MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə24/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   20   21   22   23   24   25   26   27   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

26 



26 

Qeyd edək ki, bu yaxınlarda Məhəmməd Əmin Rəsul-

zadənin  130  illik  yubileyinin  keçirilməsi  haqqında  Azərbay-

can Respbulikasının Prezidenti İlham Əliyev sərəncam (2013, 

22  noyabr)  imzalamışdır.  Həmin  sərəncamda  bildirilir  ki, 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  banilərindən  biri, 

Azərbaycan  Milli  Şurasının  sədri  Məhəmməd  Əmin 

Rəsulzadə  xalqımızın  müstəqillik  idealının  gerçəkləşdiril-

məsində,  Azərbaycan  tarixi    dövlətçilik  ənənələri  zəminində 

milli  dövlət  quruluşunun  dirçəldilməsində,  milli  istiqlal 

ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmişdir 

[86


b

]. 


Biz  monoqrafiyada  Azərbaycan  milli  ideologiyasının 

mahiyyətini  açmaq  üçün  təkamül  prinsipinə  əməl  edilməsini 

və  bu  zamanı  baş  verən  siyasi-ideoloji  olayların 

dəyərləndirilməsinin  önəmli  olması  ilə  yanaşı,  Azərbaycan 

milli  ideyası  yaranana  qədər  mövcud  olan  və  o,  yarandıqdan 

sonra  da  öz  əhəmiyyətini  itirməyən  milli  ideyaların  ciddi 

şəkildə  təhlil  olunmasını  vacib  hesab  etmişik.  Bu  baxımdan 

monoqrafiyanın ana xəttini, birincisi, islamçılıq, türkçülük və 

müasirlik  ideyalarının  azərbaycançılığın  (Azərbaycan  türkçü-

lüyünün)  yaranmasındakı  rolu  ilə  yanaşı,  onun  mövcudluğu 

dövründə  həmin  ideyaların  hansı  mövqe  tutması  təşkil 

etmişdir.  Bizcə,  bu  gün  əsas  məqsəd  həmin  ideyaları 

dirçəltmək, Cümhuriyyət dövründəki milli şüuru bərpa etmək 

olmalıdır.  Əlbəttə,  milli  şüurun  bərpası  çağdaş  dövrün 

tələblərini  də  nəzərə  alınmaqla  həyata  keçirilməlidir.  Bu 

mənada,  Cümhuriyyət  dövründəki  ideyalarla  çağdaş  dövrün 

tələblərinin  uzlaşdırılması  Azərbaycan  xalqının  milli 

ideyasının əsas meyarı olmalıdır. 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin