Mədə lat ventriculus (yun gaster ) həzm kanalının ən geniş hissəsini təşkil edir. Mədə



Yüklə 189,79 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü189,79 Kb.
#42012
1   2   3
Mədə — Vikipediya

Selikli qişa və selikaltı qat

Mədənin selikli qişası - lat. tunica mucosa

çəhrayı rəngdə olur. boş mədənin selikli

qişasında çoxlu büküşlər - lat. plicae



gastricae vardır; bunlardan mədə girəcəyi

və çıxacağı hissələrində onlar şüa; əyrilik

nahiyəsindəkilər boylama və başqa

nahiyələrdəkilər isə qeyri-müntəzəm

Mədə divarının quruluşu




istiqamətdə olur. Mədə ilə onikibarmaq

bağırsaq arasında selikli qişa dairəvi bir

büküş təşkil edir; bu büküş əzələ

qişasından əmələ gəlmiş mədə

çıxacağını büzən əzələyə - lat. m.

sphincter pylori uyğundur və mədə

çıxacağı qapağı - lat. valvula pylorica

adlanır. Kiçik əyrilik boyu gedən boylama

büküşlər mədə yolu adlanan boylama bir

şırım əmələ gətirir. Mədə boş olduğu

zaman büküşlərin miqdarı artır, dolu və

ya genəlmiş halad onların miqdarı azalır.

Bu büküşlərdən başqa selikli qişada

mədə meydançaları - lat. areae gastricae

adlanan hündürlüklər vardır. Bunların da

üzərində zərrəbin ilə çuxurcuqlar - lat.

foveolae gastricae gırmək olur. Bu



çuxurcuqlara mədə vəzilərinin axacaqları

açılır. Selikli qişa birqatlı silindrəbənzər

epitel təbəqədən, əsas zardan və əzələ

səfhəsindən ibarətdir. Bu qişada mədə

şirəsi (lat. succus gastricus) ifraz edən

borulu vəzilər vardır; bunlar iki qrupa

bölünür: 1) xüsusi mədə vəziləri - lat.

glandulae gastricae propriae və 2) mədə

çıxacağı vəziləri - lat. glandulae pyloricae.

Mədə şirəsinin tərkibində olan duz

turşusunu xüsusi mədə vəziləri ifraz edir.

Bu vəzilərdən başqa mədənin selikli

qişasında limfa follikulları - lat. folliculi



lymphatici gastrici vardır.

Selikaltı qat - lat. tela submucosa mədədə

yaxşı inkişaf etmişdir; ona görə selikli



qişa mütəhərrikdir və yuxarıda göstərilən

büküşləri əmələ gətirirlər.




Yüklə 189,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin