www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
111
Məzmunundan asılı olaraq ünsiyyətin aĢağıdakı növlə-
rini göstərə bilərik: maddi ünsiyyət (əĢyalar və fəaliyyət
məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik
mübadiləsi); kondision ünsiyyət (psixi
və fizioloji vəziyyətin
mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin,
maraqların, tələbatların mübadiləsi); iĢgüzar fəaliyyətlə bağlı
ünsiyyət (iĢ, əməliyyat, bacarıq və vərdiĢlərin mübadiləsi).
Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin
bioloji və sosial
növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək,
qorumaq, saxlamaq və inkiĢaf etdirməklə bağlı ünsiyyətdir. Sosial
ünsiyyətə
gəldikdə o, Ģəxsiyyətlərarası təması, münasibətləri yaratmaq
və inkiĢaf etdirmək, fərdin Ģəxsi yüksəliĢini geniĢləndirmək və
möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq
vasitəsiz və vasitəli növlərini qeyd etmək olar.
Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan Ģəxsi
təması və ünsiyyətdə olan adamların bir-birini
bilavasitə ünsiyyət
aktında qavramasını nəzərdə tutur.
Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata
keçirilən ünsiyyətdir. Adətən, çox vaxt partnyorlar
zaman və məkanca
bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu
zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə
əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əĢyaları, qeydləri,
kitabları,
mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü Ģəxsi,
mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru,
kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin
daha mütərəqqi formalarının aĢkara çıxmasına səbəb olmuĢdur.
Məsələn, qlobal internet sistemi istədiyin
adamla əlaqə yaratmağa,
maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə
girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın
bir çox sahələrində müvafiq məsələləri daha səmərəli Ģəkildə həll etmək
imkanı yaradır.
Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin
Dostları ilə paylaş: