www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
54
vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların
köməyi ilə müvafiq elmin qanunauyğunluqları aĢkara çıxarılır.
Elmdə əldə edilən nəticələrin
gücü tətbiq olunan tədqiqat
metodlarının təkmillik dərəcəsindən, onların validliyi və
etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və
tətbiq olunarsa nəticə
bir o qədər səmərəli olar, elmin
araĢdırdığı
hadisələri,
onların
qanunauyğunluqlarını
incəliklərinə qədər aĢkara çıxarar. Bütün qeyd olunanlar
psixologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və
özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də
bu hadisələri öyrənmək üçün həddindən artıq kamil,
həmin
hadisələri araĢdırmağa imkan verən metodlardan istifadə etmək
tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən
prinsiplərə uyğun Ģəkildə həyata keçirilməlidir. Bu baxımdan
müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip
əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə
öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və
tədqiqatçı onun inkiĢafının
bütün cəhətlərini bərpa etməyə,
onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa
çalıĢır, öyrənilən psixi faktı onun konkret tarixində,
təsəvvür
etməyə təĢəbbüs göstərir.
Dostları ilə paylaş: