www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
98
interferensiyada olduğu kimi, burada da əvvəl mənimsənilmiĢ
dil, onun qrammatik quruluĢu barədə yaranmıĢ vərdiĢlər
sonrakı dilin qrammatikasını
mənimsəməyə mənfi təsir
göstərir. Belə ki, əvvəlki dilin sonrakı dilə xas olmayan
cəhətlərinin burada əks olunması baĢ verir.
Qrammatik interferensiya özünü o zaman daha qabarıq
Ģəkildə
göstərir ki, öyrənilən dildə ifadə edilməli olan
qrammatik məna ana dilində olmasın və yaxud baĢqa Ģəkildə
ifadə edilmiĢ olsun.
Qrammatik interferensiya ən çox ikinci və sonrakı dilləri
öyrənənlərin cümlələri ana dili normalarına
uyğun qurmağa
cəhd göstərdikləri zaman təzahür edir. Bu zaman iki dil
sisteminin qarĢılıqlı təsiri ilə bağlı
tipik səhvlər meydana gəlir
(köməkçi fellərin buraxılması, ön Ģəkilçilərin buraxılması və ya
əvəz olunması, cümlədə sözlərin sırasını pozmaq və s.)
Dillərin qarĢılıqlı təsirində daha qabarıq Ģəkildə
leksik
interferensiya
özünü göstərir.
Faktlardan aydın olur ki, dilin leksik səviyyəsində özünü
göstərən dillərarası interferensiya ikinci dili öyrənən adamın
Ģüurunda iki dilin uyğun gəlməyən leksik mənalarını
eyniləĢdirmək nəticəsində baĢ verə bilir. Ona görə də artıq belə
bir fakt mübahisə doğurmur ki, ikinci dilin öyrənilməsi zamanı
ana dilinin leksik-semantik, qrammatik sistemi ciddi Ģəkildə
nəzərə alınmalıdır.
Mənanın eyniləĢdirilməsindən
irəli gələn interferensiya
hadisəsinin xüsusiyyətlərini aĢkara çıxarmaq bir çox
tədqiqatçıların diqqətini cəlb etmiĢdir.
Bunlardan psixoloji
aspektdə aparılan iĢə N.V.Ġmedadzenin tədqiqatını aid etmək
olar.
N.V.Ġmedadze orta məktəbin yuxarı sinif Ģagirdləri
üzərində apardığı tədqiqat iĢlərinin birində məhz «mənanı
eyniləĢdirmənin» leksik interferensiya
üçün əsas olduğunu
aydınlaĢdırmıĢdır.
N.V.Ġmedadze «mənanı eyniləĢdirmənin» iki formada