üçün) göstərən ölçü olduğu kimi, 

ayaqqabılarda  da  qabariti  göstərən  ölçü  sisteminin  tətbiqi  (məsələn:  42/1,  44/2 

və s.) uğurlu nəticələr verə bilər [4, s. 477-479]. Çünki indiki şəraitdə ayaqqabı 

istehsalında,  bəzi  istisnalar  nəzərə  alınmazsa,  demək  olar  ki,  ensiz  altlıqlar 

üzərində  yığılmış  modellərə  üstünlük  verilir.  Belə  modellərin  hazırlanmasında, 

enli  altlıqlarla  müqayisədə,  təbii  ki,  daha  az  xammal  tələb  olunur.  Bu  da 

istehsala “qənaətli”  yanaşmanın bir növüdür. Və ən  mənfi cəhət odur ki, bəzən 


82 

 

enli altlığın  özünün üst hissəsi, yəni  dəri  və  qeyri-dəri əsaslı  materialla  yığılan 



forma–həcm  altlıqla  uyğunsuzluq  təşkil  edir.  Burada  da  “iqtisadi”  yanaşma 

özünü  göstərir.  Satıcılar  çox  zaman  müştəriləri  razı  salmaq  üçün  ayaqqabını 

çəkməçi  sexlərində  istifadə  olunan  xüsusi  qəlibə  salaraq,  onu  20-30  dəqiqə  ər-

zində genişləndirirlər. Bu əməliyyat o qədər də effektli olmur, əksinə, ayaqqab-

ını  zədələyir.  Qeyd  edək  ki,  respublikamızın  satış  mərkəzlərində  bu  “təcrübə-

dən” geniş istifadə edilir. 

Bütün hallarda standartla uzlaşan (modellər fərqli olsa belə) formaların 

istehsalına  üstünlük  vermək  lazımdır.  Xammal  bir  qədər  çox  sərf  edilsə  də, 

hazırlanan  ayaqqabı  istifadə  üçün  daha  rahat  və  keyfiyyətli  olmalıdır.  Əgər 

xammal sərfi normadan artıq olarsa, bu məhsulun  maya dəyərində nəzərə alına 

bilər.  

Yuxarıda şərh  edilən problemlərlə  yanaşı, burada digər mənfi xüsusiy-

yətlərin–ekoloji, gigiyenik və s. məsələlərin təhlil edilməsinə də ehtiyac vardır. 

Məsələn, ayaqqabının hazırlanmasında təbii dəri ilə yanaşı, süni, həmçinin pres-

lənmiş  (sıxılmış)  dəridən  də  istifadə  edilir.  Təbii  dəridən  fərqli  olaraq,  onlar 

xammal  materialı  kimi  daha ucuz başa gəldiyindən istehsal  müəssisələri  həmin 

növlərə  daha çox üstünlük  verirlər. Lakin  qeyri-təbii  dəri əsaslı  material bəzən 

yaxşı hazırlanmadığından təbii və fiziki təsirlərə məruz qaldıqda tez xarab olur. 

Bəzi  hallarda  isə  material  çox  sərt,  qeyri-elastik  olduğundan  onlar  müəyyən 

müddətdən sonra ayaqda narahatlıq yaratmağa başlayır. Ayaqqabının içərisində-

ki  içliklər,  eləcə  də  astar  çox  zaman  yararsız  olduğundan  istifadə  prosesində 

narahatlıq yaradır, keyfiyyətsiz boyaq isə mütəmadi olaraq coraba keçir. Bəzən 

bu cür ayaqqabılar müştərilərə, təbii dəridən hazırlanan ayaqqabı adı ilə satılır. ( 

Şəxsi təcrübəmizdə satıcıların belə “təşəbbüsləri” ilə dəfələrlə rastlaşmışıq). Be-

lə malların sırasında bir sıra Qərb ölkələrinin-İtaliyanın, Fransanın və s. istehsalı 

olduğunu  göstərən  saxta  yarlıqlara  da  rast  gəlmək  olur,  məsələn:  ”Made  in 

İtaly” və s. Belə yazılar bəzən kiçik parça üzərində haşiyə daxilində tikişvurma 

yolu  ilə  işlənmiş  olur  və  onlar  ayaqqabının  içərisinə  adi  qaydada  yapışdırılır. 

Təbii ki, bu da onların realizə imkanlarını gücləndirmək məqsədi daşıyır.  

Respublikamızda  zəngin  tarixi  təcrübəyə,  mütərəqqi  texnologiyalara 

əsaslanmış  dəri-ayaqqabı  sənayesi  bu  gün  öz  fəaliyyətini  müəyyən  səviyyədə 

davam  etdirməkdədir. Ümidvarıq ki, gələcəkdə bu sahə daha da inkişaf edəcək 

və əhalinin ehtiyaclarını, zövqünü ödəyəcək.  

 

Ədəbiyyat



 

1.



 

Azərbaycan Sovet ensiklopediyası. 10 cilddə. III cild. Bakı, 1979, 599 s. 

2.

 

Hacıyev  İ.A.  Azərbaycanda  sənaye  dizaynının  təşəkkülü  və  inkişaf  istiqa-



mətləri. Bakı, “Təknur”, 2011, 224 s.: ill. 

3.

 



Асланова  Л.  Предпосылки  развития  промышленного  дизайна  в 

Азербайджане  /  Взаимосвязи  искусства  Азербайджана  и  Европейской 

культуры.  АНА  Институт  Архитектуры  и  Искусства.  Баку,  “Çaşıoğlu”, 

1999, с.: 18-22 

4.

 

Роль  дизайна  в  условиях  глобализации.  Диалог  цивилизаций  в  эпоху 



становления  глобальной  культуры.  (Отв.  ред.  Н.А.Хренов)  Государствен-

ный  институт  искусствознания,  Министерства  культуры  РФ.  Москва, 

ГИИ, 2013, с. 477-479 

5.

 



http://bot.az/index.php/az/ 

6.

 



http://shop.daimoni.com/about_us 

83 

 

Имаш



 Гаджиев 

Промышленный

 дизайн Азербайджана: кожевенно-обувная 

промышленность

 

Резюме

 

 



В  представленной  статье  исследуется  формирование  кожевенно-

обувной  промышленности.  На  основе  фактических  материалов,  показано, 

что  в  Азербайджане  данная  сфера,  как  составная  часть  промышленного 

дизайна,  начала  более  организованно  развиваться  только  в  начале  XX 

века.  

В  последующие  периоды,  то  есть  в  период,  когда  Азербайджан 



входил в состав Советского Союза, эта сфера получила в республике  еще 

большее  развитие  на  примере  новых  производственных  предприятий, 

созданных 

в 

кожевенно-обувной 



промышленности. 

За 


годы 

независимости,  возрождение  в  деятельности  частного  сектора  оказывает 

влияние  и  на  производство  обуви.  Таким  образом,  в  различные  годы,  в 

данной  сфере  создаются  новые  производственные  предприятия.  В 

материале  говорится  о  деятельности  этих  предприятий,  а  также 

проводится анализ различных проблем, имеющихся в производстве обуви. 



Ключевые

  слова:  одежда,  кожевенно-обувной,  производства, 

частный сектор, модель. 



 

Imash Hajiyev 

The industrial design of Azerbaijan: leather and footwear industry 

Summary 

 

In the presented scientific article  has analyzed the formation  of leather 



and footwear industry. On the base of factical materials as the composition part 

of industrial design there is taken to the attention of development of this sphere 

since the beginning of the XX century in Azerbaijan. At the following periods, 

it  means,  in  the  samples  of  new  created  production  institutions  the  leather  and 

footwear industry has more developed.  

The  growth  in  the  activity  of  private  sector  during  the  independent  years  it 

influences  to  the  footwear  production  too.  Thus,  there  is  created  production 

institutions  in  the  same  sphere  during  the  different  years.  In  the  material  is 

talking  about  the  activities  of  the  same  institutions  and  also  analyzes  different 

problems in the production of footwear.  



Keywords: clothes, leather footwear, production, private sector, model. 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 06.01.2014 



Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 13.01.2014 

Məqalənin çapa qəbul olunma tarixi: 02. 02.2014 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:  

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Bayram Hacızadə  

ADMİU

-nun Elmi Şurasının 03 iyul  2014-ci il, 09 saylı qərarı ilə çap olunur. 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə