Мцщазиря мювзусу: Електрон имза



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix18.04.2023
ölçüsü0,59 Mb.
#100245
1   2   3   4   5
Elektron Imza

 
5. Sənədin imzalanması 
Elektron sənəd hazır olanda (bütün lazımi fayllar ona qoşulub və bütün lazımi 
xassələr göstərilib), onu imzalamaq olar.
E-imzalayıcı üç səviyyədən birində imza qoymaq imkanı verir:
1. Əsas imza - vaxt möhürünə və ETSI TS 101 903, v 1.3.2, 2006-03 standartı 
üzrə müvafiq Xades-BES-ə malik olmayan imza.


Bu imzanı istənilən qüvvədə olan və ya olmayan sertifikatdan istifadə edərək qoymaq 
mümkündür. Əsas imza sənədi məhz həmin sertifikatı sənədə əlavə olunan şəxsin 
imzaladığını və imzalandıqdan sonra dəyişilmədiyini təsdiq edir.
2.Vaxt möhürü ilə imza (başqa sözlə – vaxt göstəricisi ilə) - vaxt möhürünə və ETSI 
TS 101 903, v 1.3.2, 2006-03 standartı üzrə müvafiq Xades-BES-ə malik olan imza.
Əsas imzada olan məlumatlardan başqa bu imza sənədin imzalanması vaxtı və bu 
zaman sertifikatın statusu haqqında məlumatı özündə birləşdirir. Vaxt möhürü 
ilə imza qoyulduqda E-imzalayıcı operativ rejimdə (on-line) sertifikatın etibarlılığını 
yoxlayır və buna görə də bu imzanı yalnız o halda qoymaq olar ki, sertifikat etibarlı 
olsun və MSXM tərəfindən verilsin, sənədin imzalandığı kompüterin isə zəruri 
məlumatların alınması üçün İnternetə çıxışı olmalıdır.
3. Tamamilə yoxlanılmış imza – vaxt möhürünə və bütöv sertifikat zəncirinə, ETSI 
TS 101 903, v 1.3.2, 2006-03 standartı üzrə müvafiq Xades-BES-ə malik imzadır.
Bu imza növünə vaxt möhürü ilə imzaya daxil olan bütün məlumatlar və sertifikatın 
təsdiqi yolu aiddir. Sertifikat və onun statusu haqqında bütün məlumatlara imzalanma 
və onun təsdiqi müddətində sənədi alan şəxs hətta onun kompüterinin bu vaxt 
İnternetə çıxışı olmasa belə baxa bilər. Belə imzanı yalnız o halda qoymaq olar ki, 
sertifikat etibarlı olsun və MSXM tərəfindən verilsin, sənəd imzalanan kompüterin isə 
zəruri məlumatların alınması üçün internetə çıxışı olmalıdır.
Elektron sənədi imzalamaq üçün E-imzalayıcı proqramında 
düyməsinə basın (Şək.4). İmzanın formatını seçin və İrəli düyməsinə basın.
Şəkil 6.İmzalama prosesi pəncərəsi, addım 1.


Sistem imza masterinin növbəti mərhələsini – imza sertifikatının seçilməsi pəncərəsini 
açacaq.
Sistem imzalama prosesinin növbəti mərhələsini – imza sertifikatının seçilməsi 
pəncərəsini açacaq.
İmza sertifikatı haqqında məlumatın sənədə daxil edilməsi üçün imza 
sertifikatlarından hansının istifadə edilməsini göstərmək lazımdır.
İmzalama prosesinin ikinci addımı pəncərəsində aşağıda qeyd edilənlər əks olunur:
- İmza sertifikatlarının siyahısı;
- Siyahıda seçilmiş sertifikat haqqında ətraflı məlumat.
Siyahıdan lazım olan imza sertifikatını seçin və 
Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin