MƏd nə GÜLGÜn m



Yüklə 0.76 Mb.
Pdf просмотр
səhifə1/11
tarix04.07.2017
ölçüsü0.76 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

 
1
MƏD NƏ GÜLGÜN 
 
 
 
 
 
 
MƏN
 
BU 
 
ÖMRÜ
 
YAŞADIM 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı- 2010 
 

 
2
 
Tərtib edəni  
və redaktoru:   
 
Vaqif Sultanlı 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
Kitab “Ana dili” Fondunun vəsaiti hesabına nəşr olunur.  
Fondun sədri Böyük Britaniyanın Edinburq Universitetinin  
professoru Qulamrza Səbri Təbrizidir
 
 
 
 
 
 
Mədinə Gülgün.  
Mən bu ömrü yaşadım, Bakı, Nurlan, 2010, 208 səh.  
 
 
 
 
 
 
 
Kitabda  Azərbaycanın  görkəmli  şairəsi  Mədinə  Gülgünün 
müxtəlif illərdə qələmə aldığı şeirlər toplanmışdır.  
 
 
© 
Mədinə Gülgün, 2010 
 
          

 
3
HƏSRƏT POEZ YASI 
 
Mədinə  Gülgünün  şeirləri  haqqında  fikir  söyləmək  üçün  ömrü 
mübarizələr  burulğanında  keçən  bu  istedadlı  zəka  sahibinin  həyat  və 
yaradıcılıq  dünyasına  yaxından  bələd  olmağa  ehtiyac  duyulur.  Şairə-
nin yaradıcılığı ilə tanış olduqca belə qənaətə gəlirsən ki, onun şeirləri 
həyat  və  mübarizə  yolunun  ayrılmaz  bir  parçasıdır.  Xatırladaq  ki, 
Azərbaycanın  xalq  şairi  Balaş  Azəroğlunun  ömür-gün  yoldaşı  olmuş 
Mədinə  xanımın  taleyində  bu  evlilik  mühüm  rol  oynamış,  onun  ya-
radıcılıq taleyinə böyük təsir göstərmişdir. 
Təəssüf ki, Mədinə Gülgünün həyat və yaradıcılığı kifayət qədər 
araşdırılmamışdır.  Elə  buna  görədir  ki,  indiki  nəsil  onu  qədərincə 
tanımır. Qeyd edək ki, şairənin Bakıda, Təbrizdə, Moskvada otuzdan 
artıq  kitabı  nəşr  edilmişdir.  Onlardan  “Təbrizin  baharı”,  “Savalan 
ə
təklərində”,  “Çinar  olaydı”,  “Omrün  payız  dayanacağı”,  “Firidun”, 
“Seçilmiş  əsəriəri”  və  başqaları  daha  çox  diqqəti  çəkir.  Bütün  bun-
lardan əlavə, şairənin Təbrizdə ərəb qrafikası ilə “Yora bilməz yollar 
məni” və “Mən bu ömrü yaşadım”, Kanadada isə “Təbrizim mənim” 
adlı kitabları nəşr olunmuşdur. Adı çəkilən kitablarda müəllifin poetik 
axtarışlarının mühüm qismi toplanmışdır. 
Mədinə  Gülgünün  şeirləri  mövzu  baxımından  müxtəlif  və  rən-
garəngdir.  kiyə parçalanmış Azərbaycan xalqını düşündürən, narahat 
edən  ən  mühüm  məsələlər  onun  şeirlərində  bütün  yönlərilə  bədii  ək-
sini tapmışdır. Müəllifin şeirlərində ayrılıq, vüsal həsrəti, vətən nisgili 
dərin, inandırıcı boyalarla ifadə olunmuşdur. Bu ordan qaynaqlanır ki, 
ş
airə  ayrılıq  faciəsini  sadəcə  bir  çoxları  kimi  uzaqdan-uzağa  duyma-
mış, ömründə, taleyində yaşamışdır. 
 
Dözümümü illər alıb, 
Bağlarım xəzəllə dolub. 
Nə zamandır sinəm olub – 
Həsrət vətəni, durnalar. 
 
Bu  və  ya  bu  tipli  şeirlər  onun  zəngin  və  çoxcəhətli  yaradıcılı-
ğ
ında çoxluq təşkil edir. Şairənin Vətənə sevgi, azadlıq və mübarizəyə 
çağırış nidalı şeirləri hələ bundan sonra neçə-neçə nəsillərin sevə-sevə 
oxuyacağı sənət örnəkləri olacaqdır. 

 
4
Mədinə  Gülgünün  məhəbbət  mövzusunda  yazdığı  şeirləri  incə, 
zərif poetik ruhun məhsulu kimi diqqəti çəkməkdədir. Siyasi mövzulu 
ə
sərlərində olduğu kimi, məhəbbətə həsr olunmuş şeirlərində də dərin 
səmimiyyət hakimdir. 
 
Sən dünyanı dolan, gəz, 
Bu dünyaya inan, gəz, 
Bir toxum də cücərməz, 
Məhəbbət olmayanda... 
 
Başqa bir şeirində isə müəllif analıq səadətinin ona verdiklərini 
səciyyələndirərək düşüncələrini poetik şəkildə belə ifadə etmişdir: 
 
Bir zaman uşaqdım, qayğısız uşaq, 
Sanardım dünyanın bəxtəvəriyəm. 
Bir zaman gənc idim haylı, haraylı, 
Sanardım bir qaynar yaz səhəriyəm, 
Bir gün ana oldum. 
Alqış o günə. 
Artdı qayğılarım birdi, beş oldu. 
Ömrümün analıq səhifəsinə 
Qayğılar özü də bir naxış oldu... 
 
Mədinə Gülgünün şeirləri mövzu məhdudluğu tanımadığı kimi, 
forma və janr baxımından da rəngarəngdir. Elə buna görədir ki, onun 
bədii yazılarına bu gün də diqqət və maraq azalmamışdır. 
naniriq  ki,  zəngin  ədəbi  irs  qoyub  gəlmiş  Mədinə  Güıgünün 
“Mən bu ömrü yaşadim” adlı şeir kitabı oxucuların diqqət və marağına 
səsb olacaqdır.  
 
Prof.dr. Qulamrza Səbri Təbrizi 
London, Böyük Britaniya 

 
5
HƏSRƏT, ÜM D,  NAM NƏGMƏLƏ 
 
Vətənimizin şair qızı Mədinə xanımın kövrək qəlbinin yeni, hə-
zin  nəğmələri  məni  incikli  xatirə  yolları  ilə  ana  Təbrizin  qoynuna 
qaytardı.  Aşıq  Hüseyn  Cavanın  unudulmaz  poetik  sətirləri  sanki  ye-
nidən eşidildi: “Əlimi əllərindən üzür ayrılıq”. O günlərdən aylar, illər 
keçib.  Xatirələr  xatirələrə  qarışıb,  zamanın  amansız  nisyan  sularında 
ə
riyib  gedənləri,  rəngini,  təsir  gücünü  itirənləri,  bu  günə  qədər  köz 
kimi yandıranları, fikrimdə, zehnimdə olduğu kimi qalanları var.  
  O  günlərdə  Təbriz,  ana  Təbriz  –  xalqımın  şöhrətli,  iztirablı, 
ümidli ömür səhifələri müdrik könül dəftəri Təbriz əlvan oyuncaqları 
sındırılmış    bir  uşaq  kimi  kövrək,  nigaran,  səksəkəli  idi.  “Əlimi 
ə
llərindən üzən ayrılıq” artıq amansız bir həqiqət olmuşdur.  
  Balaca qız - Mədinə  yanaqlarından süzülən damcı-damcı göz 
yaşlarını əllərinin dalı ilə silir, “qardaşlar, məni də... məni də aparın” 
deyə fəryad edirdi. 
  O günlərdən on illər keçib. Bəlkə də bütün bunlar dünən olub. 
Xatirələr  o qədər canlı, o qədər göynəkdir ki, sanki zaman heç onların 
rəngini soldurmayıb.  
  O günlərin səhifələrindən bu günə gəlmiş balaca qız – Mədinə 
indi Azərbaycanın sətirləri incə tellər kimi həzin, bəzən  qəzəb, bəzən 
ümid,  inamla  çırpınan,  bəzən  ana  laylası  kimi  riqqətli  səslənən  şair 
qızı olmuşdur. Onun atası “atasının kasıb evi, koması, anasının yuxu 
kimi  şirin  laylası”  yenudən  səsləndi;  “Azərbaycan  qadını”  jurnalının 
bu  ilk  nömrəsində  bizi  incə  ruhlu  şairin  könül  dünyasına,  həsrət 
dünyasına səfərə çağırdı.  
  Bir  beşikdə  böyümüş  yeddi  qız  uşağını  yelləyən  ananın  həs-
rətini duyuruq. Onun dərya səbrinə, sonsuz intizarına şahid oluruq. Bir 
gün  “ata  koması  yeddi  qızsız”  qaldısa,  “yeddi  evdən  gəldi  ana  lay-
lası”;  bu  həyatın  ölməzliyi,  davamı,  ümid  və  arzuların  pöhrələnməsi 
oldu.  Mədinə  Gülgünün  həzin  şeirlərində  bu  ümid  və  inam  nə  qədər 
qüvvətlə  yetirilmişdir!  Mənim  dediklərimin  həqiqətini  görmək,  duy-
maq istəyənlər Mədinə xanımın « lk  yurdum, ilk nəğməm» şerini bir 
də oxusunlar. Onda görərlər ki, əsil poeziyanın ilham çeşməsi nece hə-
yatdan  qəlbə  dolur,  qəlbin  hərarətində  isinir,  əvəzsiz  fəsir  gücü  qa-
zanır. 
Söz  o  zaman  poetik  məna,  qüvvət,  təsir  gücü  qazanır  ki,  bir 
qəlbin,  bir  könülün  kədər  və  sevincini,  ümid  və  inamını,  həvəs  və 

 
6
göynəyini  min-min  insan  qəlbinə  yetirə  bilsin,  insanı  düşündürsün, 
onun həyata bağlılığını artırsın, insanda daha artıq insanlıq oyatsın. 
Mədinə  xanımın  «Telefon  xətlərində»  şeiri  belə  bir  poeziya 
nümunəsidir. Bu şeir son dərəcə kədərli bir hadisədən bəhs edir. Şair 
otuz  illik  aylıq  qəmindən  sonra  sərhəd  arxasında  olan  anası  ilə 
telefonla danışa bilmək səadətinə yetirir: 
 
 
Telefon xətlərində bir səs düşdü dünyaya,  
Telefon xətlərində birləşdi ana-bala; 
Bir ananın səsindən sanki üşüdü dünya, 
Bir balaının səsindən göy ağladı az qala.. 
 
Bu sətirlər hansı qəlbi sarsıtmaz?!  Bu sətirlərdə ananı baladan 
ayıran  “əlimi  əllərdən  üzür  ayrılıq»  günlərinin  yaraları  sızım-sızım 
sızıldayır. 
Mədinə  xanım  bu  sevincli,  kədərli  görüşün  ana  səsini  eşitmək 
səadətinin  qəmli  sonluğunu  poetik  dillə  demək  deyə  bilmək  üçün 
gərək olan ən uğurlu, ən deyimli, yeganə gərəkli olan sözlər tapmışdır: 
 
Sona çatdı nəhayət telefon görüşümüz, 
Elə bil bir qəriblik yayıldı yer üzünə; 
Göriişərkən təzədən ayrılmalı olduq biz, 
Anam da mən də sonsıız nağıla döndük yenə. 
 
Doğrudan  da  bu  görüş  dünyamızın  uzaq  məsafələri  bir  anlıq 
eləyən texnikasının həm olmuşa, həm nağıla bənzəyən həqiqətidir. Bu 
görüş nağıl qədər şirin, nağıl qədər gözlənilməzdir. 
Bu kimi bir könül çırpıntısında şair təsəllisiz, ümidsiz deyil. O, 
ömür  mübarizə,  sənət  yoldaşına,  «ata  koması»,  «ana  laylasının»  həs-
rətli günlərində ona kömək, həmdərd, həmümid, həminam olan Azər-
oğluya müraciətlə deyir: 
 
Nə yaxşı ki, sən var idin yer üzündə. 
Nə yaxşı ki, ulduzumuz qoşa yandı. 
... Nə yaxşı ki, el dərdini qoşa çəkdik. 
... Nə yaxşı ki, yer üzündə biz də varıq. 
Nə yaxşı ki, haqq yolunda əsgərik biz, 

 
7
Zərrələrik, dalğalarıq, ümmanlarıq; 
Torpaq üstə qoşa qalıb izlərimiz.. 
 
Bu  sətirlər  lirik  olduğu  qədər  etik,  intim  olduğu  qədər  ictimai, 
konkret  olduğu  qədər  əhatəli,  fəlsəfi  mənalı,  dəqiq,  dürüst  yönlüdür. 
Bu bir qadın qəlbinin, bir canlı insan nəfəsinin poetik duyumu, könül 
tərcümanıdır. 
Mədinə  xanımın  bu  şeirlər  silsiləsində  “Təbrizin  küçələri”  də 
məni  xatirələr  yolu  ilə  o  günlərə  -  Ana  Təbrizin  sevincli,  həyacanlı 
günlərinə  qaytardı.  Şair  bacım!  Təbriz  “gecə  yuxuma  gələrdi”  deyir-
sən. Mən də Təbrizi tez-tez yuxuda görürəm. “Gah ağladı, gah güldü 
Təbrizin  küçələri”  –  deyirsən.  Bu  kövrək  “gülüş”  onun  küçələrinin 
xatirəsində  o  günlərdən,  onun  haylı-haraylı,  sevincli,  qaynar  günlə-
rindən qalmış deyilmi?! 
Sən  Təbrizin  küçələrinin,  məhəllələrinin  adını  çəkirsən.  Mən 
onlardan çoxunu görə bilmədim. Mənim xəyalımda Təbriz bir xalqın 
tarixi, dünya mədəniyyətinə yazdığı zəngin səhifələr, cəngavərlik das-
tanları, Saib şeirinin ölməz sətirləri. Xiyabanilər, Səttərxanlar, Bağır-
xanların,  Firidunların  tunclaşmış  heykəli  kimi  əzəmətli,  canlı  abidə 
olaraq  qalır.  Sən  Təbrizin  küçələrini  mənim  gözümdə  bir  də  can-
landırın.  Təbrizin  həsrətini  qəlbimdə  yenidən  oyadın.  Dodaqlarımda 
iki kəlmə titrədi: “Təbrizim –  mənsizim”. Sən bu şeirlərində unudul-
maz xatirə səhifələrini yenidən aşdın. Sağ ol, bacım. Sağ ol, vətənimin 
ş
air qızı!.. 
 
Rəsul Rza,  
1978 
 
 
 
 
 
 
 
 
 

 
8
X TABƏT KÜRSÜMÜZ Ç NAR AĞACI  D  
 
Qələmə silaһdan gələn, һər ikisini eyni һədəfə çevirən yalnız bir 
amal, bir ideal uğrunda çarpışan şair üçün sənət məqsəd deyildir, ürə-
yindəki  ağrıları,  beynindəki  naraһat  fikirləri  xalqına  çatdırmaq  üçün 
bir vasitədir. 
Bu  gün  oxucularımıza  təqdim  etdiyimiz  bu  kitabın  müəllifi, 
qələm  yoldaşımız  Mədinə  Gülgünün  yaradıcılığına  mən  һəmişə  bu 
baxımla yanaşmış, onu bu baxımla qiymətləndirmişəm. Şeir, sənət һər 
ş
eydən  əvvəl  ictimai  fikirdir.  O  yalnız  bir  nəfərin  intim  һisslərini, 
şə
xsi  duyğularını  deyil,  bütün  bir  xalqın  fikrini,  arzularını,  mübarizə 
proqramını  ifadə  etməlidir.  Bu  böyük  ideala  xidmət  etməyən,  şəxsi 
һ
issləri  tərənnüm  edən  şeirin,  sənətin  əsil  böyük  ədəbiyyatla  һeç  bir 
ə
laqəsi  yoxdur.  Bizi,  xalqımızın  ən  böyük  sənət  baһadırları  bu  cür 
tərbiyə  etmiş,  onların  varisləri  olan  bu  günün  şairləri  də  yalnız  və 
yalnız  bu  yolla  getməlidir.  “Azərbaycan  sovet  şairlərinin  ən  böyük 
ustadı  kimdir?”  sualına  mən  belə  çavab  verərdim:  Sabir,  yenə  də 
Sabir! 
Bir  damın  altında  iki  şair  yaşayır,  iki  şair  yazıb-yaradır.  Eyni 
dərdi,  eyni  sevinci  bir  bölüb,  eyni  maһnını  ayrı-ayrı  simlərdə  ötür. 
“ nqilab  şairiyəm”  -  deyən  Balaş  Azəroğlu,  “Xalqımın  Həcər  qızı-
yam” - deyən Mədinə Gülgün. 
Mədinə  Gülgünün  şeirlərində  һəsrət,  һicran  nəğmələrə,  müba-
rizə  nəğmələrinə  qarışmışdır.  O,  bir  çox  şeirlərində  keçmişə  –  “Nallı 
çəkmələrinin”  səsilə-  Vətən  torpağını  oyadan  çağlarına  qayıdır.  Əldə 
silaһ,  vətənin  azadlığı  uğrunda  çarpışdığı  illəri  xatırlayır.  O  zaman 
onun yazı masası “bir parça daş”, yatağı “tozlu səngər” idi. O zaman 
vətən övladlarının “xitabət” kürsüsü bir çinar ağacı idi: 
 
Nitqimizdən çox idi 
ş
imizin siqləti. 
Qanımız baһasına aldıq 
O torpağı, 
O suyu, 
O səadəti. 
 
Nitqimiz qısa oldu, 
ş
imiz, əməlimiz böyük. 

 
9
Dayandıq cəbһə boyu 
Sıra-sıra, 
bölük-bölük. 
 
Ş
air  üçün  bu  günlər  çox  mənalıdır.  Çünki  o,  bu  mübarizə 
günlərində  əlində  silaһ  döyüşür,  düşmənə  öz  һəddini  tanıdırdı.  O 
zamanlar  onun  һəyatı  mübarizələrlə,  һəyəcanlarla  dolu  idi.  Demək 
yaşayırdı.  Əlindən  “döyüşmək  haqqı»  alınmayan,  tapındığı  amal 
uğrunda canından belə keçməyə һazır olan insan dünyanın ən xoşbəxt 
adamıdır.  Bu  əqidə  ilə  yazıb  yaradan  sənətkar  da  xoşbəxt,  onun 
yaratdıqları isə bu əqidənin keşiyində duran əsgərlərdir.  
Ş
air  özünü  tapındığı  böyük  amalın  əsgəri  һesab  edir.  Raһat 
otaqlar,  raһat  güzəran,  qulaq  dincliyi,  mübarizəsiz,  məqsədsiz  һəyat 
insanı  tez  qocaldar.  Böyük  bir  məqsəd  üçün  dağ  çıxan  adam 
töyşüməz. 
 
O döyüş yolunda tufanlı çağda 
Nə yorulmaq bildim, nə də töyşumək.   
Fəqət günlər keçir raһat otaqda,  
Görən niyə belə töyşüyür, ürək? 
 
stərəm qəlbimin ağrılarına 
Səngər tozlarından bir məlһəm qoyam. 
Üfüq geyndikcə qızıl bir dona, 
Dincələm, kamımca nəğmə oxuyam. 
 
 
Mədinə  üçün  doğma  mövzulardan  biri  də  məһəbbətdir,  onun 
fəlsəfi mənasıdır. Bəşəri mövzu olan məһəbbət bütün sənət əsərlərinin 
çarpan  ürəyi,  yarandığı  gündən  gələcəyə  tikilən  gözləridir.  Adi  bir 
pinəçi  belə  iynəsini  məһəbbətsiz  çala  bilmir,  şeir-sənət  bu  böyük 
duyğusuz necə yaşaya bilər? 
Mən  məһəbbət  dediyim  zaman  Mədinə  Gülgünün  yalnız  bu 
mövzuda  yazdığı  lirik  şeirlərini  və  qəzəllərini  nəzərdə  tutmuram. 
Bunlar  çox  azdır.  Şairin  tutduğu  yolu,  məsləki,  əqidəsi,  andı,  sənət 
eşqi də bu böyük duyğu ilə yaşayır, onunla nəfəs alır. Beləliklə onun 
ş
eirlərində şəxsi һisslər, şəxsi duyğular belə böyük, ictimai duyğuların 
içərisində  əriyib  bir-birinə  qarışır.  Şairin  qəzəllərində  tez-tez  təsadüf 

 
10 
etdiyimiz  şam,  pərvanə,  divanə,  məcnun,  vüsal,  һicran  kimi  ifadə  və 
sözlərə  ənənəvi  obrazlar  kimi  baxmamalıyıq.  Bu  obrazlar  onun 
qəzəllərində öz müstəqim mənasını itirib yeni məna kəsb edir: 
 
Mənim, ey dost, o saһildə neçə nəğmə, sözüm qaldı, 
Baһar fəsli alovlandı, bağım, bağçam, düzüm qaldı. 
Ə
mək çəkdim, səһər-axşam, çiçəkli, güllü bağ saldım. 
O bağda gözləri yaşlı, bənövşəm, nərgizim qaldı. 
Vətən dərdi yaman dərddir, əsir yarpaq kimi qəlbim, 
Haray ellər, yad əllərdə sevincli Təbrizim qaldı. 
Deyin ki, Gülgünə gəlsin, alışdım, yandım һəsrətdən, 
Fəqət məһv olmadım, ey dost, gül altında gözüm qaldı. 
 
Mədinənin  yaradıcılığında  təbiətə,  onun  əlvan  mənzərələrinə, 
fəsillərə, һər fəslin özünəməxsus gözəlliyinə һəsr olunmuş nümunələr 
də çoxdur. Bu şeirlərdən bəzilərində yalnız təsvir və tərənnüm mühüm 
yer tutursa, bir qismində təsvir fəlsəfi ümumiləşdirmələrlə yekunlaşır. 
Bu  qisim  şeirlərində  biz  təsvirdən  çox  mənaya,  təbiətdən  çox  onun 
fəlsəfəsinə  vuruluruq.  “Saralmış  yarpaqlar”  şeirində  şair  payızda 
yarpaqlarını  tökən  bir  ağac  təsvir  edir.  Ağac  bütün  yarpaqlarını 
tökmüşdür. Ən uça budaqların birində isə tənһa bir yarpaq yellənir. Bu 
yarpaq nə qədər yüksəkdə dursa da tək olduğundan darıxır, kədərlənir. 
Yerdə  sürünən  öz  һəmyaşlarına  qovuşmaq  һəsrətilə  yaşayır.  Şeirdən 
çıxan fəlsəfi  məna  budur:  tənһa  olub,  yüksəkdə  yaşamaqdansa,  һamı 
ilə bərabər aşağıda yaşamaq daһa xoşdur, daһa gözəldir. Beləliklə adi 
təbiət  təsvirindən  şair,  böyük  fəlsəfi  nəticə  çıxarmağı  baçarır.  Mən 
deyərdim, şeirin də, sənətin də əsil yolu budur. Şairin bir sıra şeirləri 
adi,  insani  һisslərin  çox  yüksək  poetik  ifadəsindən  ibarətdir.  Bu  tipli 
ş
eirlər  nəğmə  kimi  aһəngdar,  gözəl  bir  lövһə  kimi  cazibədar  olur. 
Qocalıq!  Onun  gəlişindən  təşvişə  düşmək  һissi  çox  adi,  insani  bir 
duyğudur. Yaşı qırxı ötənlər bu һissi çox tez-tez yaşayır. Lakin bunu 
mənalandırmaq  şairin  vəzifəsidir.  Bir  gün  səһər  əlində  əsa,  gözündə 
eynək qocalıq şairin qapısını döyür: 
 
Uzun yollar keçib gəlmişəm - dedi. 
Qoyma gözlərindən irağa  məni. 
Mən gənclik deyiləm vəfasız çıxam,  
Bənzətmə gedəri qonağa  məni. 

 
11 
 
Gözəldir,  çox  gözəl!  Bəli,  insan  ömründə  gənclik  gəldi-gedə-
ridir.  Qocalıq  isə  əgər  gəldisə,  ölənə  qədər  səndən  əl  çəkməyəcək. 
Gəncliklə  qocalığın  bu  cür  qarşılaşdırılması  çox  şairanə  və  çox  tə-
zədir. 
Ə
lbəttə,  şairin  bütün  şeirləri  eyni  səviyyədə  deyildir.  Özünün 
dediyi  kimi  “ürəyə  qulaq  asmayanda”  şeirlər  də  qüdrət      və  ilһamla  
səslənmir. 
Kitabda  şairin  fədailərin  şücaətindən  bəһs  edən  “Dastana 
çevrilmiş һəyat” adlı poeması da verilmişdir. 
Mən  bu  kitabdakı  bütün  əsərləri  təһlil  edib  qiymətləndirmək 
vəzifəsini  qarşıma  məqsəd  qoymamışam.  Mən  şairin  yaradıcılığının 
ə
sas  nöqtələrini  və  cəһətlərini  һörmətli  oxucularımıza  təqdim  etmək 
istədim. Kitabdakı əsərlərin əsil doğru, düzgün qiymətini bizim һəssas 
və incə zövqlü oxucularımız verəcəkdir. 
 
Bəxtiyar Vaһabzadə 
Azərbaycanın xalq şairi 
 
                        

 
12 
ӘBӘDİ GÜN SORAĞINDA 
 
Beləcə sahilə can atıram mən... 
Mədinə Gülğün 
Haçansa yenə yaz gələcək... O badam ağacları haçansa yenə də 
çiçəkləyəcək  və  o  ağ  çiçəklər  vətənin  bütövlüyündən,  vətənin 
vahidliyindən, əbədiliyindən xəbər verəcək. 
Haçansa... Nə üçün "haçansa"? 
Çünki  o  gələcək  yaz  adi  fəsil  deyil,  o  badam  ağaclan  da  adi 
ağaclar  deyil.  Mədinə  Gülgünün  "Ağ  badam  çiçəkləri"  adlı  şerinin 
epiqrafı  mötərizəyə  alınmış  və  cəmi  beş  sözdən  ibarət  dünyanm  ən 
sadə  bir  cümləsidir:  "Təbrizdə  badam  ağacları  çox  olur".  Lakin  bu 
sadə  cümlənin  nisgili,  bu  sadə  cümlənin  könülləri  dolduran  həsrəti, 
ürəkləri  döyündürən  həyəcanı  yalnız  bir  şairin,  onun  lirik  qəhrəma-
nının  yox,  yalnız  poeziyanın  və  ümumiyyətlə,  sənətin  yox,  bütöv  bir 
xalqın nisgili, həsrəti, həyəcanıdır. 
Təbrizin gülləri də nə vaxtdı eləcə qönçə qalıb: 
Təbrizin gülləri qönçə,  
Güllər açmaz mən gəlincə. 
Haçansa  yenə  yaz  gələcək...  O  yaz  həqiqiliyi,  mütləqliyi  şairi 
ruhdan  düşməyə  qoymur,  ümid  yaradır,  inam  yaradır,  arzular 
misralara  çevrilir,  eyni  zamanda,  o  nisgil  də,  həsrət  də,  həyəcan  da 
ş
airin bütün varlığını ələ alır və beləliklə də poeziya уаranır. 
Mədinə  Gülgünün  lirik  qəhrəmanı:  "Mən  kiməm?"-  sualına 
"arzusu  şirin  bir  ana"  cavabını  verir  və  həmin  "şirinlik"  indiki  halda 
bizimçün  ona  görə  qiymətli  görünür  ki,  onun  daxili  tutumunu  başqa 
bir  şeirdə  söylənən  bu  istək  təşkil  edir:  "Vətən  eşqi  һəг  arzudan  ulu 
olsun". 
Həmin poetik arzularda vətənpərvərlik ehtirası, mübarizə əzmi, 
vətəndaş qayəsi ilə bərabər, bir təmizlik, akvarellə işlənmiş bir zəriflik 
var: "Quşların vətənə dönən qatarı  mənim arzularım, ümidlərimdir". 
Mədinə  Gülgünün  poeziyasında  vətəndaşlıq  ilə  incə  lirika  bir-
birini  tamamlayır,  biz  hətta  xüsusi  bir  zərifliyin,  xəfıfliyin  sinonimi 
kimi "qadın lirikası" ifadəsini işlətmək istəyirik: 

 
13 
Qayıdaydıq o Təbrizli günlərə, 
Arzularım qönçəsindən çıxaydı, 
Saçlarıma yaz yağışı yağaydı... 
Bu  zərifliyin,  bu  poetik  yüngüllüyün,  xəfifliyin  bizim  poeziya-
mızda  köklü  ənənələri  var,  onlar  Heyran  xanımın,  Aşıq  Pərinin, 
Natəvanın,  Kəminənin,  Aşıq  Bəstinin,  cəmi  bircə  beyti  ilə  ədəbiyyat 
tariximizdə  işıqlı  və  eyni  zamanda  həzin  bir  iz  qoyub  getmiş  Ağa-
bəyim Ağanın ("Əfsus ki, yarım gecə gəldi, gecə getdi, heç bilmədim 
ömrüm necə gəldi, necə getdi") yaradıcılğından süzülüb gəlir. Mədinə 
Gülgün  poeziyasında  xalqımızın  qəhrəman  qızı  Mərziyə  Üskuyinin 
"göz  yaşları"  odludur,  mübarizə  əzmindən  doğur  və  mübarizəyə 
çağırır, lakin o göz yaşları başqa bir уегə yox, "güllərin ləçəyinə" axır. 
Bu poeziyanın lirik qəhrəmanı kövrəkdir, həssasdır, ən kiçik bir 
fərəhi,  ən  kiçik  bir  məyusluğu  sezmək  və  bədii  düşüncələrinin  pred-
metinə çevirmək iqtidarındadır. 
 
Bir körpə quş görsəm açıbdır qanad, 
Onundur, elə bil, bütün kainat. 
Könlümdə başlanır sanki toy-büsat, 
Мəп
 susa bilmirəm, susa bilmirəm. 
 
Körpə bir quşun qanad açmasına beləcə sevinən, sevincini giz-
lədə  bilməуən,  susa  bilməyən  lirik  qəhrəmanın  qırx  ildən  artıq  bir 
müddətdə  vətən  ağrısını  ürəyində  gəzdirməyi,  əlbəttə,  təbiidir,  təsir-
lidir. 
Lirik  qəhrəman:  "Hələ  yorulmamışam  vətənçün  alışmaqdan, 
yanmaqdan,  yanmaqdan..."  -  deyir  və  biz  də  Mədinə  Gülgünün  qırx 
yaşlı poeziyasını oxuduqca, mənimsədikcə, söylənən bu fıkrin poetik 
təsdiqini tapırıq. 
Lirik qəhrəman bir vaxt "yazı masam bir parça daş idi, yatağım 
tozlu  səngər"  -  dedikdə,  biz  həmin  poeziyada  gördüyümüz  və 
qiymətləndirdiyimiz o incə lirikaya, o kövrək təhkiyəyə, zərif obrazlar 
aləminə  baxmayaraq,  bu  gün  də  bunu  hiss  edirik,  şairin  ən  yaxşı 
ş
eirlərində o daş sərtliyini, səngər ehtirasını duyuruq. 

 
14 
Hərgah şair: "Məni ozan etdi vətənin dərdi" deyirsə, elə bilirik 
ki,  bu  sözlərin  məsuliyyəti  çox  böyükdür,  çünki  həmin  şairin  poe-
ziyasının bədii-estetik səviyyəsi, təfəkkür tərzi və ehtiva dairəsi siyasi-
ictimai məzmunu bir tərəfdən vətənin dərdini göstərməyi (yəni vətəni 
sevməyi!)  bacarmalıdır,  digər  tərəfdən  isə  öz  misraları,  hətta  sözləri 
ilə  həmin  ozanlığı  əyani  şəkildə  göstərməlidir,  iddia  iddia  kimi  də 
qalmamalıdır (bu əlbəttə, gülünc olardı!), imkanla vəhdətdə olmalıdır.  
Biz,  uzun  illərdən  bəri  ədəbi  prosesimizdə  fəal  iştirak  edən 
Mədinə  Gülgün  poeziyasının  ən  yaxşı  nümunələrində  həmin  vəhdəti 
görürük. Onun lirik qəhrəmanı "yora bilməz yollar məni" deyəndə də 
buradakı  "yol"  bizim  nəzərlərimizdə  adi  yol  kimi  yox,  gözlərin 
çəkdiyi  yol,  sabaha  aparan  yol,  xalqımızı  birləşdirəcək  yol  kimi 
mənalanır və məhz bu mənada da biz lirik qəhrəmana inanırıq. 
Bəzən bu lirik qəhrəman da xəyala dalır, "həsrətsiz günlərlə əkiz 
olaydım"  -  deyir,  çünki  həsrətin  ağrısı-acısı  ona  yaxşı  məlumdur,  bu 
ağrı-acı  onun  güzəranının,  yaşayışının  tərkib  hissəsidir  və  buna  görə 
də  məhz  həmin  lirik  qəhrəmanın  söylədiyi,  deyək  ki,  aşağıdakı 
misraların emosional təsiri güclüdür: 
 
Saxla darda həsrəti, 
Yandır oda həsrəti! 
Qoyma yata həsrəti, 
Yenə oyanar birdən... 
Gərək  həsrətin  "oyanmağını"  dəfələrlə  hiss  edəsən,  yanasan, 
yaxılasan ki, ondan beləcə qorxasan və həmin qorxunu beləcə poetik 
(və sadə!) şəkildə ifadə edə biləsən. 
Bizim  tənqidimiz  müasir  Azərbaycan  poeziyasını  tədqiq  edər-
kən,  tez-tez  belə  bir  cəhətlə  rastlaşır  ki,  söylənən  poetik  mülahizələr 
şə
xsən yaşanmış hiss-həyəcanlardan, şəxsi təcrübədən doğmur, bəzən 
iddia çox böyük olur, lakin bir tərəfdən şerin versifikasiya səviyyəsi, 
digər  tərəfdən  isə  mövzunun  müəllif  üçün  doğmalıq  dərəcəsi  həmin 
iddianı doğrultmur, çünki müəllifın həyatı ilə, yaradıcılığı ilə o iddia 
arasında  üzvi  bağlılıq  yoxdur.  Bu,  çox  naqis  cəhətdir,  bədii-estetik 
təsir  səhihliyinə  ziyan  vurur  və  təbii  ki,  sənətin  gerçək,  həyati,  xəlqi 
bir  sərvət  kimi  qavranmasına  mane  olur.  O  zaman  ki,  belə  deyil,  o 
zaman  ki,  bədii  iddia  doğma  hisslərin,  yaşanmış  ömrün  təbii  nəticə-

 
15 
sidir, əksinə, həmin təsirin emosional gücü daha da artır. "Mən ölmək 
istəməzdim  adi  ölənlər  kimi.  Buna  yox  haqqım  mənim.  Mən  gərək 
ölümümlə  doğam  bir  səhər  kimi".  -  Mədinə  Gülgünün  lirik  qəhrə-
manının  bu  iddiasında  heç  bir  sünilik,  təvazökarsızlıq  yoxdur,  çünki 
bu  məqamda  lirik  qəhrəmanla  şairin  şəxsiyyəti  tamam  birləşir  və 
həmin  poeziyanın  vətən  həsrəti,  mübarizə  çağrışı,  bu  keyfiyyətlərin 
ildən-ilə davam və irikişaf etməsi o "haqq" iddiasını doğruldur. 
Eyni  zamanda,  lirik  qəhrəmanla  şəxsiyyətin  beləcə  eyniləşdiyi 
zaman  biz  şəxsi  səadətlə  ictimai  qayğıların  poetik  vəhdətinə  təsadüf 
edirik.  Balaş  Azəroğluna  həsr  olunmuş  şeirde  ürək  qəhrəman-şair 
deyir:  "Nə  yaxşı  ki,  el  dərdini  qoşa  çəkdik".  Buradakı  "nə  yaxşı  ki" 
xoşbəxtliyi  Mədinə  Gülgün  poeziyası  üçün  əlamətdar  bir  cəhətdir, 
çünki həmin xoşbəxtliyin özü də nisgillə yoğrulub... Başqa bir şeirdə 
lirik qəhrəman-şair yüksək və səmimi hisslərlə һəг şeyə hazırdır, һəг 
ş
eyə gücü çatar, tufan da ola bilər, ümman da, yaz yağışı da ola bilər, 
lakin "könlün ala bilmirəm, vətən ola bilmirəm səninçin, səninçin..." 
Ə
lbəttə, Şimal da vətəndir, şair bu gün də öz vətənindədir, lakin 
"bu qürbət nədir bes? Bu dünyada həm yaxınıq, həm uzaq". Ауrı-ауrı 
xalqlar  bir-birinə  yaxın,  bir-birindən  uzaq  ola  bilər,  lakin  eyni  bir 
xalqım eyni bir zamanda həm yaxınlığı, həm də uzaqlığı işıqlı insani 
ideallara  və  ümumiyyətlə,  insanlığın  təbiətinə  ziddir,  mənəvi-ictimai 
dərddir.  Mədinə  Gülgünün  bir  şerində:  "Bircə  yol  yuxuma  gəl  barı", 
"Məgər yuxumda da sərhəd var mənim?" - deyə verilən yanıqlı bədii 
sual məhz həmin mənəvi-ictimai dərdin təzahürüdür. Mədinə Gülgün 
Ş
imalda  yalnız  Cənubun  həsrətini  çəkmir,  bir  vətəndaş  kimi,  vətən 
təəssübü  çəkir  və  deməliyəm  ki,  bu  vacib  cəhət  Cənubdan  gəlmiş 
ş
airlərimizin yaradıcılığı üçün səciyyəvidir. 
Mədinə  Gülgün  poeziyasının  diqqəti  cəlb  edən  cəhətlərindən 
biri  də  budur  ki,  bu  poeziyada  Cənuba  bağlılıq,  Cənub  məhəbbəti, 
Cənub  təəssübü  özünün  Şimal  qarşılığı  ilə  tamam  müştərəkdir.  Bu 
poeziya  Cənub  poeziyası  deyil,  necə  ki,  bizim  şimallı  şairlərimizin 
poeziyası  yalnız  Şimal  poeziyası  deyil.  Bizim  bir  poeziyamız  var: 
Azərbaycan poeziyası. 
 
Bir torpaq üstündə doğulmuşuq biz. 
Bir qolum Bakıdır, bir qolum Təbriz 

 
16 
Belə bir eynilik hissi Mədinə Gülgünün Cənub həsrətini daha da 
qabarıqlaşdırır,  daha  artıq  təsirli  edir,  çünki  burada  məhəlli  təəs-
sübkeşlik yox, yuxarıda yazdığımız kimi, vətən təəssübkeşliyi var. Bu 
cəhət  şairin  "Nənələr  və  nəvələr",  "Xatirələrimin  nəğməsi",  "Ürək-
lərdə,  nəğmələrdə  yaşayanlar",  "Dastana  çevrilmiş  həyat"  kimi  poe-
malarına da xasdır. 
Mədinə Gülgünün ən yaxşı şeirlərində bədii ümumiləşdirmə gü-
cü  şəxsi  hiss-həyəcanlara  ümumxalq  mahiyyəti  verə  bilir:  Təbrizdə 
yaşayan  ana  ilə  Bakıda  yaşayan  qızı  uzun  ayrılıqdan  sonra  telefonla 
danışırlar,  "telefon  xətlərində  bir  səs  düşdü  dünyaya,  telefon  xətlə-
rində  birləşdi  ana,  bala.  Bir  ananın  səsindən  sanki  üşüdü  dünya,  bir 
balanın  səsindən  göy  ağladı  az  qala".  Artıq  burada  söhbət  konkret 
anadan və konkret baladan getmir. Cənubdan və Şimaldan gedir. 
Mədinə Gülgün ya Təbrizə, Savalana, Marağaya müraciət edən-
də  ya  Mərənddən,  Salmasdan  danışanda  bu  qədim  toponimlərimiz 
müəyyən bir coğrafı ərazini bildirmir, Cənubun rəmzinə çevrilir: "Siz 
ey  Ərdəbildə  qalan  günlərim,  illərin  əlində  talan  günlərim"  -  uzun-
uzun  illərin  əlində  talan  olan  o  günlər  yalnız  Ərdəbildə  qalmayıb, 
bütöv cənubda qalıb və o günlər yalnız Mədinə Gülgünün lirik qəhrə-
manına yox, bizim hamımıza məxsusdur. 
Burası  da  diqqətəlayiqdir  ki,  bütün  bu  dərdə,  həsrətə,  nisgilə 
baxmayaraq,  Mədinə  Gülgün  poeziyası  nostalgiya  xəstəliyinə  tutul-
mayıb, əksinə, buradakı nostalgiya, hərgah belə demək olarsa, ümidlə 
nəfəs alır, arzuyla yaşayır; bu poeziya bədbin, əlacsız bir poeziya deyil 
("hər gün məni oyadarlar qızıl rəngli səhərlərim") mübarizəyə çağıran, 
yada salan, qəzəb oyadan bədii-estetik təbliğat vasitəsidir. Mən bu söz 
birləşməsini  "bədii-estetik  təbliğat  vasitəsi"  -  yazdım  və  ani  olaraq 
duruxdum: poeziyaya belə bir meyarla yanaşıb onu "təbliğat vasitəsi" 
hesab etmək olarmı? Bu sualın cavabında mənim üçün mübahisəli bir 
ş
ey yoxdur: o yerdə ki söhbət vətəndən gedir, o yerdə ki poeziya xalqı 
ifadə etməyə çalışır, olar və olmalıdır. 
"Elimin,  vətənimin  sabahına  inandım"  dedikdə,  biz  də  o  lirik 
qəhrəmanla birlikdə bu inam hissini bölüşürük. 
Ə
lbəttə, hərdən bədbinlik notları özünü göstərir: "yaxındır Təb-
rizin yolu" və o yaxın yolu qət etməkçün "bir ömür də çatmadı", 
Yaxud  "dərdli-dərdli  ötərəm  Təbrizi  görməyincə"  yaxud  "gö-
zümdə dünyanın həsrəti, qəmi" və biz bunu başa düşürük, yəqin ki, bu 
notlarsız mümkün deyil, çünki ayrılıq böyük ayrılıqdır, lakin səciyyəvi 

 
17 
və  bizim  təqdir  etdiyimiz  cəhət  budur  ki,  həmin  bədbinlik  bu  poe-
ziyanı ələ ala bilmir, çünki şanlı bir keçmişdən gedən mübarizlik ruhu 
var, inam var: “Bir görüş yerinə gün doğar bir az...” 
O gün olacaq, doğmalıdır, şairlə bərabər, biz də buna inanarıq, 
heç  vaxt  Təbrizi  görməsəm  də,  atamı,  anamı,  bacımı,  qardaşımı  cə-
nublu    qələm  dostlarım  kimi,  orada  qoyub  gəlməsəm  də,  elə  bil  ki, 
mənim  də  o  lirik  qəhrəmanın  dediyi  kimi  “çalınmamış  toyları  var  o 
tayda,  yaşanmamış  aylarım  var  o  tayda,  deyilməmiş  boylarım  var  o 
tayda”. 
Mədinə Gülgünün lirik qəhrəmanı: “Can qurtara bilmərəm kök-
sümdə baş qaldıran tufanların əlindən, dalğaların əlindən” -  deyir və 
ə
ksinə  biz  bunu  yaxşı  duyuruq,  o  tufanların,  dalğaların  əlindən 
qurtarmaq istəmir də, çünki hisslərində, təfəkküründə bir qətiyyət var 
və  buna  görədə  başqa  bir  şeirdə:  “Gəlməyincə  Təbrizin  küçələrini, 
həmişə beləcə yanan, alovlanan görəcəksiniz məni...” – deyir. 
Mən  Mədinə  Gülgün  poeziyasının  doğurduğu  bu  təəssüratları 
yazıram  və  düşünürəm:  “Axırdı  önümdən  Astara  çayı...”  –  bircə  bu 
sadə misra kifayətdir ki, ürəklərdəki hissləri təlatümə gətirsin, qəlbini 
kövrəltsin, “həsrəti oyatsın”, təsir etsin, lakin buradan heç vəchlə belə 
bir  nəticə  çıxarmaq  olmaz  ki,  bu  mövzu  konyuktura  mənasında  poe-
ziya üçün sərfəli və asandır (belə bir hasilatın qeyri-poetik ifadələrini 
biz,  çox  təəssüf  ki,  mətbuat  səhifələrində,  ayrı-ayrı  kitablarda  az 
oxumuruq), əksinə, bu yerdə mövzudan sui-istifadə etmək, bir  tərəf-
dən  vətəndaş  qayələrinin  kasıblığıdırsa,  digər  tərəfdən  də  poetik 
imkanların məhdutluğu, bədii məğlubiyyətdir. 
...Xalqlar  azadlıq  uğrunda,  müstəqillik  uğrunda,  böyük  arzular 
naminə mübarizələr aparır və bu zaman o şərəfli tarixin yaranmasına 
ş
ahid olan dağlar, qalalar həmin xalqların mənəvi rəmzinə çevrilir.  
Ə
rk qalası... 
Təbriz üsyanları Azərbaycan tarixinin işıqlı səhifələrindəndir və 
o üsyançı qəhrəmanların son istehkamı Ərk qalası oldu. 
Mədinə  Gülgün  “arzuları  şirin”  o  ana  ehtirası  ilə:  “Mən  inanı-
ram,  bir  gün  Ərkin  sinəsinə  əbədi  gün  gələcək.  Gün  güşəcək...”  – 
deyir.  
Biz də inanırıq... 
Elçin Əfəndiyev 
yazıçı, ədəbiyyatşünas
 
 

 
18 

Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə